IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
908
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
substantivləşməsini tam isimə keçməsi kimi izah edir. Nəzərə alsaq ki, substantivləşmə özü də keçmə
prosesidir onda onun tam və müvəqqəti olması və ya sunstantivləşmiş sözün tam ismə keşməsini
məqbul hesab etmək olmaz, düzdür dilimizdə işlənən bəzi sözlər istisna hal kimi çıxmaq şərti ilə,
məsələn, Sarı, Cavan, Gözəl, Qəşəng, Qəhrəman, Yaxşı və s. kimi sözlər dilimizdə həm sifət, həm də
isim kimi çıxış edir. Məsələn, “Bir gün Yaxşı göz yaşı tökə-tökə Aşığa bir namə yazdı.”, “Yoldaşları
Həsəni dindirməməklə yaxşı hərəkət etmədiklərini başa düşmüşdülər.” burada birinci cümlədə “yaxşı”
sözü şəxs adı bildirən isimdir bu söz sintaktik prinsipə əsaslanaraq omonimləşmiş sözdür, ikinci
cümlədə “yaxşı” sözü əşyanın əlamətini bildirən sifətdir və mətni xarakter daşıyır. Dilimizdə daha çox
sifətin substantivləşməsinə təsadüf edirik, lakin digər nitq hissələridə (say, əvəzlik, fel, zərf , koməkçi
nitq hissələri və s.) substantivləşə bilər.
Adyektivləşmə prosesi – nitq hissələrinin sifətləşmə prosesidir. Bu keçid prosesi zamanı her
hansı bir nitq hissəsi sifətin yerində işlənərək təyin vəzifəsində çıxış edir. Bəzən təyin vəzifəsəndə
çıxış etməyən nitq hissələri təyin olduqu üçün adyektivləşmiş hesab olunur. Bunu da qeyd edək ki
isimlərin sifətləşməsinə bəzən“atributivləşmə”də deyilir.
Məsələn, “ O, at Balaxanım kimi yeriməyi vərdiş etmişdi.”, “Müdürin münasibəti bütün
işçilərinə qarşı eyni idi.” və s. Birinci cümlədə “at” isim olsa da şəxsin əlamətini bildirdiyi üçün
sifətləşir, ikinci cümlədə baxmayaraq ki, əvəzlik nitq hissəsi kimi digər nitq hissələrini əvəz etməsinə
xidmət edir, belə cümlələrdə əvəz etmədən çox sifətin əlamətini qəbul etmiş sifətləşmiş söz kimi çıxış
etmişdir.
Adverbiallaşma- nitq hissələrinin zərfləşməsidir. Bildiyimiz kimi zərf dilimizdə sonradan yaradı-
lan nitq hissəsidir və dilimizdə məhz zərf kimi işlənən sözlərə az təsadüf olunur, lakin cümlədə zərflik
vəzifəsində çıxış edən sözlərə diqqət yetirsək zərfdən çox zərfləşmiş sözləri zərf kimi götürürük.
Məsələn, yaxşı, pis, bura, ora, az çox və s. kimi zərflər. Adverbiallaşmış nitq hissəsi cümlədə zərf
kimi zərflık vəzifəsində çıxış edir. “O bu dərsi çox yaxşı danışmışdır.”, “Çox keşmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan...” “Yaxşı” sözü sifət, “çox” sözü isə say olsa da cümlədə “yaxşı” hərəkətin
tərzini, “çox” isə hərəkətin miqdarını bildirdiyi üçün adverbiallaşaraq zərflik vəzifəsində çıxış
etmişdirlər.
Pronominalizasiya – Dilimizdə keçid proseslərindən biri də əvəzlikləşmədir. Bəzi dilçilər bunu
“pronominalizasiya” da adlandırırlar. Bu sözün latınca hərfi mənası “pronima” - əvəzində, “nomina” –
adlar deməkdir. Bildiyimiz kimi əvəzliklər yalnız digər nitq hissələrini əvəz etdikləri üçün özünün
özünə məxsus xüsusi əlamətləri yoxdur lakin, bunuda qeyd edək ki, əvəzliklər çox vaxt ümumiləş-
dirmə bildirir və bu xüsusiyyətinə görə də bəzən digər nitq həssələrində əvəzlikləşmə hallarına təsadüf
etmək olur. Əvəzlikləşmə isimlərdə (xalq, camaat, əhali vəs.), “Xalqın gözü tərəzidir”, sifətlərdə
(cürbəcür, müxtəlif, başqaları, qeyriləri və s.) “Kamil insan başqalarınıda mübarizəyə cəlb etməyi
bacarandır.”, saylarda (çoxlarına, xeyli, ikisi və s.) “Çoxlarına bu hadısə məlum idi” və s.
Apardığımız tədqiqatdan konversiyanin dildə əhəmiyyətli bir proses olduğunu vurğulaya bilərik.
Əslində bu proses dilin lüğət tərkibinin zənginliyinə xidmət etməklə bərabər sinonimik ifadəsindən
uzaqlaşma imkanı da yaradır.
ETNOTOPONİMLƏRDƏ YATAN TARİX
Ceyhunə HÜSEYNOVA, Turanə HƏSƏNOVA
Sumqayıt Dövlət Universiteti
ceyhune.huseyn@mail.ru
AZƏRBAYCAN
Azərbaycan toponimiyasının böyük bir qismini etnonim mənşəli toponimlər təşkil edir.
Entonimlər millət, tayfa və xalq adlarıdır. Azərbaycan xalqının yaşadığı ərazi ilə bağlı bir sıra
entonimlər vardır. Entonimlər özündə xalqın tarixini yaşadaraq onun keçmişi, bu günü və gələcəyini
müəyyən edir. Azərbaycanla bağlı entonimləri ölkəmizə gələn səyyahların əsərlərindən , lüğətlərindən,
ərəb mənbələri və bir sıra alimlərimizin əsərlərindən öyrənə bilərik. Entonimlərə misal olaraq Əfşar,
Qazax, Bayat və s. kimi qədim tayfaları göstərmək olar. Xalqın traix göstəricisi olan etnonimlər öz
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
909
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
varlığını toponimlərimizdə yaşatmaqdadır. Toponimlər müəyyən yerə aid olub, coğrafi anlayış ifadə
edir. Toponimlərin öyrənilməsində antik müəlliflərin, ərəb səyyahlarının əsərlərindən məlumat almaq
olar. Bakı, Muğan, Gəncə və.s toponimlər Azərbaycan tarixini özündə yaşadan onomastik vahidlərdir.
Bu toponimlər haqqında səyyahların əsərlərində müxtəlif məlumatlara rast gəlirik.
Bakı şəhərinin adının tarixi ilə bir neçə mülahizələr vardır .Müxtəlif dövrlərdə səyyahlar və
tarixçilər tərəfindən Bakı adı müxtəlif cür təqdim olunmusdur.
Bundan əlavə Abseron yarımadasında rast gəldiyimiz adlar əsasən bu ərazilərdə yasayan
tayfaların adı ilə bağlı olmusdur . Massagetlərdən Maştağa, mərd tayfasından Mərdəkan, türklərin
adından Türkan qəsəbəsinin adı meydana çıxmışdır. Bakı adına gəldikdə isə Bakı sözünün tarixi ilə
bağlı olan variantlardan biri də fars dilində alınma “ Badi-kübə” sözünün birləşməsindən yaranmışdır.
Fars dilindən tərcümədə “Küləklər səhəri” mənasını verən bu sözün Bakının adında əks olunmasını bir
çox alimlər təsdiq edir.
Qafqazşünas K.P.Patkanov iddia edir ki,bu şəhərin adı məhz lak sözü “baki” dən (təpə deməkdir)
əmələ gəlmişdir. O dövrlərdə Bakı təpələr üzərində salındığından bu fikri bir növ doğru kimi qələmə
verirlər. Lakin, türklərin “İslam ensiklopediyası” nda isə Bakı sözünün bəy-köy türk sözündən
yarandığı qeyd edirlir. Bəy-köy sözü baş şəhər deməkdir. Tarixçi Əli Hüseynzadə Mahmud Kaşğarinin
məşhur “Divani-lüğət üt türk” əsərinə əsaslanaraq K.P.Patkanovun söylədiyi nəticəyə gələrək, əsərdə
təpə mənasında işlədilən Bakı sözünə əsaslanmış və Bakı şəhərinin adının bu sözdən götürüldüyünü
qeyd etmişdir. Bu fikirlə coğrafiya elmləri doktoru B.Budaqov da təsdiq etmisdir. Bakı adının mənşəyi
haqqında maraqlı fikirlərdən biri də bu adın ilkin forması kimi fars mənşəli Baqavan sözündən
yaranmasıdır. Bu söz tanrının şəhəri kimi tərcümə olunur. Müasir dövrümüzdə Bakı şəhərinin
“küləklər şəhəri” adlanması güman ki, xalqımızın Bakı toponiminin etimologiyasının fars dilində
“Badi-Kubə”sözü ilə əlaqələndirilməsindən irəli gəlir. Fikrimizcə, bu mülahizə şəhərimizin adına daha
uyğun gəlir.
Bəzi tədqiqatçılar Sumqayıt şəhərinin adının “Sum qayıt ” adlı əfsanə ilə bağlayırlar. Şəhərin adı
ilə bağlı daha bir neçə əfsanələr də vardır.
Şəhərin adı qədim türk tayfası olan ‘’suqa” və ya “sunqa”ların adından götürülmüsdür.
“it”şəkilçisi isə qədim türk dillərində cəm şəkilcisi olub, ‘sumqait” –“sunqalar”, yəni “sunqaların
yerləşdiyi ərazi” mənasını daşıyır.
Etnoqraf alim A.Hüseynzadənin araşdırmalarına görə şəhər hələ yaranmamışdan əvvəl
Abşeronda “Sumqayıt” adını daşıyan 4 müxtəlif coğrafi ərazi olub. Alimin yazdıqlarına görə elmi
ədəbiyyatda toponimiyanın aşağıdakı variantları məlumdur. Sumqayıt Suqayt, Sumqay,Sunqayıt,
Sukkait .
Apardığımız araşdırmalardan belə nəticəyə gəlirik ki, “Sumqayıt” adı qədim türk tayfasının
adından götürülmüşdür. Qədim dövrlərə nəzər salsaq görərik ki, Sumqayıt şəhərinin adında olan “it”
formantı həqiqətən də qədim türk yazılı abidələrində, göytürk yazılarında cəm şəkilçisi kimi çıxış edir.
Tovuz şəhərinin adı qədim Oğuz –Toğuz türk dilli qəbilələrin adından yaranmışdır. Tovuzun adı
ilə əlaqədar bir neçə mənbələrdəki məlumatı qeyd edə bilərik, onlardan biri “Tau ok uz” qədim
türkçədən (huncadan) tərcümədə dağ tayfalarıyıq mənasını verir, ikincisi isə “Tau ust”qala türkcədən
tərcümədə dağ üstündə yerləşən qala mənasini verir. Bu iki variantlardan daha inandırıcısı ikinci
variantdır ki, həqiqətən əraziyə bu adın verilməsi dağlarda yerləşən Tavuz qalanın adı ilə bağlıdır,
qalanın xarabalığı hələ də qalamaqdadır. Akademik Sumbatzadəyə görə bu qala eramızın 3-cü əsrində
bölgəyə gəlmiş Hun-Sabir tayfaları tərəfindən tikilmişdi.
Qobustan adının mənşəyi və anlamı haqqında tədqiqatçılar müxtəlif fikirlər irəli sürmüşlər. Lakin,
onlardan ən çox işlədilən fikir coğrafi şəraitlə bağlı yaranmışdır. Həmin fikirə görə Qobustan qobular
diyarı, ucsuz-bucaqsız düzənlik, saysız -hesabsız təpələr arasında torpaq uçurumları nəticəsində əmələ
gəlmişdi. Bunun əsasında Qobustan adının məhz bu təbiət şəraitilə əlaqəli yarandığını qeyd edirlər.
Türk dillərində qobu, kobu sözü yarğan, boşluq, yarimsəhra anlamına gəlir. Digər bir mənbədə qeyd
edilir ki, qobustan adı “Kəbristan”olmuşdur. “Kəbr”oda sitayiş edən “stan” isə diyar anlamı kimi qəbul
edildikdə bu məkan oda sitayiş edənlərin diyari kimi başa düşülür. Belə nəticə çıxır ki, bu diyarda
atəşpərəstlər yaşamış və ona görə də ərazi Kəbristan adladırılmışdır. Belə bir mülahizə də vardır ki,
Qobustan sözünün ilkin forması Gavistan şəkilində olmuşdur. Gav farsca öküz, inək, “stan”- isə diyar
anlamında yer bildirən şəkilçidir. Bu halda söz “Öküzlər diyarı”şəkilində şərh edilməkdədir. Bu
variantın da irəli sürülməsi təsadüfü deyildi. Çünki, vaxtı ilə Qobustan ərazisində çoxlu çöl öküzü
yaşamışdır. Min illər keçdikcə onların bir hissəsi ölmüş, bir hissəsi isə əhilləşdirilmişdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
910
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Qədim diyarlarımızdan biri olan Şəmkir toponiminin də etimologiyası haqqında müxtəlif
mülahizələr mövcuddur. Orta əsr ərəb və fars mənbələrində Şəmkür, türk mənbələrində Şəmkür,
Şəmkir kimi göstərilmişdir. 1924-ci ildə İstanbulda “Müxtəsər Azərbaycan tarixi” kitabını çap etdirən
Zeynaloğlu bu adı müxtəlif cür izah etmişdir. Şəms-Günəş Kür-tapınan, yəni günəşə tapınanlar yurdu
deməkdir. Dilçi alim Cahangirov isə bu adı “Şamkür”, yəni kür qırağı kimi izah etmişdir. Bizcə
Cahangirovun irəli sürdüyü mülahizə daha doğru təsürat yaradır, rayonun adı onun coğrafi relyefi ilə
üst- üstə düşür. Bunu onunla qeyd etmək olar ki, həqiqətən də Şəmkir rayonu Kür çayı üzərində
yerləşir.
Ehtimallara görə Qazaxın əsası 8-ci əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən
qoyulmuşdur. Bu yer haqqında 7-ci əsr hadisələri ilə əlaqədar “Kasak” kimi ərəb tarixçisi əl-kufi (9-ci
əsrdə) məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli “Qazax” etnik birliyinin adını əks etdirir.
Lakin, qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir.
Azərbaycan etnonimik və toponimik vahidlərinin işlənmə mövqeyi son dərəcə genişdir. Bu
etnotoponimlər özündə Azərbaycanin dünənini yaşatmaqla, bu tarixi faktları gunumüzə gətirmiş və
gələcək nəsillərə daşımaqdadır.
“DUVAQ” ETNOQRAFİK TERMİNİNİN TÜRK
LEKSİK QATINDA YERİ
İlahə MUSAYEVA
Sumqayıt Dövlət Universiteti
i_musayeva83@mail.ru
AZƏRBAYCAN
İstər tarixi, etnoqrafik, istərsə də dil və mədəniyyət aspektindən öyrənilməsi labüd olan mərasim
leksikasında etnolinqvistik amillərin müqayisəli şəkildə araşdırılması məqsədəuyğundur. Belə ki, ortaq
tarixə malik olan türk dillərinin mərasim leksemlərinin struktur-semantik və funksional təkamülünün
tədqiqi olduqca vacibdir və bu araşdırmaların tutarlı faktlar və nəticələr ortaya qoya bilməsi
danılmazdır. Nümunələr əsasında bu leksemlərə nəzər salsaq bəzi sözlərin semantik differensiyaya
uğradığının, bəzilərinin isə fonetik baximdan fərqlənsələr də semantik cəhətdən paralellik təşkil
etdiyini görə bilərik. Məsələn: kürəkən, küdəkü, güyəgü,göygü, göy kürəkən sözünun müxtəlif türk
dillərində işlənən derivatlarıdır.
Türk dillərinin mərasim leksikasında tez-tez rast gəldiyimiz leksik vahidlərdən biri də duvaq
sözüdür. Duvaq tarixən türk qızlarının toy zamanı bəd nəzərdən qorunmaq üçün istifadə etdikləri
vasitə, örtükdür. Evlilik mərasimində həyat yoldaşlarının üzünü ilk dəfə gördüklərinin sübutu kimi
duvağı bəy özü açmış, rənginə gəldikdə isə saray gəlinləri qırmızı, sadə xalq isə bənövşəyi, ağ, mavi
rənglərdən istifadə etmişlər.
Azərbaycan dilinin izahlı lüğətində duvaq 2 mənada göstərilmişdir:
1) (etnoq) gəlin gedən qızın üzünü örtən tül örtü. Məs: Gül düxtərinin ərusi yetmiş; Gülgün
duvağın başına örtmüş. (Xətayi)
2) məc.Təşbehlərdə “örtü” mənasında. Qapqara bir duvaqla örtülmüşdür göy saray. (R.Rza)
Bu terminin etnoqrafik yaşına nəzər salsaq Kitabi Dədə Qorqudda eyni fonetik tərkibdə, eyni
anlamda işləndiyinin şahidi olarıq. Məs: Selcan xatun aydır: - Tatlu dəmağ tutubanı soruşmadım,al
duvağım altında söyləşmədim.
İzahlı lüğətdə həmçinin termininin bir çox törəmələrinin izahı verilmişdir: duvaqqapma (is. ədəb.
xalq dastanlarının axırında, adətən, gəlini tərifləyən və ona nəsihət verən aşıq şeri) duvaqlı ( üzündə
duvaq olan, üzü örtülü ), duvaqlıq (duvağa yarayan duvaqlıq tül), duvaqlanmaq (üzünə duvaq
çəkilmək).
Turkiyə türkcəsində “duvak, tuvak,tuğak “ sözləri fonetik baxımdan fərqlənsə də, semantik
cəhətdən eyni funksiyanı daşıyır. Türk dilinin sözlüyündə leksemin 3 mənası göstərilmişdir: 1) isim
Gelinin başını, bazen de yüzünü örten dantel veya tülden örtü. 2) Küp, tandır, baca və b.nın taş ve ya
torpaktan yapılmış kapağı. 3)Yeni doğan bazı bebeklerin doğduğu zaman başlarını çevreleyen zar.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
911
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Türk dilinin leksik qatında işlənən “telli duvaklı” ifadəsi də bu sözün törəmələrindəndir.
“Tel”dedikdə gəlinlərin başlarına taxdıqları gümüş rəngli simdən düzəldilmiş tellərdən söhbət gedir,
hansı ki, toy günündə duvaqla birgə taxılır.
Ayrı-ayrı türk dillərində işlənmə tezliyi dinamik olan duvaq leksik vahidinin semantik strukturu o
qədər də çoxkomponentli deyil. Belə ki, müxtəlif türk dillərində fonetik fərqlərlə müşahidə olunan
termin Qırğız dilində tubak, Özbəklərdə tuvak, Bulqarlarda devak, Qazaxlarda tumak (baş örtüyü)
,Qaqauz dilində duak formasında işlənməsinə baxmayaraq, semantik məna sferası etibarilə bütün türk
dillərində paralellik təşkil edir.
Evlilik mərasiminin ən önəmli atributlarından sayılan duvaq etnoqrafik termininin
etimalogiyasına gəldikdə isə ingilis dilçisi Klausonun fikirlərinə əsaslanaraq demək olar ki, sözün
kökü Mahmud Kaşğarlının Divanında qapamaq, tıxamaq, bağlamaq anlamında işlənən “ tu “ feilidir.
Tu-tog-tug sözlərindən tog-la-t qapamaq, qapatmaq feillərinin törədiyini yazan dilçi alim sözün
funksional məna keyfiyyətinin dəyişmədiyini göstərmişdir.
Türkcədə tuğ, tuh, kəlimələri doğmaq, doğurmaq anlamında,ak (bəyaz) sözü isə Altay
türkcəsində cənnət anlamında işlənmişdir (B.Ögel).Quman-qıpçaq sözlüyündə tuv,azərbaycan dilində
doğ kəlimələri də doğmaq- insanın və ya heyvanın dünyaya gəlməsi anlamındadır.Qeyd edilən faktları
nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, duvağın bizə məlum olan örtük anlamından başqa doğmaq,
törəmək, el arasında işlənən ağ günə çıxmaq, ata evinə qapalılığı, ər evinə isə yeni bir doğumu ifadə
edən rəmzi mənaları da vardır.
Türk dillərində ilk baxışdan fərqli məna sferası ilə müşahidə olunan duvaq və divar sözlərinin
mahiyyət etibarı ilə eyni funksiyanı yerinə yetirdiyini sübuta yetirən türk türkoloqu Adem Aydemir
yazır: Türkcede tuvak-duvak kəlməsiylə eyni kökdən gələn tuvar-duvar kəlməsi bir tərəfi digər
tərəfdən ayıran yüksək əngəlin adı olmuş, duvak maddədən mənanı, duvar isə maddədən maddəyi
ayırmışdır.
Duvaq leksik vahidinin etimologiyası ilə bağlı başqa bir variant isə tuğak, tuvak, duvak
sözlərinin tuv,tuğ,duv (qapa,tıxa,ört) feillərinə - ak isim düzəldən şəkilçinin əlavə edilməsi yolu ilə
düzəlməsidir. V.V.Rodlovun lüğətində üç məna çərçivəsində qeyd olunmuşdur:”gəlini gizlədən
qırmızı tül örtü, yeni doğulan körpənin örtüyü, örtük”. Duvaq və duvar sözləri müasir qaqauz dilində
“v“foneminin düşməsi ilə müşahidə olunur və duak ,duar formasındadır.
Tədqiqatın nəticələrini ümumiləşdirərək deyə bilərik ki, insan həyatının ən önəmli günü olan toy
mərasimi ilə bağlı olan duvaq sözünün işlənmə dairəsi əhatəlidir və söz hazırda öz funksional
keyfiyyətini itirməmiş, məna dəyişikliyinə uğramamış, əksinə ilkin mənasını qoruyaraq semantik
aspektdən xeyli genişlənmişdir.
BƏKİR ÇOBANZADƏ “DİLLƏRİN DOĞULMASI VƏ
ÖLMƏSİ HAQQINDA”
İntizar ƏLİZADƏ
Bakı Slavyan Univeresiteti
intizar.aliyeva.95@mail.ru
AZƏRBAYCAN
Ünsiyyətimizin əsasını təşkil edən dilin günümüzə qədər keçirdiyi inkişaf yolları, dilin yaranması
və ölməsi, səs və hərf tərkibi, əlavə və dəyişiklikləri, qruplaşdırılmaları və fərqləndirilmələri ətrafında
bir çox yazı və məqalələr araşdırmalar mövcuddur. Bu barədə araşdırmalar həmişə diqqət mərkəzində
olub. Demək olar ki, özünün bir çox bu sahədə olan suallarına cavab tapmasına, izahlar verilməsinə
baxmayaraq dil məsələlərindən bir çoxu hələdə öz həllini gözləyir. Lakin dil məsələlərinin qarşısında
duran və özünün həllini gözləyən məsəslələrdən biri və demək olar ki, ən mübahisəlisi dillərin
mənşəyi və törəməsi yolları, dilin oölməsinin səbəbləri haqqında davam edən mülahizə, fikirlərdir.
Dillərin yaranması və mənşəyi barədə irəli sürülən mülahizələrə nəzər salsaq bir neçə aspektdən
yanaşmalarla rastlaşırıq :
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
912
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bu barədə tanınmış türkoloq Bəkir Çobanzadənin fikirləri maraqlıdır. O, 1924-cü ildə Bakıda
nəşr etdirdiyi "Türk -tatar lissaniyyətinə mədxəl" adlı kitabında dilin yaranması və qeyb olması
məsələsinə toxunarkən bu barədə Avropa dilçiliyində olan əsas fikirləri şərh etməklə yanaşı, həm də
öz mülahizələrini irəli sürmüşdür. B.Çobanzadə Demokrit , Beko kimi tanınmış filosof və alimlərin
fikirlərinə əsaslanır. Demokritin fikrinə əsasən “Dil ixtiyari müəssisədir” yəni “əşya ilə sözlər arasında
əlaqə yoxdur” təbii ki, bu doğru fikir kimi qəbul edilə bilməz. Çünki əşyalar və onların adlandırılması
məsələsi həmişə olmasa belə bir çox hallarda məzmunu ilə əlaqəli şəkildə adlandırılır.Platonun fikrinə
əsasən “Əşya ilə sözlər arasında birbaşa bağlılıq var” biz bu barədə məqaləyə nəzər saldıqda əlbəttəki
Platonun fikirlərinin daha doğru olduğunu görürük. Bekonun “Novum organum” adlı əsərində belə bir
fikir irəli sürülür: “Dil yalnız sözdən ibarət olmayıb öz məzmununu bir çox başqa yollarla da çatdıra
bilir”.(162) Dilin yaranması barədə daha mükəmməl bir fərziyyəni isə biz Şarl de Brossun “Esssai sur
la formation mecanique des lonques” adlı əsərində qeyd etdiyi iki mülahizədə görürük belə ki, 1) Dil
danışıq üzvlərimizin iştirakı ilə yaranmış, 2) Əşyanın təbiəti ilə sıx bağlıdır.
Müəllifin fikrincə, "bu iki mülahizənin hər biri özündə həqiqəti əks etdirir. Dil birbaşa danışıq
üzvlərinin iştirakı ilə yarandığı kimi həmçinin əşyanın təbiətilə əlaqədardır. Biz bu fikri sövti təqlid
nəzəriyyəsinin məzmununda da görürük. Bu nəzəriyyəyə görə dildə olan sözlər ilə əşyanın təbiəti
arasında əlaqə vardır.. Bu tip sözlər adətən uşaq danışıq dilində, heyvanata müraciət üçün istifadə
olunan təqlidi sözlərdir: pis-pis, hoş-hoş, cip-cip ve s.
Müəllif türk dillərində bu məsələni belə izah edir" Türk-tatar (türk dillərində) dilində bu gündə
rast gəldiyimiz inləmək, susmaq (is )latınca silera və silan sükut, fransızca silence kəlmələri-partlamaq,
pusmaq pusu (bis!) tüpürmək (tufu!) dümbələmək (düm, düm) və s. Digər bir tərəfdən ana, baba, ata
kəlmələrinə nəzər salsaq: macarca-da anya, atya, ara, avstraliya dillərində ado və ato. Almanca-da
Fater və mittər, fransızca: mere və pere. Rusca: mat və oteç. Fars: peder və madər. Urəbi: üb, üm, im.
Ana, baba , ata, kəlmələrində gördüyümüz müəyyən sait və samit səslərin variantlarıdır ki, professor
Buşman təbii sövt haqqında əsərində bu barədə qeyd edir. Bu sözlərdə rast gəlinən b.d, r, t dodaq və
diş samitləri olduğunu nəzərə alsaq bu səslərin uşaqlar tərəfindən ilkin tələffüzün nəticəsi olduğunu da
görərik. Burada uşağın m, b, p, d, t səslərini çıxarmasının təkrarı nəticəsində, ama, ada, baba, ata,
mama sözləri meydana çıxır. Hindistan dillərində baba-peder mənasına gəldiyi kimi bibi də xanım,
madam mənaların ifadə edir.
B.Çobanzadənin Azərbaycan türkçəsinin yaranması haqqında da fərqli düşüncələri var: "Digər bir
tərəfdən dilin mənşəyinə nəzər salarkən azəri ləhcəsinin (Azərbaycan dilinin) də necə yaranması və
hansı inkişaf mərhələlərin keçirdiyini diqqət mərkəzinə gətirə bilərik. Azəri ləhcəsi XI əsr
M.Kaşğarinin qıpçaq və oğuz ləhcələrində tapdığı xüsusiyyəti, yəni Kaşqar və ya Şərqi türk
ləhcələrindəki (y) səsinin oğuz və qıpçaqcada düşməsini zamanımıza qədər saxlamışdır: Yigit- igid,
yüzük- üzük, yüz- üz, yılan-ilan və s. Azəri ləhcəsinin mənşəyini təyin edərkən bir digər xüsusiyyətə
diqqət çəkə bilərik. Türkçə və Kaşqar ləhcəsində mövcud olan sözortası yumuşaq g (ğ) səsinin oğuz
qrupu dillərində düşməsidir: Tamğak- Tamak “damaq”, Barğan- Baran- “varan”
Azəri ləhcəsinin digər bir özünəməxsus xüsusiyyəti “Divani- Lüğət- üt– türk” əsərində də oğuz
qrupu türk dilləri üçün göstərilmiş olan (t) səsinin (d) səsinə dəyişməsi hadisəsidir: Taş- daş, Tar- dar,
Tiren- dərin.
Bu qrupa aid dillərdə həmçinin Azəri ləhcəsində nəzərə çarpan küylü samitlərin cingiltili samitlə-
rə çevrilməsi halıdır: (k- g) köz- göz, kil- gil. Buraya qədər verdiyimiz nümunələrə nəzər saldıqda
azəri ləhcəsinin həqiqətən oğuz qrupu dillərdən törəməsi və onların bir qolu olması məsələsi təsdiqin
tapır"..(68-70). Bu fikirlərdə ziddiyətli məqamlar olsa da, dillərin bir-birindən fərqlənməyə başlaması
haqqında müəllifin maraqlı mülahizələr də yer alır.
B.Çobanzadə dili ictimai varlıq sayaraq, dillərin birləşməsi və ayrılması barəsində yazırdı: "Dilin
üzvi ruhi və ictimai hadisələrdən mürəkkəb bir həyatı vardır. Həmçinin dil ictimai varlıq olduğu üçün
onun ictimai həyatı- dilin birləşməsi, dilin ayrılması, dilin zahiri əlamətləri mövcuddur. Dillərin birləş-
məsi və ayrılması məsələlərinə nəzər salsaq burada qarşımıza dillər nə üçün ayrilir? Sualı çıxır. Dillərin
ayrılması məsələsinin əsasında ilkin olaraq coğrafi fərqlər digər bir yandan mədəni sosial inkişaf daya-
nır. Bir dilin digərini sıxışdırıb sıradan çıxarması isə həm siyasi həmçinin coğrafi mövqelərlə bağlıdır.
Məsələn, Türk Bolqar, və cənubi slavyanların qarışmalarından bolqar türkcəsi yox olaraq hər iki xalq
yalnız slavyanca danışmağa başlamışdır. Başqa bir aspektdən bir cəmiyyətin məhv olması onun lisa-
ni (dil) xüsusiyyətlərinin də yox olmasına gətirib çıxarır. Şumer, Qun, latın dilləri bu qəbildəndir. (88)
|