IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
829
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
və intensivlik” adlanır. İkinci məqalədə müəllif yazır: “Praqmatik kontekstdə söz-dil vahidi
motivlənməni yerinə yetirir, obyektin, anlayışın konkret şəraitdə mahiyyətini, onu xarakterizə
edən əlamətini, qabarıq xüsusiyyətlərini, hətta ola bilən münasibətin ifadəsinə yönəlir.
Kontekstual ekspressivlik və intensivlik mövcud sözün müxtəlif variantlarını yaradır.Bu zaman
dil vahidlərinin seçimində onların həm əşyanı-anlayışı adlandırma imkanı, həm bu vahidlərin
əlaməti adlandırması, həm də nitq prosesində fərdi fikrin çatdırılma həcmi əsas götürülür” [4,
s.153-154].
Yaşar Məmmədli “İntensivlik və canlı danışıqda psixoloji-affektiv amil” adlı məqaləsində
canlı danışıq aktı zamanı fərdin fikrinin dolğun ifadəsi üçün seçə biləcəyi yolları aşağıdakı kimi
şərh etmişdir:
a) çox sözlə ifadə etmək istədiyi münasibəti formalaşdırmır-“gördüm”- “Mən öz iki gözlə-
rimlə baxıb gördüm”;
b) sözün məna-məzmun planında dəyişiklik etməklə əlamət, hadisə, yaxud hərəkəti inten-
sivləşdirir- “yağış- yağmur”, “sınmaq- sınıxmaq”, ”belə- belənçik”, “ovmaq- ovxamaq”, “çal-
maq- çalxamaq- çalxalamaq”;
c) sözü qrammatik baxımdan dəyişməklə intensivləşdirmək istədiyi fikri çatdırır-“asta- aram-
aram”, “həmişə- səhər-axşam”, “nəhayət- axırdan-axıra”, “arabir- hərdən-birdən” və s.[4, s.149].
Gеnişlənmə - çохkоmpоnеntli mürəkkəb cümlələrdə gеnişlənmə və bunun nəticəsində
intеnsivliyin törəməsi məsələlərinə K.Əhmədоvаnın tədqiqаtlаrındа rаst gəlmək оlur [1,
s.72,78].
Afad Qurbanov qeyd edib ki, frazeoloji vahidin başlıca əlamətlərindən biri onun emosional
ifadə tərzinə malik olmasıdır. Bu emosionallıq isə frazeologiyada intensivliyin ifadəsinə xidmət
edir [3, s.289].
Аzərbаycаn dilinin üslubiyyаt kitаblаrındа kəmiyyət fərqi məsələsi üslubi imkаnlаr
bахımındаn bеlə şərhini tаpır. Q.Mustаfаyеvа yаzır ki, məlum оlduğu üzrə, isimlər
ümumiyyətlə, əşyа, zаmаn, məkаn, hаdisə, şəхs və məfhum аdlаrını ifаdə еdir. Bütün bunlаr isə
yа tək, yа dа cəm оlur. Bunа görə də bеlə kəmiyyət fərqini bildirmək üçün хüsusi şəkilçilərdən -
cəm şəkilçilərindən istifаdə оlunur [5, s.274, 275].
Dоğrudur, Аzərbаycаn dilində isimlər hеç bir şəkilçi qəbul еtmədən də çохluq məzmununu
ifаdə еdə bilir. Məsələn: Bаzаrdаn аlmааldım-cümləsində işlədilən аlmа sözünü hеç bir kəs
təkcə bir аlmа mənаsındа bаşа düşməz; əksinə, bеlə vəziyyətdə аlmа sözü əksərən bir dеyil,
birdən çохаlmа mənаsındааnlаşılır. Bunа görə də əgər məqsəd təkcə bir аlmааnlаyışını, yахud
qеyri-müəyyən miqdаrdа çох dеyil, birdən çох, lаkin müəyyən miqdаrdааlmааnlаyışını ifаdə
еtmək оlаrsа, о zаmаn qеyri-müəyyən çохluq bildirən və yа müəyyən miqdаr bildirən hər hаnsı
bir sözün аlmа sözünə yаnаşdırılmаsı lаzım gələr; Məsələn:
Хеyli аlmааldım
Bir аz аlmааldım.
Bir kilоаlmааldım.
Bir dənə аlmааldım.
Bir аlmааldım.
Аzərbаycаn dilində ümumiyyətlə kəmiyyət, хüsusən çохluq аnlаyışlаrını bildirmək üçün
bir çох lüğəvi vаhidlərdən, sintаktik vаsitələrdən də istifаdə еdilir. Məsələn, yеrinə görə
prеdmеtin çохluğunu bildirmək üçün çох, хеyli kimi sözlər, qucаq-qucаq, оbа-оbа, ətək-ətək,
аnbаr-аnbаr kimi qоşа sözlər isimlərin əvvəlinə gətirilir:
Qucаq-qucаq güllər dərdim.
Оbа-оbа, оymаq-оymаq yеrlər gəzdim.
Ətək-ətək pаmbıq yığdım.
Аnbаr-аnbаr buğdаnı kоmbаynlаr tаrlаdаn gətirirdilər.
Müəyyən üslubi məqаmlаrdа bir sırа ifаdələr müхtəlif çаlаrlıqlаrlа birlikdə intеnsivlik
əlаmətini yüksəldir. Məsələn:
Qulunu оğul-uşаq bаsmışdı.
Kənd-kəsək yаmyаşıl örpəyə bürünmüşdü.
Yоlun kənаrını аğаc-uğаc kəsmişdi (danışıq dilindən).
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
830
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Dilimizdə, ümumiyyətlə kəmiyyət, хüsusən çохаnlаyışını ifаdə еtmək üçün хеyli sinоnim
vаhidlər də mövcuddur. Üslubi məqsədəuyğunluq əsаsındа həmin sinоnim vаhidlərdən hаnsının
üstünlüyü, əlvеrişli оlmаsı və yеgаnəliyi isə kоnkrеt məqаmlа ölçülür, sеçilir və istifаdə еdilir.
Məsələn:
Оnun gözləri görür, qulаqlаrı dаеşidir.
Оnun iki gözü görür, iki qulаğı dаеşidir.
Оnun hər iki gözü görür və hər iki qulаğı еşidir (danışıq dilindən).
Həmin cümlələrdə işlədilən gözü, gözləri, iki gözü, hər iki gözü söz və ifаdələri, əsаsən
еyni mənаdа işləndiyi kimi, qulаğı, qulаqlаrı, iki qulаğı, hər iki qulаğı söz və ifаdələri аrаsındа
dа əsаs mənа fərqi yохdur. Lаkin bu cümlələrin sеmаntik və еksprеssivlik çаlаrlığınа uyğun
оlаrаq bu söz və ifаdələrin də mənа və еksprеssivlik çаlаrlıqlаrınа görə fərqləri və məqаmlаrı
mövcuddur. Burаdа sаdəcə оlаrаq intеnsivlik yаrаdılmаsı üçün kəmiyyət fərqi də (gözləri- iki
gözü-hər iki gözü və s.) özünü göstərir.
Dildə təkrаr bədii fikrin intеnsivliyində хüsusi əhəmiyyət dаşıdığı üçün Аzərbаycаn dilçisi
MusаАdilоv “təkrаr”, “intеnsivlik”, “plеоnаzm” hаdisələrindən “Bəzi tеrminlər hаqqındа”
bаşlığı аltındа dаnışmışdır.
MƏTNİN İNTEQRATİV TƏHLİLİ VƏ
MƏNTİQİ-SEMANTİK BÜTÖVLÜK
Vəfa İBİŞOVA
AMEA Nəsimi adına Dilçilik İnstitutu
vafa.ibisova@mail.ru
AZƏRBAYCAN
Mətn dilçiliyinin meydana gəlməsi nitq mədəniyyətinin təkmilləşməsi, antimentalitizmin öz
yerini linqvistikaya ötürməsi, nitqin meydana gəlmə texnikasını tədqiq edən elmlərin inkişafı
zərurətindən irəli gəlir. Mətn- mənası, məqsədi, strukturu, qrammatik və kommunikativ bütövlüyü
olan cümlələr, abzaslar, periodlar birliyi kimi dərk edilir.
Mətn linqvistikasının hələ də həllini tapmamış problemləri vardır. Onlardan biri də mətnə
inteqrativ yanaşmadır. Bu cəhətdən K.Abdullayev mətnə cümlənin məna nöqteyi-nəzərdən nisbi qeyri-
bitkinliyi, müəyyən semantik çatışmazlığını aradan qaldıran kommunikativ bir kompleks kimi baxır.
Bu kompleks tam məna bitkinliyi nümayiş etdirir və semantik informasiyanın ötürülməsi və qəbul
edilməsi prosesində əsas faktor kimi iyerarxik sistemə daxil olur. Digər linqvistik kateqoriyalarla onun
arasında konkret qarşılıqlı münasibətlər zənciri qurulur.
Mətnin kommunikativ vahid kimi xüsusi formal və məna cəhətdən təşkil edilmiş strukturu
mövcuddur. «Mətnə yanaşmanın bir növünü də inteqrativlik təşkil edir»
«İnteqrasiya» terminin mənası latın mənşəli olub (integer) tam, bütöv, bütövlük, tamlıq, vahidlik,
bölünməz, vahid, birlik mənasındadır».
«İnteqrasiya» termini F.Veysəllinin «Dilçilik ensiklopediyası»nda belə şərh olunur: «Müxtəlif
dillər və ya dialektlər arasında oxşar, bənzər cəhətlərin artması nəticəsində onların vahid dil halında
birləşməsi, onlar arasındakı fərqlərin silinməsi nəticəsində vahid dil təşkil etməsi prosesi. İnteqrasiya
dillərin yaxınlaşması prosesidir. Son zamanlar xüsusi inteqrativ dilçilik inkişaf etməkdədir. Bu
istiqamət qrammatikaların vahid prinsip əsasında təhlilini irəli sürür. Onda ayrı-ayrı dillər idiolekt və
sosiolektlər variantları kimi götürülür. Sintaktik, sematik inteqrasiya bir tərəfdən alt qat, digər tərəfdən
isə üst qat hadisəsi kimi araşdırılır. Sintaktik təsvir subyekt-obyekt münasibətlərinə əsaslanır,
morfoloji göstəricilərlə bərabər intonasiyanı da diqqət mərkəzinə çəkir» .
Mətnin inteqrativ təhlili onun məntiqi-semantik bütövlüyü ilə birbaşa bağlıdır. Bu bağlılıq
mətnin inteqrativ təhlilinin belə bir sxem əsasında öyrənilməsini şərtləndirir.
1. Mətnin təhlilinin ümumi xarakteri onun janr mənsubluğundan, janrın tipik əlamətlərindən asılıdır;
2.Mətnin üzvlənməsi.Mətnin kompozision üzvlənməsi. Mətnin məna üzvlənməsi, mikro nitq va-
hidi-nitq kompleksi, sadə nitq aktı, diktem, yuxarı fraza vahidi, mətn seqmentləri, mürəkkəb nitq aktı.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
831
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
3.Mətn üzvlənməsində kompozisiya və fikrin, mənanın qarşılıqlı əlaqəsi, münasibəti.
4.Struktur əlaqəlilik nöqteyi -nəzərindən mətndəki abzasların təhlili. Mətndə substitusiya,
referensiya və təkrarlar.
5.Semantik əlaqəlilik (koqerentlik) baxımdan mətnin abzaslarının təhlili. Abzasın mikrotema ilə
qarşılıqlı münasibəti. Abzasın ümumi temasının təyini.
6.Mətn komponentlərinin struktur realizasiyası. Nüvə modelin qurulması, hərəkət prosesində əks
olunan statik, dinamik nöqteyi-nəzərdən xarakterstikası. Nitqin funksional tiplərinin təyini (təsvir,
nəqli, mühakimə (düşüncə, fikir).
7. Dialoq vahidlərinin struktur və praqmatik marker (iştirakçıların danışığı, zaman, yer, danışığın
predmeti) nöqteyi-nəzərindən təhlili.
8. Dialoq replikalarının struktur və praqmatik təhlili. Distrubutiv (dil vahidlərinin paylanmasına
söykənən metod) modelin qurulması. Mətn cümlələrinin kommunikativ tiplərinin təyini ( nəqli, sual,
əmr).
9. Nitq aktı tiplərinin təyini, söyləmin illokutiv gücu. Söyləmin praqmatik modelinin qurulması.
Praqmatik modellə qrammatik modelin qarşılıqlı münasiəti. Vasitəli (dolayı) nitq aktının dərəcəsinin
təyini.
10. Mətnin struktur-semantik modelinin qurulması (Mətn vahidləri və onların kommunikativ
mahiyyəti, səciyyəsi, iyerarxik münasibətlər, mikrotemada mərkəzi, periferik və modal
münasibətlərin-dolğunluq dərəcəsinin təyini).
11. Mətndə nitq aktı distrubutiv zəncirin mətndə təqdimi, iyerarxiyanın, qarşılıqlı münasibətlərin
üzə çıxması. Mətnin mikro və mikrostrunun praqmatik tərəfi.
12. Mətnin informativ planı.
13. Mətnin ideya planı.
14. Mətnin praqmatik potensialı.
15. Mətn nitq yaradıcılığı vahidi kimi (makronitq aktı)
Bütövlük (əlaqəlilik, inteqrativlik, koqerentlik)- mətnin qlobal kateqoriyasıdır, bu, dilçilər
tərəfindən yekdilliklə qəbul edilmiş, bu ad altında müxtəlif terminlərdən istifadə edilmişdir.
İnteqrativlik-bu mətnin keyfiyyət sistemidir, mətn strukturunun bütün elementlərini oriyentasiya
edir, mətnin məzmun planını təmsil edir, müəllif intensiyasını təşkil edir, onun konkret məqsəd və
motivlərini ifadə edir.
Koqerentlik mətndə əlaqələrin birliyidir. Səbəb, zaman, məkan və başqa linqvistik əlaqələrin
fonunda mətnin əsasını təşkil edən məzmun-semantik və koqnitiv struktur vahiddir. Mətndə semantik
koqerensiya tematik inkişaf (propozisiya)-makrostruktur-semantik əlaqələr ardıcıllığı anlam konseptilə
birləşən münasibətlər şəbəkəsini yaradır.
Mətnə inteqrativ yanaşmanın özünəməxsus nəzəri əsasları vardır. Həmin nəzəri əsaslar obyektiv
zamanla əlaqələnir. Mətndə zaman, məkan mənaları ayrı-ayrılıqda inteqrasiya olunur.
N.S.Bolotnova qeyd edir ki, «mətndə bir-biri ilə münasibətdə, əlaqədə olan vahidlər bunlardır, bu
ardıcıllıqdır: inteqrasiya-koqeziya-əlaqəlilik-retrospeksiya-prospeksiya».
İ.V.Blauberq mətnin struktur-semantik bütövlüyünün olmasını sistemlilmklə əlaqələndirir.
Sistemlilik mətnin məntiqi-semantik bütövlüyünü təmin edən əsas cəhətlərdəndir.
İnteqrativlik mətnin nəzəriyyəsidir, onun bütövlüyüdür. İnteqrativlik- mətndə bütövlük prosesinin
yaranması əlaqələrinin bir-birinə təsirinin nəticəsi olaraq meydana çıxır.
İnteqrativliyin mümkün olan müxtəlif tipləri mətndə müxtəlif janr-üslub oriyentasiyasına
malikdir, bu məsələlər linqvistikada hələ geniş öyrənilməyib. İnteqrativliyin psixolinqvistik təbiəti
kommunikantın nitqdə fikir, məna yaratma aktivliyi ilə əlaqədardır. Bu baxımdan bütövlük
inteqrativliyin özündə, onun elementlərində və əsas əlaqədə özünü bir daha təsdiqləyir.
İnteqrativlik mətnin bütün elementlərini sintez edir, mətnin məzmun planını həyata keçirir, onu
müəllif intensiyası ilə uyğunlaşdırır.
Beləliklə, mətnin inteqrativ təhlili- təbii olaraq nəzəri materialın mükəmməl mənimsənilməsini
təmin edir, problemin təhlil olunacaq mərhələlərini nəzəri cəhətdən şərh və ifadə edir.
Mətnin bütövlüyü anlayışı koqeziya və inteqrasiyanın birliyindən asılıdır. Koqeziya-xəttidir,
inteqrasiya-vertikal. İnteqrasiya prosesi mətnin bütövlüyünü təmin edir. Və həlledici, tamamlayıcı rol
oynayır. Bütövlük- əlaqəlilik, inteqrativlik və koqerentlikdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
832
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Beləliklə, inteqrasiyanın (bitkinlik) mürəkkəb sintaktik bütövlərin təşkilində əhəmiyyətli rolu
mövcuddur. İnteqrasiyanın köməyi ilə mətnin ayrı-ayrı komponentləri birləşərək tamamlanır, struktur-
semantik cəhətdən bütövləşir. Mətnin bütövlüyü dedikdə, onun həm qrammatik, həm də semantik-
məntiqi tamlığı nəzərdə tutulur. Mətnin məntiqi-semantik bütövlüyü əsas sayılır və inteqrasiya məhz
mətnin semantik baxımdan birliyini təmin elmiş olur.
ZƏRİFƏ BUDAQOVANIN TƏRZ KATEQORİYASI
HAQQINDA FİKİRLƏRİ
Mətanət MEHDİYEVA
Sumqayıt Dövlət Universiteti
mehtiyeva_m@mail.ru
AZƏRBAYCAN
Dilçi-türkoloqlar arasında feilin tərzləri haqqında müxtəlif fikirlər söylənilmişdir. Bir qrup
dilçilər tərz kateqoriyası anlayışı altında, əsas etibarilə iş, hal və hərəkətin təkrar olunması, sürəkliliyi,
davamlılığı, birdəfəliliyi, iş və hərəkətin hala çevrilməsi, hərəkətin istiqamətləri və s. kimi mənalarını
ifadə etdiyini söyləmişlər. İkinci qrup dilçi-türkoloqların fikrincə, tərzlərlə əsasən, rus dilində olduğu
kimi iş, hal və hərəkətin bitməsi, bitməməsi və başlanması ifadə edilir. Onlar feilin tərzində feilin
zamanının da olduğunu qeyd edirlər. Çünki türk qrupuna daxil olan dillərdə iş, hal və hərəkətin bitib-
bitməməsi, əsasən, feilin zamanlarında ifadə olunur.
Azərbaycan dilçiliyində feilin tərz kateqoriyasından ilk dəfə olaraq M. Xəlifəzadə bəhs etmişdir.
M.Xəlifəzadə yazır ki, feildə hal və hərəkətin icra vəziyyətini bildirən cəhətlərə feilin tərzləri deyilir.
Professor Buludxan Xəlilov qeyd edir ki, M. Xəlifəzadə tərz kateqoriyasını düzgün
müəyyənləşdirməmişdir. O, əslində tərz kateqoriyası ilə feilin zamanlarını və formalarını
qarışdırmışdır. Müəllif müasir Azərbaycan dilində tərz kateqoriyasının 3 qaydada əmələ gəlməsini
qeyd etmişdir.
Sintaktik üsulla
Ortaqlı şəkilçilərlə
Xüsusi şəkilçilərlə
Azərbaycan dilçiliyində feilin tərz kateqoriyası haqqında öz tutarlı , elmi fikirləri ilə diqqət çəkən
alim Zərifə Budaqovadır. Onun 1953-cü ildə Moskvada “Müasir Azərbaycan dilində tərz kateqoriyası”
mövzusunda namizədlik dissertasiyası əyani sübutdur. Alim feilin tərz kateqoriyasına həsr olunmuş
Alma-Ata müşavirəsində də fikir ayrılığı olduğunu qeyd edir. Müəllif bildirir ki, müşavirənin bəzi
iştirakçıları rus dilində olduğu kimi, türk dillərində bitmiş və bitməmiş növlərin olduğunu qəbul edir
və bunların feili bağlama formasında olan əsas feillə birləşərək ifadə edildiyini göstərirlər.
Dilçi-alim qeyd edir ki, türk dillərində ,o cümlədən, Azərbaycan dilində feilin tərzləri,adətən,
analitik üsulla ifadə olunur. Tərz birləşmələrinin tərkibində olan feili bağlama tərz birləşməsinin şərti
olaraq “əsas feili” , təsriflənən feil tərzləri köməkçi feil adlanır. Tərz birləşməsi tərkibində əsas feil
həmişə köməkçi feildən qabaq gəlir.
Azərbaycan dilindəki bütün feili bağlamalar tərz birləşmələrinin tərkibinə daxil ola bilmir.
Əsasən –ıb
4
//-yıb
4
, -araq
2
//-yaraq
2
, -a//ə;ya//-yə. Müəllif –ib
4
//-yıb
4
şəkilçili feili bağlamaların özündən
sonra gələn feildə olunan işdən qabaq, -araq
2
//-yaraq
2
,- a//-ə; -ya// -yə şəkilçili feili bağlamaların isə
özündən sonra gələn feildəki işlə eyni vaxtda icra olunan işi göstərdiyini də qeyd edir.
Tərz kateqoriyasında diqqəti çəkən cəhətlərdən biri də odur ki, tərz birləşməsi tərkibində mühüm
əhəmiyyətə malik olan ünsürlərdən biri də durmaq, qurtarmaq,qalmaq, getmək, gəlmək, çatmaq,
yetişmək və çıxmaq feilləri tərzləri ifadə edən köməkçi feillərdən hesab olunur. Bu köməkçi feillərin
hər biri ayrılıqda müstəqil mənaya malikdir. Tərz birləşmələri tərkibində isə onların bəzisi öz həqiqi
mənasını itirərək , qrammatik ünsürə çevrilir.
Zərifə Budaqova köməkçi feilləri işin müxtəlif tərzini ifadə etməsinə görə aşağıdakı qruplara
ayrıldığını qeyd edir:
1.işin davamlılığını və ya sürəkliliyini ifadə edən: durmaq ( baxıb durmaq, gözləyib durmaq )
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
833
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
2.işin inkişafını göstərən: gəlmək (məsələn:davam edib gəlmək)
3.işin hala çevrilməsini göstərən: qalmaq (məsələn: donub qalmaq, yıxılıb qalmaq)
4.işin tam icra olunmasını göstərən: qurtarmaq, çıxmaq, çatmaq (məsələn:işləyib qurtarmaq, içib
qurtarmaq)
5.işin icra olunmağa başlanmasını gğstərən : başlamaq (işləməyə başlamaq, getməyə başlamaq)
Zərifə Budaqova birinci tərəfi feili bağlama ilə ifadə olunan sintaktik və tərz birləşmələri
arasındakı oxşar və fərqli xüsusiyyətlərin elmi izahını vermişdir. Alim qeyd edir ki, birinci tərəfi feili
bağlama ilə ifadə olunan sintaktik birləşmələrin tərəfləri arasına başqa söz daxil olduqda yenə də
tərəflər öz əvvəlki lüğəvi və qrammatik mənalarını saxlayır. Belə birləşmələrdə feili bağlama inkarlıq
kateqoriyası üzrə də dəyişir. Belə birləşmənin tərəfləri cümlənin ayrı-ayrı üzvü vəzifəsində işlənir.
Birinci tərəfi feili bağlama ilə ifadə olunan lüğəvi birləşmələr, əsasən, feili bağlama ilə tam lüğəvi
mənaya malik feildən ibarət olur. Belə lüğəvi birləşmələrin tərəfləri sərbəst olmur, tərəflər arasına söz
daxil olduğu zaman onlar əvvəlki lüğəvi və qrammatik mənalarını itirir. Həmçinin belə birləşmələrdə
feili bağlama inkarda ola bilmir. Məsələn: qaynayıb-qarışmaq frazeoloji xarakterli sözün birinci tərəfi
inkarlıq əlamətini qəbul etmir. Lüğəvi birləşmələrin hər iki tərəfi birlikdə cümlənin bir üzvü olur.
Zərifə Budaqova tərz birləşmələrindən bəhs edərkən onların aşağıdakı xüsusiyyətlərini qeyd edir:
1.əksər tərz birləşmələrinin tərəfləri arasına lüğəvi birləşmələrdə olduğu kimi, başqa söz daxil ola
bilməz. Məsələn: baxa-baxa qalmaq, yana-yana qalmaq və s. Belə birləşmələrin tərəflərini bir-birindən
ayırmaq mümkün deyil.
2.tərz birləşmələrinin hər iki tərəfi birlikdə cümlənin bir üzvü vəzifəsində işlənir.
Alim bunu da sübut edir ki, tərkibinə qurtarmaq, qaçmaq, çatmaq, yetirmək və başlamaq feilləri
daxil olan birləşmələrdən başqa, qalan tərz birləşmələrinin ikinci tərəfi öz həqiqi mənasını itirir, yəni
sözdüzəldici bir ünsürə çevrilir. Məsələn: həll olunub gedəcəkdi birləşməsinin tərkibindəki getmək
feili öz müstəqil lüğəvi mənasını itirərək, tərz kateqoriyasına məxsus olan bu və ya digər mənanı ifadə
edən qrammatik ünsürə çevrilmişdir. Getmək feili işin son həddini bildirir.
Dilçi-alim durmaq, çırpınmaq, deyinmək, döyünmək, gəzinmək, söylənmək kimi feillərin qayıdış
növ şəkilçisini qəbul edərək işin davamlı şəkildə icra olunduğunu bildirdiyini diqqətə çatdırır. İşin
“inkişafını” göstərən tərzdən söhbət açarkən getmək köməkçi feilinin –ıb
4
//-yıb
4
şəkilçili feili
bağlamalarla yanaşı gəlib, feili bağlamanın mənası ilə bağlı olaraq, aşağıdakı məna çalarlıqlarını ifadə
etdiyini bildirir. Müəllif getmək köməkçi feilinin birləşmə tərkibində inkarda işlənərkən işin eyni
vəziyyətdə qalmasını bildirdiyini də diqqətə çatdırır.
Zərifə Budaqova feilin tərzlərinin özünəməxsus ifadə üsuluna malik olduğunu da qeyd edir.O,
feilin zaman formalarında öz əksini tapan tərz mənalarını ayrıca tərzlər kimi verməyi doğru hesab
etmir.
DİL VƏ DÜŞÜNCƏ MÜNASİBƏTLƏRİNDƏ "3D" MEXANİZMİ
CeyhunəHÜSEYNOVA
Sumqayıt Dövlət Universiteti
ceyhune.huseyn@mail.ru
AZƏRBAYCAN
"İnsan və dil" linqvistik problemi dilçilik elmi qarşısında duran ən aktual və mürəkkəb məsələlər-
dəndir. Problemin əsasında "dil və düşüncə", "düşüncə və nitq","dil və nitq" kimi məsələlər dayanır.
Bu problem yalnız linqvistik deyil, eyni zamanda psixoloji müddəalarla əlaqələndirildiyindən məsə-
ləyə hər iki elmin vəhdət təşkil etdiyi əsaslarla aydınlıq gətirilməlidir. Bəzən dil və təfəkkür anlayışı
yanlış olaraq "dil və düşüncə" problemi ilə eyniləşdirilmişdir. Lakin problemin daha dərin köklərinə
vardığımızda təfəkkürün düşünmə prosesinin müəyyən bir sahəsini təşkil etdiyini söyləyə bilərik.
Düşüncə- real varlığın insan beynində inikasının bütün proseslərini əhatə etdiyi halda təfəkkür
real varlığın anlayış, mühakimə və əqli nəticə formasında inikası prosesidir.
Düşüncə geniş anlayış olub varlıq və ya hadisənin dərk olunmasının bütün formalarını özündə
cəmləşdirən mexanizm kimi öz ifadəsini dildə tapır. Hər bir fikrin əsasında dil vasitələri dayanır.
|