Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə145/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   141   142   143   144   145   146   147   148   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1498



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ünsiyyət  dаirəsi  geniş  оlduqcа,  оnun  ictimаi  həyаtın  müxtəlif  cəhətləri  ilə  əlаqələri  rəngаrəng  оlur, 

ictimаi əlаqələr аləminə dаhа çоx nüfuz edir, mənəvi аləmi dаhа çоx zənginləşir və inkişaf edir. Ona 

görə də yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsinin, sağlamlığının, xoşbəxt həyat amalının təməli 

bugünümüzdən qoyulur. Bu tarixi missiyanı həyata keçirmək üçün cəmiyyətin hər bir fərdinin üzərinə 

böyük  vəzifə  düşür.  Problemin  həlli  ümumtəhsil  müəssisələrindən  başlıyır  və  səmərəli  həlli  üçün 

ümumtəhsil  məktəblərində  dünya  standartlarına  cavab  verə  bilecek  müasir  pedaqoji  və  metodik 

yanaşmalar,  dünya  təhsil  sisteminə  inteqrasiya  və  müasir  metodik  düşüncə  tərzi  lazımdır.  İnteraktiv 

təlim  metodları  da  bunun  üçün  işlənib  hazırlanmış  ən  gözəl  və  səmərəli  vasitədir.  Bu  zaman 

təhsilalanların maraqları nəzərə alınaraq tədris prosesi ərəfəsi fərdiləşdirilmiş, differensiallaşdırılmış, 

problemli  təlim  texnologiyalarına  və  İKT-yə  üstünlük  verilərək  dərsdə  psixoloji,  valioloji  və  sosial- 

pedaqoji  xidmətlər  inkişaf  etdirilir.  Təhsilalanlar  arasında  ən  humanist  ünsiyyət  üsulu  olan  dioloji 

münasibətlərə  (subyekt-subyekt  münasibətlərinə)  üstünlük  verilərək  dərsdə  problemli,  dialoqlu, 

refleksiv  təlim  texnologiyalarına,  kollektiv  (qruplarla)  fəaliyyətə  önəm  verilir.  Kommunikativ 

fəaliyyətlər (dinləmə və eşitmə), açıqlıq, səmimilik, tolerantlıq, həmsöhbətinə hörmət etmək bacarığı 

inkişaf  etdirilərək,  sağlamlığı  qoruyan  mühit  yaranır,  tələb  olunan  çoxlu  sayda  informasiya 

mənimsənilir. Dərsin insan təbiətinin bütövlüyünün nəzərə alınmaqla qurulması ( yəni burada yalnız 

intellektual  imkanların  deyil,  eləcə  də  obrazlı  düşünmə,  yaradıcı  təxəyyül,  emosiyalar,  hisslər  və  s. 

psixoloji  halların  nəzərə  alınması)  nəticəsində  insan  təbiətinin  bütövlüyü  təmin  olunur.  Öyrənənlər 

mənəvi  və  ruhi  cəhətdən  inkişaf  edir.  Dərs  zamanı  informasiyaların  yadda  saxlanılması  deyil,  başa 

düşülməsi  dominant  xarakter  alır.  Dərslərdə  fənlərin  tədrisinə  kompleks  yanaşmaqla  tədris-  təlim 

prosesinin bütövlüyünün təmin edilərək öyrənənlərin bütöv halda dünyanı dərk etməsi təmin olunur ki, 

bu  da  inteqrativlik  prinsipi  gözlənilərək  həyata  keçirilir.  Eyni  zamanda  rəqabət  mühitinin 

formalaşması təmin  edilir. İnkişafetdirici  xarakterin  təmin  edilərək  tədris-  təlim  prosesinə  öyrədənin 

(pedaqoqun) münasibəti dəyişir. Bilikvermə, bacarıq və vərdişlərin aşılanmasından başqa, dərsdə fərdi 

və  sosial  əhəmiyyətli  keyfiyyətlərin  (təfəkkür,  nitq,  emosional  hissi  davranış,  kommunikativ,  fiziki, 

yaradıcı) inkişaf etdirilməsi nəticəsində şəxsiyyətyönümlü və problemli texnologiyalar üstünlük təşkil 

edir. Dərsin praktik, həyati və mənəvi praqmatik yönümlülüyü artır, nəticədə öyrənən həm inkişaf edir, 

həm  də  cəmiyyət  üçün  faydalı  insana  çevrilir,  güclənir.  Pedaqoji  kadrların  müasir  tələblərə  cavab 

verən  səviyyədə  formalaşdırılması,  öyrədənlərin  konseptual-metodoloji,  texnoloji,  metodiki 

hazırlığının həyata keçirilməsi, pedaqoji fəaliyyətdə yaradıcılığa üstünlük verilməsi nəticə etibarı ilə 

pedaqoji  fəaliyyətdə  bacarıqlı  müəllimlərə  tələbatı  artırır.  Dərsdə  tədris  fənləri  və  sinifdənxaric 

tədbirlərin məzmunca və mənaca zənginliyi ilə (tədris fənləri və tərbiyəvi işlərin fəlsəfə, pedaqogika, 

psixologiya və mənəviyyat fənləri ilə əlaqələndirilməsi) əlaqədar olaraq rəqabət genişlənir. İnteraktiv 

təlim metodları ilə təşkil olunan dərslərdə motivasiya yüksəlir, müasir dünyagörüşünün, mənəvi-əxlaqi 

keyfiyyətlərin inkişafı təmin olunur. Hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətin formalaşdırılması 

və  inkişaf  etdirilməsi  müəllim  və  şagird  kollektivinin  pedaqoji  prosesə  yeni  aspektdə  yanaşması  və 

münasibətlər sistemini yeniləməsi ilə kompleks halda həyata keçirilir.  

 

 

MÜƏLLİMLƏRIN İXTİSASARTIRMA TƏHSİLİNƏ OLAN 



TƏLƏBATLARININ MÜƏYYƏNLƏŞDİRİLMƏSİ MEXANİZMİ 

 

Mətanət QURBANOVA 

Təhsil Problemləri Institutu, Təhsil nəzəriyyəsi şöbəsi 



metanetgurban@gmail.com 

AZƏRBAYCAN 

 

Müxtəlif cəmiyyətlərdə rəqabət əsaslı dünya iqtisadiyyatına inteqrasiya imkanlarına malik, sosial 



mədəni  mövcudluqlarını  davam  etdirmələri  üçün  fasiləsiz  olaraq  innovativ  bilik  və  bacarıqlara 

yiyələnmiş,  öz  milli-mənəvi  dəyərlərinə  sahib  cixmaqla  yanaşı  digər  dünya  mədəniyyətlərinə 

münasibətdə tolerant və sayğılı insanın yetişdirilməsi vacib hesab olunur. Bu keyfiyyətlərə sahib insan 

isə sosial, iqtisadi proqres vəd edən təhsil prosesində formalaşır. Bütün dünyada tendensiya, səriştəli 

təhsilverənlərə  və  ən  yeni  texnologiyalara  əsaslanan  infrastruktura  malik,  keyfiyyət  göstəriciləri  və 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1499



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

əhatəliliyinə  görə  qabaqcıl  mövqe  tutan  təhsil  sistemini  yaratmaqdır.  Fiziki  şərtlərin  və  təhsil 

qaynaqlarının  mümkün  qədər  əlverişli,  təhsilalanlarının  ən  yüksək  səviyyədə  motivasiyalı  olduğu 

təhsil  sistemində  belə  bu  imkanları  dəyərləndirə  biləcək  bilik  və  bacarıqlara  malik  kompetensiyalı, 

səriştəli müəllim olmadan keyfiyyətli təhsilə nail olmaq mümkün deyil.  

Azərbaycanda  müstəqillik  illərində  "Azərbaycan  Respublikasının  təhsil  sahəsində  İslahat 

Proqramı"  (1999)  təsdiq  edildikdən  sonra  təhsilin  bütün  sahələrində  olduğu  kimi  keyfiyyətin 

yaxşılaşdırılması,  pedaqoji  heyətin  peşəkar  inkişafı  baxımından  ixtisasartırma  təhsilinin  normativ-

hüquqi  bazası  möhkəmləndirilməyə  başladı. Tarixiliyə  əsaslansaq,  Nazirlər Kabinetinin  102  nömrəli 

qərarı  (2007)  ilə  "Azərbaycan  Respublikasında  fasiləsiz  pedaqoji  təhsil  və  müəllim  hazırlığının 

konsepsiya və strategiyası"nda (1.2; 2.4; 2.8; 2.13.1; 3.2.1 ) təhsilin bütün forma və səviyyələri üzrə 

yüksək keyfiyyətli fasiləsiz müəllim hazırlığı sisteminin formalaşdırılması və tətbiqi üçün vaсib olan 

altı  strateji  fəaliyyət  istiqamətləri  müəyyən  olunmuşdur.  Təhsil  Sektorunun  İnkişafı  üzrə  İkinci 

Layihənin  (2009-2014)  ikinci  -  "Pedaqoji  kadrların  əlavə  təhsil  sisteminin  müasirləşdirilməsi" 

komponentinə  əsasən  müəyyənləşdirilən  növbəti  mühüm  vəzifələrdə  əksini  tapmışdır.  "Azərbaycan 

Respublikasında təhsilin inkişafı  üzrə  Dövlət  Strategiyası"nın  (2013) ikinci  istiqaməti  -  "Təhsilalan-

ların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin 

məzmununun  səmərəli  mənimsənilməsini  təmin  edən  yüksək  nüfuzlu  təhsilverənin  formalaşdırıl-

ması"dır.  Təhsilverənlərin  peşəkarlıq  səviyyəsinin  daim  yüksəlməsini  təmin  edən  yeni  sistemin 

yaradılması,  təhsilin  bütün  pillələrində  təfəkkür  və  şəxsiyyətin  inkişafına  yönəlmiş,  onların  fərdi 

xüsusiyyətlərini  nəzərə  alan  innovativ  təlim  metodologiyasının  və  müvafiq  resursların  hazırlanması, 

əlavə  təhsil  üzrə  strukturların  yaradılması,  təhsil  müəssisəsi  səviyyəsində,  tədrisdən  ayrılmadan 

peşəkarlıq səviyyəsinin artırılması, yeni modul–kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması, 

məktəbəqədər  və  ümumi  təhsil  müəssisələri  təhsilverənlərinin  inklüziv  təhsil  üzrə  məqsədli  əlavə 

təhsilinin təmin edilməsi prioritet məsələlər sayılır ( 2.1; 2.1.1; 2.1.2; 2.1.3; 2.1.4; 2.5.2.).  

Normativ-hüquqi aktlara əsasən müəyyənləşdirilən mühüm vəzifələr real tələbatların öyrənilməsi

müəllimin  ixtisasartırma  portfoliosunda  əksini tapmalı  olan  nəticələrin  zaman  və  kəmiyyət-keyfiyyət 

uyğunluğu baxımından əhəmiyyətliliyini təmin etməlidir. ARTN-nin 24 oktyabr 2009-cu il tarixli və 

"Pedaqoji  kadrların  ixtisasartirma  təhsili:  mövcud  vəziyyət,  problemlər  və  təklif  edilən  yeni  model" 

adlı  Kollegiya  iclasında  yeni  modelin  3  modul  (təhsilin  ümumi  əsasları,  ixtisas  sahələri,  təhsildə 

innovasiyalar və yeni tendensiyalar) kredit sistemi əsasında həyata keçirilməsi təklif olunur. Mövcud 

ixtisasartırma sistemi ilə müaqyisədə yeni modelin tələb-təklif əsasında reallaşdırılacağı vəd olunsa da, 

tələbin kəmiyyət və məzmun göstəricilərinin kateqorik və ədədi təsviri verilmir. Tələb yalnız R(Ş)TŞ-

lər,  rayon  metodkabinələri  və  məktəb  rəhbərlərinin  inzibati  qaydada  pedaqoji  heyətin  ixtisasartırma 

təhsilinə cəlb etməsi ilə ödənilməyə çalışıldıqda bu, sadəcə bürokratik hallara gətirib çıxara bilir. Cəlb 

olunma  -  tələbatların  dəqiq  diaqnostikası,  nəticənin  fasiləsizliyini  təmin  edən  mexanizmin  şəffaflığı 

şəraitində  ixtisasartırma  təhsilinə  cəlb  olunacaq  müəllimin,  kurs  dinləyicisininin  birbaşa  maraq 

dairəsində olacaqdır.  

Apardığımız  tədqiqatın  məqsədi  təhsilin  keyfiyyətinin  yaxşılaşdırılması  baxımından  mühüm 

amil  olan  müəllimin  ixtisasartırma  tələbatlarının  müəyyənləşdirilməsi  ənənəsindən  fərqli,  daha 

səmərəli yol və nümunə təklif etməkdir. İxtisasartırma təhsilinə təhsil müəssisəsinin göndərişi əsasında 

müəyyən  -  geniş  interval  (3  ildən  bir)  ilə  cəlb  olunma  sürətlə  yenilənən  informasiya  cəmiyyətinin 

tələbləri  baxımından  nəinki  aktuallığını itirir,  hətta  təhsil  müdətində  əldə edilən və  avtomatikləşməsi 

zəruri olan texniki bacarıqlar da müəyyən müddət sonra yaddan çıxır. Daha səmərəli nəticə vəd edən 

yeni mexanizm əsasında müəllimlərin özlərinin, R(Ş)TŞ, metodkabinə və məktəb rəhbərləri, eləcə də 

şagird  kontingentinin  fikir,  münasibət  və  qiymətləndirməsi  təhsilverənlərin  peşəkar  səviyyələrinin 

daim  yüksəldilməsini  təmin  edən  yeni  sistemin  yaradılması  baxımından  faydalı  olacaqdır.  Pedaqoji 

kadrların  ixtisasının  artırılması  və  yenidən  hazırlanması,  əlavə  təhsil  sahəsi  ilə  məşğul  olan 

tədqiqatçılar  istifadə  edə  bilərlər.  Müəllimlərin  ixtisasartırma  təhsilinə  olan  tələbatlarının  dəqiq 

diaqnostikası  ixtisas,  kurikulum  və  psixoloji  hazırlıq  səviyyələrinin  ölçülməsi  baxımından  xüsusi 

testlər vasitəsilə aparılmalıdır.  

İxtisasdan  daha  çox  sayda  səhv  və  ya  çatışmazlıqların  təkrarlandığı  bölmədəki  mövzuların 

mənimsənilməsi  üçün  geniş  tədris  saatları  nəzərdə  tutulmalıdır.  Kurikulum  materialları  ilə  əlaqədar 

problem  təşkil  edən  mövzular  üzərində  iş  simulyasiya  edilməlidir.  Qarşılıqlı  proses  olan  təlim 

mühitində  təhsilverənlərin  təhsilalanların  prizmasından  hadisələrə  yanaşması  canlı  "laboratoriya" 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1500



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

şəraitində daha optimal nəticələr verir. Öyrənmənin şəxsi fəaliyyət olaraq daxildən idarə olunduğunu 

nəzərə  alsaq,  müəllimlərin  özlərinin  tamamlamaq  istədikləri  digər  akademik  yetərsizliklərinin  aşkar 

olunmasında  daxili  motivasiyalarını  təmin  etmək  üçün  müəyyən  saatlarda  seçmə  dərs  imkanı  da 

verilməlidir.  

Kurs  və  ya  təlimlərdən  müdavim  olan  müəllimlərin  təlim  prosesində  yaranan  suallarının 

cavablandırılması, müəyyən müddət sonra "korşalmış" bilik və bacarıqlarının yenidən qazandırılması 

üçün  xüsusi  trenajor  proqramlar  hazırlanmalıdır.  Dünyada,  eləcə  də  respublikamızda  müxtəlif 

sahələrdə kadr hazırlığında keyfiyyətə nəzarət yalnız müəyyən qiymətləndirmə və monitorinq alətləri 

vasitəsilə həyata keçirilmir. Müxtəlif 3D imkanı olan qrafik və eləcə də sadə MS Office proqramları 

və  onların  vasitəsilə  hazırlanan  ternajorlar  mövcuddur  ki,  eyni  zamanda  simulyativ  olaraq  nəzəri  və 

praktik  baxımdan  daim  təkmilləşməyə  imkan  verir.  Nəinki  internetin,  eləcə  də  rayon  mərkəzi  və 

paytaxta  gediş-gəlişin  cətin  olduğu  ucqar  kənd  yerlərində  işləyən  müəllim  üçün  onlayn  olmayan 

ternajorların ixtisasartırma tələbatlarının ödənilməsi baxımından faydası böyükdür. Dərs keçəcəyi sinif 

mühiti,  şagirdlər,  dərs  müddəti,  təlimə  verilən  tələblər  nəzərə  alınmaqla  modelləşdirilən  simulyativ 

oyun  əsasında  müəllimin  nəticəsini  100  ballıq  sistem  ilə  qiymətləndirmənin  aparıldığı  trenajor-

proqramlar əsasən dərsdən kənar vaxtlarda istifadə olunur. 

 

Pedaqoji tədqiqat metodlarından anketləşdirmə, təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və 

tədqiqat  nəticələrinin  riyazi  və  statistik  işlənilməsi  metodlarından  istifadə  edilmişdir.  R(Ş)TŞ, 

metodkabinə və məktəb rəhbərləri, şagird və müəllim kontingentinin daxil olduğu 140 nəfərdən ibarət 

respondent  7  bölmə  üzrə  35  açıq  və  qapalı  sual  əsasında  anketləşdirməyə  cəlb  olunmuşdur.  Anket 

hazırlanarkən mövcud pedaqoji, elmi-metodiki ədəbiyyat, normativ-hüquqi baza araşdırılaraq müvafiq 

suallar hazırlanmışdır. Tədqiqatın nəticələri riyazi və statistik üsullarla ümumiləşdirilmişdir.  

 

 

MÜASİR DÖVRDƏ GƏNCLƏRİN AİLƏ HƏYATINA HAZIRLIĞI 

 

Afaq TƏHMƏZOVA 

Azərbaycan Müəllimlər İnstitutu 



afaqabdullayeva@mail.ru

 

AZƏRBAYCAN 

 

Ailə  mövcud  ictimai  quruluşun  güzgüsüdür.  Bir  qrup  müasir  ailələrdə  doğumun  azalması,  ailə 



ixtilaflarının,  boşanmaların,  ailəsiz  uşaqların  sayının  durmadan  artması  və  s.  kimi  problemlərin 

fonunda  ailədə  bir  növ  böhran  yaranır.  Bu  böhranın  yaranma  səbəbini  bir  qrup  ailə  tədqiqatçıları 

cəmiyyətdəki iqtisadi böhran, əmək haqqının aşağı səviyyədə olması, gənc ailələrin müstəqil yaşaması 

üçün  ev  şəraitində  olan  çətinliklərlə  əlaqələndirirlər.  Müasir  ailələrin  qlobal  miqyasda  gedən  bu 

tendensiyanın  təsirinə  məruz  qalması  və  onların  bu  ruhda  formalaşması  əlbəttə  yuxarıda  qeyd 

etdiyimiz  səbəblərlə  yanaşı,  başqa  səbəblərlə  də  əlaqəlidir.  Aparılmış  tədqiqatlar  bu  səbəbləri 

sistemləşdirərək sosial və iqtisadi tiplərə ayırsa da, biz düşünürük ki, artıq bu bölgü öz  əhəmiyyətini 

itirmişdir.  Çünki,  müasir  ailənin  adət-ənənədən,  milli  dəyərlərdən  uzaqlaşmasının  iqtisadiyyatla  heç 

bir əlaqəsi yoxdur. Ailə həyatının uzunömürlü olması üçün, nikahaqədərki dövrdə, ailə həyatına şüurlu 

hazırlıq lazımdır. Boşanma hallarının artdığını bir zamanda, evlənməyə hazırlaşan cütlərin də əlaqəni 

bitirmək  nisbətləri  gedərək  artır.  Cütlər  evlənmə  qərarı  aldıqdan  sonra  özlərini  çox  xoşbəxt  hiss 

edəcəklərini düşünürlər, ancaq vəziyyət heç də belə olmur. Evlilik ilə əlaqədar təcrübəyə, biliyə sahib 

olmadıqları  və  ətraflarındakılar  tərəfindən  evliliyin  çətin  istiqamətləri  daha  çox  vurğulandığı  üçün 

üzərlərində  sıx  bir  təzyiq  hiss  edirlər.  Bu  vəziyyətin  öhdəsindən  gələ  bilməyən  cütlər  evlənmə 

qərarından  vazkeçə  bilirlər.  Evlilik  əmək  istəyən  bir  əlaqədir,  ancaq  bu  səy  evlənmədən  əvvəl 

başlamalıdır.  Evliliyin  möhkəm  təməllər  üzərinə  qurulması  irəliləyən  dövrlər  üçün  çox  böyük 

əhəmiyyət daşıyır. 

Sürətli ictimai dəyişmə prosesinin yaşandığı müasir dövrdə gənclərin evlilik üçün lazım olan əsas 

bilik  və  bacarıqların  əldə  edilməsindən  daha  çox,  peşə  təhsillərinə,  sənət  və  idman  fəaliyyətlərinə 

üstünlük  verilməkdədir  ki,  bu  da  evlilik  kimi  əhəmiyyətli  bir  təşkilata  lazım  olduğu  şəkildə  hazırlıq 

edile bilməməsinə və qurulan ailələrin sağlam bir şəkildə davam edə bilməməsinə gətirib çıxarmaqdadır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1501



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Hər hansı bir şəxs tərəf müqabilin seçimində, nə qədər diqqətli olursa olsun, nə qədər uyğun bir 

yoldaş seçirsə seçsin öncədən evlilik ilə əlaqədar məlumat sahibi, eləcə də ailə həyatına şüurlu hazır-

lığı olmasa, nikah dövründə müəyyən problemlərlə rastalşmış olur. Hər bir şəxs, evliliyin uyğunlaşma 

içində  icrası  üçün  lazım  olan  davranış  modellərini  həyatın  ilk  günlərindən  etibarən  ailə  içində  əldə 

edir.  Oğlanların  və  qızların  gələcək  ailə  həyatı  haqqında  təsəvvürləri  ilk  dəfə  doğulduqları  və  boya-

basa çatdıqları ailədə, yəni ata-ananın şəxsi nümunələri əsasında formalaşıb başa çatır. Belə ki, oğlan 

öz atasının şəxsində kişi(ər), qızlar isə anaya münasibətdə qadın (arvad) obrazını mənimsəyir. Eləcə də 

qızın  ataya,  oğlanın  anaya  olan  münasibəti  onlarda  əks  cinsin  himayəsində  kişiyə  və  qadına  olan 

münasibəti formalaşdırır. Biz istəsək də, istəməsək də deyə bilərik ki, ilkin ailə tərbiyəsində hər kəs öz 

gələcək  ailə  həyatını  təkrar  edir.Tərəflər  evlilik  ilə  əlaqədar  ilk  anlayışlarını  öz  ana  atalarının 

evliliklərini  müşahidə  edərək  əldə  edərlər.  Ailəsindəki  evlilik  modeli  səhv  davranışlar  üzərinə 

qurulmuş olan fərdlər, təbii olaraq bu səhv davranışları modelini mənimsəyirlər. Ana atalarının əlaqə 

formasından  xoşlanmayan  kəslər  belə,  irəlidəki  həyatlarında,  öz  evliliklərində  bu  əlaqə  modelindən 

öyrəndikləri  bir  çox  davranışı  fərqinə  varmadan  təkrarlayırlar.  Ailədə  valideynlər  arasında  qarşılıqlı 

anlaşma, onların bir-birinə hörmətlə yanaşması uşaqların tərbiyəsinin hər addımda öz müsbət təsirini 

göstərir. Əgər ata-ana bir-birinə hörmətlə yanaşır, ailənin hər bir çətinliyini birgə həll etməyə çalışırsa, 

yeniyetmə və gənclikdə gələcəkdə ailə qurarkən ata-ana kimi olmağa, onlara oxşamağa çalışacaqlar.  

Gənc  nəslin  müstəqil  ailə  həyatına  və  gələcək  övladlarının  tərbiyə  olunması  işinə  hazırlanması 

təkcə  valideynlər  üçün  yox,  mühüm  dövlət  əhəmiyyətli  bir  vəzifədir.  Odur  ki,  vəzifəni  təkcə  ailənin 

üzərinə qoymaq olmaz. Orta, orta-ixtisas və ali məktəblər, məktəbdənkənar müəssisələr, ümumilikdə 

cəmiyyət, dövlət bu sahəyə öz köməyini göstərməlidir. Belə ki, gənclərin ailə həyatına hazırlanmasına 

o vaxt tam nail olmaq mümkün olur ki, valideynlə yanaşı məktəbdə bu işə onlara yaxından köməklik 

göstərsin, dərsliklərdə bu məsələlər öz düzgün həllini tapsın.  

Əgər biz yaxın dövrə nəzər salsaq görərik ki, hələ 1981-1982-ci tədris illərində respublikamızın 

bir  sıra  orta  məktəblərində  eksperimental  qaydada  VIII  siniflərdə  “Şagirdlərin  gigiyenik  və  cinsi 

tərbiyəsi”, IX-X siniflərdə isə “Ailə və nikah məsələləri” fakültativ kurslar şəklində tədris edilmişdir. 

Bu kurslarda ilk dəfə olaraq VIII-X sinif şagirdlərinin ailə həyatına hazırlanması məsələləri, valideyn-

övlad  münasibətləri,  ailə  həyatına  hazırlıqda  məhəbbət  və  nikaha  münasibətin  incəlikləri  və  s. 

haqqında sistemlə elmi biliklərə yiyələnməyin yolları qeyd edilmişdir. 

Bütün  bunların  nəticəsi  olaraq  1983-cü  ildə  Ə.Ə.Əlizadə  və  A.N.Abbasovun  rəhbərliyi  altında 

ailə məsələləri üzrə fakültativ kurslar üçün metodik tövsiyə və proqram hazırlanmışdır. Proqramda ailə 

həyatı  ilə  yanaşı,  gənclərin  ailə  həyatına  hazırlanmasının  yol  və  vasitələri  şərh  edilmişdir.  Məsələn, 

“Biologiya”  kursu  üzrə  “İnsan  orqanizminin  inkişafı”  bölməsinə  “Hamiləlik  və  doğuş”,  “Hamilə 

qadına  xüsusi  qayğıkeş  münasibətin  zəruriliyi”,  “Cinsi  yetişkənlik  dövründə  baş  verən  dəyişikliyin 

mahiyyət və ardıcıllığı”, “İnsanın anatomiyası, fiziologiyası və gigiyenası” kursu proqramında “Qız və 

oğlanların şəxsi gigiyenası”, “Qız və oğlanın şəxsi münasibəti”, “Kişilik və qadınlıq hissi”, “Vaxtın-

dan əvvəl cinsi əlaqələr və onun xoşagəlməz nəticələri” və s. mövzular qeyd edilmişdir.  

Təssüflər  olsun  ki,  müasir  dövrümüzdə,  nə  orta,  nə  də  ali  məktəb  dərsliklərində  gənclərin  ailə 

həyatına  hazırlanması  ilə  əlaqədar  günün  aktual  tələbini  təmin  edən,gəncləri  bu  sahəyə  düzgün 

istiqamətləndirən  məlumat  yox  dərəcəsindədir.  Eləcə  də,  nə  valideynlər,  nə  də  müəllimlər  gənclərin 

ailə həyatına hazırlanması ilə əlaqədar, onların maariflənməsi xeyrinə yeniyetmə və gənclərlə çox az 

söhbət  aparırlar.  Araşdırmalar  zamanı  məlum  oldu  ki,  nə  orta  məktəb  direktorlarının,  nə  də  onların 

tərbiyə  işləri  üzrə  müavinləri,  ali  məktəblərdə  rektorların  tərbiyə  üzrə  prorektorları  bu  problemlə 

əlaqədar öz iş planlarında hər hansı bir tədbirin keçirilməsini nəzərdə tutmamışlar. 

Müasir dövrdə ailədaxili münasibətlərdə baş verən münaqişə və ixtilaflar, boşanma halları, eləcə 

də,  ailənin  etnik  psixoloji  keyfiyyətlərinin  və  milli  mentalitetinin  get-gedə  itirilməsi  cəmiyyət  üçün 

həyəcan siqnalı çalmaqdadır. Hər bir ailənin monolitliyi, dözümlüyü və uzunömürlüyü öz mənbəyini 

gənclik dövründən, ailəyə olan münasibətlərdən, onun cəmiyyətdəki mövqeyindən, eləcə də gənclərin 

nikaha hazırlığından və gənc ailə üzvlərinin bir-birini düzgün başa düşüb anlamasından asılıdır. Məhz 

bu  baxımdan  valideynlər  mehribançılıqda,  işgüzarlılıqda,  həmrəylikdə,  dözümlü,  səbirli  olmaqda 

övladlarına nümunə olmalıdırlar. Valideynlər övladlardan yalnız görməyi yox, götürməyi də tələb et-

məlidirlər. Onda gənclər ailə həyatına qədəm qoyanda özlərini itirməzlər, məişətin bir sıra çətinlikləri 

onları  heç  vaxt  qorxutmaz.  Eləcə  də  həm  ümumtəhsil  məktəblərinin  IX-XI  siniflərində,  həm  də  ali 

məktəblərdə humanitar fənlərintədrisi zamanı dərsliklərdə gənclərin ailə həyatına hazırlanmasına dair 

xüsusi  bölmələrin,  yaxud  fəsillərin  daxil  edilməsi  zəruridir.  Həmçinin  orta  və  ali  məktəblərdə 

gənclərin ailə həyatına hazırlıqla bağlı xüsusi tədbirlərin keçirilməsi də mühüm əhəmiyyət kəsb edir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1502



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

TƏHSİL MENECERLƏRİ HAZIRLIĞI 

 

Ləman HARUNOVA 

Qafqaz Universiteti 



lemanharunova94@gmail.com 

AZƏRBAYCAN 

 

“İdarəetmə”, “İdarəetmə və təşkilatçılıq”, “Menecment” – XIX-əsrin sonu, XX-əsrin əvvəllərində 



yaranan sosial bir elm sahəsidir. İdarəedilən və idarəedən münasibətlərinin mövcud olduğu hər dövrdə 

idarəetmə  var  olmuşdur.  Səbəbi  isə  insanlığın  yaradılış  şəkilidir.Sadəcə  bir  fabrik,  zavod  yaxud 

dövlətdə deyil, evlərdə, dini qurumlarda,təhsil müəssisələrində,idman klublarında və s., bir sözlə, hər 

yerdə idarəetmə fəaliyyəti mövcuddur. “Menecment” anlayışı ingilis sözü olub “idarəetmə” deməkdir. 

Menecment  prosesini  həyata  keçirən  şəxs  isə  menecerdir.  Menecerin  əsas  işi  mövcud  resurslarla 

(maliyyə,fiziki,insan  resursları,informasiya)  effektiv  və  səmərəli  şəkildə  istifadə  edərək  qarşıya 

qoyulmuş məqsədə çatmaqdır. Hər bir menecer müntəzəm olaraq öz biliyini artırmalı, yeniliyi və hər 

cür  mütərəqqi  texnika  və  texnologiyanı  başa  düşməlidir. 

Menecerlər  qərar  vermək  üçün  vaxtında 

lazımi  informasiya  ilə  təchiz  edilməlidirlər.  Hazırda  bu  işləri  kompyuterlərlə  görmək  işi  xeyli 

asanlaşdırır. Menecerler həmçinin vaxtdan səmərəli istifadə etməyə çalışırlar.Vaxtdan səmərəli istifadə 

işlərin  hamısını  çatdırmaq  yox,  işin  effektiv  qurulması  deməkdir. 

XXI  əsrin  başlanğıcında  bir  sıra 

alimlər müasir menecerlərə xas keyfiyyətləri aşağıdakı kimi qruplaşdırmışdır: 

Fiziki keyfiyyətlər: -aktivlik,enerjilik,sağlamlıq,güclülük və s. 

Şəxsiyyət  keyfiyyətlər:  -uyğunlaşa  bilmək,  özünəinamlı  olmaq,nüfuzluluq,müvəffəqiyyətə  cəhd 

etmək və s. 

İntellektual keyfiyyətlər: - ağıl,qərar qəbul etməyi bacarmaq,intiusiya,yaradıcılıq və s. 

Qabiliyyət keyfiyyətlər: - asanlıqla münasibət yaratmaq, işgüzar olmaq,diplomatik olmaq və s. 

“Menecment”  ifadəsi  daha  çox  müəssisələrin  və  firmaların  idarə  edilməsinə  aid  edilir.  Yəni, 

dövlətin,  şəhərin  və  yaxud  da  ordunun  idarə  olunması  prosesi  menecmentlə  əlaqəli  deyildir.Müasir 

dövrdə  menecerlik  fəaliyyətinə  bir  çox  sahələrdə  rast  gəlmək  olar.  Həmçinin,  təhsil  sahəsində  də 

“menecment”  və  “menecer”  terminlərindən  istifadə  edilir.  Təhsil  idarəsi  ümumi  idarəetmə  elminin 

xüsusiyyətləri,qayda  və  qanunlarının  təhsilə  tətbiq  edilməsindən  yaranmışdır.  Təhsil  müəssisələrinin 

və digər bənzər təşkilatların da özlərinə xas ayrıca özəllikləri vardır. Təhsil idarəsinin digər idarəetmə 

sahələrindən  əsas  fərqi  məqsədinin  insan  yetişdirmək  olmasıdır.Başqa  sözlə  desək,təhsil  idarəçiləri 

şəxsiyyət  yetişdirir.  Təhsil  idarəçiləri  maddi  və  insan  resurslarından  istifadə  edərək  səmərə  əldə 

etməyə,keyfiyyəti  yüksəltməyə  çalışırlar.  İdarəetmədə  əsas  məqsəd  müəyyən  qrup  insanların  eyni 

məqsəd  üçün  çalışmalarıdır.  Təhsilin  idarəedilməsində  əsas  məqsəd  isə  həmin  təhsil  müəssisəsinin 

siyasətini və müəssisənin məqsədlərinə uyğun olaraq işləri qaydasında saxlamaqdır.Bir digər məqsəd 

isə  əvvəlcədən  hədəflənən davranışların  şagirdlərə  planlı  və  proqramlı şəkildə  çatdırmaqdır. Təhsilin 

idarəolunmasının aşağıdakı xüsusiyyətləri var: 

-Təhsilin  idarəolunmasının  ən  önəmli  xüsusiyyəti  üzərində  çalışdığı  xammaddənin  insan 

olmasıdır.  Təhsil  müəssisələri  həm  insanlar,  həm  də  cəmiyyətlə  əlaqədə  oluğu  üçün  daim 

münaqişələrdən uzaq durmağa çalışmalıdırlar. 

-Bu tip müəssisələrdə məqsədlər qədər, istifadə edilən metodlar da açıq olmalıdır. 

-Bəzi  ölkələrdə  təhsil  idarəsi  ayrıca  bir  sahə  kimi  deyil,müəllimliyə  əlavə  bir  sahə  kimi 

qiymətləndirilir. 

-Surətli dəyişən texnologiya təhsil sahəsinə daha tez tətbiq edilir. Məktəblərdə öyrədilən biliklər 

ətraf mühitlə uzlaşmalıdır. 

-Təhsil  idarəçilərini  hər  kəs  nəzarətdə  saxlayır:  valideyinlər,müəllimlər,  yuxarı  təşkilatlar, 

şagirdlər və s. Bu idarəçilərin işini çətinləşdirir və qərar qəbul etməkdə onlara çətinlik yaradır. 

Yeni 

istehsal 



və 

mülkiyyət 

münasibətlərinin 

formalaşdığı,beynəlxalq 

əlaqələrin 

genişləndiyi,təhsilimizin  dunya  təhsilinə  inteqrasiya  etdiyi  bir  dövrdə  təhsil  keyfiyyətini  yüksəltmək 

və təhsilin idarəedilməsində orataya çıxan problemlərin həll edilməsi məqsədilə təhsil menecerlərinin 

hazırlanması zərurət təşkil edir. Həmçinin respublikamız müstəqillik əldə etdikdən sonra təhsilin digər 

sahələrində də bir sıra islahatlar keçirilmişdir. Artıq pedaqoji kadrların rəhbər vəzifələrə gətirilməsi və 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin