AİLƏDƏ TOLERANTLIĞI TƏRBİYƏ
ETMƏYİN İMKAN VƏ YOLLARI
Nərmin ELYASOVA
Bakı Slavyan Universiteti
elyasovanarmin@gmail.com
AZƏRBAYCAN
Azərbaycan çox mürəkkəb bir coğrafi məkanda yerləşir. Ölkəmiz tarixən müxtəlif xalqların və
dinlərin nümayəndələrinin bir-birinə çox yaxın qonşuluq şəraitində yaşadığı məkanolub. Regionda
təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var. Lakin
bütün bu məsələlərə rəğmən Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında
liderlik edir. Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər
yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant
münasibətbəslənilib.
Bu ənənənin davam etməsi üçün ailədə tərbiyə üsullarının düzgün seçilməsi əsas şərtdir. Ailə
uşaqların tərbiyə olunması üçün ən yaxşı mühitdir. Yalnız ananın ağuşu və atanın məhəbbəti bu çətin
vəzifənin öhdəsindən gələ bilər.
Bu gün cəmiyyətimizdə etnik, dini, mədəniyyət, gender, fiziki fərqliliyi olan şəxslər tərəfindən
əhatə olunduğumuzu inkar edə bilmərik. Bəzi insanlar özlərindən fərqli şəxslərlə ünsiyyətə girməkdən
yayınırlar. Bunun səbəbi müxtəlif ola bilər. Problemin özülü ailədə, cəmiyyətdə, kollektivdə qoyula
bilər.
Niyə biz uşaqlarımıza tolerantlığı aşılamalıyıq? Hər bir uşaq yeni ideyalar, yeni təcrübə, yeni
enerji deməkdir. Əsas məsələ onu düzgün istiqamətləndirməkdir. Əgər düzgün üsullar seçilərsə, o
zaman uşaqların hər birinin uğurlu, parlaq gələcəyi ola bilər. Tolerantlıq biznes, təhsil, səyahət,
istirahət, həyat tərzi, incəsənət və üstəgəl həyatın digər sahələrində qapıları gənc nəsil üçün açır.
Tolerantlıq - dünyamızın geniş mənada müxtəlifliyinin, insanların özünüifadə formalarının və
şəxsiyyətin formalaşma üsullarının hörmətlə qəbul edilməsidir.Əslən etnik və dini fərqlərə aid
olmasına baxmayaraq, tolerantlıq həmçinin fiziki və intellektual əlilliyi olan, gender fərqi üçün də
tətbiq oluna bilər.Tolerantlıq hörmət və başqalarını öyrənmək, fərqlərin qiymətləndirilməsi, mədəni
boşluqların aradan qaldırılması, ədalətsiz stereotiplərdən imtina edən ortaq məxrəcin aşkar olunması
və yeni istiqrazlar yaratmaq deməkdir. Tolerantlıq, bir növ, xurafatın əksidir.
Bəs tolerantlıq bütün davranışları qəbul etmək deməkdirmi? Əlbəttə yox. Zorakılıq, yalan və ya
oğurluq kimi ictimai qaydaları pozan davranışlara, digərlərini incitməyə yol verilməməlidir.
Tolerant olmamaq, ictimai bir canlı olan insanın birlikdə yaşamaq, fərqlilikləri eyni məxrəcdə
görüşdürmək xüsusiyyətini rədd etmək,ən böyük qabiliyyət olan ünsiyyətə maneçilik törətmək anlayışı
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1493
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
deməkdir. Hər hansı bir hadisəyə xoşgörüşsüz yaxınlaşmaq təbiətə və kainata ziddir. Heç bir şey tam
olaraq rədd edilə bilməz. Ən qatı qaydaların belə istisnaları vardır.
Bütün münasibətlər kimi tolerantlıq da incə və zərif yollarla tədris olunur. Valideynlər
tolerantlığı, hörməti yalnız övladları dil açandan sonra tərbiyə etməyi düşünməməlidir. Uşaqlar dil
açmamışdan əvvəl, valideynlərini yaxından izləyirlər və onları təqlid edirlər. Çünki, uşaq evin
güzgüsüdür. Nə görürsə, bütün bunlar onun davranışında öz əksini tapır.
Hal-hazırda əksər valideynlər müxtəlif icmalara məxsus və müxtəlif əqidəli, müxtəlif fikirli
yoldaşları ilə birlikdə işləyir, müxtəlif iş səyahətlərinə gedir və onlarla dostluq edirlər. Bütün bu
proseslərlə uşaqlara bir mesaj göndərilir və bunun nəticəsində ailədə tolerant, hörmət sferası güclənir.
Həmçinin valideynlər nümunələr vasitəsilə tolerantlığı uşaqlara aşılaya bilər. Tolerantlıq və hörmət
haqqında kiçik söhbətlər də öyrənmə yollarına daxil edilə bilər. Uşaqlara imkan vermək lazımdır ki,
digərləri ilə oyunlar oynasın, söhbət etsin. Bu da uşağa fərqləri və oxşarlıqları özünün müqayisə
etməsinə, bunu kiminsə təcrübəsindən yox, öz təcrübəsində öyrənməsinə imkan verir.
Valideynlər övladlarına tolerantlığı necə öyrədə bilərlər?
1. Lev Nikoloyeviç Tolstoy söyləmişdir ki, yaxşı nümunə uşaq üçün ən yaxşı tərbiyədir. Hər
şeydən öncə, öz münasibətinizə diqqət edin. Ətrafınızdakı insanlara hörmət nümayiş etdirin.
2. Unutmayın ki, uşaq həmişə sizi dinləyir. Özünüzdən fərqli olan insanlar haqqında danışarkən
danışıq tərzinizə həssas yanaşın. Cəmiyyətdə olan bəzi stereotiplərin bir növ “ömrünü qısaltmağa”
çalışın. Geyim, düşüncə, görünüş, zövq və s. fərqliliyi olan insanlara gülməkdən, onlarla zarafat
etməkdən çəkinin. Bunlar sizə zərərsiz əyləncə kimi görünə bilər, amma nəticədə siz uşağın hörmət,
ehtiram hissini məhv edə bilərsiniz.
3. Övladlarınızın istifadə etdikləri kitabları, oyuncaqları diqqətlə seçin, dinlədiyi musiqiyə,
izlədiyi videolara güclü şəkildə nəzarət edin. Yadınızda saxlayın ki, KİV və musiqi mədəniyyəti
onların dünyagörüşlərinin formalaşmasına güclü təsir göstərir.
4. Vicdan, hörmət, ayrı-seçkilik kimi anlayışların nə olduğunu soruşun. Ehtiyac varsa, yaş
səviyyəsinə uyğun olaraq izah edin.
5. Övladlarınıza maraqlarını, bacarıqlarını, tərzlərini nümayiş etdirməyə şərait yaradın. Hər bir
ailə üzvünüzün unikallığını qiymətləndirdiyinizi hiss etdirin.
6. Unutmayın ki, tolerantlıq qəbuledilməz davranışlara dözümlü olmaq demək deyil. Bu “hər kəs
hörmətə layiqdir və həmçinin digərlərinə ehtiramla yanaşmaq” deməkdir.
7. Uşaqlarınıza özlərindən fərqli olan yaşıdları ilə vaxt keçirməyə imkan verin. Uşaq üçün
məktəb, düşərgə, bağça seçərkən müxtəlif millətlərin nümayəndələrinin də olduğu yerləri tapa
bilərsiniz.
8. Digər xalqların, dinlərin xüsusi günləri, bayramları, adət-ənənələri haqda birlikdə öyrənin.
Həmçinin öz adət-ənənələrinizi övladlarınıza yaxşı öyrədin. Bu həm də digər xalqların
nümayəndələrinə öz adət-ənənələrimiz haqda məlumat vermək üçün kiçik yaşlı uşaqlara verilən
dəyərli mirasdır. Çünki ailə xaricindən kimsə sizin adət-ənənələrinizi bir gün öyrənməyə çalışa bilər.
9. Uşaqlarınızda görmək istədiyiniz, arzuladığınız hərəkətləri xəyal edin. Özünüz elə davranmağa
başlayın. Uşaqlar həmişə sizin addımlarınızı təqib edir.
Bir sözlə uşağınızın uğuru sizdən asılıdır. Bu gün və sabah dünyanın uğuru bir-birini anlayan,
təşəkkür etməyi bacaran, başqaları ilə işləməyə qadir olan insanların əlindədir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1494
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
YENİYETMƏLİK DÖVRÜNDƏ AİLƏ MÜHİTİNDƏ
ƏXLAQİ KEYFİYYƏTLƏR
Günel ƏHƏMDOVA
Bakı Slavyan Universiteti
gunel.ahmadova097@gmail.com
AZƏRBAYCAN
İnsanın müxtəlif dövrlərinə məxsus olan yaş hüdudları özünün düşüncələri, anlayışları, həyatı
dərk etmə qabiliyyətinə görə fərqlənsə belə insanı daima öyrədir. Ancaq hər bir yaş dövrü özündən
sonrakı yaş dövrünə müəyyən bir baza ilə gedir. Hansı ki, bura həm müsbət,həm də mənfi
keyfiyyətləri nümunə gətirmək olar. Bu mərhələlərin içərisində insanda həyatı dərk etmə qabiliyyətini
tezləşdirən,ona bir varlıq kimi həyatda vəzifələrini bildirən,həm mənəvi,həm fiziki cəhətdən
təkmilləşdirən xüsusi bir mərhələ var ki, buna yeniyetməlik dövrü deyilir. Pedoqoqlar,psixoloqlar bu
dövrü "ağır böhran" dövrü adlandırırlar. Çünki bu zaman insanın öhdəlikləri,cəmiyyətdəki rolu
artır,özünə və ətrafına baxışı nisbətən dəyişir. O, keçid dövründə olduğu üçün müəyyən baxışları qəbul
edir, çox hallarda isə müqayisəyə,fikir mübadiləsinə üstünlük verir. Məsələ isə, onun müəyyən
baxışları , hadisələri, fikirləri qəbul etməməsindən irəli gəlir. Axı o hələ həyatı anlama
mərhələsindədir. Və tam qavranılmamış şəkildə. Özünü təsdiqetmə, bəzi hallarda inamsızlıq, xəyallara
dalma, fikir yayğınlığı,bu dövr üçün qaçılmazdır. Bu zaman əsas rolu ailədə valideynlər,sosial mühitdə
isə, pedoqoji fəaliyyətlə məşğul olan müəllimlər və digər şəxslər oynayır. Əsas rolu öz üzərində
cəmləyən ailə övladın yetişməsində mühüm rol oynayır. Çünki bu zaman yeniyetmənin fiziki cəhətdən
dəyişən orqanizmi, mənəvi cəhətdən dəyişən düşüncələri əslində özlüyündə bir qayğı,bir tələbat hissi
oyadır. Valideyn ona yardımçı olmalı, onu cəmiyyətə hazırlamalıdır. Və bir insan yetişdirdiyini
unutmamalıdır. Tez yorulma, sinir sisteminin fəaliyyəti nəticəsində beynin mürəkkəbləşməsi, zehni
fəaliyyət, tənqidçilik, kobud hərəkətlər bir yeniyetməyə xas olan ən ümdə keyfiyyətlərdən biridir.
Valideyn bu zaman onu nəzarətdə saxlamalıdır. Ancaq bunu büruzə verməyəcək şəkildə etməlidir.
Əks halda yeniyetmənin bu nəzarəti ciddi şəkildə hiss etməsi sayəsində ailə konfliktlərinin baş verməsi
qaçılmazdır. Valideyn səs tonuna, davranışlarına dövr mahiyyəti olaraq daha çox fikir verməlidir.
Övladı müəyyən dövrə qədər ailə, müəyyən dövrdən sonra isə cəmiyyətin hazırladığını nəzərə
alsaq,ilk özül rolunu oynayan ailənin vəzifə öhdəliklərini artırmış oluruq. Yeniyetmənin fikir
dağınıqlığı, müəyyən sahədə biliklərin azlığı onu müxtəlif yollara, müxtəlif inanclara apara bilər.
Hansı ki, bunların sonu pis vərdişlərə əsaslanır. Əgər ailə onu təkmilləşdirərsə, cəmiyyət üçün
müxtəlif istiqamətlərə hazırlayarsa,övladın təfəkküründə cəmləşən fikirlər onu bir kölgə kimi
izləyəcək və ona qaranlıqda işığı tapmaqda yardımçı olacaq. Tərbiyənin əxlaqi prinsipinə əsaslanan
fikirləri övlada yetərsiz şəkildə verilərsə bu zaman əxlaqa zidd hərəkətlərin baş verməsi halları
müşahidə olunur. Yeniyetmə isə öz təfəkkür bazasının seçdiyi mühitə uyğun olaraq, müəyyən şəraitlər
əsasında həyatını davam etdirir. Bu isə həm mənfi, həm də müsbət müddəaları önə qoyur. Mənfi
halların müşahidəsi ailə və cəmiyyət üçün ziyandır. Və böyük yaş dövründə də onu izləyən bu
xüsusiyyətlər o formalaşdıqca onun daxilində inkişaf edir və daha da pis vərdişləri yaradır. Onlar da
yenə bu işə yeniyetmələri cəlb edir və proses təkrarlanmış olur. Bu isə inkişaf etməkdə olan
cəmiyyətin problem mərkəzi olur.
Valideyn müəllimlə paralel şəkildə əlaqədə olmalıdır. Sosial mühitdə övladın davranış
qaydalarını, əxlaq normalarını pedoqoq yaxından izləməli, əks hallar baş verərsə valideyn ilə əlaqəyə
girməlidir. Əgər gecikmə halları müşahidə olunarsa, övladın tərbiyəsi çətinləşir. Müəyyən hallarda ailə
arasında övlad və valideyn qarşıdurması mövcud olur. Və valideyn övladının yeniyetməliyi pis
keçirməsi ilə əlaqədar olaraq, onunla bacarmır. Bu zaman isə əlavə şəxs-psixoloqdan istifadə olunur.
Tərbiyə prosesinin uğurlu şəkildə həyata keçməsi cəmiyyət üçün xeyirli, ailə üçün fəxrli bir
nəticə olur. Sağlam düşüncəli, mədəni rifahı yüksək olan gənclərə cəmiyyətdə böyük ehtiyac duyulur.
Əxlaq və tərbiyə bir-biri ilə qırılmaz şəkildə bağlıdır. Əxlaq tərbiyənin yüksək formada görünüş
şəklidir. Bu, hər cəhətdən məqbul sayılır. Təbii ki, ailənin əsas mövqeyini nəzərə alsaq. Övlada
şəxsiyyət kimi baxılan bu dövrdə onların fikirləri mütləq şəkildə eşidilməlidir. Onlarda bu zaman
peşələrə meyl, maraq artır. Və onlar müxtəlif seçimlər qarşısında qalırlar. Həmçinin də bir yardımçının
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1495
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
məsləhətinə ehtiyac duyurlar. Evdə valideynin, sosial mühitdə isə müəllimin böyük rol oynadığı bu
proses böyük əhəmiyyət kəsb edir. Çünki o, maraqlarının ardınca gedir və seçdiyi hər hansı peşənin
müəyyən məqamlarını nəzərə almır. Yetkin bir şəxsin yardımı isə onu bu dolaşıqdan xilas edir və onun
maraqlarına uyğun doğru yolu göstərir.
Yeniyetmələr bir çox məsələlərdə özlərinin müsbət keyfiyyətlərini üstün tuturlar. Ancaq əsas
məqamlarda valideynin onlarda gördüyü keyfiyyətlər önə keçir. Əgər valideyn mənfi münasibətlər
irəli sürərsə və bu övlada mənfi təsir edərsə, yeniyetmə dərindən sarsılır, ruh düşkünlüyü yaşayır və
özünü yararsız hiss etməyə başlayır. Bu prosesin sonu isə uzunmüddətli depressiyaya gətirib çıxarır.
Ailənin, məktəbin, həmyaşıdlarının yeni məna kəsb etdiyi bir dövrdə bu sarsıntı onu daxildən incidir.
Övlad valideynə həmişə ehtiyac duyur. Ancaq bir yeniyetmə əks hallarla qarşılaşarsa- valideyn ilə
fikir ayrılığı yaşayarsa, bu ziddiyyətlilik artır və yeniyetmənin öz xarakterini formalaşdırmasında ciddi
qarışıqlıq doğurur.
Nizami Gəncəvi ailəni uşağın ilk tanış olduğu ictimai mühit adlandırmışdır. Övladın cəmiyyətdə
düzgün mövqe tutması üçün ailə tərbiyəsi əsasdır. Ailə övladın şəxsiyyət kimi formalaşmasında üstün
mövqe tutur. Və özül rolunu oynayır. Tərbiyə hər yaş dövrünə xas olan bir haldır. Ancaq bu dövr
özlüyündə xüsusi tərbiyə tələb edir.
Mən istərdim ki, bu dövrdə ailələr xüsusi şəkildə övladlarına fikir versinlər və onların fikirlərini
ən balaca məsələlərdə belə öyrənməyə çalışsınlar. Əgər belə olarsa, o artıq özünü şəxsiyyət kimi hiss
edər və cəmiyyətə yararlı bir insan kimi formalaşar. Çünki formalaşmaqda olan hər ağıllı gənc ölkəmiz
üçün qürur mənbəyidir.
YENIYETMƏLƏRİN SÜLH MƏDƏNİYYƏTİNİN
FORMALAŞMASINDA MƏKTƏBİN ROLU
Mətanət MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
matanat407@gmail.com
AZƏRBAYCAN
Bildiyimiz kimi, məktəblər cəmiyyətlərin öz vətəndaşlarını ictimai, mədəni və sosial həyata
hazırladıqları bir vasitə baxımından həmin müəssisələr sırasında mühüm əhəmiyyət kəsb edir. Bununla
bərabər, məktəb və köklü dəyişikliklərlə məşğul olan bütün mümkün vasitələr eyni zamanda rəqabət,
müharibə və zorakılıqla bağlı mövcud mədəniyyət sahəsi ilə ciddi məşğul olmaqdadır. Hətta belə
zorakılıq mədəniyyətinin ve gender ədalətsizliyinin doğurduğu problemlərin əksinə olaraq, sözün
həqiqi mənasında onlardan irəli gələrək, dünyanın bütün təhsil işçiləri sülh təhsilinin verilməsi
məqsədilə ümumi çağırışa qoşulmuş və onlardan bir qismi sülh mədəniyyəti istiqamətində aparılan
təlim prosesinin ayrılmaz hissəsi olacağı iddia edilən gender perspektivini nəzərə almaq üçün fəaliyyət
göstərirlər. Onları əhatə edən dərslər və sinif otaqları onların öz-özlüyündə sülh mədəniyyəti mühiti
kimi fəaliyyət göstərə biləcəkləri şəkildə təşkil edilə və aparıla bilər. Burada ümumi olaraq göstərilən
sülh məqsədlərinin və dəyərlərinin, yaxud da zorakılıq və gender ədalətsizliyi problemləri üzrə
aparılan təhlillərdən və fikirlərdən hasil olan bu kimi məqsəd və dəyərlərin onların öz vəzifələrinin
təşkil edilməsinə səfərbər etməklə, məktəb orqanları müəllimlərin öz dərs dedikləri siniflərdə sülh
mədəniyyətini yarada biləcəkləri parametrləri müəyyən edə və əsasların özülünü qoya bilərlər.
Tolerantlıqdan götürülən ilkin oxu materialı müəllimlərin öz siniflərində yeniyetmələrə
tolerantlığı necə təmin edə biləcəklərini göstərir. Məktəblərdə və siniflərdə tolerantlığa dair bu kimi
konsepsiyalar və üsullar həm də sülhsevər və gender ədalətinin təmin edildiyi bir sinfin ayrılmaz
hissəsidir. Onlar sadəcə olaraq tolerantlığın bütün mədəniyyətlərin, genderlərin və insanların bir-
biriləri ilə olan yaxınlıq əlaqələrini müəyyən etdikləri və oxşar cəhətləri yaratdıqları üsulların insani
ləyaqətlərə dünyəvi ehtiramın və insani həmrəyliyin daha dərin qatlarına nüfuz etmək məqsədi
güddüyünü nəzərə alaraq sülhün və gender bərabərliyinin məqsədləri naminə çalışmağadək
genişləndirilə bilər. Müəllimlər bu kimi yanaşma üsullarından yeniyetmələrdə sülh mədəniyyətinin
formalaşması üçün dərslərdə, gender tolerantlığının yaradılması prosesinin başlanması məqsədilə
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1496
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
nəzərdə tutulan təlim layihələrində, sülh, qarşılıqlı hörmət amillərinə bağlı olan və sinif hüdudlarından
kənar dünyada bu kimi icmaların müəyyən edilib aşkara çıxarılması istiqamətində necə çalışmaq
məqsədilə nəzərdə tutulan bir təlim prosesinə sadiq olan icmanın inkişaf etdirilməsi zamanı şagirdlərə
istiqamət verilməsi işində istifadə edə bilərlər.
Birgə və ümumi təlim üzrə müxtəlif variantlar birgə təlim və qrup müzakirələri üçün bundan
öncə irəli sürülmüş təkliflər üzrə bir variant, yəni təlim tapşırıqlarının yerinə yetirilməsi üçün oxşar
qruplar təşkil etməkdən ötrü şagirdlərin özlərini və öz üstün cəhətlərini müəyyən etdikləri üsullardan
istifadə etmək şəklində tətbiq edilə bilər. Dövri olaraq həmin qrupları yeni-yeni tapşırıqlar ətrafında
bir daha formalaşdıran bir proses vasitəsilə şagirdlər öz sinif yoldaşları haqqında daha dolğun məlumat
ala və sinfin icma həmrəyliyini gücləndirə bilərlər. Müxtəlif vəzifələrin həyata keçirilməsi məqsədilə
müvafiq imkanları təmin etməklə, habelə təlim tapşırıqlarında, öz xüsusi istedadlarından istifadə
edilməsi, xüsusən də onların gender rollu stereotiplərin yaratdığı məhdudiyyətlərdən azad olduğu
şərtlər daxilində həmin gender hüdudlarını aşmaqda şagirdlərə yardım etmək üsulu ola bilərdi. Bu
tədris vəsaitində ümumi olaraq təsvir edilmiş konsepsiya və proseslərdən yaradıcı şəkildə istifadə
edilməsi, Tolerantlıqda təsvir edilən tədris üsullarının uyğunlaşdırılması, ayrıca təlim icması, yaxud da
təlim prosesindəki bir mərhələ üçün xüsusi olaraq işlənib hazırlanmış yeni üsulların yaradılması
müəllimlərə, heç olmazsa, bir müddətə ən səmərəli bir təlim prosesinə çevriləcək sülh mədəniyyəti
üçün nəzərdə tutulacaq bu kimi təcrübələrdən istifadə etmək imkanı verəcək.
Bu kimi təşəbbüslər vasitəsilə müəllimlər öz həmkarları ilə etdikləri əməkdaşlığın nə qədər
qiymətli yardım və dəstək olduğunun şahidi olacaqlar. Birgə tədris proqramlarının hazırlanması ilə
məşğul olmaqla, bir-birinin, tədris üsullarını izləməklə tədris planlarının və əldə olunan nəticələrin
birgə olaraq nəzərdən keçirilməsi və birgə tədris prosesləri müəllimlərə daha səriştəli olmaqda və
onların öz şagirdlərinin icmayönümlü şagirdlər olmağa istiqamətləndirməkdə kömək edəcək.
Məktəbləri sülh mədəniyyətlərini yarada biləcək təlim icmalarına çevirmək məqsədilə müəllimlərin və
məktəb rəhbərlərinin bir sülh mədəniyyəti olaraq hər hansı bir məktəbin daha geniş icmasının əsası
kimi özlərinin öz aralarında həmrəylik və icma yaratmalarına ehtiyac var.
Məktəblərin inkişaf etdirə biləcəkləri gender ədaləti üzərində qurulmuş müsbət və birgə
davranışla bağlı dəyişiklik üzrə müvafiq imkanlardan xəbər verən ümumi modellər mövcuddur.
Yeniyetmələr təkcə bir-birlərinə hörmət bəsləmək və bir-biriləri ilə əməkdaşlıq etmək ruhunda tərbiyə
olunmaq yox, oğlanların “Gözəl olmaq yaxşıdır” devizini öyrənməklə rəqabətli və aqressiv
davranışdan tam uzaq olduqları şəkildə bu kimi davranışa görə hansı mükafatların nəzərdə tutlmasını
da öyrənə bilərlər. Oğlanlar onu öyrənmişlər ki, digərləri ilə müsbət və qarşılıqlı surətdə inkişaf
etdirilən münasibətlər ən yüksək totem sütununun üstündə dayanan “birinci şəxs” olmaqdan daha
qənaətbəxş hesab olunur. Yeniyetmələr həmin dərsi öyrənmiş olsalar, onda sülh mədəniyyəti yaranmış
olar.
Məktəblər və onları təşkil edən müəllimlər sülh mədəniyyətinin yaradılması məqsədilə öz
müvafiq xalqları üçün qlobal meyarlardan çıxış edərək və mədəni əsaslara söykənən müvafiq tədris
planının işlənib hazırlanmasında əsas iştirakçılara çevrilə bilərlər. Öyrəniləsi məsələlər çoxdur. Təlim
imkanları qeyri-məhduddur. Onların sülh Təhsili üzrə Qlobal Kampaniyada adları göstərilən bir çoxu
sülh mədəniyyəti arzularının həyata keçirilməsi məqsədilə tətbiq edilmişdir. Ümid edirik ki, təhsil
işçilərini həmin təşəbbüsə qoşulmaqda daha çox ruhlandırmaqla onlara daha geniş imkanlar bəxş
edəcək.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1497
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
MÜASİR DÖVRDƏ ŞƏXSİYYƏTİN FORMALAŞDIRILMASINDA
İNTERAKTİV TƏLİM METODLARININ ROLU
Ayşən ZƏRBƏLİYEVA
Bakı Slavyan Universiteti
resad.sahpelengov.89@mail.ru
AZƏRBAYCAN
Müasir dövrdə real həyatımızın demək olar ki, bütün mərhələləri və sahələrində texnikadan
istifadə edirik. Texnikadan istifadə bizə məqsədə doğru hərəkət edib, istədiyimiz nəticəni əldə etmək
üçün bir növ ən sürətli, optimal yol olub. Bügünkü dövrün sosial-siyasi tələblərinəuyğun olaraq, digər
sahələrdə olduğu kimi təhsil prosesi də inkişaf edir, milli təhsil sistemimiz Avropa təhsil sisteminə
inteqrasiya edir. Dövrün tələblərinə uyğun şəxsiyyətin formalaşdırılması prosesi daha ciddi nəzarət
altına alınaraq, xüsusi təşkil olunmuş halda həyata keçirilməlidir. Bunun üçün biz doğulan hər bir
uşağa xüsusi yanaşmalı, onun təlim-tərbiyə edilməsi prosesini ciddi şəkildə həyata keçirməliyik.
Çünki, məqsəd şəxsiyyət yetişdirib, onun cəmiyyətdə rolunu artıraraq bizim sabahkı ümidimiz, parlaq
gələcəyimizi yetişdirməkdir. Mümkün tədris reallıqlarının və inkişaf istiqamətlərinin ictimai şüurda,
praktikada möhkəmləndirilməsinə nail olmaq üçün təhsil geniş imkanlara malikdir. Təhsil zaman və
məkan daxilində insan şəxsiyyətinin və mədəniyyətinin formalaşmasında, onun tərbiyəsində,
bacarıqlarının dərinləşməsində, münasibətlər sistemində həlledici rol oynayır. Təhsil sistemimizdə
inteqrasiya prosesi, bir çox innovasiyaların tətbiqi prosesi gedir, təhsildə demokratik idarəetmə
üsulunun tətbiqi yeni, müasir tələblərə cavab verən təhsil sistemi qurulur. XXl əsrin hazırki
mərhələsində Azərbaycan təhsil sistemi qarşısında çox mühüm problemlər durur. Müasir təlim
prosesinin əsas məqsədi tədrisin səmərəliliyini artırmaq, öz ağlı, düşüncəsi, potensial enerjisi, güclü
məntiqi ilə bilikləri dərindən mənimsəyən və onu tətbiq etməyi bacaran, hər cür mövcud situasiyalarda
işin məğzini tutub, çıxış yolunu tapmağı bacaran yüksək intellektli şəxsiyyətlər yetişdirməkdir. Bu
məqsədləri yerinə yetirmək üçün fəal- interaktiv təlim metodlarından istifadə edərək, keyfiyyətli
tədris- təlim prosesinin təşkili təmin edilməlidir. Fəal təlim demokratik metod sayılır, burada müəllim
və şagird eyni dərəcədə tamhüquqludurlar. Hər ikisi eyni dərəcədə nəticənin müəllifidir və buna görə
məsuliyyət daşıyırlar. Fəal təlim metodları şagirdin fəal idrak fəaliyyətinə əsaslanan təlimdir. Fəal
təlim, idrak fəaliyyətinin təşkili və idarə olunması üsullarının məcmusudur. Ona görə də şəxsiyyətin
formalaşdırılması prosesinə hazırlıq şagirdlərdən ilk növbədə, yüksək idrak qabiliyyətlərinə
yiyələnməyi tələb edir. Bu zaman onlar ilk olaraq azad düşüncə, öz fikirlərini söyləmə bacarığı, tədris
prosesi gedişində təcrübədən məna çıxarmağı, məntiqi nəticələr söyləməyi və öz fikrini səlis, dəqiq,
inamla, ifadə etməyi bacarmalıdır. Şagirdlərdə demokratiklik (fikir və düşüncə azadlığı) özünə inam
hissi onda yaranır ki, biz dərsin təşkili və öyrənmə prosesində onlara sərbəstlik veririk və onların
fikirləri müzakirəyə qoyulur. İnteraktiv təlim metodlarından istifadə dərsin təşkili və gedişində, sinif
mühitində dəyişiklik etməyə, münasibətlər sistemini genişləndirməyə ( müəllim-şagird, şagird- şagird,
məktəb-ailə) imkan verir. İnteraktiv təlim metodlarından istifadə dərs prosesinin daha yaradıcı
olmasına, müxtəlif üsul vasitəsi ilə materialın daha asan və tez qavranılmasına gətirib çıxarır. Fəal
təlim prosesini bugün ənənəvi təlimdən fərqləndirən mühüm bir cəhət olaraq qeyd etməyimiz vacibdir
ki, bu zaman əldə edilən bilik və bacarıqlar şagirdlərin problemə şəxsi yanaşmasından asılı olaraq daha
yadda qalıcı olur. Nəticədə, interaktiv təlim metodları ilə təhsil almış şəxsin gələcək müstəqil
həyatının başlanğıcı qoyulur. Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının
biliklə (informasiya) zənginləşdirilməsi deyil, biliklərin müstəqil qazanılması, mənimsənilməsi
vərdişləri, təfəkkürün inkişaf etdirilməsinə əsaslanır. Bu zaman məhsuldar, yaradıcı təfəkkür, yeni
biliklərə müstəqil yiyələnmə üsullarını özündə birləşdirən metodlara üstünlük vermək lazımdır.
Təhsilalanlara subyekt kimi yanaşılaraq öyrənənə təkrar olunmayan fərd, daxilən azad, müstəqil və
yaradıcı fəaliyyət göstərmək qabiliyyəti olan, şüurlu, inkişaf edən bir şəxsiyyət kimi yanaşılır. Bütün
bunlarla bərabər pedaqoji ədəbiyyatlarda şəxsiyyət probleminə müxtəlif cəhətlərdən və mövqelərdən
yanaşılmış, xeyli ciddi əsərlər yazılmış və ardıcıl olaraq bu sahə hələ də tədqiq edilməkdədir. Belə bir
şəraitdə pedaqoji nəzəriyyə və praktikanın ən mürəkkəb problemlərindən biri şəxsiyyət və onun xüsusi
təşkil olunmuş şəraitdə inkişafıdır. İnsanın inkişafı mürəkkəb və uzun sürən, ziddiyyətli bir prosesdir.
Şəxsiyyət ictimаi-tаrixi kаteqоriyаdır. Şəxsiyyət dаim ideоlоji əlаqələr mühitində оlur. Şəxsiyyətin
|