Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə147/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   143   144   145   146   147   148   149   150   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1508



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

pedaqoji  və  hüquqi  əsaslardan  da  idarəsini  zəruri  sayır.  Təhsilin  idarəsi  idarəetmə  sisteminin  bir 

hissəsi, məktəb idarəsi isə təhsilin idarə olunmasının tərkib hissəsidir.Pedaqoji lider, məktəb idarəçisi, 

müəllim  kollektivi,  təhsil  işçiləri  sahəsində  çalışan  bütün  öyrədənlər  öz  ixtisasına  yaxşı  yiyələnməli, 

vəzifəsini  layiqincə  yerinə  yetirməyə  çalışmalıdır.  Təhsil  müəssisələri  daxilində  pedaqoji  fəaliyyətin 

düzgün yerinə yetirilmədiyi təqdirdə uğurun əldə olunmasını gözləmək faydasızdır. Məktəb rəhbərinin 

ən  önəmli  vəzifələrindən  biri  məktəbdə  bütün  şagirdlərin  təhsil  ala  biləcəyi  öyrədici  mühiti 

yaratmasıdır.  Keyfiyyətli  təhsil  və  arzuolunan  nəticənin  əldə  olunması  üçün  məktəb  rəhbəri 

,müəllimlər bilik və bacarıqlarından istifadə edərək şagirdlərinə bütün imkanlarını, doğru istiqamətdə 

inkişaf  etdirəcək  düzgün  yol  göstərməli,  əlverişli  metodlardan  istifadə  etməlidir.  Dərs  prosesində 

vaxtın düzgün idarəsi, səmərəli və məhsuldar keçməsi məsuliyyəti müəllim və pedaqoji liderin üzərinə 

düşür.  Məktəb  rəhbəri  öz  varlığını  məktəbin  hər  yerində  hiss  etdirərək  şagird  və  məktəblə 

maraqlandığını, işinin sadəcə şəxsi otağı daxilində olmadığını bilməlidi.  

Təhsilin idarə olunması mürəkkəb sistem forması olmasına baxmayaraq olduqca təqdirə layiq işdir. 

 

 

TƏHSİLİN İDARƏ OLUNMASINDA BENÇMARKİNQ                



METODUNUN TƏTBİQİNİN ƏHƏMİYYƏTİ 

 

 Fərzanə SƏMƏDZADƏ 

Qafqaz Universiteti 



fsamadzade@qu.edu.az 

 

Son illərdə  idarəetmə  sahəsinə  bir çox  yeniliklər gətirilmişdir ki,  onlardan  ən diqqət  çə-



kənlərdən biri də idarəetmədə bençmarkinq anlayışıdır. Müasir dövrdə bençmarkinq metodun-

dan iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunmağa başlanılmışdır. 

Bençmarkinq, ingilis sözü (benchmark) olub hərfi mənada etalon, standart deməkdir. İlk 

dəfə 1980-ci illərdə ABŞ şirkətlərindən biri olan Xerox, satış qiymətləri istehsal xərclərindən 

daha aşağı olan yapon firmaları ilə rəqabət edə bilmək üçün bu tətbiqetmədən istifadə etmişdir. 

Müvəffəqiyyətli bençmarkinq fəaliyyətləri sayəsində Xerox şirkəti, 80-85-ci illər arasında bir 

çox iqtisadi fayda meyarlarına görə artıma nail olmuşdur. 

İdarəetmədə bençmarkinq, bir müəssisənin  istehsalat fəaliyyətinin  inkişaf etdirilməsi  və 

təkmilləşdirilməsi  üçün, eyni fəaliyyəti həyata keçirən və  lider olan digər müəssisələrin  fəa-

liyyəti ilə özünü sistematik bir şəkildə müqayisəetmə prosesidir. Başqa bir sözlə ifadə etsək, 

bençmarkinq metodu ilə biznesin idarəedilməsi hər dəfə yenidən “Amerikanı kəşf etmək” zə-

rurətindən xilas olunur. 

Müasir iqtisadi şəraitdə idarəetmə prosesində bençmarkinq etmənin əsas məqsədi, müəs-

sisələrin  öz  tətbiqetmələrini  inkişaf  etdirməsi  üçün  başqalarının  tətbiqetmələrindən  dərs  al-

masıdır. Bənzər şəkildə, bençmarkinq  metodu vasitəsilə başqa şirkətlərdə görülən səhvlərin, 

onların  yaranma  səbəblərinin  öyrənilməsi  və  qabaqlayıcı  tədbirlərin  alınması  bençmarkinq 

metodunun istifadəsinin ən önəmli tərəflərindən biri hesab olunur.  

Günümüzdə  dünya  təcrübəsində  digər  sahələrdə  olduğu  kimi  təhsilin  idarə  olunmasında 

da bençmarkinq metodundan istifadə olunur. Qeyd etmək lazımdır ki, digər biznes sahələrinə 

aid olan müəssisələr kimi təhsil müəssisələri də kəskin rəqabət şəraitində fəaliyyət göstərməyə 

başlamışlar. Bu proses sadəcə özəl təhsil müəssisələrinə deyil, həmçinin dövlət müəssisələrinə 

də  aiddir.  Müasir  bazar  iqtisadiyyatı  şəraitində  bu  təbii  haldır  və  mütləq sürətdə  keyfiyyətin 

artmasına  səbəb  olacaq  amillər  sırasına  daxildir.  Buna  görə  də,  mövcud  vəziyyətdə  hər  bir 

təhsil  meneceri  təhsil  sahəsində  hansı  yeniliklərin  və  dəyişikliklərin  tətbiq  olunması  barədə 

daim məlumatlı olmalıdır. 

Təhsildə bençmarkinq metodu vasitəsilə təhsil müəssisələrinin idarəetməsinin hər bir sə-

viyyəsində  tətbiq  olunan  yeniliklər  sayəsində  effektiv  nəticə  verə  biləcək  təşkilati  dəyişikliklər 

əldə edilə bilər. Çünki, təhsil sistemi içərisində yer alan və müxtəlif təhsil pillələrinə aid olan 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1509



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

təhsil müəssisələri əsas funksiyaları baxımından müqayisə edilə bilən bənzərliklərə malikdirlər. 

Bundan əlavə, hər hansı bir təhsil müəssisəsi məqsəd, struktur, idarəetmə prosesi və digər me-

yarlar baxımından təhsil sistemi içərisindəki analoji təhsil müəssisələri ilə ayrı-ayrılıqda və ya 

tamamilə müqayisə edilə biləcəyi kimi, digər cəmiyyətlərin eyni səviyyəli təhsil müəssisələri 

ilə  də  müqayisə  edilə  bilər.  Misal  olaraq  qeyd  etmək  olar  ki,  bençmarkinq  metodu  ilə  hər 

hansı  bir  təhsil  müəssisəsi  insan  resurslarının  idarəedilməsi,  akademik  fəaliyyətlər,  təlim-

tərbiyə işlərinin qurulması, maliyyə menecmenti, sosial və mədəni fəaliyyətlər, xarici əlaqələr 

və digər bir çox aspektlər baxımından digər müəssisələr ilə müqayisə oluna bilər. 

Onu da qeyd etmək lazımdır ki, təhsilin idarə olunmasında bençmarkinq metodunun tət-

biqinin həm üstün, həm də diqqət edilməsi gərəkən zəif tərəfləri də var. Təhsil idarəetməsində 

bençmarkinq metodunun tətbiqinin son nəticədə qazandırdığı ən əhəmiyyətli faydalar sırasına 

təhsil menecerlərinin  idarəetmədəki  alternativ  yanaşmalar haqqında məlumatlı olması, idarə-

etmədə yaranan problemlərə ən adekvat həll yollarının tapılması, səmərəli idarəetmə qərarları-

nın qəbul edilməsi, yarana biləcək mənfi hallara qarşı tədbirlərin görülməsi, üstün nailiyyətlər 

əldə edən müəssisələrin tətbiqetmələrinin öyrənilməsi nəticəsində zaman və maliyyə resursla-

rına qənaətin təmin edilməsi, işçilərin dünya görüşünün, eyni zamanda motivasiyalarının yük-

səldilməsi və bir çox digər məsələlər aiddir. 

Əlbəttə ki, müəyyən bir təhsil müəssisəsi bençmarkinq prosesində analiz olunarkən səthi 

şəkildə deyil də, onun fəaliyyətinə təsir edən bütün əsas və kənar faktorlarlar nəzərə alınaraq 

təhlil olunması bençmarkinq metodunun effektivliyi tərəfindən çox vacibdir. Bu baxımdan hər 

bir təhsil müəssisəsinin idarəetməsində asanlıqla görünən məsələlərin arxasında əsl reallığı əks 

etdirən amillərin ortaya çıxarılması və ona uyğun fəaliyyətə keçmək daha məqsədəuyğundur. 

Bundan başqa, təhsil müəssisələrinin idarəetməsində tətbiq olunan bençmarkinq sadəcə kəmiy-

yət  nəticələrinə  görə  lider  olan  müəssisələri  ilə  müqayisədə  aparılmamalıdır.  Buradakı  əsas 

səbəb hər bir müəssisədə spesifik  şəraitdə və  xüsusi şərtlər altında müəyyən nəticələrin əldə 

olunmasıdır ki, bu da hər hansı bir təhsil müəssisəsini digərləri üçün mütləq nümunə olması 

kimi təsəvvürü reallaşdırmır. 

Təhsilin  idarə  olunmasında  bençmarkinq  metodunun  səmərəliliyi  bu  prosesin  ayrılmaz 

elementi olan bençmarkinq mütəxəssisinin fəaliyyətindən birbaşa asılıdır. Çünki bençmarkinq 

mütəxəssisi tərəfindən aparılan araşdırma, müşahidə, oxşar və fərqli cəhətlərin təyin olunaraq 

müqayisə  edilməsi  və  digər  fəaliyyətlər  əvvəlcədən  qoyulmuş  məqsədlərə  uyğun  şəkildə  ol-

malıdır. Təhsil sahəsində fəaliyyət göstərən bençmarkinq mütəxəssisi davamlı olaraq dəyişik-

liklərin ön planda olduğu təhsil idarəetməsində bütün  yenilikləri  yaxından izləməli, təhlil et-

məli və müəyyən nəticələr əldə etməlidir ki, onun apardığı bençmarkinq prosesi öz aktuallığı-

nı itirməsin. 

Təhsil sahəsində bençmarkinq metodunun əhəmiyyətini vurğulayan digər mühüm amillər 

silsiləsinə  bu  prosesinin  müxtəlif  miqyaslarda  və  səviyyələrdə  aparılmasıdır.  Təhsil  idarəet-

məsi  sahəsində  fərqli  idarəetmə  strukturlarına  malik  təhsil  müəssisələrin  təşkilati  baxımdan 

müqayisəsi, hər hansı konkret situasiya ilə bağlı araşdırmanın aparılması və ya təhsil müəssi-

sələrinin tarixi inkişafını təhlil edərək onların hansı islahatlar sayəsində mövcud vəziyyətə gəl-

məsi mərhələlərinin öyrənilməsi kimi bençmarkinq metodunun tətbiqetmə formalarından isti-

fadə oluna bilər. 

Beləliklə, müəssisələrin inkişaf etmək məqsədilə idarəetmə prosesi və tətbiqetmələr baxı-

mından bazarda lider olaraq qəbul edilən rəqibləri ilə müqayisə olunduğu, bazar araşdırması 

və başqasından dərs almaq kimi təcrübələri əhatə edən, sadəcə nəticələrin deyil, idarəetmə əmə-

liyyatlarının  necə  yerinə  yetirildiyinin  təhlil  olunduğu  bençmarkinq,  rəqabəti  əməkdaşlıq  ilə 

birləşdirən bir idarəetmə metodudur. Bençmarkinq metodu, hər sektordan ən yaxşı idarəetmə 

fəaliyyətlərini öyrənmək fürsəti ilə yanaşı təşkilata, ən yüksək standartları təyin etmək imkanı 

da təmin edir. Şübhəsiz ki,  bu müasir idarəetmə metodu cəmiyyətin bütün  sosial  qruplarının 

maraq  dairəsində  olan  təhsil  sahəsində  onların  daimi  məmnuniyyətini  hədəfləyən  hər  səviy-

yədəki təhsil müəssisəsinin fəaliyyətini əhəmiyyətli dərəcədə dəyişəcəkdir.

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1510



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ENGAGEMENT WITH LEADERSHIP AND CHARACTER 

EDUCATION IN SCHOOLS OF AZERBAIJAN 

 

Javid MAMMADOV 

Qafqaz Universiteti 



cmemmedov2@qu.edu.az 

AZƏRBAYCAN 

 

Historically, character has been an important part of Azerbaijan’s culture. Down through history, 



education  has  had  two  great  goals:  to  help  people  become  smart  and  to  help  them  become 

good.Character education has been the shared responsibility of parents, teachers and members of the 

community, who come together to support positive character development. The first decade of the 21st 

century  education  of  “good  character”  has  emerged  as  the  preeminent  area  in  the  Public  Schools  of 

Azerbaijan.  The  implementation  of  programs  such  as  moral  values,  ethics  and  citizenship  education 

are  the  main  responsibilities  of  the  modern  schools.  In  recent  years  school  leaders  quickly  became 



prominent  advocacy  in  the  character  movement.  Recorded  history  from  long  before  the  present  era 

emphasizes  that  education  must  also  develop  character.  To  successfully  implement  character 

education,  school  leaders  are  encouraged  to  take  a  leadership  role  to  bring  the  staff,  parents  and 

communities together to identify and define the elements of character they want to emphasize and to 

help young people understand, care about, and act upon core ethical values.  

According to

 

Hayes and Berkowitz (2007 n.p.): 



"Good character, like the weather, gets a lot of talk, but too little action; to be effective, character 

education  must  become  integral  to  the  daily  actions  of  everyone  in  the  school  community".  Agayev 

(2011,p 342) defined the some components of character education to include the following:  

Character education is an umbrella term used to describe many aspects of teaching and learning 

for personal development. Some areas under this umbrella are related with good character to be fully 

human;  cognitive  development,  strength  of  mind,  heart  and  will  qualities  such  as  fair  judgement, 

respect self and others, caring and self discipline; In addition, schools are better places for social and 

emotional learning, when they are civil and caring human communities. Also, character education is 

vital to building a moral society. As is often the case, society's problems such as the breakdown of the 

family, violence prevention, raising dishonesty moral education/virtue are most visibly reflected in its 

youth.  

School leaders’ core responsibility is to create a positive school climate that is rooted in shared 

values  and responsible  student  participation.  Schools  are  need  to  be  a caring  environments  in  which 

students feel safe and supported. Therefore principals need to reflect a good relationship with parents 

and teachers in schools. For keeping students engaged in the education process, these triangle has to 

come  together  and  work  on  to  reduce  the  root  causes  of  conflicts  and  help  students  gain  a  sense  of 

belonging  and  attachment  to  school.  In  comparison  with  previous  generations,  families  today  often 

provide less attention and moral guidance to their children. Therefore it is vital that school leaders or 

teachers become more involved to help give students the opportunity to be positive character.  

As a constructive learners, students are learn best by doing (Piaget,1967). To be a good character 

students  are  need  to  see  a  role  model  person  and  have  opportunities  to  apply  values  such  as 

responsibility,  fairness  and  honesty  in  everyday  interactions  and  discussions.  To  foster  these 

abovementioned values, Elmore (2000) recommends that leaders should rely more heavily on face-to-

face relationships with teachers and staff then on bureaucratic routines (p. 32). The importance of the 

school  leader’s  forming  a  good  communication  and  relationship  with  and  among  teachers  that  help 

students’ behaviour developments.  

Therefore, leaders need to be informed about significant personal issues within the lives of staff 

members, aware of personal needs of teachers and maintaining personal relationships with teachers.  

Character  education  and  academic  learning  have  a  strong  and  mutually  supportive  relationship. 

For this reason, school leaders have responsibilities building a meaningful and challenging academic 

curriculum.  Integration  of  students  to  this  kind  of  curriculum  at  an  early  age  is  may  begin  to 

understand  the  importance  of  good  character.  Implementation  at  early  ages  of  these  values  allows 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1511



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

children to  understand  how  important is  being  a  kind  and responsible citizen in  developed  societies. 

These  values  must  be  implemented  starting  of  school  life  to  be  most  effective.  Therefore,  school 

principles  have  duties  to  make  sure  all  school  staff  have  an  information  about  this  curriculum.  This 

responsibility  addresses  to  the  leaders  is  directly  involved  in  the  design  and  implementation  of 

curriculum  activities  at  the  classroom  levels.  According  to  the  National  Institute  on  Educational 

Governance, Finance, Policymaking, and Management (1999) researchers reported that, school leaders 

should  regularly  visit  classrooms  with  the  goal  of  learning  to  recognize  and  describe  good  teaching 

and good character and to provide better instructional feedback to teachers.  

In sum, character education can foster good student behaviours in schools. Without engagement 

of  good  character  students  may  to  develop  a  sense  of  pride  and  positive  morals.  Without  these 

relationship  students  may  be  more  likely  to  become  interacted  with  negative  behavior,  conflict  with 

others,  underachievement  in  academic  life,  lack  of  respect,  and  loss  of  empathy  towards  others. 

Brooks and Kaan (1993) asset that, effective character education is a result of a whole school effort. A 

positive and supportive school environment fosters good character building, while allowing students to 

gain the skills necessary for good decision making in all aspects of life. Therefore school leaders may 

have a crucial roles in students’ character education.  

 

 



BOŞANMALAR VƏ ƏSAS SƏBƏBLƏRİ

 

 

Nərmin İBRAHİMLİ 

Kaspi Liseyi 



narmin.ibrahimli@yahoo.com 

AZƏRBAYCAN 

 

Cəmiyyətin özəyi olan ailə, millət və dövlətdən əvvəl yaranmış ən qədim sosial institutdur. Ailə 



çox həssasdır. İctimai həyatın dəyişiklikləri, çətinlikləri, ən tez ailə həyatına təsir edir.’’Sosiologiya’’ 

dərsliyində  yazıldığı  kimi  də  ailənin,  cəmiyyətin  sosial  həyatına  çox  böyük  təsiri  vardır.  Bu  ona 

görədir  ki,  cəmiyyətin  inkişafı  ailə  ilə  olduğu  kimi,  insanın  inkişafıda  ailə  ilə  bağlıdır.  Lakin 

Azərbaycanda  illər  keçdikcə  boşanmaların  sayı  get-gedə  artır.  Boşanmaların  bir  çox  səbəbləri  var. 

Lakin  hər  şeyi  də  səbəb  kimi  göstərmək  olmaz.  İndi  elə  ailələr  vardır  ki,  ilkin  münaqişədən  sonra 

boşanma  qərarı  verirlər.  Və  yaxud  bunun  əksinə,  bir-birlərinin  səhvlərini  ,  əksikliklərini  qəbul  edib 

dözüb sona qədər birlikdə yaşayan ailələrdə az deyil. 

Boşanmaların bizim həyatımızda dərin emosianal və psixoloji təsirləri var. Boşanma hadisəsinin 

baş verməsinin əsas səbəbləri; 

Tədqiqatçılar ailə daxili konfliktləri törədə biləcək səbəbləri 4 səviyyəyə ayırmışlar: 

1.

 

Psixo-fizioloji səviyyə; 



2.

 

Psixoloji səviyyə; 



3.

 

Sosial rollar səviyyəsi; 



4.

 

Sosio mədəni səviyyə. 



Sosial  rollar  səviyyəsi  ailədə  məişət-  təsərrüfat  işlərinin  düzgün  bölüşdürülməməsi  ,  ailədaxili 

məsuliyyətsizlik və ailədə intizamsızlıq ilə sıx bağlıdır.  

Ailə  daxili  münaqişələrin  sosio-mədəni  səviyyəsi  qarşılıqlı  anlaşılmamazlıqdan  ,  tərəf 

müqabillərinin fikirlərinin , düşüncəsinin, dünyagörüşünün uyğun gəlməməsindən doğur. 

Psixofizioloji səviyyədə yaranan münaqişələr ailədə tərəf müqabillərinin cinsi (seksual) həyatında 

yaranan  uyğunsuzluq  kimi  meydana  çıxır.  Ümumilikdə  bu  amil  tez-tez  özünü  büruzə  verir,  lakin 

cütlüklər çox nadir hallarda bunu başlıca səbəb kimi qeyd edirlər. 

Boşanmanı  doğuran  səbəblərdən  biri  gənclərin  ailə  məcburiyyəti  qarşısında  qalaraq  ailə 

qurmasıdır.  Ailələrinin  ziddinə  gedə  bilməyən  oğlan  qız  məcburən  evlənməyə  razı  olurlar.  Və  illər 

keçir, gənclər başa düşürlər ki, onlar bir-biri üçün yaranmamışlar.  

Q.Ə Qeybullayevin ’’Azərbaycanda ailə və nikah’’ məqaləsində göstərildiyi kimi boşanmaların 

bir  qismi  ər-arvadın  ailəyə  yüngül  münasibət  bəsləməsi,  ailənin  məsuliyyətini  dərk  etməməsi  ilə 

bağlıdır. Bir çox faciələrin kökünü məhz burada axtarıb tapmaq və qarşısını almaq lazımdır. Ərin və 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1512



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ya  arvadın  nə  olursa-olsun  ailədə  liderlik  etməyə  can  atması,  qarşısındakına  hörmətsizlik  etməsi, 

tənbəl və ya müftəxor olması, baş verən çətinliyin öhdəsindən gəlməyi bacarmaması və s. qüsurların 

hamısının kökü eynidir.  

Boşanmanın  səbəbləri  arasında  qısqanclıq  özünəməxsus  yer  tutur.  Bəziləri  hesab  edirlər  ki, 

qısqanclıq  keçmiş  dövrün  qalıqlarındandır.  Amma  bunu  doğru  hesab  etmək  olmaz.Ə.Ə  Əlizadənin 

’’Psixologiya’’  kitabında  bu  haqqda  müəyyən  məlumatlar  vardır.  Belə  ki,  alimlər  belə  qənaətə 

gəlmişdilər  ki,  insanın beyin  qabığının  müəyyən  hissələri  arasında  xüsusi qısqanclıq  hissi  vardır.  Bu 

hisslər  ifrata  çatdığında  əsl  xəstəlik  yarada  bilər.  Bu  xəstəliyə  tutulmuş  ailələrdəki  gənclər  də  öz 

ailələrini bədbəxt edirlər. Qısqanclıq hissi kişilərlə müqayisədə qadınlarda daha çoxdur. Qısqanclığın 

ailə dağıdan səbəblərini əsasını ərin arvadını vəfasızlıqda sədaqətsizlikdə günahlandırması ilə bağlıdır. 

Bu  öz  növbəsində  onun  əxlaqına  mənfi  təsir  göstərir.  Cütlüklərin  bir-birlərinə  qarşı  inamları  azalır. 

Atalar  bunu  deyib  ki,  “Mərdi  qova-qova  namərd  edərlər”.  Qısqanclığı  yaranmasının  bir  əsas  səbəbi 

insanın  özündə  olan  xəyanət  hissini  o,  qarşısındakına  da  aid  etməsidir.  Davamlı  xəyanət  edən insan 

düşünür ki, onun həyat yoldaşı da eynisini düşünür. İmkan tapan kimi ona xəyanət edəcək. Qısqanc 

insanın əzazil qısqanc növüdə vardır ki, bu ailə həyatını sözün əsl mənasında cəhənnəmə çevirir. Bu 

xasiyyətdə  qısqanclar  həmişə  şübhə,  həyəcan  keçirdirlər.  Onların  hər  hansı  səmimi  davranışları, 

mehribançılığı da şübhə yaradır. Düşünürəm ki, ailələrdə belə halların baş verməməsi üçün cütlükər 

bir-birlərinə inam, etibar bəsləməlidirlər. Daim şübhə içində olmamalıdırlar.  

Ən  geniş  yayılmış  səbəblərindən  biri  də  atanın  həyatına  başqa  qadının  girməsidir  (əksinə  də 

düşünə bilərik). Bu cür hallar ən çox uşaqların psixologiyasina mənfi təsir edir. Uşaq bu hallarla özünü 

itirərək  valideynlərinə  inamsızlıq  ovqatına  düçar  olur.  Sözün  həqiqi  mənasında  uşağın  psixologiyası 

darmadağın olur. Uşaqlar valideynlərin boşanmasından sonra, əksər hallarda pis oxumağa, tez-tez dərs 

buraxmağa,  məsuliyyətsizlik  etməyə,  yoldaşları  ilə  kobud  davranmağa  başlayırlar.  Məlumdur  ki, 

boşanmağa  qərar  verən  cütlüklər  bir  gün  içində  boşana  bilməzlər.  Uşaqlar  öz  doğma  valideynlərini 

məhkəmə  prosesində  bir-birlərilə  ağır  danışan  yerdə  görürlər,  uşaqları  məhkəmə  sənədləri  ilə  tanış 

edirlər  və  sairə.  Və  nəhayət  ağrılı  proses  başa  çatır.  Valideynlərdən  hansısa  qalib  gəlmiş  və  ya 

uduzmuşdur.  Bəs uşaq nə  edə  bilərdiki  o  bunlara  hələ  də  hazir  deyildi?!  Bu  hadisələrə  şahid  olmuş 

uşaq  psixoloji  olaraq  öz  gələcəyini  də  eynilə  belə  görür.  Ailə  anlayışı  onun  üçün  artıq  yoxdur. 

Azərbaycan  qazetinin  ’’Ailə  dəyərləri’’adlı  məqalədə  bu  mövzuya  toxunumuşdur.  Belə  ki,  uşaqların 

iştirak etdiyi, şəxsən gördüyü boşanma proseslərindən sonra onlarda sarsıntı o hala çatır ki, uşaq artıq 

qadınlara ciddi  yanaşmır. Ailənin  nə  qədər  mənasız olduğunu  düşünür  və  qarşı  cinsə  ötəri  baxmağa 

başlayır. Biraz böyük yaşlı uşaqlarda isə ola bilər ki, bunun əksi də olsun. O, uğursuz ailə modelindən 

yola çıxaraq, boşanmaların əsasən hansı səbəblərdən olduğunu araşdıraraq gələcəkdə bu səhvlərə yol 

vermir.  Və  daha  uğurlu  ailə  qurur  və  xoşbəxt  yaşayır.  Bu  fərqlər  uşaqların  psixologiyasından, 

mühitindən və tempramentindən asılı ola bilər. Bir çox valideynlər belə hesab edirlər ki, uşaq heç nə 

başa  düşmür.  Bu  çox  səhv  fikirdir.  Hətta  südəmər  uşaq  da  ananın  emosianal  halını  dəqiq  hiss  edir. 

Aparılan araşdırmalar göstərir ki, psixiatriya xəstəxanalarında müalicə olunan və uşaqların 70 %-i 2 

yaşı tamam olmayan dağılmış ailələrin yetirmələridir.  

L.  Həsənova  ’’Azərbaycanda  nikahin  bəzi  problemləri’’  adlı  araşdırmasında  alkoqolizmi  də 

boşanmaların  əsas  səbəblərindən  hesab  edir.  Burada  göstərilir  ki,  bu  cür  ailələrdə  daima  münaqişə, 

konflikt  olur.  Ər  ailəyə  qarşı  məsuliyyətsizləşir.  O  həyatının  mənasını  yalnız  içkidə  görür.  Bu  cür 

hallar təbii ki, boşanma ilə nəticələnir. 

Dövlət Statiska Komitəsinin məlumatlarında keçən il rəsmi nikah bağlayanların və boşananların 

sayı da öz əksini tapıb. Belə ki, 68.8 min nikah qeydə alınıb. Boşanmaların sayı isə 12.8 minə çatıb.  

Boşanmaları azaltmaq üçün bəzi təkliflər irəli sürə bilərik: 

 

Ailəyə neqativ təsir edən mühit, vasitə və səbəblər aşkar olunmalıdır; 



 

Boşanmaya səbəb ola biləcək amillərin aradan qaldırılması üçün müxtəlif sahə mütəxəssislə-



rindən( həkim, hüquqşünas, psixoloq) ibarət xüsusi xidmət mərkəzləri yaradılmalıdır; 

 



Uşaqlara məktəb zamanlarından ailənin cəmiyyətdə nə qədər önəmli yeri olduğunu aşılamaq 

lazımdır.; 

 

Gənc ailələrə bu mövzularda təlimlər, seminarlar, verərək onları məlumatlandırmaq vacibdir; 



Boşanmaların olmaması üçün cütlüklər bir-birlərini kifayət qədər tanımalıdırlar. Hər bir gənc ailə 

hüquqlarını  bilməlidir.  Ən  əsası  ailədə  ’’mənimki’’  deyilən  prinsip  ’’bizimki’’  ilə  əvəz  olunmalıdır. 

Düşünürəm ki, hər bir gənc ailə quracağı şəxsə qarşı hörmət, sevgi, anlayış bəsləyərsə boşanma halları 

daha da azalamağa başlayacaq.  



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin