IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1349
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
“Birçoklarının ağzında moderne çevrilen modern deyimi, Mürsel’in en çok kullandığı sözdü.
Bununla birlikte Hanife, değil İstanbul’da hatta köyde bile bu deyimi çok işitmişti. Fakat kişiye göre
anlamı tamamen değiştiği için ne demek olduğunu anlamak güçtü. Kıyafet, içki, hayvan bakımı,
radyo, ekim, özet olarak her şey için bu deyim kullanılıyordu.”(Adıvar, 1977: 158)
Modernlikle birlikte Batı’dan gelen özgürlük, demokrasi, kadın hakları gibi kavramların da tam
olarak anlaşılmadığına dikkat çeken Halide Edip, gerçek modernleşmenin ne olduğunu Zeyno’nun
Oğlu romanında roman kişilerinin birinin ağzından aktarıyor.
“Bu azizim Hasan, hiç elle tutulan, görülür bir şey değil. Asriliğin ne meslekle, ne kıyafetle, ne
de yaşayışla bir ilişkisi var. Bu yarının dünyasının, insanlığını düzenleyecek ülkünün sahipleri.
Dünyanın bugünkü görünüşüne kulak asma. Sırf bir değişim çağı. Değişim çağının kargaşalığından
faydalanmaya çalışan dünün döküntüleri bir takım becerikli, gözü açık, yaygaracı insanların ortasında
egemen görünüyorlar. Dünün çöken dünyasını biraz daha ayakta tutmak, dağılan sofrasında biraz daha
kalıp, yemek ve içmek için keyiflerine göre ad veriyorlar. Bunlar geçici ve hastalıklı çabalar. Aslında
ben dünyada yeni ve eski diye birşey tanımıyorum. Her zaman kuranla yıkan, iyi ile fena, çirkin ile
güzel arasında bir didişme görüyorum...”(Adıvar, 1973: 190-191).
Netice olarak Halide Edip Adıvar’ın romanlarında toplumsal alanda eleştirdiği yanlış
Batılılaşmanın üzerinde dururken en keskin çizgilerle ve en derli toplu biçiminde çizilmiştir. Ayrıca
toplumsal alanda eleştirdiği yanlış Batılılaşmayı göz attığımızda, bir kadın yazar olarak
toplumumuzdaki önemli aksaklıkları açıkça ortaya koymaktan çekinmediği dikkat çekiyor.
Günümüzde de Halide Edip Adıvar’ın romanlarını göz önünde aldığımızda halen etkisinin devam
ettiği anlaşılıyor. Bu durumda biz günümüzde de sallanıp, yuvarlanmayı sürdürüyoruz gibi geliyor.
NAZİM HİKMƏT ŞEİRLƏRİNDƏ VƏTƏN HƏSRƏTİ
Günel ƏHMƏDOVA
Bakı Slavyan Universiteti
gunel0497@gmail.com
AZƏRBAYCAN
Türk dünyasının ən görkəmli şairlərindən biri Nazim Hikmət Ran (1902-1963) olmuşdur. Onun
şeirləri sağlığında vətənində layiq olduğu dəyəri görməmişdir. Kommunist ideologiyasını dəstəkləyən
Nazim Hikmət siyasi əqidəsinə görə təqib edilmiş, əsərləri qadağan edilmiş, İstanbul, Ankara, Çankırı
və Bursa həbsxanalarında 12 ildən artıq cəza çəkmişdir. 1951-ci ildə Türkiyə vətəndaşlığından
çıxarılmış, yalnız ölümündən 46 il sonra bu qərar ləğv edilmişdir.
Nazim Hikmət uzun müddət vətənindən ayrı qalmış, Moskvada və digər şəhərlərdə yaşamışdır.
Buna görə də onun bir çox şeirlərində vətən həsrəti duyulur. “Şeirimin kökləri yurdumun
torpaqlarındadır” deyən şair vətəninə böyük bir məhəbbətlə bağlıdır və ondan ayrılmaq şairi dərindən
yaralamışdır. Şair şeirlərinin bir çoxunda bu həsrətini, kədərini əks etdirmişdir.
Vətəninin azadlığını, heç bir dövlətdən asılı olmamasını istəyən Nazim Hikmət siyasi fikirlərinə
görə vətən xaini adlandırılmışdır. Bir Ankara qəzetində onun haqqında yazılanlardan çox qəzəblənən
şair öz hislərini şeirlə ifadə etmişdir. Bu qəzetdə Nazim Hikmət “Amerika imperializminin
yarımmüstəmləkəsiyik” ifadəsinə görə tənqid olunmuşdur. Şair bu haqda “Vətən xaini” adlı şeirini
yazmışdır:
“Nazim Hikmət vətən xainliyinə davam edir hələ də”
Əvət, vətən xainiyəm, siz vətənsevərsiniz, siz yurdsevərsinizsə
mən yurd xainiyəm, mən vətən xainiyəm.
Vətən mal-mülkünüzdürsə,
qazanclarınızın və çek dəftərlərinizin içindədirsə vətən,
vətən küçə boyu yollarda gəbərməkdirsə aclıqdan,
vətən soyuqda it kimi titrəmək və istidən qıvranmaqdırsa yayda
Fabrikalarınızda al qanımızı içməksə vətən,
vətən dırnaqlarıysa ağalarınızın,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1350
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
vətən polis dəyənəyiysə,
rüşvətləriniz, maaşlarınızdırsa vətən,
vətən Amerikanın üsləri,
Amerikan bombası,
Amerikan donanması, topuysa,
vətən, qurtulmamaqsa qoxumuş qaranlığımızdan,
onda vətən xainiyəm.
Burada bir çox məsələlərə toxunan şair onu vətən xaini adlandıranların tutduğu əməlləri ifşa edir
və onları tənqid hədəfinə çevirir. Vətənin mal-mülk, qazanc, çek dəftərləri, rüşvətlər, maaşlar
olmadığını göstərmək istəyən şairi tənqid edənlər onun dediklərini başa düşmək belə istəmirdilər.
Qürbətdə olarkən yazdığı bu şeirində şairin vətən sevgisi və vətən həsrəti aydın şəkildə əks
olunmuşdur.
Nazimin vətən həsrətini 1961-ci ildə Şərqi Berlində olarkən qələmə aldığı “Avtobioqrafiya”
şeirində də görmək olar. Bu şeirdə həyatından bir çox faktları paylaşan şair onu mənəvi olaraq
sarsıdan hadisələri bu sözlərlə ifadə etmişdir:
Kimi insan otların, kimi insan balıqların çeşidini bilir,
mən ayrılıqların
kimi insan əzbərə sayar ulduzların adını,
mən həsrətlərin.
Həbslərdə də yatdım, böyük otellərdə də
aclıq çəkdim, aclıq qrevi də və dadmadığım yemək yox kimidir.
Şeirdə onu dərindən yaralayan məqamlardan birini belə əks etdirmişdir:
Yazılarım otuz-qırx dildə basılır,
Türkiyəmdə türkcəmlə yasaq.
Doğma yurdunda da yazılarının oxunmasını istəyən şairi bu yazıların yasaqlanması çox
kədərləndirmişdir.
Nazim Hikmətin 1931-ci ildə yazdığı “Vida” şeirində vətəndən ayrılacağına kədərlənən şair bir
gün yenidən doğma yurduna qayıdacağına ümid bəsləyir:
Yenə görüşərik,
dostlarım mənim,
yenə görüşərik...
Bərabər Günəşə gülər,
Bərabər döyüşərik...
“Praqada bir araba keçir” adlı şeirində əsas məqsəd Praqanın təsviri deyil, şairin mühacirlik
dərdinin ifadəsidir:
Praqada bir araba keçir
Təkatlı bir yük arabası
yəhudi məzarlığının önündən.
Bir başqa şəhrin həsrətiylə yüklü araba.
arabaçı mən...
Praqada yəhudi məzarlığında
Səssiz-nəfəssiz ölüm
Mühacirlik ölümdən betər
ay gülüm, ah gülüm...
Buradan da görmək olar ki, şair harada olursa-olsun öz vətənini düşünür və vətəndən ayrı olmağı
ölümdən betər hesab edir.
Nazim Hikmətin 1957-ci ildə Varna şəhərində olarkən qələmə aldığı “Sofiyadan” şeirində də
şairin vətən sevgisi və vətən həsrəti əks olunmuşdur:
Doğulduğun şəhər qardaş evim bu gün,
Amma öz evin qardaş evində də unudulmur.
Bu qəriblik çox zülüm işdi, çox zülüm.
Bu şeirdə insanın harada olmasından asılı olmayaraq həmişə öz evindən, öz vətənindən ötrü
darıxması ifadə olunmuşdur. Qəribliyi zülmə bənzədən şair qardaş evində olsa da, öz evini unutmur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1351
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
“Məmləkətim haqqında” şeirində vətəndən qalan xatirələrdən danışır. Bu xatirələr onun
ayaqqabısında, papağında, pencəyində deyil, saçlarının ağında, ürəyinin infarktında, alnının
qırışlarında, bir sözlə şairin özündə, onun ürəyinin dərinliklərində qalmışdır:
Məmləkətim, məmləkətim, məmləkətim!
Nə səndə tikilən papağım qaldı,
Nə yollarını ölçmüş ayaqqabım.
Şilə malı, son pencəyim
köhnəldi, düşdü çiynimdən.
Sən indi qalmısan ancaq
saçlarımın ağında,
ürəyimin infarktında,
Alnımın qırışlarındasan, məmləkətim!
Məmləkətim, məmləkətim!
Vətəndən ayrı qalmağın çətinliyini ifadə edən şairin “Qarlı qayın ormanında” adlı şeirindəki bu
bənd diqqətəlayiqdir:
Məmləkətmi, ulduzlarmı,
Gəncliyimmi daha uzaq?
Qayınların arasında
Bir pəncərə, sarı, sıcaq.
Məmləkətin indi ona çox uzaq olduğunu qeyd edən şair bunu dərin ürək ağrısı ilə ifadə edir.
Çünki o, heç vaxt vətəndən ayrı olmaqla razılaşa bilmir.
“Ceviz ağacı” şeirində İstanbula toxunmaq, onu seyr etmək, İstanbulda olmaq istəyən şair
ürəyinin yüz min ürək kimi çarpdığını qeyd edir:
Yarpaqlarım əllərimdir, tam yüz min əlim var,
Yüz min əllə toxunuram sənə, İstanbula.
Yarpaqlarım gözlərimdir, şaşaraq baxıram
Yüz min gözlə seyr edirəm səni, İstanbulu.
Yüz min ürək kimi çarpar, çarpar yarpaqlarım.
Ürəyi İstanbul həsrəti ilə çırpınan Nazim Hikmət “David Oystraxa məktub” şeirində İstanbula
gedən David Oystraxı qısqandığını ifadə etmişdir:
İstanbula getmisiniz.
Konsert verməyə.
...Siz qısqandığım yeganə adamsınız, ustad!
“Məktub” şeirində hara getsə də, həsrətini də özü ilə apardığını söyləmişdir:
Sevgilim, sənin məkanın olan
və hara sürgün edilsəm, hansı dustaqxanada yatsam,
kürəyimdə, torbamın içində götürdüyüm
və övlad həsrəti kimi ürəyimdə
sənin xəyalın kimi gözlərimdə daşıdığım şəhər...
Varnada olarkən oğluna yazdığı “Məməd” şeirində də vətəndən, oğlundan uzaqda olan şair oğul
həsrətini əks etdirmişdir:
Qarşı yalı məmləkət,
səslənirəm Varnadan:
eşidirsənmi Məməd, Məməd?
Qara dəniz axır durmadan,
dəli həsrət, dəli həsrət
Oğlum, sənə səslənirəm
eşidirmisən,
Məməd, Məməd?
Bu şeirdə öz əksini tapan oğul həsrəti şairin digər bir şeiri olan “Oğlum şəkillərdə böyüyür”
şeirində geniş şəkildə təsvir edilmişdir. Nazim Hikmət həsrəti “ürəyinə sancılmış bıçaq” adlandırmış
və bu həsrəti belə ifadə etmişdir:
İçimdə ağrısı var meyvəsi qoparılmış bir budağın,
getməz gözümdən xəyalı Halicə enən yolun,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1352
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
iki gözlü bir bıçaqdır ürəyimə sancılmış
övlad həsrəti ilə həsrəti İstambulun.
Həyat yoldaşından ötrü də nigaran olan şair qürbətdə olarkən yalnız həyat yoldaşı, oğlu və
məmləkətini düşündüyünü söyləmiş və bu fikirlərini “Münəvvərə məktub yazdım, dedim ki” şeirində
bu misralarla ifadə etmişdir:
Ancaq səni düşündüm, şabalıd ağacı altında.
Ancaq səni, yəni Məmədi,
Ancaq səninlə Məmədi, yəni məmləkəti.
“Yaşamaq haqqında” şeirində həyatdakı müxtəlif məsələlərə toxunan şair öz həyatı haqqında
məlumatları da burada qeyd etmişdir:
Tutaq ki, həbsxanadayıq,
yaşımızda əlliyə yaxın.
Dəmir qapının açılmasına
hələ on səkkiz il var.
Yenə də bir yaşayacağıq.
Oranın insanı, heyvanı, savaşı ilə,
ordakı həyatın səsi ilə
bərabər yaşayacağıq.
Burada həbsxanada olmasından bəhs edən şair “bayırdakı insanlarla bir yaşayacağını” ifadə
etmişdir.
“Vəsiyyət” şeirində “qurtuluşdan öncə ölərsəm, Anadoluda bir köy məzarlığına gömün məni”
deyən, ürəyi vətən həsrəti ilə yanan şair bu istəyinə də nail ola bilməmişdir və məzarı da Anadoluda
deyil, Moskvadadır.
BƏDİİ ƏSƏRLƏRLƏ ƏXLAQ TƏRBİYƏSİ
Gülşən BƏŞİROVA
AZƏRBAYCAN
Bədii əsərlərlə əxlaq tərbiyəsi dedikdə nəsr, dram əsərləri, habelə poeziya nümunələrilə tərbiyə
nəzərdə tutulur. Bədii əsərlərdə əxlaq tərbiyəsi üçün istənilən qədər material vardır. Onlardan düzgün
istifadə etməklə gənclərin əxlaq tərbiyəsi işini uğurla həyata keçirmək mümkündür. Belə ki, bu bədii
əsərləri oxuyub öyrənən gənclər öz xalqının həyat tərzini, mədəni səviyyəsini, azadlıq mübarizəsini,
həmin əsərlərdə aid olduğu dövrün geniş mənzərəsini görür. "Beləliklə, ədəbiyyat mənsub olduğu
xalqın ayrı-ayrı dövrlərdəki həyat tərzini, mədəni səviyyəsini, adət-ənənəsini, azadlıq uğrunda apardığı
mübarizəsini əks etdirir" (2, 98).
Gənclər sevdikləri qəhrəmanların həyatı ilə yaşayır, özlərini onlara oxşatmağa çalışırlar. Belə
əsərlər həm də onların həyatını asanlaşdırır və çətinliklərin öhdəsindən gəlməkdə köməklik edir.
Müsbət obrazlar oxucunu xeyirxahlığa səsləyir və nəcibləşdirir.
Hər bir şəxsin yiyələndiyi əxlaqi keyfiyyətlər o zaman davamlı olur ki, öyrəndiyi bədii
əsərlərdəki obrazın hər hansı bir əxlaqi cəhətini sevib qiymətləndirməyi bacarsın. Bu cəhətdən:
"Əxlaqi hisslərə bilavasitə ədəbi əsər təsir etməlidir və ədəbi əsərin əxlaqa olan bu təsiri çox böyükdür.
O bədii əsər əxlaqi sayılır ki, insanı həmin əsərdə ifadə olunan əxlaqi hərəkəti, əxlaqi hissi, əxlaqi fikri
sevməyə məcbur etsin. Bundan əlavə, gözəllikdən həqiqi zövq almaq öz-özlüyündə elə əxlaqi hisslərin
mənbəyidir. Quru nəsihət isə heç bir kömək göstərməz, əksinə ona ziyan vurar" (4, 140).
Təcrübə göstərir ki, uşaqlar bədii əsərlərdəki maraqlı hadisələrdən zövq alır, bu təsirlərdən xoş
niyyətlər və gözəl arzularla yaşayır, həyatdakı yaxşılıqları izləyir, pisliklərdən uzaqlaşırlar.Asan başa
düşülən, sadə və aydın dildə yazılmış bədii əsərləri sevə-sevə oxuyur, mücərrəd və çətin başa düşülən
sözlərdən qaçır, rəvayətlərə və nağıllara üstünlük verirlər. "...uşağa surətlər, rənglər, səslər lazımdır.
Uşaq mücərrəd ideyaları sevmir, ona tarixcələr, rəvayətlər, hekayələr, nağıllar lazımdır" (1,132).
Bədii əsərlərdə söz fikri çatdıran əsas vasitədir. Buna görə də hər bir gənc sözün gücünü,
sanbalını başa düşməli və onu layiqincə qiymətləndirməyi bacarmalıdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1353
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bədii əsərlər ədəbi qəhrəmanların mənəviyyatını açır, onların nə kimi keyfiyyətlərə malik olduğu-
nu aşkarlayır. Bu da ona kömək edir ki, insanlar özlərini oxuduqları əsərlərin qəhrəmanları ilə müqa-
yisə etsin, obrazların müsbət cəhətlərini mənimsəməklə əxlaqını və mənəviyyatını zənginləşdirə bilsin.
Bədii əsərlərdə təsvir olunan hadisələrin mərkəzində insan durur. Onun amalı, arzuları, dilək və
idealları bədii əsərlərin ana xəttini təşkil edir. Bu həyat insanı namusla, vicdanla yaşamağa ruhlandırır,
ona xeyirxahlıq öyrədir.
Bədii əsərlərdə müsbət surətlərin şəxsində vətənpərvərlik və beynəlmiləlçilik, əməyə məhəbbət,
sadəlik və təvazökarlıq, yoldaşlıq və dostluq, sözlə işin vəhdəti və s. təsvir edilir. Bu təsvir həyati və
inandırıcı olduqda əsil qüvvəsini itirmir, insanlarda quruculuğa həvəs yaradır, həyatın və yaşamağın
mənasını dərk etməyə kömək edir. Bütün bunlar da adamları fəallaşdırır, idealları uğrunda mübarizəyə
hazırlayır.
Müsbət obrazların həyatı xalqın həyatı və arzuları ilə vəhdət təşkil edir. Bu da qəhrəmanı
sevməkdə, qiymətləndirməkdə mühüm şərtdir, həmçinin, bədii əsərlərin tərbiyəvi cəhətlərini də
şərtləndirir.
Zahiri gözəllik heç zaman əsas ola bilməz. Bütün gözəlliklərin, habelə mənəviyyatın mənbəyi
əxlaqi gözəllikdə, əxlaqi hərəkətlərdə və Vətəni sevməkdədir. "İnsan hissləri içərisində ən ali, əbədi
və əzəli hiss, ictimai həyatın tərəqqi və inkişafına bir mühərrik kimi təkan verən amillərin ən mühümü
vətənpərvərlikdir" (2, 24)
Mübarizlik, həyata inam, insan səadəti naminə hər cür əzablara qatlaşmaq müsbət obrazların ən
səciyyəvi xüsusiyyətləridir.Azərbaycanın böyük mütəfəkkiri F.Köçərli deyirdi ki, əsl gözəllik surətdə
deyil, ağıl və kamalda, əxlaq və mənəviyyatdadır.
Hər bir şəxs özünün xarakter xüsusiyyətləri ilə fərqlənir. O, müxtəlif qabiliyyətlərə malikdir. Bu
qabiliyyətlərin bəzisi onda güclü, bəzisi isə zəif ola bilər. Beləliklə, fərdin öz potensial imkanlarını
dərk edib xalqına xeyir verə bilməsi üçün onun bütün qabiliyyətlərinin harmonik inkişafı lazımdır.
Bədii əsərlər qabiliyyətlərin belə inkişafı üçün zəruri material verə bilir və hər bir kəsin özünü
dərk etməsinə, öz qüvvəsinə inanmasına şərait yaratmaqla onu tərbiyə edər.Özünüdərk və özünə inam
yüksək bədii tələblərə cavab verən bədii əsərlər vasitəsilə həyata keçirilə bilər."Yalnız psixoloji
həqiqəti, yüksək ideya-siyasi tənqidi olan və bədii tələblərə cavab verən əsərlər gənc oxucuların
tərbiyəsinə ciddi təsir göstərə bilər" (3, 8).
Bədii əsərlər vasitəsilə əxlaq tərbiyəsində bu əsərlərin qəhrəmanlarının timsalında tərbiyə çox
zaman müsbət nəticələrə gətirib çıxarır.Bu zaman reallıqla romantizm arasındakı fərqlərə də diqqət
yetirilməsi vacibdir. Təcrübələr göstərir ki, uşaqlar o qəhrəmanları sevib qiymətləndirirlər ki, onlar
daha həyatidir, çətinliklərin öhdəsindən ləyaqətlə gəlməyi bacarırlar.
Əlbəttə, həqiqətlə daha çox səsləşən bədii əsərlərdəki həyati və parlaq obrazlar oxucuların
mənəviyyatını daha çox zənginləşdirir.Bu halda, bədii əsərlərin müsbət qəhrəmanlarının nümunəsində
təsdiq olunmuş həyat həqiqəti daha çox inandırıcı və cazibədar görünür.Buna görə də "... onun (gəncin
- G.B.) qəlbini mümkün qədər tam, düzgün və parlaq obrazlarla zənginləşdirmək lazımdır" (4, 168).
Əxlaqi keyfiyyətlər hər bir bədii əsərdə qəhrəmanların xarakterində, surətlərin bir-birinə
münasibətində və hərəkətlərində özünü göstərir. Göründüyü kimi, bədii əsərlərdən istifadə əxlaq
tərbiyəsinin imkanlarını genişləndirir ki, bu da ölkəmizdə əxlaq tərbiyəsi sahəsində qarşıya qoyulmuş
vəzifələrin yerinə yetirilməsinə şərait yaradır. Eyni zamanda, bədii əsərlərlə tərbiyə sahəsində
qazanılmış təcrübə əxlaq tərbiyəsi işini irəli aparmağa kömək edir.
Bədii əsərlər insanlara ailəsini daha artıq sevməyi, onu göz bəbəyi kimi qorumağı,
müqəddəsliyini himayə etməyi öyrədir.Ailə kiçik dövlət olduğundan qorunması çox vacibdir.
Bədii əsərlərin müsbət bir cəhəti də onun müasirliyi, zamanla səsləşməsi ilə bağlıdır.Bu mənada
Qarabağ müharibəsində igidliklər göstərmiş qəhrəmanlardan bəhs edən bədii əsərlər həmişə
müasirdir.Belə əsərlər bütün zamanlar üçündür. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun
həyatı bütün türk dünyası üçün fəxrdir. Mübariz haqqında hələ çox az yazılıb. Lakin onun həyat
yolunu, cəsurluğunu işıqlandıran bədii əsərlər yazılacaq, haqqında bədii və sənədli filmlər bundan
sonra da çəkiləcək, gənclərimiz onun yazdıqlarını həmişə xatırlayacaq və qəhrəmanlığını təkrar
edəcəklər.
Bədii əsərlərin öyrənilməsi gənclərin mənəviyyatını inkişaf etdirir, onları xeyirxah əməllərə
səsləyir. Eyni zamanda, bu əsərlər uşaqlarda əxlaqi ideyaları formalaşdırır.Belə əsərlərin dərindən
qavranılması və yüksək qiymətləndirilməsi həm də onların əxlaqının zənginliyi üçün vacibdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1354
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bədii əsərlər uşaqları inandırmaqla bərabər, onların dünyagörüşünün formalaşmasına təsir
göstərərək onların əxlaqi saflığı üçün xüsusi əhəmiyyət kəsb edir. Oxucular ətraf aləmdə baş verən
hadisələri dərk edir və qiymətləndirməyi bacarırlar.
Uşaqların mədəni davranış qaydalarına yiyələnməsində bədii əsərlərdə qiymətli məlumatlar
vardır.Çünki bədii əsərlərin əsas süjeti demək olar ki, münasibətlər üzərində qurulur. İnsan
münasibətlərində hisslər dünyası əks olunur, həyat həqiqətləri bütün çılpaqlığı ilə əks
etdirilir.Böyüyən, artan, qüvvətli və yenilməz həqiqətlər əhatəli və geniş əks olunur. Ona görə ki:
"Ədəbiyyat çətin insan münasibətlərini, əsas etibarilə qəlb təəssüratlarını, həm də həmişə xarici ifadəsi
olmayan və ona görə də az nəzərə çarpan hisslər dünyasını insanlara açır" (3, 48).
Gənc nəsildə əməyə məhəbbət, sadəlik və təvazökarlıq, yoldaşlıq və dostluq, özündən böyüklərə
hörmət, düzlük və doğruçuluq və s. kimi müsbət keyfiyyətlərin tərbiyəsi əxlaq tərbiyəsinin
mahiyyətini təşkil edir.
Düzgün tərbiyə gənclərdə müsbət əxlaqi keyfiyyətlərə təkan verir, onu istiqamətləndirir.Təlim-
tərbiyə prosesində uşaqların nələri özlərinin mənəvi adətlərinə çevirdikləri məlum olur.Ona görə də
tərbiyə zamanı hər bir şəxsin ətrafındakılarla münasibətləri nəzərə alınmalıdır.Burada konkret
hərəkətlər və həmin hərəkətlərin əxlaqi davranışda izlənilməsi, bunlardan nəticələr çıxarılması əxlaq
tərbiyəsini səmərəli həyata keçirməyə imkan verir.
Təcrübələr göstərir ki, gənclər əvvəlcə əxlaq normalarının vacibliyini qəbul etməlidir.Bundan
sonra isə bədii əsərlərdən mənimsədikləri onların əxlaq tərbiyəsinə təsir vasitəsinə çevriləcəkdir.
CODES OF CULTURE IS MAIN TERMS
OF LINGUACULTUROLOGY
GulomIsmailovMIRZAEVICH
Institute of Language and Literature of the Uzbekistan Academy of Sciences
gulom82@yahoo.com
ÖZBEKİSTAN
The problem of interaction of language and culture and the relationship onlyactively studied and
discussed in the humanities since the time of W. vonHumboldt study. This problem has become one of
the central problems for these rapidly developing areas of modern linguistic science as
ethnolinguistics, psycholinguistics, cognitive linguistics and linguaculturology.
The research is based on the analysis of some basic concepts of Central Asian culture, which
greatly influenced the semantic code of the Turkic languages. To belong to a culture is to belong to
roughly the same conceptual and linguistic universe, to know how concepts and ideas translate into
different languages, and how language can be interpreted to refer to or reference the world. First of all
it should be noted that the Central Asian languages belongs to the Turkic language group and has
much in common with Asian and Eastern cultures world picture. The paper deals with problems of
lingua-cultural (ethnolinguistical) approach to linguistics,of a human and his place in the culture in
every society, and also it is devoted to the problem ofcultural codes of the language and their
representation in the phraseologism of theTurkic languages. Main attention is paid to the elements of
culture, in particular, history, folklore, religious and ethnography ofthe Uzbek, Kazakh and
Karakalpak and its reflections to the phraseologisms are studied comparatively.
Phraseologisms are considered cultural layer of the every language, and the code of culture is
seen clearly exactly in this lexical units. Especially, phraseologisms can keep information about
national culture of people and also its components reflect itself the code of culture. So, we now turn to
one of the basic concepts of cultural linguistics -code of culture. In our study, we define what is meant
by cultural code in terms of a semiotic system, which are synthesized signs and meanings in natural
language. Code is a basic term of semiotics, the science of signs and sign systems. The code is
generated and performs its function in the culture. Since the code is a class of signs and rules for their
perusal interpreter code consistently associated with a particular culture, and he always stands in the
respective culture. Thus, code of culture is considered as a secondary system of semiotics and it can
|