Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə22/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   18   19   20   21   22   23   24   25   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

883



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

fərqlidir.  Hər  bir  ayrı  dildə  sözlərin  və  cümlələrin  qrammatik  formalarında  əks  olunan  qrammatik 

mənalar həmin dilin qrammatik kateqoriyalarını əmələ gətirir. 

Fəlsəfədə,  eləcə  də,  dilçilikdə  mövcud  olan  kateqoriyalar  sırasında  keyfiyyət  və  kəmiyyət 

kateqoriyası da vardır. Həm keyfiyyət, həm də kəmiyyət kateqoriyası, həm idraki, həm də linqvistik 

kateqoriyalar  kimi  filosoflar  və  dilçilər  tərəfindən  müxtəlif  cəhətdən  araşdırılaraq  tədqiq  edilmişdir. 

Bu  kateqoriyalar  fəlsəfi  kateqoriyalar  olaraq,  Aristotel  tərəfindən  “Kateqoriyalar”  və  “Topika” 

əsərlərində  şərh  olunmuşdur.  Keyfiyyətə  Aristotel  dörd  mümkün  kontekst  aid  edir:  anadangəlmə, 

başlanğıc qabiliyyətlərinin və xarakteristikaların mövcud olması və ya olmaması; dəyişkən və ya sabit 

xüsusiyyətlərin mövcudluğu;  əşya və hadisənin mövcudluq prosesində onlara xas olan xüsusiyyət və 

vəziyyətlər;  əşya  və  ya  hadisənin  zahiri  görünüşü.  Aristotel  kəmiyyətə  “cəmlik”  və  “miqdar”ı  aid 

edirdi.  Məntiq  lüğətində  keyfiyyətə  belə  tərif  verilir:  “Keyfiyyət  əşyanın  necə  olmasını  bildirən 

xüsusiyyətlərin cəmidir. Keyfiyyətin dəyişməsi həmin əşyanın köklü dəyişməsinə səbəb olur”. (2, 242) 

Keyfiyyət  əşyanın  mühüm  göstəricisi,  onun  üzvi  xüsusiiyətlərinin,  əlamət  və  xassələrinin 

təyinedicisidir. Bu əlamət və xüsusiyyətlər isə əşyanı, hadisəni və ya prosesi başqası deyil, məhz özü 

olduğunu müəyyənləşdirir və digər əşya və hadisələrdən fərqləndirir. Təbiət və cəmiyyətdə hər bir şey 

daimi hərəkətdə və inkişafdadır, hər zaman nə isə yaranır və məhv olur. Ancaq bu, o demək deyildir 

ki, əşya və hadisələr müəyyən məzmuna, tərkibə malik deyil, yəni onlar qeyri-sabitdir, məhz keyfiyyət 

göstəriciləri onları sabit edir. Keyfiyyət anlayışı mühüm nəzəri əhəmiyyət kəsb edir. Elmi idrak birinci 

növbədə  öyrənilən  hadisələrin  keyfiyyət  təyinedicilərini,  başqa  cür  desək,  digər  hadisələrdən 

fərqləndirən,  onlara  məxsus  özəllikləri  müəyyən  etməlidir.  Bunu  etmədən  əşyanın  inkişaf 

qanunauyğunluqlarını aşkar etmək olmaz.  

Əşyanın keyfiyyəti hər zaman onun kəmiyyət göstəriciləri ilə bağlıdır. Hər bir əşya keyfiyyət və 

kəmiyyət  birliyidir.  Kəmiyyət  kateqoriyası  universal,  yəni  məntiqi  kateqoriya  olub  gerçəkliyin  dərk 

edilməsində vacib pillələrdən biridir. 

Kəmiyyət kateqoriyası əşyanın miqdarını, inkişaf səviyyəsini səciyyələndirən tərəfini əks etdirir. 

“Hər biri iki və yaxud daha çox olmasından asılı olmayaraq tərkib hissələrinə parçalana bilən, təbiətcə 

bir olan müəyyən bir şey kəmiyyət adlandırılır”. (1, 164) 

Kəmiyyət  ən  mücərrəd  kateqoriyalardan  biridir.  O,  obyektiv  aləmlə  birbaşa  əlaqədə  olmaqla, 

dünyanın  dərk  edilməsində  həlledici  pillələrdən  biri  sayılır.  Qeyd  etdiyimiz  kimi,  kəmiyyət  və 

keyfiyyət  kateqoriyaları  bir-  biri  ilə  sıx  şəkildə  bağlıdır.  Əgər  əşyanın  kəmiyyətindən  danışırıqsa, 

keyfiyyətin də mövcudluğunu unutmamalıyıq. Hətta belə demək olar ki, ibtidai insanın düşüncəsində 

bu  anlayışlar  bir-birinə  qarışmış,  bir-birindən  ayrılmaz  şəkildə  olmuşdur.  Başqa  cür  desək,  ibtidai 

insanların  təfəkkürü  gördükləri  əşyaları  gözlə  görüb,  qulaqla  eşitdikləri  bir  tərzdə  dildə  ifadə 

edilmişdir.  İnkişaf  getdikcə  keyfiyyətdən  kəmiyyətə  keçid  baş  vermişdir.  Fikrimizi  konkret  şəkildə 

izah  etmək  üçün  sifətin  dərəcə  kateqoriyalarını  misal  gətirə  bilərik.  Belə  ki,  sifətin  əlamət  və 

keyfiyyətinin azlığı, eləcə də çoxluğu yalnız kəmiyyət vasitəsilə ölçülə bilər. Bu misal vasitəsilə, eyni 

zamanda, keyfiyyət anlayışının dilçiliyə aid bir sahədə tətbiq olunduğunun şahidi oluruq. Həmçinin bu 

an fonetikada da tez-tez dilçililərin rastına çıxan andır. Belə ki, keyfiyyət saitlər üçün səciyyəvi tembr, 

samitlər üçün məxrəc müəyyənləşdirmək üsuludur. Dilçiliyin bu şöbəsində kəmiyyət anlayışına da rast 

gəlirik.  Bu  zaman  səsin  nisbi  uzunluğu  və  gücü,  səsin  uzunluq  dərəcələri  arasındakı  fərq  səsin 

kəmiyyətini əmələ gətirir. Kəmiyyət kateqoriyası bütün dünya dillərinə xasdır və bu dillərdə leksik və 

qrammatik vasitələrin köməyi ilə fərqli şəkildə ifadə olunur. Qeyd etmək lazımdır ki, bir sıra dillərdə 

kəmiyyət  kateqoriyasının  saylarla  ifadəsi  çox  da  yaxşı  inkişaf  etməyərək  birinci  onluq  səviyyəsində 

qalmışdır, digər dillərdə isə say sistemi kifayət qədər inkişaf edərək mükəmməl şəkildə ifadə olunur. 

Dilçilikdə  ümumi  qrammatik  kateqoriyalardan  biri  olan  kəmiyyət  kateqoriyası  ismə,  sifətə,  saya, 

əvəzliyə,  felə  aid  olur.  Üç,  beş,  on  saylarında  kəmiyyət  anlayışı  konkretdir,  ağaclar,  otlar,  çiçəklər 

sözlərində  qeyri-müəyyəndir,  camaat,  ordu  sözlərində  mücərrəddir.  Bu  anlayışı  mənsubiyyət 

kateqoriyasında  da  görə  bilirik.  Məsələn:  I  şəxsin  cəmini  yaratmaqda  iştirak  edən  şəkilçilərdə 

kəmiyyətin  cəmdə  olmasını  müşahidə  edirik.  Riyaziyyatda  da  qarşımıza  çıxan  kəmiyyət  anlayışı 

sonsuz və təqribi ədədlərin mövcudluğuna rəğmən dilçiliklə müqayisədə daha konkretdir. 

Müəyyən  fərqlərə  baxmayaraq,  belə  bir  nəticə  çıxarmaq  mümkündür  ki,  kəmiyyət  və  keyfiyyət 

insan təfəkkürünün ən ümumi və mühüm kateqoriyası olmaqla, həm məntiqi kateqoriyalar kimi nəzərə 

çarpır, həm də dil sisteminə güclü şəkildə nüfuz etməsi ilə diqqəti cəlb edir. 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

884



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

MİRZƏ ƏLƏKBƏR SABİRİN SATİRALARINDA                                    

VULQAR SÖZLƏRİN İŞLƏNMƏ MƏQAMLARI 

 

Arzu MƏMMƏDOVA 

ADPU 


arzumemmedova395@gmail.com 

AZƏRBAYCAN 



 

Yeni  dövr  dünya  ədəbiyyatının  görkəmli  siması,  “Molla  Nəsrəddin”  ədəbi  məktəbinin  başçısı, 

inqilabi-satirik şeirimizin banisi və bayraqdarı Mirzə Ələkbər Sabir Tahirzadə Şirvani (1862-1911) 

Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan böyük şəxsiyyətlərdən biridir. 

“Sabirin  satirası  kapitalist  və  mülkədarların  zülmü  altında  inləyən  fəhlə  və  kəndlinin  iztirablı 

həyat  şəraitinin  təcəssümüdür  və  şairin  böyüklüyü  orasındadır  ki,  o,  öz  mübariz  satirasını  çar 

irticasının  ağır  illərində  yaratmışdır.  Sabir  bütün  şeirlərində  zalimlərə  zərbə  vurmuş,  məzlumların 

dadına çatmaq istəmişdir. Bu əsrdə onun qədər inqilaba, öz xalqına yaxın olan ikinci bir qələm sahibi 

tapılmaz! Sabir fəhlə və kəndli sinfinin ağa və mülkədar zülm altında çəkdiyi məşəqqətləri əyani və 

canlı şəkildə göstərən şairdir.”  

Nəriman  Nərimanovun  sözlərinin  davamı  olaraq,  Mirzə  Ələkbər  Sabir  satiralarında  dövrünün 

çatışmayan  cəhətlərini  qeyd  etmiş,  konkret  hədəfini  öz  oxucularına  daha  da  dərindən  çatdırmağa 

çalışmışdır. Burada onun köməyinə çatan satirik dili idi. Bu cəhətdən vulqar sözlər onun satiralarında 

mühüm  yer tutur. O, insanların mənfi xüsusiyyətlərini təsvir etmək, hər hansı vəziyyətə etiraz, nifrət 

bildirmək  üçün  vulqar  sözlərdən  yerli-  yerində  istifadə  etmişdir.  “Sabirin  şeirləri  içərisində  elə 

parçalara rast gəlirik ki, onlar bizim vicdanımıza nüfuz edir.”  

Məhz, “Gavur qızı” satirasında Sabir vulqar sözlər vasitəsilə “qadın problemi”ni özünəməxsus 

ifadə etmişdir: 

Üç dörd uşaq doğub, qocalıb, dişləri düşüb, 

Bir kaftara dönübdü bu nikbət, gavur qızı! 

 Gəl razı ol ki, bir qız alım, mən də kef çəkim, 

 Həm eyləsin sənə dəxi xidmət, gavur qızı! 

 Sal başını aşağə sən, ancaq işində ol, 

 Paltar yu, ev süpür, elə xidmət, gavur qızı! 

 Ərdir, özü bilər, neçə övrət alar, alar, 

Heyvan kimi durar, baxar övrət, gavur qızı!  

Mirzə  Ələkbər  Sabir  bu  şeirdə  yaşadığı  dövrdə  qadına  olan  acınacaqlı  münasibətini  təsvir 

etmişdir. Yəni, qadınların hüquqsuzluğunu vulqar sözlərlə daha da üzə çıxarmışdır. 

“Mən belə əsrarı qana bilmirəm” satirasında isə vulqar sözləri işlətməklə şair mövcud cəmiyyətin 

ziddiyyətlərini dərindən başa düşən qəhrəmanın həyatının zindan olduğunu göstərmişdir: 

 Mən belə əsrarı qana bilmirəm, 

 Qanmaz olub da dayana bilmirəm. 

 Neyləməli göz görür, ağlım kəsir, 

 Mən günəşi göydə dana bilmirəm. 

 Derlər usan, hərzəvü hədyan etmə 

 Güc gətirir dərd, usana bilmirəm!  

Bu  şeirdə  şair  vulqar  sözləri  elə  göstərmişdir  ki,  insanları  dərdə  salan  dünyada  insan  ya  avam, 

şürsuz,  duyğusuz  bir  ömür  keçirmək,  ya  da  mübarizə  aparmaq,  həqiqi  həyata  çatmaq  məzmununa 

toxunmuşdur. 

Hətta, Sabir pul kisələrini öz övladlarından belə üstün tutan dargöz, nəfsgirləri sonralar da qələmə 

aldığı “Pula təvəccöh” satirasında da onların öz dilləri ilə ifşa edərək, yazmışdır: 

 Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan? 

 İsmətim, namusum, arım, qeyrətim, qanımmısan? 

 Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan? 

 Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

885



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“Sabirin tənqid hədəfləri niyə azalmır, əksinə, artır? Çünki ədəbiyyat dərdi göstərir, yaxşı ifadə 

edir,  ancaq  onu  aradan  qaldırmaq  isə  insanlardan  hünər  istəyir.”  Doğrudan  da,  Sabir  dərd  şairidir. 

Ümumiyyətlə,  bütün  dönəmlər  üçün  Sabirin  satiraları  hər  zaman  aktual  olacaq.  O  zaman  ki,  şairin 

tipləri  azalacaq,  həyatda  qalmayacaq,  biləcəyik  ki,  onun  dərdinə  dərman  tapılıb.  “…Əlli  il  bundan 

əvvəl Sabir kimi bir ədib bizdə zühur etsə idi, yazıları indiki kimi xalq tərəfindən qəbul edilsə idi, biz 

əlli il qabaq düşmüş olardıq.”  

 Mirzə  Ələkbər  Sabir  çox  vaxt  qəzəbini  boğa  bilmirdi,  öldürücü,  ifşaedici  satiradan  bol-bol 

istifadə  edirdi,  hətta  vulqar  sözləri  işlətməkdən  belə  çəkinmirdi.  Məqsəd,  amal  isə  birdir:  millətin 

intibahı. O, keçmişdə yazsa belə, sanki, bu günümüzdən danışır, çünki indi həmin satiralar yazılsaydı, 

onun tənqid hədəfləri daha çox olardı. İnsan özüylə üz-üzə qalmalı, özünü yaratmağı bacarmalıdır. Nə 

qədər ki, millət olaraq ayılmamışıq, var ola bilməyəcəyik. Var olmaq imkanımız isə var. O imkanı üzə 

çıxarmalıyıq. 

 

 

 

MÜRƏKKƏB SİNTAKTİK BÜTÖVLƏRİN                               

YARANMASINDA SÖZ SIRASININ ROLU 

 

Dürdanə TARIVERDİYEVA 

Bakı Slavyan Universiteti 



pearl087@hotmail.com 

AZƏRBAYCAN

 

 

Bildiyimiz kimi mətn komponentlərinin əlaqələndirilməsində sintaktik vasitələrin rolu böyükdür. 



Sintaktik vasitələrə söz sırası, təkrarlar, paralellizm və s. daxil edilir. Söz sırası MSB-nin cümlələrində 

sözlərin qanunauyğun və ardıcıllıqla yerləşməsi, düzülüşüdür. Söz sırası mürəkkəb sintaktik bütövlərin 

komponentlərini  bağlamaqla  yanaşı,  dildə  qrammatik-semantik  və  üslubi  funksiyaları  yerinə  yetirir. 

Prof.  K.Abdullayev  mətn  haqqında  yazır:  “mətn  elə  bir  sintaktik  kompleksdir  ki,  başqa  sintaktik 

kompleksin, yəni cümlənin onun məna nöqteyi-nəzərindən nisbi qeyri-bitkinliyini, müəyyən semantik 

naqisliyini aradan götürür”. Bir cəhəti də nəzərə almaq lazımdır ki, sintaktik bütövü təşkil edən hər bir 

komponentdə sözlərin sırası mətnin qurulma texnikasına daxil olduğu kimi, hər bir komponentin sırası 

da  bu  prosesdə  fəal  sintaktik  gücə  malikdir.  Ona  görə  də  “sıra”  anlayışını  mətn  sintaksisindən 

danışarkən  həm  sözlərin,  həm  də  komponentlərin  sırası  kimi  anlamaq  lazımdır. Eyni  zamanda  mətn 

daxilində “söz sırası” anlayışı ilə “cümlə üzvlərinin sırası” anlayışları da fərqli anlayışlardır. Söz sırası 

dedikdə biz tək cümlə üzvlərini yox, onlarla yanaşı ara söz, xitab, qoşma, bağlayıcı, ədat və nidaların 

da cümlədə yerini nəzərdə tuturuq. Cümlə üzvlərinin hər birinin özünəməxsus mövqeyi onların sırasını 

müəyyən  edir.  Cümlə  üzvlərinin  sırası  pozulduqda  cümlənin  mənası  ya  tamamilə,  ya  da  qismən 

dəyişildiyi kimi, bəzən də mənasızlığa yol verilir. Bütün bunları aydın təsəvvür etmək üçün onları bir-

birilə  əlaqədə  nəzərdən  keçirmək  lazımdır.  Prof.  Fəxrəddin  Veysəlli  “Struktur  dilçiliyin  əsasları” 

kitabında yazır: “Söz sırası ənənəvi mənada sözlərin düz xətt boyunca düzülüşü kimi başa düşülür. Söz 

sırası  anlayışı  cümlə  qurmaq,  ünsiyyətə  girməklə  bağlı  olduğundan  burada  sintaktik  əlaqələr  nəzərə 

alınmalı, ona görə də onun izahı sintaksislə birgə götürülməlidir”.  

Məlumdur ki, ayrıca götürülmüş, yəni mətndə tamamilə təcrid edilmiş söz heç də həmişə konkret 

bir məna bildirmir. O yalnız cümlə daxilində konkret bir məna əldə edir. Sözlər müəyyən mövzu ilə 

bağlı cümlələr yaradır, cümlələr isə öz növbəsində daha böyük sintaktik vahidlər əmələ gətirir. Prof. 

Q.Kazımov  söz  sırası  haqqında  yazır:  “söz  sırası  mətnin  təşkilində  həm  qrammatik,  həm  də  üslubi 

funksiya  daşıyır”.  Yəni,  söz  sırası  həm  bilavasitə  əlaqələrin  yaranmasına,  komponentlərin  bir-birilə 

qrammatik əlaqəsinə kömək edir, həm də emosionallığa xidmət edir. 

Söz sırası həm də üslubi vasitədir. Buna görə də söz sırası ədəbi dildə cümlələrin yaranmasında 

mühüm rol oynayır. Söz sırasının üslubla bağlı dəyişməsi dinamik vurğu nəticəsində mümkün olur. 

Söz sırası MSB-ni təşkil edən formal-qrammatik (sintaktik) vasitələrdəndir. Bu məsələ ilə bağlı 

əsas bu cəhətlər özünü göstərir: cümlələr arasında əlaqə, cümlənin akual üzvlənməsi, müəyyənlik və 

qeyri-müəyyənlik, yarımçıqlıq.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

886



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Mürəkkəb sintaktik bütövün cümlələri mətndən asılı olaraq bir neçə cür sıralana bilir. Bu zaman 

cümlələr arasında əlaqə sözlərin sırasına təsir göstərir. 

Mürəkkəb  sintaktik  bütövün  komponentlərini  təşkil  edən  cümlələr  eyni  hüquqlu  deyil.  Bütövü 

təşkil edən, mətndə sıralanan cümlələrdən biri mərkəzi rol oynayır. Sıralanmada növbəti cümlələrdən 

biri həmin mərkəzi cümlədə qoyulan fikri açmağa, onu tamamlamağa xidmət göstərir. Fikrin mənanın 

açılması  prosesində  sonrakı  cümlənin  strukturunda  müəyyən  dəyişkənlik  baş  verir,  yəni  cümlə 

inversiyaya məruz qalır. 

Dil  vahidlərinin  sırası  kateqoriyaların  bir-birinə  olan  qarşılıqlı  münasibətindən  doğur.  Lakin 

semantik əsaslar üzrə sıralanma bəzən qrammatik formalarda təsbit olunur, bəzən isə təsbit olunmur, 

cümlədə  sözlərin  sıralanmasının  göstəriciləri  dedikdə  qrammatik  formalarla  təsbit  olunan  sıralanma 

nəzərdə tutulur. 

Əlbəttə,  bu  fikir  birinci  növbədə,  dil  vahidlərinin  sıralanmasına  aiddir.  Çünki  sistem  və  sıra 

anlayışları  bir-birinə  yaxındır.  Biz  sistem  dedikdə  vahidlərin /ünsürlərin/  müəyyən  sırasını,  ardıcıllı-

ğını nəzərdə tuturuq. Dil vahidlərinin sıralanması sistemi dilin istər böyük, istərsə də kiçik ünsürləri 

arasındakı  əlaqəni  nizama  salır,  onu  tənzim  edir.  Dilin  bütün  sistemlərində,  bir  növ  ahəng  yaradır. 

Beləliklə,  dildə  vahid  sıra  sistemi  meydana  çıxır.  Vahid  sıra  sistemi  isə  müəyyən  qanunlar  əsasında 

cərəyan  edir.  Prof.  Əbdürəhman  Cavadov  yazır:  “Dildə  sabit  və  vahid  sıralanma  sisteminin 

qanunauyğunluqlarını meydana çıxarmaq üçün bir sıra şərtlər olmalıdır. Bu şərtlərdən birincisi həmin 

sıra sisteminin necə müəyyənləşdirilməsi məsələsidir”. 

Dildəki  sıra  sistemini  açıb  göstərmək  üçün  həm  morfoloji,  həm  də  sintaktik  vahidlərin 

sıralanması  qarşılıqlı  şəkildə  öyrənilməlidir.  Morfoloji,  xüsusilə  sintaktik  vahidlərin  sıralanma 

qanunlarını müəyyənləşdirmək üçün inversiyaya məruz qalmayan formalara müraciət etmək lazımdır. 

Başqa  sözlə  desək,  dil  vahidlərinin  sıralanması  qanunauyğunluqlarını  aşkara  çıxarmaq  üçün 

inversiyaya məruz qala bilməyən vahidlər bir-biri ilə tutuşdurulmalı, alınan nəticə ümumi qanun kimi, 

norma kimi qəbul edilməlidir. İnversiya oluna bilməyən vahidlərə ona görə müraciət etmək lazımdır 

ki, bunlar dilin potensial imkanlarını əks etdirir, dilin daxili qanunları əsasında yaranır.  

Dil vahidlərinin sıralanması da başqa dil hadisələri kimi dilin daxili qanunları əsasında baş verir. 

Bu o deməkdir ki, mən evə gedirəm və ya mən evdən gəlirəm cümlələrində yönlük və çıxışlıq halları 

dilin  daxili  qanunları  əsasında,  felin  tələbinə  görə  işləndiyi  kimi,  bu  cümləyə  daxil  olan  sözlər  də 

müəyyən  qanunlar  əsasında  sıralanmışdır.  Yaxud,  gedirəm  felində  kök  və  şəkilçilər  müəyyən  qanun 

əsasında düzülmüşdür.  

Dünya dillərində söz sırasının iki mühüm funksiyası vardır: 

− Sintaktik-semantik funksiya; 

− Üslubi funksiya 

Sintaktik-semantik funksiya dedikdə cümlədə sözlərin yeri dəyişdikdə həm cümlənin mənasının, 

həm  də  sözün  sintaktik  vəzifəsi  dəyişir.  Azərbaycan  dilində  bu  halda  yalnız  mübtəda  ilə  qeyri-

müəyyənlik bildirən vasitəsiz tamamlığın münasibətində rast gəlirik. 

Söz  sırasının  üslubi  funksiyası  isə  o  deməkdir  ki,  cümlədə  sözlərin  yeri  dəyişdikdə  sözün 

sintaktik funksiyası və cümlənin mənası dəyişmir, bu və ya digər üzv aktuallaşdırılaraq daha qabarıq 

nəzərə çarpdırılır. 

Sıralanma dil qatlarının hamısını əhatə edir. 

Sıralanmanın  əhatə  etdiyi  sahələrdə  sıra  ilə  yanaşı,  hər  bir  sahənin  /sistemin/  özünəməxsus 

qanun-qaydaları  da  vardır.  Ayrı-ayrı  qatlara  məxsus  qanun-qaydaları  da  vardır.  Ayrı-ayrı  qatlara 

məxsus qanun-qaydalar ancaq o qat daxilində dövr edir, o sistem daxilində qüvvədədir. 

Söz sırası da intonasiya kimi cümlə strukturunun və onun invariantlarının əmələ gəlməsini təmin 

edən dil vasitəsidir. Tədqiqatımız göstərir ki, MSB-nin cümlələrində adi söz sırası aşağıdakı kimidir. 

Sintaktik bütövün birinci cümləsi söyləmin çıxış nöqtəsi (əsası) – sonuncu cümlə söyləmin nüvəsidir. 

Mənanın  açımı  söyləmin  çıxış  nöqtəsindən  söyləmin  nüvəsinə  doğru  gedir.  Bəzən  inversiya 

nəticəsində  mətnin  cümlələrində  söyləmin  çıxış  nöqtəsi  və  nüvəsi  öz  mövqelərini  dəyişirlər.  Birinci 

qrup söz sırasını – normal söz sırasını V.Matezius “Çex dilində söz sırasının əsas funksiyası” əsərində 

“obyektiv”, ikincini isə “subyektiv sıra” adlandırmışdır. 

Söz sırası semantik strukturların iştirakı ilə MSB-də cümlənin elementlərini elə yerləşdirir ki, hər 

bir element informasiyanın inkişafında, genişlənməsində, cümlənin tema və remaya ayrılmasında əsas 

rol oynayır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

887



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

AZƏRBAYCAN, RUS VƏ İNGİLİS DİLLƏRİNDƏ “MƏKAN” 

SEMANTİKALI MENTAL BAXIMDAN ƏHƏMİYYƏTLİ 

KONSEPTLƏRİN PAREMİOLGİYADA ROLU 

 

Ülkər CƏFƏROVA 

Bakı Slavyan Universiteti 



ulkerbabayeva@rambler.ru 

AZƏRBAYCAN 

 

Hər  bir  dildə  milli  mentaliteti  təşkil  edən  mühüm  konseptlər  mövcuddur.  Bunların  içində  xalq 



təfəkkürünü  müəyyən  edən  “müqəddəslik”  konnotasiyasına  malik  leksik,  frazeoloji  və  paremioloji 

vahidlər  xüsusi  yer  tutur.  Azərbaycan  dilinin  izahlı  lüğətində  müqəddəs  leksemi  4  mənada  verilir. 

Birincisi Allahla bağlı “Allaha aid olan, ilahi qüvvələrə malik” kimi izah olunur. Ikinci məna “Pak, 

təmiz // Mənəvi cəhətdən saf, ləkəsiz” kimi, üçüncü – “məc. Çox əziz, sevimli”, və, nəhayət, dördüncü 

məna  “məc.  Nəcib,  ülvi,  ulu,  yüksək,  pak”  kimi  təyin  olunur.  Göstərilən  xüsusiyyətləri  özündə 

cəmləşdirən  müəyyən  konseptlər  mövcuddur  ki,  onlar  dünyanın  dil  mənzərəsində  xalq təfəkküründə 

dərin  izlər  buraxır.  “Məkan”  mənalı  sözlər  sırasında  Azərbaycan  dilində  məscid  sözü  və  “məscid” 

konsepti seçilir.  

İ.  Həmidovun  Lüğətində  məscid  komponentli  ilə  üç  atalar  sözü  qeydə  alınıb.  Məsələn,  Məscid 

tikilməmiş  kor  ayağını  (əsasın)  dirədi.  İfadənin  strukturunda  “məscid”  konseptini  yaradan  heç  bir 

koqnitiv  əlamət  realizə  olunmur.  Lakin  obraz  işlənirsə,  deməli,  müəyyən  fərziyyələr  mümkündür. 

Məsələn, məscid xalqa mənsub olur, hamının gəldiyi müqəddəs yerdir, lakin, buna baxmayaraq, kimsə 

həmin ümumi və müqəddəs yerə iddia edir. Burada nida semantikalı zərbi-məsəldən söhbət getməlidir. 

İfadənin  rus  qarşılıqları  kimi  Həmidov  eyni  semantik  sxemə  malik  olan  üç  zərbi-məsəl  verir: 

Мужиклишьпивозаварил, 

аужчерт 

(поп) 

сведром; 

Теленокещенеродился, 

аониужсобухомстоят; Тытолькозаторзатри, аужнекошныйчашкуподставляет. Zərbi-məsəllər 

kiminsə nəyəsə iddiasına, onun yersiz olmasına narazılıq ifadə edirlər. Həm Azərbaycan dili ifadəsi, 

həm də rus dilindən gətirilən bu üç deyim eyni ekspressiya daşıyıcılarıdır. Deməli, burada yersiz iddia 

obyekti  kimi  göstərilən  adlar  (işarələr)  müvafiq  konseptlərlə  bağlı  deyil,  onlarla  bağlı  koqnisiyaları 

bildirmir.  

“Məscid” konseptinin yüksək dəyəri Məscid tikmə, yetimə həyan ol ifadəsində əks olunur. Xalq 

arasında bəzi hərəkətlər həyatın mənası kimi dəyərləndirilir. Məsələn, yol çəkmək, su quyusu qazmaq 

və s. bu kimi işlər kollektiv şüurda maksimal dərəcədə yüksək təqdirə layiqdir. Etnik psixologiyanın 

ən dərin laylarında, demək olar ki, şüuraltı səviyyədə həmin savab işlər cənnətlə assosiasiya olunur. 

Deməli, paremiyanın semantik strukturunda hiperbola mövcuddur, yəni “ən müqəddəsdən müqəddəs”. 

Məsciddən  (Allahla  ünsiyyətdə  olan  yer;  xalq  arasında  məscidə  Allahın  evi  deyirlər)  müqəddəs  yer 

yoxdur,  lakin  yetimə  hayan  olmağı  xalq  məscid  tikməkdən  üstün  hesab  edir.  Burada  məscid  əsas 

koqnitiv əlamətini təqdim edir.  

Həmidovun Lüğətində Məscid tikmə, yetimə həyan ol Azərbaycan atalar sözünün tam ekvivalenti 

göstərilir: Нестройцеркви, пристройсироту. Burada eyni motivasiya, eyni obraz və eyni məna ilə 

rastlaşırıq. “Mənəvi xeyir” “məkanın” müqəddəsliyinə qarşı qoyulur və ondan üstün dəyərləndirilir.  

Nəhayət, məscid komponentilə yaranan üçüncü paremiya  Məscidin qapısı açıqdır, itin həyasına 

nə gəlib? deyimidir. Əslində burada da atalar sözü yox, zərbi-məsəllə rastlaşırıq. Ifadənin semantikası 

nida  semantikasına  bərabərdir.  Bunun  semantik  transformun  yaratsaq,  ən  uyğunu  Daha  belə  yox  da

yaxud Ağ eləmə də ifadələri olar.  

Göstərilən  Azərbaycan  paremiyasının  qarşılığı  kimi  İ.  Həmidov  rus  dilindən  aşağıdakı 

nümunələri  verir:  Посадимужикаупорога,  аонподобразлезет;  Далидуракучесть,  такнезнает, 

гдесесть. 

Əlbəttə,  ümumi  semantik  sxemə  görə  bu  ifadələr  ekvivalent  sayıla  bilər.  Yəni  hər  biri  zərbi-

məsəldir  və  hər  biri  adamdan  abır-həya  tələb  edir.  Lakin  obraz  səviyyəsində  olsa  da,  bunlarda  fərq 

mövcuddur. Məsələn, Azərbaycan ifadəsində deyilir ki, “həyan olsun, heç bu müqəddəs məkana özün 

girmə”. Rus dilindən gətirilən hər üç ifadədə “müqəddəs məkana insan buraxılır”, paremiya isə “ondan 

abır-həya  tələb  edir”,  yəni  “girməyinə  girmisən,  ağ  eləmə”.  Deməli,  burada  söhbət  ifratdan  gedir. 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin