IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
913
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Həmçinin müəllif dillərin fərqlənmə səbəbləri sırasında tarixi inkişafı və ictimai-siyası hadısılıri
də önəmli sayırdı: " Dillərin yox olmasının səbəbi əksər halda siyasi və hərbi məsələlərlə bağlı olsa da
bəzi hallarda sadəcə zamanla bu dildə danışan xalqın özünün sülhi şəraitdə yoxa çıxması (əriməsi) ilə
bağlıdır. Məsələn Qun dili Romaniya və Qaliçyadan Macarıstan və Balkanlara yayılaraq orada bir
qismi slavyanlar, böyük bir qismi də Macarlar arasında yox olmuşdur. Bu sıraya Əski bulqar və misir
koləmənlərinin lisanını da aid edə bilərik.(88)
Beləliklə biz görürük ki, dilin bir çox xüsusiyyətlərinin qorunmasında, həmçinin özünün sıradan
çıxarılmasının qarşısının alınmasında əsas məsələ bu dilin daşıyıcılarının dilin qorunmasında və onun
“çirkləndirilərək” istifadədən kənarda qalması halları ilə bağlı olaraq daim çalışmasından, bu kimi
halların maksimum şəkildə qarşısının alınmasından ibarətdir. Digər bir tərəfdən dil xüsusiyyətlərinin
qorunmasında ədəbi dilin rolu danılmazdır. Çünki Ədəbi dil öz formal xüsusiyyətlərini danışıq dilinə
nəzərən daha yaxşı mühafizə edir. Əslində istifadə etdiyimiz danışıq dili özüdə bir zamanlar ədəbi dil
sayıla biləcək olan “Adiləşmiş Ədəbi Dil” dir. Ədəbiyyat və mədəniyyəti zəif inkişaf etmiş xalqların
dilinin parçalanması və siradan çıxması daha böyük risk daşıyır.
AZƏRBAYCAN DİLİ ŞİVƏLƏRİNDƏ İŞLƏNƏN
FELİ ADLARIN SEMANTİKASINA DAİR
Fərqanə BABAYEVA
Bakı Slavyan Universiteti
ferqanebabayeva07@gmail.com
AZƏRBYCAN
Azərbaycan dilinin zəngin şivə leksikası var. Bu zənginlik birdən – birə yaranmamış, Azərbaycan
dilinin uzun sürən tarixi inkişafı nəticəsində meydana gəlmişdir. “Xalqın həyatında, məişətində özünü
göstərən dəyişikliklər dialekt leksikasında əks olunur. Cəmiyyətin, dilin inkişafı ilə əlaqədar olaraq
müəyyən sözlər dialekt leksikasına daxil olur, sonradan bunların bir hissəsi öz işləkliyini saxlayır, bir
hissəsi isə, ümumiyyətlə ünsiyyətdən çıxır. Ədəbi dilin lüğət tərkibi ilə müqayisədə dialekt leksikası
daha mühafizəkardır.
Dilin qədim leksik qatına aid olan sözlər şivələrin lüğət tərkibində daha çox qorunub saxlanılır”.
Şivələrin lüğət tərkibində qorunub saxlanan sözlərin bir çoxu fel köklü adlardır. Bu feli adların bir
qismi öz formasını və mənasını olduğu kimi saxlamış, bir qismi fono – morfoloji dəyişikliyə uğramış,
bir qismi isə semantik cəhətdən dəyişmişdir. Bu yazımızda belə sözləri nəzərdən keçirəcəyik. Tutmac//
tutmaş (Ağcabədi, Göyçay, İmişli, Quba, Oğuz, Şamaxı, Ucar, Ağdam, Basarkeçər, Mingəçevir, Şuşa)
– xörək adı kimi verilmişdir
Məsələn, - Tutmacı günorta, ya axşam yiyəllər (Oğuz), Dünən də tutmaş yemişəm, bü:n də
(Ağdam). “Tutmac” sözü M. Kaşğarinin “Divanü lüğat-it türk” əsərində “xəngəl” (yeməyin bir növü )
mənasında verilmişdir. M.Kaşğari bu sözün mənasının – “bizni tutma aç”, yəni “bizi ac saxlama”
olduğunu göstərmişdir. C → Ş əvəzlənməsi Tarax (Qax, Şəki, Oğuz) – dırmıq mənasındadır. Məsələn,
Soğanı, tarax diyirix unnan taraxlıyıf, toxumu səpirix. Bu söz “tarğak” formasında Mahmud
Kaşğarinin “Divan”ında da qeydə alınmışdır. Mənası da “daraq” deməkdir. Ögəc (Bakı, Şamaxı) –
böyük deməkdir. Məs., Ögəc – ögəc danışmaq sə:n adətindi. “ Ögəc” sözü M. Kaşğarinin “Divan”ında
“ögə”, yəni “müşavir, yaşlı və ağıllı adam” variantında göstərilmişdir. “Ö” səsi qədim türk dillərində
“fikirləşmək”, “düşünmək” anlamını vermişdir. Elə bu anlamdan da sonralar ög//ögüt//ögüd//öyüd –
məsləht, nəsihət sözü yaranmışdır. Sözün kökündə “ögmək” feli durur. Müxtəlif dövrlərdə g → y, t →
d fonetik əvəzlənmələri baş vermişdir. Azərbaycan dilinin Bakı, Lənkəran şivələrində ögəc // əkəc
variantı da işlənmişdir ki, bu da yaşından böyük danışan və ya yaşlı, çoxbilmiş mənasındadır. Bilənçil
(İmişli) və ya biləndər (Göyçay, İsmayıllı, Qazax, Naxçıvan) – bilən, hər şeyi anlayan (Mən çox sö:bət
bilənçil dö:üləm.; Məmmədin oğlu yaman biləndərdi (Naxçıvan). Söz “bilmək” felindən yaranmışdır.
M. Kaşğarinin “Divan”ında bu söz “bilgə” kimi işlənmişdir ki, bu da “alim”, “filosof” deməkdir. Biz
bu sözə İbn–Mühənna lüğətində də “bilgə” şəklində rast gəlirik. Bıçqı (Biləsuvar, Qazax–mişar.
Məs.,Bıçqının dişdəri köhnəldi. Biz bu sözə M. Kaşğarinin “Divan”ında “bıçğuç” – qayçı, “bıçğu”–
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
914
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
mişar kimi göstərilmişdir. Həmin sözlər də fel köklü sözlərdir. Sözün kökündə “biçmək” feli dayanır.
Qapçağ – Göyçay, Cəlilabad, Saatlı, Sabirabad, Salyan şivələrində “qap+çağ” sözü – su qabı, su içilən
qab mənasını ifadə edir. Məsələn, Leyla, mənə bi qapçağ su gəti (Cəlilabad). Sözün “qab+çağ”
variantı Kürdəmir, Yardımlı şivələrində də eyni mənanı ifadə edir. Bu söz “qapmaq” və “çəkmək”
fellərindən ibarətdir. Burada kar samitin cingiltili samitlə (p→b) əvəzlənməsi baş vermişdir. Qapçağ
sözü Salyan şivəsində “pambıq qozası”, Ucar şivəsində isə “qapçax” variantında - “iynəqabı”
mənasında da işlənir. Mahmud Kaşğarinin “Divanülü .at-it tük” əəində“kap+ğak”-qapaq, sadağın,
oxdanın qapağı mənasında işlənmişdir. Qısqac - Salyan şivəsində “qamışdan hazırlanan sıxıcı”
mənasında işlənir. Sözün kökündə “qısmaq”, “sıxmaq” feli durur. Bu feli ad “kıs+ğaç” şəklində
Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərində “kəlbətin”, Əsirəddin Əbu Həyyan Əl –
Əndəlusinin “Kitab əl – idrak li – lisan əl - ətrak” əsərində” “qıs+qac” - məngənə. İbn – Mühənna
lüğətində isə “qısğac” – maşa, kəlbətin mənasında işlənmişdir. Divani lüğət-it türk” əsərində “tutuğ” –
girov və ya “tutğun” - əsir, dustaq mənasında işlədilir. Əsirəddin Əbu Həyyan Əl – Əndəlusinin
“Kitab əl – idrak li – lisan əl - ətrak” əsərində isə bu söz “tutuq” -örtük, “tutqun” -əsir şəklində
göstərilmişdir. Ütüg // ütüx (Şamaxı, İsmayıllı, Ağdam, Cəbrayıl, Laçın, Ordubad, Şuşa) – bacarıqlı,
sırtıq, zirək, hiyləgər. Qədim türk sözlüyündə bu söz “ütrük” kimi verilmişdir. Qədim türkcədəki
“ütrük” sözü səs düşümü (r səsinin düşümü) hadisəsinə uğrayaraq müasir Azərbaycan dili şivələrində
“ütüx”şəklini almışdır. Məs., Maşallah Əhməd çox ütüx uşağdı. “Ütüx” sözü ütmək felindən
yaranmışdır. Taytax (Ağdam, Şuşa, Qazax, Şəki) – axsaq. Dəmirçi Mahmudun oğlu taytaxdı. “Taytax”
sifəti öz mənşəyi etibarilə taytamax, “axsamax” felindən əmələ gəlmişdir. Prof. E. Əzizovun
araşdırmaları göstərir ki, bu sözün əsasında qədim türkcədə “sürüşmək, sürüşüb yıxılmaq” mənasında
olan “tay” feli dayanır. Qədim türk dilində tay felindən düzəlmiş tayığ “sürüşkən” sifəti olmuşdur.
Yuxarıda göstərdiyimiz misallardan belə qənaətə gəlmək olar ki, feli adlarda baş vermiş semantik
inkişaf, fono - morfoloji dəyişikliklər qədim sözlərin simasını üzə çıxarır və dediklərimizdən aydın
olur ki, müasir Azərbaycan ədəbi dilindən fərqli olaraq, qədim türk leksikasının mühüm bir hissəsi
şivələrin lüğət tərkibində saxlanmışdır.
ATALAR SÖZLƏRİNDƏ İŞLƏNƏN FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN
LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ
Faidə OMAROVA
AMEA, akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
filfay-6786@mail.ru
AZƏRBAYCAN
Azərbaycan xalqının şifahi xalq ədəbiyyatı poetik nümunələrlə çox zəngindir. Bu nümunələr
içərisində atalar sözü xüsusi yer tutur. Bəs atalar sözü nədir? Bu barədə həm folklorşünaslar, həm də
dilçilər tərəfindən istənilən qədər söz deyilmişdir. Biz isə atalar sözləri haqqında deyil, onların
tərkibində işlənən frazeoloji birləşmələr haqqında danışacağıq.
Azərbaycan dili öz frazeoloji tərkibinə görə zəngin dillərdən biridir. Dilimizin frazeoloji vahidləri
iki və ya daha çox tammənalı sözün birləşməsi əsasında təşəkkül tapmışdır. Tərkib hissələrinin
sintaktik əlaqəsinin səciyyəsinə görə bunların müxtəlif tipləri olsa da, bir qismi söz birləşməsi
şəklində, bir qismi isə qrammatik cəhətdən formalaşaraq cümlə quruluşunda işlədilir. Buna görə də,
bunları həm bir-birindən, həm də dilimizdəki sintaktik vahidlərdən fərqləndirmək üçün öz
spesifikalarına müvafiq şəkildə xüsusi terminlərlə adlandırmaq lazımdır. Bu baxımdan müasir
Azərbaycan dilinin frazeologiyasını iki böyük qrupa bölmək olar: frazeoloji söz birləşmələri və
frazeoloji ifadə və ibarələr.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan dilindəki frazeoloji söz birləşmələri onları əmələ
gətirən sözlərin məna və qrammatik cəhətdən qovuşma dərəcəsinə görə üç tipə bölünür: frazeoloji
qovuşma, frazeoloji birlik və frazeoloji birləşmə.
Frazeoloji qovuşma zamanı söz birləşməsini əmələ gətirən bütün sözlər öz müstəqil mənalarını
itirirlər. Bu tip birləşmənin ümumi mənası onu təşkil edən ayrı-ayrı sözlərin müstəqil mənalarından
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
915
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
asılı olmur və bütövlükdə birləşmənin bir mənası olur. Məsələn, Arını duman, insanı iman yola gətirər
atalar sözündəki “yola gətirmək” frazeoloji vahidinə nəzər salaq. Bu birləşmənin ümumi mənası
“ağıllandırmaq” kimi başa düşülür. Lakin göründüyü kimi həmin mənanı ifadə etmək üçün birləşməni
təşkil edən sözlərin heç birinin müstəqil mənalarından istifadə edilməmişdir. Frazeoloji qovuşmalarda
sözlər məna cəhətdən son dərəcə qaynayıb-qarışdıqları üçün bunlar tamamilə bölünməz olur.
Birləşməni əmələ gətirən sözlərdən birinin mənasının zəif hiss olunması əsasında yaranıb,
semantik cəhətdən bölünməz olan frazeoloji birləşmələr frazeoloji birlik hesab olunur. Bu tip
birləşmələrdə birləşməni təşkil edən komponentlərdən birinin həqiqi məna izləri müşahidə edilir.
Bütün frazeoloji vahidin ümumi mənası həmin komponentin – sözün mənası ilə bağlı olur. Bu tip
frazeoloji birləşmələrə atalar sözlərinin tərkibində baxaq: Az danış, çox qulaq as; Ağılsız cavab
verməmək ən ağıllı cavabdır və s.
Misallardan da göründüyü kimi, frazeoloji birlikləri başqa tiplərdən fərqləndirən səciyyəvi cəhət
frazeoloji vahiddə bu və ya digər sözün mənasının az və ya çox dərəcədə hiss olunmasıdır. Frazeoloji
birlik frazeoloji qovuşmalar kimi mənanın qaynayıb-qarışması əsasında əmələ gəlir.
Birləşmənin tərkibindəki sözlərdən birinin öz mənasında işlənməsi, qalan hissənin isə asılı
vəziyyətdə olması nəticəsində yaranmış frazeoloji vahidlər frazeoloji birləşmə adı altında
ümumiləşdirilir. Bu tip birləşmələrdə sözün biri o birinə, yəni müstəqil mənada olana təhkim olunur.
Müstəqil mənada işlənən söz birləşmədə əsas, öz mənasında olmayan söz isə asılı olur. Məsələn, Ağıllı
qəm yeyər, dəli qamçı; Adamın adı pisliyə çıxınca canı çıxsa yaxşıdır və s. Bu misallardakı frazeoloji
birləşmələrin birinci sözləri öz mənasında işlənmiş və birləşmədə aparıcı rola malikdir.
Frazeoloji vahidin hansı ikinci dərəcəli üzv ilə bağlı olduğunu, yəni onun obyektini və qrammatik
səciyyəsini müəyyənləşdirmədən frazeoloji birləşmənin struktur tipi haqqında aydın təsəvvür əldə
etmək qeyri-mümkündür. Buna görə də frazeoloji vahidlərin idarə etdikləri üzvləri onlardan tam təcrid
olunmuş şəkildə nəzərdə tutmaq olmaz.
Atalar sözlərində işlənən frazeoloji birləşmələrin isim komponentinin çoxu, fel komponentinin
isə hamısı müasir dildə müstəqil işlənən sözlərdir. Məsələn, Yamanı yada salma, yananı yada sal və ya
Aş daşanda kəfkir yada düşər və s. kimi atalar sözlərində işlənən “yada salmaq”, “yada düşmək”
frazeoloji birləşmələrdəki sözlərdən hər biri dilimizin lüğət tərkibində müstəqil mənalı leksik
vahidlərdir.
Lakin bütün bunlarla yanaşı müasir Azərbaycan dilində, o cümlədən Azərbaycan atalar
sözlərində müəyyən miqdar frazeoloji birləşmələr də vardır ki, onların baş sözü kimi işlənən isim
komponenti leksik mənaya malik deyildir. Bunlar ancaq frazeoloji vahid daxilində işlədilməklə
dilimizdə öz varlığını qoruyub saxlayırlar. Bu qəbildən olan söz – komponentlərinin bir qismi türk, bir
qismi ərəb, bir qismi isə fars mənşəlidir. Belə frazeoloji birləşmələrə aşağıdakı atalar sözlərinin
tərkibində rast gəlmək olar: 1. Pul cəncəl açandır; 2. Gic gicə rast gələr, bir-birinə mat qalar; 3.
Daldakı ağıl pozulan işə kar etməz; 4. Damağın çağ olsa da, bəladan qaçmaq olmaz; 5. Sərkərdə qoçaq
olsa, ordunu bada verməz və s.
Nümunə kimi verilmiş yuxarıdakı atalar sözlərində işlənən “cəncəl açmaq”, “mat qalmaq”, “kar
etmək”, “çağ olmaq”, “bada vermək” kimi frazeoloji birləşmələrin isim komponenti demək olar ki,
müstəqil işlənmir və yalnız frazeoloji birləşmə daxilində müəyyən məna daşıyırlar.
Beləliklə, aydın olur ki, atalar sözlərində işlənən frazeoloji vahidlərin fel komponenti vaxtilə türk
mənşəli olub, müasir dildə Azərbaycan dilinin öz sözləridir. Bunların baş sözlərinin də çoxu
Azərbaycan dilinə məxsus leksik vahidlərdən ibarətdir. Lakin müəyyən qisminin baş sözü tarixən
başqa dillərdən alınmadır və ya müstəqil leksik mənaya malik deyillər, ancaq birləşmə daxilində məna
daşıyırlar. Azərbaycan atalar sözlərinin tərkibində işlənən frazeoloji birləşmələr bir çox başqa
xüsusiyyətlərə də malikdirlər. Bəzi frazeoloji birləşmələr vardır ki, onlara həm ədəbi dildə, həm də
xalq danışıq dilində tez-tez rast gəlinir. Lakin elə frazeoloji vahidlər də vardır ki, onlardan daha çox
xalq danışıq dilində istifadə olunur. Nəzərə alsaq ki, atalar sözləri xalq təfəkkürünün məhsuludur və
daha çox adi ünsiyyət zamanı istifadə olunur, deməli bu təbii haldır. Məsələn, Borc yaddan çıxmaz;
Qırx ildə bir dəfə arvad sözünə baxarlar və s.
Bu tip atalar sözlərində işlənən “yaddan çıxmaq”, “sözə baxmaq” və s. kimi frazeoloji
birləşmələrə həm ədəbi dildə, həm də danışıq dilində rast gəlinir. Ancaq Buğda olmayan yerdə darını
gözə təpərlər; Bir tikə çörək daşdan çıxır kimi atalar sözlərində işlənən “gözə təpmək”, “daşdan
çıxmaq” frazeoloji birləşmələri demək olar ki, daha çox danışıq dilinə xasdır və ədəbi dildə bu tip
frazeoloji birləşmələr o qədər də geniş yayılmamışdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
916
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bir məsələni də qeyd etmək lazımdır ki, atalar sözlərində iştirak edən frazeoloji birləşmələr heç
də həmişə bütöv şəkildə verilmir. Yəni belə frazeoloji birləşmələrin bəzilərində fel komponenti ixtisar
olunur və yalnız isim komponenti iştirak edir. Frazeoloji vahidin həmin cümlədə, yəni atalar sözündə
daşıdığı mənanı başa düşmək üçün isə mürəkkəb cümlə quruluşunda olan atalar sözlərinin birinci
tərəfinə nəzər salmaq lazım gəlir. Bu cür hallara tabesiz mürəkkəb cümlə strukturuna malik olan atalar
sözlərində rast gəlinir. Misallara baxaq: Qocaya gedən quyruq yeyər, cavana gedən – yumruq;
Qızılquş əldə gəzər, gözəl qız – dildə; Aşiqə söz dəyməz, çirkinə göz və s.
AZƏRBAYCAN VƏ TÜRKİYƏ TÜRKCƏLƏRİNDƏ
PSİXOLOGİYA TERMİNLƏRİNƏ DAİR
Ramil BAYRAMOV
Bakı Dövlət Universiteti
rbayramov924@gmail.com
AZƏRBAYCAN
Psixologiya elmi son bir əsr ərzində çox böyük inkişaf you keçmiş və hazırda bütün dünyada,
eləcə də Türk dünyasının ana xətti və ayrılmaz hissələri olan Azərbaycan və Türkiyədə də öz inkişafını
yaşayır. Çağdaş dövrümüzdə psixologiya, demək olar ki, bütün sahələrə sirayət etmişdir. Buna görə də
bu elm elmi ictimaiyyətin diqqətini çəkməyə bilməz. Bu deyilənlərə uyğun olaraq qeyd edək ki,
Azərbaycan və Türkiyədə psixologiya ilə bağlı xeyli sayda elmi araşdırmalar aparılmış, psixologiyanın
ayrı-ayrı sahələrinə aid sanballı tədqiqat işləri yazılıb nəşr olunmuş və ictimaiyyətin istifadəsinə
verilmişdir. Bunun nəticəsində də psixologiya sahəsində yeni-yeni elmi nəzəriyyələr, ideyalar,
anlayışlar meydana gəlmiş və hələ də gəlməkdədir. Belə ideya və anlayışlar isə müəyyən terminlərlə
ifadə olunaraq dildə işləklik qazanır və dilin lüğət tərkibinə daxil olur. Dilin leksik qatında sahə
terminologiyası – psixologiya terminologiyası kimi ayrılan bu terminlərin dildə istifadəsi onların
mənşəyi, yaranma yolları və mənbələri müəyyən qanunauyğunluq prinsipi əsasında mövcud olur.
Azərbaycan və Türkiyə türkcələrində də psixologiya sahəsinə aid olan terminlərin yaranma yolları,
mənşəyi və ümumiyyətlə, dildə istifadəsi özünəməxsus xüsusiyyətlərə malikdir. Bu dillərdə
psixologiya terminlərinin istifadəsində müəyyən oxşar cəhətlərlə yanaşı, müxtəlifliklər də mövcuddur.
Psixologiya terminlərinin qarşılaşdırılan bu dillərdə oxşar istifadəsini doğuran səbəb onların eyni
kökdən – eyni dil ailəsinə və eyni dil qrupuna mənsub olmasıdır. Belə ki, XVII əsrə qədər hazırkı türk
xalqlarına məxsus dillər ortaq türk dili kimi mövcud olmşdur. Ona görə də həmin dövə qədərki bir sıra
xalq yaradıcılığı nümunələri ortaq hesab edilir və ya bu xalqların içərisindən çıxan yazarların
əsərlərinin dili eyni, yaxud oxşar olmuşdur. XVII əsrdən etibarən isə türk dillərində diferensiasiya –
ayrılma baş verdi. Belə ki, Hər bir türk dövləti ümumtürk kontekstindən çıxış edərək öz dili ilə bağlı
müstəqil, özünəməxsus inkişaf xətti götürdü. Bu, təbii ki, özünü dilin müxtəlif şöbələri üzrə göstərib
bu və ya digər formada xeyli fərqlər yaratsa da, bütövlükdə bu dillərin kökü eynidir.
Göründüyü kimi, türk dil ailəsinə mənsub xalqların dili XVII əsrə qədər ortaq olmuşdur. Buna
görə də bu dillərdə həmin dövrə qədər bir çox elm sahələrində olduğu kimi psixologiyaya aid söz-
terminlər də eyni və ya çox yaxın formada işlədilmişdir. Biz bunları ortaq abidəmiz olan “Kitabi Dədə
Qorqud” dastanında da, həm Türkiyəyə, həm Azərbaycana məxsus şairlərin əaərlərində də şahidi
oluruq. XVII əsrdən etibarən müstəqil inkişaf xətti götürən bu dillərdə getdikcə müəyyən fərqlər
yaranmağa başladı. Belə ki, Azərbaycan və Türkiyə türkcələrinin həm fonetik, həm leksik, həm də
qrammatik sistemində bəzi fərqli məqamlar ortaya çıxdı. Sonrakı əsrlərdə isə Azərbaycanın rus
müstəmləkəsi olması və onların təsirinə, təzyiqinə məruz qalması bu məsələni bir qədər də
dərinləşdirdi. Yəni Türkiyə Avropa və digər əcnəbi xalqlarla birbaşa əlaqə yarada bilib, sərbəst şəkildə
onların dillərinə məxsus söz-terminləri öz dilinə gətirib istədiyi kimi işlədirdisə, Azərbaycanda belə
deyildi. Azərbaycan digər dövlətlər və ya xalqlarla yalnız Rusiya vasitəsilə əlaqələr qururdu. Ona görə
də başqa dillərdən bu dilə daxil olan və ya gətirilən söz-terminlər birbaşa deyil, rus dilinin vasitəçiliyi
ilə, onun qayda-qanunlarına uyğunlaşdıqdan sonra gətirilir və ona uyğun da işlədilirdi. Lakin bu
vəziyyəti Azərbaycanın ikinci dəfə mütəqillik əldə etməsi tamamilə dəyişdi. Yəni müstəqil siyasət
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
917
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
yürüdən Azərbaycan digər xalqlarla sərbəst şəkildə əlaqə qurur və onların dillərinə məxsus olan söz-
terminləri də birbaşa alır. Göstərilən proseslər Azərbaycan və Türkiyə türkcələrinin bir-birindən
qismən fərqli istiqamətdə inkişaf etməsini şərtləndirir.
Gənc elm olan psixologiyaya aid terminlər də bu dillərdə əksər hallarda oxşarlıq təşkil etsə də,
fərqli məqamlar da çoxdur. Bu, əsasən, fonetik baxımdan diqqəti daha çox çəkir. Bu isə qarşılaşdırılan
dillərin əlifba sisteminin nisbətən fərqli olmasıdır. Məsələn, Azərbaycan dilindən fərqli olaraq Türkiyə
türkcəsində x və ə-nin nə səsi, nə də qrafik işarəsi, [q] səsinin isə qrafik işarəsi yoxdur. Buna görə də
hər iki dildə də işlənən bəzi psixologiya terminlərinin yazılışında fərqlər var. Onu da qeyd edək ki,
Azərbaycan dilində cingiltiləşmə (incələşmə), Türkiyə türkcəsində isə karlaşma (qalınlaşma) özünü
göstərir. Aşağıdakı cədvəldə deyilənlərə uyğun nümunələrə nəzər salaq:
Azərbaycan dilində
Türkiyə türkcəsində
diqqət
dikkat
duyğu
duygu
həssaslıq
hassaslık
hallüsinasiya
halusinasiyon
depressiya
depresyon
psixologiya
psikoloji, ruhbilim
özünüdərk
özbiliş
qısqanclıq
kıskançlık
qorxu
korku
iradə
irade, istenc
xarakter
karakter
həyəcan
heyecan
psixoanaliz
psikanaliz
yuxu
uyku
aqnoziya
agnozi (tanısızlık)
amneziya
amnezi (bellek yitimi)
Bir məsələni də qeyd edək ki, Türkiyə türkcəsində Azərbaycan dilindən fərqli olaraq özləşmə
meyili – alınma sözün özünü deyil, onları öz sözləri ilə işlətmək meyili daha güclüdür.
Azərbaycan dilində
Türkiyə türkcəsində
motiv
güdü
qəzəb
köpürme, öfke
qabiliyyət
yetenek
instinkt
içgüdü
idrak
biliş
hipnoz
uyutum
hissiyatçılıq
duyumçulluk
həvəs
dilek
günah
suç
qeştalt
bicim
fleqmatik
ağırkanlı
fikir
görüş, kavrayış
eqoizm
bencillik
emosiya
coşku
dərrakəli
anlıksal
biheviorizm
davranışçılık
autizm
içe yöneliklik
arzu
düşleme
aqressivlik
saldırganlık
psixoloq
ruhbilimçi
şüursuz
bilinçdışı
təfəkkür
düşünme
təxəyyül
imgeleme
vərdiş
alışkanlıq
|