Conference committees conference chairs c


-3 yaş arasındakı uşaqlar…



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə120/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   116   117   118   119   120   121   122   123   ...   189

0-3 yaş arasındakı uşaqlar…. 

Bu yaşlardan olan uşaqların texnologiyalardan istifadəsi özü ilə ciddi problemlər gətirir. 3 yaşına 

qədər olan uşaqları daha çox rəng və səs cəlb edir. Nəticədə, uşaqda iki əsas problem meydana çıxır. 

Bunlardan  birincisi  nitq,  ikincisi  isə  ünsiyyət  problemidir.  Belə  ki,  texniki  vasitəyə  həvəs  göstərən 

uşaqlar  başqa  uşaqlarla  müqayisədə  daha  gec  danışır,  qarşılıqlı  ünsiyyət  olmadığı  üçün  ətrafları  ilə 

ünsiyyət qurmaqda çətinlik çəkirlər. 



3-6 yaş arasındakı uşaqlar… 

Texniki  vasitələrin  3-6  yaş  arasındakı  uşaqlara  təsiri  daha  güclü  olur.  Belə  ki,  bu  dövrdə  uşaq 

vaxtının  çox  hissəsini  evdə  keçirir  və  nəticədə  televizor  onun  üçün  yeganə  “xilaskara”  çevrilir.  Bu 

yaşda olan uşaqlarda həyati təcrübə olmadığı üçün hadisələri mühakimə etmək qabiliyyətləri də olmur. 

Başqa  sözlə,  uşaq  texniki  vasitədə  gördüyü  şeyləri  həqiqət  kimi  qəbul  edir.  Bu  da  uşaqların 

gördüklərini real həyata tətbiq etmək təhlükəsini doğurur. Qeyd edək ki, hələ 25-30 il bundan əvvəl 

Ukraynada  Uşaqların  və  Yeniyetmələrin  Sağlamlığı  və  Gigiyenası  Elmi-Tədqiqat  İnstitutunda 

“Televizor  və  uşaqlar”  problemi  üzrə  kompleks  tədqiqat  aparmışlar.  Tədqiqatın  nəticələrinin 

əhatəliliyi və daha dolğun alınması üçün oraya pedaqoq, psixoloq, fizioloq, sosioloq alimlər də cəlb 

edilmişlər.  Sistemlə  aparılan  tədqiqat  yekunlaşdırılarkən  maraqlı  və  narahatlıq  doğuran  nəticələr 

alınmışdır. 

Həmin nəticələrdən biri uşaqların və məktəblilərin gün ərzində televizora baxmaq normaları ilə 

əlaqədardır.  Alimlərin  fikrincə,  gün  ərzində  məktəbəqədər  yaşlı  uşaqlar  hər  seansda  15-20  dəqiqə 

(gündüz və axşam verilişləri nəzərə alınmaqla), kiçik yaşlı məktəblilər 20-30 dəqiqə (həftədə 2-3 dəfə 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1376



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

bir saata qədər), IV-VII (V-IX) sinif şagirdləri 35-40 dəqiqə (bəzən də 1 saat), VIII-X (IX-XI) sinif 

şagirdləri isə 1-1,5 saat televiziya verilişlərinə baxa bilərlər. Axşam verilişləri zamanı otaqda lampanı 

yandırmaq  məsləhət  görülür.  Televiziya  ekranı  ilə  tamaşaçı  arasındakı  məsafə  2,5-3  metr  olmalıdır. 

Əks  halda  televizorun  ətrafında  yaranan  elektromaqnit  sahəsi,  şüalanma  gözə,  baş  beyinə,  əsəblərə 

sarsıdıcı təsir göstərir. Bu tələblərə əməl edilməyəndə uşaqlarda yorğunluq, baş ağrıları nəzərə çarpır. 

Onların zehni, qavrama qabiliyyəti zəifləyir. Müasir texnologiyalardan biri sayılan mobil telefonlardan 

istifadə  də  müsbət  xüsusiyyətləri  ilə  yanaşı,  mənfilikləri ilə  də  diqqəti cəlb  edir.  Belçikada  bir  qrup 

pediatr  alim  16  yaşına  çatmamış  uşaqların  mobil  telefondan  istifadəsinə  qadağa  qoymağa  çağırış 

kampaniyasına  başlayıb.  “Radiasiyanın  qarşısını  alın”  mövzusunda  keçirilən  kampaniyanın 

təşkilatçıları  naqilsiz  telefonların  və  səs  ötürücülərini  uşaq  orqanizmi  üçün  həddən  artıq  təhlükəli 

olduğu qənaətindədir.  

Həkimlər  körpə  uşaqlara  oyuncaq  kimi  mobil  telefonların  verilməsini  daha  böyük  təhlükə 

mənbəyi hesab ediblər. Kampaniyaya rəhbərlik edən Flaman Universitetinin alimi Mişel Verbovenin 

sözlərinə görə, mobil telefonlar uşaqların sinir sisteminə mənfi təsir göstərir, beyində tormozlama və 

qan  dövranının  pozulması,  əqli  çatışmazlıq,  yuxusuzluq  və  digər  psixi  xəstəliklər  yaradır.  Professor 

Moulun isə bildirib ki, uşaqların cib telefonundan istifadə etməsi onların əqli inkişafının və nitqinin 

korlanmasına səbəb olur.  

Bəzi alimlər belə hesab edirlər ki, mobil rabitədən 25-30 il, yəni tam bir insan ömrü qədər istifadə 

edilmədiyi üçün dəqiq qənaətə gəlmək çətindir. Bu, daha çox böyüklərə aiddir. Digər qrup alimlər isə 

belə  hesab  edirlər  ki,  ziyanlıdır.  Uşaqlarla  bağlı  birmənalı  rəy  belədir  ki,  onları  mobil  telefondan 

qorumaq  lazımdır.  Ümumdünya  Səhiyyə  Təşkilatının  da  tövsiyəsində  bildirilir  ki,  uşaqlar  mobil 

telefonla çox danışmamalıdır, oyuncaq kimi istifadə etməməlidir.  

Sözügedən problemi həll etmək üçün əhali arasında maarifçilik işlərinin aparılmasına ehtiyac var. 

Bir  sıra  ölkələrdə  mobil  operatorlar  uşaqların  cib  telefonundan  istifadəsinin  prosedurları  və  onların 

sağlamlığının  qorunması  ilə  bağlı  ekoloji,  sanitar  tədbirlər  həyata  keçirirlər.  Bu  işdə,  ilk  növbədə, 

məsuliyyət  valideynlərin  üzərinə  düşür.  Çünki  məktəbəqədər  yaşlı  uşaqların  sakitliyi  üçün  valideyn 

mobil  telefondan  istifadəyə  icazə  verir.  Bu  isə  insan  orqanizmi  üçün  yuxarıda  qeyd  olunan  mənfi 

halların yaranmasına səbəb olur və insanın sağlamlığına ziyan vurur. Son illərdə uşaqların kompüterdə 

oyunlardan  istifadə  etmələrinə  meylləri  artıb.  Bəzi  ailələrdə  uşaqların  kompüterlə  saatlarla  məşğul 

olmalarına diqqət yetirilmir. İrəlidə televizor və mobil telefonla əlaqədar qeyd etdiyimiz uşağa mənfi 

təsirlər  burada  da  vardır.  Uşaqların  kompüterdən  istifadəsinə  daha  diqqətlə  yanaşılmalı,  10-15 

dəqiqədən artıq icazə verilməməlidir.  

Beləliklə,  nəticə  olaraq  qeyd  etmək  lazımdır  ki,  məktəbəqədər  yaşlı  uşaqların  ailədə  müasir 

texnologiyalardan  istifadəsinə  diqqət  yetirilməli,  onların  müasir  texnologiyalardan  istifadəsinə 

rəhbərlik edilməlidir.  



 

 

BİBLİOMETRİK KARTOQRAFİYALAŞDIRMA 

 

Aygün HACIYEVA 

Azərbaycan Milli Kitabxanası 



aygun_haciyeva_87@mail.ru 

AZƏRBAYCAN 

 

Bu  gün  analitik-sintetik  işlənmənin  keyfiyyətcə  yeni  formalarını  tələb  edən  müxtəlif  növ 



biblioqrafik  informasiyaların  böyük  həcmi  toplanmışdır.  İnformasiya  fəaliyyətində  bibliometrik 

tədqiqatlara  ayrılıqda  elmin  kartoqrafiyalaşdırılması  və  ya  biblioqrafik  kartoqrafiyalaşdırmaya  cəlb 

edən artan maraq müşahidə edilir. Bu xüsusən elmmetrik məlumatlar bazalarına kütləvi və açıq girişlə 

əlaqədardır.  Hazırda  bibliometrik  kartoqrafiyalaşdırma  problemlərinin  həlli  üçün  çoxlu  sayda 

proqramlar mövcuddur. Bunların uğurlu həlli üçün proqram təminatının seçilməsi çox vacib məsələdir. 

Elmin kartoqrafiyalaşdırılması və ya bibliometrik kartoqrafiyalaşdırma bibliometriya sahəsində vacib 

tədqiqat problemi hesab edilir. O, dinamik dəyişən elmi biliklər sistemində intellektual əlaqələr təqdim 

edir. Digər sözlə, elmin kartoqrafiyalaşdırılması elmi tədqiqatlarda dinamik və struktur aspektləri əks 

etdirir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1377



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Elmin kartoqrafik təhlili prosesinə aşağıdakı mərhələlər daxildir: 

-

 

Məlumatların əldə edilməsi



-

 

İlkin işlənmə; 



-

 

Şəbəkənin ayrılması; 



-

 

Normalaşdırma; 



-

 

Xəritənin qurulması; 



-

 

Təhlil və qrafik təqdimat. 



Bu  prosesin  sonunda  tədqiqatçıya  nəticələri  interpretasiya  etmək  və  bəzi  nəticələr  çıxarmaq 

vacibdir. Məlumatların əldə edilməsi üçün müxtəlif bibliometrik məlumat bazalarından istifadə edilə 

bilər.  Biblimetrik  mənbələrdən  çıxarılmış  məlumatlar,  məsələn,  müəllifin  adının,  jurnalın  başlığının 

yazılışında və ya ədəbiyyat siyahısında səhvlər ola bilər.  

Bəzən ilkin məlumatlara əlavə informasiyalar artırmaq lazımdır. Məsələn, əgər müəllifin iş yeri 

tam  deyilsə  və  ya  səhvdirsə,  elmin  kartoqrafik  təhlili  birbaşa  biblioqrafik  mənbələrdən  əldə  edilmiş 

məlumatlara tətbiq edilə bilməz.  Başqa  sözlə,  alınmış  məlumatların  ilkin  işlənməsi prosesi  vacibdir. 

İlkin  işlənmə  prosesi  təhlil  vahidlərinin  keyfiyyətli  işlənməsinin  vacib  mərhələlərindən  biri  olmaqla 

elmin  kartoqrafik  təhlilinin  müsbət  nəticələrinin  əldə  edilməsinə  səbəb  olur.  Elmin  keyfiyyətli 

kartoqrafik  təhlilini  aparmaq  üçün  məlumatların  hazırlanmasında  ilkin  işlənmənin  aşağıdakı 

proseslərini tətbiq etmək olar: 

-

 



Orfoqrafik səhvlər olan yazıların və təkrar yazıların müəyyənləşdirilməsi; 

-

 



Tədqiq edilən elm sahəsinin inkişafının təhlili və ya məlumatların müxtəlif vaxt mərhələlərinə 

bölünməsi üçün vaxt bölgüsü

-

 

Nisbətən əhəmiyyətli məlumatların seçilməsi. 



Xəritənin  qurulması  mərhələsi  ən  vacib  mərhələdir.  Bu  proses  bütün  şəbəkə  üzrə  xəritənin 

qurulması  alqoritmlərinin  tətbiqi  yolu  ilə  xəritənin  qurulmasına  məsuldur.  Bu  məqsədlə  müxtəlif 

texniki  üsullar  istifadə  edilə  bilər.  Çıxışdakı  informasiya  və  ya  qurulmuş  xəritənin  görünüşü  tətbiq 

edilən  metoddan  asılı  olacaq.  Xəritənin  qurulmasından  sonra  lazımlı  biliklərin  əldə  edilməsi  üçün 

təhlilin müxtəlif növlərindən istifadə edilə bilər: şəbəkə təhlili, müvəqqəti təhlil, geoməkan təhlili. 

Növbəti qrafik təqdimat nəticələrin aydın anlaşılması və yaxşı interpretasiyası üçün çox vacibdir. 

İstifadəçiyə kartoqrafik təhlilin həyata keçirilməsi zamanı öz təcrübə və biliklərindən istifadə etməklə 

nəticələri və xəritələri interpretasiya etmək vacibdir. Baxmayaraq ki, elmin kartoqrafik təhlilini sosial 

şəbəkələrin təhlili üçün yaradaılmış ümumi proqram  təminatından istifadə etməklə də aparmaq olar, 

həmçinin  xüsusi  olaraq  elmin  kartoqrafik  təhlilini  aparmaq  üçün  işlənmiş  xüsusi  proqramlar  da 

mövcuddur. Bunlara misal olaraq: 

− Bibexcel (Persson et al., 2009)  

− CiteSpace II (Chen, 2004, 2006)  

− CoPalRed (Bailón-Moreno et al., 2005, 2006)  

− IN-SPIRE (Wise, 1999)  

− Leydesdorff’s Software  

− Network Workbench Tool (Börner et al., 2010; Herr et al., 2007)  

− Sci2 Tool (Sci2 Team, 2009)  

− VantagePoint (Porter & Cunningham, 2004)  

− VOSViewer (Van Eck &Waltman, 2010)  

− SciMAT (M.J. Cobo at al., 2011)  

Elm xəritələrinin sistemli öyrənilməsi elmin filosof və sosioloqlarına mütəmadi olaraq elmdə baş 

verən konseptual dəyişiklikləri yeni şəkildə qiymətləndirməyə imkan verir.  Qeyd etmək lazımdır ki, 

hələ  ki,  elmin  xəritəyə  köçürülməsində,  kartoqramının  yaradılması  yolunda  bütün  metodlar 

işlənməmişdir. 

 

 



 

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1378



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

DƏRSLİK ÜMUMİ TƏHSİLDƏ APARICI TƏDRİS RESURSU KİMİ 

 

Günel SEYİDOVA 

Azərbaycan Müəllimlər İnstitutunun 



gunel-seyidova@mail.ru 

AZƏRBAYCAN 

 

Hal-hazırda informasiya axınının sürətlə artması, ünsiyyət imkanlarının çoxalması, təlimdə yeni 



texnologiyaların yayılması və istifadəsi təhsildən gözlənilənləri də dəyişdirmişdir. Təhsil fərdə bilik və 

bacarıq  qazandırmağı  və  uşağı  vətəndaş  cəmiyyətinə  hazırlamağı  qarşıya  məqsəd  qoyur.  Bu  günün 

təhsili  həmçinin  fərdlərin  ehtiyac  duyduğu  bilik  və  bacarığı  harada,  necə  qazanacağını  öyrətmək  və 

davamlı  dəyişən  cəmiyyət  qaydalarına  uyğunlaşa  biləcək,  hər  problemə  yeni  həll  yolları  tapan 

şəxsiyyətlər yetişdirməyi əsas məqsəd, başlıca hədəf kimi müəyyənləşdirir.  

 Təhsilin məzmununu özündə ehtiva edən yeni tədris proqramları isə ümumtəhsil məktəblərində 

kurikuluma  əsasən  hazırlanmış  yeni  nəsil  dərsliklər  vasitəsilə  reallaşdırılır.  Bu  baxımdan  dərsliklər 

təhsildə  əsas,  aparıcı  yer  tutur.  Belə  ki,  təhsildə  aparılan  məzmun  islahatları  içərisində  mühüm  yer 

tutan ümumi təhsildə kurikulum islahatının məqsədlərindən biri tədris prosesində struktur dəyişmələri 

önə  almaqla  yanaşı,  sinifdəki  öyrənmə  müddətini,  təhsil  alanın  intelektual  xüsusiyyətlərini  inkişaf 

etdirməkdən  ibarətdir.  Bu  da  ancaq  dövrün  tələb  etdiyi  ehtiyacları  qarşılayacaq  yaxşı  hazırlanmış 

tədris  proqramları  və  dərsliklər  vasitəsilə  mümkün  ola  bilər.  Müasir  dünyada  elm  və  texnologiyada 

dəyişən  şərtlər  həyat  praktikamızı  əsaslı  dərəcədə  dəyişdirdiyindən  günümüzdə  artıq  informasiyanın 

köçürülə  bilər  olmadığına,  ancaq  insanın  aktiv  səyinəticəsində  beyində  qurulduğuna  inanılır. 

Sivilizasiyaların  formalaşmasında  ölkələrin  mədəni  inkişafında  ana  dili  və  riyaziyyat  önəmli  bir 

mövqeyə  və  funksiyaya  sahibdir.  Dövrümüzdə  ana  dili  və  riyaziyyatı  dərindən  bilmə  və  istifadə 

etməyə daha ciddi ehtiyac duyulur. 

Dərsliklərin tədrisdəki funksiyalarını ən yaxşı şəkildə yerinə yetirə bilməsi üçün kitabların forma 

və  məzmun  yönündən  gərəkli  olan  xüsusiyyətlərinin  göstərilməsi  vacibdir.  Dərsliklərin 

istifadəçiləriolan  müəllim  və  şagirdlərin  dərsliklərlə  bağlı  təkliflərini  bildirmələri  dərsliklərin 

istifadəliliyinin  qiymətləndirilməsi  baxımından  böyük  əhəmiyyət  daşıyır.  Dərsliklərin  kurikulumun 

əsas  ünsürlərindən  biri  olması  səbəbilə  qiymətləndirilməsi  dolayısı  ilə  yeniləşən  proqramlardakı 

çatışmazlıqların ortaya çıxarılmasını təmin edəcəkdir. Xüsusilə dərsliklərin yeni olması, Azərbaycan 

dili və riyaziyyat dərsliklərinin qiymətləndirilməsi ilə bağlı araşdırmaların davamlı olaraq aparılması 

və mütəmadi olaraq dərsliklərin təkmilləşdirilməsini tələb edir. 

Tarixdən  məlumdur  ki,  yazılı  vəsaitlər  ən  qədim  zamanlardan  bəri  insanların  biliklərini, 

düşüncələrini,  inamlarını,  sevgi,  sevinc,  kədərkimi  duyğularını  bir-birlərinə  anlatmada  önəmli  bir 

qaynaq  olmuşdur.  Məktəblərin  qurulması  ilə  birlikdə  yazılı  vəsaitlər  və  əsasən  də  dərsliklər  istər 

müəllimlər,  istərsə  də  şagirdlər  üçün  əsas  bilik  qaynaqlarından  biri  halına  gəlmişdir.  Kurikulum 

islahatının başlamasıyla birlikdə dərsliklər bu islahatlarda bir növ müəllimin vəzifəsini də “əvəzləmiş” 

və  əsas  bilik  qaynağı  olmuşdur.  Dərslik  “ümumtəhsil  ocaqlarında  istifadə  edilən,  mövzuları 

kurikuluma  əsasən  hazırlanmış,  tədrisin  məqsədiilə  istifadə  olunan  çap  əsəri”dir.  Dərslik 

məktəblərdəki  öyrənmə-öyrətmə  müddətində  istifadə  olunan  “tamamlayıcı  tədris  materialları”  və 

həmçinin,  “dərs  mövzularına  aid  bilikləri  sıraylavə  doğru  bir  şəkildə  şagirdlərin  öz-özlərinə 

öyrənmələrini  təmin  etmək  məqsədilə  hazırlanan  vasitələr”  olaraq  bilinir.  Qısası,  dərsliklər  tədris 

məqsədlərinireallaşdırmaq  üçün  şagirdin  öyrənməsinə  rəhbərlik  edən  əsas  tədris  materialı,  təlim 

texnologiyalarından  ən  aparıcısıdır.  Ancaq  bir  dərsliknə  qədər  yaxşı  olsa  da,  tədrisin  məqsədinə 

çatmaq üçün dərslikdən əlavə olaraq, müxtəlif vəsaitlərin istifadəsinə ehtiyac həmişə qalır. Nə qədər 

mükəmməl  görünürsə  görünsün,  bir  dərslik  uşaqların  fərdi  ehtiyacını  və  maraqlarını  tamamilə 

qarşılamaqdan,  ödəməkdən  uzaqdır.  Bunun  başlıca  səbəbi  ümumiyyətlə  dərslik  müəlliflərinin  çox 

geniş  bir  sahədən  seçtikləri  mövzuları  mümkün  olduğu  qədər  mürəkkəbləşdirmə  və  genişləndirmək 

istəyi  ilə  bağlıdır.  Bu  baxımdan  müəllimlər  uşaqlara  daha  ətraflı  bilik  vermək  üçün  daha  başqa  və 

müxtəlif  qaynaqlara  ehtiyac  duyur.  Bir  dərsliyi  digər  vəsaitlərdən  üstün  tutan  xüsusiyyəti  dərsliyin 

bütün proqramı əhatə etməsidir.  

Öyrənmə-öyrətmə  müddətində  əsasən  məqsədlitəhsil  tətbiq  edilməsində  şagirdlərin  nələr 

öyrənəcəyini,  müəllimlərin  isə  nələr  öyrədəcəyini  əsaslı  şəkildə  təsir  edən  bir  qaynaq  olmasına  görə 

dərsliklər həm öyrənmə, həm də öyrətmə müddətilə əlaqəli bir vasitədir.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1379



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bir  çox  müəlliflərin  araşdırmalarına  görə,  müəllimlər  əlavə  vəsaitlərin  hazırlanmasının  olduqca 

çətin  və  uzun  bir  müddət  tələb  olunduğunu  düşünmüş,  bu  səbəblə  əldə  edilməsi  asan  olan 

dərsliklərinistifadəsini  təsirliyol  kimi  gördüklərini  bildirmişlər.  Dərsliklərtədris  materialı  olaraq 

istifadə olunan imtina edilməz tədris resurslarındandır. 

Dərsliklər tədris baxımından istifadə asanlığıolan, hər şagirdin əldə edəcəyi, biliklərin bilavasitə 

olaraq  verildiyi,  davamlı  istifadə  olunan,  hər  an  müraciət  edilən,  şifahi  təhsilin  boşluqlarını  doldura 

bilən  bir  vasitədir.  Bu  xüsusiyyətləri  ilə  dərsliklər  məktəblərdə  müəllim  və  şagirdlər  tərəfindən 

funksional  olaraq  daimi  istifadə  olunmaqdadır.  Dərsliklər  inkişaf  etmiş  və  ya  inkişaf  etməkdə  olan 

ölkələrdə hər zaman önəmli bir təlim-tədris vasitəsi olmuş və indidə olmaqdadır.  

 

Ölkəmizdə  məktəb  dərslikləri  hər  zaman  əsas  bir  yerə  məktəb  həyatına  sahib  olmuşdur. 



Müasirmənada kurikulumvə bu sahədə tədris proqramları qüvvədə olmadığı zamanlarda da hər fənnə 

aid proqramdan istifadə edilmişdir. Hətta dərsliklər və tədris proqramları əsasən “yaddaş məktəbi”nə 

xidmətə  yönəltmişdir.  Lakin  yeni  kurikulum  ənənəvi  “yaddaş  məktəbi”ndən  “təfəkkür  məktəbi”nə, 

“düşüncə məktəbi”nə keçidə və təhsil alanın intellektual potensialının inkişafına xidmət edir.   

Dərsliklər həm məzmun baxımından, həm də forma (bədii tərtibat və dizayn) baxımından şagird 

üçün öyrənməyi zövqlü hala gətirməli, şagirdləri çalışmağa, araşdırma aparmağa, müşahidə və təcrübə 

etməyə,  düşünməyə  cəlb  etməli  və  dərsliyə  istiqamətləndirici  hazırlıq  sualları,  araşdırma  mövzuları, 

təcrübələr və əməliyyatlar daxil edilməlidir. Humanist düşünə bilən, sağlam fikrə sahib, dünyanı sevən 

çağdaş  fərdlər  (şəxsiyyətlər)  yetişdirmək  məqsədlənirsə,  dərslikhazırlanarkən  uşağın  yaş  səviyyəsi, 

inkişaf etmə və həyata baxış tərzi və maraqları mütləq nəzərə alınmalıdır.  

Məhz  bu  xüsusiyyətləri  və  dünya  təcrübəsində  aparıcı  tədris  resursu  olduğu  nəzərə  alınaraq  bu 

günkü  qloballaşma  şəraitində  belə  çap  məhsulu  dərsliklərə  olan  tələbat  elektron  dərsliklərə  olan 

ehtiyacı  üstələməkdədir.  Təsadüfi  deyildir  ki,  “Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə 

Dövlət Strategiyası”nda və həmin strategiyanın icra mexanizmini nəzərdə tutan “Fəaliyyət Planı”nda 

qarşıdakı  illərdə  ümumi  təhsil  məktəbləri  üçün  kurikulumların  yenilənməsi  və  buna  uyğun  12  illik 

ümumi  təhsilə  müvafiq  yeni  nəsil  dərsliklərin  hazırlanması  paralel  olaraq  həmin  tədris  resurslarının 

elektron versiyalarının hər bir təhsilalan üçün əlçatanlığının təmin edilməsi, hər bir şagirdin elektron 

vəsaitlər yüklənmiş planşetlərlə təchiz edilməsi hədəflənmişdir.  

 

 

 



İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNİN MİLLİ RUHDA                               

TƏRBİYƏ OLUNMASININ İMKANLARI 

 

Mahirə HÜSEYNOVA 

Bakı şəhəri 45 nömrəli tam orta məktəb 



mahire_huseynli@mail.ru 

AZƏRBAYCAN 

 

Böyüyən nəslin milli-mənəvi dəyərlər, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onları 



bir şəxsiyyət kimi formalaşdırmaq təhsil sisteminin qarşıya qoyduğu ən başlica vəzifələrdən biridir. 

Milli  ruhda  tərbiyə  üzrə  işlər  həm  təlim  prosesində,  həm  də  dərsdənkənar  tədbirlər  vasitəsilə 

həyata  keçirilir.  Kiçik  yaşlı  məktəblilərin  milli  ruhda  tərbiyə  olunmalarında  təlim  prosesinin  geniş 

imkanları  var.  Hər  iki  halda  şagirdlərin  hərtərəfli  inkişafı  təmin  olunur,  onlar  şəxsiyyət  kimi 

formalaşır.  Milli  kökə  bağlılıq,  adət  ənənələrimizə  sadiqlik,  ideya,  inam  tərbiyəsi  dərsdənkənar 

tədbirlərdə  tərbiyənin  başlıca  məqsədi  kimi  götürülür.  Belə  tədbirlərin  keçirilməsi  şagirdlərin  asudə 

vaxtlarının  təşkilində,  milli  dəyərlərimizdən  düşünülmüş  şəkildə  istifadə  edilməsində  mühüm  rol 

oynayır.  

Məzmununa,  təşkili  formalarına  görə  dərsdənkənar  işlər  rəngarəng  formada  həyata  keçirilir. 

Məqsəd şagirdlərin şüurunda milli dünyagörüşünün əsaslarını formalaşdırmaq, onlarda yüksək mənəvi 

keyfiyyətlər  tərbiyə  etmək,  konkret  nümunələr  əsasında  milli  mənəvi  dəyərlərimizə  hörmət  və  inam 

yaratmaq, onların milli ruhda tərbiyə olunmalarına nail olmaqdır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1380



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Tədbir keçirilərkən mövzunun əsas ideya istiqamətinə diqqət yetirmək, bu tədbirlərin şagirdlərin 

yaş  xüsusiyyətlərinə,  meyl  və  maraqlarına,  arzu  və  istəklərinə  uyğunluğu  nəzərə  alınmalıdır. Tədbir 

keçirilərkən aşağıdakı məsələlərə diqqət yetirməyi vacib hesab edirik. 

1.

 

Şagirdlərin  vətən,  xalq,  millət,  torpağa  məhəbbət  haqqında  təsəvvürlərinin  aydınlaşdırılması 



baxımından tədbirin mövqeyini müəyyən etmək

2.

 



Tədbirdə  şagirdlərin  nə  dərəcədə  ictimai  fəallıq,  praktik  fəaliyyət  göstərə  biləcəklərini 

müəyyənləşdirmək; 

 

Şagirdlərə milli tərbiyə ilə əlaqədar uşaq ədəbiyyatına maraq və məhəbbət hisslərinin tərbiyə 



olunması: 

 



Şagirdlərin  vətənimiz,  torpağımız,  onun  qüdrəti,  xalqımızın  qəhrəman  keçmişi,  bu  günü  və 

gələcəyi,  milli  və  mənəvi  sərvətlərimizin  zənginliyi  ilə  əlaqədar  təsəvvür  və  biliklərinin 

zənginləşdirilməsi: 

 



Düşmənə nifrət hissinin aşılanması: 

 



Ana  dilinin  gözəlliyinin,  soykökə  bağlılığının  dərk  edilməsi,  dilimizin  incəliyindən  həzz 

almaq bacarığının formalaşdırılması, obrazlı nitq və təfəkkürün inkişaf etdirilməsi: 

 

Uşaqlarda vətən naminə əməyə, əmək adamlarına, sənət və peşələrə, yaradıcı ziyalılara rəğbət 



hissinin aşılanması: 

 



Şagirdlərin  ictimai-siyasi  fəallığını  və  öz  fəaliyyətini  inkişaf  etdirmək,  onları  gücləri  çatan 

ictimai-faydalı işlərə cəlb olunması 

Keçirilən  bu  tədbirlər  sistemli,  məqsədyönlü,  planlı  şəkildə  həyata  keçirilərsə  şagirdlərin  milli 

ruhda, milli-mənəvi dəyərlər əsasında formalaşması təmin olunar.

 

 

 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin