Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə137/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   133   134   135   136   137   138   139   140   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1458



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

6.

 



Pedaqoji  kollektivin  tələbəyə  təsiri.Kollektiv  tələbələrdə  qarşılıqlı  münasibətlərin,  şəxsi  və 

içtimai maraqların uzlaşdırılmasına imkan verir, kollektivdə səmimi münasibətlərin yaranmasına 

şərait yaradır. 

7.

 



Tələbələrin özünütəhsilə, mütaliəyə, ictimai, bədii, texniki, idman və s. fəaliyyətə cəlbolunması.  

8.

 



Tələbənin  milli-mənəvi  və  bəşəri  dəyərlərə  yiyələnməsi.Tələbə  mənəvi  sərvətlərə  yiyələndikcə 

daha xeyirxah olur, faydalı fəaliyyətə maraq göstərir, davranışı şüurli və sabit xarakter alır. Bu isə 

məsuliyyət və borc hissini gücləndirir, tələbəni ləyaqətli olmağa təhrik edir. 

9.

 



Ali məktəb müəllimlərinin şəxsi nümunəsi.Ali məktəm müəllimi öz elmi səriştəsi, mənəvi saflığı, 

yüksək  pedaqoji  mərifəti,  insani  keyfiyyətləri,  obyektivliyi,  ədalətliliyi,  davranışı  ilə  hər  sahədə 

nümunə göstərmələdir.  

10.


 

Ali məktəbdə sağlam və əlverişli mənəvi psixoloji iqlimin olması. 

11.

 

Pedaqoji  kollektivin  bütün  üzvləri  arasında  ünsiyyət.  Ali  təhsil  müəssisəsinin  rəhbər  işçiləri  ilə 



müəllim  kollektivi  arasında,  müəllimlər  arasında,  müəllimlər  və  tələbələr  arasında,  tələbələr 

arasında  olan  ünsiyyət  pedaqoli  ünsiyyətdir.Bu  münasibətlər  şəxsiyyətlərarası  münasibətlərin 

inkişafı  üçün  şərait  yaradır.Pedaqoji  ünsiyyət  tələbənin  ahəngdar  inkişafını  və  mütəxəssis  kimi 

formalaşmasını  təmin  edir,  tələbə  qrupları  arasında  əlaqələri  genişləndirir,  tələbələr  arasında 

konfliktləri  aradan  qaldırır.  Ünsiyyət  prosesində  tələbənin  mənlik  şüuru  formalaşır.  Tələbə  bir 

şəxsiyyət kimi inkişaf etdikcə tələbə qrupunun normalarını öz normaları kimi qəbul edir, davranış 

normalarına uyğun hərəkət edir. 

Tələbənin ali məktəb həyatına uyğunlaşmasını təmin edən digər tədbirlərdən də istifadə olunması 

səmərəli nəticələr verir. Məzunlarla görüşlər, ali məktəbin tarixi və ənənələri ilə tanış olmaq, görkəmli 

alim  və  pedaqoqların  tələbələrlə  söhbətlərini  bu  tədbirlərə  aid  etmək  olar.  Tələbə  həyatının  əsas 

fəaliyyət növü təlimdir. O təhsil illərində öz intellektini, mənəvi , əxlaqi, estetik, fiziki keyfiyyətlərinin 

inkişafı  qayğısına  qalmalı,  seçdiyi  pesəyə  hörmət  etməli,  zəruri  bilik  ,  bacarıq  və  vərdişlərə 

yiyələnməlidir.Təlim  fəaliyyəti  tələbənin  ümumi  psixi  inkişafını,  ixtisasla  bağlı  bilik  və  bacarıqları 

mənimsəməsini,  mənəvi  kamilliyini  təmin  edir.Təlim  prosesində  motivlər  mühüm  rol 

oynayır.Motivləri  aşağıdakı  kimi  qruplaşdırmaq  olar:  sosial  motivlər,  idraki  motivlər,  peşə  ixtisas 

motivləri,  kommunikativ  motivlər,  mövqe  motivləri,  estetik  motivlər  və  s.  Tələbələrin  təlim 

fəaliyyətinda əsas  yeri ali məktəb  auditoriyalarında  həyata  keçirilən  məcburi  təlim  məşğələləri  tutur. 

Bu  prosesdə  əldə  olunan  biliklər  tələbə  şəxsiyyətinin  formalaşmasında  mühüm  rol  oynayır.  Ətraf 

aləmə tələbənin fəal münasibəti əmək fəaliyyətində daha qabarıq üzə çıxır, tələbə dəyişir, kamilləşir, 

onda  yeni  bacarıq  və  vərdişlər  formalaşır,  mənəvi  keyfiyyətlər  inkişaf  edir.  Tələbə  şəxsiyyətinin 

formalaşmasına  mənfi  təsir  göstərən  cəhətləri  da  qeyd  etməmək  mümkün  deyil.  Bəzən  daxil  olmaq 

isyədiyi  ixtisası  düzgün  secməyən  ,  bu  ixtisasa  təsadüfən  gələn  tələbələr  ali  məktəbin  həyatı  ilə 

uyğunlaşa  bilmir,  sosial-  psixoloji  ziddiyyıtlərlə  qarşılaşırlar.  Belə  tələbələr  ali  məktəbin  həyatına. 

nizam-intizam qaydalarına uyğunlaşa bilmir, daha şox sərbəstliyə, müstəqilliyə can atırlar. 

Yuxarıda  qeyd  olunan  amillər,  digər  tərəfdən  ali  məktəbdə  tələbələrin  müxtəlif  fəaliyyət 

növlərinə  cəlb  edilməsi  və  onlarla  məşğul  olması  tələbələrin  həmin  sahədə  inkişaf  səviyyəsini 

yüksəldir,  onların  ahəngdarlığına,  gələcək  peşə  fəaliyyətinə  müsbət  təsir  edir,  yüksək  ixtisaslı 

mütəxəssis kimi formalaşdırır. 

Ali  təhsil  müəssisəsinin  hər  bir  müəllimi  özünün  çoxcəhətli  fəaliyyətində  belə  bir  prinsipi  əldə 

rəhbər  tutmalıdir:  şəxsiyyətlərarası  münasibətlər.  İnsan  bu  münasibətlərdə  yaşayır  və  formalaşır  Ona 

görə də tələbə şəxsiyyəti pedaqoji prosesin mərkəzində dayanmalıdır. Belə olan halda peşəkar müəlim, 

peşəkar mütəxəssis yetişdirmək mümkündür. 

 

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1459



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

XÜSUSİ MƏŞĞƏLƏLƏRDƏ MƏKTƏBƏQƏDƏR YAŞLI                

UŞAQLARIN LÜĞƏT EHTİYATININ ZƏNGİNLƏŞDİRİLMƏSİ 

 

Təranə HƏSƏNOVA 

ADPU 


y_g.74@mail.ru 

AZƏRBAYCAN 

 

Məktəbəqədər  yaşlı  uşaqların  nitqinin  inkişaf  etdirilməsi  məqsədilə  təşkil  olunan  məşğələlər 



onların təhsilində mühüm yer tutur.Nitq inkişafı dedikdə,uşaqlarda nitqin səs mədəniyyətinin tərbiyəsi

lüğət ehtiyatının zənginləşdirilməsi,qrammatik cəhətdən düzgün nitqin formalaşdırılması,rabitəli nitqin 

inkişafı  və  onların  bədii  ədəbiyyatla  tanışlığı  nəzərdə  tutulur.  Uşaqların  lüğət  ehtiyatını  necə 

zənginləşdirmək  olar?  Lüğət  ehtiyatının  zənginləşdirilməsi  dedikdə,uşaqlara  tanış  olmayan  və  ya  az 

tanış olan sözlərin onların nitqinə daxil edilməsi nəzərdə tutulur. 

Uşaqların  nitqinin  leksik  tərkibi  bir  sıra  amillərdən  asılıdır.Bunlardan  ətraf  mühitin  rolunu 

xüsusilə  qeyd  etmək  olar.Ətraf  mühitə  uşaqları  əhatə  edən  cəmiyyət  və  təbiət  aiddir.Uşaqlar  ətraf 

aləmdə  mövcud  olan  fakt  və  hadisələri,onların  əlamətlərini  ifadə  edən  sözləri  öyrənməklə  öz  lüğət 

ehtiyatını zənginləşdirirlər. 

Zəngin  söz  ehtiyatına  malik  olan  və  onların  mənasını  başa  düşən  uşaq  sözlərdən  yerli-yerində 

istifadə  etməyi  bacarır.Bu  da  öz  növbəsində  uşağın  nitqini  aydın  və  təsirli  edir.Lüğət  üzrə  iş 

prosesində  sözlərin  seçilməsi  əsas  diqqət  tələb  edən  amillərdəndir.Söz  seçilərkən  tərbiyəçi  uşaqların 

lüğət  ehtiyatına  bələd  olmalı,seçilmiş  mövzu  ilə  bağlı  yeni  sözlər  dəqiq  müəyyənləşdirilməlidir. 

Uşaqların  lüğət  ehtiyatının  zənginləşdirilməsinə  kömək  edən  bir  çox  amillər  vardır.  Bu  amillər 

aşağıdakılardır: 

1.Gəzinti  və  ekskursiyalar;  2.Bağça  və  ailə  daxilindəki  nitq  mühiti;  3.Kütləvi  informasiya 

vasitələri; 4.Bədii ədəbiyyat; 5.Oyunlar; 6.Məşğələlər; 7.Əmək prosesi. 

Uşaqların  lüğətinə  daxil  edilmiş  sözlər  sonrakı  məşğələlərdə  istifadə  olunmadıqda  tez  bir 

zamanda  unudulur.Buna  görə  də  uşaqların  lüğətinə  yeni  daxil  edilmiş  sözlər  müxtəlif 

deyimlərdə,atalar  sözlərində  və  s.təkrarladılmalıdır.Bu  zaman  yeni  sözlər  uşaqların  nitqində  daha tez 

fəallaşacaq  və  şüurlu  şəkildə  dərk  ediləcəkdir.Bəzən  uşaqların  nitqində  müntəzəm  istifadə  etdikləri 

sözlərdən  başqa,mənasını  bilib,lakin  nitqində  az  işlətdikləri  və  ya  heç  işlətmədikləri  sözlərədə  rast 

gəlinir.Belə  sözlər  uşaqların  qeyri-fəal  lüğət  fondunu  təşkil  edir.Bu  sözlərin  mənası  tədricən  məlum 

olur.Beləliklə,qeyri-fəal lüğətin hesabına fəal lüğət də zənginləşir. 

Uşaqların lüğət ehtiyatının zənginləşdirilməsi ilə bağlı bir məşğələ nümunəsi verək: 

Mövzu:Azərbaycanın folklor nümunələrindən olan tapmacalar əsasında nağıl qurmaq. 

Məqsəd:Uşaqları  tapmaca  ilə  tanış  etmək,uşaqların  tapmacanı  düzgün  cavablandırmalarına  nail 

olmaq  və  aldığımız  cavaba  əsasən  nağıl  qurmağı  öyrətmək.Nağıl  vasitəsilə  uşaqların  nitqini  inkişaf 

etdirmək,lüğət fondunu zənginləşdirmək. 

Vəsait:Heyvanların şəkli olan tablo və oyuncaq tülkü. 

Məşğələnin gedişi.Uşaqlarda xoş əhvali-ruhiyyə yaratdıqdan sonra onlarla nağıllar haqqında qısa 

sual-cavab edilir.Uşaqlara bir tapmaca söyləyir və onun cavablandırılmasını xahiş edirəm. 

Ovçuların əlindən 

Meşədən qaçağanam mən. 

Nə var ki,xoşum gəlir 

Toyuq-cücə ətindən. 

Həm də hiyləgərəm çox, 

Özümün qiymətim yox 

Dərimin qiyməti var 

Bəs adımı kim tapar? (tülkü) 

Uşaqlar bu tapmacanı cavablandırır. Tərbiyəçi uşaqlardan soruşur ki,haradan bildiniz ki bu tapmacanın 

cavabı  tülküdür.  Uşaqlar  müxtəlif  cavablar  verirlər.  Tərbiyəçi  uşaqlardan  tülkü  haqqında  nə 

bildiklərini soruşur. Uşaqların cavabı: (ağ və sarı olur,yumşaq qalın tüklü olur,sürətlə qaçır,qorxaq və 

hiyləgər olur,acanda toyuq və cücələrə hücum edib onları aparır vəs.) 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1460



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Tərbiyəçi  uşaqlara  təklif  edir  ki,tülkü  haqqında  cümlələr  desinlər.Orada  “çevik”,  ”qorxaq”, 

”hiyləgər”  sözləri  işlənsin.  Uşaqlar  müxtəlif  cümlələr  deyirlər.  Tərbiyəçi  uşaqlardan  tülkünün  daha 

hansı hərəkətləri etdiyini soruşur. Uşaqların cavabı: (qaçır,sıçrayır,tullanır,gizlənir və s.) 

Uşaqlar siz tülkü haqqında çox maraqlı sözlər tapıb dediniz.İndi isə gəlin birlikdə tülkü haqqında 

nağıl  quraq,adını  da  “Tülkünün  hiyləsi”  qoyaq.Nağılı  quranda  tülkü  haqqında  dediyiniz  sözlərdən 

istifadə edin.Əvvəlcə tülkünün gəzməyə çıxmasından danışın.O,maraqlı nə gördü,onun başına nə işlər 

gəldi  və  hansı  hiylədən  istifadə  etdi.  Uşaqlar  da  hərəsi  öz  fantaziyasına  görə  tülkü  haqqında  nağıl 

qururlar.Tərbiyəçi uşaqların nağıllarını dinlədikdən sonra onları qiymətləndirir. 

“Uşaqların  mənəvi  inkişafının düzgün qurulması üçün valideynlər,  tərbiyəçi  və  müəllimlərin 

üzərinə böyük məsuliyyət düşür”  

Uşaqların fiziki və 

mənəvi 

inkişafında, 



eləcə 

də nitqin düzgün inkişaf etdirilməsində 

məktəbəqədər müəssisələrin əhəmiyyətli rolu var. Məsələn, bağça uşaqların ilk təlim, tərbiyə və tədris 

ocağı hesab olunur. Uşaqların burada öyrəndikləri onlara hərtərəfli ilkin istiqamət verir və əbədi olaraq 

yaddaşlarından  silinmir.  Ona  görə  də  psixoloqlar  hesab  edirlər ki,  kiçik  yaşlı  uşaqlara  ətrafdakılarla 

ünsiyyətdə 

olmaq, 

öz 


fikrini 

başqalarına 

düzgün, 

aydın 


və 

ifadəli 


çatdırmağı 

öyrətməkbağçanın mühüm vəzifələrindən biridir.  Qeyd edək ki, fikrin ardıcıl, düzgün və dolğun ifadə 

edilməsi,  sözlərin  dəqiq  seçilməsi  və  tələffüzün  təmizliyi  üzrə işin aparılması“  məktəbəqədər 

müəssisələrdə tərbiyə və təlim proqramı”nın əsas istiqamətlərindən birini təşkil edir. Uşaq bağçasının 

ən 

böyük 


üstünlüyü 

orada 


ictimai mühitin, 

uşaqların 

yaşıdları 

ilə 


ünsiyyət 

saxlamaları üçün gözəl imkan və  şəraitin  olmasıdır.  Psixoloq  Gülnarə  Əlixanova  bizimlə  söhbətində 

bildirdi ki, uşaqlar hiss və həyəcanlarını əsasən, dil vasitəsilə ifadə edir, ana dili vasitəsilə ətraf aləmi 

dərk edirlər: 

“Dil fikrin ifadə  formasıdır,  varlığıdır.  Danışıq  qabiliyyəti  anadangəlmə olsa da,  danışıq, 

dil anadangəlmə deyildir. Uşaqla ünsiyyətdə  olmasan, o,  danışmayacaq,  qəribə  səslər  çıxaracaq, 

hərəkət  və mimikadan istifadə  edəcək,  çünki söz,  danışıq  eşitmədiyindən, dialoqa girmədiyindən 

danışa bilməyəcək. Onun inkişafı üçün dil hökmək lazımdır. Əks təqdirdəo, danışa bilməz”. 

 

 

 



MAGİSTRANTLARIN MÜƏLLİMLİK FƏALİYYƏTİNƏ 

HAZIRLANMASINDA MÜASİR TƏLİM TEXNOLOGİYALARININ 

PEDAQOJİ İMKANLARI 

 

Aysel ZEYNALLI 

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun, ADPU 



aysel-86@bk.ru 

AZƏRBAYCAN 

 

Dünyada texnikanın və texnologiyaların inkişafı təhsil sahəsinin də texnolojiləşməsinə, bu sahədə 



informasiya bolluğuna, həmçinin bəzi təlim texnologiyalarının təkmilləşməsi, o cümlədən, yeni təlim 

texnologiyalarının  yaranmasına  səbəb  olmuşdur.  Əməkdaşlıq  texnologiyası,  kompyuter  və  digər 

texnologiyaların  tətbiqi  tədrisə  yenilik  gətirməklə  bərabər,  təhsilin  keyfiyyətinə  də  olduqca  müsbət 

təsir  göstərir.  Bu  səbəbdən  ümumtəhsil  məktəblərində  olduğu  kimi,  ali  məktəblərdə  də  gələcək 

müəllimlərin  pedaqoji  fəaliyyətə  hazırlanmaları  prosesində  müasir  təlim  texnologiyalarından 

istifadəyə geniş yer verilməli, həmin texnologiyaların gələcək fəaliyyətlərində onların özləri tərəfindən 

tətbiqinə nail olunmalıdır. Magistratura səviyyəsində bu işə nəzarətin gücləndirilməsi daha önəmlidir. 

Çünki  magistrantlar  həm  də  gələcəyin  ali  məktəb  müəllimləridirlər.  Onların  müəllimlik  fəaliyyətinə 

hazırlanmalarında  yeni  təlim  texnologiyaları  geniş  pedaqoji  imkanlara  malikdirlər.  Bu  və  ya  digər 

təlim  texnologiyasının  aça  biləcəyi  pedaqoji  imkanlar  aşağıdakı  müddəalar  nəzərə  alınmaqla  üzə 

çıxarılmalıdır: 

1) Magistrantların müəllimlik fəaliyyətinə hazırlanması prosesi müəllim peşəsinin spesifikası və 

gələcək zamanın tələbləri öncədə nəzərə alınmaqla qurulmalıdır.Çünki bu gün obyektiv təşəkkül tapan 

mühit  şəraiti  və  peşə  mühiti  amilləri  müasir  mütəxəssislərdən  problemli,  yaradıcı,  qəfil  yaranan 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1461



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

məsələləri  həll  etmək  bacarıqlarını  tələb  edir.  Müəllimlik  fəaliyyətinə  hazırlanan  magistrant  sərt 

verilmiş  alqoritmik  situasiyalar  şəraitində  deyil,  qeyri-müəyyənlik,  çoxlu  sayda  alternativ  qərarların 

mövcudluğu  şəraitində,  dəyişkən  sosial-mədəni  fonda,  daimi  yeniləşən  informasiya  axını  şəraitində 

hərəkət  etməyi  bacarmalıdır.  Müasir  universitetin  əsas  vəzifəsi  gələcək  müəllimə  ilk  növbədə 

problemləri  müstəqil  görməyi  və  onun  həlli  yollarını  tapmağı  öyrətməkdən  ibarətdir,  problemlərin 

həlli  strategiyaları  isə  daha  çox  həmin  problemlərin  kontekstindən  asılıdır.  Buna  görə  də 

magistrantların  müəllimlik  fəaliyyətinə  hazırlanması  prosesində  tətbiq  olunan  təlim  texnologiyaları 

gələcək peşə fəaliyyəti kontekstində konkret problemlərin optimal həlli strategiyalarına yiyələndirməyi 

hədəf almalıdır.  

2) Magistrant tədris və gələcək peşə fəaliyyətinin subyektidir. Alimlərin əksəriyyəti bəşəriyyətin 

humanist  ənənələrini əks  etdirən şəxsiyyət  yönümlü  təhsili  təhsilin inkişafında  yeni strateji istiqamət 

hesab  etdiklərindən,  əsas  elmi  və  praktiki  axtarışlar  müxtəlif  səviyyəli  təlim  texnologiyalarının 

işlənməsi  istiqamətində  gedir.  Təlim  alanın  şəxsiyyətini,  onun  təbii  potensialının  reallaşması  üçün 

komfort şəraitin təmin edilməsini təhsil sisteminin mərkəzinə qoyan, şəxsiyyətyönümlü antroposentrik 

texnologiyalara  xüsusi  diqqət  yetirilir.  Onlar  humanist  yönümlülüklə  səciyyələnir,  şəxsiyyətin  bir 

subyekt  olaraq  inkişafını  hədəf  götürür.  Qeyd  edilən  texnologiyalar  həmçinin  əməkdaşlıq 

texnologiyaları da adlanır, çünki onlar pedaqoqla tələbələrin demokratik, tərəfdaşlıq münasibətlərini, 

təlim  fəaliyyətinin  məzmunu  və  məqsədlərinin  birgə  razılaşdırılmasını,  qrup  refleksiyasında  iştirakı, 

təhsil  prosesinin  bərabərhüquqlu  subyektlərinin  qarşılıqlı  təsirlərini  (və  ya  interaksiyasını), 

kooperasiyasını, əməkdaşlığını nəzərdə tutur. 

Magistraturada  tədris  prosesi  magistrantların  pedaqoji  fəaliyyətə  hazırlığı  kontekstində  üç 

istiqamət  nəzərə  alınmaqla  həyata  keçirilməlidir.  Müasir  təlim  texnologiyalarının  tətbiqi  prosesində 

müəllim hazırlığı işində diqqət yetirilməli olan istiqamətlər bunlardır: 

a)

 

Tədris prosesinin mümkün qədər sərbəst və fərdi xarakterli olması; 



b)

 

Tədqiqatçılıq  (pedaqoji  fəaliyyətin  araşdırılması  və  yeni  şəklə  salınması  üçün  biliklərin 



müstəqil axtarışına imkanların olması) yönümlü olması; 

c)

 



Şəxsiyyət yönümlü olma.  

Bir  sözlə,  müasir  təlim  texnologiyalarından  istifadə  etməklə  təşkil  olunan  məşğələlərdə  təlim 

alanların şəxsiyyətinə hərtərəfli təsir göstərilməlidir. 

Bu  tələblərə,  habelə  magistr  proqramlarının  spesifikasına  daha  çox  cavab  verən  və  pedaqoji 

fəaliyyət üçün təməl qoyan təlim texnologiyaları təşəkkül tapmışdır ki, onlardan da son illər ali məktəb 

didaktikasında intensiv  şəkildə  istifadə  olunur.  Araşdırdığımız  mövzu  baxımından  perspektivli təlim 

texnologiyalarına  dialoq  və  modul  təlim  (V.V.Şoqan),  kontekst  təlim  (A.A.Verbitski),  məsələlərin 

həlli  vasitəsilə  təlim  (Q.A.Ball,  V.A.Slastenin,  L.F.Spirin),  innovasiya  təlimi  (V.İ.Juravlyov, 

P.İ.Pidkasistıy, 

L.S.Podımova, 

N.R.Yusifbəyova), 

problem-modul 

təlim 

(P.İ.Pidkasistıy, 



J.S.Haydarov),  layihə  təlimi  (Q.A.Lebedeva,  N.V.Matyaş,  V.D.Simonenko,  N.N.Surtayeva, 

O.Aqapova,  A.Krivoşeyev,  A.Uşakov),  imitasiya  və  oyun  modelləşdirilməsi  (V.Y.Babaytseva, 

N.N.Boqomolova,  M.M.Lebedeva,  S.A.Şmakov),  proqramlaşdırılmış  təlim  (S.İ.Arxangelski, 

V.P.Bespalko,  T.A.İlyina,  M.V.Klarin,  N.F.Talizina)  və  b.  aid  etmək  olar.  Onlardan  bəzilərinin 

pedaqoji potensialına nəzər salaq.

 

Magistrantların  müəllimlik  fəaliyyətinə  hazırlığında  perspektivli  təlim  texnologiyalarından  biri 



modul  təlim  texnologiyasıdır.  Təlim  texnologiyalarında  həm  inteqrativ,  həm  də  modul  təlimi  üçün 

zəruri  vasitələr  olmalıdır.  Modul  prinsipinin  mahiyyəti  “informasiyanın  daha  yaxşı  mənimsənilməsi 

üçün və təlim prosesinin dinamikliyini şərtləndirən modula – müəyyən dozalara bölünməsini nəzərdə 

tutur.Təlimin 

modul  texnologiyasının  tətbiq  edilməsi  magistrantların  auditoriyada  və 

auditoriyadankənar  fəaliyyət  prosesində  modullu  iş  prosesində  müstəqil  olaraq  konkrettəlim 

məqsədlərinə  nail  olmasına  imkan  yaradar.  Magistrantların  gələcək  işində  zəruri  olan  psixoloji-

pedaqoji  keyfiyyətlərə  yiyələnməklə  birgə  həmin  modul  məsələləri  də  mənimsəməsi  (onların 

interiorizasiyası) elə təlim, təhsil və tərbiyə prosesinin özüdür. 

Magistrantların müəllimlik fəaliyyətinə hazırlanmasında multimediya texnologiyalarının pedaqoji 

potensialı yüksəkdir.Eksperiment yolu ilə müəyyən edilmişdir ki, materialın şifahi çatdırılması zamanı 

dinləyici dəqiqədə bir minə yaxın şərti informasiya vahidini, multimediya texnologiyalarından istifadə 

edərkən  isə  -  yüz  minə  yaxın  informasiya  vahidini  qavrayıb  emal  edə  bilir.  Buna  görə  də  təlimdə 

multimedia  texnologiyalarından istifadənin  yüksək  səmərəliliyi  göz  önündədir  ki,  bunun  da təməlini 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1462



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

əyanilik,  materialın  görmə  və  eşitmə  yolu  ilə  qavranılması  təşkil  edir.  Biliklərin  sərbəst 

vizuallaşdırılması  təkcə  magistrantlara  müvafiq  informasiyanı  səmərəli  mənimsəməkdə  köməklik 

etmir, həm də onların idraki fəaliyyətini aktivləşdirir, onlarda nəzəriyyə ilə praktikanı əlaqələndirmək 

qabiliyyətini  inkişaf  etdirir,  vizual  mədəniyyət  vərdişlərini  formalaşdırır,  diqqət  və  səliqəliliyi 

tərbiyələndirir, təlimə marağı artırır.  

Rollu oyundan istifadə magistrantların təlimində perspektivli bir istiqamətdir, çünki məşğələlərdə 

“kvazipeşə”  atmosferinin  yaradılması  yüksək  nəticələr  əldə  etməyə  və  pedaqoji  fəaliyyət  sferasında 

peşə səlahiyyətlərinin formalaşmasına çəkilən vaxt məsrəflərini azaltmaq imkanı verir. 

Bu  gün  mövzu  baxımından  səmərəli  texnologiyalara  fəal  (interaktiv)  təlim  texnologiyaları  aid 

edilir.  Fəal  təlim  metodlarına  problemli  təlim,  konkret  situasiyaların  təhlili  (case  study),  beyin 

hücumları, işgüzar oyunlar, rollu oyunlar və b. aid edilir. 

Mövzu baxımından ən səmərəli təlim texnologiyalarından biri də layihə təlimi texnologiyasıdır. 

Layihə təlimi texnologiyası magistrantların öz xüsusi ideyası və müstəqil olaraq qoyduğu məqsəd və 

vəzifələr əsasında layihənin real məhsulunun yaradılması üzrə aktiv praktik fəaliyyətini nəzərdə tutur. 

Magistrantın planlaşdırılmış hərəkətlər kompleksinin nəticəsi obyektin layihəsidir ki, magistrant ondan 

gələcək müəllimlik fəaliyyətində istifadə edə bilər. Lahiyə texnologiyasından istifadə edilməsi təhsil 

prosesini real peşə fəaliyyətinə maksimum dərəcədə yaxın olan bir şəraitdə həyata keçirməyə imkan 

verir. 

Qeyd etmək lazımdır ki, bütün təlim texnologiyaları bir-biri ilə qarşılıqlı əlaqədədir. Buna görə 



də təqdim edilən təlim texnologiyalarının geniş tətbiqi prosesində bütün pedaqoji işçilərin sistemli və 

kompleks şəkildə işləməsi böyük əhəmiyyət kəsb edir. N.Oleynik də haqlı olaraq qeyd edir ki, müasir 

müəllimin peşə hazırlığı prosesində yeni təlim texnologiyalarından kompleks şəkildə istifadə olunmalı, 

bütövlükdə təlim kursu əhatə edilməli və müxtəlif fənlərin tədrisində həyata keçirilməlidir. 

 

 

ƏNƏNƏVİ VƏ KURİKULUM PROQRAMLARINDA UŞAQ BAĞÇASI 



İLƏ İBTİDAİ SİNİFLƏR ARASINDA ŞİFAHİ NİTQİN İNKİŞAF 

ETDİRİLMƏSİNDƏ VARİSLİK PROBLEMİNİN QOYULUŞU 

 

Maya QASIMOVA

 

ADPU


 

maya0866@gmail.com 

AZƏRBAYCAN 

 

Respublikamızda yeni təhsil sisteminin qurulması istiqamətində aparılan məqsədyönlü islahatlar 



onun  bütün  pillələrini  əhatə  etməkdədir.  “Azərbaycan  Respublikasında  ümumi  təhsilin  Konsepsiyası 

(Milli  Kurikulumu)”  kimi  dövlət  əhəmiyyətli  konseptual  bir  sənədin  hazırlanması  yetişməkdə  olan 

gənc  nəslin  milli  və  bəşəri  dəyərlərə  istinad  olunmaqla  tələbyönümlülük,  nəticəyönümlülük,  inteqra-

tivlik  prinsipləri  əsasında  bir  şəxsiyyət  kimi  formalaşdırılmasını  nəzərdə  tutur.  “Kurikulum  islahatı” 

adı  altında  ümumtəhsil  məktəblərində  həyata  keçirilən  bu  yeniləşmə  fənlərin,  o  cümlədən 

“Azərbaycan dili” fənninin məzmununun, təlim strategiyaları və nailiyyətlərin qiymətləndirilməsinin 

müasir  pedaqoji  və  psixoloji  baxışlar  zəminində  işlənilməsinə  imkan  yaratdı.  2008-2009-cu  tədris 

ilindən  ümumtəhsil  məktəblərinin  birinci  sinifindən  kütləvi  şəkildə  tətbiq  edilməyə  başlanılan  bu 

islahatın  səmərəli  nəticələr  verəcəyi  bir  çox  amillərlə  bağlıdır  ki,  bunlardan,  bəlkə  də,  ən  önəmlisi 

məktəbəqədər təhsilin ümumi hazılığı ilə şərtlənir. Keçən müddət ərzində ibtidai siniflərdə kurikulum 

islahatının nəticələri göstərdi ki, məktəbəqədər təhsilin məzmunu, təlim strategiyalarında uyğun yeni-

ləşmələr aparmadan ümumtəhsil müəssisələrində gözlənilən səviyyələrə nail olmaq müəyyən çətinlik-

lər yaradacaqdır. Məhz buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 iyul 

tarixli 137 nömrəli qərarı ilə “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” təsdiq edilmiş və bu 

əsasda “Məktəbəqədər təhsilin kurikulumu (3-6 yaş)” hazırlanmışdır. Ümumtəhsil məktəblərinin I-IV 

sinifləri üçün “Azərbaycan dili” fənn kurikulumu və “Məktəbəqədər təhsilin kurikulumu”nda varislik 

prinsipinin  nə  dərəcədə  gözlənilməsi  məsələlərindən  danışmazdan  əvvəl,  hər  iki  təhsil  pilləsinin 

sonuncu proqramlarını qoyulan problem baxımından nəzərdən keçirdik. Müəyyənləşdirdik ki, bu təhsil 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin