Bərabərsizlik 2. │
√ ‒
│>
İsbatı: Bilirik ki,2.2
√ 2.25 2
. İsbatı 4 hala ayıracağıq.
1-ci hal:
Əgər
2
olarsa (
‒ √ > ‒
) onda
─
√
‒
; n=1,2,3…
2-ci hal:
Əgər
√ olarsa onda
─ 5
çünki
;
5
;
5
;
5
1;
─ 5
.
Bu zaman kvadratlar fərqi kimi vuruqlara ayırsaq
(
√ ) (
√ )
olar.
√
+
= 5 olduğundan
√
∙
√
.
3-cü hal:
Əgər
√
0 olarsa onda 5 ─
çünki
; 5
>
; 5
;
5
≥ 1 və deməli 5 ─
.
Bu zaman kvadratlar fərqi kimi vuruqlara ayırsaq
(√
) (√
)
olar
√
√ + √ = 2√ və 2√ olduğundan √
(√
)
.
4-cü hal:
Əgər
olarsa, onda √
= √
√
(n=1,2,3…)
Təcrübənin sonunda şagirdlərin qarşısında yaradıcı yanaşma tələb edən aşağıdakı tapşırığı
qoyduq. Bu metoddan istifadə edərək bu tip köklü ədədlərə oxşar ədədlər üçün müvafiq
bərabərsizlikləri tapıb yazın. Nə qədər çətin olsa da şagirdlər
√ üçün müvafiq bərabərsizliyi həm
tapdılar həm də isbat etdilər. Buradan şagirdlər ən əsas onu öyrəndilər ki, riyazi yaradıcılıq sadəcə
olaraq teorem tapıb onu isbat etmək deyildir. Əslində bu iki prosses riyazi yaradıcılıqda adətən paralel
gedir. Qeyd etmək istəyərdik ki, bu riyaziyyat layihəsi ölkəmizdə keçirilən Sabahın Alimləri və
Qazaxıstanda keçirilən Riyaziyyat Layihə yarışlarında iştirak etmiş və gümüş medal qazanmışdır
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1478
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İKT-IN TƏLİMƏ DƏSTƏYİ
Günay PİRİYEVA
Bakı Slavyan Universiteti
g.piriyeva92@gmail.com
AZƏRBAYCAN
XXI əsri Birləşmiş Millətlər Təşkilatı “təhsil əsri” adlandırmışdır. Hər bir dövlətin uğurlu
gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. XXI əsrdə daha çox diqqəti insan
fəaliyyətinin demək olar ki, bütün sahələrində müasir informasiya kompyuter texnologiyaları tətbiq
olunmaqdadır. İnformasiya texnologiyalarından istifadə insan fəaliyyətinin demək olar ki, hər bir
sahəsində lazım olur. Müasir dövrdə cəmiyyətin əsas tələblərindən biri yalnız bilikli, təhsilli vətandaş
deyil, həmçinin dünyagörüşlü, müstəqil düşünmə qabiliyyətli, öyrəndiyi biliyi həyatda tətbiq etməyə
malik olan bir şəxsiyyət formalaşdırmaqdır. Müasir dövrdə təhsil sahəsində aparılan islahatlar
ümumtəhsil məktəblərinin qarşısında təlimin yeni bir sistemdə informasiya texnologiyaların tətbiqi ilə
həyata keçirilməsi kimi vacib məsələ qoyur.
Müasir texnologiyaların tədris prosesində istifadəsi məktəblərdə və universitetlərdə təhsil
prosesində bəzi dəyişikliklərər gətirib çıxarmalıdır. Lakin bu hələ tam baş verməyib. Bu gün buna nə
mane olur? Bu çətin suala cavab verməyə çalışaq:
Birinci, yeni informasiya imkanlarının tətbiqi, bu, müəyyən bahalı xərcləri tələb edir. Hələki
bütün məktəblər buna hazır deyillər;
İkinci, məktəblərin və ali təhsil müəssisələrinin texniki avadanlıqların köhnəlmiş olması;
Üçüncü, yeni müasir texniki cihazlarla işləyə bilən kadrların hazırlanması;
Dördüncü, kursların metodoloji əsasını dəyişmək lazımdır;
Beçinci, müəllimlərin öz istəklərinin olmaması, lakin fəal tədris prosesində kompyuter
imkanlarından istifadə etmək lazımdır.
Lakin bunlara baxmayaraq ümumtəhsil məktəblərdə informasiya texnologiyaların tətbiq olunması
müsbət nəticə verir və təlim prosesində istifadə olunur.
Multimedia texnologiyaları - təlim prosesinin informasiyalaşdırılması perspektivli
istiqamətlərindən biridir. Müasir informasiya texnologiyalarının uğurlu tətbiqi perspektivi proqram və
metodiki dəstəyi təkmilləşdirilməsi, maddi-texniki bazanı, eləcə də təhsil işçilərinin məcburi
professional inkişafı təhsildə irəliyə doğru inkişafının göstəricilərindəndir. Mültimedia proqramları
yalnız sinifdə istifadə olunan resurs rolunu oynamır, həm də şagirdlərin işinin zənginləşdirilməsinə və
müxtəlifliyinə öz töhfəsini verir. Həmçinin kompyuterlərdən fəal işlərdə 1) məlumatların toplanması;
2) insanlarla söhbət; 3) mürəkkəb məsələnin həlli və ya fikir yürütmə prosesində istifadə olunur.
Məsələn; e-poçt vasitəsilə onlayn söhbət etmək fəal əməliyyatdır və bu növ müzakirələr adətən sürətli
mühakimə yürütməyi tələb edir.
Texnologiyaların təlim prosesində tətbiq oluması və birlikdə öyrənmə prosesini və şagirdlər
arasında əməkdaşlığı inkişaf etdirir. Kompyuter təlimi elə təşkil olunmalıdır ki, uşağın psixikasını
zədələnməməlidir. Təlim prosesinin indiki mərhələsində informatika və kompyuter texnikası üzrə
fasiləsiz hazırlığın əsaslarının yaradılması və həyata keçirilməsi tələb olunur. Bu gün kompyuter
texnologiyasının təlimə tətbiq edilməsi fundamental araşdırma tələb edir ki, kompyuterin tətbiqinin
pisxoloji – pedaqoji əsasları, həmçinin:
1)
tədris fəaliyyətində informasiyanın analizi və sintezi, təsnifatı, dərk etməsi və tətbiq edilməsi
ilə bağlı şagirdlərin öyrənilməsi;
2)
təlim prosesində kompyuter texnologiyasından istifadəsi;
3)
kompyuter təlimində uşaqların idarkı fəallığının və intelektuallığının dəyişməsində rolu;
4)
kompyuter təlimində uşaqların yaradıcılığının artırılması üçün stimullaşdırılması metodlarının
işlənməsi;
5)
oyunçu-kompyuter idrakda rol oynayan kompyuter sərhədlərinin ayrılması və.s kimi mühüm
məsələlər öyrənilməlidir.
Sinif İKT-nin istifadə təlim prosesini tam informativ fəaliyyətinin aktivləşməsi əsas prinsiplərini
həyata keçirmək üçün imkan verir:
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1479
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
1. Məxfilik prinsipi;
2. Əlaqə prinsipi;
3. Səviyyəli tədqiqat mövqeyi prinsipi.
Məktəbdənkənarda isə kompyuter şəbəkəsi şagirdlərə dünyanın müxtəlif yerlərində olan
mütəxəssislərlə və digər şagirdlərlə əlaqə saxlamaq və əməkdaşlıq etməyə imkan verir. E-poçt,
listservislər və çat qrupları (bunların hamısı internetdə olan xidmətlərdir) müəllimlərə öz dərs
planlarını və tədris strategiyalarını mübadilə etməyə peşəkar birliklər yaratmağa imkan verir. Həqiqi
həyat vasitələrindən, müvafiq təcrübələrdən və məlumatlardan istifadə olunması sinif fəaliyyətlərinin
məqsədlərindən biri ilə sıx bağlıdır.
Müasir dövrdə təlimin İKT ilə təşkili ibtidai siniflərdə xüsusilə aktualdır. İbtidai sinif şagirdləri
əyani-vizual təfəkkürə malikdir, bunun üçün də onların təlimini keyfiyyətli illustrativ materialların
tətbiqi ilə qurmaq, yeniliyi qavrama prosesinə yalnız görmə qabiliyyətini deyil, həmçinin eşitməni,
emosiyalar və təxəyyülü də cəlb etmək çox vacibdir. Burada maraqlı kompyuter slaydları və
animasiyalar xüsusi əhəmiyyətə malikdir.
İbtidai sinifdə təlim prosesinin təşkili hər şeydən əvvəl şagirdlərin idraki fəallığını artırmalı,
onların psixoloji inkişafına kömək etməli, təlim materialının mənimsənilməsinə şərait yaratmalıdır. Bu
prosesdə İKT özünəməxsus rol oynamalı, kiçikyaşlı məktəblilərin bol informasiya axınından baş
çıxartmağa, onu başa düşməyə kömək etməli və heç vaxt onun sağlamlığına zərər yetirməməlidir.
İKT-dən istifadədə kiçikyaşlı məktəblinin psixoloji xüsusiyyətləri nəzərə alınmalı, uşağın kompyuterlə
təmasın da müəyyən rejimə riayət olunmalıdır.
Təlim prosesində informasiya texnologiyalarının imkanlarından istifadə kiçikyaşlı məktəblilərin
öyrənmə həvəsini, yaradıcılıq meylini möhkəmlədiri. İnformasiya texnologiyaları təhsildə bir çox
inkişafetdirici keyfiyyətlərə malikdir. Ayrı-ayrı fənlər üzrə informasiya texnologiyalarının
formalaşdırılması yeni proqram-metodik komplektlərinin hazırlanmasını zəruri etmişdir. Kompyuterlə
fəal iş sistemi şagirdlərdə yüksək səviyyəli özünütəhsil, bacarıq və vərdişləri formalaşdırır.
Kompyuter öyrədici texniki vasitə kimi təlim prosesini bütün mərhələlərində tətbiq oluna bilər.
Təlim prosesində kompyuter texnologiyalarından istifadə olunarkən məktəblilər böyüklərin real
aləminə, istehsalat fəaliyyətinə daxil olur və müəllim şagirdləri müasir texnologiyaların tətbiq
olunduğu həyati proseslərlə tanış edir. İnformasiya komunukasiya texnologiyalarının təlim prosesində
rolunun təhlili göstərir ki, ibtidai siniflərdə Riyaziyyat, Ana dili, Həyat bilgisi, Xarici dil dərslərində
şagirdlərin İKT-nin tətbiqi imkanlarını reallaşdırmaq üçün tədris proqramı materialının olması, sinifdə
kifayət qədər kompyuterin olması, şagirdlərin komyuterlə işə hazır olması, kompyuter
texnologiyasının sinifdənxaric işlərdə tətbiq imkanlarının olması zəruridir.
Şagirdlər güclü informasiya axınından ona lazım olan, onu maraqlandıran məlumatı axtarıb
seçməkdə, qarşılaşdığı problemləri həll etməyi bacarmaqda, özünü müstəqil inkişaf etdirə bilən fəal
şəxsiyyət kimi formalaşmaqda yardımçı olmaq gərəkdir. Müəllim şagirdə nəyin yaxşı, nəyin pis
olmasını onun özününü müəyyənləşdirilməsi üçün müvafiq şərait yaratmalı, həyati vacib məsələlərə
onlarda öz münasibətlərinin yaranmasına istiqamət verməlidir.
Belə hesab etmək olar ki, ümumtəhsil müəssisələrinin tədris prosesində İKT-nin tətbiqi təlimin
prosesində bilik və bacarıqlara yiyələnmə səviyyəsinin yüksəldilməsinə kömək edir.
RABİTƏLİ NİTQİN İNKİŞAFI ÜZRƏ İŞLƏRİN
TƏŞKİLİ (MƏKTƏBƏQƏDƏR YAŞ DÖVRÜ)
Yeganə MƏMMƏDOVA
Azərbaycan Müəllimlər İnstitutu
yeganememmedova.doc@gmail.com
AZƏRBAYCAN
Məktəbəqədər yaş dövründə uşağın nitqinin inkişaf etdirilməsi üzrə işin son mərhələsi onun öz
fikir və hisslərini aydın, ardıcıl, sistemli və rabitəli şəkildə ifadə etmək bacarığına yiyələnməsidir.
Rabitəli nitq uşaq bağçalarında nitqin səs mədəniyyəti, lüğətin zənginləşdirilməsi, dilin qrammatik
quruluşunun mənimsənilməsi üzrə işin nəticəsini özündə əks etdirir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1480
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Rabitəli nitq dedikdə bir mövzu ətrafında müsahibə və ya təklikdə danışıq texnologiyası nəzərdə
tutulur. Rabitəli nitqdə məntiqilik, ardıcıllıq, sübutetmə, tamlıq, sintaktik konstruksiyaların
düzgünlüyü, obrazlılığı özünü göstərir. Uşaqların belə nitqə yiyələnmələri təlim porosesinin
müvəffəqiyyətini təmin edir.
Rabitəli nitqə yiyələnən uşaq oyun və əyləncələri, təbiət gözəlliklərini, ətraf aləmdə baş verən
hadisələri, cəmiyyətin həyatı və s. haqqında kiçik həcmli hekayələr qurub, məzmununu nəql edirlər.
Uşağın nitqinin rabitəliliyi aşağıdakı bacarıqlarla müəyyən edilir:
1. Hekayənin məzmununu təşkil edən faktlar, əhvalatlar, hadisələr arasındakı müxtəlif
münasibətləri müəyyənləşdirmək bacarığı;
2. Fikri ifadə etmək üçün nitq forması tapmaq bacarığı.
Rabitəli nitq inkişafı üzrə işə erkən yaşlardan başlamaq və uzun illər davam etdirmək lazımdır.
Bağçada yalnız şifahi rabitəli nitqin inkişafı üzrə iş gedir. Şifahi nitqin ən sadə forması danışıq
nitqidir. Danışıq nitqi müxtəlif ifadə vasitələri ilə zəngin olduğundan, sintaktik quruluşuna görə sadə
olduğundan məktəbəqədər yaşlı uşaqların ruhuna daha yaxındır.
Dialoji ünsiyyət prosesi nitqin bütün sahələri - səs mədəniyyəti, ədəbi tələffüz, lüğət ehtiyatının
zənginləşdirilməsinə təbii şərait yaradır. Uşaq bağçalarında dialoji nitq üzrə mətnlər, adətən, müsahibə
şəklində baş verir. Müsahibədə başlıca məqsəd uşaqların nitqini açmaq, ona sual qoymaqla suala
cavab vermək, söhbəti davam etdirmək bacarığı aşılamaqdır. Bu prosesdə, şübhəsiz uşaqlar ətraf aləm,
təbiət və cəmiyyətdə baş verən hadisələr, gördükləri əşyalar haqqında sadə biliklər əldə edirlər. Bu
zaman müsahibənin tematikasını uşaqların yaş və anlaqsəviyyəsinə uyğun olaraq aşağıdakı kimi
müəyyənləşdirmək olar: ailənin üzvləri və qohumların adları; məişətdə işlənən əşyalar və alətlər;
ictimai həyat hadisələri; təbiət hadisələri, ilin müxtəlif fəsillərində hava; uşaq bağçasının həyatı;
məktəb həyatı; şəhər, kənd; insanların əməyi, peşələri və s. mövzular üzrə müsahibələri hər bir qrupda
keçirmək mümkündür.
Uşaqların dialoji nitqin inkişafı onları monoloji nitqə hazırlayır. Monoloji nitq şifahi nitqin daha
mütəşəkkil növüdür. Məktəbəqədər yaşlı uşaqların şifahi monoloji nitqinin inkişafı onların dil
vasitələrindən - sözdən, söz birləşmələrindən, sintaktik konstruksiyadan düzgün istifadə edə
bilməsindən asılıdır. Tərbiyəçi ilk andan uşaqların şifahi monoloji nitqinin inkişafına yönəldilmiş
çalışmalar sistemi hazırlamalıdır. Uşaq bağçalarının təlim-tərbiyə proqramına uyğun olaraq rabitəli
nitqin inkişafı üzrə işin təşkili aşağıdakı ardıcıllıqla əlaqəli şəkildə həyata keçilməsi vacibdir:
Oxunmuş bədii mətnlərin məzmunu üzrə nəqletmə. Uşaqlarda ədəbi əsərin məzmununu nağıl
etmək bacarığını inkişaf etdirmək, ədəbi mətni məzmunlu, məntiqli, ardıcıl, dəqiq və ifadəli verməyi
öyrətmək lazımdır.
Şəkil üzrə nəqletmə prosesində uşaqlara məzmunu təsvir etməyi, şəkildə təsvir olunan üzrə
müstəqil hekayə qurmağı, təsvir olunandan əvvəlki və sonrakı hadisələri fikirləşməyi öyrətmək
lazımdır. Uşaqların yaşından və məqsədindən asılı olaraq uşaq bağçalarında əşya şəkli, seriya şəkillər,
süjetli şəkillərdən istifadə olunmalıdır.
Oyuncaqlar əsasında təsviri nəqletmə prosesində uşaqlara oyuncaqları təsvir etmək,
oyuncaqların keyfiyyətini dəqiq müəyyənləşdirməyi, hekayələrdə oyuncağa tərif vermək, onun
fəaliyyətindən, nəyə lazım olmasından istifadə etməyi öyrətmək lazımdır.
Yaddaş üzrə nəqletmə prosesində şəxsi həyatda baş verən sadə halları canlı, rabitəli, ardıcıl, öz
təcrübəsinin nəqli xarakterli, rabitəli mətn şəklində vermək bacarığını inkişaf etdirmək lazımdır.
Yaradıcı nəqletmə porsesində uşaqlara hekayənin məzmununu düşünmək və müvafiq şifahi
forma tapmağı öyrətmək lazımdır. Yaradıcı hekayələrdən müxtəlif variantlardan istifadə etmək üçün
onun davamını düşünmək və onu tamamlamaq; tərbiyəçinin təklif etdiyi mövzu üzrə onun verdiyi
plana əsasən hekayə və plan tərtib etmək; müstəqil seçilmiş mövzu üzrə hekayə və nağıl fikirləşməyi
öyrətmək. Nağıletmənin bu növü psixoloji aspektdə uşaqların təxəyyülünə əsasən qurulur.
Məktəbəqədər yaşlı uşaqların rabitəli nitqinin inkişaf etdirilməsi üzrə işin səmərəli təşkili üçün
əlverişli şəraitin yaradılması vacibdir. Rabitəli nitqin inkişaf etdirilməsi üçün əlverişli şəraiti təmin
edən şərtlər aşağıdakılardır.
1.
Uşaqların lüğət ehtiyatının zənginləşdirilməsi.
2.
Dilin qayda-qanunlarını bilmək.
3.
Cümlə üzrə iş.
4.
Nitq situasiyanın yaradılması.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1481
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Uşaqlara rabitəli nitq vərdişlərinin aşılanması ana dili tədrisinin son məqsədi olduğundan dil
dərslərinin hər birində bu sahədə müstəqil aspektdə işin aparılması təmin edilməlidir. Uşaqların
rabitəli nitqinin inkişaf etdirilməsi Azərbaycan dilinin demək olar ki, bütün sahələri ilə
əlaqələndirilməlidir. Bundan əlavə, rabitəli nitq üzrə işin digər təlim fənləri ilə əlaqələndirilməsinə
diqqət yetirilməlidir. Məsələn, riyaziyyat dərslərində uşaqların misalların həlli prosesində irəli
sürdükləri mülahizələr çalışmaların həlli prosesində fikrini sübuta yetirmələrinə, verdikləri cavablar
onların rabitəli nitqinin inkişafına əsaslı təsir göstərir. Bu zaman rabitəli nitq inkişafı üzrə görülən işlər
təkcə uşaqların nitqini deyil, həm də əqli inkişafını təmin edir. Biz çalışmalıyıq ki, rabitəli nitq hər bir
uşağın öz yaradıcılığı olsun. Uşaq bağçalarında uşaqların rabitəli nitqinin inkişaf etdirilməsi üzrə iş elə
bir səviyyəyə çatdırılmalıdır ki, onlar məktəb təliminə tam hazır olsunlar.
TƏLƏBƏLƏRDƏ İDARƏETMƏ MƏDƏDNİYYƏTİNİN
FORMALAŞMASININ MAHİYYƏTİ
Müjkan MƏMMƏDZADƏ
AR Təhsil Problemləri İnstitutunun doktorantı
mujkan@mail.ru
AZƏRBAYCAN
Pedaqoji təhsil və müəllim hazırlığı həmişə dövlətin təhsil siyasətinin prioritet məsələlərindən
biri olmuş və bu gün də bu problem mühüm aktuallıq kəsb edir. Müəllim əməyi ulu öndər Heydər
Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, müəllimlərə qayğı göstərilməsi daim respublika
rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Ulu öndər demişdir: «Mən bəyan edirəm ki, bizim müstəqil
respublikamızda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi
qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir». Heydər Əliyev
tərəfindən əsası qoyulmuş işləri uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin qayğısı
sayəsində hazırda təhsil sektorunun ayrı-ayrı sahələri üzrə məqsədli proqramlar və layihələr həyata
keçirilir.
Bu islahatların içərisində müəllim hazırlığı xüsusi yer tutur. Bu da təbiidir, çünki təhsil sisteminin
səmərəli və davamlı fəaliyyət göstərməsi məhz peşə hazırlığının və gələcək müəllim şəxsiyyətinin
inkişaf səviyyəsindən, pedaqoji-peşə mədəniyyətinin səviyyəsindən asılıdır. Məhz peşəkar müəllim
arxasınca insanları apara bilir, onları inandırır, tərbiyə edir və şəxsiyyət kimi formalaşdırır. Müəllim
yalnız bilik vermir, eyni zamanda insanların təfəkkürünün, düşüncə tərzinin dəyişməsinə səbəb olur,
idrak fəaliyyətinə təsir göstərir. Gələcək müəllim yaxşı mütəxəssis olmaqla yanaşı, həm dəyüksək peşə
mədəniyyəti səviyyəsinə malik olmalıdır. «Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu»nda
göstərilir ki, təhsil verənlərin əsas hüquq və vəzifələri pedaqoji etika və əxlaq normalarına riayət
etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və
ləyaqətinə hörmət etməkdir.
Müəllimin peşə mədəniyyətinin qarşılıqlı təsirlərdə sosial-pedaqoji münasibətləri tənzimləyən
peşə-etik keyfiyyətlər sistemi kimi təsvir etmək olar. Müəllimin peşə mədəniyyətinin struktur
elementləri aşağıdakılardı:
-
aksioloji element (peşə mədəniyyətinin pedaqoji dəyərlər məcmusu kimi açıqlanır);
-
texnolji element (fəaliyyətin səmərəliliyinin artırılması üsul və priyomları, həmçinin qarşılıqlı
peşə təsirləri və ünsiyyət bacarığı və vərdişləri);
-
peşə mədəniyyətinin yaradıcı elementi (peşə dəyərlərinin yaradılması və həyata keçirilməsində
realizə olunur, təfəkkür və hərəkətlərin sərbəstliyi, çevikliyi ilə sosial-pedaqoji təsirlərin nəticələrini
proqnazlaşdırmaq bacarığı ilə, yaradıcı fəaliyyətə hazır olma ilə səciyyələnir);
-
insanlıq elementi (peşə mədəniyyətini müəllimin qüvvələrinin realizə edilməsi üsulları kimi
səciyyələndirir. Qüvvələr dedikdə şəxsiyyətin tələbatları, maraqları, pedaqoji təcrübəsi, insanın sosial
fəallığının ölçüsü nəzərdə tututlur)
Pedaqoji prosesin səmərəliliyi müəllim-tələbə münasibətlərinin səmərəli qurulmasından,
müəllimin təlim-tərbiyə prosesini bacarıqla idarə edə bilməsindən xeyli dərəcədə asılıdır. Bu, eyni
|