Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə11/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   7   8   9   10   11   12   13   14   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

829



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

və  intensivlik”  adlanır.  İkinci  məqalədə  müəllif  yazır:  “Praqmatik  kontekstdə  söz-dil  vahidi 

motivlənməni  yerinə  yetirir,  obyektin,  anlayışın  konkret  şəraitdə  mahiyyətini,  onu  xarakterizə 

edən  əlamətini,  qabarıq  xüsusiyyətlərini,  hətta  ola  bilən  münasibətin  ifadəsinə  yönəlir. 

Kontekstual ekspressivlik və intensivlik mövcud sözün müxtəlif variantlarını yaradır.Bu zaman 

dil  vahidlərinin  seçimində  onların  həm  əşyanı-anlayışı  adlandırma  imkanı,  həm  bu  vahidlərin 

əlaməti  adlandırması,  həm  də  nitq  prosesində  fərdi  fikrin  çatdırılma  həcmi  əsas  götürülür”  [4, 

s.153-154]. 

Yaşar Məmmədli “İntensivlik və canlı danışıqda psixoloji-affektiv amil” adlı məqaləsində 

canlı danışıq aktı zamanı fərdin fikrinin dolğun ifadəsi üçün seçə biləcəyi yolları aşağıdakı kimi 

şərh etmişdir: 

a) çox sözlə ifadə etmək istədiyi münasibəti formalaşdırmır-“gördüm”- “Mən öz iki gözlə-

rimlə baxıb gördüm”; 

b)  sözün  məna-məzmun  planında  dəyişiklik  etməklə  əlamət,  hadisə,  yaxud  hərəkəti  inten-

sivləşdirir-  “yağış-  yağmur”,  “sınmaq-  sınıxmaq”,  ”belə-  belənçik”,  “ovmaq-  ovxamaq”,  “çal-

maq- çalxamaq- çalxalamaq”; 

c) sözü qrammatik baxımdan dəyişməklə intensivləşdirmək istədiyi fikri çatdırır-“asta- aram-

aram”, “həmişə- səhər-axşam”, “nəhayət- axırdan-axıra”, “arabir- hərdən-birdən” və s.[4, s.149]. 

Gеnişlənmə  -  çохkоmpоnеntli  mürəkkəb  cümlələrdə  gеnişlənmə  və  bunun  nəticəsində 

intеnsivliyin  törəməsi  məsələlərinə  K.Əhmədоvаnın  tədqiqаtlаrındа  rаst  gəlmək  оlur  [1, 

s.72,78]. 

Afad Qurbanov qeyd edib ki, frazeoloji vahidin başlıca əlamətlərindən biri onun emosional 

ifadə tərzinə malik olmasıdır. Bu emosionallıq isə  frazeologiyada intensivliyin ifadəsinə xidmət 

edir [3, s.289]. 

Аzərbаycаn  dilinin  üslubiyyаt  kitаblаrındа  kəmiyyət  fərqi  məsələsi  üslubi  imkаnlаr 

bахımındаn  bеlə  şərhini  tаpır.  Q.Mustаfаyеvа  yаzır  ki,  məlum  оlduğu  üzrə,  isimlər 

ümumiyyətlə, əşyа, zаmаn, məkаn, hаdisə, şəхs və məfhum аdlаrını ifаdə еdir. Bütün bunlаr isə 

yа tək, yа dа cəm оlur. Bunа görə də bеlə kəmiyyət fərqini bildirmək üçün хüsusi şəkilçilərdən - 

cəm şəkilçilərindən istifаdə оlunur [5, s.274, 275]. 

 Dоğrudur, Аzərbаycаn dilində isimlər hеç bir şəkilçi qəbul еtmədən də çохluq məzmununu 

ifаdə  еdə  bilir.  Məsələn:  Bаzаrdаn  аlmааldım-cümləsində  işlədilən  аlmа  sözünü  hеç  bir  kəs 

təkcə  bir  аlmа  mənаsındа  bаşа  düşməz;  əksinə,  bеlə  vəziyyətdə  аlmа  sözü  əksərən  bir  dеyil, 

birdən  çохаlmа  mənаsındааnlаşılır.  Bunа  görə  də  əgər  məqsəd  təkcə  bir  аlmааnlаyışını,  yахud 

qеyri-müəyyən  miqdаrdа  çох  dеyil,  birdən  çох,  lаkin  müəyyən  miqdаrdааlmааnlаyışını  ifаdə 

еtmək оlаrsа, о zаmаn qеyri-müəyyən çохluq bildirən və yа müəyyən miqdаr bildirən hər hаnsı 

bir sözün аlmа sözünə yаnаşdırılmаsı lаzım gələr; Məsələn: 

Хеyli аlmааldım 

Bir аz аlmааldım. 

Bir kilоаlmааldım. 

Bir dənə аlmааldım. 

Bir аlmааldım. 

Аzərbаycаn  dilində  ümumiyyətlə  kəmiyyət,  хüsusən  çохluq  аnlаyışlаrını  bildirmək  üçün 

bir  çох  lüğəvi  vаhidlərdən,  sintаktik  vаsitələrdən  də  istifаdə  еdilir.  Məsələn,  yеrinə  görə 

prеdmеtin  çохluğunu  bildirmək  üçün  çох,  хеyli  kimi  sözlər,  qucаq-qucаq,  оbа-оbа,  ətək-ətək, 

аnbаr-аnbаr kimi qоşа sözlər isimlərin əvvəlinə gətirilir: 

Qucаq-qucаq güllər dərdim. 

Оbа-оbа, оymаq-оymаq yеrlər gəzdim. 

Ətək-ətək pаmbıq yığdım. 

Аnbаr-аnbаr buğdаnı kоmbаynlаr tаrlаdаn gətirirdilər. 

Müəyyən  üslubi  məqаmlаrdа  bir  sırа  ifаdələr  müхtəlif  çаlаrlıqlаrlа  birlikdə  intеnsivlik 

əlаmətini yüksəldir. Məsələn: 

Qulunu оğul-uşаq bаsmışdı. 

Kənd-kəsək yаmyаşıl örpəyə bürünmüşdü. 

Yоlun kənаrını аğаc-uğаc kəsmişdi (danışıq dilindən). 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

830



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Dilimizdə,  ümumiyyətlə  kəmiyyət,  хüsusən  çохаnlаyışını  ifаdə  еtmək  üçün  хеyli  sinоnim 

vаhidlər də mövcuddur. Üslubi məqsədəuyğunluq əsаsındа həmin sinоnim vаhidlərdən hаnsının 

üstünlüyü, əlvеrişli оlmаsı və yеgаnəliyi isə kоnkrеt məqаmlа ölçülür, sеçilir  və istifаdə еdilir. 

Məsələn: 

Оnun gözləri görür, qulаqlаrı dаеşidir. 

Оnun iki gözü görür, iki qulаğı dаеşidir. 

Оnun hər iki gözü görür və hər iki qulаğı еşidir (danışıq dilindən). 

Həmin  cümlələrdə  işlədilən  gözü,  gözləri,  iki  gözü,  hər  iki  gözü  söz  və  ifаdələri,  əsаsən 

еyni mənаdа işləndiyi kimi, qulаğı, qulаqlаrı, iki qulаğı, hər iki qulаğı söz və ifаdələri аrаsındа 

dа  əsаs  mənа  fərqi  yохdur.  Lаkin  bu  cümlələrin  sеmаntik  və  еksprеssivlik  çаlаrlığınа  uyğun 

оlаrаq  bu  söz  və  ifаdələrin  də  mənа  və  еksprеssivlik  çаlаrlıqlаrınа  görə  fərqləri  və  məqаmlаrı 

mövcuddur.  Burаdа  sаdəcə  оlаrаq  intеnsivlik  yаrаdılmаsı  üçün  kəmiyyət  fərqi  də  (gözləri-  iki 

gözü-hər iki gözü və s.) özünü göstərir. 

Dildə təkrаr bədii fikrin intеnsivliyində хüsusi əhəmiyyət dаşıdığı üçün Аzərbаycаn dilçisi 

MusаАdilоv  “təkrаr”,  “intеnsivlik”,  “plеоnаzm”  hаdisələrindən  “Bəzi  tеrminlər  hаqqındа” 

bаşlığı аltındа dаnışmışdır. 

 

 



MƏTNİN İNTEQRATİV TƏHLİLİ VƏ                                                 

MƏNTİQİ-SEMANTİK BÜTÖVLÜK 

 

Vəfa İBİŞOVA 

AMEA Nəsimi adına Dilçilik İnstitutu 



vafa.ibisova@mail.ru 

AZƏRBAYCAN 

 

Mətn  dilçiliyinin  meydana  gəlməsi  nitq  mədəniyyətinin  təkmilləşməsi,  antimentalitizmin  öz 



yerini  linqvistikaya  ötürməsi,  nitqin  meydana  gəlmə  texnikasını  tədqiq  edən  elmlərin  inkişafı 

zərurətindən  irəli  gəlir.  Mətn-  mənası,  məqsədi,  strukturu,  qrammatik  və  kommunikativ  bütövlüyü 

olan cümlələr, abzaslar, periodlar birliyi kimi dərk edilir. 

 Mətn  linqvistikasının  hələ  də  həllini  tapmamış  problemləri  vardır.  Onlardan  biri  də  mətnə 

inteqrativ yanaşmadır. Bu cəhətdən K.Abdullayev mətnə cümlənin məna nöqteyi-nəzərdən nisbi qeyri-

bitkinliyi,  müəyyən  semantik  çatışmazlığını  aradan  qaldıran  kommunikativ  bir  kompleks  kimi  baxır. 

Bu  kompleks  tam  məna  bitkinliyi  nümayiş  etdirir  və  semantik  informasiyanın  ötürülməsi  və  qəbul 

edilməsi prosesində əsas faktor kimi iyerarxik sistemə daxil olur. Digər linqvistik kateqoriyalarla onun 

arasında konkret qarşılıqlı münasibətlər zənciri qurulur. 

 Mətnin  kommunikativ  vahid  kimi  xüsusi  formal  və  məna  cəhətdən  təşkil  edilmiş  strukturu 

mövcuddur. «Mətnə yanaşmanın bir növünü də inteqrativlik təşkil edir»  

«İnteqrasiya» terminin mənası latın mənşəli olub (integer) tam, bütöv, bütövlük, tamlıq, vahidlik, 

bölünməz, vahid, birlik mənasındadır». 

«İnteqrasiya»  termini  F.Veysəllinin  «Dilçilik  ensiklopediyası»nda  belə  şərh  olunur:  «Müxtəlif 

dillər  və  ya  dialektlər  arasında  oxşar,  bənzər  cəhətlərin  artması  nəticəsində  onların  vahid  dil  halında 

birləşməsi, onlar arasındakı fərqlərin silinməsi nəticəsində vahid dil təşkil etməsi prosesi. İnteqrasiya 

dillərin  yaxınlaşması  prosesidir.  Son  zamanlar  xüsusi  inteqrativ  dilçilik  inkişaf  etməkdədir.  Bu 

istiqamət qrammatikaların vahid prinsip əsasında təhlilini irəli sürür. Onda ayrı-ayrı dillər idiolekt və 

sosiolektlər variantları kimi götürülür. Sintaktik, sematik inteqrasiya bir tərəfdən alt qat, digər tərəfdən 

isə  üst  qat  hadisəsi  kimi  araşdırılır.  Sintaktik  təsvir  subyekt-obyekt  münasibətlərinə  əsaslanır, 

morfoloji göstəricilərlə bərabər intonasiyanı da diqqət mərkəzinə çəkir» . 

 Mətnin  inteqrativ  təhlili  onun  məntiqi-semantik  bütövlüyü  ilə  birbaşa  bağlıdır.  Bu  bağlılıq 

mətnin inteqrativ təhlilinin belə bir sxem əsasında öyrənilməsini şərtləndirir.  

1. Mətnin təhlilinin ümumi xarakteri onun janr mənsubluğundan, janrın tipik əlamətlərindən asılıdır; 

2.Mətnin üzvlənməsi.Mətnin kompozision üzvlənməsi. Mətnin məna üzvlənməsi, mikro nitq va-

hidi-nitq kompleksi, sadə nitq aktı, diktem, yuxarı fraza vahidi, mətn seqmentləri, mürəkkəb nitq aktı. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

831



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

3.Mətn üzvlənməsində kompozisiya və fikrin, mənanın qarşılıqlı əlaqəsi, münasibəti. 

4.Struktur  əlaqəlilik  nöqteyi  -nəzərindən  mətndəki  abzasların  təhlili.  Mətndə  substitusiya, 

referensiya və təkrarlar. 

5.Semantik əlaqəlilik (koqerentlik) baxımdan mətnin abzaslarının təhlili. Abzasın mikrotema ilə 

qarşılıqlı münasibəti. Abzasın ümumi temasının təyini. 

6.Mətn komponentlərinin struktur realizasiyası. Nüvə modelin qurulması, hərəkət prosesində əks 

olunan  statik,  dinamik  nöqteyi-nəzərdən  xarakterstikası.  Nitqin  funksional  tiplərinin  təyini  (təsvir, 

nəqli, mühakimə (düşüncə, fikir). 

7. Dialoq vahidlərinin struktur və praqmatik marker (iştirakçıların danışığı, zaman, yer, danışığın 

predmeti) nöqteyi-nəzərindən təhlili. 

8. Dialoq replikalarının struktur və praqmatik təhlili. Distrubutiv (dil vahidlərinin paylanmasına 

söykənən  metod) modelin qurulması. Mətn cümlələrinin kommunikativ tiplərinin təyini ( nəqli, sual, 

əmr). 


9. Nitq aktı tiplərinin təyini, söyləmin illokutiv gücu. Söyləmin praqmatik modelinin qurulması. 

Praqmatik  modellə  qrammatik  modelin  qarşılıqlı  münasiəti. Vasitəli (dolayı)  nitq  aktının dərəcəsinin 

təyini. 

10.  Mətnin  struktur-semantik  modelinin  qurulması  (Mətn  vahidləri  və  onların  kommunikativ 

mahiyyəti,  səciyyəsi,  iyerarxik  münasibətlər,  mikrotemada  mərkəzi,  periferik  və  modal 

münasibətlərin-dolğunluq dərəcəsinin təyini). 

11. Mətndə nitq aktı distrubutiv zəncirin mətndə təqdimi, iyerarxiyanın, qarşılıqlı münasibətlərin 

üzə çıxması. Mətnin mikro və mikrostrunun praqmatik tərəfi. 

12. Mətnin informativ planı. 

13. Mətnin ideya planı. 

14. Mətnin praqmatik potensialı. 

 

15. Mətn nitq yaradıcılığı vahidi kimi (makronitq aktı) 



Bütövlük  (əlaqəlilik,  inteqrativlik,  koqerentlik)-  mətnin  qlobal  kateqoriyasıdır,  bu,  dilçilər 

tərəfindən yekdilliklə qəbul edilmiş, bu ad altında müxtəlif terminlərdən istifadə edilmişdir. 

İnteqrativlik-bu mətnin keyfiyyət sistemidir, mətn strukturunun bütün elementlərini oriyentasiya 

edir,  mətnin  məzmun  planını  təmsil  edir,  müəllif  intensiyasını  təşkil  edir,  onun  konkret  məqsəd  və 

motivlərini ifadə edir. 

Koqerentlik  mətndə  əlaqələrin  birliyidir.  Səbəb,  zaman,  məkan  və  başqa  linqvistik  əlaqələrin 

fonunda mətnin əsasını təşkil edən məzmun-semantik və koqnitiv struktur vahiddir. Mətndə semantik 

koqerensiya tematik inkişaf (propozisiya)-makrostruktur-semantik əlaqələr ardıcıllığı anlam konseptilə 

birləşən münasibətlər şəbəkəsini yaradır.  

Mətnə inteqrativ yanaşmanın özünəməxsus nəzəri əsasları vardır. Həmin nəzəri əsaslar obyektiv 

zamanla əlaqələnir. Mətndə zaman, məkan mənaları ayrı-ayrılıqda inteqrasiya olunur.  

N.S.Bolotnova qeyd edir ki, «mətndə bir-biri ilə münasibətdə, əlaqədə olan vahidlər bunlardır, bu 

ardıcıllıqdır: inteqrasiya-koqeziya-əlaqəlilik-retrospeksiya-prospeksiya». 

İ.V.Blauberq  mətnin  struktur-semantik  bütövlüyünün  olmasını  sistemlilmklə  əlaqələndirir. 

Sistemlilik mətnin məntiqi-semantik bütövlüyünü təmin edən əsas cəhətlərdəndir. 

İnteqrativlik mətnin nəzəriyyəsidir, onun bütövlüyüdür. İnteqrativlik- mətndə bütövlük prosesinin 

yaranması əlaqələrinin bir-birinə təsirinin nəticəsi olaraq meydana çıxır. 

İnteqrativliyin  mümkün  olan  müxtəlif  tipləri  mətndə  müxtəlif  janr-üslub  oriyentasiyasına 

malikdir,  bu  məsələlər  linqvistikada  hələ  geniş  öyrənilməyib.  İnteqrativliyin  psixolinqvistik  təbiəti 

kommunikantın  nitqdə  fikir,  məna  yaratma  aktivliyi  ilə  əlaqədardır.  Bu  baxımdan  bütövlük 

inteqrativliyin özündə, onun elementlərində və əsas əlaqədə özünü bir daha təsdiqləyir. 

 İnteqrativlik mətnin bütün elementlərini sintez edir, mətnin məzmun planını həyata keçirir, onu 

müəllif intensiyası ilə uyğunlaşdırır. 

Beləliklə,  mətnin  inteqrativ  təhlili-  təbii  olaraq  nəzəri  materialın  mükəmməl  mənimsənilməsini 

təmin edir, problemin təhlil olunacaq mərhələlərini nəzəri cəhətdən şərh və ifadə edir. 

 Mətnin  bütövlüyü  anlayışı  koqeziya  və  inteqrasiyanın  birliyindən  asılıdır.  Koqeziya-xəttidir, 

inteqrasiya-vertikal. İnteqrasiya prosesi mətnin bütövlüyünü təmin edir. Və həlledici, tamamlayıcı rol 

oynayır. Bütövlük- əlaqəlilik, inteqrativlik və koqerentlikdir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

832



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 Beləliklə,  inteqrasiyanın  (bitkinlik)  mürəkkəb  sintaktik  bütövlərin  təşkilində  əhəmiyyətli  rolu 

mövcuddur. İnteqrasiyanın köməyi ilə mətnin ayrı-ayrı komponentləri birləşərək tamamlanır, struktur-

semantik  cəhətdən  bütövləşir.  Mətnin  bütövlüyü  dedikdə,  onun  həm  qrammatik,  həm  də  semantik-

məntiqi tamlığı nəzərdə tutulur. Mətnin məntiqi-semantik bütövlüyü əsas sayılır və inteqrasiya məhz 

mətnin semantik baxımdan birliyini təmin elmiş olur. 



 

 

ZƏRİFƏ BUDAQOVANIN TƏRZ KATEQORİYASI                      

HAQQINDA   FİKİRLƏRİ 

 

Mətanət MEHDİYEVA 

Sumqayıt Dövlət Universiteti 

mehtiyeva_m@mail.ru 

AZƏRBAYCAN 

 

Dilçi-türkoloqlar  arasında  feilin  tərzləri  haqqında  müxtəlif  fikirlər  söylənilmişdir.  Bir  qrup 



dilçilər tərz kateqoriyası anlayışı altında, əsas etibarilə iş, hal və hərəkətin təkrar olunması, sürəkliliyi, 

davamlılığı, birdəfəliliyi, iş və hərəkətin hala çevrilməsi, hərəkətin istiqamətləri və s. kimi mənalarını 

ifadə etdiyini söyləmişlər. İkinci qrup dilçi-türkoloqların fikrincə, tərzlərlə əsasən, rus dilində olduğu 

kimi  iş,  hal  və  hərəkətin  bitməsi,  bitməməsi  və  başlanması  ifadə  edilir.  Onlar  feilin  tərzində  feilin 

zamanının da olduğunu qeyd edirlər. Çünki türk qrupuna daxil olan dillərdə iş, hal və hərəkətin bitib-

bitməməsi, əsasən, feilin zamanlarında ifadə olunur. 

Azərbaycan dilçiliyində feilin tərz kateqoriyasından ilk dəfə olaraq M. Xəlifəzadə bəhs etmişdir.  

M.Xəlifəzadə yazır ki, feildə hal və hərəkətin icra vəziyyətini bildirən cəhətlərə feilin tərzləri deyilir. 

Professor  Buludxan  Xəlilov  qeyd  edir  ki,    M.  Xəlifəzadə  tərz  kateqoriyasını  düzgün 

müəyyənləşdirməmişdir.  O,  əslində  tərz  kateqoriyası  ilə  feilin  zamanlarını  və  formalarını 

qarışdırmışdır.  Müəllif  müasir  Azərbaycan  dilində  tərz  kateqoriyasının  3  qaydada  əmələ  gəlməsini 

qeyd etmişdir. 

Sintaktik üsulla 

Ortaqlı şəkilçilərlə 

Xüsusi şəkilçilərlə 

Azərbaycan dilçiliyində feilin tərz kateqoriyası haqqında öz tutarlı , elmi fikirləri ilə diqqət çəkən 

alim Zərifə Budaqovadır. Onun 1953-cü ildə Moskvada “Müasir Azərbaycan dilində tərz kateqoriyası” 

mövzusunda  namizədlik  dissertasiyası  əyani  sübutdur.  Alim  feilin  tərz  kateqoriyasına  həsr  olunmuş 

Alma-Ata  müşavirəsində  də  fikir  ayrılığı  olduğunu  qeyd  edir.  Müəllif  bildirir  ki,  müşavirənin  bəzi 

iştirakçıları rus dilində olduğu kimi, türk dillərində bitmiş və bitməmiş növlərin olduğunu qəbul edir 

və bunların feili bağlama formasında olan əsas feillə birləşərək ifadə edildiyini göstərirlər. 

Dilçi-alim  qeyd  edir  ki,  türk  dillərində  ,o  cümlədən,  Azərbaycan  dilində  feilin  tərzləri,adətən, 

analitik üsulla ifadə olunur. Tərz birləşmələrinin tərkibində olan feili bağlama tərz birləşməsinin şərti 

olaraq “əsas feili”  ,  təsriflənən  feil tərzləri  köməkçi  feil  adlanır. Tərz  birləşməsi  tərkibində  əsas feil 

həmişə köməkçi feildən qabaq gəlir. 

Azərbaycan  dilindəki  bütün  feili  bağlamalar  tərz  birləşmələrinin    tərkibinə  daxil  ola  bilmir. 

Əsasən –ıb

4

//-yıb



4

, -araq


2

//-yaraq


2

, -a//ə;ya//-yə. Müəllif –ib

4

//-yıb


4

 şəkilçili feili bağlamaların özündən 

sonra  gələn feildə  olunan  işdən  qabaq,  -araq

2

//-yaraq



2

,-  a//-ə;  -ya//  -yə  şəkilçili  feili  bağlamaların  isə 

özündən sonra gələn feildəki işlə eyni vaxtda icra olunan işi göstərdiyini də qeyd edir. 

Tərz kateqoriyasında diqqəti çəkən cəhətlərdən biri də odur ki, tərz birləşməsi tərkibində mühüm 

əhəmiyyətə    malik  olan  ünsürlərdən  biri  də  durmaq,  qurtarmaq,qalmaq,  getmək,  gəlmək,  çatmaq, 

yetişmək və çıxmaq feilləri tərzləri ifadə edən köməkçi feillərdən hesab olunur. Bu köməkçi feillərin 

hər biri ayrılıqda müstəqil mənaya  malikdir. Tərz birləşmələri tərkibində isə onların bəzisi öz həqiqi 

mənasını itirərək , qrammatik ünsürə çevrilir. 

Zərifə  Budaqova  köməkçi  feilləri  işin  müxtəlif  tərzini  ifadə  etməsinə  görə  aşağıdakı  qruplara 

ayrıldığını  qeyd edir: 

1.işin davamlılığını və ya sürəkliliyini ifadə edən: durmaq ( baxıb durmaq, gözləyib durmaq ) 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

833



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

2.işin inkişafını göstərən: gəlmək (məsələn:davam edib gəlmək) 

3.işin hala çevrilməsini  göstərən: qalmaq (məsələn: donub qalmaq, yıxılıb qalmaq)   

4.işin tam icra olunmasını göstərən: qurtarmaq, çıxmaq, çatmaq (məsələn:işləyib qurtarmaq, içib 

qurtarmaq) 

5.işin icra olunmağa başlanmasını gğstərən : başlamaq (işləməyə başlamaq, getməyə başlamaq) 

Zərifə  Budaqova  birinci  tərəfi  feili  bağlama  ilə  ifadə  olunan  sintaktik  və  tərz  birləşmələri 

arasındakı oxşar və fərqli xüsusiyyətlərin elmi izahını vermişdir. Alim qeyd edir ki, birinci tərəfi feili 

bağlama  ilə  ifadə  olunan  sintaktik  birləşmələrin  tərəfləri  arasına  başqa  söz  daxil  olduqda  yenə  də 

tərəflər öz əvvəlki lüğəvi  və qrammatik mənalarını saxlayır. Belə birləşmələrdə feili bağlama inkarlıq 

kateqoriyası  üzrə  də  dəyişir.  Belə  birləşmənin  tərəfləri  cümlənin  ayrı-ayrı    üzvü  vəzifəsində  işlənir. 

Birinci  tərəfi  feili  bağlama  ilə  ifadə  olunan  lüğəvi  birləşmələr,  əsasən,  feili  bağlama  ilə  tam  lüğəvi 

mənaya malik feildən ibarət olur. Belə lüğəvi birləşmələrin  tərəfləri sərbəst olmur, tərəflər arasına söz 

daxil olduğu zaman onlar əvvəlki lüğəvi və qrammatik  mənalarını itirir. Həmçinin belə birləşmələrdə 

feili bağlama inkarda ola bilmir. Məsələn: qaynayıb-qarışmaq frazeoloji xarakterli sözün birinci tərəfi 

inkarlıq əlamətini qəbul etmir. Lüğəvi  birləşmələrin hər iki tərəfi  birlikdə cümlənin bir üzvü olur. 

Zərifə Budaqova tərz birləşmələrindən bəhs edərkən onların aşağıdakı xüsusiyyətlərini qeyd edir: 

1.əksər tərz birləşmələrinin tərəfləri arasına lüğəvi birləşmələrdə olduğu kimi, başqa söz daxil ola 

bilməz. Məsələn: baxa-baxa qalmaq, yana-yana qalmaq və s. Belə birləşmələrin tərəflərini bir-birindən 

ayırmaq mümkün deyil. 

2.tərz birləşmələrinin hər iki tərəfi birlikdə cümlənin bir üzvü vəzifəsində işlənir. 

Alim bunu da sübut edir ki, tərkibinə qurtarmaq, qaçmaq, çatmaq, yetirmək və başlamaq feilləri 

daxil olan birləşmələrdən başqa, qalan tərz birləşmələrinin ikinci tərəfi öz həqiqi mənasını itirir, yəni 

sözdüzəldici  bir  ünsürə  çevrilir.  Məsələn:  həll  olunub  gedəcəkdi  birləşməsinin  tərkibindəki  getmək 

feili öz müstəqil lüğəvi mənasını itirərək, tərz kateqoriyasına məxsus olan bu və ya digər mənanı ifadə 

edən qrammatik ünsürə çevrilmişdir. Getmək feili işin son həddini bildirir. 

Dilçi-alim durmaq, çırpınmaq, deyinmək, döyünmək, gəzinmək, söylənmək kimi feillərin qayıdış 

növ  şəkilçisini  qəbul  edərək  işin  davamlı  şəkildə  icra  olunduğunu  bildirdiyini  diqqətə  çatdırır.  İşin 

“inkişafını”  göstərən  tərzdən  söhbət  açarkən  getmək  köməkçi  feilinin  –ıb

4

//-yıb



4

  şəkilçili  feili 

bağlamalarla yanaşı gəlib, feili bağlamanın mənası ilə bağlı olaraq, aşağıdakı məna çalarlıqlarını ifadə 

etdiyini  bildirir.  Müəllif  getmək  köməkçi  feilinin  birləşmə  tərkibində  inkarda  işlənərkən  işin  eyni 

vəziyyətdə qalmasını bildirdiyini də diqqətə çatdırır. 

Zərifə  Budaqova  feilin  tərzlərinin  özünəməxsus  ifadə  üsuluna  malik  olduğunu  da  qeyd  edir.O, 

feilin  zaman  formalarında    öz  əksini  tapan  tərz  mənalarını  ayrıca  tərzlər  kimi  verməyi  doğru  hesab 

etmir. 


 

 

DİL VƏ DÜŞÜNCƏ MÜNASİBƏTLƏRİNDƏ "3D" MEXANİZMİ 

 

CeyhunəHÜSEYNOVA 

Sumqayıt Dövlət Universiteti 



ceyhune.huseyn@mail.ru 

AZƏRBAYCAN 



 

"İnsan və dil" linqvistik problemi dilçilik elmi qarşısında duran ən aktual və mürəkkəb məsələlər-

dəndir. Problemin əsasında "dil və düşüncə", "düşüncə və nitq","dil və nitq" kimi  məsələlər dayanır. 

Bu  problem  yalnız  linqvistik  deyil, eyni  zamanda  psixoloji  müddəalarla  əlaqələndirildiyindən  məsə-

ləyə hər iki elmin vəhdət təşkil etdiyi  əsaslarla aydınlıq gətirilməlidir. Bəzən dil və təfəkkür anlayışı 

yanlış olaraq "dil və düşüncə" problemi ilə eyniləşdirilmişdir. Lakin problemin daha dərin köklərinə 

vardığımızda təfəkkürün düşünmə prosesinin müəyyən bir sahəsini təşkil etdiyini söyləyə bilərik. 

Düşüncə-  real  varlığın  insan  beynində  inikasının  bütün  proseslərini  əhatə  etdiyi  halda  təfəkkür 

real varlığın anlayış, mühakimə və əqli nəticə formasında inikası prosesidir. 

Düşüncə  geniş  anlayış  olub  varlıq  və  ya  hadisənin  dərk  olunmasının  bütün  formalarını  özündə 

cəmləşdirən  mexanizm  kimi  öz  ifadəsini  dildə  tapır.  Hər  bir  fikrin  əsasında  dil  vasitələri  dayanır. 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin