IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1458
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
6.
Pedaqoji kollektivin tələbəyə təsiri.Kollektiv tələbələrdə qarşılıqlı münasibətlərin, şəxsi və
içtimai maraqların uzlaşdırılmasına imkan verir, kollektivdə səmimi münasibətlərin yaranmasına
şərait yaradır.
7.
Tələbələrin özünütəhsilə, mütaliəyə, ictimai, bədii, texniki, idman və s. fəaliyyətə cəlbolunması.
8.
Tələbənin milli-mənəvi və bəşəri dəyərlərə yiyələnməsi.Tələbə mənəvi sərvətlərə yiyələndikcə
daha xeyirxah olur, faydalı fəaliyyətə maraq göstərir, davranışı şüurli və sabit xarakter alır. Bu isə
məsuliyyət və borc hissini gücləndirir, tələbəni ləyaqətli olmağa təhrik edir.
9.
Ali məktəb müəllimlərinin şəxsi nümunəsi.Ali məktəm müəllimi öz elmi səriştəsi, mənəvi saflığı,
yüksək pedaqoji mərifəti, insani keyfiyyətləri, obyektivliyi, ədalətliliyi, davranışı ilə hər sahədə
nümunə göstərmələdir.
10.
Ali məktəbdə sağlam və əlverişli mənəvi psixoloji iqlimin olması.
11.
Pedaqoji kollektivin bütün üzvləri arasında ünsiyyət. Ali təhsil müəssisəsinin rəhbər işçiləri ilə
müəllim kollektivi arasında, müəllimlər arasında, müəllimlər və tələbələr arasında, tələbələr
arasında olan ünsiyyət pedaqoli ünsiyyətdir.Bu münasibətlər şəxsiyyətlərarası münasibətlərin
inkişafı üçün şərait yaradır.Pedaqoji ünsiyyət tələbənin ahəngdar inkişafını və mütəxəssis kimi
formalaşmasını təmin edir, tələbə qrupları arasında əlaqələri genişləndirir, tələbələr arasında
konfliktləri aradan qaldırır. Ünsiyyət prosesində tələbənin mənlik şüuru formalaşır. Tələbə bir
şəxsiyyət kimi inkişaf etdikcə tələbə qrupunun normalarını öz normaları kimi qəbul edir, davranış
normalarına uyğun hərəkət edir.
Tələbənin ali məktəb həyatına uyğunlaşmasını təmin edən digər tədbirlərdən də istifadə olunması
səmərəli nəticələr verir. Məzunlarla görüşlər, ali məktəbin tarixi və ənənələri ilə tanış olmaq, görkəmli
alim və pedaqoqların tələbələrlə söhbətlərini bu tədbirlərə aid etmək olar. Tələbə həyatının əsas
fəaliyyət növü təlimdir. O təhsil illərində öz intellektini, mənəvi , əxlaqi, estetik, fiziki keyfiyyətlərinin
inkişafı qayğısına qalmalı, seçdiyi pesəyə hörmət etməli, zəruri bilik , bacarıq və vərdişlərə
yiyələnməlidir.Təlim fəaliyyəti tələbənin ümumi psixi inkişafını, ixtisasla bağlı bilik və bacarıqları
mənimsəməsini, mənəvi kamilliyini təmin edir.Təlim prosesində motivlər mühüm rol
oynayır.Motivləri aşağıdakı kimi qruplaşdırmaq olar: sosial motivlər, idraki motivlər, peşə ixtisas
motivləri, kommunikativ motivlər, mövqe motivləri, estetik motivlər və s. Tələbələrin təlim
fəaliyyətinda əsas yeri ali məktəb auditoriyalarında həyata keçirilən məcburi təlim məşğələləri tutur.
Bu prosesdə əldə olunan biliklər tələbə şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Ətraf
aləmə tələbənin fəal münasibəti əmək fəaliyyətində daha qabarıq üzə çıxır, tələbə dəyişir, kamilləşir,
onda yeni bacarıq və vərdişlər formalaşır, mənəvi keyfiyyətlər inkişaf edir. Tələbə şəxsiyyətinin
formalaşmasına mənfi təsir göstərən cəhətləri da qeyd etməmək mümkün deyil. Bəzən daxil olmaq
isyədiyi ixtisası düzgün secməyən , bu ixtisasa təsadüfən gələn tələbələr ali məktəbin həyatı ilə
uyğunlaşa bilmir, sosial- psixoloji ziddiyyıtlərlə qarşılaşırlar. Belə tələbələr ali məktəbin həyatına.
nizam-intizam qaydalarına uyğunlaşa bilmir, daha şox sərbəstliyə, müstəqilliyə can atırlar.
Yuxarıda qeyd olunan amillər, digər tərəfdən ali məktəbdə tələbələrin müxtəlif fəaliyyət
növlərinə cəlb edilməsi və onlarla məşğul olması tələbələrin həmin sahədə inkişaf səviyyəsini
yüksəldir, onların ahəngdarlığına, gələcək peşə fəaliyyətinə müsbət təsir edir, yüksək ixtisaslı
mütəxəssis kimi formalaşdırır.
Ali təhsil müəssisəsinin hər bir müəllimi özünün çoxcəhətli fəaliyyətində belə bir prinsipi əldə
rəhbər tutmalıdir: şəxsiyyətlərarası münasibətlər. İnsan bu münasibətlərdə yaşayır və formalaşır Ona
görə də tələbə şəxsiyyəti pedaqoji prosesin mərkəzində dayanmalıdır. Belə olan halda peşəkar müəlim,
peşəkar mütəxəssis yetişdirmək mümkündür.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1459
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
XÜSUSİ MƏŞĞƏLƏLƏRDƏ MƏKTƏBƏQƏDƏR YAŞLI
UŞAQLARIN LÜĞƏT EHTİYATININ ZƏNGİNLƏŞDİRİLMƏSİ
Təranə HƏSƏNOVA
ADPU
y_g.74@mail.ru
AZƏRBAYCAN
Məktəbəqədər yaşlı uşaqların nitqinin inkişaf etdirilməsi məqsədilə təşkil olunan məşğələlər
onların təhsilində mühüm yer tutur.Nitq inkişafı dedikdə,uşaqlarda nitqin səs mədəniyyətinin tərbiyəsi,
lüğət ehtiyatının zənginləşdirilməsi,qrammatik cəhətdən düzgün nitqin formalaşdırılması,rabitəli nitqin
inkişafı və onların bədii ədəbiyyatla tanışlığı nəzərdə tutulur. Uşaqların lüğət ehtiyatını necə
zənginləşdirmək olar? Lüğət ehtiyatının zənginləşdirilməsi dedikdə,uşaqlara tanış olmayan və ya az
tanış olan sözlərin onların nitqinə daxil edilməsi nəzərdə tutulur.
Uşaqların nitqinin leksik tərkibi bir sıra amillərdən asılıdır.Bunlardan ətraf mühitin rolunu
xüsusilə qeyd etmək olar.Ətraf mühitə uşaqları əhatə edən cəmiyyət və təbiət aiddir.Uşaqlar ətraf
aləmdə mövcud olan fakt və hadisələri,onların əlamətlərini ifadə edən sözləri öyrənməklə öz lüğət
ehtiyatını zənginləşdirirlər.
Zəngin söz ehtiyatına malik olan və onların mənasını başa düşən uşaq sözlərdən yerli-yerində
istifadə etməyi bacarır.Bu da öz növbəsində uşağın nitqini aydın və təsirli edir.Lüğət üzrə iş
prosesində sözlərin seçilməsi əsas diqqət tələb edən amillərdəndir.Söz seçilərkən tərbiyəçi uşaqların
lüğət ehtiyatına bələd olmalı,seçilmiş mövzu ilə bağlı yeni sözlər dəqiq müəyyənləşdirilməlidir.
Uşaqların lüğət ehtiyatının zənginləşdirilməsinə kömək edən bir çox amillər vardır. Bu amillər
aşağıdakılardır:
1.Gəzinti və ekskursiyalar; 2.Bağça və ailə daxilindəki nitq mühiti; 3.Kütləvi informasiya
vasitələri; 4.Bədii ədəbiyyat; 5.Oyunlar; 6.Məşğələlər; 7.Əmək prosesi.
Uşaqların lüğətinə daxil edilmiş sözlər sonrakı məşğələlərdə istifadə olunmadıqda tez bir
zamanda unudulur.Buna görə də uşaqların lüğətinə yeni daxil edilmiş sözlər müxtəlif
deyimlərdə,atalar sözlərində və s.təkrarladılmalıdır.Bu zaman yeni sözlər uşaqların nitqində daha tez
fəallaşacaq və şüurlu şəkildə dərk ediləcəkdir.Bəzən uşaqların nitqində müntəzəm istifadə etdikləri
sözlərdən başqa,mənasını bilib,lakin nitqində az işlətdikləri və ya heç işlətmədikləri sözlərədə rast
gəlinir.Belə sözlər uşaqların qeyri-fəal lüğət fondunu təşkil edir.Bu sözlərin mənası tədricən məlum
olur.Beləliklə,qeyri-fəal lüğətin hesabına fəal lüğət də zənginləşir.
Uşaqların lüğət ehtiyatının zənginləşdirilməsi ilə bağlı bir məşğələ nümunəsi verək:
Mövzu:Azərbaycanın folklor nümunələrindən olan tapmacalar əsasında nağıl qurmaq.
Məqsəd:Uşaqları tapmaca ilə tanış etmək,uşaqların tapmacanı düzgün cavablandırmalarına nail
olmaq və aldığımız cavaba əsasən nağıl qurmağı öyrətmək.Nağıl vasitəsilə uşaqların nitqini inkişaf
etdirmək,lüğət fondunu zənginləşdirmək.
Vəsait:Heyvanların şəkli olan tablo və oyuncaq tülkü.
Məşğələnin gedişi.Uşaqlarda xoş əhvali-ruhiyyə yaratdıqdan sonra onlarla nağıllar haqqında qısa
sual-cavab edilir.Uşaqlara bir tapmaca söyləyir və onun cavablandırılmasını xahiş edirəm.
Ovçuların əlindən
Meşədən qaçağanam mən.
Nə var ki,xoşum gəlir
Toyuq-cücə ətindən.
Həm də hiyləgərəm çox,
Özümün qiymətim yox
Dərimin qiyməti var
Bəs adımı kim tapar? (tülkü)
Uşaqlar bu tapmacanı cavablandırır. Tərbiyəçi uşaqlardan soruşur ki,haradan bildiniz ki bu tapmacanın
cavabı tülküdür. Uşaqlar müxtəlif cavablar verirlər. Tərbiyəçi uşaqlardan tülkü haqqında nə
bildiklərini soruşur. Uşaqların cavabı: (ağ və sarı olur,yumşaq qalın tüklü olur,sürətlə qaçır,qorxaq və
hiyləgər olur,acanda toyuq və cücələrə hücum edib onları aparır vəs.)
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1460
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Tərbiyəçi uşaqlara təklif edir ki,tülkü haqqında cümlələr desinlər.Orada “çevik”, ”qorxaq”,
”hiyləgər” sözləri işlənsin. Uşaqlar müxtəlif cümlələr deyirlər. Tərbiyəçi uşaqlardan tülkünün daha
hansı hərəkətləri etdiyini soruşur. Uşaqların cavabı: (qaçır,sıçrayır,tullanır,gizlənir və s.)
Uşaqlar siz tülkü haqqında çox maraqlı sözlər tapıb dediniz.İndi isə gəlin birlikdə tülkü haqqında
nağıl quraq,adını da “Tülkünün hiyləsi” qoyaq.Nağılı quranda tülkü haqqında dediyiniz sözlərdən
istifadə edin.Əvvəlcə tülkünün gəzməyə çıxmasından danışın.O,maraqlı nə gördü,onun başına nə işlər
gəldi və hansı hiylədən istifadə etdi. Uşaqlar da hərəsi öz fantaziyasına görə tülkü haqqında nağıl
qururlar.Tərbiyəçi uşaqların nağıllarını dinlədikdən sonra onları qiymətləndirir.
“Uşaqların mənəvi inkişafının düzgün qurulması üçün valideynlər, tərbiyəçi və müəllimlərin
üzərinə böyük məsuliyyət düşür”
Uşaqların fiziki və
mənəvi
inkişafında,
eləcə
də nitqin düzgün inkişaf etdirilməsində
məktəbəqədər müəssisələrin əhəmiyyətli rolu var. Məsələn, bağça uşaqların ilk təlim, tərbiyə və tədris
ocağı hesab olunur. Uşaqların burada öyrəndikləri onlara hərtərəfli ilkin istiqamət verir və əbədi olaraq
yaddaşlarından silinmir. Ona görə də psixoloqlar hesab edirlər ki, kiçik yaşlı uşaqlara ətrafdakılarla
ünsiyyətdə
olmaq,
öz
fikrini
başqalarına
düzgün,
aydın
və
ifadəli
çatdırmağı
öyrətməkbağçanın mühüm vəzifələrindən biridir. Qeyd edək ki, fikrin ardıcıl, düzgün və dolğun ifadə
edilməsi, sözlərin dəqiq seçilməsi və tələffüzün təmizliyi üzrə işin aparılması“ məktəbəqədər
müəssisələrdə tərbiyə və təlim proqramı”nın əsas istiqamətlərindən birini təşkil edir. Uşaq bağçasının
ən
böyük
üstünlüyü
orada
ictimai mühitin,
uşaqların
yaşıdları
ilə
ünsiyyət
saxlamaları üçün gözəl imkan və şəraitin olmasıdır. Psixoloq Gülnarə Əlixanova bizimlə söhbətində
bildirdi ki, uşaqlar hiss və həyəcanlarını əsasən, dil vasitəsilə ifadə edir, ana dili vasitəsilə ətraf aləmi
dərk edirlər:
“Dil fikrin ifadə formasıdır, varlığıdır. Danışıq qabiliyyəti anadangəlmə olsa da, danışıq,
dil anadangəlmə deyildir. Uşaqla ünsiyyətdə olmasan, o, danışmayacaq, qəribə səslər çıxaracaq,
hərəkət və mimikadan istifadə edəcək, çünki söz, danışıq eşitmədiyindən, dialoqa girmədiyindən
danışa bilməyəcək. Onun inkişafı üçün dil hökmək lazımdır. Əks təqdirdəo, danışa bilməz”.
MAGİSTRANTLARIN MÜƏLLİMLİK FƏALİYYƏTİNƏ
HAZIRLANMASINDA MÜASİR TƏLİM TEXNOLOGİYALARININ
PEDAQOJİ İMKANLARI
Aysel ZEYNALLI
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun, ADPU
aysel-86@bk.ru
AZƏRBAYCAN
Dünyada texnikanın və texnologiyaların inkişafı təhsil sahəsinin də texnolojiləşməsinə, bu sahədə
informasiya bolluğuna, həmçinin bəzi təlim texnologiyalarının təkmilləşməsi, o cümlədən, yeni təlim
texnologiyalarının yaranmasına səbəb olmuşdur. Əməkdaşlıq texnologiyası, kompyuter və digər
texnologiyaların tətbiqi tədrisə yenilik gətirməklə bərabər, təhsilin keyfiyyətinə də olduqca müsbət
təsir göstərir. Bu səbəbdən ümumtəhsil məktəblərində olduğu kimi, ali məktəblərdə də gələcək
müəllimlərin pedaqoji fəaliyyətə hazırlanmaları prosesində müasir təlim texnologiyalarından
istifadəyə geniş yer verilməli, həmin texnologiyaların gələcək fəaliyyətlərində onların özləri tərəfindən
tətbiqinə nail olunmalıdır. Magistratura səviyyəsində bu işə nəzarətin gücləndirilməsi daha önəmlidir.
Çünki magistrantlar həm də gələcəyin ali məktəb müəllimləridirlər. Onların müəllimlik fəaliyyətinə
hazırlanmalarında yeni təlim texnologiyaları geniş pedaqoji imkanlara malikdirlər. Bu və ya digər
təlim texnologiyasının aça biləcəyi pedaqoji imkanlar aşağıdakı müddəalar nəzərə alınmaqla üzə
çıxarılmalıdır:
1) Magistrantların müəllimlik fəaliyyətinə hazırlanması prosesi müəllim peşəsinin spesifikası və
gələcək zamanın tələbləri öncədə nəzərə alınmaqla qurulmalıdır.Çünki bu gün obyektiv təşəkkül tapan
mühit şəraiti və peşə mühiti amilləri müasir mütəxəssislərdən problemli, yaradıcı, qəfil yaranan
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1461
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
məsələləri həll etmək bacarıqlarını tələb edir. Müəllimlik fəaliyyətinə hazırlanan magistrant sərt
verilmiş alqoritmik situasiyalar şəraitində deyil, qeyri-müəyyənlik, çoxlu sayda alternativ qərarların
mövcudluğu şəraitində, dəyişkən sosial-mədəni fonda, daimi yeniləşən informasiya axını şəraitində
hərəkət etməyi bacarmalıdır. Müasir universitetin əsas vəzifəsi gələcək müəllimə ilk növbədə
problemləri müstəqil görməyi və onun həlli yollarını tapmağı öyrətməkdən ibarətdir, problemlərin
həlli strategiyaları isə daha çox həmin problemlərin kontekstindən asılıdır. Buna görə də
magistrantların müəllimlik fəaliyyətinə hazırlanması prosesində tətbiq olunan təlim texnologiyaları
gələcək peşə fəaliyyəti kontekstində konkret problemlərin optimal həlli strategiyalarına yiyələndirməyi
hədəf almalıdır.
2) Magistrant tədris və gələcək peşə fəaliyyətinin subyektidir. Alimlərin əksəriyyəti bəşəriyyətin
humanist ənənələrini əks etdirən şəxsiyyət yönümlü təhsili təhsilin inkişafında yeni strateji istiqamət
hesab etdiklərindən, əsas elmi və praktiki axtarışlar müxtəlif səviyyəli təlim texnologiyalarının
işlənməsi istiqamətində gedir. Təlim alanın şəxsiyyətini, onun təbii potensialının reallaşması üçün
komfort şəraitin təmin edilməsini təhsil sisteminin mərkəzinə qoyan, şəxsiyyətyönümlü antroposentrik
texnologiyalara xüsusi diqqət yetirilir. Onlar humanist yönümlülüklə səciyyələnir, şəxsiyyətin bir
subyekt olaraq inkişafını hədəf götürür. Qeyd edilən texnologiyalar həmçinin əməkdaşlıq
texnologiyaları da adlanır, çünki onlar pedaqoqla tələbələrin demokratik, tərəfdaşlıq münasibətlərini,
təlim fəaliyyətinin məzmunu və məqsədlərinin birgə razılaşdırılmasını, qrup refleksiyasında iştirakı,
təhsil prosesinin bərabərhüquqlu subyektlərinin qarşılıqlı təsirlərini (və ya interaksiyasını),
kooperasiyasını, əməkdaşlığını nəzərdə tutur.
Magistraturada tədris prosesi magistrantların pedaqoji fəaliyyətə hazırlığı kontekstində üç
istiqamət nəzərə alınmaqla həyata keçirilməlidir. Müasir təlim texnologiyalarının tətbiqi prosesində
müəllim hazırlığı işində diqqət yetirilməli olan istiqamətlər bunlardır:
a)
Tədris prosesinin mümkün qədər sərbəst və fərdi xarakterli olması;
b)
Tədqiqatçılıq (pedaqoji fəaliyyətin araşdırılması və yeni şəklə salınması üçün biliklərin
müstəqil axtarışına imkanların olması) yönümlü olması;
c)
Şəxsiyyət yönümlü olma.
Bir sözlə, müasir təlim texnologiyalarından istifadə etməklə təşkil olunan məşğələlərdə təlim
alanların şəxsiyyətinə hərtərəfli təsir göstərilməlidir.
Bu tələblərə, habelə magistr proqramlarının spesifikasına daha çox cavab verən və pedaqoji
fəaliyyət üçün təməl qoyan təlim texnologiyaları təşəkkül tapmışdır ki, onlardan da son illər ali məktəb
didaktikasında intensiv şəkildə istifadə olunur. Araşdırdığımız mövzu baxımından perspektivli təlim
texnologiyalarına dialoq və modul təlim (V.V.Şoqan), kontekst təlim (A.A.Verbitski), məsələlərin
həlli vasitəsilə təlim (Q.A.Ball, V.A.Slastenin, L.F.Spirin), innovasiya təlimi (V.İ.Juravlyov,
P.İ.Pidkasistıy,
L.S.Podımova,
N.R.Yusifbəyova),
problem-modul
təlim
(P.İ.Pidkasistıy,
J.S.Haydarov), layihə təlimi (Q.A.Lebedeva, N.V.Matyaş, V.D.Simonenko, N.N.Surtayeva,
O.Aqapova, A.Krivoşeyev, A.Uşakov), imitasiya və oyun modelləşdirilməsi (V.Y.Babaytseva,
N.N.Boqomolova, M.M.Lebedeva, S.A.Şmakov), proqramlaşdırılmış təlim (S.İ.Arxangelski,
V.P.Bespalko, T.A.İlyina, M.V.Klarin, N.F.Talizina) və b. aid etmək olar. Onlardan bəzilərinin
pedaqoji potensialına nəzər salaq.
Magistrantların müəllimlik fəaliyyətinə hazırlığında perspektivli təlim texnologiyalarından biri
modul təlim texnologiyasıdır. Təlim texnologiyalarında həm inteqrativ, həm də modul təlimi üçün
zəruri vasitələr olmalıdır. Modul prinsipinin mahiyyəti “informasiyanın daha yaxşı mənimsənilməsi
üçün və təlim prosesinin dinamikliyini şərtləndirən modula – müəyyən dozalara bölünməsini nəzərdə
tutur.Təlimin
modul texnologiyasının tətbiq edilməsi magistrantların auditoriyada və
auditoriyadankənar fəaliyyət prosesində modullu iş prosesində müstəqil olaraq konkrettəlim
məqsədlərinə nail olmasına imkan yaradar. Magistrantların gələcək işində zəruri olan psixoloji-
pedaqoji keyfiyyətlərə yiyələnməklə birgə həmin modul məsələləri də mənimsəməsi (onların
interiorizasiyası) elə təlim, təhsil və tərbiyə prosesinin özüdür.
Magistrantların müəllimlik fəaliyyətinə hazırlanmasında multimediya texnologiyalarının pedaqoji
potensialı yüksəkdir.Eksperiment yolu ilə müəyyən edilmişdir ki, materialın şifahi çatdırılması zamanı
dinləyici dəqiqədə bir minə yaxın şərti informasiya vahidini, multimediya texnologiyalarından istifadə
edərkən isə - yüz minə yaxın informasiya vahidini qavrayıb emal edə bilir. Buna görə də təlimdə
multimedia texnologiyalarından istifadənin yüksək səmərəliliyi göz önündədir ki, bunun da təməlini
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1462
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
əyanilik, materialın görmə və eşitmə yolu ilə qavranılması təşkil edir. Biliklərin sərbəst
vizuallaşdırılması təkcə magistrantlara müvafiq informasiyanı səmərəli mənimsəməkdə köməklik
etmir, həm də onların idraki fəaliyyətini aktivləşdirir, onlarda nəzəriyyə ilə praktikanı əlaqələndirmək
qabiliyyətini inkişaf etdirir, vizual mədəniyyət vərdişlərini formalaşdırır, diqqət və səliqəliliyi
tərbiyələndirir, təlimə marağı artırır.
Rollu oyundan istifadə magistrantların təlimində perspektivli bir istiqamətdir, çünki məşğələlərdə
“kvazipeşə” atmosferinin yaradılması yüksək nəticələr əldə etməyə və pedaqoji fəaliyyət sferasında
peşə səlahiyyətlərinin formalaşmasına çəkilən vaxt məsrəflərini azaltmaq imkanı verir.
Bu gün mövzu baxımından səmərəli texnologiyalara fəal (interaktiv) təlim texnologiyaları aid
edilir. Fəal təlim metodlarına problemli təlim, konkret situasiyaların təhlili (case study), beyin
hücumları, işgüzar oyunlar, rollu oyunlar və b. aid edilir.
Mövzu baxımından ən səmərəli təlim texnologiyalarından biri də layihə təlimi texnologiyasıdır.
Layihə təlimi texnologiyası magistrantların öz xüsusi ideyası və müstəqil olaraq qoyduğu məqsəd və
vəzifələr əsasında layihənin real məhsulunun yaradılması üzrə aktiv praktik fəaliyyətini nəzərdə tutur.
Magistrantın planlaşdırılmış hərəkətlər kompleksinin nəticəsi obyektin layihəsidir ki, magistrant ondan
gələcək müəllimlik fəaliyyətində istifadə edə bilər. Lahiyə texnologiyasından istifadə edilməsi təhsil
prosesini real peşə fəaliyyətinə maksimum dərəcədə yaxın olan bir şəraitdə həyata keçirməyə imkan
verir.
Qeyd etmək lazımdır ki, bütün təlim texnologiyaları bir-biri ilə qarşılıqlı əlaqədədir. Buna görə
də təqdim edilən təlim texnologiyalarının geniş tətbiqi prosesində bütün pedaqoji işçilərin sistemli və
kompleks şəkildə işləməsi böyük əhəmiyyət kəsb edir. N.Oleynik də haqlı olaraq qeyd edir ki, müasir
müəllimin peşə hazırlığı prosesində yeni təlim texnologiyalarından kompleks şəkildə istifadə olunmalı,
bütövlükdə təlim kursu əhatə edilməli və müxtəlif fənlərin tədrisində həyata keçirilməlidir.
ƏNƏNƏVİ VƏ KURİKULUM PROQRAMLARINDA UŞAQ BAĞÇASI
İLƏ İBTİDAİ SİNİFLƏR ARASINDA ŞİFAHİ NİTQİN İNKİŞAF
ETDİRİLMƏSİNDƏ VARİSLİK PROBLEMİNİN QOYULUŞU
Maya QASIMOVA
ADPU
maya0866@gmail.com
AZƏRBAYCAN
Respublikamızda yeni təhsil sisteminin qurulması istiqamətində aparılan məqsədyönlü islahatlar
onun bütün pillələrini əhatə etməkdədir. “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası
(Milli Kurikulumu)” kimi dövlət əhəmiyyətli konseptual bir sənədin hazırlanması yetişməkdə olan
gənc nəslin milli və bəşəri dəyərlərə istinad olunmaqla tələbyönümlülük, nəticəyönümlülük, inteqra-
tivlik prinsipləri əsasında bir şəxsiyyət kimi formalaşdırılmasını nəzərdə tutur. “Kurikulum islahatı”
adı altında ümumtəhsil məktəblərində həyata keçirilən bu yeniləşmə fənlərin, o cümlədən
“Azərbaycan dili” fənninin məzmununun, təlim strategiyaları və nailiyyətlərin qiymətləndirilməsinin
müasir pedaqoji və psixoloji baxışlar zəminində işlənilməsinə imkan yaratdı. 2008-2009-cu tədris
ilindən ümumtəhsil məktəblərinin birinci sinifindən kütləvi şəkildə tətbiq edilməyə başlanılan bu
islahatın səmərəli nəticələr verəcəyi bir çox amillərlə bağlıdır ki, bunlardan, bəlkə də, ən önəmlisi
məktəbəqədər təhsilin ümumi hazılığı ilə şərtlənir. Keçən müddət ərzində ibtidai siniflərdə kurikulum
islahatının nəticələri göstərdi ki, məktəbəqədər təhsilin məzmunu, təlim strategiyalarında uyğun yeni-
ləşmələr aparmadan ümumtəhsil müəssisələrində gözlənilən səviyyələrə nail olmaq müəyyən çətinlik-
lər yaradacaqdır. Məhz buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 iyul
tarixli 137 nömrəli qərarı ilə “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” təsdiq edilmiş və bu
əsasda “Məktəbəqədər təhsilin kurikulumu (3-6 yaş)” hazırlanmışdır. Ümumtəhsil məktəblərinin I-IV
sinifləri üçün “Azərbaycan dili” fənn kurikulumu və “Məktəbəqədər təhsilin kurikulumu”nda varislik
prinsipinin nə dərəcədə gözlənilməsi məsələlərindən danışmazdan əvvəl, hər iki təhsil pilləsinin
sonuncu proqramlarını qoyulan problem baxımından nəzərdən keçirdik. Müəyyənləşdirdik ki, bu təhsil
|