Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə30/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   26   27   28   29   30   31   32   33   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

923



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

daxilində  iki  samitin  yanaşı  işlənməsi  səciyyəvi  deyildir.  Yalnız  alınma  sözlərdə  eyni  morfem 

daxilində samit  birləşmələrinə rast  gəlmək  olar.  Fonem  birləşmələrində  kəskin məhdudiyyət  morfem 

başlanğıcı üçün daha səciyyəvidir. Məsələn, Azərbaycan dilində /nt/ (sonant+samit) kombinasiyasına 

morfem başlanğıcında rast gəlinmir. Lakin morfem sonunda belə birləşmələr mümkündür. 

Dilin  fonoloji  sistemi  fonem  və  qarşılaşmaların  sadəcə  yığını  deyil,  fonoloji  vahidlər  arasında 

müəyyən münasibətlər strukturudur və hər bir qarşılaşmanın təyin edilməsində onun üzvləri arasında 

münasibətlərin  tipini  müəyyən  etmək  zərurəti  yaranır.  Dilin  fonoloji  sisteminin  təsvirində,  fonem 

inventarının  müəyyənləşdirilməsində  tək  fonem  və  fonem  birləşmələrinin  öyrənilməsi  də  vacibdir. 

Monofonematik  kimi  yalnız  o  səs  birləşmələri  dəyərləndirilə  bilər  ki,  müəyyən  dildə  onların  tərkib 

hissələri iki hecaya ayrıla bilmir və onlar vahid artikulyasiya hərəkətilə yaranır.  

Dilin  fonem  inventarının  təyin  edilməsində  əsas  məsələ  səslərin  mono-  və  ya  bifonemliyi 

məsələsidir.  Səs  birləşməsinin  tərkib  hissələri  iki  hecaya  bölünmədikdə  ayrılıqda  götürülmüş  bir 

fonemin reallaşması kimi qiymətləndirilə bilər, məsələn, ispan dilində 14 fonetik diftonqun [ay], [aw], 

[ey],  [ew],  [oy],  [ow],  [ya],  [ye],  [yo],  [yu],  [wa],  [we],  [wi],  [wo]  olduğu  qeyd  edilir:  “aire,  causa, 

seis, reuma, sois, hacia, tierra, viuda, cuerda, cuita, menguó”. İspan dilində 14 diftonqdan 11 – i (bütün 

qalxan  diftonqlar  və  [aw],  [ew],  [ow])  bu  müddəanın  tələblərinə  cavab  verir,  yəni  onlar  ayrı-ayrı 

hecalara üzvlənmir. Digər enən diftonqlar: [ay], [ey], [oy] ayrı-ayrı hecalara bölünür, “rey  – re-yes”, 

“hoy – hoy es – tarde - [oyes-tar-de]”və s. Lakin hecalanma əksər fonemli dillərdə olduğu kimi, ispan 

dilində  də  avtonom,  ritmyaradıcı  funksiyanı  yerinə  yetirən  fonetik  xarakter  daşıdığından  bu  və  ya 

digər  səsin  birləşməsinin  fonoloji  dəyrələndirilməsinin  kriteriyası  ola  bilməz.  Madam  ki,  fonologiya 

ümumi fonetikanın funksional aspektidir, yəni həmin vahidlərin funksiyalarını öyrənir, fonemin əsas 

funksiyası isə morfemin, onun eksponentinin “tikinti materialı” kimi çıxış etməkdən ibarətdir, onda bu 

və  ya  digər  səsin  fonoloji  statusu  həmin  vahidin  yerinə  yetirdiyi  əsas  funksiyası  –  morfemləri 

formalaşdırmaq funksiyasına  əsaslanmalıdır. Bu və ya digər səs birləşməsinin yeganə meyarı onların 

arasından  morfoloji  sərhədin  keçib-keçməməsidir.  Başqa  sözlə,  fonoloji  seqmentasiya  morfoloji 

seqmentasiyadan  (üzvlənmədən)  asılıdır.  [ay],  [ey],  [oy]  diftonqlarının  daxilindən  heca  sərhədi 

keçdiyinə  görə  deyil,  morfoloji  cəhətdən  üzvləndiklərinə  görə  bifonem  birləşmələr  kimi 

dəyərləndirirlər.  Məsələn,  “baile  –  Ana  y  Pablo”,  “veinte  –  come  –  y  vete,  hoy  –  cielo  –  y  tierra”. 

Analoji  şəkildə  digər  enən  diftonqların  [aw],  [ew],  [ow]  bifonemliyini  sübut  etmək  olar,  məsələn: 

“causa – toma un t ”, “deuda - toma un t ”və s. 

Qalxan  diftonqların  fonoloji  statusunu  morfoloji  meyarla  nəzərdən  keçirməzdən  əvvəl,  həmin 

birləşmələrdən  birinin  –  yarımsait  və  ya  yarımsamitin  –  [j],  [i

 ],  [w],  [ṷ]  fonoloji  statusunu 

müəyyənləşdirmək  lazımdır.  Akustik  (və  ya  artikulyator)  baxımdan  yaxın  səs  eyni  bir  mövqedə 

işlənmirsə,  onda  onlar  eyni  bir  fonemin  kombinator  variantlarıdır.  İspan  dilində  [i],  [i

 ]  və  [j],  [y] 

səsləri  eyni  bir  fonetik  mövqedə  işlənmirlər.  İspan  dilində  diftonqların  “zəif”  komponenti  -  [ŷ],  [w] 

samit  təbiətinə  istinadən  onları  bifonem  birləşmələr  hesab  edirik.  Məsələn:  [ya]  piano  –  ¿Y  Ana 

viene?,  [ye]  «viejo  –  el  lápis  y  el  papel»;  [yo]  «canción–  gris  y  oscuro»;  [yu]  «ciudad  –  y  usted 

también»; [wa] «cuaderno – tu abanico»; [we] «fuente – tu edificio»; [wi] «cuidado  – tu Inés»; [wo] 

«antiguo  –  su  orario»  və  s.  Deməli,  ispan  dilindəki  diftonqların  daxilindən  morfem  sərhədi 

keçdiyindən onları bifonem birləşmələr adlandırmaq daha məqsədəuyğundur.  

 

 

ZAQATALA DİALEKTİNDƏ FEİLLƏRİN MÜXTƏLİF                          

ZAMAN FORMALARINDA AHƏNG QANUNU 

 

Sərxan HACIYEV 

Qafqaz Universiteti 



shaciyev@std.qu.edu.az 

AZƏRBAYCAN

 

 

Ahəng  qanunu  qədim  tarixə  malik  olan  qanundur.  Bu  qanun  hələ  qədim  yazılı  abidələrimizdə 



mövcud  olmaqla,  bu  gün  də  özünü  qoruyub  saxlamışdır.  Türk  dillərində  olduğu  kimi,  Azərbaycan 

dilində  də  morfoloji  quruluş  iltisaqi  olduğundan  ahəng  qanununun  vacibliyi  xüsusi  əhəmiyyət  kəsb 

edir.  Həm  söz  köklərində,  həm  də  söz  köklərinə  şəkilçilər  qoşulduqda  köklə  şəkilçi  münasibətində 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

924



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ahəng qanunu mühüm rol oynayır. Ahəng qanunu dilimizdə ən möhkəm qanundur. Azərbaycan dilinin 

müxtəlif  şivələrində  bu  və ya  digər  şəkildə  ahəng  qanunun  pozulmasına  baxmayaraq,  ədəbi  dildə  bu 

qanun  müəyyən  dərəcədə  yaşayır  və  öz  hökmünü  saxlayır.  Dialekt  və  şivələrimizdə  ahəng  qanunu 

ədəbi  dilə  nisbətən  bir  o  qədər  möhkəm  deyildir.  Bir  çox  hallarda  dialekt  və  şivələrimizdə  ahəng 

qanunu  pozulur.  Bunlardan  maraq  doğuranlardan  biri  də  Zaqatala  dialektidir.  Bu  hal  özünü  feilin 

müxtəlif zaman formalarında və məsdər şəkilçilərində göstərir. Ədəbi dildə elə sözlər var ki, onlarda 

ahəng qanunu pozulmur ,amma, həmin sözlərin Zaqatala dialektindəki tələffüzündə bu halın əksi baş 

verir. Feilin məsdər şəkilçiləri Azərbaycan dilində -mək və -maq-dır. İncə saitli feillərin kökünə - mək 

şəkilçisini artıranda bu şəkilçi Zaqatala dialektində -max kimi təzahür edir. Məsələn, sürmək (sürmax), 

gəlmək  (gəlmax),  gülmək  (gülmax)  Göründüyü  kimi,  feilin  müxtəlif  formalarında  baş  verən 

pozulmaların çoxu I şəxs cəm şəkilçisində özünü göstərir . Verilən materiallara diqqət yetirsək görərik 

ki,  bunların  hamısında  (k  →  x),  (q  →  x)  ya  da  (y  →  ğ)  dəyişmələri  baş  veribdir.  Bilirik  ki,  x,  ğ 

samitləri  ağız  boşluğunun  arxasında  törənir,  elə  buna  görə  də  bunlardan  əvvəldə  gələn  sait  bu 

xüsusiyyətini  (arxa  xüsusiyyəti)  təsiri  altında  incə  saitdən  qalın  saitə  dəyişiir.  Misal  üçün:  veririk  ( 

verirıx), gedəcək (gedəcax) yemək ( yimax ) gülmək ( gülmax)Buradan belə qənaətə gəlmək olar ki, 

bu hal özünü daha çox feillərdə göstərir.Bu barədə Məmməd ağa Şirəliyev yazır: “Bu qrupa daxil olan 

dialekt  və  şivələrin  əksəriyyətində  ön  sıra  saiti  olan  sözlərə  arxa  sıra  saiti  olan  şəkilçilər  qoşulur. 

Bununla da ədəbi dildən fərqli olaraq dialektdə ahəng qanunu pozulur.” Feilin müxtəlif zamanlarından 

asılı olmayaraq bu sözlərdə ahəng qanunu pozulur. Buna feilin bütün zaman formalarında az və ya çox 

dərəcədə təsadüf olunur: 

İndiki zaman 

Gələcək zaman 

Keçmiş zaman 

 İndiki  zamanı  ifadə  etmək  üçün  dialekt  və  şivələrimizdə  bir  çox  şəkilçilər  işlənir  ki,  bunlara 

ədəbi dildə təsadüf edilmir. Bildiyimiz kimi, Azərbaycan dilində indiki zamanın şəkilçiləri –ir, -ır, -ur, 

və -ür - dür. Misal üçün: dərirəm, gedirəm. Bu şəkilçilərdən ancaq birinci şəkilçini feilin kökünə (incə 

saitli  köklərə)  artıranda  I  şəxs  cəm  formasında  Zaqatala  dialektində  ahəng  qanunu  pozulur:  (dərirıx) 

(gedirıx).  Məmməd  ağa  Şirəliyev  yazır:  “Zaqatala-Qax  şivəsində  indiki  zaman  –  iy  şəkilçisi  ilə  də 

ifadə edilir.Həmçinin,Zaqatala- Qax şivəsində bu şəkilçəyə ahəng qanunu tabe olaraq dörd variantda ( 

-iy, -ıy, -uy,- üy) rast gəlmək mümkündür.” Misal üçün: geliy, geliyk, geliysiniz.  

Belə  ki,  Azərbaycan  dilində  qəti-gələcək  zamanın  şəkilçiləri  -əcək  və  -acaq-dır.  Bu  zamanın 

şəkilçilərindən  sonra  sait  ilə  başlanan  şəkilçi  gəlsə,  k  samiti  y-ya,  q  samiti  isə  ğ-  ya,  ya  da  y-  ya 

dəyişər.  Misal  üçün:  gələcəyəm,  alacağam/  alacayam.  Bu  şəkilçilərdən  birinci  şəkilçini  (-əcək)  incə 

saitli feillərin kökünə artıranda I,  III şəxs tək və I şəxs cəm formalarında Zaqatala dialektində ahəng 

qanunu  pozulur.  Bu  zaman  şəkilçilərində  və  şəxs  sonluqlarında  da  özünü  göstərir.  (k  samiti  x-ya 

dəyişir): 

I şəxs tək: diyəcağam, biləcağam 

I şəxs cəm: gedəcəyıx, gedəciyıx 

III şəxs tək: gedəcax, verəcax, öpəcax, süpürəcax.  

Buradan  belə  qənaətə  gəlmək  olar  ki,  bu  hal  özünü  daha  çox  feillərdə  göstərir.  Feilin  müxtəlif 

zamanlarından asılı olmayaraq sözlərdə ahəng qanunu pozulur.  

 Nəqli  keçmiş  zaman  şəkilçiləri  dialekt  və  şivələrimizdə  ədəbi  dilə  nisbətən  zəngindir.  Ədəbi 

dildə  nəqli  keçmişi ifadə  etmək  üçün  –mış,-miş,  -muş,-müş  və  -ıb

4

  şəkilçiləri  işlənirsə,  nəqli  keçmiş 



şəxslər üzrə ahəng qanunundan asılı olaraq dialekt və şivələrimizdə dörd və ya ikivariantlı şəkilçilərlə 

ifadə  edilir.  Belə  ki,  bu  zamanda  incə  saitli  feillərin  I  şəxs  cəm  formasında  ahəng  qanunu  pozulur: 

görmüşux, vermişıx, yemişıx. Zaqatala dialektində nəqli keçmiş I şəxs cəm, II şəxs ( tək və cəm ), III 

şəxs ( tək və cəm ) -ıf,-if,-uf,-üf şəkilçiləri ilə ifadə olunur. Misal üçün: 

I şəxs cəm: işdəmişıx, gəlmişıx – (şəxs şəkilçisinin pozulması): ik-ıx. 

II şəxs tək: işdiyifsən, görüfsən 

II şəxs cəm: işdiyifsiniz,görüfsünüz 

III şəxs tək: işdiyif, görüf 

III şəxs cəm: işdiyiflər,görüflər 

Şühudi keçmiş zamanın şəkilçiləri Azərbaycan dilində -di,-dı,-du və -dü dür. Misal üçün: qaçdım, 

yazdım, baxdım. Bu şəkilçilərdən üçüncü yəni –dı,-du, və - dü şəkilçilərini feilin kökünə artıranda III 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

925



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

şəxs  tək  və  cəm  formasında  ahəng  qanunu  pozulur. Bu  növ  pozulmaya  Zaqatala  dialektində  də  rast 

gəlmək mümkündür. Məsələn:  

III şəxs tək : qaldi, durdi 

III şəxs cəm: durdix, qaldix 

Nümunələrdən göründüyü kimi Zaqatala dialektində ahəng qanunu şühudi keçmiş zamanda yalnız III 

şəxs cəm və III şəxs tək formalarında pozulur. 

Bu araşdırmalara əsasən deyə bilərik ki, Zaqatala dialektində ahəng qanununun pozulması daha 

çox özünü feillərdə göstərir. Aparılan tədqiqatlara əsasən bunu deyə bilərik ki, bu hallara daha çox I 

şəxs  cəm,  III  şəxs  tək  və  cəm  formalarında  rast  gəlmək  olar.  Bunu  da  qeyd  etmək  lazımdır  ki,  bu 

dialektdə işlənən feillərin sonunda daha çox k samiti x samiti ilə əvəz olunur. Bu tədqiqatlardan bizə 

məlum  olur  ki,  dialektlərin  öyrənilməsi  üçün  zəngin  məlumatlara  malik  lüğətlərə  və  araşdırmalara 

ehtiyac var. 

 

 

ƏDƏBİ TƏLƏFFÜZ VƏRDİŞLƏRİNİN İNKİŞAF ETDİRİLMƏSİNDƏ 



İNTERAKTİV TEXNOLOGİYALARIN ROLU 

 

Lalə MUSAYEVA 

ADPU 


lalmus_440@mail.ru 

AZƏRBAYCAN 



 

Ədəbi  dilin  keyfiyyəti  onun  müəyyən  standartlara  sahib  olması  ilə  qiymətləndirilir.  Müasir 

Azərbaycan  ədəbi  dili  dünyanın  inkişaf  etmiş  dillərindən  biri  olaraq  mükəmməl,  sabit  qaydalara 

malikdir.  Bu  qaydalar  müəyyən  bir  tarixi  təkamülün  məhsuludur.  Dilin  daxili  quruluşunu  onun  səs 

məzmunu (fonetik), leksikası (lüğət məzmunu) və qrammatikası nizamlayır. Ədəbi dilin qaydaları da 

bunlara uyğundur: 

1) Fonetik normalar; 

2) Leksik normalar; 

3) Qrammatik normalar. 

Təsiredici  və  gözəl  bir  nitqdə  mövzunun  məzmunu  qədər tələffüz  tərzi  də  əhəmiyyətlidir.  Necə 

söyləyəcəyini  bilməyən  bir  adamın  gözəl  danışması  çox  çətindir.  Duyğu  və  düşüncələrin  ifadəsində, 

seçilən sözlərin və tələffüz tərzinin insanlar üzərində fərqli təsir yaradacağı şübhəsizdir. 

Düzgün  danışıqda  vurğu  və  intonasiyaya  əməl  edilməsi  qədər  sözlərin  doğru  tələffüzü  də 

əhəmiyyətlidir. Yanlış deyilən bir söz, mənası bilinmədən istifadə edilən söz natiqi çətin vəziyyətdə 

buraxa bilər. 

Təhsil almış bir insanın danışdığı ana dilində tələffüzünün yaxşı olması gözlənilir. 

Halbuki  ətrafımıza  baxdıqda  universitet  məzunu  insanların  belə  tələffüzlərındə  bəzi  problemlər 

olduğunu fərq edə bilərik. Bunun əsasında iki səbəb vardır. Səbəblərdən biri insanın ətraf-mühitindən 

qaynaqlanır.  İnsanın  yetişdiyi  və  yaşadığı  ətraf  tələffüz  xüsusiyyətinin  təyinedicisi  olur.  Həm  də 

insanın fizioloji bir qüsuru varsa, bu da o insanın tələffüzdə problemlər yaşamasına səbəb ola bilər. 

Tələffüz  problemiylə  əlaqədar  ikinci  səbəb  isə  insanın  aldığı  təhsilə  dayanır.  Əgər  tələffüz  qüsurları 

olan  bir  insan,  təhsil  həyatı  boyunca  tələffüzlə  bağlı  kifayət  qədər  təhsil  alarsa  bəzi  problemlər 

yaşaması təbiidir. Xüsusilə ölkəmizdə orta məktəb təhsilindən başlayaraq tələffüz məsələlərinə kifayət 

qədər əhəmiyyət verilmədiyini görürük. Ancaq bu məktəblərdə oxudulan Azərbaycan dili və ədəbiyyat 

dərslərinin var olma səbəblərindən biri də şagirdlərə dillərini ən gözəl şəkildə və bütün istiqamətləriylə 

öyrətməkdir. Bu səbəbdən bu barədə orta məktəb müəllimlərinin üzərinə böyük iş düşür. 

Sahib olduqları xüsusiyyətlərə bağlı olaraq müəllimlərin şagirdlər üzərində müsbət və ya mənfi 

təsiri olur. Hər müəllim şagirdlər üçün bir modeldir. Müəllimin geyimi, oturması, qalxması, oxuması, 

yazması  və  danışması  şagirdlərə  mütləq  təsir  edəcək.  Buna  görə,  müəllimlərin  hər  mövzuda  olduğu 

kimi  tələffüz  mövzusunda  da  diqqətli  olmaları  lazımdır.  Bir  müəllim  dərs  prosesində  və  ya 

dərsdənkənar Azərbaycan dilini düzgün istifadə etməyə diqqət göstərməlidir. Müəllimlər şagirdlərinin 

danışarkən etdikləri səhvləri uyğun bir dillə düzəltməlidir. Çünki məktəb insanların yetişdikləri ətraf-



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

926



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

mühitin  dilini,  o  bölgənin  ləhcəsini  deyil,  standart  dili,  mədəniyyət  dilini  əsas  götürür.  Ölkəmizdə 

standart  dil  Azərbaycan  dili  olduğuna  görə  məktəblərimizdə  veriləcək  təhsildə  də  buna  uyğun 

davranılması lazımdır. 

Ədəbi tələffüz məsələlərinə ilk növbədə orta məktəbdən diqqət edilməsi dərs prosesində tələffüz 

vərdişlərinə yiyələnmək üçün hansı metod və priyomlardan, vasitələrdən, üsullardan istifadə olunması 

məsələləsini ön plana çəkir. Müasir dərs prosesi interaktiv təlim texnologiyalarının istifadəsini labüd 

edir. Azərbaycan dili dərslərində ədəbi tələffüz vərdişlərinin inkişaf etdirilməsində də interaktiv təlim 

texnologiyalarından  istifadə  edilir.  Belə  ki,  interaktiv  təlim  müəllim  və  şagirdin  qarşılıqlı  əlaqəsini 

əsas tutduğu üçün məhz həmin prosesdə tələffüzün inkişafı mümkündür. Müəllim şagirdlərlə birbaşa 

ünsiyyətdə  olduğu  üçün  onların  nitqində  yaranan  problemləri  aradan  qaldıra  bilər.  Burada  yalnız 

müəllim deyil, şagirdin digər yoldaşları da ona köməklik edə bilər.  

Həyatımıza  bir  neçə  il  bundan  qabaq  daxil  olan  informasiya  texnologiyaları  kortəbii  inkişaf 

edirdi. Məhz bu interaktiv şifahi nitqin formalaşmasına, eyni zamanda tələffüz vərdişlərinin inkişafına 

xidmət edən kompüter texnologiyalarının meydana gəlməsinə və sürətli inkişafına təkan verdi.  

Ümumiyyətlə,  tələffüz  prosesi  nümayiş,  dərketmə  və  anlama,  təqlid,  yoxlama  və  düzəltmə, 

fonetik  məşğələlərin  həyata  keçirilməsindən  ibarətdir.  Birinci  mərhələdə.  nümayiş  mərhələsində 

öyrənənlərə  aydın  tələffüz  nümunələri  nümayiş  etdirilməlidir.  Müəllim  özü  yaxşı  tələffüzə  malik 

olmalıdır.  Əgər  müəllim  yaxşı  tələffüzə  malik  deyilsə,  o  audio  materiallardan  istifadə  edə  bilər.  İlk 

növbədə  saitləri,  sonar  samitləri  öyrətmək  lazımdır.  Saitlər  sərbəst  səslənə  bilir,  lakin  samitlər  yox. 

İkinci, yəni dərketmə mərhələsində şagirdlər birinci mərhələdə qeyd edilən sözlərdə sait və samitləri 

ayırd etməyə çalışırlar. Üçüncü, yəni təqlid mərhələsində şagirdlər ilk mərhələlərdə eşitdikləri və dərk 

etdikləri səsləri təqlid edirlər. Bu mərhələdə şagirdlər sait və samit səsləri bir-birindən fərqləndirməyi 

bacarmalıdırlar.  Dördüncü,  yoxlama  və  düzəltmə  mərhələsində  nöqsanlar  ayırd  edilməli  və 

düzəldilməlidir.  Sonuncu  mərhələdə  şagirdlər  sait  və  samitlərdən  kompleks  halda  istifadə  etməyi 

öyrənirlər.  Bu  mərhələdə  öyrənənlərin  tələffüzünü  daha  yüksək  səviyyəyə  çatdırmaq  üçün  kompleks 

məşğələlərin (audio materiallarla iş, məktub, mətnlə iş və danışma və s.) aparılması vacibdir. 

Ədəbi  tələffüz  vədişlərinin  inkişafında  təqdimat,  beyin  həmləsi,  akvarium,  karusel  və  s.  kimi 

texnologiya və üsullardan istifadə edilir.  

Təqdimat şagirdlərə şərait yaradır ki, onlar gəldiyi nəticələri sözlərlə ifadə edə bilsin. Bu zaman 

düzgün  sözü  seçmək  və  onu  düzgün  ifadə  etmək  xüsusi  rol  oynayır.  Belə  ki,  məhaz  bu  prosesdə 

şagirdin  nitqindəki  qüsurları  görmək  olur.  Müəllim  bu  zaman  həmin  qüsurları  qeyd  etməli,  növbəti 

təqdimat  edəcək  şagirdin  nitqində  bu  qüsurları  buraxmaması  üçün  ondan  həmin  sözlərin  düzgün 

tələffüzünü  soruşa  bilər.  Bu  zaman  müəllim  bir  deyil,  bir  neçə  şagirdin  nitqindəki  qüsurları 

düzəltməyə nail olacaqdır. 

Beyin  həmləsi  vasitəsilə  müəllim  şagirdin  fərqində  olmadığı  bir  zamanda  tələffüz  vərdişlərini 

inkişaf etdirə bilər. Belə ki, müəllim şagirddən ardıcıl olaraq bir neçə sözün düzgün tələffüz qaydasını 

soruşa bilər. Bu həm də şagirdin cəld və anlaşıqlı danışmasına kömək edə bilər. 

Akvarium metodu ilə müəllim şagirdləri daxili və xarici dairələrə ayırır. Bu zaman müəllim hər 

iki  dairəyə  tələffüzü  müxtəlif  olan  sözlər  verir.  Burada  əsas  məqsəd  dairə  iştirakçısı  olan  şagirdlərin 

müzakirə  edərək  düzgün  sözü  tapmalarıdır.  Hər  iki  dairə  bir-birin  əksinə  çıxış  edərək  müzakirələr 

aparırlar.  

Karusel  üsulunda  isə  müəllim  qrup  üzvlərinə  tələffüzü  fərqlənən  sözlər  yazılan  zərflər  verir. 

Burada şagirdlər bir sözün düzgün tələffüz qaydasını yazaraq yoldaşına ötürür ki, o da növbəti sözün 

düzgün  tələffüz  formasını  yazsın.  Beləliklə,  hər  sonrakı  şagird  özündən  əvvəl  yazan  şagirdlərdən  də 

düzgün tələffüz qaydasını öyrənə bilir. 

Beləliklə,  ədəbi  tələffüz  məsələsinə  daim  diqqət  yetirilməlidir.  Bu  prosesdə  isə  orta  məktəb 

müəllimlərinin üzərinə böyük yük düşür.  

 

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

927



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

DÜNYA DİLÇİLİYİNDƏ MÜRƏKKƏB SİNTAKTİK                              

BÜTÖVÜN VƏ SÖZ SIRASININ TƏDQİQİ TARİXİ 

 

Dürdanə TARIVERDİYEVA 

Bakı Slavyan Universiteti 

pearl087@hotmail.com 

AZƏRBAYCAN 

 

Sintaktik  bütövlər  mətn  sintaksisinin  xüsusiləşmiş  tədqiq  obyektidir  və  mahiyyət  etibarilə 



“mikromətn”  termini  ilə  sinonimdir.  Sintaktik  bütöv  əlaqəli  nitqin  (mətnin)  cümlədən  böyük  elə  bir 

bitkin mənalı parçasıdır ki, onu bir daha bitkin mənalı mətnlərə ayırmaq olmaz. Avropa və Rusiyada 

MSB-nin  öyrənilməsi  sahəsində  böyük  uğurlar  olsa  da,  türkoloji  dilçilikdə  mətn  sintaksisi  məsələsi 

hələlik nisbətən az öyrənilmişdir. Dilçilikdə mətnin öyrənilməsi məsələsinə hələ XIX yüzildə yaşamış 

görkəmli alim Mirzə Kazım bəyin məşhur “Qrammatika” kitabında rast gəlirik.  

MSB-nin  araşdırılması  dilçilikdə  XX  yüzilliyin  ortalarında  meydana  çıxmışdır.  Bütövlükdə  isə 

mətn sintaksisi, bir elm sahəsi kimi, türkologiyada XX yüzilin 50-ci illərindən sonra formalaşmışdır. 

XX yüzilin ortalarında Avropa dilçiliyi, xüsusilə Praqa funksional dilçilik məktəbi nümayəndələrinin 

uğurları  dilçilikdə  kommunikativ  və  semantik  məzmunlu  yeni  linqvistik  açıqlamaların  meydana 

çıxmasına  və  xüsusilə  də  cümlədən  böyük  mürəkkəb  sintaktik  bütövlərin  filologiyada  ayrıca  olaraq 

tədqiqinə geniş yol açmışdır. 

Mətn dilçiliyi sahəsində rus alimlərinin də tədqiqatları əsas yer tutur. Mürəkkəb sintaktik bütövü, 

cümləni,  söz  sırasını  rus  dilinin  materialı  əsasında  öyrənməyə  başlayan  ilk  rus  alimlərindən  biri 

N.S.Pospelov idi. Özünün bir sıra əsərlərində “mürəkkəb sintaktik bütövlər” adlandırdığı bu vahidlərin 

ayrılıb  seçilmə  zərurətini  əsaslandırmış  və  öz  nöqteyi-nəzərindən  onların  əsas  əlamətlərini 

müəyyənləşdirmişdir.  O,  mürəkkəb  sintaktik  bütövlərin  əlamətlərinə  aşağıdakıları  aid  edir:  qapalı 

sintaktik strukturu, konteksdəki sintaktik müstəqilliyi (bu müstəqillik məhz mürəkkəb sintaktik bütövə 

aiddir,  cümləyə  yox),  mürəkkəb  sintaktik  bütövə  daxil  olan  cümlələrin  arasındakı  əlaqələrin  kəsilən 

xarakteri, mürəkkəb sintaktik bütöv tərkibinin sintaktik müxtəlifliyi. 

Türkiyə  dilçiliyində  MSB-nin  öyrənilməsinə  XX  yüzilin  sonlarında  başlanmışdır.  Türkiyə 

dilçiliyində mətn bilgisi məsələlərinə Uludağ Universitetinin dosenti Kərimə Üstünova cümlədən daha 

böyük  vahidin  MSB-nin  varlığı  məsələsini  və  onun  yaranmasında  təkrar  nominasiyasının  rolunu 

“Türkçede  yapı  kavramı  və  söz  dizimi  incelemeleri”  adlı  kitabında  araşdırır.  Müəllif  abidələrin 

mətnləri əsasında cümlənin ən böyük dil vahidi olmadığını, MSB-nin səs, söz, cümlə və s. dil birliyi 

olduğunu və onun necə incələnməli olduğunu göstərir, mətnin struktur və məna bağlılığı məsələlərini 

örnəklərlə izah edir. 

Türk  dilçiliyində  sintaksisə  dair  maraqlı  tədqiqatçılardan  biri  də  Mehman  Musaoğludur.  O, 

müasir  türk  dilində  və  folklor  mətnlərində  mürəkkəb  sintaktik  bütövlərin  struktur  məsələlərinə  həsr 

etdiyi  araşdırmalarında  mürəkkəb  sintaktik  bütövlərin  yazı  və  şifahi  formalarını  müqayisə  etmiş, 

onların struktur və üslub fərqlərini göstərmişdir. 

Müəllif “Manas” və “Kitabi–Dədə Qorqud” mətnlərini müqayisəli təhlil edərək türk mətnlərinin 

ümumi  cəhətlərini  müəyyən  etməyə  çalışır.  Türk  dilçiliyində  prof.M.Musaoğlunun  bu  sahədəki 

tədqiqatları “Türkolojinin çeşitli sorunları üzerine makaleler incelemeler” adlı monoqrafiyasında daha 

ətraflı verilir. 

Azərbaycan  dilçiliyində  mətn  sintaksisinin  sistemli  araşdırılması  əsasən  70-ci  illərdən  başlanır. 

Mürəkkəb sintaktik bütövün struktur və funksional araşdırılması, əsasən XX əsrin 70-80-ci illərindən 

başlanır. XX əsrin 70-ci illərindən başlayaraq dilçiliyimizdə mətn sintaksisinə maraq artır, onu nitqin 

müstəqil,  cümlədən  böyük  vahidi  sayaraq  öyrənməyin  tərəfdarı  olan  dilçilərimizin  sayı  çoxalır.  Bu 

cəhətdən  Ə.Cavadovun  tədqiqatları  maraqlıdır.  O,  mürəkkəb  sintaktik  bütövlərin  komponentlərinin 

əlaqələnməsində söz sırasının mühüm rolunu müəyyənləşdirmişdir. Müəllif bu barədə yazır: “Əlaqəli 

nitq  müxtəlif  vasitələrlə  bağlanmış  zənciri  xatırladır.  Odur  ki,  hər  hansı  dil  vahidinin  müstəqilliyini 

mütləq mənada qəbul etsək, onda nitqimizdəki cümlələrin bir-birindən asılılığını inkar etmiş olarıq”. 

Ə.Cavadov  doktorluq  dissertasiyasında  Azərbaycan  dilindəki  sintaktik  vahidlərin  düzülüşü,  söz 

sırası,  cümlələrin  əlaqələnməsi  məsələlərini  araşdırmışdır.  Ə.Cavadov  sintaktik  bütövləri  nitqimizin 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin