Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə133/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   129   130   131   132   133   134   135   136   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1439



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

yalnız təlim-tərbiyə ilə bağlı olan məsələ deyildir. Cəmiyyətin mütəşəkkilliyi, onun vahid birləşdirici 

ideologiyasının  formalaşması  bilavasitə  müəllimlərin  pedaqoji  fəaliyyətinin  məzmunundan  asılıdır. 

Ona  görə  də  müasir  Azərbaycan  müəllimi  dərin  biliyi,  praktik  hazırliğı,  elmi  yeniliklərə  həssaslığı, 

ünsiyyətqurma  qabliyyəti,  tədqiqatçılığı,  nəzəri-metodoloji,  mənəvi  keyfiyyətləri,  ictimai  həyatda 

hörmət  və  nüfuzu  ilə  cəmiyyətin  fövqündə  dayanmalı,  öz  yetirmələrini  cəmiyyətin  sivil  dəyərlərinə 

malik vətəndaşlarına çevirməlidir. 

Müəllimlik  peşəsinə  marağın  artırılması,  pedaqoji  təmayüllü  ali  və  orta  ixtisas  məktəblərinə 

yüksək  balla  qəbulun  həyata  keçirilməsi,  müəllim  əməyinin  stimullaşdırılması  onların 

özünütəkmilləşdirməsinə,  yüksək  mənəvi  keyfiyyətlərə  sahib  olmalarına,  üzərlərinə  düşən  vəzifələri 

qloballaşma dövrünün tələblərinə uyğun yerinə yetirmələrinə əsaslı kömək ola bilər. 

Qloballaşan dünyada elmin, təhsilin sürətlə inkişaf etdiyi, tenologiyaların yüksək zirvəyə çatdığı 

və  informasiyaların  həddindən  artıq  çox  olduğu  bir  zamanda  müəllim  özünə,  fəaliyyətinə  necə 

münasibət  bəsləməlidir?  Verilmiş  göstərişləri,  tövsiyələri  yerinə  yetirməyə  səy  göstərməli,  yoxsa 

təhsilin  prioritet  istiqamti  fonunda  fəaliyyətini  qurmalı,  müəyyən  olunmuş  təhsil  standartlarının 

reallaşdırılmasında  özü  üçün  mexanizmlər  arayıb-axtarmalı  və  onları  yaradıcı  insan  kimi  həyata 

keçirməlidir?  Əlbəttə,  bu  ritorik  suallara  cavab  tapmaq  üçün  ilk  növbədə,  müasir  dövrün 

özünəməxsusluğu, tələb və ehtiyacları əsas amil kimi çıxış edir. 

İstər  iqtisadiyyatda,  istərsə  də  siyasi  və  mədəni  aləmdə  böyük  dəyişikliklərin  baş  verməsi  XXI 

əsrin sürətli inkişafının nəticəsidir. İnformasiyaların getdikcə çoxaldığı bir şəraitdə cəmiyyətin bütün 

sahələrində  yaradıcı  və  qurucu  fəaliyyətləri  daha  səmərəli  təşkil  etmək  zərurəti  yaranır.  Hər  kəs 

özünün  mövqeyində  bu  qlobal  dəyişikliklərin  fəal  iştirakçısına  çevrilməli  olur.  Belə  cəmiyyətdə 

müəllimin funksiyası daha çox artır. O, şərəfli bir peşə adamı kimi dəyişən və inkişaf edən insanların 

formalaşdırılması ilə məşğul olmaq məsuliyyətini daşımalı olur. Məhz buna görədir ki, onun ümumi 

potensialı daha yüksək, fəaliyyət dairəsi daha geniş olmalıdır. O, səriştəli və nümunəvi bir peşə adamı 

kimi  özünün  bütün  yanaşmalarında  təlim-tərbiyəsi  ilə  məşğul  olduğu  insanları  öyrənməyə,  axtarışa, 

yenilik yaratmağa, bütövlükdə yaradıcı fəaliyyətə sövq etməlidir. Ən başlıcası, müasir texnologiyaları 

mənimsəməli  və  onu  öz  işinin  mexanizminə  çevirməlidir.  Xüsusən  informasiya-kommunikasiya 

texnologiyalarından  peşəkarlıqla  istifadə  etməyi  bacarmalıdır.  Günümüzün  gerçəkliyidir  ki,  hər  bir 

təhsilalan, öyrənən İKT-nin fəaliyyət imkanlarına demək olar ki, bələddir və ondan istifadə edə bilir. 

Ona  görə  də  qloballaşma  dövründə  müəllimdən  bu  bacarıqlara  daha  üstün  səviyyədə  malik  olması 

tələb  edilir.  İnformasiyaların,  sənətin  və  sənətkarlığın  yayılması  imkanlarının  məhdud  olduğu 

dövrlərdə  böyük  pedaqoqlarımız  müəllimi  bir  sənət  adamı  kimi  dəyərləndirərək  onun  peşəkarlığında 

aktyorluq  elementlərinin,  eləcə  də  təhsilalanların  diqqətini  cəlb  etmək  üçün  incəsənət  adamına  xas 

olan  keyfiyyətlərin  olmasını  vacib  hesab  ediblər.  Bu  gün  də  pedaqoji  prosesdə  özünün 

fasilitatorluğunu  müvəffəqiyyətlə  həyata  keçirən  müəllimin  fəaliyyətində  özünəməxsus  bir  qeyri-

adilik, emosional ifadə tərzi olmalıdır. Çünki müsbət emosionallıq mürəkkəb təlim fəaliyyəti zamanı 

pedaqoji  mühitin  gərginliyini  götürən,  ona  yumşaqlıq  gətirən  xüsusiyyətdir.  Əlbəttə,  həmin 

xüsusiyyətlər  bu  gün  də  lazımdır  və  onun  elementlərindən  yeri  gəldikcə  istifadə  edilməlidir.  Lakin 

tədqiqatçılığı, araşdırmalar aparması, onu özünün fəaliyyətinin tərkib hissəsinə çevirə bilməsi müasir 

şəraitdə müəllim üçün ən əsas prioritet keyfiyyətlərdir.  

 

 



ƏNƏNƏVİ VƏ MÜASİR ANLAMDA “TƏHSİL” 

 

Lamiyə HACILI 

ADPU, Xəzər Universiteti 



lhacili@khazar.org 

AZƏRBAYCAN 

 

Bir  xalq  yalnız  savadlı  cəmiyyəti,  inkişaf  etmiş  elmi  ilə  qürur  duya  bilər.  Yalnız  savadlı 



cəmiyyətlə  irəli  getmək,  uğurlara  nail  olmaq,  ölkəni  tanıtmaq  mümkündür.Elmin  vacibliyini  hələ 

qədim  zamanlardan  dərk  ediblər.  Ta  qədim  zamanlardan  elmdə  nailiyyətlər  əldə  etmək  üçün 

çalışıblar.Təbiəti öyrənib, bununla cəmiyyəti məlumatlandırmağa səy göstəriblər.İctimai həyatımızda 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1440



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

təhsilin  əhəmiyyəti  və  rolu  olduqca  böyükdür.Elə  bu  səbəbdən  də,  hər  an  təhsilimizi  inkişaf 

etdirməliyik  ki,  qarşımızda  duran  problemlərimizi  həll  edək,  yaxud  da  gələcəkdə  onların  həllinə  də 

nail ola bilək. 

XXI əsrin başlanğıcında Azərbaycan təhsil sisteminin yenidən qurulması, modernləşdirilməsi və 

bu  işlərin  təşkilində  fəal  və  interaktiv  metodlardan  istifadə  olunmaqla  yerinə  yetirilməsi  prioritet 

problem hesab edilir. Onların həll olunması üçün yeni pedaqoji araşdırmalara ehtiyac duyulur. 

Təhsil sisteminin inkişaf tendensiyası, fəal və interaktiv metodlar sahəsindəmüəllif məktəblərinin, 

novator  müəllimlərin  iş  üsullarına  dair  toplanmış  faydalı  təcrübələr,  pedaqoji-psixoloji  tədqiqatların 

nəticələri  daima  sistemləşməli,  ümumiləşməli  və  təlim-tərbiyə  prosesinin  məzmununun  yeniləşdiril-

məsini  tələb  edir.  Bu  problemlərin  həlli  təhsil  sferasına,pedaqoji  prosesə  fəal  və  interaktiv  metodlar 

anlayışının  elmi  əsaslarla  gətirilməsini  vacib  bir  problem  kimi  qarşıya  qoyur  və  bütövlükdə  təhsildə 

texnoloji yanaşmaların tətbiqini aktuallaşdırır. 

İstər qabaqcıl təcrübənin, istərsə də xarici ölkələrin təhsil sahəsindəki innovasiyalarının öyrənilməsi 

məqsədilə sistemli və ardıcıl pedaqoji araşdırmaların aparılması vacib hesab edilməlidir. Bu təcrübə-

lərin  hər  birinin  müasirliyini,  səmərəliliyini  şərtləndirən  keyfiyyətin  müəyyənləşdirilməsinə,  onların 

yeni şəraitdə forma və məzmun cəhətdən yeniləşdirilərək tətbiq olunmasına üstünlük verilməlidir. 

Məlumdur  ki,  ideoloji  baxışların,  ictimai  münasibətlərin  dəyişdiyi  indiki  şəraitdə  yeni  yaşayış 

formalarına  adaptasiya  olunmağa,  həmçinin  sosial  həyatın  əsas  prinsiplərini  öyrənməyə,  yeni  siyasi 

reallıqların  və  inkişaf  istiqamətlərinin  ictimai  şüurda,  praktikada  möhkəmləndirilməsinə  nail  olmaq 

üçün  təhsil  geniş  imkanlara  malikdir.  Milli-mənəvi  və  sosial-mədəni  dəyərlərə  yiyələnmiş  insan, 

hazırda təhsilin rolunu, onun həlledici mahiyyətini aşağıdakı kimi görür və əsas kimi qəbul edir: 

 

təhsil  ictimai  praktikanın  müstəqil  forması,  idarəetmə  mexanizmi,  təşkilati  struktur  və 



fəaliyyət sistemi olub, bütün sosial sferalarla  əlaqəli elə bir infrastrukturdur ki, o bir tərəfdən ictimai 

mühitin bütövlüyünü saxlayır, digər tərəfdən onun inkişafını təmin edir; 

 

təhsil  tarixi-mədəni  təcrübəni,  insanların  həyat  tərzini  və  yaşam  qaydalarını,  onların  ümumi 



həyatının norma və dəyərlərini zaman-zaman qoruyub saxlayır; 

 



təhsil  cəmiyyətin,  bütövlükdə  bəşəriyyətin  ictimai-siyasi  və  tarixi-mədəni  dəyərlərini 

formalaşdırma və inkişafetdirmə vasitəsidir

 

təhsil  zaman  və  məkan  daxilində  insan  şəxsiyyətinin  və  mədəniyyətinin  formalaşmasında, 



onun tərbiyəsində, bacarıqlarının dərinləşməsində həlledici rol oynamış və oynamaqdadır. 

 



təhsil həm sistemdir, həm prosesdir, həm nəticədir və həm də dəyərdir. 

XX  əsrin  sonları  və  XXI  əsrin  əvvəllərinədək  cəmiyyətdə  dominant  rol  oynayan  ənənəvi  təhsil 

sistemində  təhsilalanlara  bir  obyekt  kimi  yanaşılıb,  təhsildə  avtoritar  idarəetmə  üsullarına  üstünlük 

verilmişdir. Azərbaycanda müstəqillik qazandıqdan sonra demokratik, müstəqil ölkənin əsas prinsiplə-

rinə uyğun yeni, müasir tələblərə cavab verən təhsil sisteminin qurulmasına başlanıldı. Ənənəvi təhsil 

sistemi artıq dövrünü başa vurmuş, təkamül yolu ilə, yeni keyfiyyət dəyişiklikləri aparılmaqla tədricən 

dəyişərək, öz yerini yeni sosial, şəxsiyyətyönümlü təhsil sisteminə verməyə başladı. 

Tədris-  təlim  prosesində  yeni  texnologiyaların  tətbiqi,  pedaqoji  prosesin  idarəedilməsində  yeni 

yanaşmalardan  istifadə,  keyfiyyətli  sinif-dərs  sisteminin  qurulmasına  geniş  imkanlar  açır.  Sinif-dərs 

sisteminin  keyfiyyət  təminatında  ənənəvi  dərslərdən  fərqli  olaraq,  müasir  dərsin  təşkili  həlledici  rol 

oynayır.  Bu  halda sinif  mühitində  son  dərəcə  əhəmiyyətli dəyişikliklər baş  verir,  öyrədənlə  öyrənən 

arasında,  şagirdlərin  öz  aralarında  və  məktəblə  valideynlər  arasında  müasir  tələblərə  cavab  verən 

qarşılıqlı əlaqələr qurulur. Müasir təlim metodlarından biri olan interaktiv təlim üsullarından və İKT-

dən geniş istifadəyə yeni imkanlar yaranır. 

Ənənəvi,  fənnyönümlü  və  müasir  şəxsiyyətyönümlü  dərsləri  (sini-dərs  sistemində)  müqayisə 

etmək üçün onların paradiqmalarını (mühüm əlamətləri, bu əlamətlərin xarakteristikasını və onlardan 

irəli gələn nəticələri ) nəzərdən keçirək. 

Ənənəvi dərslərin paradiqmaları 

 

Təhsilalanlara obyekt kimi yanaşılması. Bu halda: 



–  Bütün  şagirdlərə  orta  səviyyəlilər  kimi  yanaşılır,  istedadın,  qabiliyyətin  inkişafı  üçün  şərait 

yaradılmır; 

– dərsdə seçim hüququnun reallaşdırılması məhdudlaşır; 

– təhsilalanlarda laqeydlik, qeyr- fəallıq, başqasının köməyinə ümid olmaq tərbiyəsi formalasır; 

– müəllimlər, tərbiyəçilər dərsin məqsəd və vasitələrini aydın və düzgün dərk edə bilmir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1441



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 



Dərsdə  öyrənənlərə  avtoritar  münasibət.  Şaquli  ünsiyyət,  inzibati-  bürokratik,  tabeçilik 

münasibətləri,  tədris-  təlim  prosesində  məcburiyyət  və  cəzalandırma  əsasında  bilik  və  bacarıqların 

formalaşdırılmasına üstünlüyün verilməsi nəticəsində: 

– Monoloji təhsilvermə üsulu tətbiq olunur

– tədris- təlim prosesi təlim materialını mənimsəməyə deyil, sadəcə şərh etməyə yönəldirlər; 

–  sağlamlığa  zərər  verən  təlim  mühitinin  (əsəb  gərginliyi,  həyəcan  və  qorxu,  mənfi  emosiyalar 

şəraitində fəaliyyət) aradan qaldırılmasına şərait yaradılmır. 

 



Ssientizm  (quru  elmlik).  İnsan  təbiətinin  (kainatın,  təbiətin,  ətraf  aləmin)  bütövlüyünün, 

tamlığının  pozulması,  təlimin  həddən  artıq  intellektuallaşdırılması,  beyinin  sol  yarımkürəsinin  çox 

yüklənməsi nəticəsində: 

–  musiqi,  təsviri  sənət,  əmək  və  fiziki  tərbiyə  dərslərində  bu  fənlərin  əhəmiyyəti  düzgün 

qiymətləndirilmir; 

– beyinin sol yarımkürəsi sağ yarımkürəsinə nisbətən çox yüklənir. 

 

Dərsdə  lüzumsuz  olaraq  xırdalanma.  Müxtəlif  təhsil  sahələrini  (humanitar,  riyaziyyat  və 



informatika,  təbiət  elmləri  və  s.)  süni  olaraq  bir-  birindən  ayırmaqla  təlim  prosesinin  bütövlüyünun 

pozulması (əksinteqrasiya) nəticəsində: 

– öyrənənlərin biliklərinin və dünyanı dərk etmələrinin fraqmentallığı (natamamlığı) baş verir; 

– çox yüklənmə və yorulma nəticəsində öyrənənlərin sağlamlığına böyük zərər vurulur. 

 

Həddən  artıq  məlumatlılıq  (informativlik).  Dərsdə  öyrənənlərin  əsas  diqqətinin  bilik  və 



bacarıqların  formalaşmasına  deyil,  fənnə  aid  informasiyaların  və  onların  tətbiqinə  aid  şablonların 

yadda saxlanılmasına yönəldilməsi nəticəsində: 

– öyrənilən tədris materialları gündəlik həyat problemləri ilə uzlaşdırılmır; 

– nəzəriyyə ilə praktikanın əlaqələri zəifləyir. 

 

Kadr  hazırlığının  keyfiyyətinə  diqqətin  yetirilməməsi.  Tədris-  təlim  prosesində  əsas  diqətin 



ancaq metodiki səviyyənin inkişafına yönəldilməsi nəticəsində: 

– öyrədənin şəxsi keyfiyyətlərinin və peşəkarlıq bacarıqlarının inkişafı məhdudlaşdırılır; 

–  öyrədənlərin  tənqidi  təfəkkürünün  inkişafına  və  yaradıcı  axtarışa  cəlb  olunmasına  tələbkarlıq 

zəifləyir. 

 

Dərsin  bəsitləşdirilməsi.  Tədris-  təlim  prosesinə  tam,  bütöv  kimi  yanaşılmır,  onlar  ayrı- 



ayrılıqda araşdırılır, nəticədə: 

– tədris fənni öz sosial- mədəni mahiyyətini itirərək qaydalar, faktlar yığımına çevrilir

–  təlim  prosesi  məzəmmət,  öyüd-nəsihət,  əxlaqi  dəyərlərin  deklarasiyasından  ibarət  nizam- 

intizam dərslərinə çevrilir; 

– fənnin məzmunu şagirdlərin şəxsi maraqları və motivləri ilə uzlaşmır; 

– dərsin (təlim prosesinin) rəqabətədözümlülüyü aşağı səviyyəyə enir. 

Ənənəvi  təlimin  başlıca  nöqsanları:  nəzəri  təmayülün  üstün  olması,  şagirdlərin  passivliyi, 

metodikaların  yeknəsəkliyi,  şagirdlərin  dalğınlığı,  həll  yollarının  əsasən  hazır  şəkildə  verilməsi, 

fərdiləşdirməyə şəraitin olmaması, vaxt bölgüsünün dəqiq reqlamentləşdirilməsindən ibarətdir.  

İnteraktiv  təlimin  başlıca  nöqsanlarına:  isə  vaxtın  reqlamentləşdirilməsinin  çətinliyini 

müəllimdən dərsə hazırlıq üçün böyük əmək tələb olunmasını, dəqiq planlaşdırmanın mürəkkəbliyini 

və  s.  aid  etmək  olar.  Məlumdur  ki,  ümumtəhsil  məktəblərində  vahid  məqsədə-  şagirdlərin  bilik, 

bacarıq və vərdişləri mənimsəmələrinə xidmət edən çoxsaylı təlim metodlarından və müxtəlif dərs - 5 

-  tiplərindən  istifadə  olunur.  Müasir  dövrdə  yeniliklərin,  yaxud  dəbdə  olduğu  kimi  deyilsə 

innovasiyaların dərsin strukturuna daxil olması faktı reallığa çevrilmişdir 

Beləliklə,  bəhs  edilənlərdən  belə  bir  nəticə  çıxır  ki,  ənənəvi  anlamda  “təhsil”  əsasən,  təlim- 

tərbiyə  prosesi  kimi  məna  daşıyırdısa,  hazırda  dərsin  məqsədinə,  eyni  zamanda  insan  şəxsiyyətini 

inkişaf  etdirməyə  istiqamətlənmiş  fəaliyyət  sahəsi  kimi  baxılmaqla  üstünlük  təşkil  etməyə 

başlamışdır.XXl  əsrin  hazırki  mərhələsində  Azərbaycan  təhsil  sistemi  qarşısında  çox  mühüm 

problemlər  durur.  Müasir  təlim  prosesinin  (müasir  dərsin)  əsas  məqsədi  tədrisin  səmərəliliyini 

artırmaq, öz düşüncəsi, ağlı, potensial enerjisi, güclü məntiqi ilə fənləri dərindən mənimsəyən və onu 

tətbiq etməyi bacaran, hər cür situasiyalarda işin məğzini tutub çıxış yolunu tapmağı bacaran yüksək 

intellektli  gənclər  yetişdirməkdir.  Bu  məqsədləri  yerinə  yetirmək  üçün  fəal-  interaktiv  təlim 

metodlarından  istifadə  edərək,  təlim  prosesi  (müasir  dərslər)  belə  aspektdə  qurulmalı,  keyfiyyətli 

tədris- təlim prosesinin təşkili təmin edilməlidir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1442



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

İBTİDAİ SİNİFLƏRDƏ ASUDƏ VAXTIN SƏMƏRƏLİ TƏŞKİLİ 

 

Arzu SƏLİMOVA 

Qafqaz Universiteti, Kaspi Liseyi 



arzusalin93@gmail.com 

AZƏRBAYCAN 

 

Asudə  vaxt-azad  vaxtdır.  Hər  yaş  dövründə  bu  vaxtdan  düzgün  istifadə  etmək  özünəməxsus 



əhəmiyyət  kəsb  edir.  Hər  bir  şəxs  yaşından  asılı  olmayaraq  çalışmalıdır  ki,  boş  vaxtını  maraqlı  və 

səmərəli  keçirsin.  “Vaxt  qızıla  bərabərdir”  deyənlər  səhv  etməyiblər.  Vaxt  itkisinə  yol  verməmək 

zamanın tələbidir. 

İbtidai siniflər üçün də asudə vaxt çox əhəmiyyətlidir.  İbtidai sinif şagirdlərinin asudə vaxtının 

düzgün  təşkili  onların  müəyyən  fəaliyyətə  cəlb  olunması  deməkdir.  Asudə  vaxtdan  düzgün  istifadə 

etmək  bacarığını  uşaq  yaşlarından  formalaşdırmaq  lazımdır.  Asudə  vaxt  düzgün  təşkil  olunduqda 

şagirddə fiziki, psixoloji və şəxsi keyfiyyətlər formalaşır, inkişaf edir, əməyə, təhsil və biliyə maraq 

güclənir, onda mədəniyyət və incəsənət nümunələri ilə tanış olmaq həvəsi artır. Asudə vaxtın səmərəli 

və düzgün istifadə forması şəxsiyyətin şüur və əqidəsinə, həyata baxışına təsir edir, uşağın əxlaqi və 

estetik tərbiyəsinin inkişafına təkan verir. İbtidai sinif şagirlərinin asudə vaxtının səmərəli təşkili üçün 

aşağıdakı məşğuliyyət növlərini tətbiq etmək olar.  

Fiziki  məşğuliyyətlər  -  Asudə  vaxtın  səmərəli  keçirilməsi  vasitələrindən  biri  də  fiziki 

məşğuliyyətlərdir. Bura fiziki hərəkətlər,gəzintilər,idman oyunları və s. daxildir. 



İdman uşaqların asudə vaxtının böyük bir hissəsini təşkil edir. Burada uşaqların maraq gostərdiyi 

idman  növünü  (məsələn,futbol,voleybol,üzgüçülük,  gimnastika  və  s.)  seçmək  lazımdır.  Bu  işdə 

valideyn  və  ya  müəllim  uşaqlara  yardım  və  istiqamət  verməli,  onlara  arzusuna  çatmağa  kömək 

etməlidir . 

İdmanla  məşgul  olmaq  uşaqlara  fiziki  bacarıqla  yanaşı,  yoldaşları  ilə  paylaşma  vərdişi,  qrupla 

işləmə,  qarşıya  qoyulan  hədəfə  birlikdə  nail  olma  bacarığını  formalaşdırır.  Bundan  başqa  uşaqlarda 

aktiv  həyat  tərzi  formalaşır,  böyümə  və  inkişaf  daha  yaxşı  olur,  xəstəliklərlə  mübarizədə  immun 

sistemi daha da güclənir, artıq çəki problemi olmur, sümüklər, bədənin hərəki sinir sistemi inkişaf edir, 

diqqəti  cəmləmək  xüsusiyyəti  formalaşır.  İdmanla  məşğul  olan  uşaqlar  daha  sağlam,  ətrafı  ilə 

münasibətdə daha anlayışlı, təvazökar, dostcanlı və digər keyfiyyətlərə malik olurlar. 



Oyun  –  İbtidai  sinif  uşaqlarının  asudə  vaxtlarının  əsasını  oyun  təşkil  edir.  Görkəmli  pedadqoq 

Makarenko  deyirdi:  Yaşlı  adamın  həyatında  iş,  fəaliyyət  nə  kimi  əhəmiyyətə  malikdirsə,  uşağın  da 

həyatında  oyun  o  qədər  vacib  və  əhəmiyyətlidir.  Oyun  fəaliyyəti  ilə  uşaq  öz  gələcəyinin  əsasını 

yaradır, uşaq oyunda necədirsə, sonrakı işində də bir çox cəhətdən elə olacaqdır. O, oyun ilə gələcək 

mühitini  qurur,  oyuncaq  ilə  əşyalarını,  oyun  yoldaşları  ilə  isə  gələcək  münasibətlərini  tarazlayır. 

Uşaqlar  oyun  oynadıqda  valideynlər  onların  davranışlarına  diqqət  etməlidirlər.  Çünki  uşaq  oyun 

fəaliyyətində  özünü  necə  aparırsa,  bu,  gələcəkdə  onun  xasiyyəti  kimi  formalaşa  bilər.  Onu  daha  çox 

oynaya-oynaya  öyrənə  biləcəyi  oyunlara  sövq  etmək  lazımdır.  Didaktik  oyunlar  uşaqların  boş 

vaxtlarını səmərəli keçirmələri üçün mühüm vasitələrdəndir. Burada uşaq həm əylənir, həm də öyrənir. 

Stolüstü oyunlar- Uşaqların asudə vaxtlarının səmərəli təşkili baxımından bir vasitə də stolüstü 

oyunlarıdır (domino, şahmat, dama). Bu oyunlar sayəsində uşaqların həyatında mühüm dəyişikliklər 

etməyimiz mümkündür. Boş vaxtını dama, şahmat, domino oynayaraq keçirən uşağın tez qərar qəbul 

etmək  qabiliyyəti  inkişaf  edir.  Uşaq  bir  həmlənin  oyunun  gedişinə  necə təsir  edə  biləcəyini,  yaranan 

yeni  vəziyyətin  necə  nəticələnəcəyini,  səbəb-nəticə münasibətini  bu  oyunlarda  daha  yaxşı  anlayır  və 

qavrayır. Həmçinin uşağa qələbə əzmini də bu oyun vasitəsilə daha tez aşılaya bilərik.  



Gəzinti və ekskursiyalar uşaqların estetik zövqünün, dünyagörüşünün formalaşmasında əvəzsiz 

rol  oynayır.  Məktəblini  cəlb  edən  tamaşalar,  zooparka,  sirkə,  muzeyə  getmək,  akvoparka 

aparmaq,velosiped sürmək,təbiətə gəzinti təşkil etmək, fotoşəkillər çəkmək uşaqları şən əhval-ruhiyyə 

edir, yaradıcılığa, təhsilə marağını artırır. 

Bütün  bu  sadalanan  məşğuliyyətlər  asudə  vaxtın  səmərəli  və  maraqlı  keçməsinə  xidmət  edir, 

məktəblini  enerji  ilə  təmin  edir,  onu  gələcəyə  hazırlayır,  tənbəllikdən  və  mənfi  hərəkətlərdən  və 

vərdişlərdən xilas edir, onlarda əsl mənəvi xarakterin və hətta onların taleyinin formalaşmasına kömək 

edir,onu zirvələri fəth etməyə çağırır, vətənə, anaya, dosta səadət hissi oyadır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1443



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Rəsm-  Rəsm  çəkmək  də  uşaqların  boş  vaxtlarını  dəyərləndirməkdə  səmərəli  vasitədir.  Rəsmlə 

məşğul  olan  uşaqların  fantaziyaları,  düşünmə  qabiliyyətləri  daha  dolğun  xarakter  alır.  Onlar  öz 

dünyagörüşlərini,  təfəkkür  formalarını  rəsm  vasitəsi  ilə  ortaya  qoymağa  çalışırlar.  Rəsm  çəkmək 

uşaqların 

bədii 

zövqünü, 



təxəyyülünü, 

yaradıcılıq 

qabiliyyətini 

inkişaf 


etdirir,onda gözəl duyğular aşılayır. Bu məşğuliyyət zamanla istedada çevrilə bilər.  

Musiqi - Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi yollarından biri də musiqi dinləmək və 

ona maraq göstərməkdir. Musiqi insanın daxilində olan mənfi enerjinin azalmasına, müsbət enerjinin 

artmasına  səbəb  olur,  onu  dözümlülüyə,  təmkinliyə  hazırlayır.  Asudə  vaxtlarında  musiqi  ilə  məşğul 

olan  uşaqlarda  dinləmək  mədəniyyəti,  əgər  bir  musiqi  alətindən  istifadə  edirsə,  onda  ritm  tutmaq, 

melodiyanı qavramaq qabiliyyəti inkişaf edir, ixtiyari diqqəti gücləndirir.  

Oxumaq- Bütün dövrlər üçün uşağın asudə vaxtının yaxşı dəyərləndirilməsinin ən ideal vasitəsi 

oxumaqdır:  bu,  kitab,  qəzet,  jurnal  və  ya  elektron  məlumat  bazası  ola  bilər.  Mütaliə  uşaqların 

dünyagörüşünü,  mədəni  səviyyəsini,  nitq  qabiliyyətini,  biliyini  artırmaq  üçün  əvəzsiz  rola  malikdir. 

Uşaqlar üçün yazılan əsərlər  onları doğruluğa,  humanistliyə,  vətənpərvərliyə,  qəhrəmanlığa  çağırır. 

Belə ki, nağıl oxuyan uşaq öz təxəyyülündə fantaziyanı gerçəyə çevirə bilir. O, nağıllarda olan müsbət 

xarakterlərə  rəğbəti  ayırd  edərək  gələcək  həyatında  xeyirxah  olmağa  can  atır.  Qəhrəmanlıq 

dastanlarında uşaq müsbət obrazları özünə ideal seçir. Bu da uşaqları vətənpərvərlik ruhunda tərbiyə 

etmək baxımından önəmlidir. 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin