2008-2009-cu dərs ilindən etibarən ibtidai siniflərin I siniflərində yeni kurikulumlar əsasında
hazırlanmış dərsliklərdən istifadə edilməyə başlanılmışdı. Bu iş prosesi müəllimlərdən yeni bilik,
bacarıq, yeni iş tərzi tələb edir, müəllimlərə yaradıcı, həssas olmağı tövsiyə edir.
Yeni dərsliklər əvvəlki dərsliklər nə ilə fərqlənir? Əvvəlki dərsliklərimizdə mümkün qədər çox
məlumatların yadda saxlanılmasına üstünlük verilirdi. Dərsliklərdə mövzuların əksəriyyətində
uşaqların təfəkkür və düşüncə tərzi, qabiliyyətini inkişaf etdirən məzmun yox idi. Yeni dərsliklər
şagirdlərin müstəqil tədqiqat aparmasına, düşünməsinə zəmin yaradır. Bu dərsliklərin məzmunu
şagirdləri düşündürücü, yönəldici tədqiqatçılığa və yaradıcılığa istiqamətləndirir. Necə deyərlər,
"Hafizə məktəbi" - "Təfəkkür məktəbi"nə çevrilir.
Fəal təlim müasir tədrisin başlıca vəzifələrindən biri olan öyrənməyi öyrətmək prinsipinə
yönələrək bilikləri müstəqil əldə etməyə imkan yaradır. Fəal təlimin nəticəsində biliklər şagirdlər
tərəfindən daha müstəqil, sərbəst qavranılır və mənimsənilir. Onlarda məntiqi, tənqidi və yaradıcı
təfəkkür, habelə problemlərin həlli və qərar qəbul edilməsi, nəzəri və praktik məsələlərin əlaqəli
qavrayışı üzrə vərdişlər, elmi-tədqiqat vərdişləri və geniş dünyagörüşü formalaşdırılır, qarşılıqlı
hörmət hissi və əməkdaşlıq vərdişləri aşılanır.
Dərslik komplektində fəndaxili və fənlərarası inteqrasiyanın olması çox vacibdir. Mövzuların
sistemləşdirilib qruplaşdırılmasında psixoloji, məzmun və məntiqi ardıcıllıq prinsiplərinə əməl
edilməlidir.
“Ümumi təhsil sistemində dərslik siyasəti” sənədinin 6.11-ci maddəsi dərsliklərdə tədrislə əlaqəsi
olmayan reklamları qadağan edir. Bunun əsas səbəblərindən biri də dövlət büdcəsi hesabına çox böyük
tirajla çap olunan və şagirdlər tərəfindən istifadə edilən dərsliklərdə hansısa özəl müəssisənin
məhsulunu yerləşdirib müəssisələr arasında ayrıseçkilik salmamaqdır. Dövlət büdcəsi təkcə dərslikdə
reklamı yerləşdirilən müəssisə və firmaların yox, həm də onların bazardakı rəqiblərin ödədiyi vergilər
hesabına formalaşır.
İbtidai sinif dərslikləri məzmun baxımından qüsurludurlar. Əlifbanın öyrədilməsi, oxu və yazı
texnikası bacarıqlarının mənimsənilməsi, qramatik qaydaların öyrədilməsi, dövlət rəmzləri, xalqımızın
dili, tarixi, mənəvi keyfiyyətləri, mədəniyyəti haqqında şagirdlərdə anlayışların yaradılması və təbliği
baxımından dərsliklərdə ciddi qüsurlara yol verilib. Bu qüsurların aradan qaldırılması üçün dərsliklər
peşəkarlar tərəfindən tənqid edilməlidir.
Fənlərarası inteqrasiyaya bir çox hallarda əməl edilməyib. Mətinlərin düzülüşündə sadədən
mürəkkəbə doğru təqdimat prinsipi pozulub. Təhsilin ibtidai sinif mərhələsində şagirdə zəruri
elementar dil qaydaları öyrədilməlidir ki, onun gələcək təhsilində və həyatında bu dil qaydalarının
praktiki əhəmiyyəti olsun. Dərslik şagirdə yol göstərməli, onun ilk “yoldaşı” olmalıdır.
İbtidai sinif mərhələsində istifadə olunan “Azərbaycan dili” dərsliklərində dil qaydalarının, nitq
bacarıqlarının və bunları əks etdirən mətinlərin, tapşırıqların həcm və məzmunun sadədən mürəkkəbə
doğru vahid struktur və inkişaf xətti pozulmuşdur. Dərsliklərdə olan qüsurlardan biri də şagirdin dil
qaydalarını hazır şəkildə mənimsəməsidir. Dərsliklərdəki materiallar dil qaydalarının səmərəli və
kurikulum tələblərinə uyğun şəkildə mərhələ-mərhələ, şagirdin özünün zehni fəaliyyətinin nəticəsi
olaraq açılmasına imkan vermir.
Şəxsiyyətyönümlü kurikulumlar həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə
fərqlənir. Şəxsiyyətyönümlü kurikuluma görə, insanın həyati fəaliyyətində lazım olacaq praktik
bacarıq və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətinin formalaşmasını ön plana
çəkilir.
Şagirdlərin görmə fəaliyyəti üçün daha münasib şəraitin yaradılması, onların tez yorulmamaları
üçün dərsliklərin hazırlanması zamanı istifad’ olunan dizayn elementlərinə, şriftlərin ölçülərinə, rəsm
və fotoların rəng çalarlarına xüsusi əhəmiyyət verilir. Beynəlxalq standartlar aşağı sinif dərsliklərində
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1386
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
şagird üçün nəzərdə tutulan mətnlərin ağ fonda qara düz şriflərlə çap olunması tələbini qoyur. Lakin
dərsliklərin çoxunda səhifələrdə mətnlər rəngli fonlar üzərində çap edilmiş, bir çox hallarda yağlı və
rəngli şriftlərdən istifadə edilmişdir. Bunlarda dərliklər üçün yolverilməzdir.
Beləliklə yeni dərslikləri kurrikulumların tələblərinə uyğun səviyyədə hazırlamaq üçün bir sıra
mühüm pedaqoji prinsiplərin gözlənilməsi zəruri hesab edilir. Bu prinsiplərə düzgünlük, əyanilik,
müasirlik, tamlıq, ardıcıllıq, inklüzivlik, oxunaqlılıq daxildir.
ПОСЛОВИЦЫ И ПОГОВОРКИ КАК ЗНАКИ
ЛОГИЧЕСКИ УНИВЕРСАЛЬНЫХ СИТУАЦИЙ
Кенуль ГЮЛАЛИЕВА
Бакинский Славянский Университет
israfilova1991@list.ru
АЗЕРБАЙДЖАН
Процесс коммуникации понимается как процесс обмена информацией, т.е. во время
совместной деятельности люди обмениваются между собой различными идеями, интересами,
чувствами. Стремление к налаживанию взаимоотношений – одно из первых инстинктивных
стремлений человека.
Трудно себе представить развитие человека, само существование индивида как личности,
его связь с обществом вне общения. Со словом общение связываются привычные
представления о контактах и отношениях людей друг с другом, о встречах с друзьями и
незнакомыми людьми, возникающих на почве профессиональных, любительских, творческих и
иных общих интересов.
Пословицы – это краткие, нередко ритмизованные изречения, представляющие собой
законченные предложения и выражающие определенные умозаключения. Они относятся к
речевым жанрам фольклора, так как не используются специально, а употребляются в
разговорной речи.
Пословицы чаще всего употребляются в совершенно конкретной ситуации, но не
обозначают ее отдельных элементов, а ставят всю ситуацию в связь с какой-либо общей или
общеизвестной закономерностью, которую они, собственно и выражают.
Конденсируя народный опыт, пословицы ориентированы своим содержанием почти
исключительно на человека – черты его характера, поступки, отношения в семье, коллективе и
обществе и т.п. Поэтому среди пословиц нетрудно выделить тематические группы – пословицы
о любви и дружбе, честности, лени, уме, а также пословицы, отражающие быт народа, хотя
четких границ между такими тематическими группами провести нельзя.
Способность пословиц и поговорок выполнять номинативно-характеризующую функцию
в речи и существование синтаксических факторов, поддерживающих номинативность паремий
и приглушающих их предикативность, позволяют относить паремии к числу специфических
вторичных языковых знаков.
В этом аспекте пословицы имеют общие с фразеологизмами черты – устойчивость
лексического состава, употребления, обладают свойством воспроизводимости. Однако они не
являются семантически целостными единицами, не эквивалентны слову. Иное дело поговорки.
Хотя многие поговорки и восходят к пословицам, они существенно отличаются от них.
Поговорки обладают не только устойчивым составом компонентов, но и смысловым
единством, смысловой целостностью, воспроизводимы, функционально близки к слову,
синтаксически нечленимы. Ср.: поговорку воду в ступе толочь «делать бесполезное или
бессмысленное дело» и пословицу Воду в ступе толочь – вода и будет; сюда же: тянуть лямку
«выполнять тяжелый и однообразный труд» и Тяни лямку, пока не выроют ямку; моя хата с
краю «меня это не касается, ко мне не имеет отношения». Поговорки разнообразны по
структуре. Они построены по моделям или словосочетаний, или предложений: на нет и суда
нет; око видит, да зуб неймёт; еду – не свищу, а наеду – не спущу; грех в мех, а сам вверх и др.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1387
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Таким образом, созданные в веках, переходя от поколения к поколению, пословицы и
поговорки поддерживали уклад народной жизни, крепили духовный и нравственный облик
народа. Это как заповеди народа, регламентирующие жизнь каждого простого человека.
ŞƏRQDƏ ELMİ DÜNYAGÖRÜŞƏ VERİLƏN DƏYƏR
Eminə ALKAN
Bakı Slavyan Universiteti
zambak1103@hotmail.com
AZƏRBAYCAN
Dünyagörüşü çox geniş anlamlı bir anlayışdır, müxtəlif baxışların, dəyərlərin, davranışların
toplusudur. Hər bir kəsin düşüncəsində yaranan mürəkkəb və bəsit nə varsa, dünyagörüşüdür. Hər bir
insanın, ya da cəmiyyətin intellektual, bilik və mədəni səviyyəsi nə qədər yüksəkdirsə, bir o qədər
onların dünyagörüşü əsaslı təməllərə arxalanır. Bu səviyyələr olmayanda isə, insanlar öz fikirlərini,
baxışlarını, həyat prinsiplərini əsaslandıra bilmir, fantaziyalara, mövhumatlara qapanıb, ziddiyətlərdən
çıxa bilmirlər. Eyni zamanda, dünyagörüşü təkcə düşüncə və biliklə deyil, həmdə emosiyalar üzərində
qurulur.
Elmi dünyagörüşü insanın fəal təmasda olduğu yalnız ayrı- ayrı hadisələr əsasında deyil, aləmin
mahiyyətini dərk etmək üçün irəli sürdüyü yüksək inkişaf etmiş ictimai praktikaya uyğun gələn ardıcıl
elmi- nəzəri təfəkkür əsasında meydana gəlir.
Elmi dünyagörüşü, elm, bilik, cəhalət, nadanlıq və s. anlayışlara aid müxtəlif tarixi dövrlərdə
söylənmiş ibrətamiz fikirlər çox maraqlıdır.
“Avesta”da elm və biliklərə yiyələnmək, xeyirxah olmaq əsas dini vəzifə hesab olunur. Bunlar isə
öz başlanğıcını 3 müqəddəs kəlamdan alır: xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl; İnsanların elmi
dünyagörüşlü olmasında, yüksək məqsədə çatmasında müəllimə böyük qiymət verilir. Pis müəllim
şüuru korlar, sözün mənasını çatdırmaz. Ağlın inkişafını dayandırar, təlim- tərbiyəni fəsada çevirər.
Nəticədə həyatın təbii axınına və gözəlliyinə zərər yetirər.
Məhəmməd peyğəmbər öz hədislərində elmi dünyagörüşünün əsasını təşkil edən elm haqqında
dəyərli sözlər söyləmişdir. O, alimləri dünyanın çırağı, peyğəmbərin varisi, axirətin nuru hesab edirdi.
Elmin fəzilətini, ibadətin fəzilətindən əfzəl sayır, bir saat elm öyrənməyi altmış illik ibadətdən üstün
sayırdı. Elmi beşikdən qəbrədək öyrənin, uşaqlıqda öyrənilən elm daş üstündə yazıya bənzər, elm
Çində də olsa onun dalınca gedin deyirdi.
“Qurani- Kərim”də deyilir, Allah insanı yaratmış, ona idrak vermiş, bütün kainatı ona tabe
etmişdir ki, Allahın yer üzündəki sirlərini aşkar etsin. Buna görə də insana elm və bilik lazımdır.
Elmin insanı kamilləşdirməsi üçün əsas şərt biliklə əməlin uyğunluğudur. Əməlsiz elm və elmsiz əməl
faydasızdır. Quran bütün gücü ilə biliksizliyə qarşı çıxır və bunun ilkin yolunu oxuyub yazmaqda
görür: De: “ Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! Allahın ayələrindən,
dəlillərindən ancaq ağıl sahibləri ibrət alar . Həzrət Əli əqli Allahın insana bəxş etdiyi ən yüksək
qismət hesab edir. Əql insana ziynət verir. O, elm öyrənməyi insanın kamilliyinin və fəzilətinin, ədəbli
olmağının, zəfər çalmağının əsas şərti hesab edir.
Keykavus İbn İsgəndər “Qabusnamə”də elm öyrənməyə xüsusi diqqət verir. Belə insanların
pəhrizkar, qənaətcil, dünya malına etinasız, elm sevən olması tövsiyyə olunur. Qabusnamədə belə
yazırdı, bir elm öyrənmək istəyəndə əvvəlcə onun əsaslarını, yalnız bundan sonra törəmələrini öyrən.
Elmi yaxşı öyrən, öyrəndiklərini yaxşı izah et. Elmi olub ağlı olmayan adama elm əziyyət verər.
“Qutadqu- bilik” əsərinin müəllifi olan Yusif Xas Hacibində bilik, elm barədə çox dəyərli fikirləri
vardır. O, biliyin insanı heyvanlardan ayıran bir meyar olduğunu göstərirdi. Ya bilgi al, insan ol,
özünü yüksəlt, ya da heyvan adını al, insanlardan uzaqlaş. Bütün yamanlıqların anası cəhalətdir deyən
müəlifin fikrincə bilik ağılla əldə olunur. Bilik insan üçün möhkəm qalxandır, bilikli adam su kimi
hamının işinə yarayır.
Əhməd Yuqnəki “Ətabət-ül-həqayiq” əsərində elm və biliyin faydalarından danışır. Bilik
qazanmaq və elm sahibi olmağı şəxsiyyətin əsas keyfiyyətlərindən hesab edir. Onun fikrincə, bilikli
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1388
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
adam qiymətli dinardır, onu hər sözü öyüd, nəsihətdir. Biliyi olana hörmət etməyi, bir biliklinin min
biliksizə dəyişməməyi tövsiyyə edirdi. Biliyin çəkisi ağırdır, dünyada ondan faydalı şey yoxdur.
Mövlanə Cəlaləddin Rumiyə görə, elmi ürəklə öyrənmək lazımdır ki, ürəklərə təsir göstərə
biləsən. Yalnız o zaman öyrənilən bilik sahibinə yar olar. Əks halda yükə dönər:
Elm qəlbə əks edərsə, sahibinə yar olur,
Yalnız qəlibdə qalarsa, sahibinə bar olur
Ə.Bəhmənyar insan zəkasına yüksək qiymət verirdi. Ancaq zəka sayəsində insan predmet və
hadisələri dərk edə bilər. Biliyə yol xeyirxahlığa və xoşbəxtliyə yol deməkdir. İnsanın bilik səviyyəsi,
onun artması insanın əxlaqına, təbii halına təsir edib onu dəyişdirə bilər. İnsan öz ömrünü bilik
mənimsəməyə həsr etməlidir, nəinki var- dövlət toplamağa; Var dövləti itirmək olar, amma ağıl, bilik
insanın ən etibarlı müdafiəçisi, ən yaxın dostudur.
Əbu Reyhan Biruni elmin rolunu həmişə ön plana çəkir. O, hesab edirki, cəmiyyətdə elmi
biliklərin yayılması və gərgin əmək sayəsində xalqı cəhalətdən və yoxsulluqdan xilas etmək olar. Elmi
biliklər insanı nəcibləşdirir, onu xeyirxah və düşüncəli edir. Allah insanlara elm öyrənmək kimi
əvəzsiz bir səadət bəxş etdi. Elmin nuru kor gözlərə şəfa gətirər, paslı qəlblərin pasını təmizlər, zülmət
qaranlıqları aydınlığa çıxarar, insanı saflaşdırar və paklaşdırar, ona sonsuz qüvvə və əbədi səadət bəxş
edər deyən Fərabi insanlarda elm öyrənməyə həvəs yaradırdı. Nə qədər sağsan, uca yaradanın sənə
verdiyi tükənməz elm və mərifət xəzinəsindən istifadə et, onu paslanmış dəmirə çevirərək, özünlə qara
torpaqlar altına aparma. Elmin ləzzəti ona çəkilən əziyyətdədir. Haqqı və həqiqəti araşdırma
zövqündən yüksək zövq ola bilməz. O, biliyin insanları düz yola istiqamətləndirməsinə inanırdı.
İbn Sina böyüyən nəslin elmi dünyagörüşünün formalaşmasına böyük əhəmiyyət verirdi. Ona
görə onların elmi biliklərə yiyələnməsini şərt sayırdı. O, yazırdı ki, elm genişdir, onun hüdudları
sonsuzluq hüdudlarında itib-batır. Elmi bilikləri dərindən öyrənmək və ümumiləşdirmək lazımdır.O,
xüsusilə gəncləri elmləri səylə öyrənməyə, kamilliyə can atmağa çağırırdı. İbn Sinaya görə, elm
insanlara və insanlığa xidmət etməlidir.
N.Gəncəvi elmi düşüncə sahiblərini ən yüksək mənsəbli, qüdrətli, ən üstün şəxsiyyət kimi
göstərir:
Bilik öyrənməyi ar bilən hərkəs
Dünyada mərifət qazana bilməz
Qüvvət elmdədir başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz
S.Şirazi elmi dünyagörüşü tərbiyə ilə, insaniyyətlə vəhdətdə götürür, yaradaıcılıq məhsulu
olmayan alimləri barsız ağacla müqayisə edirdi. O göstərirdi ki, elmi mənnimsəmək azdır, onu həyatda
tətbiq etmək də vacibdir. Əks halda insan birtərəfli inkişaf edər və cəmiyyətə faydası az olar.
Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. Elm əqidəli olmaq üçündür, dünya malı
yığmaq üçün yox.
N.Tusi elmi hikmətin tərkib hissəsi hesab edir. Elm – varlıqların həqiqətən necə olduqlarını
düzgün təsəvvür etmək, insanın yaradıcı ağlı və sağlam düşüncəsi dairəsində onun xüsusiyyət və
keyfiyyətlərini kəşf etməkdir .
M.Hadi elmsiz, mərifətsiz nadanları cəmiyyət üçün əngəl hesab edir, bu bədbəxtliyin aradan
qaldırmasını elmi dünyagörüşə yiyələnməkdə görürdü:
Elmin, hünərin, mərifətin varsa buyur, gəl
Yoxsa, bu həyat aləminə olma bir əngəl
Ərbabi- kəmalın yeridir bil ki, bu meydan,
Bədbəxt yaşar torpağın üstündəki nadan.
Beləliklə, elmi dünyagörüşün nə olduğunu, müxtəlif zaman kəsiyində elmi dünyagörüşü
haqqında söylənən ibrətamiz fikirləri gənc nəslə lazımi şəkildə çatdırmalıyıq ki, dövlət və cəmiyyət
üçün yararlı və istedadlı kadrlar yetişdirə bilək.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1389
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
SEVGİ, TƏLƏB, HÖRMƏT, SƏBR - PEŞƏKAR İBTİDAİ SİNİF
MÜƏLLİMİNƏ MƏXSUS ETİK XÜSUSİYYƏT KİMİ
Aygün AĞAYEVA
Bakı Slavyan Universiteti
aygun_agayeva_2017@mail.ru
AZƏRBAYCAN
Məktəbin əsas simalarından biri olan müəllim gənc nəslin təlim-tərbiyəsi kimi vacib, mürəkkəb
bir işi yerinə yetirməyə, şagirdləri müasir cəmiyyətin tələblərinə uyğun hərtərəfli inkişaf etdirməyə
çalışır. Müəllimlik peşəsi şərəfli, məsuliyyətli və çətin peşədir. Bu sənətdə ibtidai sinif müəlliminin
yeri özünəməxsusdur. İbtidai sinif müəllimi elə bil şəxsiyyət olmalıdır ki, o yalnız şagirdlərinə deyil,
ətrafındakı bütün insanlara, cəmiyyətə nümunə olsun.
Hər bir ibtidai sinif müəllimi öz fəaliyyətində peşəkar olmağa çalışır. Müasir ibtidai sinif
müəllimi ustad, intellekt, psixoloq, sosioloq, texnoloq, təşkilatçı, yenilikçi, həvəsləndirici dost olarsa,
peşəsində yüksək müvəffəqiyyət əldə edəcəkdir. Onun şagirdləri ilə münasibəti həqiqi, canlı, sağlam
əxlaqa əsaslanmalıdır.
Hər bir peşədə müvəffəqiyyətin əsas şərti peşəyə sevgidən başlayır. Müəllim də ilk növbədə
peşəsini sevməlidir. Müəllim öz peşəsinə olan sevgisi şagirdlərinə olan sevgisi ilə vəhdət təşkil
etməlidir. L.Tolstoy yazmışdır: “ Əgər müəllim yalnız işini sevirsə, o, yaxşı müəllim olacaqdır. Əgər
müəllim ata-anası kimi yalnız uşaqları sevirsə, o, əvvəlkindən də yaxşı müəllim olacaqdır. Əgər
müəllim həm peşəsini, həm də şagirdləri sevirsə, o, əsl müəllimdir”. Müəllimin şagirdlərlə
münasibətini valideyinlərin uşaqlarla münasibətilə müqayisə etmək olar. Buradan uşaqlara məhəbbətin
müəllim üçün ən vacib kateqoriya olmasının səbəbi aydın olar.
Müəlim öz sevgisini işində daim göstərməli, şagirdlər də onu duymalıdır. Bunun üçün müəllim
birinci növbədə şagirdləri olduğu kimi qəbul etməli, onları dinləməyə, anlamaya çalışmalıdır.
Şagirdləri “əlaçılar”, “avaralar”, “çətin tərbiyə olunanlar”, “normallar”, “tənbəllər” və s. kimi suni
şəkildə qruplara bölməməli, onların taleyi ilə daim maraqlanmalıdır. Əks təqdirdə o, şagirdlərin daixili
dünyasına nüfuz etmək də çətinlik çəkəcəkdir.
Müəllim şagirdlərinə olan sevgisini yalnız söz vasitəsi ilə deyil, vizual və kinestetik formada da
göstərə bilər. Vizual forma dedikdə, gözlər vasitəsilə ifadə edilən sevgi nəzərdə tutulur. Bu zaman
şagird müəlliminin onu necə sevdiyini gözlərinin ifadəsindən başa düşür. Müəllimin sevgi dolu
baxışları şagirdi ruhlandırır, fərəhləndirir, təhlükəsizlik hissini möhkəmləndirir və ən önəmlisi özünə,
öz gücünə inam yaradır.
Kinestetik forma şagirdə fiziki cəhətdən toxunmaqla yaradılan ünsiyyətdir. Bu zaman müəllim
məhəbbətini onun əlindən tutmaq, başını tumarlamaq, nəvaziş göstərməklə bildirir. Ünsiyyətin bu
forması şagirdlərin yaş, fərdi xüsusiyyətlərindən, vəziyyətindən asılı olaraq dəyişə bilər.
Şagirdlərini sevən həqiqi müəllim onları həyata hazırlamalı, qarşılarına qoyduğları məqsədlərinə
çatmağa çalışmağı, həsas olmağı, gözəlliyi sevməyi və duymağı, xeyirxahlığı öyrətməlidir. Müəllim
bu xüsusiyyətləri yalnız izah etməklə kifayətlənməməli, bunların həyatda ən vacib xüsusiyyətlər
olduğunu dərk etmələrinə və həqiqi insanlığın bunu həyata tətbiq etməkdə olduğunu başa düşmələrinə
çalışmalıdır. Həqiqi məhəbbət, diqqət pedaqoji fəaliyyətdə müsbət əxlaqi keyfiyyətlər
formalaşdırmağa yönəldilmiş peşə tələbkarlığı ilə birləşdirilməlidir. Tələbkarlıq ədalətlilik və şagird
şəxsiyyətinə hörmət əsasında olmalıdır. Hər bir tələb məqsədyönlü, real, aydın, yerinə yetirilməsi
mümkün olmalıdır. Müəllim öz tələblərini qışqıra-qışqıra, tez-tez söyləməməli, səsində amirlik,
hökmetmə çalarları olmamalıdır.Tələblərini nəzakətlə, hörmətlə söyləməlidir. Lazımlı , məntiqli,
düzgün, daim təkrarlanan tələblər şagirdləri müəyyən bir həyat tərzinə alışdırır.
Müəllim şagird şəxsiyyətinə hörmət etməli, onun ləyaqətini qorumalıdır.Bəzi müəllimlər
düşünürlər ki, yalnız yaxşı oxuyan şagirdlər onların hörmətinə layiqdirlər. Bununla da həm özlərinə
zərər vurur, həm də digər şagirdlərlə əlaqlərini itirirlər. Halbuki, bir çox hallarda diqqət, ədalətli
tələbkarlıq, şagird şəxsiyyətinə hörmət müəllimə şagirdin təlim müvəffəqiyyətini yüksəltməkdə, ən
vacibi həqiqi şəxsiyyət tərbiyə etməkdə kömək göstərə bilər. Şagirdin nəyisə bilməməsi və ya
bacarmaması təbiidir, bu onun hüququdur. Buna görə də müəllim şagirdinin bilik səviyyəsinin aşağı
|