Conference committees conference chairs c


ANTROPONİMLƏRİN YARANMASINDA



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə18/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   14   15   16   17   18   19   20   21   ...   189

ANTROPONİMLƏRİN YARANMASINDA                                                      

NİTQ HİSSƏLƏRİNİN ROLU 

 

Ceyhunə HÜSEYNOVA, Yeganə RƏHİMZADƏ 

Sumqayıt Dövlət Universiteti 



ceyhune.hüseyn@mail.ru 

AZƏRBAYCAN 



 

Müxtəlif  xalqların  adları  onların  tarixini  əks  etdirir,  mədəniyyətindən  xəbər  verir.  Adlar 

mədəniyyətdən xəbər verdiyi kimi bəzən ayrı-ayrı şəxslərin düşüncə tərzini, bəzən etnik göstəricilərini 

çatdırır.  

Azərbaycan,  ümumiyyətlə  türk  xalqlarının  təfəkküründə  belə  bir  fikir  vardır  ki,  adlar  insanın 

gələcək  taleyini  həll  edir.  Deməli,  adlar  insana  verilmiş  ilk  ən  gözəl  hədiyyədir.  Qədim  türk 

mədəniyyətində belə bir qanun da vardır ki, uşaqlar ərənlik göstərmiyincə onlara ad verməzdilər. Ad 

insana, insan da ada yaraşmalı idi. Ad qoyma məhz bu sujetlərə görə mədəniyyət hesab olunur. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

863



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Adların  yaranması,  formalaşması  müəyyən  sistemlə  olmuşdur.  Təbii  ki,  adlar  insanların 

dünyagörüşündə,  təxəyyülündə  formalaşır.  Lakin  bu  proses  də  dilin  tələb  və  qaydalarına  uyğun 

yaranır. 

Antroponimlər  onomastik  vahiddir.  Onamastik  vahidlər  isə  daim  yenilənir  və  dəyişir.  Onların 

yaranma yolları da dilin strukturuna uyğun baş verir. Antroponimlərin yaranma yollarının öyrənilməsi 

dilin  bir  sıra  problemlərinin  həlli  yollarını  açır.  Antroponimlər  yaranma  yollarına  görə  4  hissəyə 

bölünür: 1) leksik, 2) semantik, 3) morfoloji, 4) sintaktik. 

Adların bir qismi demək olar böyük əksəriyyəti semantik yolla, konversiya yolu ilə yaranmışdır. 

Belə ki, müxtəlif nitq hissələrinə aid olan bir sıra ümumi sözlər substantivləşir və xüsusi adlar əmələ 

gətirir.  Məsələn:  Gözəl,  Göyçək,  AydınT,  Ağbəniz,  Yaxşı  və  s.  Burada  iki  xüsusiyyət  sifətin  ismə 

keçməsi; feillərin ismə keçməsi yolları ilə özünü göstərir. 

1. Sifətin ismə keçməsi-Aydın, Qara, Sarı, Göyçək, Qərib, Qəhrəman, İlkin, Şirin və s. 

2. Feillərin ismə keçməsi-Elsevər, Sevil, Gülər, Qorxmaz, Anar, Bəsti, Sevindik, Dursun, Sevil, 

Tapdıq və s. 

Semantik üsulla yaranmış bu antroponimlər təbii ki təsadüfən deyil, məqsədli şəkildə yaranmış, 

xalqın arzu və istəklərini, bəzən çatdırmaq istədiyi fikirləri əks etdirmişdir. 

1)Ailənin istək və münasibəti ilə yaranan adlar-Fərəh, Arzu, Səadət, Sevinc, Məhəbbət və s. 

2)Uşağın gözəl-göyçək olmasını arzu edənlər- Aybəniz, Gülbəniz, Qəşəng və s. 

3)Uşağın ağıllı olmasını arzu ediənlər-Vaqif, Aqil,Natiq,Alim, Kamil 

4)Uşağın bacarıqlı olması arzusu-Qalib, Qorxmaz, İgid, Şücaət, Mərdan və s. 

5)Uşağın var-dövlətli olması arzusu-Sərvət, Tacir, Dövlət, Cəlal və s. 

6)Uzun ömürlü olmasını arzu edənlər -Yaşar, Dursun, Ölməz və s. 

Antroponimlərin  yaranmasında  ən  böyük  rol  nitq  hissələrinin  üzərinə  düşür.  Antroponimlər 

yaranmasında  leksik  şəkilçilər  və  nitq  hissələrinin  nəzərə  alaraq  onları  aşağıdakı  qruplara  ayırmaq 

olar. 


İsimdən isim, sifətdən isim, saydan isim, feildən isim, zərfdən isim düzəldənlər. Bunlar içərisində 

isimdən isim və feildən isim düzəldən şəkilçilər vasitəsilə düzələn antroponimlər daha çoxdur. 1) –lıq, 

-lik (Şadlıq, Şənlik); 2) -lar, -lər (Bəylər, Xanlar, Dağlar, Güllər); 3) –mar, (Yelmar Elmar, Şahmar); 

4) -ət, (Səbaət); 5) –i (Niyazi, Səbzi); 6) –man, (Elman, Arzuman); 7) –im, -üm (Bəyim, Gülüm); 8) -

əş (Günəş); 9) -süm (Gülsüm); 10) -baz (Şahbaz); 11) -dan (Aydan); 12) -stan (Gülüstan); 13) -dar, -

dər (Səməndər, Cahandar) və s. kimi Antroponimlərin yaranmasında isim və isim düzəldən şəkilçilərin 

rolu böyükdür.  

Sifətdən isim  düzəldən  şəkilçilərə  misal  olaraq:  1)  –ca,-cə  (Ağca,  Sarıca);  2)  -ş  (Qardaş);3)  -üş 

(Göyüş) və s. 

Saydan isim düzəldənlərə misal olaraq, -ca(Təkcə,Bircə ) antroponimi ola bilər. 

Antroponimlərin  yaranmasında  ən  böyük  rol  feillərin  üzərində  düşür.  Feillər  həm  nitq  hissəsi 

kimi,  həmdə  söz  yaradıcılığında  iştirakına  görə  çox  zəngindir.  Əvvəldə  demişdik  ki,  antroponimlər 

həm də xalqın tarixindən xəbər verir. Bu mənada feillər müstəsna rol oynayır. Həm milli olduğu üçün 

həm də tarixən qədimliyi ilə digərlərindən seçildiyi üçün feillər müstəsnalıq təşkil edir. 

Kişi  və  qadın  adları  feil  əsasında  müxtəlif  morfoloji  əlamətlərin  artırılması  ilə  düzəlir.  Onlara 

aşağıdakı şəxs adlarını misal göstərə bilərik: 



-lı  Çallı;  -inc  Sevinc;  -il  Sevil;  -sun  Dursun,  Gülsüm,  –da  Sevda,  -maz  Solmaz,  Qorxmaz, 

Dönməz; -ar , -ər, -r Yetər, Yaşar, Gülər, Sevər; -dıq Tapdıq; -üş Dönüş, Görüş, Baxış; -qın Daşqın, 

Coşqun, Küskün, Ötkün və s. 

Antroponimlər quruluşuna görə iki hissəyə bölünür: sadə və mürəkkəb. Nitq hissələrinin rolunu 

mürəkkəb  antroponimlərin  yaranmasında  daha  aydın  görə  bilərik.  Belə  ki,  bu  antroponimlərin  nitq 

hissələrinə münasibətinə görə müxtəlif olur. Bunlardan ilki isimlə-ismin birləşməsindən düzələn sözlər 

–Aygül, Hüseynqulu, İbrahimxəlil, Əliyusif və s. 

2.İsimlə  sifətin  birləşməsindən  düzələn  sözlər  əsasında  formalaşan  antropomilər-Ağaşirin, 

Dilişirin, Dilşən, Dilxoş, Elşad, Əbdülvəfa, Nurvəfa və s. 

3.İsimlə-feilin  birləşməsindən  düzələn  mürəkkəb  sözlər  əsasında  formalaşan  antropomilər-

Qızqayıt, Nazqayıt və s. 

4.İsimlə  zaman  şəkilçili  qəbul  etmiş  feilin  birləşməsindən  düzələn  antropomilər-Ağaverdi, 

Tanrıverdi, Qaryağdı, Elsevər, Gülaçar və s. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

864



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

5.Sifətlə ismin birləşməsindən düzələn sözlər əsasında formalaşan antropomilər-Alyar, Almədəd, 

Təzənur,Təzəgül, Sarıgül, Qaragilə və s. 

6.  İsimlə  əvəzliyin  birləşməsindən  düzələn  sözlər  əsasında  formalaşan  antropomilər-Gülşən, 

Allahmən, Əlimən və s. 

7.İsimlə  sayın  birləşməsindən  düzələn  mürəkkəb  sözlər  əsasında  formalaşan  antropomilər-

Yüzbəy, Minnaz, Minyaşar, Minzər və s. 

8.  Feillə  isimin  birləşməsindən  düzələn  mürəkkəb  sözlər  əsasında  formalaşan  antropomilər-

Bilzər,Sevdimalı,Dursunəli, Bilnur və s. 

9.  Zaman  şəkilçili  qəbul  etmiş  feilli  ismin  birləşməsindən  düzələn  mürəkkəb  sözlər  əsasında 

formalaşan antropomilər-Gəldiyar,Yanardağ, Sevdiyar və s. 

Bütün  bu  misallar  antropomilərin  yaranmasında  nitq  hissələrinin  rolunun  zənginliyindən  xəbər 

verir. Nümunələr göstərir ki, xalq adları yaradarkən, dilin bütün imkanlarından istifadə etmişlər. 

Adların  tənzimlənməsi  bir  tərəfdəndə  ənənələrlə  əlaqəlidir.  Müasir  dövrdə  adqoymada  ilk  üsul 

baba, nənənin adının qoyulmasıdır. Bu ənənədir. Antropomilərin bütün xüsusiyyətlərini nəzərə alaraq 

deyə bilərik ki, antropomilər mədəni və müasir mədəniyyətdir. 

 

 

YAD BİLDİYİMİZ DOĞMA ƏDATLAR                                                               

(“UŞ” VƏ “DƏXİ”Nİ XATIRLAYAQ) 

 

Rəxşanə BABAZADƏ 

AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu 



rbabazade.14@gmail.com 

AZƏRBAYCAN 

 

Rus  dilindən  bildiyimiz,  dilimiz  üçün  varvarizm  sayılan  уже  [uj ]  (artıq,  daha)  və  даже  [d je] 



(hətta,  belə)  sözlərini  dilimizdən  ata  bilməməyimizin  səbəbi,  düşünürəm  ki,  əslində  elə  bizim  öz 

dilimizə yad olmamaları ilə bağlıdır. Klassik ədəbiyyatımıza məqsədyönlü nəzər salsaq, bənzərliyi hər 

kəs görər və bu iddianın yersiz olmadığı aydın olar.  

IUş  haqqında.  Lüğətdən  öyrənirik:  Уж:  1.  =  уже  –  artıq,  daha;  онуженемаленький  –  o  daha 

uşaq deyil; онужездесь – o artıq buradadır; 2. doğrudan da, doğrusu; ужявасдолгождал – doğrusu, 

mən  sizi  çox  gözlədim;  3.  daha;  незнаю,  какужсказать  –  bilmirəm  daha  necə  deyim;  4.  da,  də

нетакужплохо – o qədər də pis deyil [3,379].  

Uj formasının [uş] kimi səslənməsi də bu iddianı dəstəkləyir.  

İfadəyə  qüvvət  verən  artıq  sözünün  sinonimi  olan  uş,  uşda  ədatlarına,  əsasən  XIV-XVI  əsrlər 

Azərbaycan ədəbi-bədii dilində rast gəlirik. Uş ilə uşdə /iştə arasında məna fərqi açıq şəkildə duyulur. 

Belə ki,  ədatı “artıq, daha” mənalarını ifadə edirsə, iştə işarə edir və “budur” mənasını bildirir. Hər 

birinə aid nümunələri nəzərdən keçirək: “Toğmış Küni uş batar” (M.K.,“DLT”, II 128); “Oldu tamam 

uş bu gün eşq ilə bazarımız” (Nəsimi); “Dərdə dərman andan oldu, dərdə dərman buldum uş”, “Getdi 

qış dövri aradən, uş gülüstan dövridir”, “Uş yenə açıldı güllər, xarə söylən gəlməsin” (Xətai); “Aləmi 

uş maŋa zindan edən. Didi Məcnun oldi adəm uş bu gün” (Həqiri) və s.  

XIV  əsr  müəllifi  Mustafa  Zəririn  “Qisseyi-Yusif”  əsərində  çox  işlənən    ədatının  artıq,  daha 

mənaları açıq şəkildə görünür: “Uşölürəm bu cihana toymadın”, “Uş kəmala irmədin buldum zəval”, 

“Dərd ilə yaquluram uş dünü gün”, “Dərd ilə uş qalmışam natəvan”, “Dedilər, oğlanlaruŋ uş gəldilər”, 

“Eşq  əlindən  oldum  uş  xurü  həqir”,  “Beytül-əhzan  uş  baŋa  oldu  məqam”,  “Uş  igirmi  altı  il  oldu 

təmam”, “Bu hekayət bunda uş oldı təmam”, “Diləgim budur, uş dedim saŋa”, “Uş sizə məlum qıldıq 

bir xəbər”, “Kömləgim yarıldı uş bənim dəxi”... Nümunələrdə uşʼun yerinə uje desək, məna günümüz 

üçün bəlkə də daha anlaşıqlı olacaqdır. Hətta bir az daha irəli gedib, məzmununa əsasən ehtimal etmək 

olar ki, c ~ ç ~ ş əvəzlənməsi nəticəsində uc (axir, nəhayət) > uş olmuşdur.  

Təxminən  yenə  də  eyni  şairlərin  dilində  bu  ədatın  mürəkkəb  forması  işlənmişdir:  “Oldu  kuyin 

üştə//uşda yaylağum bənüm” (İ.Həsənoğlu), “Xətm oldu uşdə bunda dasitan” (M.Zərir), Çün Məsiha 

istərisən,  iştə  gəldi  dər-rəmim.  Bu  şəhri  qoyub,  üştə,  kədər  xəstə  Nəsimi.  Halımi  sənsiz,  ey  sənəm, 

bilməz  isən  gəl  iştə  gör.  Yarımı  ayırdı  bəndən  çərxi-qəddar  iştə  gör;  Şəm  oldi köŋlim  iştə  fəraqində 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

865



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

yanədir (Nəsimi); “Hicrin etdi mən ğəribə uştə gör avarələr” (Xətai), “Qulluğuna gəldi üştə, yüz tuman 

təqsir ilən”, “Üştə can verdi ğəmindən xəstəxatir Kişvəri”, “Verdi can qul Kişvəri üştə tuman həsrət 

bilə” və s. 



II Dəxi haqqında. Fransız dilində d j  – artıq, daha deməkdir. Məs.: “İl est d j  tard” – artıq // 

daha gecdir. Bu sözün mənşəyi desja (des+ja: it. gia, isp. ya, port. ja (rus. уже // даже; bask: jada // 

dagoeneko  –  B.R.)  –  artıq,  daha  kimi  izah  edilsə  də  [2,88],  türk  mənşəli  daxi  /dəxi  //daha  sözü  ilə 

bənzərliyi də göz önündədir. Digər tərəfdən, rus dilindəki даже sözünü klassik ədəbiyyatımızda hətta, 



üstəlik mənasında işlənən dəxi, müasir Türkiyə türkcəsindəki dahi forması ilə əvəz etmək mümkündür. 

Məsələn,“Онаискреннеподдерживаетьсвоихдрузей, 

можетсрадостьюпомочьдажесовершеннонезнакомомучеловеку, 

попавшемувбеду” 

– 

O, 


açıqürəkliliklə  öz  dostlarına  dayaq  durur,  hətta  dara düşən heç tanımadığı  insanlara  belə  /dəxi  /dahi 

məmnuniyyətlə yardım edə bilir.  

Lüğətdən  öyrənirik:  даже  –  hətta,  belə;  ...da,  ...də:  пришливсе,  дажестарики  –  hamı,  hətta 

qocalar  da  gəlmişlər;  тутдажесамврачбессилен  –  burada  həkimin  özü    acizdir;  дажеи  ...  –  heç, 

hətta: дажеинеподумал – heç ağlıma da gəlməyibdir [3,277]. 

Qeyd  edək  ki,  qədim  türk  yazılı  abidələrinin  dilində  dəxi  ədatının  qədim  şəkli  takı  olmuşdur. 

Məs.:  “takı  nəgü  kütər  sizlər”  (Uig  I  43,7)  –  daha  nə  gözləyirsiniz?  /daha  nəyi  güdürsünüz?;  “Cıda 

birlə ya ok birlə takı kılıç birlə kalkan birlə atladı” (OKƏ 4,1) – Cida, yay, ox ilə, (также) dəxi qılınc, 

qalxan ilə atladı; “Alalıŋ ya takı kalkan tamqa bizgə bolsun buyan” (OKƏ 11,7) [1,536] – Alaq yay, 

dəxi qalxan, damğa bizə kömək olsun. 

Tarixi qrammatika dərsliyində dəxi ədatı ifadə etdiyi mənaya görə iki cür izah edilmişdir: “a) da, 



-nin tamamilə sinonimi olub, məzmun etibarilə eynidir: Ey xirqə giyən bən dəxi zünnarimi buldum. 

Bir dəxi səndən istərəm ancılayın xəbər kibi (Nəsimi); Mən dəxi görim gələndə anı. Mən dəxi nigara 

bağibanəm (Xətai); Bir vəsiyyətim dəxi oldur ki, (Füzuli); İslam ləşkərindən dəxi çox adamlar məcruh 

və məqtul oldu (Dərbəndnamə);  

b)  İfadəyə  qüvvət  verən  artıq  (daha  -B.R.)  ədatının  sinonimi  kimi.  Bu  vəzifədə  işlənən  dəxi 

ədatının da, də ədatı ilə məzmun yaxınlığı bir o qədər də nəzərə çarpmır. Divdən dəxi nə qorqu çünki 

pənahim oldur. Dəxi götürməzdim baş anın əyağından (Nəsimi); Yox dəxi cəhanda ğəmküsarım. Dəxi 

nə yüz ilə varım onda (Xətai); Diməzəm dəxi saŋa aşiqəm, ey gül, zira, Saŋa aşiqlığım izhar edəli xar 

olubəm (Füzuli); Xubların yasəmən qoxulu zülfi, Dəxi məndə dinü iman qoymadı” (Vaqif); Şükr bari 

kim  səni  bir  daxi  gördük  sağ,  əsən  (Kişvəri);  “Dahi  hanqı  mərd  mərdanə  meydanə  qədəm 

basacaqdur?!” (“Şühədanamə”). 

Bu qruplaşmaya üçüncünü də əlavə etmək olar. Belə ki, dəxi ədatının əvvəlkilərdən seçilən hətta, 



belə  mənası  da  vardır  ki,  bu  zaman  rus  dilindəki  daje-yə  yaxınlaşır:  “Konşıya  hədiyə  virələr  azdan 

çoqdan əgər xərac virür kafirsə daxi” (“Kitabi-müstəqim”); “Çox dəvə qırıldı, adəm dəxi”, “Bin qatır, 

bin  dəvə  dəxi  belə”  (M.Zərir);  “Gecə  kim,  uyxuma  girsən,  istərəm  ol  uyxunu  Kim,  qiyamətdə  daxı 

olmaya  bidarı  hənuz”,  “Çıxmaya  kuyin  həvası  Kişvərinin  başıdan,  Ol  zaman  daxı  ki,  dutsa  toprağ 

altında vətən”, “Aŋa daxi olurlar xəlq mane”, “Köŋlümün lövhində oxurdum əlif qəddin rəvan, Mən 

daxi bir doğru hərf ögrənmədim ustadidən” (Kişvəri). Bu nümunələrdə də dəxiʼni daje ilə əvəz etsək, 

məna dəyişməyəcəkdir.  

 

 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

866



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

QƏRB QRUPU DİALEKT VƏ ŞİVƏLƏRİNDƏ “BAĞIR” 

SOMATİZİMLİ SABİT SÖZ BİRLƏRMƏLƏRİ 

 

MəlihəƏSƏDOVA 

Bakı Slavyan Universiteti 



melihe78@mail.ru 

AZƏRBAYCAN 

 

Somatizm  –  insan  və  heyvanlara  məxsus  bədən  üzvlərinin  adlarıdır.  Sabit  söz  birləşmələrinin 



formalaşmasında  ən  aktiv  rol  oynayan  da  bu  dil  vahidləridir.  Dilçilik  ədəbiyyatında  somatizmlər 

əsasında  formalaşan  sabit  söz  birləşmələri  ilə  bağlı  ayrıca  bir  tədqiqat  əsəri  yoxdur.  Somatizmli 

birləşmələr  haqqında  yalnız  sabit  söz  birləşmələri  haqqında  yazılan  tədqiqatlarda  onların 

formalaşmasında  iştirak  edən  komponentlərdən  danışılan  zaman  qrup  kimi  məlumat  verilir. 

Somatizmlər Azərbayzan dialektlərində, xüsusilə də qərb qrupu dialekt və şivələrində maraqlı leksik-

semantik  qruplardan  biridir.  Ümumilikdə  sabit  söz  birləşmələrində  somatizmlərin  çox  işlənməsinin 

səbəbi bu dil vahidlərinin lüğət tərkibində semantik cəhətdən zəngin olamalarındadır. 

Obyektin  xarakterindən  asılı  olaraq  somatizmlər  müxtəlif  qatlara  parçalanır:  somonimlər, 

osteonimlər, splanxnonimlər, anqionimlər, sensonimlər, xəstəliklərin adları. 

Sabit söz birləşmələrinin tərkibindəki somatizmlər dialektdəki semantik məna çalarına görə fərqli 

mövqelərdə duraraq, fərqli məna çalarlıqları yaradırlar. Beləki, bəzi somatizmli sabit söz birləşmələri 

həddindən çox məcazi məna çalarlıqları yarada bilirsə də, bəzilərində bu semantik çalarlıq zəif və ya 

az ifadə olunur. Onların hər birini ayrı-ayrılıqda nəzərdən keçirək: 

Bağır (əks. şiv.) – ciyər. – Qərb qrupu dialekt və şivələrində maraq doğuran somatizmlərdən biri 

də  çiyər  mənasını  ifadə  edən  “bağır”  sözüdür.  Məsələn:  bağrı  yarılmaq  (Gəncə)  –  qorxmaq,  dərd 

çəkmək,  sinəsinə  dağ  çəkmək,  əzab  çəkmək.  Bağır  kavavı  çox  xeyirridi  (V.);  –  Bağırı  içalatnan  bir 

yerdə qazanda da pişirrix

(Qb.); – İkijə şiş bağır da çəx



1

sən


1

 yaman olar (A.Sal.). 

Qeyd edək ki, Gəncə və Yevlax şivələrində bağır sözü əsasən «qara ciyər» mənasını bildirir. Ağ 

ciyər sözünü ifadə etmək üçün öfgə leksemi işlədilir: Öfgə quyrux yerinə işdiyir. Şivələrdə qara bağır, 



bağrıyarılmaq,  bağrı  çatdamax,  bağrı  qan  olmax  ifadələrinə  də  rast  gəlinir:  –  Qara  bağırı  uşaxlar 

ye:flər, öfgələr qalıf (S.); – Beyqafıl çağırdılar dana, yazığın bağrı yarıldı (Bəyd.); – Heş demirsən, elə 

qorxudan uşa: n bağrı çatdıyar (Nər.).  

Bağır sözü ədəbi dildə «sinə, köks, ürək» anlamında da işlənməkdədir; məsələn, bağrına basmaq. 

Asemantik kök şəklində isə bağırsaq leksik vahidinin tərkibində qalmışdır. 

«Azərbaycan  dilinin  dialektoloji  lüğəti»ndə  bağır  «qaraciyərlə  quyruqdan  hazırlanan  plov 

xuruşu»  mənasında  göstərilir  (2,  48).  Qarabağda  aş  qarası  kimi  istifadə  edilən  bağırbeyin  adlanan 

xörək bişirilir və ayrıca da yeyilir (5, 107). 

Qərb qrupu şivələrində bağır sözü «qara ciyər», öfgə sözünün digər fonetik variantı olan öyfə «ağ 

ciyər» anlamında işlənir: – Bü:nkü bağır-öyfə savaxkı quyruxdan irəlidi (zərb-məsəl) (9, 198). 

Qərb  qrupu  dialektlərinə  daxil  olan  Gəncə  dialektində  bu  sözə  “bağır-beyin”  yemək  adında  da 

təsadüf  edirik.  Bu  yemək  qara  ciyər  və  quzu  quyruğundan  hazırlanır.  Hər  ikisi  ayrıca  qaynadılaraq 

əzilir və bir-birinə qatılır. Paxla plovla (aş növü) yeyilir. 

Qərb  qrupunda  bu  somatizmlə  bağlı  diqqətimizi  cəlb  edən  sabit  söz  birləşmələrindən  biri  də 

“alabağır olmaq” birləşməsidir. Bu frazeologizmin birinci komponentinin tərkibindəki “ala” sözü qan 

mənasında işlənmiçdir və ciyəri qanamaq, ciyəri parçalanmaq mənalarını şişirtmə məqamında təqdim 

edir. 


M.Kaşğarinin  lüğətində  bağır  «qaraciyər»,  qədim  türk  lüğətində  isə  «ürək»  mənasında  qeydə 

alınmışdır (6, c.1, 366; 132, 78). «Əsrarnamə»də və digər qədim türk yazılı abidələrində «köks, sinə, 

ciyər, ağ ciyər, qara ciyər» mənalarını ifadə etdiyi göstərilir (9, 137). «Dədə Qorqud kitabı»nda bağrı 

yanmaq  ifadəsinə rast  gəlirik:  Yaln

1

uzca oğul görünməz, bağrım yanar; Yandı bağrım, göynədi içim 



(7, 38, 61). Bağrı yanmaq ifadəsi «kədərlənmək, qəm-qüssəyə batmaq» anlamında izah olunur (8, 27). 

Bağır  sözünə  klassiklərimizin  əsərlərində  də  təsadüf  edirik;  məsələn,  Bəndən  iraq  olduğun 

bağrımı qan eylədi (9, 137). 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

867



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bu sözün klassik ədəbi nümunələrin dilində və şivələrdə ifadə etdiyi bütün mənalara əsasən deyə 

bilərik ki, bağır qədim türk dilində işlənmiş bağbəğba kökünün «iç, içəri, daxili» mənası ilə bağlıdır 

(10, c.2, 19). «Tаriхən müхtəlif mənа bildirən bu söz «qаrаciyər» mənаsındа Gəncə, Kürdəmir, Qах, 

Mingəçеvir,  Şəki,  Şəmkir,  Şuşа,  Qаzах,  «ürək,  qəlb»  mənаsındа  isə  Аğdаm,  Cəlilаbаd,Füzuli, 

Kürdəmir, Qubа, Şəki, Gəncə, Nеftçаlа və s. şivələrdə işlədilir»(4, с.254) . 

Aparılan  təhlillər  göstərdi  ki,  somatizmlər  Azərbaycan  dilinin  leksik  fondunda  ən  qədim  dil 

vahidləri  qrupuna  daxildirlər.  Ümumiyyətlə,  bütün  Azərbaycan  dialektlərinin  lüğət  tərkibindəki 

frаzеоlоji vаhidlərin böyük əksəriyyətini sоmаtik frаzеоlоgizmlər təşkil еdir. Bunu qərb qrupu dialekt 

və  şivələrindəki  sabit  söz  birləşmələrinin  komponentlərinin  təhlili  bir  daha  sübut  etdi.  Beləki,  bu  dil 

vahidlər  çox  geniş  sabit  birləşmələr  əmələgətrimə  imkanlarına  malikdirlər  və  belə  birləşmələrin 

işlənmə tezliyi də çox yüksəkdir. 

 

 

 



NİTQİN MƏDƏNİ VƏ QEYRİ- MƏDƏNİ FORMALARI 

 

Zümrüd MƏHƏRRƏMOVA 

Gəncə Dövlət Universiteti 



ahmadov_mehman@mail.ru 

AZƏRBAYCAN

 

 

Xalqın müstəqillik qazandığı, Azərbaycan dilinin sözün həqiqi mənasında dövlət dili olduğu və 



geniş ünsiyyətə xidmət etdiyi indiki zamanda düzgün, aydın, məntiqli, yığcam, canlı, sadə, dəqiq və 

təsirli danışa və yaza bilmək, başqa sözlə, yüksək nitq mədəniyyətinə yiyələnmək mühüm tələb kimi 

qarşıya  qoyulur.Nitq  mədəniyyəti  insanlara  məxsus  ümumi  mədəniyyətin  ən  vacib  və  aparıcı  tərkib 

hissələrindən  biridir.  Bu  anlayışa  danışıq  mədəniyyəti  ilə  yanaşı,  yazı  mədəniyyəti  də  daxildir.  Belə 

yüksək  keyfiyyətə yiyələnən şəxs cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və 

məhsuldar  iştirak  etmək  imkanına  malik  olur.  Xüsusən,  ziyalıların  nitq  mədəniyyətinə  yiyələnməsi 

vacib sayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər, bədii söz ustaları 

nitqinin  təsirliliyi,  obrazlılığı,  ifadəliliyi,  məntiqliyi,  zənginliyi  ilə  fərqlənməli,  başqaları  onların 

danışığından,  oxusundan,  yazdıqlarından  nümunə  götürməlidirlər.  Dilçilik  ədəbiyyatında  nitq 

mədəniyyəti anlayışı belə izah olunur: “Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret 

bir  dilin  orfoepik,  orfoqrafik,  leksik,  qrammatik,  üslubi  və  s.  normalarını  müəyyənləşdirən  nəzəri 

axtarışlar  və təcrübi tədbirlər  kompleksidir”.  Nitq  insana  verilmiş  misilsiz  bir  nemətdir.  Məhəmməd 

Füzuli “Ənisül-qəlb” əsərin də yazır ki, insanı onun dili ilə fərqləndirirlər. Nitqlə təfəkkür arasında sıx 

əlaqə  görən,  nitqi  insanın  şüurlu  fəaliyyətinin  nəticəsi  sayan  şair  dilin  ictimai  mahiyyəti  barədəki 

fikrini bir beytlə belə ümumiləşdirir. 

 Eyləsən tutiyə təlim ədayi-kəlimat, 

 Nitqi insan olur, amma özü insan olmur 

Nitqin  mədəni  və  qeyri-mədəni formaları  vardır.  Hər bir insan  nitq  mədəniyyətinə  yiyələnməyə 

çalışmalıdır. Nitqi yaxşılaşdırmaq üçün mədəni nitqin  məziyyətlərinə də diqqət edilməlidir. Danışan 

zaman  nitqin  dəqiqliyinə,  düzgünlüyünə,  təmizliyinə,  zənginliyinə,  aydınlığına  və.s  fikir 

verilməlidir.Belə  nitqi  dinləyən  dinləyici  həmin  danışıq  üslubundan  yorulmaz,  hətta  ondan  həzz 

alar.Bunlardan  başqa  auditoriyada  çıxış  edilən  zaman  nitqin  məziyyətlərinə  əməl  etmək  kifayət 

etmir.Danışarkən mimika və jestlərdən də yerli-yerində istifadə edilməlidir. Əgər danışan şəxs sadəcə 

bir yerdə hərəkətsiz nitq söyləyərsə, amma fikrini gözəl səlis, dəqiq, düzgün ifadə edərsə, bu nitq yenə 

də  quru  və  darıxdırıcı  olar.  Dinləyici  söylənilən  nitqdən  tez  yorular,dinləmək  istəməz  və  ya  fikri 

yayınar.  Ona  görə  də  nitqin  mənalı  olması  üçün  mimika  və  jestlərdən  də  bacarıqla  istifadə  etmək 

lazımdır. 

Nitqin yaranmasında ən böyük vasitə dildir. Dil ünsiyyət vasitəsi,nitq isə ünsiyyət prosesidir. Dil 

ünsiyyət vasitəsini yerinə yetirən şərti işarət sistemidir. Deməli, dil nitqi yaradır. Hər bir insanın özünə 

məxsus  danışıq  üslubu  vardır.  Buradan  aydın  olur  ki,  nitq  insanın  xarakterinin  açılmasına  yardımçı 

olur. O, insanın daxili aləminə enər və düşüncələrini ifadə etməyə başlayar. Sokrat deyirmiş: “Ey insan 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin