Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə132/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   128   129   130   131   132   133   134   135   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1434



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bu  şəkildə  sürətli  inkişaf  zamanı  müəllimlər  artıq  “nəyi  tədris  etməli?”  sualı  ətrafında  deyil, 

“necə tədris etməli?” sualı haqqında düşünməli olurlar. Çünki şagirdlərdə təlimə marağın artırılması 

məsələsi  əsas  düşündürücü  problemə  çevrilmişdir.Bu  problem  ətrafında  bir  sıra  məqalələr,  tədqiqat 

işləri yazılmışdır. Şagirdlərdə təlimə marağın artırılması üçün pedaqoji metodlardan,müxtəlif üsul və 

vasitələrdən istifadə edilir. Bunun üçün təlimdə öyrədici mühitin yaradılması, fəallığın, interaktivliyin 

artırılması da əsas şərtlərdəndir. “Fəal (interaktiv)” təlim prosesinin digər iştirakçıları ilə əməkdaşlıq 

şəraitində həyata keçirilən təlimi nəzərdə tutulur. Dünya təcrübəsi göstərir ki, fəal təlim metodu dərsin 

keyfiyyətini artırmaq məqsədi ilə güclü vasitə ola bilər. Bu metod şagirdlər üçün dərsi çox maraqlı və 

cəlbedici  edir.Fəal  təlim  həm  məzmunun  öyrənilməsinin,  həm  də  tətbiqinin  səmərəliliyini  artırır  və 

şagirdlərin dərketmə fəaliyyətini daha da fəallaşdırır. 

Məktəbdənkənar və sinifdənkənar işlərin təşkili zamanı da müəllim bu metod və texnologiyaları 

müvafiq şəkildə seçib tətbiq etməyi bacarmalıdır. Əgər müasir təhsil,fəal təlim haqqında danışırıqsa, 

müəllim  sinifdənxaric  oxu  materiallarının  da  şagirdlər  tərəfindən  sadəcə  əzbərləmək  və 

qiymətləndirilmək  kimi  mənimsənilməsinə  yol  verməməlidir.  Çünki  bu  materiallar  şagirdlərdə 

dünyagörüşü,nitq qabiliyyətlərinin formalaşmasında və inkişafında, vətənpərvərlik, humanizm, əməyə 

hörmət,  dostluğa  sədaqət  kimi  müsbət  keyfiyyətlərin  aşılanmasında  xüsusi  rol  oynayır.  Ona  görə  də 

şagirdlər təqdim olunmuş materialları yalnız nəzəri materiallar olaraq deyil, onlarının məzmunlarının 

əhəmiyyətinə  vararaq,  dərk  edərək  şüurlu  şəkildə  mənimsəməlidirlər.  Bu  məqsədin  həyata 

keçirilməsində isə müəllimə düzgün seçilmiş metodlar kömək edir. 

Sinifdənxaric  oxu  dərslərində  aşağıdakı  metod  və  texnologiyalardan  istifadə  edilə  bilər:  əqli 

hücum,  diskussiya,  debatlar,  yaradıcılığı  stimullaşdıran  metodlar,  rollu  oyunlar,söz  assosiasiyaları, 

prezentasiyalar (təqdimatlar), tənqidi təfəkkür proseslərinin inkişafına yönəlmiş metodlar, yaradıcılığa 

yönəlmiş  metodlar  və  s.  Ümumtəhsil  məktəblərində  şagirdlərin  estetik  tərbiyəsi  sahəsində  qarşıya 

qoyulan vəzifələri uğurla həyata keçirmək üçün təkcə dərs prosesinə istinad etmək kifayət deyildir, bu 

pedaqoji  prosesin  səmərəliliyinə  mənfi  təsir  göstərər,məktəbə  marağı  azaldar.  Bu  baxımdan  qeyd 

etdiyimiz kimi,məktəbdənkənar və sinifdənxaric tədbirlərdən mütəmadi olaraq istifadə etmək lazımdır. 

Sinifdənxaric  tədbirlərin  həyata  keçirilməsi  zamanı  bu  tədbirlərin  təlim  prosesi  ilə  əlaqəsinin  təmin 

olunması nəzərdə tutulmalıdır. 

Qeyd etmək lazımdır ki, bəzi müəllimlər sinifdənxaric və məktəbdənkənar tədbirlərə az fikir verir 

və  yaxud  çox  səthi  yanaşırlar.  Sinifdənxaric  iş  planlı  və  müntəzəm  olaraq  müəllimlərin  iş  planında 

özünə  layiqli  yer  tutmalıdır.  Əks  təqdirdə  hərtərəfli  insan  tərbiyəsindən  söhbət  gedə  bilməz. 

Məktəblərdə  sinifdənxaric  tədbirlər  müxtəlif  formalarda  aparılır  ki,  bunları  da  kütləvi  tədbirlər, 

qruplarla iş və fərdi iş kimi qruplaşdırmaq olar. 

Sinifdənxaric işlərin əsas məqsədi şagirdlərin müxtəlif bilik sahələrinə və fəaliyyət növlərinə olan 

marağını,qabiliyyət və istedadlarını inkişaf etdirməkdən, asudə vaxtlarını səmərəli təşkil etməkdən və 

peşəseçmə işinə kömək göstərməkdən ibarətdir. 

Sinifdənxaric  tədbirlər 

şagirdin 

idarəetmə 

vərdişlərinin 

formalaşdırılmasına, 

elmi 

dünyagörüşünün  genişləndirilməsinə,  onda  əsl  azərbaycanlıya  xas  olan  yüksək  mənəvi  və  əxlaqi 



keyfiyyətlərin  formalaşdırılmasına  imkan  yaradır,  sinifdə  müəyyən  fənlərdən  verilmiş  biliyi 

dərinləşdirir, şagirdlərin meyil və qabiliyyətini müəyyənləşdirib üzə çıxarır. 

Sinifdənxaric tədbirdə şagird müəyyən vəzifəni yerinə yetirmək üçün ona tapşırılan iş üzərində 

axtarış  aparır,  bunun  üçün  o,  müstəqil  çalışmağa  səy  edir,  bu  cəhət  şagirdi  məsələnin  mahiyyətini 

dərindən  dərk  etməyə  doğru  istiqamətləndirir.  Şagird  daha  müstəqil  olur,  söhbət  və  mübahisələrə 

qoşulur və bu iş onun məntiqi təfəkkürünü inkişaf etdirir, nitqini zənginləşdirir. 

Sinifdənxaric işlərin formaları çox müxtəlif və rəngarəngdir. Lakin yadda saxlamaq lazımdır ki, 

sinifdənxaric  işlərin  bu  və  ya  digər  formasını  seçərkən,  mövzuları  müəyyənləşdirərkən  yerli  şəraiti, 

məktəbin tələbatını, şagirdlərin marağını, yaş və bilik səviyyəsini və bir sıra digər məsələləri mütləq 

nəzərə  almaq  lazımdır.  Bundan  əlavə,  sinifdənxaric  tədbirlərdə  müvəffəqiyyət  qazanmaq  üçün 

müəllim hər şeydən əvvəl, könüllülük prinsipinə, şagirdlərin istək və arzularına, dünyagörüşlərinə fikir 

verməlidir.  Bəzən  də  şagirdi  maraqlandırmayan,  onun  zövqünü  oxşamayan  tədbirlərin  keçirilməsi 

dinləyici və tamaşaçı tərəfindən qəbul olunmur. Bir şeyi də nəzərə almaq lazımdır ki, eyni bir şagirdin 

müxtəlif fənlər üzrə sinifdənxaric işlərlə yüklənməsinə yol vermək olmaz. Belə olan təqdirdə həmin 

şagirddə keçirilən tədbirə qarşı məhəbbət əvəzinə, nifrət yaranır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1435



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Sinifdənxaric  şəraiti  öyrənmək  və  şagirdlərin  maraqlarını  müəyyənləşdirmək  yalnız  işin  ilkin 

mərhələsidir. Əsas məsələ isə sinifdənxaric işlərin təşkili və buna daha çox şagirdin cəlb olunması və 

bu işlərin keyfiyyətinin yüksəldilməsidir. Belə ki, məktəblərdə keçirilən müxtəlif fənlər üzrə gecələr, 

diskussiyalar,  görkəmli  şəxsiyyətlərlə  görüşlər,  respublikamızın  müxtəlif  görməli  yerlərinə 

ekskursiyalar artıq ənənə halını almışdır. Ancaq bu ənənə bəzən mənasız, yadda qalmayan tədbirlərin 

keçirilməsinə, ona baxanların isə həm vaxt itkisinə, həm də yorulmasına səbəb olur. Mən söylənilən 

müddəalara  əsaslanıb  təklif  etmək  istərdim  ki,  bu  tədbirlər  ya  bütünlüklə  metodbirləşmələrə,  ya  da 

məktəbdə  fəaliyyət  göstərən  müxtəlif  dərnək  və  maraq  məşğələlərinə  həvalə  edilsin.  Yəni  tədris  ili 

ərzində hər bir kafedranın, dərnək və maraq məşğələlərinin qoyduğu tədbirlər hesabat xarakterli olsun. 

Mənə elə gəlir ki, belə tədbirlər daha keyfiyyətli olar və uzun müddət yaddaşlardan silinməz. 

 

 

SİNİFDƏNXARİC İŞLƏR VASİTƏSİLƏ ELMİ                      

DÜNYAGÖRÜŞÜN FORMALAŞMASI PROSESİ 

 

Hasan ALKAN 

Bakı Slavyan Universiteti 



gagaantalya@gmail.com 

AZƏRBAYCAN 

 

Məktəblərin ən başlıca, əsas vəzifəsi gəncləri vətənə məhəbbət, demokratik cəmiyyətin əsaslarına 



hörmət,  elmi  dünyagörüşə  malik,  əxlaqi  cəhətdən  tam  yetişgin  bir  şəxsiyyət  tərbiyə  etməkdir.  Bütün 

bu  vəzifələrin  yerinə  yetirilməsində  təlim  –  tərbiyə  işlərinin  məcmusundan  ibarət  olan  pedaqoji 

prosesin daha da inkişaf etməsində, yeniyetmələrin həyata baxışlarının düzgün formalaşdırılmasında 

sinifdənxaric məşğələlərin böyük təsiri və rolu vardır. 

 

Sinifdənxaric  iş  –  məktəbin  apardığı  təlim  –  tərbiyə  prosesinin  vacib  tərkib  hissəsidir  və  tədris 



prosesinin davamıdır. Bu işi dərsdən əvvəl, yaxud dərsdən sonrakı müddətdə ya pedaqoji kollektivin 

üzvləri, ya da müxtəlif növ şagird özünüidarə təşkilatları, uşaq və gənclər təşkilatının rəhbərləri təşkil 

edirlər.  Düzgün  seçilmiş  pedaqoji  prinsiplər  əsasında  aparılan  sinifdənxaric  işlər  məktəbyaşı 

dövründəki  uşaqların  biliyini,  dünyagörüşünü  artırır,  təhsilin  keyfiyyətinin  yüksəlməsinə  nail  olur. 

Sinifdənxaric  işlər  yeniyetmələrin  elmi  dünyagörüşünün  formalaşmasına,  şəxsiyyət  zənginliyinə, 

onların  istedad  və  qabiliyyətlərinin  üzə  çıxmasına,  idraki  maraqlarının  genişlənməsinə,  hərtərəfli 

inkişafına  zəmin  yaradır.  Mövzuların  müxtəlifliyi,  forması,  rəngarəng  olması  ilə  diqqəti  cəlb  edən 

sinifdənxaric  işlərdə  şagirdlər  insanın  hiss  və  düşüncələrini,  ideal  və  arzularını  tərənnüm  edən 

ədəbiyyat,  musiqi,  təsviri  incəsənət  əsərlərini,  təbiət  gözəlliklərini,  davranış  qaydalarını  dərk  etmək, 

onların  mənasını  düzgün  anlamaq  qabiliyyətlərinə  yiyələnirlər.  Məktəblilərin  dünyagörüşünün 

formalaşması yalnız fənlərin tədrisi ilə məhdudlaşmır və prosesə sinifdənxaric tədbirlərdə daxil edilir. 

Bu,  əvvəlcə  onunla  əlaqədardır  ki,  dünyagörüşü  ilə  bağlı  bir  sıra  mühüm  məslələ  barəsində  dərsdə 

geniş  məlumat  verməyə  vaxt  və  imkan  olmur.  Sinifdənxaric  tərbiyə  işində  isə  belə  vaxt  və  imkan 

genişdir.  Bu  imkan  və  vaxtdan  səmərəli  istifadə  etməklə  müəllim  lazım  olan  bilik  və  ideyaları 

yeniyetmələrə  daha  şüurlu  və  ətraflı  mənimsədib  əqidəyə  çevirə  bilər.  Məsələn,  şagirdləri  bəzi 

hadisələrin elmi  təhlilinə,  şərhinə həsr  olunmuş  müzakirələrə  cəlb etmək,  oxucu  konfransı  keçirmək, 

sual- cavab gecələri təşkil etmək və s. sinifdənxaric işlər üçün çox faydalıdır. 

 

 



 

Məktəbdə,  həm  fənlərin  tədrisində,  həm  də  sinifdənxaric  tərbiyə  işlərində,  şagirdlərdə 

dünyagörüşünün  formalaşdırılması  sahəsində  aparılan  işlər  onların  yaş  və  anlaq  səviyyəsinə  uyğun 

olmaqla  aşağıdakı  nəticələrə  gətirib  çıxarır:  -  dünya  öz  təbiəti  etibarilə  maddidir  və  burada  təsadüf 

edilən  hər  şey  hərəkətdə  olan  materiyanın  formalarından  başqa  bir  şey  deyildir.  Maddi  aləmin 

inkişafının  səbəbi  onun  özündə  aparılmalıdır;  -  din  tarixi  zərurət  olaraq  yaranıb  və  ictimai  şüurun, 

dünyagörüşünün bir növü kimi formalaşmışdır. Elmi dünyagörüşü də dini dünyagörüşü də cəmiyyətin 

bütün  tərəfləri  ilə,  ictimai  şüurun  bütün  formaları  ilə,  insan  fəaliyyətinin  bütün  sahələri  ilə  bağlı 

hadisələr  kompleksini  əhatə  edir;  -  Allah  obrazının  meydana  gəlməsi  və  insanların  ona  tarix  boyu 

bəslədiyi dini- etik münasibət bir sıra ümumbəşəri əxlaqi dəyərlərin, hərəkət və davranış normalarının 

rəsmləşdirilməsində, məişət adət- ənənələrinin mükəmməl formaya düşməsində, ailənin və cəmiyyətin 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1436



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

mənəvi dayaqlarının qorunmasında mühüm rol oynamışdır; - anti-mövhumi tərbiyə elmi dünyagörüşü 

tərbiyəsinin  tərkib  hissəsidir.  Yeniyetmələrin  tərbiyəsində,  elmi  dünyagörüşlərinin  formalaşmasında 

böyük və özünəməxsus rol oynayan sinifdənxaric işlərin bəzi formalarını nəzərdən keçirək: Söhbət və 

mühazirələr müxtəlif elmi, etik, estetik,  əmək, fiziki tərbiyə və s. məsələlərə həsr edilir. Burada  əsas 

məqsəd  gənc  nəslin  mənəvi  və  hüquqi şüurunu,  bədii  zövqünü  formalaşdırmaq,  vətənpərvərlik,  milli 

mənlik və ləyaqət hisslərini qüvvətləndirmək , intizamı təmin etmək, sağlamlığının qayğısına qalmağı 

və  s.  öyrətməkdən  ibarətdir.  Söhbətlərin  həyati,  inandırıcı,  mühazirələrin  maraqlı,  zəngin  olmasına, 

sıxıcı və yorucu xarakter daşımamasına diqqət yetirilməlidir. Yeri gəldikcə qoca Şərqin zəngin şifahi 

və yazılı abidələrinə, görkəmli şəxsiyyətlərin, yazıçı və şairlərin fikirlərinə müraciət etməli, nümunələr 

göstərməlidir  ki,  söhbət  və  mühazirələrin  təsir  gücü  daha  da  artsın.  Axşamlar  –məktəblərdə 

məzmunundan  asılı  olaraq  müxtəlif  formalarda  keçirilir.  Bura  ədəbi  –  bədii  axşamlar,  görkəmli 

adamların  ildönümünə  həsr  olunmuş  axşamlar,  humanitar  və  təbiət  fənlərinə  aid  axşamlar,  sual  – 

cavab axşamları, tematik axşamlar və s. Bu axşamların məzmununa şagirdlərin ailə həyatına hazırlığı, 

vətəndaşlıq yetkinliyi, milli mənlik və ləyaqət, cəmiyyətdə davranış qaydaları və s. məsələlərin həyata 

keçirilməsi aiddir. 

Görüşlər  –məktəbdə  əmək  və  müharibə  veteranları,  istehaslat  qabaqcılları, 

görkəmli yazıçı və şairlər, alimlər, incəsənət adamları ilə təşkil edilir. Belə görüşlərdə yeniyetmələrdə 

zehni  və  fiziki  əmək  meylləri  inkişaf  edir,  onlar  bədii  və  elmi  sahələrin,  texnikanın  nailiyyətləri  ilə 

tanış olurlar. Xüsusəndə yuxarı siniflərdə, yeniyetmələr arasında bir çox elmi dünyagörüşlü məsələləri 

işgüzar şəkildə müzakirə etmək üçün xüsusi rol oynayır.   

 

Şagird konfransları -pedaqoji kollektivin və məktəbin ictimai təşkilatlarının köməyi, şagirdlərin 



birgə  qüvvəsi  ilə,  müəllimlərin  rəhbərliyi  ilə  təşkil  olunur.  Şagird  konfransları  hər  hansı  fənn  üzrə 

mövzularla,  problemlərlə  bağlı  əldə  edilmiş  biliklərin  möhkəmləndirilməsi,  genişləndirilməsi  və 

dərinləşməsinə kömək edir. 

Müzakirələr  bir  neçə  formada  aparılır.  Seçilmiş  mövzuya  uyğun 

olaraq  bədii  əsərlərin,  pedaqoji  və  elmi  –  kütləvi  ədəbiyyatın,  kino  –  filmlərin,  qəzet  və  jurnal 

məqalələrinin müzakirəsini keçirtmək, şagirdlərin həmin incəsənət əsərlərində irəli sürülən ideyalarla, 

həyat  hadisələrinə,  insanların  hərəkət  və  davranışlarına,  düşüncələrinə,  hisslərinə  necə  yanaşdığını 

aşkar  etmək  mümkündür.  Disputlar  –  gənc  nəsildə  bir  çox  müsbət  keyfiyyətləri  inkişaf  etdirir, 

yeniyetmələrdə,  oğlan  və  qızların,  böyüklərin  davranış  motivlərinə,  qarşılıqlı  münasibət  və  rəftarına 

obyektiv  qiymət  verməyi,  ətrafda  baş  verən  hadisələrə  açıq  gözlə  baxmağı  öyrədir,  onlarda 

özünütərbiyəyə  tələbat  yaradır.  Disput  güclü  tərbiyə  vasitəsidir.  Disputun  canlı  və  maraqlı 

keçməsindən üçün yaxşı nümunələr , fakt və dəlillər toplamaq lazımdır. 

Bədii  əsərlərin  müzakirəsini  təşkil  etmək  üçün  əvvəldən  elan  yazılır  və  əsərdəki  obrazlar 

haqqında  danışmaq  konkret  şagirdlərə  tapşırılır.  Məsələn,  məktəblərdə  O.Altunbayın  “Tomris”, 

M.Ə.Rəsulzadənin  “  Əsrimizin  Səyavuşu”,  Ənvər  Məmmədxanlının  “Babək”  əsərləri  tez  –  tez 

müzakirə  edilir.  Müsabiqələr  və  sərgilər–  sinifdənxaric  yaradıcı  qabiliyyətlərin  inkişafının  fəal 

formasıdır.  Bunlara  “Müəllim  günü”  nə  həsr  olunmuş  gül  dəstələri  müsabiqəsi,  divar  qəzetlərinin 

çıxarışı, bayramlara həsr olunmuş divar qəzetlərinin müsabiqəsini və s.ni aid etmək olar.   

 

Məktəblərdə bütün fənlər üzrə dərnəklər təşkil olunur. Məqsəd şagirdlərin ayrı-ayrı fənlərə olan 



maraqlarını daha da artırmağa, onların dərsdə mənimsədikləri bilikləri daha da artırmaqdır. Yaranmış 

dərnək  fənn  müəllimlərinin  birinin  rəhbərliyi  ilə  fəaliyyətə  başlayır.  Hər  bir  fənnin  özünəməxsus 

xüsusiyyəti nəzərə alınır.  

 

Ədəbiyyat  və  dil  dərnəkləri  vasitəsilə  şagirdlər  milli  və  dünya  ədəbiyyatı  ilə  tanış  olurlar. 



Görkəmli  yazıçı  və  şairlər  haqqında  daha  geniş  məlumat  alırlar.  Xarici  dil  öyrənirlər.  Fizika  və 

riyaziyyat  dərnəklərində  şagirdlərə  bu  elmlərin  tarixi  və  kəşflər  edən  alimlərin  həyat  və  fəaliyyətləri 

öyrədilir. Coğrafiya dərnəyinin məqsədi coğrafiya, diyarşünaslıq məsələləri ilə maraqlanan şagirdləri 

bir  yerə  yığmaq  və  onların  coğrafi  biliklərini  zənginləşdirməkdir.  Belə  dərnəklərdə  şagirdlər  qitə  və 

materiklər  coğrafiyası,  fiziki  coğrafiya,  qədim  abidələri  və  s.  ni  öyrənirlər.  Kimya  dərnəyində  elmi 

əsərlər oxuyur, kimyaçıların fəaliyyəti haqqında araşdırma apararaq məruzə və referatlar yazırlar. 

Beləliklə  son  nəticəyə  görə  yeniyetmələrin  elmi  dünyagörüşlərinin  formalaşdırılmasında 

dərslərdən  əlavə,  sinifdənxaric  işlər  də  özünəməxsus,  əvəzedilməz  rol  oynayır.  Sinifdənxaric  işlər 

vasitəsilə  yeniyetmələrdə  ilk  növbədə  elmi  dünyagörüşü  formalaşır,  ətraf  aləm  və  cəmiyyətdə  baş 

verən hadisələrlə daha yaxından tanış olurlar, davranış normalarını mənimsəyirlər. 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1437



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

DEĞERLER EĞİTİMİNİN ÖNEMİNE BİR BAKIŞ 

 

Mehmet ÇINAR 

Qafqaz Universitesi 



mcinar@qu.edu.az 

AZƏRBAYCAN 

 

Toplumsal  anlamda  değerler,  toplum  tarafından,  en  faydalı,  en  doğru  ve  en  iyi  olduğu  kabul 



edilen genelleştirilmiş davranış prensipleridir. Bir başka ifadeyle; bir varlığa, nesneye veya faaliyete, 

bireysel ve toplumsal açıdan tanınan öncelik ya da önem demektir. Bu değerleri oluşturan temel öğeler 

ise  yüzyıllarca  toplum  ve  milletler  olarak  kabul  ettiğimiz  veya  kabul  etmediğimiz  davranışlar 

denilebilir.  Bizim  için  burada  önemli  olan  insanın  bu  değerlerle  yetiştirilmesi  ve  ona  öğretilen 

davranışları karakter haline getirmesidir. 

Sosyal  ve  ahlaki  denetimin  en  önemli  mekanizması  değerler  olduğu  için  bu  ölçü  toplum  için 

vazgeçilmez  bir  unsur  olmayı  her  zaman  korumuştur.  Topluma  faydalı  insanlardan  bahsedilirken, 

devlet tarafından eğitimden istenen insan prototipi olarak bu ifadeyle tarif edebiliriz;  ahlâkîmanevî 



değerleri  benimseyen,  beden,  zihin,  ahlâk,  ruh  ve  duygu  bakımından  dengeli  ve  sağlıklı  şekilde 

gelişmiş bir kişiliğe ve karaktere sahip kişiler tanımlanmaktadır. 

Toplumsal yaşantının varlığını düzenli olarak sürdürülebilmesi için değerler eğitiminin insanlara 

aşılanması şarttır. Günümüzde yaşanan hadiselerin önünü almak ve bu problemlere çözüm bulmanın 

yolunun  da  bugün  insanlara  verilen  değerler  eğitiminden  geçtiğini  ifade  etmek  isterim.  Değerlerini, 

ahlaki  ve  manevi  eğitimini  düzgün  alamamış  bireyler,  aileler,  şehirler  dolayısıyla  toplumlarda  da 

ahlaki travmalara yol açacak insan haline gelme ihtimali söz konusudur. Bu itibarla sağlam kişilik ve 

karakter  sahibi  insanların  yetişmesi  ve  yetiştirilmesi  meselesi  kendiliğinden  gündemimize  girmiş 

olmaktadır.  Bu  sebeple  günümüzde  yaşanan  birçok  hadisenin  çözümü  adına  dikkatlerin  değerler 

eğitiminde olması gayet doğal gözükmektedir. Bunun için değerler eğitiminin nasıl kazandırılması ve 

bunun hayatta vazgeçilemeyecek olmasının konuşulup müzakere edilmesi gerekmektedir. 

Bir  şeyin  karşıdaki  muhataba  verilip  pekiştirilmesi  ve  etkili  olabilmesi  için,  mutlaka  anlatılan 

nazari  meseleler  aktarıcı  tarafından  tam  manada  bilinmesi  ve  yaşamasına  bağlı  olduğu  hususu  da 

unutulmamalıdır. Buna ilave olarak sevginin, saygının ve karşılıklı hürmetinde anlatılan konulara tesiri 

de çok büyük önem arz ettiğini de burada ifade etmek yerinde olacaktır. 

İnsanlar  bir  davranışa  geçmeden  ve  ya  eyleme  dökmeden  önce  düşünür,  sonra  duygulara 

dönüştürür  ve  netice  itibariyle  davranışa  döker.  Bu  sebeple  insan  düşüncesine,  duygusuna  ve 

davranışına dikkat etmelidir ki, bu davranışlar istenilen ve herkesin kabul edebileceği etik ve evrensel 

değerlere uygun olsun. Gandi’nin dediği gibi; 

 

 

Söylediklerinize dikkat edin; düşüncelere dönüşür, 



 

 

Düşüncelerinize dikkat edin; duygularınıza dönüşür, 



 

 

Duygularınıza dikkat edin; davranışlarınıza dönüşür, 



 

 

Davranışlarınıza dikkat edin; alışkanlıklarınıza dönüşür, 



 

 

Alışkanlıklarınıza dikkat edin; değerlerinize dönüşür, 



 

 

Değerlerinize dikkat edin; karakterinize dönüşür, 



 

 

Karakterinize dikkat edin; kaderinize dönüşür. 



Netice itibariyle insanın kendini tanıması, kendini sorgulaması ve kendini tefekkür etmesi onun 

değerler eğitimi adına yetişmesi için çok önemlidir. Bununla beraber değerleri göz önünde 

bulundurmadan insanın gerçek tabiatını anlama imkânı da yoktur. 

 

 



 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1438



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

QLOBALLAŞMA DÖVRÜNDƏ MÜƏLLİMİN BAŞLICA                

VƏZİFƏLƏRİ VƏ KEYFİYYƏTLƏRİ 

 

Tahir KƏRİMLİ 

ADPU-nun Ağcabədi filialı 

AZƏRBAYCAN 

Anar KƏRİMLİ 

ADPU-nun Ağcabədi filialı 



kerimli_anar@mail.ru 

AZƏRBAYCAN 

 

Qloballaşma dövründə səriştəyə əsaslanan müəllim kadrlarının hazırlanması onlarn şəxsiyyətinə 



və  fəaliyyətinə,  peşəkarlıq  səviyyəsinin  yüksəldilməsinə  bir  sıra  mühüm  tələblər  verir.  Bu  tələblərin 

yerinə yetirilməsi müəllim kadrlarının hazırlanmasının məzmununun daha da dərinləşdirilməsini tələb 

edir. 

Hazırda  təhsil  islahatının  ən  zəruri  istiqamətlərindən  biri  kimi  müəllimlərin  davamlı  inkişafı, 



onların  peşəkarlıq  səviyyəsinin  daim  yüksəldilməsini  təmin  edən  yeni  sistemin  yaradılması  diqqət 

mərkəzindədir. 

Ulu öndər Heydər Əliyev deyirdi ki, “Müəllim olmq kimi şərəfli bir iş yoxdur. Çünki müəllimlər 

xalqın biliklənməsinin, təhsilin inkişaf etməsinin və nəhayət xalqın elminin inkişaf etməsinin əsasını 

qoyanlardır”. 

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş 

“Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  Strategiyası”  səriştəyə  əsaslanan 

şəxsiyyətyönümlü  təhsil  məzmununun  yaradılması,  təhsil  sahəsində  insan  resurslarının 

müasirləşdirilməsi,  təhsildə  nəticələrə  görə  cavabdeh,  şəffaf  və  səmərəli  idarəetmə  mexanizmlərinin 

yaradılması,  müasir  tələblərə  uyğun  və  ömür  boyu  təhsili  təmin  edən  təhsil  infrastrukturunun 

yaradılması,  iqtisadi  cəhətdən  dayanıqlı  və  dünyanın  aparıcı  təhsil  sistemlərinin  standartları  ilə  eyni 

səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulması kimi strateji istiqamətləri 

özündə  ehtiva  edir.  Burada  başlıca  məqsəd  ölkədə  səriştəli  təhsil  verənlərə,  ən  yeni  tenologiyalara 

əsaslanan  infrastruktura  malik,  keyfiyyət  nəticələri  və  əhatəliliyinə  görə  dünya  ölkələri  sırasında 

qabaqcıl mövqe tutan təhsil sistemi yaratmaqdır.  

Həyati  təlabatdandır  ki,  yer  kürəsində  yaşayan  bütün  xalqların,  millətlərin  və  ölkələrin  iqtisadi, 

sosial-mədəni və siyasi cəhətdən inteqrasiyası qloballaşmanı zəruri amillərdən birinə çevirmişdir. 

 “Qlobal”  sözü  latın  dilində  “qlobe”-kürə  anlamını  verir.  Müasir  siyasi  etimologiyası  “geniş 

əhatəli”,  “planetar”  və  s.  kimi  yozulur.  Məsələn,  qlobal  ekoloji  problem,  qlobal  iqlim  dəyişməsi, 

qlobal ərzaq çatışmazlığı, qlobal təhlükəsizlik və s. 

Professor  Ə.Ağayev  yazır  ki,  qloballaşmanın  təhsil  sahəsini  əhatə  etməsi  əsasən  XX  əsrin 

sonlarına təsadüf edir. Digər sahələrdə olduğu kimi, təhsil sahəsində də qloballaşma dünyada ölkələrin 

vahid  inkişaf  cəbhəsində  birləşməsi,  elmi-texniki  tərəqqinin  və  informasiyanın,  təhsil  sahəsində 

fəaliyyət  göstərənlərin  mobilliyinin  artması  və  onların  beynəlxalq  diplom  və  sertifikatlarla  istənilən 

ölkədə  işləyə  bilmək  imkanlarının  yaranması,  müxtəlif  layihə,  yardım  və  ianələrlə  ölkələrin  bir-

birindən  maliyyə  yardımı  ala  bilməsi,  kapitalın  mobilləşməsi,  müxtəlif  ölkə  vətəndaşlarının  müxtəlif 

ölkələrdə təhsil ala bilmələri, təlim metod və texnologiyalarından müxtəlif ölkələrin təhsil sistemində 

eyni səviyyədə istifadə edilməsi qloballaşma şəraitini meydana çıxardı. 

Boloniya prosesi adlandırılan Avropa təhsil birliyi qloballaşmanın təhsil sahəsini əhatə edən ən 

bariz nümunəsidir. Baloniya prosesinə uyğun Avropa ali təhsil zonasının yaradılmasının fəlsəfi əsasını 

fundamental  təhsil  fəaliyyəti  prinsiplərinin  eyniliyi,  insanın  təhsil  alma  azadlığı,  sərbəst  düşüncə  və 

fəaliyyət imkanları, təhsilini fasiləsiz qura bilmə, ixtiyari iş bacarığını və qabiliyyətlərini istədiyi hər 

hansı  ölkədə  tətbiq  edə  bilmək  sərbəstliyi,  özünüdərkdən  başlayan  dünyanı  dərk  baxışlarının 

formalaşması təşkil edir. Bu prosesdə informasiya kommunikasiya texnologiyalarından nə qədər geniş 

istifadə olunsa da təlim prosesində müəllimin aparıcı mövqeyi əvəzolunmazdır. 

Başlıca  vəzifəsi  təlim  prosesini  idarə  etmək,  təhsil  vermək,  tərbiyə  etmək,  öyrənənləri  inkişaf 

etdirmək və formalaşdırmaqdan ibarət olan müəllim gənc nəsli sistemləşdirilmiş milli və ümumbəşəri 

dəyərlərlə  məqsədyönlü,  mütəşəkkil  şəkildə  silahlandırmaq  yolu  ilə  nəsillər  arasında  mənəvi  əlaqə 

yaradan, iqtisadiyyatın, ticarətin, inşaatın, elmin, mədəniyyət və incəsənətin sonrakı inkişafına güclü 

təkan verən pedaqoji təhsilli mütəxəssisdir. Pedaqoji işin üstün fəaliyyət növü kimi dəyərləndirilməsi 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin