IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1390
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
olmasına da hörmətlə yanaşmalıdır. Əgər müəllim şagirdinin zəif mənimsəmə tərzinə rişxəndlə
yanaşmırsa , əmr və tələb etməzdən əvvəl, tələbi yerinə yetirməyin vacibliyini izah etməyi, məsləhət
verməyi bacarırsa, onda şagird düzgün təşkil olunmuş təlim-tərbiyə prosesində bütün qaydaları
öyrənməyə çalışacaqdır. Pedaqoji təcrübələr göstərir ki, zəif oxuyan lakin mənəvi cəhətdən nümunəvi
olan şagirdlər az deyil.Əsl peşəkar müəllim bu keyfiyyətləri görməyi bacarmalı, nəzərə almalı, şagirdi
yaxşı işlər görməyə həvəsləndirməlidir. Bu cür yanaşma şagirddə öz gücünə inam yaradacaq. Müəllim
şagirdinə öz daxili aləmi olan şəxsiyyət kimi hörmət bəsləməlidir.
Müəllimin pedaqoji mərifətinin mühüm keyfiyyətlərindən biri səbrlilikdir. Hər bir insan səbrli
olmağı istəyir, amma bunu hər kəs bacarmır. Səbr yalnız ağıllı insanların edə biləcəyi davranış, müsbət
əxlaqi keyfiyyətdir. Səbrsizlik müəllim olan hər bir şəxsə uzaq olmalıdır. Əgər müəllimin düşüncəsinə,
şüuruna acıq, hirs, əsəbilik, nifrət kimi mənfi keyfiyyətlər hakim kəsilibsə, onda o, şagirdin də zəkasını
korlayır, zəhərləyir. Peşəkar müəllim daim mürəkkəb , çətin məqamlarda öz hisslərini ələ almağı,
hisslərinə hakim olmağı, sakitləşməyi bacarmalıdır. Müəllimin etik xüsusiyyətlərindən biri də
özünənəzarətdir. Daimi özünənəzarət insanda müxtəlif mürəkkəb situasiyalarda özünü təmkinli
aparmaq bacarığını formalaşdırır. Amma bu o demək deyildir ki, müəllim ətrafda baş verənlərə, əxlaq
normalarına əməl olunmamasına laqeyd yanaşmalıdır. Lazım gələrsə o, hirslənə də bilər. Emosional
durumda düzgün qərar qəbul etmək çox çətindir, bu müəllimdən peşəkarlıq tələb edir. Bu zaman atılan
səhv addım müəllimin nüfuzdan düşməsinə səbəb ola bilər. Dərsdə şagirdin müəllimi dinləməməsi,
düzgün olmayan hərəkətləri, tez-tez və ya asta danışmağı, bir–biriləriylə dalaşmaqları, məktəbin
avadanlıqlarına zərər vurmağı və s. onu əsəbləşdirən anlardır. Belə vəziyyətlər də müəllim səbrli,
təmkinli olmağa, özünü idarə etməyə, həmin şagird haqqında düzgün qərarlar qəbul etməyə
çalışmalıdır.
Beləliklə deyə bilərik ki, peşəkar müəllim yüksək savada malik şəxsiyyət olmaqla yanaşı, eyni
zamanda müəllim-şagird münasibətlərini də düzgün qurmağı bacarmalıdır.
MÜƏLLİM-ŞAGİRD ƏMƏKDAŞLIĞINDA
MÜƏLLİM ŞƏXSİYYƏTİ AMİLİ
Göyçək EMİNLİ-ALLAHVERDİYEVA
Qafqaz Universiteti
geminli@qu.edu.az
AZƏRBAYCAN
Müvəffəqiyyətli inkişafın əsasını bilik təşkil edir, onun yaradıcısı, daşıyıcısı və tətbiq edicisi isə
insandır- Müəllimdir. Bəs əsl müəllim kimdir? Əsil müəllim- vətənini, xalqını sevən, peşəsinin
məsuliyyətini dərindən dərk edən, yüksək mənəvi hisslərə malik olan, əxlaqlı, geniş dünyagörüşlü, öz
ixtisasında dərin biliyə malik olan bir şəxsiyyətdir.
Xalq arasında belə bir fikir mövcuddur ki, müəllim dəyişəndə cəmiyyət də dəyişir. Bu, onunla
bağlıdır ki, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində
müəllim şəxsiyyəti müstəsna rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə
malikdir.
Müəllim peşəsini digərlərindən fərqləndirən daha bir cəhət ondan ibarətdir ki, bütün insanlar
müəllimdən öyrənirlər. Elə bir insan tapılmaz ki, onun müəllimi olmasın. Dünyanı dəyişən, idarə edən,
tarixi yaradan dahi şəxsiyyətləri də müəllim hazırlamışdır. Onu da qeyd etmək lazımdır ki, müəllimlik
yeganə peşədir ki, həyatda onun heç bir alternativi yoxdur.
Müəllimin əlində digər peşə sahiblərindən heç birində olmayan həyatın dərk edilməsi və
biliklərin əldə olunması yolunda öz şagirdi ilə yanaşı getmək, onunla bərabər öyrənmək və
kamilləşmək kimi bir imkan vardır.
Müəllim təkcə bilik verən deyil, həmçinin o biliyə doğru gedən, yolu şagirdlərə göstərən bir
liderdir. Yaxşı müəllim-lider yaxşı şagird hazırlayar. Fars atalar sözündə deyildiyi kimi “Ağac və
müəllim öz barı ilə tanınar”. Müəllimin barı-meyvəsi yetişdirdiyi bilikli, savadlı, vətənpərvər
sagirdləridir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1391
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Müəllim həm təhsil verən, həm də tərbiyə edən bir şəxsdir. Müəllimin vəzifəsi həm rəngbərəng,
həm də məşəqqətlidir. Rəngbərəngdir, çünki o təlim prosesində bəzən qayğıkeş bir ana, bəzən sərt bir
ata, bəzən usta bir drijor, bəzən mahir bir lider, bəzəndə qorxmaz, mərd bir əsgər rolunu daşıyır.
Məşəqqətlidir, çünki müəllim də bir insandır və onun millətin və dövlətin parlaq gələcəyini
formalaşdırmaqkimi böyük və müqəddəs bir vəzifəsi var.
Müəllim bir şəxsiyyət kimi hər zaman hərbir şagirdin həyatında önəmli rola malik olur. Hər kim
ki, öz uşaqlıq illərinə, məktəb həyatına qayıtsa sevinərək və bəzən də kədərlənərək xatırladığı, onun
yaddaşında silinməz izlər qoyan bir müəllimini xatırlayacaq. Müəllimin şagirdlərin yaddaşında
qoyduğu bu silinməz izlər bəzən xoş, bəzən isə əksi ola bilir. Müəllim-şagird arasında baş verən hər
formada münasibət şagirdin şəxsiyyətinə, inkişafına təsir edir. Müəllimin şagirdə olan biganə
münasibəti şagirdi özünə qapalı, utancaq, qorxaq və s. bir şəxsiyyətə çevirir.
Pedaqoji ədəbiyyatlardan da məlum olduğu kimi insanın bir şəxsiyyət kimi formalaşmasında
mühitin rolu danılmaz faktdır. İnsan dünyaya gəldiyi gündən müxtəlif mühitlərin təsirinə məruz
qalmışdır. Görkəmli pedaqoqlar və mütəfəkkirlər şəxsiyyətin inkişafında və formalaşmasında
tərbiyənin önəmini də vurğulamış və bu prosesdə tərbiyənin vacib bir faktor olduğunu qeyd etmişlər.
S.Ə.Şirvaninindediyi kimi “ ... ki, nə qədər olsa şəxs naqabil. Tərbiyə ilə yenə olur kamil”.
Şəxsiyyəti formalaşdıran amilləri qeyd etdik, mühit və tərbiyənin önəmini də vurğuladıq,lakin
belə bir sual ortaya çıxır ki, insan tərbiyəni özümü əldə edir, yoxsa mühitmi insanı formalaşdırır? Bu
sualın cavabı isə cox asandır.Əslində mühit insanı formalaşdırmır, o mühitdə olan “şəxslər” insanı bir
şəxsiyyət kimi formalaşdırır.
İnsan doğulduğu andan tərbiyəyə möhtacdır və insanın doğulduqdan sonra qarşılaşdığı ilk mühit
ailə mühitidir və bu mühitdə onu tərbiyə edən “şəxslər” isə valideyinləri, yəniata və anasıdır. İnsanın
qarşılaşdığı və həyatında önəmli rol oynayan mühit isə məktəbdir və bu mühitdə insanın-şagirdin
qarşılaşdığı tərbiyə edən “şəxslər” isə müəllimləridir. Müəllim şagirdi tərbiyə edən, şəxsiyyət kimi
formalaşdıran ikinci önəmli varlıqdır.
Məktəb mühitində tərbiyə öz-özünə formalaşmır, tərbiyə müəllim-şagird ünsiyyəti, münasibəti və
əməkdaşlığı prosesində formalaşır. Məktəb mühitində tərbiyə işi daha çox dərs prosesində həyata
keçirilir. Şagirdin həm təlimdən, həm də tərbiyədən sıxılmaması üçün müəllim dərs prosesində bir çox
xüsusiyyətləri nəzərə almalıdır. Pedaqoji ədəbiyyatda qeyd edildiyi kimi “Dərsin səmərəsi onun
emosional mühiti ilə sıx bağlıdır: mənfi emosiyalar (qorxu, inamsızlıq, kədər və s.) şəraitində keçən
dərs cansıxıcı, yorucu və səmərəsiz olur. Dərsdə müəllim və şagirdlər arasında qarşılıqlı hörmət, inam,
pedaqoji əməkdaşlıq, xoş əhval-ruhiyyə, müsbət zehni hisslər (şadlıq, təlim sevinci, inam, təəccüb və
s.) hakim olmalıdır.” Yəni dərs prosesini müəllim qurarkən həm təhsil verən, həm də tərbiyəedici
funksiyası daşıdığını unutmamalıdır. Təlim prosesində şagird müəllimin tərbiyəedici funksiya
daşıdığını tam dərk etmir. Onun düşüncəsində müəllim sadəcə təhsil verən bir qüvvədir. Ancaq
müəllim-şagird arasında yaranan münasibətlərdə müəllim daha cox tərbiyəedici funksiya daşıyır.
Müəllim-şagird əməkdaşlığı da bu tərbiyəedici münasibətin ayrılmaz bir hissəsidir. Psixoloji
cəhətdən müəllim-şagird əməkdaşlığını təhlil etsək müəllimin şagirdlə bərabərhüquqlu statusda
dayanması şagirddə özünəinamı artırır və şəxsiyyət kimi inkişafını sürətləndirir.
Pedaqoji prosesin keyfiyyətli olması üçün dərs prosesində müəllim şagird-əməkdaşlığının
qorunması və həyata keçirilməsi vacibdir. Əməkdaşlıq edilən siniflərdə təlimə maraq yüksək
səviyyədə olur və müəllim sinfin idarəsi işində çox çətinlik yaşamır.
Müəllim şagird əməkdaşlığının səmərəli olması üçün və şagirdin şəxsiyyət kimi formalaşmasında
müəllim-şagird arasında olan ünsiyyətin önəmi çoxdur. Hətta ən vacib məsələdir də deyə bilərik.
Pedaqoji ədəbiyyatda müəllim-şagird arasında baş verən qarşılıqlı ünsiyyəti aşağıdakı şəkildə
qruplaşdırmışdırlar :
“Şagirdlərlə qarşılıqlı ünsiyyətin səmərəliliyinə görə müəllimləri şərti olaraq 4 qrupa bölürlər; I
qrupa şagirdlərlə daima ünsiyyətdə olan müəllimləri aid etmək olar. Bu cür müəllimlər dərsdə təlimlə
bağlı məsələləri həll edərkən şagirdlərlə ünsiyyətdə olmaqla kifayətlənmirlər. Onların şagirdlərlə
ünsiyyəti şagird həyatının bütün sahələrini əhatə edir. Bu cür ünsiyyət öz səmərəliliyi, şagirdlərə inamı
ilə fərqlənir.
II qrupa şagirdlərə hörmətlə yanaşan və şagirdlərdə onlara qarşı dərin inam və etimad mövcud
olan müəllimlər təşkil edir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1392
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
III qrupa daxil olan müəllimlər şagirdlərlə yaxın ünsiyyət saxlamağa cəhd göstərir, bu cür
ünsiyyətə can atırlar. Lakin bu cür ünsiyyətə nail ola bilmirlər. Ünsiyyətə cəhd göstərməsinə
baxmayaraq, şagirdlər onlara inanmadıqlarına görə qarşılıqlı ünsiyyət baş tutmur.
IV qrupa malik olan müəllimlər şagirdlərlə ünsiyyətə can atmadıqları kimi, dərs dedikləri
şagirdlər də onlarla yaxın ünsiyyət onlarla məsləhətləşməyə meyl göstərmirlər.”
Son olaraq fikrimizi
İmmanuil Kantın sözləri ilə yekunlaşdırmaq istəyərdik “Əgər günlərin bir
günü bizim tərbiyəmizlə yüksək varlıq məşğul olsa, onda həqiqətən insanın nəyə qadir olduğu
məlum olar”. O yüksək varlıq MÜƏLLİMDİR!
YENİYETMƏLƏRİN DEVİANT DAVRANIŞINA MEDİANIN TƏSİRİ
Dürdanə ƏLİYEVA
Bakı Slavyan Universiteti
durdane.eliyeva.00@mail.ru
AZƏRBAYCAN
Yeniyetmə yaşı 10-11 və 14-15 yaşları əhatə edir. Bu yaş dövründə onlarda aparıcı fəaliyyət növü
olan intim-şəxsi ünsiyyətlə yanaşı təlim, idman, ictimai-təşkilati, bədii, əmək fəaliyyəti də xüsusi
əhəmiyyət kəsb edir. Belə ki, bu ictimai-faydalı fəaliyyət növlərindən istifadə etməklə yeniyetmələrdə
sosial cəhətdən əhəmiyyətli işlərdə şüurlu olaraq iştirak etmək meyli yaranır. Beləliklə, onlar müxtəlif
qruplarda (ailə, məktəb, kənar dostlar) qəbul olunmuş qarşılıqlı münasibət normalarına uyğun ünsiyyət
yaratmağı öyrənir, onlara uyğun davranış hərəkətlərinə yiyələnir. Yeniyetmə yaş dövrü həm uşaqlıq,
həm də gənclik dövrünün xüsusiyyətlərini özündə əks etdirdiyindən bu dövr həssas dövrlərdən sayılır.
Yeniyetmələrin yaş dövrünün xüsusiyyətlərindən asılı olaraq bu yaş dövründə deviant davranış özünü
göstərir. Deviant davranış əxlaqi, hüquqi davranışlardan kənara çıxan davranışdır. Yeniyetmələrin
deviant davranışını şərtləndirən müxtəlif amillər var. Evdən, ailədən, məktəbdən və öz ətrafının,
dostlarının təsiri, ailədə, tədris müəssisələrində yeniyetmələrin tərbiyəsində yaranan boşluqlar və
yeniyetmənin öz fərdi xüsusiyyətləri təsir göstərir. Onun cəmiyyətdə özünəməxsus yer tutma istəyi,
özünü göstərmə, sözlərinin kəsərinin olmasını sübut etmək istəyir, bu zaman isə ailədə və məktəbdə bu
yaxşı qarşılanmır. Çünki yeniyetmə ailədə valideyn üçün hələ uşaq, məktəbdə isə müəllim üçün
şagirddir. Bunu qəbul etmədikdə isə dərsdən yayınmalar, evdən qaçmalar, referent qruplarına qoşulma
və s. kimi hallarla rastlaşmaq olur. Qeyd etdiyimiz kimi, deviant davranışın bir çox səbəbləri vardır ki,
bunlardan biri də medianın təsiridir.
Media nümayəndələrinin aqressiyanı və zorakılığı təqdim etmək forması, əlavə etdiyi şərhlər,
hətta intonasiyası, həmçinin intihar hallarını, cinayətləri, ailə problemlərini ortaya qoyması
yeniyetməyə neqativ təsir bağışlayır. Narkotikdən istifadə edilməsi, qadınlara qarşı hörmətsizlik
halları, müəllimin şagirdi döyməsi, uşaqların evdən qaçması və s. bu kimi halların işıqlandırılması
yeniyetmələrdə oxşar davranışlar formalaşdırır.
Yeniyetməlik dövrünün xüsusiyyətləri ilə əlaqədar olaraq yeniyetmələr özlərini bənzətmək üçün
daima yeni obrazlar axtarırlar. Elə bu axtarışlar zamanı yeniyetmənin “köməyinə” media gəlir.
Yeniyetmənin fantaziyasında yaratdığı obrazların formalaşmasında qəzetlər, televiziya, daha çox isə
inetrnet vasitəsi ilə yayımlanan xəbər portalları əsas rol oynayır. Məlumdur ki, müasir dövrdə
yeniyetmələrin əksəriyyəti demək olar ki, qəzet oxumurlar. Daha çox informasiyanı internet və
televiziya vasitəsilə əldə edirlər. Hansısa bir xəbər portalı yayımladığı xəbərləri müəyyən bir
ideologiyanın təsiri altında yayımlayır və şərhlər bildirir. Bu isə hələ tam formalaşmamış və həyatda
tam mövqe tutmayan yeniyetmələrdə müxtəlif münasibətlər formalaşdırır. Belə təsir gənc yeniyetmə
həyatında qeyri-adi psixoloji problemlər və rahatsızlıqlar təqdim edir.
Yeniyetmələr gün boyu “Facebook”, “Twitter” və çoxlu sayda xəbər portallarından istifadə edir.
Bu zaman həm sərhəd daxilində, həm də sərhəddən kənar xəbərlər ilə tanış olur. Bilirik ki, son
zamanlar demək olar ki, hər gün xəbər portallarında hansısa bir cinayət, oğurluq halları, intihar
məsələləri, evdən qaçanlar, məktəblərdə baş verən hadisələr haqqında məlumatlar yayılır. Yaxın
keçmiş üçün məktəblərimizin birində müəllimin şagirdi döyməsi və bunu digər şagird yoldaşı
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1393
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
tərəfindən çəkilərək internetdə yayımlaması cəmiyyətə, əsasən də yeniyetməyə böyük təsir etdi. Bu
videogörüntülər haqqında neqativ fikirli müxtəlif yazılar dərc olundu. Əlbəttə, bu hal qəbuledilməz
haldır. İlk olaraq, video çəkiliş edən şagirdin əlində telefon olması qəbuledilməzdir. İkincisi isə bu
video vasitəsi ilə şagirdlərin, yeniyetmələrin məktəbdən uzaqlaşmaq fikirləri, müəllimə qarşı mənfi
münasibətin formalaşması halları biruzə verə bilər.
Dərsdənkənar vaxtlarda, istirahət günlərində yeniyetmələr vaxtlarının çoxunu televizor qarşısında
keçirirlər. Onlar filmlər izləyir, xəbər portallarına baxır, tok-şoular izləyirlər. Filmlərin özlərində belə
yeniyetmələrin deviant davranışına təsir edəcək epizodlar olur. Əksər filmlərin məzmunu hətta
yeniyetmə davranışına təsir edir. Uzun zamanlardır əksəriyyətin sevimlisi olan “Kurtlar Vadisi”
filminin timsalında fikrimizi çatdıraq. Bu film hamının, eləcə də yeniyetmələrin marağına səbəb
olmuşdur. Bu filmdə aqressiya, ölüm anları, narkobaronlar, qaranlıq dünyanın gözəgörünməyən bir
çox cəhətləri açılıb göstərilirdi. Özlərini kiməsə bənzətməyə çalışan və yeni obrazlar axtaran
yeniyetmələr özləri üçün öz obrazlarını müəyyən etmiş olurdular. Həmçinin, digər proqramlar var ki,
qadının zorakılığa məruz qalması, övladın valideyndən üz döndərməsi, valideynin öz övladından
imtina etməsi, uşaqların evdən qaçması, özlərindən sonra sadəcə bir məktub buraxdıqları intihar halları
və onların səbəblərinin araşdırılaraq göstərilməsi, cinayət işlərinin baş vermə səbəbləri və cinayətin
bütün detalları ilə təqdim etməsi və s. hallar yeniyetmələrin psixologiyasına birbaşa təsir edir. Artıq
yeniyetmə öz təsdiqini tapmaq üçün evdən qaçır, ya da intihar edir. O düşünür ki, intihar etməklə artıq
öz təsdiqini tapmış olacaq.
Qeyd edək ki, yeniyetmələrin televiziya, internetə meyilli olmalarının bir çox səbəbləri vardır. Bu
səbəblərdən biri elə yeniyetmələrin asudə vaxtlarının düzgün təşkil edilməməsidir. Asudə vaxt
problemi həm məktəb rəhbərlərinin, həm də ailənin əsas diqqət etməli olduğu məsələlərdəndir.
Yeniyetmələrin dərsdənkənar vaxtlarda bir məşğuliyyətləri olmadığı zaman, internet, televiziya,
virtual həyata daha çox meyilli olurlar. Bəzən valideynlərin əksəriyyəti, bu yaşda yeniyetmələri
idmana, musiqiyə, rəqsə yönəldirlər. Bu işdə məktəb rəhbərləri, müəllimlər də yaxından iştirak
etməlidir.
Yeniyetmələri internetdən, televizordan, kompüterdən tam uzaqlaşdırmaq da düzgün deyil.
Sadəcə, həmin vaxtı məhdudlaşdırmaq olar. Onlar dünyaya açıq olmalıdırlar. Dünyada baş verən
hadisələrlə tanış olmalı, müxtəlif ölkələrin təhsil sistemləri ilə, ölkəmizdə baş verən proseslərlə tanış
olmalıdırlar. Ümumiyyətlə, yeniyetmələrin deviant davranışına medianın təsiri nəzərə alaraq, müəllim,
məktəb rəhbərləri və ailələr başda olmaqla yeniyetmələrin deviant davranışına qarşı aparılan tərbiyə
işinin nələrdən ibarət ola biləcəyi mövzusunda media və təhsil ilə əlaqədar digər qurumların iştirakını
zəruri edən birgə işlərin təşkilinin əhəmiyyətli olduğuna diqqəti yönəldə bilərik. Beləliklə, media,
yalnız reytinqə əsaslanmamalı, cəmiyyətdə baş verən hadisələrə, yeniyetmələrin, gənc nəslin psixi
sağlamlığına, deviant davranışlarına biganə qalmamalıdır. Baş vermiş hər hansı bir hadisəni
yayımlayan media orada müxtəlif neqativ fikirlərdən uzaq olaraq, hadisənin baş vermə səbəbləri və
problemin həlli yollarını açıb göstərməsi, tərbiyələndirici məlumatlar yayımlaması məqsədəuyğundur.
Yeniyetmə şəxsiyyəti, təkcə ailənin, məktəb rəhbrələrinin təsirindən deyil, oxuduqları, eşitdikləri
hadisələrin təsirinə də məruz qalır. Bu baxımdan medianın yeniyetmənin cəmiyyətin layiqli üzvü kimi
formalaşmasında böyük rolu vardır.
II SİNİFDƏ “TƏQVİM” MÖVZUSUNUN
İNTERAKTİV METODLA TƏDRİSİ
Xavər ƏLİZADƏ
ADPU
arslan_mustafa34@bk.ru
AZƏRBAYCAN
Standartlar: 5.1.1. Məlumatları toplamaq üçün suallar qoyur, onları cavablandırır və şərhlər verir.
Məqsədlər:
Ayların adını və sırasını bilir;
1 ilin 12 ay olduğunu bilir;
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1394
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
1 ayın 30; 31 gün, fevral ayının 28;29 gün olduğunu bilir;
Verilmiş tarıxı təqvim üzərində qeyd edir;
Təqvim üzərində müxtəlif məsələləri həll edir.
Hadisələrin ardıcıllığını təqvimdə göstərə bilir.
İş formaları: Əməkdaşlıq, cütlərlə iş, böyük və kiçik qruplarla iş
İnteqrasiya: Ana dili (1.1.1, 1.2.1, 2.1.3)
Təchizat: Bir ilin təqvimi A4, və ya A3 formatda , 1 ayın təqvimi, iş vərəqləri , noutnuk,
proyektor, riyaziyyat-2, təqvimə aid tapşırıqlar
Üsullar: Beyin həmləsi, klaster, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat.
DƏRSİN GEDİŞİ
1.
Sinfin təşkili – 2 dəq.
2. Motivasiya – 3 dəqiqə :Uşaqlar bu gün cizgi filminin qəhrəmanları bizim qonağımız olacaq.
Gəlin əvvəl onlara baxaq. ( Ekrana Ələddin, Yasəmən və Cin gəlir)
Tədqiqat sualı: Təqvim necə qurulur? Ondan necə istifadə edirlər?
3.
Tədqiqatın aparılması -10 dəqiqə:
2.
Ekrana aprel ayının təqvimi gəlir. Üzərində araşdırma aparılır.
II. “Yay” qrupu . 1. Hər fəslə aid ayları araşdırıb altından düzün (cəd.2).
III. “Payız” qrupu. 1. Günlərin sayına görə ayları düzgün qruplaşdırın.
IV. “Qış” qrupu. 1. Fəsilləri ardıcıllıqla düzün
İlk Ay təqvimi Misirdə miladdan öncə III minillikdə tərtib edilmişdir. Miladdan öncə IX əsrdə
aşşurlar, sonra isə yəhudilər həmin təqvimdən istifadə etmişlər. Bu təqvim sonralar Şərq ölkələrində
geniş yayılmışdır.Miladdan 2780 il öncə Misir kahinləri tərəfindən 365 gündən ibarət il təqvimi
hazırlandı.
Müasir dövrdə təqvimin daha geniş yayılmış növü Günəş təqvimidir. İlk Günəş təqvimini qədim
misirlilər yaratmışlar. Herodotun məlumatına görə Misirlilər ilin uzunluğunu müəyyən edə bilmişlər
(365, 25 günəş sutkası). Onlar təqvimi yaradarkən Günəşin nəzərdə tutduqları nöqtədən çıxması ilə
Sirus ulduzunun (70 gecə yoxa çıxdıqdan sonra) görünməsi və Nil çayının daşqınlarının başlanmasının
eyni vaxta düşdüyünə dair müşahidələrinə əsaslanmışdılar. Misir təqviminə əsasən il 365 gün, hər dörd
ildən bir isə 366 gün hesablanırdı. İl dörd fəslə, 12 aya bölünürdü. Artıq qalan 5 gün isə ilahələrin
şərəfinə bayram edilirdi. Ay təqvimi üzrə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir. Ay təqvimi
Günəş təqvimindən 11 gücə-gündüz qısadır. Fəsillərin hərəsi üç ay hesablanmış və bu bölgü, əsasən
təsərrüfatla əlaqələndirilmişdir. Azərbaycanda xalq arasında fəsillər belə səciyyələndirilirdi: yaz
bitirər, yay yetirər, payız götürər, qış ötürər.
Ərəblər ilin başlanğıcı üçün Məhəmməd peyğəmbərin (s.ə.s.) Məkkədən Mədinə şəhərinə
köçməsi (hicrət) gününü (miladi tarixlə 622-ci il 16 iyul) götürmüşlər. Müsəlman ölkələrində geniş
yayılmış bu təqvim “hicri tarix” adı ilə məşhurdur.
1582-ci ildə Roma papası XIII Qriqori Günəş sistemli təqvimi daha da dəqiqləşdirdi. Qriqoryan
təqvimi adı ilə tarixə daxil olan bu vaxt hesablanmasına hər yerdə “yeni stil”, Yuli təqviminə isə
“köhnə stil” deyildi. Hal-hazırda biz Qriqoryan təqvimindən istifadə edirik. 1 il 12 ay; 1 il 365/366
gün olur. 1 ay 30/31 gün , fevral isə 28/29 gün olur.
M.: Uzun il neçə gündür?
Ş: Uzun il 366 gündür?
M: Qısa il neçə gündür?
Ş: Qısa il 365 gündür?
M: Uzun il neçə ildən bir təkrar olunur?
Ş: Uzun il 4 ildən bir təkrar olunur.
M: Hansı illər uzun il adlanır?
Ş: 4-ə tam bölünən il uzun il adlanır. Məs., 2012, 2016, 2020 və s.
M: Hansı il qısa il adlanır?
Ş: 4-ə tam bölünməyən illər qısa il dalanır. Məs., 2013, 2014, 2015, 2017 və s.
M: Uzun ildə hansı ay bir gün uzun olur?
Ş: Uzun ildə fevral ayı 1 gün artırılaraq 29 gün olur.
Gəlin indi də Yer kürəsi üzrə fəsillərin və ayların düzülüş ardıcıllığı ilə tanış olaq. Sonra
məlumatın mübadiləsi və müzakirəsi keçirilir. Daha sonra oyunu keçirilir və məsələ həll edilir.
|