IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1487
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Birinci tip – “müəllim-şagird” yüzilliklər ərzində təlim prosesinin aparıcı didaktik modeli
olmuşdur. Bu model müəllim və şagird arasındakı bilavasitə əlaqəyə əsaslanır. Belə pedaqoji qarşılıqlı
təsirin “prototipi” ana və uşaq arasındakı münasibətlərdir. Didaktik şagird-müəllim münasibətləri
praktikada müxtəlif tədris formaları və metodları ilə müşayiət olunur. Burada aktuallaşan
münasibətlərə: mentor(mürəbbi) və şagird; “evdə məktəb” müəllimi və şagird; tədrisin müxtəlif
sahələrində ustad və şagird; xüsusi qayğıya ehtiyacı olan uşağa bərpaedici-pedaqoji, korreksiyaedici
və tibbi proqram kontekstində fərdi olaraq tədrisin aparılması aiddir. İkinci tip – “müəllim-auditoriya”
– bu böyük sayda insan insan kütləsinə nəsihət vermə, təşviqat, mobilizasiya, maariflənmə məqsədi
daşıyan dialoji formada müraciətdir..
Üçüncü tipə - “müəllim – qrup” – münasibətləri aiddir. Bu tip üçün vasitəsiz kommunikasiya
xarakterikdir. Həmçinin kommunikasiyanın çoxtərəfli və qarşılıqlı münasibətlərin qabarıq əməkdaşlıq
xüsusiyyətinə malik olması ilə seçilir.Dördüncü tip üçün – “müəllim – təlim vasitəsi – şagird” distant
təlim xarakterikdir. Burada təlim kompüter və digər texniki vasitələrlə həyata keçirilir. Şagirdlər
tərəfindən təcrübənin mənimsənilməsi şəxsi münasibətlər xaricində mümkün deyil. Məhz münasibətlər
çərçivəsində şagird müəllimin qiymətləndirilməsini başa düşür. Həm də şagird özü də müəllimini
qiymətləndirir. Müəllimə münasibət şagirdin uğurunu şərtləndirir. Pedaqoqa qarşı pozitiv münasibət
təlimə marağı, şagirdlərin biliklərə yiyələnmə istəyini artırır, fəaliyyətə və əməkdaşlığa marağı
güclənir.
Beləliklə, müəllimin şagirdlərinə təsir edə bilməsi üçün müəllim şagird münasibətlərində bəzi
xüsusiyyətlərə diqqət etməsi lazımdır. Belə ki, təlim və tərbiyədə lazımi səviyyəni əldə etmək üçün ilk
əvvəl şagirdi hər tərəfli yaxşı tanımaq, onun zehnini, zəkasını, fiziki və sosial yönünü öyrənib sonra da
ona səviyyəsinə və anlayışına görə davranmaq vacib şərtdir.
TƏLƏBƏLƏRİN TƏDQİQATÇILIQ QABİLİYYƏTLƏRİNİN
İNKİŞAF ETDİRİLMƏSİNDƏ İNFORMASİYA- KOMMUNİKASİYA
TEXNOLOGİYALARININ ROLU
Nuranə ƏLİYEVA
Bakı Dövlət Universiteti
aliyevanurana0@gmail.com
AZƏRBAYCAN
Müasir dövrdə təhsilin informasiyalaşdırılması və kompüterləşdirilməsi prosesləri geniş vüsət
almışdır. Belə bir şəraitdə hazır biliklərin mənimsənilməsinə və təqdim olunmasına əsaslanan təlim
texnologiyaları effektli və səmərəli hesab olunmur. Artıq təhsilalanların yaradıcılıq, tədqiqatçılıq,
axtarıcılıq qabiliyyətlərinin yüksəldilməsi və intellektual səviyyəsinin formalaşdırılmasına yönəldilmiş
təhsil texnologiyalarından istifadə edilməsi vacibdir. Elmin, texnika və texnologiyanın sıçrayışlı
inkişafı ilə əlaqədar ölkəmizdə təhsil islahatları həyata keçirilmişdir və bu təhsil islahatlarının mühüm
tələblərindən biri müasir təhsil sisteminin yaradılmasıdır.
Müasir təhsil sisteminin əsas tələblərindən biri tələbələrin tədqiqatçılıq qabiliyyətlərinin aşkar və
inkişaf etdirilməsidir. Tələbələri müstəqil fəaliyyətlərə cəlb etməklə; tələbələrin müxtəlif beynəlxalq
lahiyələrdə iştirakını təmin etməklə; yeni pedaqoji və informasiya- kommunikasiya texnologiyalarını
tətbiq etməklə; tələbələri konfranslara, seminarlara, simpoziumlara cəlb etməklə və.s. onların
tədqiqatçılıq qabiliyyətlərinin aşkar və inkişaf etdirilməsi məqbul hesab olunur.
Tələbələrin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsinin təkmilləşdirilməsi yollarından
biri də informasiya- kommunikasiya texnologiyalarının sistemli və ardıcıl şəkildə tətbiq edilməsidir.
Respublikamızda İKT- dən müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində də istifadəni nəzərdə
tutan milli strategiyalar, proqramlar qəbul edilmişdir.
Vaxtilə, Heydər Əliyev 17 fevral 2003- cü ildə Respublikamızda " İnformasiya- kommunikasiya
texnologiyalarının geniş tətbiq olunması və inkişaf etdirilməsi haqqında Milli Strategiya (2003- 2012)"
- nı təsdiq etmişdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1488
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Milli Strategiyanın qəbulundan keçən dövr ərzində Azərbaycan prezidenti cənab İlham Əliyev
tərəfindən bir sıra kompleks tədbirlər həyata keçirilmiş və keçirilməkdədir. Azərbaycan Respublikası
Prezidentinin 2004- cü il 21 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı
(2005-2007)" həyata keçirilmişdir. Bu məsələ ilə bağlı ölkəmizin ümumtəhsil məktəblərində
informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində böyük işlər görülmüşdür.
Bu işin davamı olaraq, prezidentin sərəncamı ilə 2008- ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq
edilmiş "2008-2012- ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramı" həyata keçirilmişdir. Qəbul edilən bu proqramların, sərəncanların əsas məqsədi
təhsil müəssisələrinin İKT ilə təminatı; pedaqoji kadrların İKT dən istifadə etməyi bacarması; internet
şəbəkəsinə çıxışın təmin edilməsi; təhsil müəssisələrində elektron kitabxanaların, mediatekaların
yaradılması, yeni pedaqoji texnologiyalarının tətbiq edilməsi və.s. təşkil edir.
Bu sadalanan məqsədlər həmçinin təhsilalanaların tədqiqatçılıq, axtarıcılıq, müstəqil- yaradıcı
qabiliyyətlərinin aşkar və inkişaf etdirilməsində zərurilik təşkil edir.
Məlumdur ki, müasir təhsil sistemində tətbiq olunan informasiya- kommunikasiya
texnologiyalarının mənbələrinə əsasən aşağıdakılar daxildir:
Distant təhsil, virtual təhsil, komputer texnologiyalarından istifadə, internet, texniki təlim
vasitələrindən istifadə, elektron kitablar, slaydlardan istifadə, ağıllı lövhələrdən istifadə və.s.
Adlarını qeyd etdiyimiz bu texnologiyalar tələbələrin tədqiqatçılıq qabiliyyətlərinin inkişafında
mühüm rol oynayır. Daha sonra,
tələbənin müstəqil işini aktivləşdirir;
materialların əyaniliyini təmin edir;
tədris materiallarının asan mənimsənilməsinə kömək edir;
tələbələri axtarıcılığa, müstəqilliyə sövq edir;
dünyanın hər yerindən informasiyanın əldə edilməsinə şərait yaradır;
öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluluğunu, yaradıcıllığını optimal inkişaf etdirir;
tələbələrə az vaxt sərf etməklə daha çox məlumat əldə etmək imkanı verir. və.s.
İnformasiya- kommunikasiya texnologiyalarını tədrisdə uğurla istifadə edən müəllimlər qeyd
edirlər ki, interaktiv rejimdə keçirilən dərslərdə təhsilalanların mərkəzi fiqur olması təmin edilir.
Təhsilverən öyrənənin konsultantı, onun bacarığını qiymətləndirən, tələbəni aktivliyə, müstəqilliyə,
araşdırmaçılığa həvəsləndirən rolunda çıxış edir.
MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ FƏAL
TƏLİMİN ƏSAS XÜSUSİYYƏTLƏRİ VƏ PRİNSİPLƏRİ
Aygün İSMAYILOVA
Mingəçevir Dövlət Universiteti
aygun.eliyev.1987@mail.ru
AZƏRBAYCAN
Məktəbəqədər təhsil müəssisələrində fəal təlim prosesinin mahiyyəti, məzmunu, strukturu
və xüsusiyyətləri haqqında aydın təsəvvürə malik olmadan, səmərəli pedaqoji fəaliyyət müm-
kün deyil. Məktəbəqədər fəal təlim prosesi–tərbiyəçinin fəaliyyəti və uşaqların fəaliyyətinin
həm də ümumi bir məqsədə-uşaqları bilik, bacarıq və vərdişlərlə silahlandırmaq,onları inkişaf
etdirib tərbiyələndirmək məqsədinə doğru yönəlmiş olan bu fəaliyyətlərin mürəkkəb bir vəh-
dətidir. Məktəbəqədər təhsil müəssisələrində fəal təlim qabaqcadan planlaşdırılan məqsədəuy-
ğun prosesdir. Bu fəaliyət prosesində öyrənənın təhsili,tərbiyəsi və inkişafı həyata keçirilir, bə-
şəriyyətin tarix boyu qazanmış olduğu təlim komponentləri (bilik, bacarıq,vərdişlər) mənim-
sənilir.
Fəal təlimin əsasını uşaqların dərketmə fəaliyyəti təşkil edir. Təlim prosesi uşaqların mü-
şahidəsi üçün əlverişli olan əşyaların, onların keyfiyyətlərinin və hadisələrin dərk edilməsi
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1489
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
üzərində qurulur. Uşaq əşyanı və ya hadisəni onun xassələri ilə birlikdə qavrayır. Uşağın şüuru
yeni biliklərlə zənginləşir. Uşaqları bilikləri mənimsəməsi, onların təfəkküründə analiz və sin-
tezin ən sadə elementlərinin inkişafına və onların nitqlərinin zənginləşməsinə kömək edir.
Respublikamızda mövcud olan ənənəvi təlim sistemi uşaqda gələcəkdə müvəffəqiyyətli
özünü realizəsi üçün lazım olan keyfiyyətləri formalaşdırmağa imkan vermir. Məhz bu
səbəbdən Azərbaycan Təhsil Nazirliyi tərəfindən islahat proqramı qəbul edilmişdir.Bu islahatın
aşağıda göstərilən prinsipləri bu gün məktəbəqədər təlim müəssisələrinin təlim prosesində
rəhbər tutulur:
-Demokratikləşdirmə;
-Humanistləşdirmə;
-Differensiallaşdırma;
-İnteqrasiya;
-Fərdiləşdirmə;
-Humanitarlaşdırma.
1. Demokratikləşdirmə təhsil prosesinin demokratikləşdirməsində marağı olan bütün tərəflər,
dövlət strukturlarını və ictimaiyyət nümayəndələrini (tərbiyəçiləri, uşaqları, valideynləri) təhsil
prosesinə fəal iştirak etməyə cəlb etmə deməkdir.
2. Hümanistləşdirmə. Təhsilin humanistləşdirilməsi uşaqda münasibətin dəyişməsini nəzərdə
tutur, o cümlədən yaradıcı inkişaf qabiliyyəti və humanistyönümlü şəxsiyyətin formalaşdırılması,əqli
və fiziki imkanlardan, öyrənmə qabiliyyətindən asılı olmayaraq uşağın şəxsiyyətinə hörmətlə
yanaşma, uşağın qabiliyyət və təmayüllərinin aşkar edilməsi və onların inkişafı üçün şəraitlərin
yaradılması.
3. Diferensiallaşdırma. Təhsilin differensiallaşdırması uşaqda imkanların nəzərə alınması ilə qurulur.
4. Fərdiləşdirmə. Təhsilin fərdiləşdirilməsi uşaqların fərdi maraq və tələbatlarının nəzərə
alınmasıdır.
5. İnteqrasiya. Təhsilin inteqrasiyası fənlərin öyrədilməsi zamanı fənlərarası əlaqələrin aşkar
edilməsi əsasında qlobal təfəkkürün formalaşdırılmasının vacibliyinin nəzərdə tutur.
6. Humanitarlaşdırma. Təhsilin humanitarlaşdırılması şəxsiyyətin yaradıcı inkişaf prosesinin şərti
kimi çıxış edir və təhsilinin məzmunun formalaşmasına yeni yanaşmanı nəzərdə tutur. Bu ümumbəşəri
dəyərlərin yaradılması ilə bağlı fənlərin rolunun artması, öz xalqının mədəniyyətinə birləşmə və dünya
mədəniyyətinin dəyərləri ilə tanışlığı ifadə edir.
Bu gün məktəbəqədər təhsil müəssisələrində bu prinsiplərdən çıxış edərək ənənəvi təlim
prosesinə artıq üstünlük verilmir və fəal təlimdən daha geniş istifadə olunmağa başlayır. Fəal təlim
prosesində isə tərbiyəçi biliklərin əldə edilməsi yolunda ötürücü rolunu oynayır, uşaq isə ona lazım
olan bilikləri müstəqil olaraq əldə etməyə qabiliyyəti olan təlim prosesinin fəal iştirakçısı olur.
Mexaniki yaddasaxlamadan fərqli olaraq məlumatın fəal dərk edilməsinə və onun yaradıcı işlənməsinə
üstünlük verilir,uşaq təlim prosesinin tam hüquqlu iştirakçısına çevrilir.Tərbiyəçi mövqeyinin
dəyişdirilməsi təlimə yeni yanaşmanın həyata keçirilməsi üçün əsas şərtdir.
Fəal təlim aşağıdakı əsas xüsusiyyətlərə malikdir:
-tərbiyəçi tərəfindən problem şəraitinin yaradılması;
-uşaqların tədqiqat fəaliyyətlərinə həvəsləndirilməsi;
-biliklərin müstəqil əldə edilməsi üçün şəraitin yaradılması;
-biliklərin dərk edilməsi konkret məsələlərin həll edilməsi prosesində baş verir.
Qrupda təlimin müxtəlif formaları mövcuddur:
1.Bütün qruplar ümumi mövzu ətrafında müxtəlif tədris materialı ilə işləyir.
2.Bütün qruplar eyni vaxtda bir tədris materialı üzərində işləyir.
Fəal təlimdə öyrədici mühit. Təlim-tərbiyə prosesinin ,o cümlədən öyrədici mühitin təşkilinə
daha çox diqqət yetirilməlidir.
Öyrədici mühit şərti olaraq aşağıdakı komponentlərə bölmək olar:
-sosial-psixoloji mühit;
-məlumat mühiti;
-maddi mühit.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1490
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Sosial psixoloji mühit.Sosial-psixoloji mühit nə deməkdir?Bu uşağın digər insanlara və öz daxili
aləmi ilə qarşılıqlı münasibətidir.
Əməkdaşlıq,açıqlıq,bir-birini başa düşmə və köməklik mühitin təlimin səmərəliliyini artırır, təlim
prosesini müsbət emosional ahəngdar edə bilir. Uşaqları sözün əsl mənasında bilik almağa, təhsil
almağa çevirir.
Məlumat mühiti. Məlumat mühiti məlumat mənbələrinin bütün kompleksini öz tərkibinə daxil
edir.
Adətən məlumat mənbələrinin çox dar dairəsindən istifadə olunur. Təəssüf ki, bir çox hallarda
tərbiyəçi və vəsait yeganə məlumat mənbəyi kimi çıxış edir. Bir çox məlumat mənbələrinin istifadə
edilməməsi təlim prosesini kasadlaşdırır.Onu bir çox boyalardan məhrum edir, tərbiyəçi və uşaq
arasında sərbəstliyin itməsinə səbəb olur.
Maddi mühit. Maddi mühitin tərkibinə maddi-texniki resursların tam kompleksi daxildir. Bunlar
aşağıdakılardır: əşyavi mühit, didaktik vəsaitlər, texniki avadanlıq, stendlər, təbiət mühiti, yaşadığı
mühit.
Əşyavi təlim mühiti daha geniş istifadə olunur. Bağçanın divarları arasında uşaqların öyrənmə
motivasiyasını stimullaşdıran stendler, uşaq işlərinin sərgisi və s. daxildir.
Təəssüf ki, təbiət mühitinin imkanlarından az istifadə olunur. Açıq havada məşğələlər,
ekskursiyalar sisteminin işlənib hazırlanması təbii mühitin öyrənilməsi ilə bağlı müxtəlif bacarıq və
məşğələlərin proqrama daxil edilməsi vacibdir.
Qiymətləndirmə.Qiymətləndirmə dedikdə, uşaqların təlim nəticələrinin qiymətləndirilməsi
nəzərdə tutulur.
Fəal təlim prosesinin nəticəsinin qiymətləndirilməsinə imkan verən vahid meyarlar mövcud deyil.
Uşaqların yalnız təlim müvəffəqiyyətləri yox, eyni zamanda aşağıdakıları da qiymətləndirmək lazımdır:
-təhsilin məzmunu;
-təlim metodları;
-təlim prosesinin təşkili;
-tərbiyəçinin peşəkarlığı;
Təhsilin məzmununun qiymətləndirilməsi zamanı təlim materiallarının həcminin və məzmununun
aşağıdakılara uyğun olmasını qiymətləndirmək lazımdır:
-baza proqramının məzmununa;
-tədris proqramına;
-didaktik tələblərə.
Tədris proqramlarının qiymətləndirilməsi zamanı onların nəinki ümumdövlət baza proqramlarına
(standart)uyğun olmasını, eyni zamanda diferensiallaşdırma və fərdiləşdirmə prinsipinə nə dərəcədə
cavab verməsinə diqqət yetirilir. Fəal təlimin differensiallaşdırılması uşaqların imkanlarının nəzərə
alınması ilə qurulmalıdır.
MÜASİR DÖVRDƏ İBTİDAİ SİNİFLƏRDƏ MÜƏLLİM - ŞAGİRD
MÜNASİBƏTLƏRİNİN PEDAQOJİ-PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
Günay KAZIMOVA
Gəncə Dövlət Universiteti
gunaykazimova@rambler.ru
AZƏRBAYCAN
Bu bir həqiqətdir ki, hər bir şagirdin gələcəyi, xoşbəxtliyi, xalq üçün, millət üçün, vətən üçün
faydalı bir şəxsiyyət kimi formalaşması müəllimdən, onun gərgin əməyindən, şagirdə bəslədiyi etik
münasibətdən xeyli dərəcədə asılıdır. Belə ki, məktəbə yenicə qədəm qoyan şagirdin həyat yolunu
ibtidai sinif müəlliminin yandırdığı məşəl işiqlandırır. İllər keçir, məşəl, o daha da gurlanır və bu
məşəlin şöləsində şagird sadə, təvazökar, ağıllı, vicdanlı, öz xalqına, vətəninə dərin məhəbbət hissi
bəsləyən, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmağa başlayır. Pedaqoji münasibət–birgə
fəaliyyət zamanı müəllim və şagirdlərin əməkdaşlığından ibarətdir. Pedaqoji fəaliyyəti, müəllim
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1491
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
şəxsiyyətindən kənarda nəzər-dən keçirmək mümkün deyildir. Pedaqoji fəaliy-yətin müvəffəqiyyətlə
həyata keçirilməsində pedaqoji münasibətin, müəllim – şagird münasibəti-nin rolu olduqca böyükdür.
Pedaqoji ünsiyyət müəl-limin şagirdlərlə təlim – tərbiyə prosesində həyata keçirdiyi peşə
münasibətidir. Bu cür münasibət, hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması üçün şərait
yaradılmasına yönəlmiş olur, kollektiv-dəki sosial – psixoloji prosesləri idarə etməyə və səmərəli
psixoloji iqlim yaratmağa imkan verir. Ona görə də hər bir müəllimin pedaqoji münasibətin mahiyyəti,
onun sosial psixoloji mahiyyəti ilə dərin-dən tanış olması və şagirdlərlə birgə fəaliyyət zamanı ondan
lazımi şəkildə istifadə etməsi zəruri-dir.
Müəllim–şagird münasibətlərində müəllim dərin elmi – pedaqoji biliklərə yüyələnməklə yanaşı
elə bilik, bacarıq və vərdişlərə sahib olmalıdır ki, onların köməyi ilə şagirdlərə təsir göstərə bilsin.
Həmçinin şagird kollektivindəki qarşılıqlı mü-nasibətləri fəal şəkildə idarə edə bilsin.
Pedaqoji münasibətin səmərəliliyi onun motivlərindən də asılıdır. Motivin düzgünlüyü və
dərkedilmiş xarakter daşıması pedaqoji münasibətin gedişini şərtləndirir. Adətən münasibət müəyyən
şərtlərlə bağlı olur. Bunları xarici və daxili olmaqla iki yerə bölmək mümkündür. Münasibətin xarici
şərtlərinə onun getdiyi mühiti və vəziyyəti aid etmək olar. Belə ki, birinci sinfə təzə gələn şagirdin
münasibəti xarici şəraitin, onun yenicə düşdüyü mühitin təsiri ilə bağlı olur. Belə ki, başqa şagirdlərin
müəllimə müsbət münasibətini müşahidə etdiyinə görə o da həmin müəllimə hörmət bəslə-məyə
başlayır. Nisbətən yuxarı siniflərdə şagirdlərin münasibətində daxili şərtlər daha mühüm rol oynamağa
başlayır. Şagirdlərin yaşı artdıqca bu münasibətlərin xarakteri də mürəkkəbləşir və daha çox seçici
xarakter alır.
Dahi pedaqoq. V.A. Suxomlinski “Ürəyimi uşaqlara verirəm” adlı əsərində qeyd etmişdir ki,
“Ürək ağrısı ilə görürsən ki, hətta öz fənnini yaxşı bilən müəllimlər üçün bəzən tərbiyə yalnız ona görə
şiddətli müharibəyə çevrilir ki, müəllim və şagirdləri heç bir mənəvi biri – birinə bağlamır, uşağın
qəlbi isə bütün düymələri bağlanmış köynəyi xatırladır. Ayrı–ayrı məktəblərdə tərbiyəçi ilə tərbiyə
olunan arasındakı eybəcər, yolverilməz münasibətlərin başlıca səbəbi qarşılıqlı inamsızlıq və şübhədir.
Bəzən müəllim uşaq qəlbinin gizli hərəkətini hiss etmir, uşaq sevincini və kədərini duymur, fikrən
özünü uşağın yerinə qoysağa çalışmır .... Yalnız özünün bir vaxt uşaq olduğunu heç vaxt unutmayan
adam həqiqi müəllim ola bilər.
Məktəbdə şagird hər gün müxtəlif münasibətlər və yeniliklərlə rastlaşır. Bu da şagirdlərlə
aparılan tərbiyə işində mühüm dəyişikliklərə səbəb olur. Belə ki, şagirdlərin şüurluğu artır, bilik və
məlumat dairəsi genişlənir, davranışı nizamlanır. Məktəb təcrübəsinin öyrənilib təhlil edilməsi göstərir
ki, müəllim – şagird münasibətlərinin elmi əsaslar üzərində qurulması, yaxşılaşması ümumi məqsədə
daha tez nail olmağa kömək edir.
Ümumiyyətlə müəllim–şagird münasibətləri təlim–tərbiyə işlərini qanunauyğun şəkildə, qarşı-
lıqlı əlaqədə inkişaf etdirir və həmin münasibətlər müstəqil respublikamızın, müstəqil dövlətimizin
qurucularının və qoruyucularının əxlaqi–mənəvi keyfiyyyəti ilə səsləşir. Digər tərəfdən münasibət
mürəkkəb proses hesab edilən bütün tərbiyə sistemini özündə birləşdirir. Həmin sistemin mahiyyətini
özündə əks etdirir. Müəllim–şagird mü-nasibətləri həm də məktəblilərin hərtərəfli tərbiyəsinə
kompleks yanaşmağı nəzərdə tutur. Həmin münasibətlər bir tərəfdən, tərbiyə işinin bütün
mərhələlərində qarşıda duran vəzifələri müəyyənləşdirir və konkretləşdirir, digər tərəfdən, bu
vəzifələrin yerinə yetirilməsini təmin edir, tərbiyəyə təsir göstərən amilləri təkmilləşdirir.
Müəllimin pedaqoji mərifəti onun şagirdlərlə, onların valideynləri, müəllim yoldaşları ilə düzgün
münasibət saxlaya bilmək bacarığı və həddi aşmamasında təzahür edir. Məktəb təcrübəsi göstərir ki,
pedaqoji mərifətin gözlənilməsi pedaqoji ünsiyyətin normal gedişini, gözlənilməməsi isə pedaqoji
fəaliyyətin normal aparılmasına mane olur, müəllimlə şagirdlər arasında münasibətlərdə ziddiyyətlər
yaradır, münaqişələrə gətirib çıxarır. Ona görə də pedaqoji mərifətə yiyələnmək müəllimin başlıca
keyfiyyətlərindən olmalıdır.
Pedaqoji mərifəti təhlil edən mütəxəsislər onun aşağıdakı komponentlərini müəyyənləş-dirmişlər :
1.
Müəllimin şagirdlərə qarşı əxlaqi–tərbiyəvi münasibətinin təkmilləşmiş müraciət forması ilə
vəhdəti.
2.
Müəllimin öz şagirdlərinə qarşı ağıllı məhəbbəti.
3.
Hər bir şagirdin şəxsi ləyaqətinə hörmətlə pedaqoji cəhətdən əsaslandırılmış tələbkarlığın
vəhdəti.
4.
İşgüzar və pedaqoji əlaqənin, inam və pedaqoji nəzarətin vəhdəti.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1492
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
5.
İradi müvazinətlilik , sadəlik, təbiiik, səmimilik və xeyirxahlıq.
Pedaqoji mərifət müəllim şagirdlərə həlledici yer tutur. Pedaqoji mərifətə malik olmayan müəllim
öz şagirdlərinin gözlərindən asanlıqla düşür, onların hörmətini qazana bilmərlər. Xüsusilə yenicə
pedaqoji fəaliyyətə başlayan günü müəllim məhz həmin keyfiyyətlərin olmaması üzündən çox vaxt
özündə öz gücünə inam hiss etmir.
Ümumiyyətlə, müəllim–şagird münasibət-lərində ən mühüm cəhətlərdən biri də odur ki,
müəllimin şagirdlərə, uşaq kollektivinnə düşünül-müş və diqqətli yanaşması, çıxarılan qərarlarda
ehtiyatlılıq, şagirdin mənliyinə toxunmamaq, pe-daqoji ədaləti gözləmək və s.
Şagirdlərin fəaliyyətini pedaqoji cəhətdən düzgün qiymətləndirmək həmin fəaliyyət prosesinə
əsaslı təsir göstərir. Ona görə də müəllim öz şagirdlərinin təlim müvəffəqiyyətini, onun davranış
tərzini düzgün qiymətləndirməyi bacarmalıdır. Bunun üçün o şagirdlərin bilik, bacarıq və vərdişlərinin
həqiqi
səaiyyəsini,
onların davranış tərzini, işə münasibətinin xüsusiyyətlərini dəqiq
müəyyənləşdirməlidir. Məktəb təcrübəsindən məlum olur ki, şagird öz bilik, bacarıq səviyyəsinin
düzgün qiymətləndirilməsini gördükdə öz imkanlarını anlayır, qüvvətli və zəif cəhətlərini başa düşür,
daha çox müvəffəqiyyət əldə etmək üçün səy göstərir.
Dostları ilə paylaş: |