FRAZEOLOJİ BİRİKMƏLƏR, FRAZEOLOJİ BİTİŞMƏLƏR,
FRAZEOLOJI BİRLƏŞMƏLƏR VƏ ONLARI TƏŞKİL EDƏN
KOMPONENTLƏRİNİN MƏCAZİ MƏNALARI
Kəmalə ƏLİYEVA
Gəncə Dövlət Universiteti
ekrq1991@mail.ru
AZƏRBAYCAN
Tərkibindəki sözlərin müstəqil mənalarını tamamilə itirməsi nəticəsində əmələ gələn sabit söz
birləşmələrinə frazeolji birikmələr deyilir. Dilçilikdə bu tip sabit söz birləşmələri idiomlar da adlandı-
rılır. Bu söz birləşmələrin əsas əlaməti onların semantik cəhətdən bütövlüyüdür. Dildə xüsusi səciyyə
daşıyan bu birləşmələr onun frazeologiyasının əsasını təşkil edir. Frzaeoloji birikmələrə aşağıdakı söz
birləşmələrini misal göstərmək olar:
Kick the bucket “ölmək”; send smb. to conventry “bir kəsi baykot etmək”, “bir kəslə əlaqəni kəs-
mək”; at bay “çıxılmaz vəziyyət”; be at somembody`s beck and call “qulluğunda həmişə hazır olmaq”
= “əmrə hazır olmaq”; to be all thumbs “yöndəmsiz”, “yaraşıqsız”; to rain cats and dogs “şıravaran
yağış yağmaq”; kilkenny cats “qatı düşmənlər”.
Frazeoloji birikmələr onları təşkil edən komponentlərinin məcazi mənaları əsasında əmələ gəlir.
Bu cür birləşmələrin bədiilik xüsusiyyətləri yalnız tarixi-nöqteyi nəzərdən açıqlanır. Məsələn: “bay”
sözünün mənası “tupik” (ş.dəniz quşu), “beck” sözünün mənası isə “qollarını çırpmaq”-dır. Bu sözlər
arxaizmlərdir və yalnız yuxarıda göstərildiyimiz frazeologizmin tərkibində işlənir. Və yaxud digər bir
misala baxaq “to be all thumbs” frazeologizmi “one`s fingers all thumbs” frazeologizminin əsasında
əmələ gəlmişdir. “Kilkenny cats” frazeologizmi bir əfsanədən götürülmüşdür. Əfsanəyə görə Kilkenny
və Irishtown arasında XVIII əsrdə müharibə olub və bu müharibə hər iki şəhərin dağılması ilə
nəticələnib. “Send smb. to Conventry” frazeologizmi Klarendonun “The history of the Great Rebellion
and Civil Wars in England” kitabında götürülmüşdür. İngilis inqilabı dövründə Konventri şəhərində
bir həbsxana yerləşirdi ki, orada yalnız güclü monarxlar saxlanılırdı. Göst ərdiyimiz bu frazeologizm
də bununla əlaqədar olaraq yaranmışdır.
Beləliklə frazeoloji birikmələrdə həqiqi məna ilə məcazi məna arasındakı əlaqə itir və məcazi
məna onlar üçün ön plana keçir. Frazeoloji birikmələrin aşağıdakı xüsusiyyətləri var:
1. Frazeoloji birikmələrin komponentləri sırasına arxaizmlər də daxil ola bilər.
2. Bu tip birləşmələri sintaktik cəhətdən parçalanmaq mümkün deyildir.
3. Onların komponentlərinin yerlərini dəyişdirmək əksər hallarda qeyri-mümkündür.
4. Bu birləşmələrin tərkibinə söz daxil ola bilmir.
5. Frazeoloji birikmələrin tərkibindəki sözlər öz leksik mənalarını itirərək onların komponentləri-
nə çevrilir və ümumi bir mənanı ifadə edir. Məsələn: “kick the bucket” – “to die”; “send smb to Con-
ventry” – “to ignore”.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
824
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Frazeoloji bitişmə.
Bəzi sabit söz birləşmələrinin tərkibindəki sözlərdən birinin həqiqi mənası az da olsa, nəzərə
çarpır. Bu tip birləşmələr frazeoloji bitişmələr adlanır. Frazeoloji bitişmələrə aşağıdakı söz
birləşmələrini misal göstərmək olar:
To spill the beans “sirr vermək”; to burn bridges “körpüləri yandırmaq”; to throw dust into smb’s
eyes “bir kəsin başını aldatmaq”; to point the devil blacker than he is “şişirtmək”; to put a spoke in
somebody’s whell “bir kəsə mane olmaq”, “əngəl törətmək”; to hold one’s cards close one`s chest “bir
şeyi sirr olaraq saxlamaq”, “ağzını bərk tutmaq”, “susmaq”; to be narrow in the shoulders “zarafat
başa düşməyən”; to gild refined gold “boş yerə çalışmaq”; to stick like a leech “zəli kimi yapışmaq”;
broad shoulders “enli kürək”; more or less “qismən”, “müəyyən dərəcədə”; out of the frying pan into
the fire “yağışdan çıxıb yağmura düşmək”.
Frazeoloji bitişmələr bədiilik və məcazilik baxımından qismən frazeoloji birikmələrə bənzəyirlər.
Frazeoloji bitişmələri başa düşmək üçün onun komponentlərini məcazi mənada dərk etmək lazımdır.
Məsələn: make a mountain out of a molehill frazeologizmi “qarışqadan fil düzəltmək” (bir şeyi çox
şişirtmək) mənasını verir. Burada molehill sözü “çox kiçik” mənasında, mountain sözü isə “çox
böyük” mənasında dərk edilir.
Frazeoloji bitişmələr omonim ola bilər, yəni onlar həm həqiqi, həm də məcazi məna ifadə edə
bilərlər. Məsələn: It was very tiresome as I had to swim against the current cümləsinin tərcümsi belə
olacaq: Axının əksinə üzmək çox yorucu idi. Bu cümlədə“to swim against the current” birləşməsi
“axının əksinə üzmək” mənasını verir. Bu birləşmənin məcazi mənası isə “bir kəsə qarşı çıxmaq
(getmək)”, “bir kəsin əksinə getmək”dir.
Frazeoloji bitişmələrin də özünəməxsus xüsusiyyətləri var. Bunlar aşağıdakılardır:
1. Bu birləşmələr yüksək bədiilik xüsusiyyətlərinə malikdir və onlar mövcud olan digər sabit söz
birləşmələrinə mənaca uyğun gəlir. Məsələn: to throw dust into smb`s eyes, to be narrow in the
shoulders, to burn one’s fingers, to burn bridges.
2. Frazeoloji bitişmələr komponentlərinin semantik xüsusiyyətlərini qoruyub saxlayır. Məsələn:
to put a smoke in smb`s wheel.
3. Onlarda emosionallıq və ifadəlilik həlledici rol oynayır. Məsələn: to throw dust into smb`s
eyes, to point the devil blacker than he is.
4. Bu tip birləşmələrin komponentlərinin yerini dəyişmək qeyri-mümkündür. Məsələn: to hold
one’s cards close to one’s chest.
5. Frazeoloji bitişmələr sözlərin və yaxud söz birləşmələrinin sinonimi ola bilir. Məsələn: to gild
refined gold = to paint the lily.
Frazeoloji birləşmə.
Bəzi sabit söz birləşmələrinin tərkibindəki sözlərdən biri mütləq öz həqiqi mənasında işlənir, o
biri söz isə ondan asılı vəziyyətdə olur, yəni bu tip birləşmələrin tərkibinə həm müstəqil, həm də
frazeoloji məna daşıyan sözlər daxildir. Dilçilikdə bu cür sabit söz birləşmələri frazeoloji birləşmələr
adlandırılır. Məsələn: a bosom friend “ürək dostu”; to frown one’s eyebrows “qaşlarını çatmaq”; a
Sisyphean labour “sizif əməyi”;Adam's apple“xirtdək”; rack one`s brains “baş sındırmaq”; to pay
attention to somebody “bir kəsə diqqət yetirmək”; Augean stables “avgin tövlələri”; Homeric laughter
“homer gülüşü”; Achilles’ heel “axilles dabanı”.
Frazeoloji birləşələrin aşağıdakı xüsusiyyətləri var:
1. Frazeoloji birləşmələrin kompoentlərindən birini dəyişmək mümkündür. Məsələn: a bosom
friend “ürək dostu”, bosom buddy “yaxın yoldaş”.
2. Bu birləşmələrin əsas tərəfini onun sinonimi ilə əvəz etmək olar. Məsələn: pitched battle
“amansız döyüş”, fierce battle “sərt döyüş”, “qızğın döyüş”.
3. Onların komponentlərinin yerini dəyişmək mümkündür. Məsələn: Sisyfean labour “sizif
əməyi”, a labour of Sisyphus.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
825
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZERBEYCAN – ARAP İLİŞKİLERİ. ARAP
KAYNAKLARINDA AZERBEYCAN YER İSİMLERİ
Hacer HÜSEYNOVA
ADPU
hacerhuseynova@mail.ru
AZERBAYCAN
Azerbaycan - Arap edebi ilişkilerinin tarihi VII yüzyılın iknci yarısından başlar. Fakat Azerbaycan
şairlerinin Arap kültürü ile tanışmaları bu kültürel ilişkilerin kökünü uzaklara götürüyor . Medine'ye
göç eden ve orada yaşayıp -yaratmış Azerbaycanlı şairler İsmail ibn Yasar, Musa Şehavat, Ebul Abbas
el Ema geniş bilgi ve derin zekaya sahip olduklarından islamda büyük rütbe olan "mevla " rütbesine
layık görülmüş ve bunlar “mövlalar”, yani “mevali şairleri” olarak isimlendirilmişlerdir .
VII - IX yüzyıllarda gelişmiş islam kültürünü hilafete dahil olan diğer sürümler, halklar gibi
Azerbaycanlılar da doğuruyordu. Bu dili öğrenmek kendini tanıtmak, meşhurlaşmak açısından oldukça
önemliydi.
Aynı zamanda Azerbaycan'da eğitimlerini tamamlayan gençler o devrin büyük kültür merkezleri
olan Mekke, Bağdat, Sam şehirlerine gider, orada yüksek eğitim alıyorlardı. Onlarin Arapça kayıtları
ise doğaldı. Örneğ olarak, Hatip Tebrizi eğitimini tamamladıktan sonra 40 yıl Bağdat'ın Nizamiye
medresesinde hocalık yapmıştır. El Muğeddesi el Marağayi, Mensur Tebrizi ve b. bu gibi
Azerbaycanlı şairler de arapça yazmış- yaratmışlar.
Azerbaycan-Arap edebi ilişkilerinden söz ederken Azerbaycan destanlarını ve masallarını
hatırlamamak olmaz. "Kitabi -Dədə Korkut" destanı bu bakımdan değerli kaynaktır. Dastandan
anlaşılmaktadır ki, oğuz igidlerinden Kazan Han ve diğerleri Muhammed peygamberi görmek için
Arabistan'a gitmiş, islamı kabul etmiş ve dönüşde oğuzlar arasında islamı yaymışlardır. Dede
Korkutun Peygamberle (s.a.v) tanıdık ve hatta dost olması hakkında rivayet de mevcuttur. Bununla
birlikte destanın ayrı- ayrı boylarında Arap kökenli kelimelerin: Mekke, Medine, kafir, Azrail, Arap
atı ve diğer bu gibi kelimelerin işlenmesi, boyların bir çoğunda Muhammed'in anılması ise o anlama
gelir ki, Oğuzlar Araplarla iyi ilişkilerde olmuşlardır.
"Kitabi- Dede Korkut" destanında Arap sözleri işlense de, destanın dili Hatayi, Fuzuli,
S.Ə.Şirvaninin dilinden basittir. Çünkü adı geçen şairlerin eserlerinde destana göre daha çok Arap
sözleri işlenmiştir.
"Köroğlu" destanında da Arap edebi ilişkilerine ait ilginç gerçekler vardır. Destanın bütün
kollarında Arap kökenli kelimelere rastlanır. Destanın " Durna Teli " kolunda ise olaylar Arap
ortamında - Bağdadda oluşur .
Halkımızın sosyal hayatında bugün de işlenen Araplarla ilgili ata sözlerinin, deyimlerin ve diğer
örneklerin sayısı yüzlerledir. Örneğin; 1. Burda benim, Bağdat'ta kör halife. 2. Devesi ölmüş Arap ve b.
Folklorşünas bilim adamı A.Məmmədli "Arapça - Türkçe karşılıklı ata sözleri ve temsilleri"
kitabında 1750 -ye kadar böyle ata sözünü sunmuştur. İki halk arasında edebi ilişkilerin gelişmesinde
bu kitabın rolü büyüktür .
Azerbaycan-Arap edebi ilişkilerinden söz ederken görkemli arapşünas, ilk Azerbaycanlı
arapşunas alim Aida İmanquliyevanın araştırmalarını özellikle belirtmek gerekir. O, Lübnan yazarı
N.Nuaymənin birkaç eserini Azerbaycan diline tercüme etmekle, bu ilişkileri daha da geliştirmiştir.
Azerbaycan EA Şarkiyat Enstitüsü'nün yayınladığı "Arap filolojisi konuları" mecmuesinin tertibçisi ve
editörü olurken A.İmanquliyeva iki halk arasında ilişkileri geliştirmek için gayretle çalıştı. O, Birlik
Şərqşünüslıq Cemiyeti Yönetim Kurulu Üyesi ve Toplumun Azerbaycan bölmesinin başkan vekili
olarak Ortadoğu sorunlarına ilişkin, dünyanın çeşitli kentlerinde düzenlenen kongrelerde konuşmalar
yapmış, Arap halkları ile ilişkilerin gelişmesine çalışmıştır.
Ülkemizin Birinci Hanımı Mehriban Aliyeva'nın İSESKO islam ülkelerinin birliğinin İyi Niyet
Elçisi seçilmesi, bu kurumun Azerbaycan'da düzenlenen toplantıları -2015 yılın Kasım ayında
düzenlenen toplantı, ülkemizde İSESKO Regional Merkezinin kurulması ve diğer konularda
Azerbaycan'ın Müslüman ülkeleri, özellikle de Arap devletleri ile ekonomik, siyasi, kültürel ve diğer
alanlarda ilişkilerin daha da artmasına örnektir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
826
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Azerbaycan'ın tarihi-siyasi coğrafyasına dair kaynaklar sırasında çeşitli dönemlerde düzenlenmiş,
çekilmiş haritalar ve tarihi coğrafi görüntü rolü doldurulamaz. Böyle haritalardan Arap yazarı İbn
Havqəlin (X yüzyıl) «Kitap suret el-Erd» eserindeki "Hazar Denizi Haritası", "Azerbaycan ve Arran
Haritası», el-İdrisinin (XII yy) Haritası ilgi çekiyor.
Arapdilli ilk kaynakların kronolojik çerçevesi, esasen, IX-XV asırları kapsar. Onların büyük bir
kısmı Hilafete dahil olan ülkelerin, aynı zamanda Azerbaycan'ın tarihi-siyasi coğrafiyası ilgili
olğulara sahiptirler. Arap yazarlar - tarihçi ve coğrafiyaşünas âlimleri İbn Hişam (IX yüzyıl), İbn
Xordadbeh (IX yüzyıl), el-Yakubî (IX yüzyıl), İbn el-Fakih (IX yüzyıl), et-Taberî (IX-X yüzyıllar), el-
Mesudi (X yüzyıl), el-İstəxri (X yüzyıl), İbn Havqəl (X yüzyıl), el-Aziz (X yüzyıl), el-Biruni (XI
yüzyıl), el-İdris (XII yy), el-Qərnati (XIII yy), Yakut el-Hemevi (XII-XIII yüzyıllar), İbn el-Esir (XIII
yy), en-Nəsəvi (XIII yy), Zekeriya el-Kazvini (XIII yy), İbn Bettute (XIV), İbn Ərəbşah (XIV-XV yy),
Abdürreşid Bakuvi (XV yy) ve başkaları eserlerinde bu diyarın tarihi, coğrafyası konusunda deliller,
gerçekler vermişler.....
Şu anda şimdiki Azerbaycan topraklarında Arap kökenli pek toponimik birimler vardır.
Azerbaycan coğrafyasında Arap etnosu ile bağlantılı isimler özel bir grup oluşturur. Bu isimlere Arap
(4 menteqe), Arapbasra, Arapqardaşbeyli, Arabqadim, Arabqubalı, Arabyatağı, Arapyengicə, Araplar
(2 menteqe), Arapocağı, Arapsarvan, Arapuşağı, Arapxana, Arapşahverdi, (2 menteqe), Arapşeki ve
başkaları örnek gösterilebilir. Tüm bunlar Azerbaycan ve Arap halklarının tarih boyunca, lap eskiden
birbirleriyle ilişkilerini, sosyal, siyasi, dini, edebi ilişkilerini yaşatan en güvenilir menbelerdir...
NAXÇIVAN DİALEKTİNDƏ OMONİMLƏR
Nuray ƏLİYEVA
AMEA Naxçıvan Bölməsi
naliyeva22@mail.ru
AZƏRBAYCAN
Dil hər bir xalqın mənəvi siması, onun milli varlığının timsalıdır. Xalqı məhz onun dili yaşadır.
Ədəbi dilimiz hələ tam formalaşmadığı zamanlarda xalq dili, yəni dialekt və şivələrimiz artıq mövcud
idi və onlar xalqın yaşam tərzini, həyatını, məişətini, yaşadığı keşməkeşləri özündə əks etdirirdi. Bu
baxımdan şivələrlə ədəbi dil arasında ümumi cəhətlər çox olsa da, fərqli xüsusiyyətlər də çoxdur.
Naxçıvan dialektinin lüğət tərkibinin müəyyən bir hissəsini leksik mənaları ayrı, qrammatik
mənaları isə həm eyni, həm də müxtəlif olan eyni fonetik tərkibli sözlər, yəni omonimlər təşkil edir.
Naxçıvan dialektində, ümumiyyətlə dialekt və şivələrimizin lüğət tərkibində ədəbi dilə nisbətən
omonimlərin daha orijinal və rəngarəng növlərinə rast gəlirik.
Omonimlər tarixən genetik cəhətdən müxtəlif olan iki sözün formaca uyğunlaşması və ya bir
sözün-çoxmənalı sözün iki müxtəlif mənalı sözə ayrılması, başqa dillərdən söz alma yolu ilə yaransa
da onları müəyyənləşdirərkən müxtəlif tələblər irəli sürülməlidir. Çoxmənalı sözlərdən və genetik
cəhətdən müxtəlif sözlərdən yaranan omonimlər arasında fərq məna əlaqəsinin olub-olmaması ilə
bağlıdır (2, s.12). Ədəbi dildə olduğu kimi, dialekt leksikasında da omonimlər xüsusi rol oynayır.
Naxçıvan dialektində ədəbi dildə, Azərbaycan dilinin digər dialekt və şivələrində olduğu kimi
omonimlər müxtəlif nitq hissələri ilə ifadə olunur. Bu baxımdan bu söz qruplarını-dialektin
leksikasındakı omonimləri aşağıdakı kimi qruplaşdırmaq olar. İsimlərdən ibarət olan omonimlər:
Gəc I is. - əhəng.
Gəc II is. – lavaşı yapmaq üçün alət
Gəc Qərbi Azərbaycan şivələrində ot tayasının yanından yenidən yığılıb qaldırılan hissəsi
mənasında, Vedi, Zəngibasar, Çəmbərək şivələrində isə gəj variantında əhəng daşı və əhəng daşından
hazırlanan suvaq məhlulu (3, s.157) mənasında işlənir.
Lavaşa I is. – alça, zoğal və s. meyvələrdən bişirilib qurudulan turşu.
Lavaşa II is. – zəncirin ucunda olan qarmaq.
Lavaşa III is. – ipək hazırlanarkən baramanı tiyanda islatmaq üçün istifadə olunan əyri ağac.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
827
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bu söz birinci mənasında İrəvan və Qarakilsədə, lavəşə variantında isə Lerik və Dərələyəz
şivələrində əkin aləti mənasında işlənir. Azərbaycan dilinin Qubadlı və Gəncə şivələrində lavaşa
sözünün at nallayarkən istifadə olunan alət mənası da var.
Qələm I is. – növ, çeşid.
Qələm II is. – daş yonan alət.
Qələm III is. – savad, bilik.
Qərbi Azərbaycan şivələrində bu söz ağacın kəsilib əkilən şivi mənasında da işlənir (6, s.110).
Naxçıvan dialektinin lüğət tərkibində sifətdən ibarət olan omonimlər isimdən ibarət olan
omonimlərə nisbətən azlıq təşkil edir. Məsələn:
Ütux' I sif. – bacarıqlı, zirək.
Ütüx' II sif. – kələkbaz, hiyləgər.
Ütüx' sözü Agdam, Laçın, Cəbrayıl şivələrində də diribaş, bacarıqlı, zirək mənasında işlənir.
Azərbaycan dilinin digər dialekt və şivələrində isə bu sözün başqa mənalarına da rast gəlirik. Şamaxı
dialektində sırtıq, həyasız; İsmayıllı şivələrində xəsis; Mingəçevir, Kürdəmir, Şəkidə isə tez üşüyən,
soyuğa davamı olmayan mənalarında işlənir (5, s.192).
Nuzul I sif. – tənbəl.
Nuzul II sif. – inadkar, tərs.
Bu söz birinci mənasında dilimizin Zəngilan və Cəbrayıl şivələrində də işlənir.
Oturuşmuş I sif. – dünyagörüşlü, təcrübəli.
Oturuşmuş II sif. – odu sönmüş təndir.
Naxçıvan dialektində bir qisim feillər də omonimləşir. Qeyd etmək lazımdır ki, burada feillərin
omonimliyə meyli çox zəifdir. Çünki feillər omonimlikdən daha çox çoxmənalılığa meyl göstərir. Belə
ki, onlar müxtəlif əşyaların bir-birinə bənzər hərəkətlərini icra edir.
Ütməx' I f.– oğurlamaq.
Ütməx' II f. – heç kimi saymamaq.
Ütməx' III f. – heyvanın kəlləsini odda təmizləmək.
Girrəməx' I f. – pis niyyətlə izləmək.
Girrəməx' II f. – güzəranı yaxşı olmamaq, birtəhər yaşamaq.
Bu feilin Azərbaycan dilinin Şəki dialektində, Kürdəmir, Tovuz şivələrində dolandırmaq,
yaşatmaq, Quba dialektində təngə gətirmək, cana gətirmək, Qərbi Azərbaycan şivələrində fürsət
gözləmək, başını saxlamaq, Zəngilan və Cəbrayıl şivələrində təqib etmək, əl çəkməmək, dalınca
gəzmək (3, s.161) mənaları da var.
Naxçıvan dialektində müxtəlif nitq hissələrinə aid olub, bir-birindən leksik və qrammatik
mənalarına görə fərqlənən omonimlər də vardır. Burada isim-sifət, isim-feil, sifət-feil kimi işlənən
omonimlər əsasən aşağıdakılardır:
Yuxa I is. – lavaş.
Yuxa II sif. – ürəyiyumşaq.
Bu söz eyni fonetik tərkibdə I sacda bişirilən lavaş, II nazik mənalarında Qərbi Azərbaycan
şivələrində də işlənir.
Zelaf I is. – hər tərəfi sürtülmüş aşıq.
Zelaf II sif. – həyasız, sırtıq.
Maraqlıdır ki, Sərqi Abşeron şivələrində bu mənaların hər ikisini moça sözü ifadə edir (7, s.139).
Səqqət I is. – uçurum.
Səqqət II sif. – şikəst, əlil.
Bu leksem Naxçıvanda, Şərurda ikinci mənasında, Culfa şivələrində isə uçurum mənasında
işlənir. Qərbi Azərbaycan şivələrində də bu söz şikəst, əlil mənalarında işlənir. Azərbaycan dilinin
Şamaxı dialektində isə bu sözə xəsis mənasında rast gəlirik (3, s.323).
Zod I is. – gavahın.
Zod II sif. – hirsli.
Zod sözü gavahın mənasında Qazax dialektində, Gədəbəy, Şəmkir, Tərtər, Tovuz, Gürcüstanın
Borçalı şivələrində də işlədilir. Qərbi Azərbaycan şivələrində isə bu söz I cütün ucuna əlavə edilən
dəmir, II tamamilə, büsbütün mənalarında işlənir (3, s.426).
Omonimlər tarixən genetik cəhətdən müxtəlif olan iki sözün formaca uyğunlaşması, və ya bir
sözün– çoxmənalı sözün iki müstəqil mənalı sözə ayrılması, başqa dillərdən söz alma yolu ilə yaransa
da, onları müəyyənləşdirərkən müxtəlif tələblər irəli sürülməlidir. “Ümumiyyətlə, omonimlərin
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
828
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
mahiyyəti iki izomorf sözün arasında məna əlaqəsinin olması və ya olmaması ilə deyil, onların həmin
dildə danışanlar tərəfindən şəksiz-şübhəsiz ayrı-ayrı sözlər kimi dərk edilməsi və mövcudluğu ilə
müəyyənləşir (2, s.10)”.
Naxçıvan dialektinin lüğət tərkibindəki omonimləri araşdırarkən elə omonimlərə rast gəlirik ki,
onlar həm ədəbi dildə, həm də şivələrdə işlənir:
Tar I – çalğı aləti.
Tar II – toyuğun gecələr yatmaq üçün üstünə çıxdığı ağac
Bu sözün birinci mənası daha çox ədəbi dildə, ikinci mənası isə şivələrdə işlənir. Azərbaycan
dilinin dialekt və şivələrində bu sözün I arabanın yan tərəfindəki paralel üfüqi ağaclar; II dağda, təpədə
küləyin bir yerə yığdığı qar yığını mənaları da vardır.
Yel I – külək.
Yel II – xəstəlik, revmatizm.
Bu söz hər iki mənasında həm ədəbi dildə, həm də dialekt və şivələrimizdə işlənir. Hər hansı bir
sözün omonimliyini müəyyən etmək üçün onun səslənmə və yazılış eyniliyinə, məna müxtəlifliyinə,
eyni və ya müxtəlif nitq hissələrinə aidliyinə diqqət yetirmək vacibdir.
AZƏRBAYCAN DİLÇİLİYİNDƏ İNTENSİVLİK
MƏSƏLƏSİNİN QOYULUŞU
Xəyalə MÜRSƏLİYEVA
Sumqayıt Dövlət Universiteti
murseliyeva.xeyale@mail.ru
AZƏRBAYCAN
“İntеnsivlik” müаsir linqvistikа üçün yеni аnlаyış dеyil. Еlmi-nəzəri ədəbiyyаtdа dаhа
çохеksprеssivlik prоblеmlərindən bəhs оlunаrkən, üslubiyyаtdа, еmоsiоnаl mətnlərdə, nitqin
prеdmеtini səciyyələndirən zаmаn, qiymətləndirmə prоsеsində bir sırа dilçilik tеrminləri ilə
qаrşılаşırıq: “intеnsivlər”, “intеnsivləşmə”, “intеnsivlik”, “əlаmətin intеnsivlik dərəcəsi” və s.
İntеnsiv” sözü lüğətlərdə gərgin, qızğın və səmərəli аnlаmlаrındа işlədilir. İntеnsivlik
dеyəndə isə gərginlik, qızğınlıq, səmərəlilik аnlаyışlаrı bаşа düşülür. İntеnsivləşdirmə düzəltmə
tеrminindən isə həyаtın müхtəlif sаhələrində: məsələn, təsərrüfаtın intеnsivləşdirilməsi
(səmərələşdirilməsi) və s. mənаlаrdа istifаdə оlunur [7, s.575].
Аzərbаycаn dilinin izаhlı lüğətində “intеnsiv” sözünün lаtın mənşəli (intеnsiо)оlduğu və
gərgin, güclü, qızğın mənаsındа işləndiyi qеydə аlınıb [6, s.559].
Аzərbаycаn dilçiliyinə dаir “İzаhlı dilçilik tеrminləri” lüğətində “intеnsiv” tеrminоlоji
vаhidi hаqqındаkı lüğət məqаləsində dеyilir ki, intеnsiv-kökə nisbətən mənаnı şiddətləndirməyə
хidmət еdən söz fоrmаsıdır. Məsələn:, şаir “şаn-şаn” yеrinə “şаnə-şаnə” işlətməklə intеnsivlik
yаrаdır: Bаğrım оlur şаnə-şаnə, durnаlаr! [8, s.236] Hаbеlə, görməzə-bilməzə (görməz-bilməz
yеrinə): gur-gur guruldаmаq (“guruldаmаq” yеrinə). Əzim-əzim əzmək (“əzmək” yеrinə).
Türkоlоgiyаdа və Аzərbаycаn dilçiliyində intеnsivlik kаtеqоriyаsı dахilində bəzi dil
fаktlаrının, dil hаdisələrinin tədqiqi səthi və bəsit хаrаktеr dаşımаqdаdır. Nitq hissələrindən-
isimdən, sifətdən, fеildən, zərfdən, bəzi köməkçi nitq hissələrindən, həmçinin də sintаktik
fоrmаlаrdаn dаnışаn müəlliflər “çəkinə-çəkinə” dildə gücləndiricilik vаsitələrindən də bəhs
еtmişlər. Dеmək оlаr ki, bu mövzudа dərin еlmi-tədqiqаt işi аpаrılmаmışdır. Müqаyisə
dərəcələrinin аyrı-аyrı dərslik və qrаmmаtikа kitаblаrındа müхtəlif şəkildə izаhı nəzərə
аlınmаzsа, müаsir türk dillərində həmin məsələ хüsusi еlmi-tədqiqаt оbyеkti оlmаmış və bu
mövzunun tаm həllini vеrə bilən mükəmməl bir əsər yаzılmаmışdır.
Sintаktik intеnsivliyin bəzi хüsusiyyətlərinə Е.Həsənоvаnın tədqiqаtlarındа rast gəlmək
olur [2]. O, ardıcıl tаbеlilik əsаsındа qurulmuş ÇKMC (Çox Komponentli Mürəkkəb Cümlə)
növlərinin çох intеnsiv işlənən struktur tip mоdеllərini müəyyənləşdirmişdir.
Yaşar Məmmədli intensivliklə bağlı iki məqalə yazmışdır, birinci məqalə “İntensivlik və
canlı danışıqda psixoloji-affektiv amil”, ikinci məqalə isə “Dil vahidinin praqmatik funksiyası
|