QƏDİM TÜRK YAZILI ABİDƏLƏRİNDƏ BƏZİ ARXAİZMLƏRİN
ORTA ƏSR ABİDƏLƏRİNDƏ VƏ MÜASİR DİLDƏ TƏZAHÜRÜ
Nəsib ƏLİZADƏ
Sumqayıt Dövlət Universiteti
sdu.qrup.974@hotmail.com
AZƏRBAYCAN
Hər bir dilin inkişaf prosesini öyrənərkən arxaik sözləri bu inkişaf prosesindən kənarda təsəvvür
etmək qeyri-mümkündür. Çünki dildə həm lüğəvi, həm də fonetik arxaizmlərin yaranmasına səbəb
dilin lüğət tərkibinin yenilənməsidir. Hər bir dövr üçün istər dilin öz imkanları hesabına, istərsə də
alınma sözlər hesabına dilə gələn yeni sözlər- neologizmlər zaman keçdikcə ya dilin aktiv lüğət
fonduna keçərək ümumişlək sözə çevrilir, ya da passiv fondda köhnəlmiş söz şəklində qalır. Bu
sözlərin dildə işləkliyini itirməsinə səbəb isə müəyyən iqtisadi, mədəni, siyasi təsirlərdir. Arxaizmlər
lüğəvi (leksik, semantik) və fonetik olmaqla 2 yerə ayrılır.
Əşya və hadisənin adını başqa bir söz əvəz edirsə, qeyri fəal fonda keçmiş söz leksik arxaizm
adlanır məsələn:yapı abidələrdə qabaq ,üz,oğuznamələrdə tikintianlamında,öz köhnə mənasını itirərək
yeni məna ifadə edən arxaizmlər semantik arxaizmlər adlanır:məs. yazı, fonetik arxaizmlər isə bir səs
fərqi ilə fərqlənən arxaizmlərdir : adak-ayaq
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
839
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Türk xalqlarının milli-mənəvi dəyərlərinin daşıyıcısı olan qədim türk yazılı abidələrinin dilinə
nəzər salsaq, burada işlənən arxaizmlərin müxtəlif türk xalqlarının dastanlarının, oğuznamələrinin
dilində təzahürünü aydın müşahidə etmək olar.Lakin bu arxaizmlər zaman keçdikcə müxtəlif fonetik,
leksik, semantik dəyişikliyə uğrayaraq dilimizə gəlmişdir. Məs: Ud sözü qədim türk yazılı
abidələrində on iki illik qədim türk təqviminin bir ili kimi inək anlamında işlənmişdir: ud yıllıq-inək ili
.Eyni semantikada M.Kaşğarinin “Divan”ında sığır, inək kimi izah olunur.Lakin hər iki mənbədə ud
həmçinin
yuxu
mənasında
verilmişdir:tiyin, türk bodun üçüntün udımadım, küktüz
olurmadım(deyin,türk xalqının yolunda gecə yatmadim,gındız dincəlmədim). Ud sözünün yuxu
formasinda təzahüründə fono-semantikanin izləri daha aydin müşahidə olunur.Belə ki u səsi qədim
dildə həm xitab kimi işlənmiş, həm də yuxu anlamını ifadə etmişdir.Hazırda türk dillərində eyni
semantikada istifadə olunan uyku, yuxu sözləri əyani göstəricilərdir.
“Kitabi Dədə Qorqud”un və “Oğuznamə”lərin dilində isə ud semantik differensiasiya ilə
müşahidə olunaraq abır-həya sözlərini ifadə etmişdir.Ensklopedik lüğətdə udlu sözü utanmaq sözünün
derivatı kimi izah olunur.Fars dilində isə əl ud-ağac anlamında işlənməkdədir. Hazırda isə sözün çalğı
aləti və udmaq feli semantikasından istifadə edirik.
Uçmaq sözü qədim abidələrdə ölmək, buxarlanmaq, uçmaq (hazırkı semantikada) mənalarında
verildiyi halda. “Kitabi-Dədə Qorqud”un dilində və S. Əlizadənin “Oğuznamə”sində behişt, cənnət
sözünü ifadə edir:ağ saqallu baban yeri uçmaq olsun. Qədim miflərə görə (inanclara görə) insan
ölərkən onun ruhu bədənindən ayrılaraq göyə qalxır, uçur. Məsələyə bu aspektdən baxsaq, bu sözün
semantikasının o qədər də dəyişikliyə uğramamasını deyə bilərik. Müasir dilin lüğət tərkibində isə
uçmaq ancaq göyə uçmaq formasında istifadə olunur.
“Kitabi Dədə Qorqud”un dilində Güyəgü ,göygü şəklində işlənən fonetik arxaizmi hazırda
qohumluq termini olan kürəkən anlamında dilimizdə işlənməkdədir:kül təpəcik olmaz,güyəgü oğul
olmaz. Bu sözün qalığı olaraq dialektlərdə kürəkən sözü göy(mənim göyüm göyərmiş heç bir işin
qulpundan yapışmır(Tovuz)), gev ( qızımın ərinə diirəm (Culfa)) kimi istifadə olunur. Qədim türk
yazılı abidələrinin dilinə nəzər salsaq bu terminin semantikasını bu cür izah etmək olar.Belə ki, kü
sözü xəbər, səs,ad,san,şöhrət mənasında, küdənsözü qonaq mənalarında işlənmişdir.Bu mənalara
əsaslanaraq belə qənaətə gəlmək olar ki, abidələrin dilində küdəgü kimi verilən kürəkən sözü” evə
gəlib sonradan qohum-əqraba arasında məhşurlaşan şəxs”anlamındadır. Güdəgü sözündə cingiltili
samitlərin ahəngi daha aydın nəzərə çarpır.
Dildə olan arxaizmlərdə bu cür semantik ayrılmanın səbəbini çox güman ki, dilin fonetik
qabığında müxtəlif hadisə və qanunların təzahür etməsi ilə əlaqələndirmək olar.
GEOONOMASTİKA VƏ İNSAN COĞRAFİYASI PROBLEMİ
Yedgar CƏFƏROV
AMEA Nəsimi adına Dilçilikİnstitutu
yedgar@yandex.ru
AZƏRBAYCAN
Dil, müəyyən mənada, həm də təhtəlşüur hadisəsi olduğundan, hər hansı bir insanın danışarkən
seçdiyi sözlərlə onun düşüncəsinin mənzərəsini canlandırmaq olar. Bu vasitə insan və cəmiyyəti
qarşılıqlı əlaqədə, həm də bir tərəfdən psixoloji, digər tərəfdən isə sosial yöndən öyrənməyə imkan
verir. Yəni, bir psixoloq bu metodun köməyi ilə konkret fərdin dünyagörüşünü, mədəni səviyyəsini,
mühitin təsirlərinə münasibətini müəyyən edə bildiyi kimi, bir sosioloq da publik-mediatik dildə baş
verən yenilik və dəyişikliklərin işığında cəmiyyətdə gedən hansısa proseslər haqqında müəyyən
nəticələrə gələ bilər.
İnsanların öz övladlarına qoyduqları adların statistik analizi, bu baxımdan, ictimai şüurun inkişaf
meyllərinin aydınlaşdırılmasından ötrü əsaslı istiqamətlər verir. Ayrı-ayrı fərdlərin, ümumilikdə isə
toplumun müxtəlif məsələlərlə bağlı düşüncələrini, münasibətini müəyyən etmək, adətən, çox çətin
olur və bundan ötrü böyük tədqiqat qurumları fəaliyyət göstərir. Bu məqsədlə keçirilən sorğular,
cəmiyyətin mikromodelini yaratmaqla aparılan analizlər bir çox hallarda ictimai həyatda gedən latent
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
840
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
proseslərin izlənməsi üçün kifayət etmir. Çünki ünvanlanmış sorğulara fərdlərin cavabları sırf
subyektivizm məsələsidir və bu cavablar onların əsl münasibətini əks etdirməyə də bilər. Amma
övladlara qoyulan adlar insanlar üçün bir mənəvi dəyərdir və digər mental xüsusiyyətlər kimi onlar bu
dəyərə münasibətdə də tam səmimidirlər. Bu baxımdan xüsusi adlar sosial informasiya daşıyıcılarıdır.
Adların xüsusi məqsədlərlə statistik analizi, adların işlənmə tezliyi üzrə müvafiq nisbətlərin
müəyyənləşdirilməsi bizə cəmiyyət haqqında maraqlı informasiyalar əldə etmək imkanı verir.
Ad sistemində konkret informasiyanın assosiativ işarəsinə çevrilmiş adlar vardır. Məsələn,
Məhəmməd, Fatimə, Zəhra və s. adlarında İslam dininin, Əli, Həsən, Hüseyn adlarında İslamın bir,
Ömər, Osman adlarında digər bir təriqətinin, İsa, Məryəm adlarında xristianlığın, İsrail, Binyamin və
s. adlarında iudaizmin, Yusif adında dinlərin qarşılıqlı əlaqəsinin ifadə olunduğu məlumdur. Əlbəttə,
bütün bu adların körpələrə qoyulması müəyyən istisnalarda sırf təsadüf də ola bilər. Amma əksər
hallarda bu adlar seçilərkən, onların assosiativ mənaları da mütləq nəzərə alınır və beləliklə bu adların
bölgələr üzrə artıb azalan nisbəti cəmiyyətdə gedən proseslərin təhlili üçün maraqlı material verir.
Adlarda bəzən regionlar xüsusiyyətlər də əks olunur. Belə ki, konkret bir region üçün xarakterik
olan adlar, soyadlar vardır və bu onomastik vahidlərə diqqət yetirməklə bu adı, yaxud soyadı daşıyan
şəxsin regional mənsubiyyəti haqqında ilkin qənaət formalaşır.
Azərbaycanda soyadların, regiondan asılı olmayaraq ümumi standart formantlar əsasında müəy-
yənləşməsi belə bir soyad xəritəsinin hazırlanmasına imkan verməsə də, bir çox ölkələrdə, məsələn,
Gürcüstanda soyad sonluqlarının regional xarakteri maraqlı proseslərin izlənməsinə şərait yaradır.
Gürcüstanda -dze, - şvili, - ani, - ia, - ua, -ava, - uli, - uri, - ti kimi onlarca belə soyad formantları var-
dır ki, bunlar ayrı-ayrı coğrafi ərazilərə mənsub əhalini digər ərazilərin adamlarından fərqləndirmək
imkanı verir. Məsələn, Tiflisdə əhalinin 45 faizi -idze, Kaxetiyanın 90 faizi -işvili, Tuşetiyanın 76 faizi
-idze, Svanetiyanın 84 faizi -ani, Mesxetanın 72 faizi -işvili formantlı soyad daşıyır.
Əgər nəzərə alsaq ki, müstəqillik dövründə Azərbaycanda da oğlu, qızı, zadə, -lı
4
formantlarından
istifadəyə icazə verilmiş və vətəndaşlar arasında soyadların milliləşdirilməsinə meyl güclənmişdir, son
illər üzrə soyadların dəyişməsi statistikasını izləməklə hansı regionun bu məsələdə daha fəallıq göstər-
diyinin və hansı formantın seçildiyinin müəyyənləşdirilməsi maraqlı nəticələrlə müşayiət edilə bilər.
Şəxs adları və soyadlarla yanaşı, coğrafi adların (toponimlər) də ərazidəki mikrotoponimlər
fonunda statistik analizi, yer adlarının rəqəmli məlumat bazalarının başqa ölkələrdə, xüsusilə də
türkdilli ölkələrdə mövcud olan analoji məlumat bazaları ilə çarpazlaşdırılması, xalqların hərəkət
trayektoriyalarının müəyyənləşdirilməsi, indiyə qədər mübahisəli qalan bir çox tarixi həqiqətlərin üzə
çıxarılması baxımından son dərəcə faydalıdır.
Azərbaycan ərazisindəki adların statistik metodların köməyi ilə öyrənilməsi multikulturalizm
ideyası baxımından da əhəmiyyətlidir. Çoxmillətli ölkə olan Azərbaycanda xüsusi adların müqayisəli
şəkildə analizi, bu sahədə mədəniyyətlərin bir-birinə qarşılıqlı təsirlərinin üzə çıxarılması, inkişaf
meyllərinin müəyyənləşdirilməsi multikulturalizm təşəbbüslərinə böyük töhfə verərdi.
İnformasiya-kommunikasiya texnologiyalarının bu cür statistik analizlərin aparılmasına
möcüzəvi imkanlar yaratdığı müasir dövrümüzdə cəmiyyətin idarə olunmasında adlardan istifadə
amilindən irəli gələrək yeni bir elm sahəsi kimi insan coğrafiyasının (human geography) dünyanın
müxtəlif elm mərkəzləri üçün populyarlığı get-gedə artmaqdadır.
İnsan coğrafiyası cəmiyyətləri, onların xarakterik xüsusiyyətlərini, fəaliyyətlərini, bu cəmiyyətə
xas ictimai düşüncə tərzini onların bağlı olduqları coğrafi çevrə ilə əlaqəli şəkildə öyrənən elmi
istiqamətdir.
Ərazinin tarixi-coğrafi xüsusiyyətləri ilə əhali tərkibi arasındakı münasibətlərin müəyyənləşdiril-
məsi, məskunlaşmaların bölgələr üzrə paylanmasına təsir göstərən təbii və bəşəri amillərin üzə
çıxarılması, bu təsirlərin müasir dövrdə də izlənməsi zamanı onomastik vahidlər maraqlı materiallar
təqdim etdiyindən onomastikanın çoxsaylı terminləri sırasında son illər geoonomastika termini çox
tez-tez nəzərə çarpmaqdadır. Geoonomastikaya müəyyən ərazilərdə xüsusi adların necə törəməsi
faktlarını sistemləşdirən bir elm sahəsi kimi yanaşa bilərik. Bura aşağıdakılar aid edilməlidir:
-geoonomastika - xüsusi adların əmələ gəlməsini coğrafiya ilə əlaqəli şəkildə öyrənən bir elm
sahəsi;
-geoonomast, geoonomastikian, yaxud geoonomatologist – xüsusi adları coğrafiya ilə əlaqəli
şəkildə öyrənən şəxs;
-geoonomastikon - bir və ya daha çox ərazi hüduduna aid xüsusi adlar siyahısının, terminlərin
toplandığı onomastik lüğət;
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
841
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
-geoonomastikal – elmi fakta geoonomastika metodu ilə yanaşma tərzi.
Geoonomastika areal onomastika, dialektologiya, kartoqrafiya, əhali genetikası, demoqrafiya,
etnoqrafiya, tarixi coğrafiya, antropologiya və s. bu kimi elm sahələri ilə bir çox ortaq cəhətlərə
malikdir və bu sahələrin tədqiqat üsullarına tez-tez müraciət etməli olur. Geonomastikada ad xəritələri,
yaxud onomastik xəritələr də xüsusi yer tutur. Onomastik xəritələr adların məkani paylanmasını əks
etdirən coğrafi vəsaitlərdir. Onomastik xəritələr 3 əsas məqsədə əsaslanır: 1) xüsusi bir ərazi haqqında
onomastik informasiyaları təmin edir; 2) adların paralelliyi və məkanı haqqında informasiyalar verir;
3) iki və daha çox xəritə arasında ad paralellərinin müqayisəsi üçün istifadə olunur.
Nəticə olaraq onu qeyd etmək istərdik ki, xüsusi adlar səviyyəsində aparılan statistik analizlər
insan coğrafiyasının, dilin və mədəniyyətin öyrənilməsindən ötrü alternativ metodlar nümayiş etdirir.
Bu tezisdə irəli sürülən müddəalar adların bu sahədə malik olduğu informativ imkanlardan
məqsədyönlü şəkildə istifadə baxımından faydalı ola bilər.
GENDER FƏRQLƏRİNİN DİLDƏ İFADƏSİ
Anar FƏRƏCOV
Bakı Dövlət Universiteti
anarf-v@box.az
AZƏRBAYCAN
Məlum olduğu kimi, XX əsrin ikinci yarısında dilçiliyə gender anlayışı daxil oldu. Gender dilçil-
iyi inkişaf etməkdədir. Bu sahədə ilk tədqiqatlar alman və roman dil qrupları əsasında aparılmaqla
dilin kişilik və qadınlıq xüsusiyyətləri üzə çıxarıldı. SSRİ məkanında ilk dəfə olaraq bu sahədə
tədqiqatlar 80-cı illərin axırı, 90-cı illərin əvvəlində rast gəlmişdir. Gender dilçiliyi dilçilikdə elə bir
sahədir ki, burada müxtəlif dilçilik sahələrinə müraciət etməklə maraqlı nəticələr əldə etmək olar.
XX əsrin 60-70-ci illərində femenist dilçiliyin yaranması ilə gender tədqiqatları geniş vüsət aldı.
Bu barədə dünya dilçiliyində maraqlı əsərlər yazıldı, kişi və qadın “dili”nin müəyyən xüsusiyyətlərini
ortaya qoydular. Bu dilçilərdən C.Qremel-Plestini, L.Puşuni, E.Qroşkonu, A.Nilseni, R.Lakoffu və b.
göstərmək olar.
Femenist dilçiliyində iki istiqamət fərqləndirilir. Birinci istiqamətin nümayəndələri dünyan
dillərində qadın obrazının alçaldılması faktları öyrənilir. Onların fikrincə dünyada bütün dəyərlər kişi
gözü ilə ölçülür. Məhz bu cəhətə görə dünyanın bütün dilləri “kişi” dili adlandırılır. Dildə hətta qadın
obrazı belə neqativ qiymətləndirilir. Onlar üçün əsas istiqamət dilin leksikasıdır. E.Qoroşko öz
əsərində qeyd edir ki, bir çox Avropa dillərində qadın obrazına çox vaxt mənfi xüsusiyyətlər aid
edilirdi ki, bu da frazeologiyada öz əksini tapıb. O.Kolosovun fikrincə mənfi xarakterizələr belə
qiymətləndiriləndə qadına aid xarakterlərdən istifadə olunur. A.P.Nilsen öz əsərində qeyd edir ki, çox
vaxt kişi cinsi ilə bağlı olan söz nüfuz statusu daşıyır. Bu səbəbdən onların əsasında mürəkkəb sözlər
və söz birləşmələri (Brotherhood, spokesman və s.) yaranıb. Tədqiatçının qeyd etdiyi kimi, müvafiq
sözlərin işlədilməsi bəzi vaxtlar qadınları siyasət, idman, təhsil və s. sahələrdən kənarlaşdıraraq
məhdudlaşdırmışdır. Feminist linqvistikasının nümayəndələri belə düşünürdülər ki, müasir cəmiyyətdə
gender bölgüsü müəyyən edilib, bu zaman kişi yaradıcılıqla məşğul olur, qadın isə ev işləri, uşaqların
tərbiyəsi ilə məşğul olur.
İkinci istiqamət diskurs adlanır. Burada cəmiyyətin dəyər və normalarından, şərtilikdən və sosial
praktikadan asılı olan sosial fəaliyyət formasıdır. Əsas tədqiqatlar nitq fəaliyyətinin qadın və kişi tərzi
arasındakı fərqi müəyyən edir. Belə hesab edirlər ki, kişi və qadın nitq tərzi, kişi və qadın partnyorun
deyilən fikrə reaksiyasını, onların seçim və korreksiyasını nəzərə almaq dərəcəsindən asılı olaraq
fərqlənirlər. Kişi daha çox öz fikrini irəli sürən və onun arxasınca gedən, qadın isə partnyorun fikrinə
doğru yönəlir.
Dildə gender tədqiqatları dil və cinslərin qarşılıqlı münasibətləri əsasında aparılmalı, cinslərin dil
davranışlarının xarakterik xüsusiyyətlərini təsvir etməlidir. Müasir dövrdə dilçilikdə gender
tədqiqatların aparılmasında üç cür yanaşma var:
1. Qadın və kişi dilinin sosial mahiyyətinin cəmiyyətdəki rolu
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
842
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
2. Nitq davranışının kişi və qadın tiplərinə uyğun psixolinqvistik mahiyyəti, xüsusən milli, etnik
xarakterlər
3. Cinslərin dil davranışındakı koqnitiv əsasları
Qadın və kişi dilinin sosial mahiyyəti dedikdə, ilk növbədə qadın və kişilərin cəmiyyətdə
tutduqları mövqeyi ilə izah olunmalıdır. Hər bir cəmiyyətdə cinslərə münasibət fərqlidir. Bu cür
müqayisəni müxtəlif dillər üzərində apara bilərik. Azərbaycanda da qadına münasibət fərqlidir. Qadın
və kişiyə bütün qanunlar bərabər şəraitdə fikirlərini ifadə etməyə, cəmiyyətdə müxtəlif vəzifələri
tutmağa imkan versə də, qadınlara sanki mənəvi bir qınaq mövcuddur. Bu artıq qanunlarla yox,
cəmiyyətin münasibətilə bağlıdır. Bu cəhətdən milli mentalitet və psixoloji təsirlər də böyük rol
oynayır. Deməli, xalq təfəkkürünün çox möhkəm mənəvi bağları cinslərin “dilləri”nə də təsir edir.
Bütün bunlara baxmayaraq, deyə bilərik ki, Azərbaycan xalqı qadına bir müqəddəs varlıq kimi
yanaşmış, onu həmişə uca tutmuşdur. Buna sübut olaraq göstərə bilərik ki, bir çox dastanlarımızda,
atalar sözlərimizdə qadına münasibət tamamilə fərqlidir, məsələn: Ana haqqı, tanrı haqqı, Ana vətən,
Ana dili, Cənnət anaların ayaqları altındadır və s.
F.Əlizadə də öz məqaləsində kişi və qadın “dili”nin fərqli xüsusiyyətlərini maraqlı faktlarlarla
ortaya qoymuşdur. O qeyd edir ki, kişilər nitqində rəsmi söhbətlərə, çox zaman lovğalı sərgüzəştlərə,
əyləncəli söhbətlərə, tostlara, təriflərə, andlara, şüarçılığa, adi və həmçinin qəzəbli anlarında söyüşlərə
meyilli olduğu halda, qadınlar adi vəziyyətdə ailə məişət, övlad haqqında söhbətlərə, qeybətə,
yamanlamalara, yalvarışlara, alqışa, qəzəbli halda isə qarğışa nifrətə bağlıdırlar.
Qadınların nitq davranışları haqqında çox maraqlı tədqiqatlar aparılmışdır. Bu barədə R.Lakoff
özünün “Dil və qadının yeri” əsərində geniş araşdırma aparmış və maraqlı xüsusiyyətlər ortaya
çıxartmışdır. Müəllifin fikrincə, kişilərin nitq davranışından fərqli olaraq, qadınların nitq davranışı
qətiyyətsiz, daha az aqressiv, daha çox humanistdir . Kişilər isə dialoq zamanı daha aqressivdilər.
Bu haqda olan tədqiqatları ümumiləşdirərək kişi və qadın “dili”inin aşağıdakı fərqli
xüsusiyyətlərini ortaya qoymaq olar:
1. Qadınlar çox vaxt kiçiltmə şəkilçilərinə müraciət edirlər;
2. Qadınlar üçün vasitəli nitq aktı xarakterikdir. Onlar çox vaxt nəzakət və yumşaltma
formalarından istifadə edirlər;
3. Nitq davranışında qadınlar hakim mövqe tutmurlar, onlar qulaq asmağı və həmsöhbətin
problemləri üzərində fikrini cəmləşdirməyi bacarırlar;
4. Qadınlar kişilərin istifadə etmədikləri sözləri işlədirlər (məsələn, mauve (məuv) «açıq çəhrayı-
bənövşəyi»;
5. Qadınlar daha çox «boş» qiymət bildirən sifətlərdən istifadə edirlər (sweet - şirin, divine -
ilahi, cute - ağıllı, hazırcavab, zirək, dan. xoş, qəşəng, məlahətli);
6. Qadınlar kişilərin təsdiq formalarını işlətdiyi yerdə sual formalarından istifadə edirlər;
7. Qadınlar daha çox tərəddüd, şübhə, inamsızlıq ifadə edən formaları işlədirlər (well, you know,
I guess, I thing - yaxşı, siz bilirsiniz ki, mən təxmin edirəm, mən güman edirəm);
8. Qadınlar daha çox qüvvətləndirici ədatlardan istifadə edirlər (so nice, very nice);
9. Qadınlar düzgün qrammatikadan istifadə edirlər.
10. Kişi və qadınlar danışıq zamanı özlərini müxtəlif cür aparır, söhbət prosesində dildən
müxtəlif cür istifadə edirlər. Bu cür tədqiqatlarda adətən danışığın əsas mövzusundan uzaqlaşmanın
sayı, bir mövzudan digərinə keçid, digər həmsöhbətə gözlənilmədən müraciət, həmsöhbətin sözünü
kəsmə və s. hesablanır.
Kişi və qadın “dili” haqqında çoxlu tədqiqatlar aparılsa da, hələ də müəyyənləşməmiş çoxlu
faktlar vardır. Gender görə dili araşdırmaq tək dili öyrənməklə yox, cinslərin sosial, psixoloji
xüsusiyyətlərini araşdırmaqla daha düzgün nəticələrə gəlmək olar.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
843
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
BƏDİİ TƏYİN VƏ EPİTETLƏR ( KLASSİK AŞİQ
POEZİYASININ POETİK SİNTAKSİSİ ƏSASINDA)
Təranə HACIYEVA
Qafqaz Universiteti
tehaciyeva@qu.edu.az
AZƏRBAYCAN
Bədii dili, fərdi üslubu məcazlarsız təsəvvür etmək çətindir. Xalq dilinin zəngin söz xəzinəsini
dərindən bilən və buradan dəqiq, səlis, qüvvətli ifadələri seçib dilə gətirən müxtəlif dövr söz
ustalarımız bədii mətnin məzmununu dolğun və zəngin etmişlər. Məcazın bədii dildə yaranması ilk
növbədə, əsərin üslub tələbləri ilə bağlıdır. O, təkcə təmtəraqlılıq üçün deyil, həm də ideya və
məzmunun obrazlı şəkildə ifadə edilməsi üçün dilə gətirilir. Hələ antik dövrdə məcazın təbiəti alimlər
üçün maraqlı olmuşdur və onlar məcazı sözün mənası ilə bağlı olan hadisə kimi qiymətləndirmişlər.
«Məcaz söz və ya söz birləşməsinin elə məna dəyişkənliyidir ki, onun nəticəsində mətnin semantikası
zənginləşir». Görünür, bu zənginlikdən irəli gələn xüsusiyyətdir ki, məcazlar ən çox tədqiq olunan və
təsnifatı fərqli verilərək mübahisə doğuran dil vahidləri sırasına daxildir. Bu baxımdan, eyni sintaktik
funksiyalı, semantik strukturlu dil vahidlərinin bəzən poetik (bədii), bəzən də epitet adları altında
təqdim edilməsi diqqət çəkən və araşdırma tələb edən məsələlərdəndir.
Bədii dilə poetik vüsət verən, onu gözəlləşdirən bədii təsvir vasitələrindən ən çox maraq doğuranı
epitetlərdir. Epitetlər təsvir edilən hadisənin bu və ya digər xarakterik əlamətinin meydana
çıxarılmasında, onun qiymətləndirilməsində mühüm rol oynayır, haqqında bəhs olunan əşyaya
aydınlıq, obrazlılıq verir, onun haqqında canlı təsəvvür yaradır. «Epitet sözün birtərəfli tərifidir, ya
sözün məcazi mənasını təzələyir, ya da əşyanın hər hansı xarakterik görünən cəhətini nəzərə
çarpdırır». Yəni, bu dil vahidləri yalnız sözün məcazi mənasında işlənməklə epitet statusu qazanır.
Epitetlər yüksək obrazlığa malikdir. Onlar təsvirin, tərənnümün daha da ifadəli alınmasına, diqqət cəlb
etməyə xidmət edir. B.V.Tomaşevski epitetlərin əsas funksiyasını aşağıdakı kimi səciyyələndirir:
«Epitet əlaməti bildirmək üçün danışanın əşyaya diqqəti cəlb edən emosional və obrazlı münasibətini
ifadə etmək üçündür» ( 3,s.34). Elə obrazlığa xidmət etməsi epitetləri digər təyinlərdən (qrammatik və
poetik) fərqləndirir. Epitet adi deyil, yüksək obrazlığa malik olan təyindir. Bu da bir həqiqətdir ki,
bədii dildə işlənmiş bütün təyinlər emosionallığa xidmət edir və mətndə qrammatik təyin rolunu
daşısalar da, bədii təsvir sayəsində poetik təyin səviyyəsində olurlar. Görünür, elə bu cəhəti nəzərə
alaraq, epitetdən bəhs edən bəzi tədqiqatçılar bədii əsərlərin dilindəki təyinlərin hamısını epitet kimi
qəbul etməyin tərəfindədirlər. Hətta «Bir çox alimlərimiz epitetdən bəhs edərkən onları qruplaşdırıb
iki yerə: qrammatik və bədii təyinlərə bölürlər». Obrazlılıq və poetikliyin məzmunca fərqli anlayış
olmasına istinad edərək, bu fikirlə razılaşmamaq mümkündür. Bədii dildə işlənmiş təyinlər hamısı
təsvirə xidmət etsə də, obyektin obrazlı ifadəsinə eyni cür nail ola bilmir. Bədii dilə gətirilən bütün
vahidlər kimi təyinlər də bədiilik qazanaraq, poetik təyin səviyyəsinə yüksəlir, məcazi mənada işlənən
təyinlər isə poetik (bədii) təyin olmaqdan əlavə epitet olmaq şansı da qazanır.
Epitet və bədii təyin barəsindəki nəzəri fikirlərimizin aşıq şeirinin poetik sintaksisi əsasında
praktik izahına keçməzdən əvvəl aşıq poeziyasının bədii məziyyətlərini qeyd etmək yerinə düşər. Aşıq
poeziyasının bünövrəsində məcazi düşüncə tərzi durur. Hələ aşıqlara qədər də bütün Şərq poeziyasında
bədii ifadə vasitələri şeirlərin özəyini təşkil edirdi. Yazılı ədəbiyyat bədii ifadə vasitələrinin kökünü
xalqdan alırdı. Xüsusilə, tərənnümçülük, vəsf semantikası güclü olan şeirlərdə məcaziliyin yaratdığı
imkanlar əvəzsiz idi. Aşıqlar da məcaziliyin imkanlarından bacarıqla istifadə edərək, bədii cəhətdən
dolğun, bədii təsvir və ifadə vasitələri ilə zəngin olan şeir nümunələri yaratmışlar. Lakin məqalənin
məqsədi və həcmi həmin nümunələrin şərhinə yol vermir. Epitet və bədii təyinin ümumi və fərqli
cəhətlərini aşıq şeirindən olan iki misra əsasında müqayisə edək:
Ağ üzündə qoşa xallar bənəkli,
Ay üzü birçəkli, xallı Sənəm, gəl!
«Üz» sözünü həm «ağ», həm də «ay» sözləri tə’yin edir. Hər ikisi şeirin dilinə ahəngdarlıq
verərək, təsvir məqsədi daşıyır. Lakin «ay» təyini kontekstual məcazilik kəsb etdiyindən, o, fikrin
obrazlı ifadəsinə xidmət edir və üç funksiyaya malik olur: qrammatik təyin, poetik təyin, epitet. «Ağ»
|