IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1370
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
“ETIRAF”DA ÖZÜNÜDƏRK
Çilənay MƏMMƏDLİ
cilenaymemmedli94@gmail.com
AZƏRBAYCAN
İnsan oğlu yarandığı gündən nəyi isə bilməyə,nəyi isə tam dərindən qavramağa israrla can atır.
Dünyanın bu gün əldə etdiyi bütün nailiyyətlər—kosmosa yol,internetin kəşfi,kilometrlərlə
dərinliklərdən neftin,qazın çıxarılması və s. və s.—insan idrakının,insan beyninin bilmək,duymaq,kəşf
etmək istəyinin bariz nümunəsi,məntiqi sonluğudur. Bu qədər saydıqlarımızın müqabilində məntiqi bir
sual çıxır ortaya:Əgər insan həmişə qurmağa, yaratmağa can atırsa,bəs bu qədər axıdılan günahsız
qanlar,xarabazara çevrilən ölkələr kimin “əməyinin nəticəsidir”?Bu suala birbaşa belə cavab
verərdim:Bu da insan beyninin,insan istəyinin nəticəsidir, kiminsə üzərində öz fiziki gücünün
nəhayətsizliyini nümayiş etdirmək istəyidir. “Nəsimi” kinofilmində bir epizod var.Nəimi öz müridləri
ilə söhbətində qeyd edir ki,kamil insan yaradır,cahil insan dağıdır.Yuxarıda qeyd etdiyimiz ikili insan
kimi.Lakin bir şeyi də qeyd etmək lazımdır ki,dünya birinci növ insanların çiynində
bərqərardır.Qiyamət o zaman qopacaq ki,bu insanların onu çiyinlərində saxlamağa gücü çatmayacaq.
Bu ikili insan bircə şeyi dərk etməyi,kəşf etməyi bacarsa,dünyanın xoşbəxt günləri başlayacaq: Özünü
tanımağı, özünü dərk etməyi...Belə qabarıq problemlər dünya ədəbiyyatında olduğu kimi, Azərbaycan
ədəbiyyatının da aparıcı mövzularından biridir.Heç uzağa getməyək:B.Vahabzadənin 1961-ci ildə
qələmə aldığı “Etiraf” poemasını götürək.Hələ poemanın proloqunda şair bizi çox mühüm bir
məsələylə qarşı-qarşıya qoyur,bizim ona reaksiyamızı öyrənməyə çalışır: Toxumu könlümə
düşdü,yaşandı, Yazmağa çağırdı etiraf məni. Görən nə düşündü,görən nə andı Oxucum görüncə bu
sərlövhəni? Artıq atdığı elə birinci addımdaca şair istəyinə nail olub:oxucunu özündən almağa,demək
istədiyi fikri ona aşılamağa müvəffəq olub.Daha sonra o, oxucunun diqqətini daha bir maraqlı məqama
yönəldir: Bilək bu dünyada dünya yaradan, Ömürlər dünyanı niyə tərk edir? Göyləri,yerləri dərk edən
insan Bəs niyə özünü çətin dərk edir? Maraqlıdır.Hamının gördüyü,lakin fərqinə varmadığı incə
məqamlar şair üçün mövzudur: İnsan qəribədir:salamat ikən, Qohum da,qardaş da yada düşməyir. Elə
ki yatağa düşdü qəflətən-- “Filankəs yanıma gəlmədi”—deyir. Bu yerdə şairin başqa bir şeirində
dediyi:”Sən şair deyilsən—görünməyəni Görməyi bacaran gözün yoxdusa...”—misraları düşür.
“B.Vahabzadə sözün həqiqi mənasında şairdir.Onun şeirlərində fikirlə hissin gözəl bir vəhdəti
vardır.”Bu fikirlər R.Rzanındır.Nahaq yerə deyil ki,B.Vahabzadəni fikir şairi adlandırırlar. Torpaq
üstə səpdiyimiz dən də fikir, Sən də fikir, Mən də fikir. Yer-göy fikir-- Hər şey fikir. Poemanın çox
maraqlı bir süjet xətti var:Hadisələr inkişaf elədikcə eqosu özündən çox-çox böyük olan bir
prokurorun mənən təmizlənməsi əsərin fabulasını təşkil edir.Əsər şəhər klubunda keçirilən bir yubiley
gecəsinin təsviri ilə başlanır.Çıxış üçün söz alanlar yubilyarın—şəhərin ən yaxşı cərrahlarından olan
Cahangirin insani xüsusiyyətlərindən,təvazökarlığından söhbət açır.Lakin deyilən təriflərin heç biri
həkimi fərəhləndirmir,əksinə,çox sıxır.Buna səbəb “soldakı qabaq cərgədə” oturan bir nəfərdir.Bu
adam, 20 il öncə rayonun prokuroru olmuş Bahadırdır.Onun bu məclisdə iştirakı həkimi sarsıdır və 20
il öncə olan bütün hadisələr,prokurorla onun arasında yaşanmış konflikt həkimin gözləri önündə
canlanır. Uşaqlığından hamıya üstdən aşağı baxan,yeniyetməlik çağında “Rütbəm olmalıdır” deyə
özünə söz verən Bahadır,həyatın ilk zərbəsi ilə--atasının tutulması ilə sarsılır.Məhkəmə zalında
prokurora dediyi ağır ifadələrdən sonra hadisələr sürətlə inkişafa başlayır.Prokuror olmaq,indiki
prokurora “öz zərbi dəstini” göstərmək istəyi onu universitetin hüquq fakültəsinə gətirir.5 il sonra ali
təhsili başa vuran Bahadır öz rayonlarına əvvəlcə müstəntiq,sonra prokuror gəlir.Və həmən gündən
köhnə prokurora quyu qazmaq haqqında fikirləşir.Yersiz hücumlara məruz qalan köhnə prokuror
fikirdən,xəyaldan xəstəxanaya düşür və bu yerdə daş qayaya rast gəlir;sözünün qabağına söz
deyilməyən prokuror baş həkim Cahangirlə toqquşur.Həkimin yenilməzliyini gördükcə ona qarşı
nifrəti artır.Nəhayətdə köhnə prokurorla ədavəti bir yana atıb bütün gücünü Cahangirlə mübarizəyə
sərf edir;Onu addım-addım izləyir,yeri gəldi- gəlmədi camaat içərisində onun haqqında nalayiq
ifadələr işlədir.Cahangirin camaat arasındakı hörmətini gördükcə qısqanır və bu duyğular onu xudbinə
çevirir,ilk məqamdaca Cahangirdən intiqam almağa sövq edir.Həkimi məğlub etmək üçün yollar
aradığı bir vaxtda prokurorluğun qapısı açılır , Cahangir içəri daxil olur,özünün cinayətkar olduğunu
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1371
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
etiraf edir və prokurordan özünə həbs cəzası tələb edir.Etdiyi “cinayətin” nədən ibarət olduğunu
sadaladıqca isə prokurorun “ayağının altından yer qaçır”. Həkimi məğlub etmək istəyərkən özü
məğlub vəziyyətə düşür.O özü “pis” insan olduğunu dərk edir və çıxış yolunu işdən çıxıb Bakıya
getməkdə,müəllimini tapıb dərdini ona danışmaqda görür.Onu diqqətlə dinləyən müəllimi ona “Hüquq
və etiraf” adlı bir dissertasiya işi yazmağı məsləhət görür.Bu mövzunu müvəffəqiyyətlə yazan Bahadır
həmin kitabı öz həyat müəlliminə--həkim Cahangirə həsr edir.Sonda məlum olur ki,həkimin
yubileyində iştirak etməkdə bu inadcıl insanın məqsədi kitabını öz müəlliminə təqdim
etməkdir...Bütün bunlar çox dolğun təsvir olunmuşdur və indi də əsəri oxuyub başa çıxan oxucunun
qəlbində silinməz izlər buraxmaqdadır.`
Bəxtiyar Vahabzadənin Etiraf poeması insanın bütün əməllərinin toplandığı “Vicdan torbasına”
nəzər yetirib özünə başqasının gözü ilə baxmağı,əyrini düzdən seçərək özünü mühakimə edib mənliyin
rahatladıcısı olan “Etiraf zirvəsinə” qalxmağı təklif edir.
KUMUK TÜRKLƏRİNDƏ DASTAN
(Türk dastan ənənəsi və kumuk dastan yaradıcılığı)
Ramazan TOMAY
Qafqaz Üniversiteti
ramtomay@hotmail.com
AZƏRBAYCAN
Türk xalqlarının yaratdığı böyük mədəniyyətdə mühüm bir hissəni dastan yaradıcılığı tutur.
Məlum olduğu kimi, tarixin çox dərin qatlarından süzülüb gələn zəngin həyat tərzi, cahanşümül
dövlət ideyası, makro və mikrokosmik düşüncə susistemi müxtəlif səviyyələrdə fundamental
mədəniyyətin yaranışına hesablanmışdı. “Yaradılış”, “Şu”, “Ərqənəkon”, “Boz qurd”, “Köç”,
“Törəyiş”, “Oğuz Kağan”, “Kitabi-Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Uralbatır”, “Edige”,
“Corabatır”, “Koroğlu” və s. bu mədəniyyətin hadisəsi olaraq ayrı-ayrı tarixi mərhələlərin mahiyyətini
özündə ehtiva edir. Məhz bu səbəbdən də bu nümunələrin hər birinə sadəcə olaraq bədiilik anlamında
yanaşmaq çox azdır. Daha doğrusu, dastan spesifikasının dərkinə və açımına kölgə salmaq kimidir.
Onu da əlavə edək ki, türk dastan yaradıcılığı bir bütöv olaraq ilkin təsəvvürlərdən bu yana olan
böyük zamanları və təsəvvürləri ifadə etmək kimi ciddi məsələyə xidmət edir. Son dövrün təhlilləri,
elmi-nəzəri kontekstdə aparılan araşdırmalar bizə daha əhatəli, həm də mahiyyətəyönəlikli məsələlər
müstəvisində yanaşmanı zəruri edir. Qazaxların, qırğızların, özbəklərin, başqırdların, qaraqalpaqların,
kırımtatarların, azərbaycanlıların zəngin dastan yaradıcılığı və dünya dastan ənənəsi bizə əsas verir ki,
ciddi paralellər aparaq, tipoloji müstəvidə bu hadisələrin mahiyyətini müəyyənləşdirək. Kumukların
zəngin dastan yaradıcılığı da bu sıradadır. Məlum olduğu kimi kumuk mədəniyyəti türk mədəniyyəti
çevrəsində mühüm, həm də vacib elementlərlə dolu olan bir laydır. Zəngin folklor arsenalı aparılmış
təhlillərə daha geniş müstəvidə, dinamik imkişafın doğurduğu zərurət səviyyəsində yanaşmaları
aktuallaşdırır. Əfsanə, nağıl, rəvayət, lətifə, atalar sözü və məsəllər, nəğmələr, inam və etiqadlar
xalqın təsəvvürlər sisteminin daha dərin qatlarına diqqət yetirməyi gərəkli edir. Çünki hər bir folklor
nümunəsi özündə bədiilik elementləri ilə yanaşı,zəngin etnos yaddaşını, tarixi, arxaik mədəniyyətin
konstruktiv modellərini özündə ehtiva edir. Kumuk dastanları da bu sıradadır. “Bozigid”, “Tahir və
Zöhrə”, “Amintaza”, “Xatami-Taini xabari”, “Yusuf Alayi salam”, “Əsli və Kərəm”, “Aşıq Qərib”,
“İsgəndərin barıları”, “Leyli və Məcnun”, “Şan qızı dastanı”, “Hüseynin xəbəri” və s. nümunələr
dastan ənənəsinin spesifikasını, mahiyyətində hansı düşüncənin sxem konstruksiyasının olduğunu
aydınlaşdırmağı gərəkli edir. Görkəmli ədəbiyyatşünas alim K.Sultanov yazır: “Hər xalqın öz
folkkloru var. Kumukların da öz folkloru vardır. Folklor xalqın söz xəzinəsidir. Başqa xalqlar kimi
kumuklar da öz folklorunu yüz illər boyunca qoruyub artırmış, gələcək nəsillərə çatdırmağa
çalışmışdır”.Dastan yaradıcılığı da belədir. Fakt olaraq türk xalqlarının yaratdığı dastanlar özünün
əhatəliliyi və imkanlılığı ilə səciyyələnir.
Hətta türk dastançılığında süjet və hadisələrin ortaqlığı məsələsi dastan təfəkküründə daha
çoxluqla görünən və paralel araşdırmalara zərurət doğuran məsələdir. Məsələ, “Tahir və Zöhrə”, Əsli
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1372
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
və Kərəm”, “Aşıq Qərib”, “Leyli və Məcnun”, “Yusif və Züleyxa”, “Əmrah”, “Arzu və Qənbər”,
“Koroğlu” və s. dastan nümunələri var ki,türk xalqları üçün özlüyündə bir ortaqlıq nümayiş etdirir.
Məlum olduğu kimi, “ortaq türk dastanlarının tipoloji cəhətlərinin tədqiq olunması folklorşünaslığın
tarixində yeni deyil. Lakin bu ortaqlığın səbəbləri fərqli şəkildə izah edilmişdir”. Doğurdan da, türk
dastan yaradıcılığında ortaqlıq məsələlərinin konseptual təhlili bir sıra istiqamətlərin ciddi nəzərə
alınmasını gərəkli edir. Burada ən birincisi etnosların genetik yaddaşında olan düşüncə və mədəniyyət,
məişət, həyat təsəvvürlərinin eyniyyətliliyidir. Elə ilk olan və ən önəmli xarakter daşıyan da budur.
Qalanlar bundan sonra gələnlərdir. Son dövr, sovetlər imperiyasının dağılmasından sonra bu sahədə,
ümumiyyətlə mədəniyyətlərin və etnos dəyərlərinin tipoloji təhlili önəmli məsələ kimi diqqəti cəlb
etdi. Məlum olduğu kimi, xalqlar tarixi inkişaf prosesində dinamik düşüncənin parametrlərinə
üstünlük verməklə bütün münasibət və təsəvvürlərini mental dəyərlərə, onun qorunuşuna
hesablayırlar. Mif-dastan münasibətləri, sakral düşüncədə mütəmadi olaraq qorunan və gələcəyə
daşınan formullar, təsəvvür mexanizmləri arxetiplərin zaman-zaman gərəkliliyini aktuallaşdırır. Məhz
“Tahir və Zöhrə”nin, “Aşıq Qərib”in, “Arzu və Qənbər”in, “Yusif və Züleyxa”nın, eləcə də bu sıradan
olan dastanların bir bütöv olaraq ayrı-ayrı türk ellərini dolaşması və ümumi mahiyyəti ilə, nə qədər
fərqliliklərinə baxmayaraq, eyni çevrənin hadisəsi təsiri bağışlaması yaddaş mühafizəkarlığından
xəbər verir. “Türkün mənəvi dünyasını əks etdirən bədii nümunələr həm də onun alplıq dünyasını
əksidir”. Məsələyə bu prizmadan baxanda epik mədəniyyət davamlı proses olaraq türkün tarixi ilə
birgə addımlayır və bu prosesin ilkin mərhələsi ilə müasir durumdakı vəziyyət arasında təkrarlanan
formul, mədəniyyət birxətli görünür. Məlum olduğu kimi, Oğuznamələr epik yaradıcılıq hadisəsidir.
Tarixin müxtəlif mərhələlərinin fakt və hadisələrini ifadə etmək baxımından yanaşsaq burada arxaik
düşüncədən gələn elementlər kifayət qədərdir. Ancaq məsələyə diqqət yetirdikdə digər bir tərəf göz
önündə canlanır. Bu da Oğuznamələrin özünün də konkret bir zamanla bağlanması və həmin zamana
hesablanmış təsəvvürü ifadə etməsidir. Ona görə də türk dastan yaradıcılığı vahid təsəvvürlər
kompleksinin hadisəsi olaraq qorunuşa, bütün təsəvvürlərin birləşdirici tərəflərinin çoxluğuna
yüklüdü.
Kumuk dastan yaradıcılığı türk dastan düşüncəsindəki ortaqlığın ifadəsi olaraq təkcə hansısa
mövzunun, dastan nümunələrinin təkrarlanması ilə səciyyələnmir, həm də müxtəlif səviyyəli bədiilik
elementlərinin işləkliyi ilə maraq doğurur. Ozanlar, aşıqlar, baxşılar ,akınlar və bu silsilədən olan
sənətkarlar el-el türk diyarlarını gəzməklə bu mədəniyyətin davamlı olaraq qorunuşu kimi bir vəzifəni
yerinə yetirmişlər. Kumuk ədəbi-nəzəri fikrinin görkəmli nümayəndələri Q.Orazayev və S.Akbiev
A.Akayevin “Payxamarnu yolu bulan” kitabına yazdığı ön sözdə bu kimi məsələlərə diqqət yetirmiş
və maraqlı mülahizələr irəli sürmüşdür. “Hər xalqın yaşamında onda ruh yaradan və əsrlər boyu
unudulmayan əhvalatlar var” . Kumukların dastan yaradıcılığı da məhz bu zənginliklərin, şifahi
ənənədə yaddaş faktlarının, arxetiplərin qorunuşu və yaşamı baxımından lazımı qədər fakt bolluğu ilə
xarakterizə olunur.
Dastan formatından, bütünlükdə strukturunda gedən proseslərdən aslı olmayaraq türk
düşüncəsində eyni məzmunu, etnosun mahiyyətini, tarixini, mədəniyyət fondunun əhatəliliyini
aşılayır. Ona görə də türk dastan yaradıcılığı müxtəlif istiqamətlərdə tipoloji kontekstdə daha ciddi
araşdırmaları zəruri edir və kumukların dastan yaradıcılığındakı zənginliyi bir istiqamət olaraq
aydınlaşdırmağı vacib məsələ kimi aktuallaşdırır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1373
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
PROCEEDINGS
SECTION IV
PHILOLOGICAL SCIENCES
Pedagogy and Psichology
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1374
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
PEDAQOGİKA
SOME ASPECTS OF FORMATION OF SCIENTIFIC OUTLOOK OF
STUDENTS IN HIGHER EDUCATIONAL INSTITUTIONS
Irina ZHOVTONIZHKO
The National University of Pharmacy
irina00dom@mail.ru
UKRAINE
Gulnar NURADDINLI
V. N. Karazin Kharkiv National University
giulnar2492@gmail.com
UKRAINE
One of the main problems of modern education is the problem of spiritual, economic, cultural and
ideological attitudes of youth. At this stage of development of our country there’s a change of ideas
and views, because modern society requires not only highly skilled people but first of all well-
mannered, ideologically mature, educated people in every sense of the word. Therefore the problem of
formation of scientific outlook of students in higher educational institutions is very actual today. Also
the scientists as L. Butenko, V. Gorashchuk, N. Evtukh, Yu. Kryanev, L. Molosova, L. Potanyuk and
others were engaged in a problem of formation of outlook of the personality and education of youth in
recent years.
In scientific and pedagogical literature the concept of “worldview” is considered differently. In
particular, B. Likhachev notes that the scientific worldview makes the combination of concrete
historical meaningful views of the world, science-based beliefs about the laws of nature and society,
the socio-economic system that provides a proactive stance identity. According to V. Sukhomlinsky,
outlook contains “not only a system of views on the world, which dominates in this society, but also a
subjective attitude of the person, which is determined in his thoughts, feelings, freedom, activities”.
On the basis of the analysis of scientific and pedagogical literature, we note that a person’s
worldview composes an integrated system of knowledge, views and ideas of the person about the
world, moral, spiritual and aesthetic values, affecting a person’s behavior, a way of self-consciousness
and self-determination of the person, awareness out its vital functions, its meaning and importance for
the world and himself.
Taking into account the views of the leading educators the main functions of worldview include
the functions such as instructive (scientific outlook allows a person to correctly understand the world,
helps to get rid of social, political prejudices and survivals); educational (adopted attitudes and beliefs
require that the person targeted self-confidence of certain moral and educational qualities, aesthetic
tastes, and so on.); developing (the inner spiritual work on improving the person’s own world of
thought promotes vigorous thinking activity); organizational (acts outlook starting point in the
practical work of the people); predictive (realized in scientific and theoretical, and practical
understanding of social development trends).
It should be noted that formation of scientific outlook occurs not in the abstract human, but in
particular a real person, individuality. Therefore this process must be organized in such a way that a
rational, sensual and volitional components were in harmonious complementarity, mutual enrichment
that it promoted formation of creative personality of future specialist, who could help and defend his
point of view, culturally engage in dialogue with colleagues, could be responsible for the results of his
activities. Modern higher educational institutions use a variety of forms of training and professional
activities, aimed at the formation of a scientific outlook of future specialists.
In our opinion, for a more effective formation of student’s scientific outlook is necessary to
adhere to the following conditions: the study of phenomena processes, objects, that surround students
in their daily lives as a multilateral, multifaceted phenomena; the transfer of emphasis on the
formation of creative abilities of students by reducing the proportion of reproductive activity;
knowledge accounting that students get outside the classes from different sources; the use of active
forms of training.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1375
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
As is known, higher educational institutions are practicing various models of the educational
process. We propose such a model of organization of education which includes the following steps:
- formation of students’ learning motivation and positive attitude to it;
- mastering the new information, which is a cognitive activity of students, aimed at mastering
new knowledge and ways of learning activities;
- reproduction of the acquired material by students;
- formation of skills and abilities in standard and new conditions;
- generalization of the knowledge, skills and abilities of students;
- productive cognitive activity of students for the formation of knowledge, abilities and skills on
the creative level.
Based on the analysis of the results of implementation of the proposed model in the educational
process of higher educational institutions, it can be argued that implementation of this model in the
educational process of higher school promotes the effective formation of a high-level worldview of
future specialists, as well as creation a foundation of deep meaning of life.
MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN AİLƏDƏ MÜASİR
TEXNOLOGİYALARDAN İSTİFADƏSİNƏ RƏHBƏRLİK
Nigar İSMAYILOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
niay.83@mail.ru
AZƏRBAYCAN
Tərbiyə bütün dövrlərdə mahiyyəti, aktuallığı ilə seçilən bir prosesdir. Buna görə də insanın hansı
yaş dövründə olmasına baxmayaraq, tərbiyə həmişə mövcuddur. Tərbiyə işinin bütün təhsil
pillələrində aparılması vacib və mühüm məsələdir. Bu baxımdan məktəbəqədər yaş pilləsi xüsusilə
seçilir. Bu dövrdə uşaqların tərbiyəsi, onların mənfi təsirlərdən qorunması valideynlərin diqqət etməli
olduğu məsələlərdən biridir. Müasir dövrdə məktəbəqədər yaşlı uşaqların ailədə müasir
texnologiyalardan istifadəsinə mütləq nəzarət olunmalıdır. Televizor, mobil telefon, kompüter və s.dən
istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməlidir.
Uşaqlar televizora baxmağa həvəs göstərirlər. Texnologiyalardan istifadənin yaşa görə hansı
təsirləri var? Bu barədə mütəxəssislərin konkret fikirləri vardır.
Dostları ilə paylaş: |