Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə29/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   25   26   27   28   29   30   31   32   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

918



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bütün deyilənləri nəzərə alaraq aşağıdakı nəticə və istəyimizi qeyd edə bilərik: 

1.  Əlifbadakı  qrafik  işarələrin fərqini  nəzərə  almasaq,  psixologiya  terminlərinin  əksəriyyəti  hər 

iki dildə də eynidir. 

2. Türkiyə türkcəsində alınma terminlər Avropa dillərinə, Azərbaycan dilində isə rus dilinə uyğun 

şəkildə mənimsənilmişdir.  

3. Türkiyə türkcəsində özləşmə meyili daha güclüdür. 

3.  Ortaq  türk  dili,  ortaq  türk  əlifbası  ideyası  reallaşa!  Bütün  türk  dünyasının  vahid  bir  ünsiyyət 

dili, əlifbası ola!! Türk xalqları bir-birlərini anlamaqda heç bir çətinlik çəkməyə!!! 

 

 



İNFORMATİVLİK MƏTNİN ƏSAS KATEQORİYASI KİMİ 

 

Gülmar İSRAFİLOVA 

Azərbaycan Dillər Universiteti 

gulmar-tx@rambler.ru 

AZƏRBAYCAN 



 

Mətni adi söz yığınından fərqləndirən əlamət onun müəyyən şəkildə təşkil olunmuş və istiqamət-

lənmiş informasiya daşımasıdır. İnformativlik mətnin tamlığı və bitkinliyindən asılıdır. Bədii mətndə 

informativlik  əsərin  müasir  dünya  ilə  səsləşməsini  təmin  edir,  onun  aktuallığını  şərtləndirir.  Başqa 

sözlə,  informativlik  «Məna  məsafələrini»  birləşdirən,  tarixi  zaman  kəsiklərini  yaxınlaşdıran  psixo-

linqvistik fenomendir.  

Mətn öz-özlüyündə  bir  sistem  təşkil  edir  və  bu  sistemin  də  özünəməxsus  elementləri  –  kompo-

nentləri, bu komponentlərin əlaqə vasitələri, kateqoriyaları vardır. Bu kateqoriyaların öyrənilməsi çox 

mühüm əhəmiyyət kəsb edir. 

Mətnin  kateqoriyaları  istənilən  mətndə  özünəməxsus  şəkildə  bir-birinə  keçir  və  hansısa  aparıcı 

kateqoriyanın ayid edilməsini çətinləşdirir. Çox zaman kateqoriyalar mətndə heç bir formal vasitələrlə 

nəzərə  çarpmır,  gizli  şəkildə  mövcud  olıır.  Bu  xüsusiyyət  məhz  informativlik  kateqoriyasında  daha 

çox nəzərə çarpır. 

İnformativlik linqvistik xarakterli müxtəlif məsələləri özündə birləşdirir. Bu məsələlərə informa-

siyada  yeni  problemli,  informasiyanın  fərqləndirici  xüsusiyyəti,  informasiyanın  dəyərliliyi  məsələsi, 

informasiyanın ötürülməsi və s. məsələlər aiddir. Bu xüsusiyyətlərə ayrı-ayrılıqda nəzər salaq. 

Mətn informativ xüsusiyyətə malik olmalıdır. Əgər bir neçə abzas bir-birindən fərqlənmirsə, eyni 

mövzunu  hər  dəfə  təkrar  edirsə,  yəni  əgər  onlar  bütün  parametrləri  ilə  üst-üstə  düşürsə,  bu  abzaslar 

informativ  deyildir.  İnformasiyanın  alınması  üçün  azacıq  da  olsa  fərqlilik  zəruridir.  Cümlələr  ayrı-

ayrılıqda informativlik xüsusiyyətinə malik deyildir. İnformasiya bütövlükdə cümlədə yox, məhz mətndə 

özünü göstərir. Mətn ümumiyyətlə, hər hansı bir informasiyanın oxucuya çatdırılmasına xidmət edir.  

İnformativliyin  əsas  məsələlərindən  biri  informasiyada  yenilik  məsələsidir.  Mətn  vasitəsilə 

müəllif hər zaman oxucuya yeni informasiyalar çatdırmağa çalışır. Lakin verilən məlumat oxucuların 

hamısı üçün eyni səviyyəli olmayacaq. Əgər oxuculardan və ya dinləyicilərdən biri üçün bu mətn yeni 

olub  özündə  hər  hansı  bir  informasiya  xarakteri  daşıyırsa,  digəri  üçün  bu  xəbər  əvvəlcədən  məlum 

olduğıı üçün heç bir informativ xüsusiyyətə malik olmaya bilər. Əgər bir oxucu hər hansı bir mətnlə 

ilk dəfə tanış olıırsa. onım üçün bu mətn maraq doğuracaq, bu mətndə verilən hər bir informasiya onun 

üçün  yeni  olacaq.  Lakin  digər  oxucu  artıq  eyni  mətnlə  tanışdır,  onun  məzmunu,  verilən  informasiya 

haqqında  müəyyən  təsəvvürü  var  və  onun  üçün  bu  mətndə  heç  bir  yenilik  yoxdur.  Yəni  müəyyən 

zaman  kəsiyində  yeni  olan,  bır  qədər  sonra  məluma  çevrilir.  Yeni  informasiya  ətraf  mühit  haqqında 

təsəvvürü, dəyişikliyi özündə cəmləşdirir. 

Subyektiv informasiya elə informasiyadır ki, bu zaman müəllif obyektiv olanı deyil, öz fikrində 

emosional və psixoloji olanı əks etdirir. Məsələn: hər hansı bir tarixi hadisəni, döyüşü elmi əsərlərdə 

müəllif  faktlarla,  dəlillərlə  göstərməyə  çalışırsa,  bədii  mətnlərdə  müəllif  bu  səhnəni  bədii  cizgilərlə, 

obrazlı şəkildə təsvir edir. Bu zaman mətn obyektiv deyil, subyektiv xarakter daşıyır. 

İ.R.Qalperin  informasiyanın  üç  növünü  ayırır:  tərkibi-faktual  informasiya,  tərkibi-konseptual 

informasiya və tərkibi-mətnaltı informasiya. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

919



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Tərkibi - faktual informasiya bizi əhatə edən cəmiyyətdə baş vermiş olan, baş verən və gələcəkdə 

baş  verəcək  həqiqət  və  ya  təxəyyül  olan  hadisələr,  proseslər,  faktlar  haqqında  məlumatı  özündə 

cəmləşdirir.  Belə  informasiya  bütün  mətn  növlərində  rast  gəlinir.  Bədii  mətnlərdə  informasiya 

hadisələrin  obrazlı  təsviri  ilə  çatdırılırsa,  elmi  mətnlərdə  daha  çox  faktlar,  dəlillər  informasiyanın 

doğruluğunu sübut edir. 

Tərkibi-faktual  informasiyada  müxtəlif  alimlərin  dünyagörüşü,  hər  hansı  məsələ  ilə  bağlı 

mühakimələri,  müxtəlif  faktların,  dəlillərin  gətirilməsi,  faktların  müqayisəsi,  qarşıya  qoyulan 

mürəkkəb  məsələlərin  mümkün  həlli  yolları,  hər  hansı  məsələnin  təhlilindən  çıxan  nəticələr  və  s. 

haqqında məlumat verilir.  

Tərkibi-konseptual informasiya oxucuya məfhumlar arasında mövcud olan münasibətləri, tərkibi-

faktual informasiyanın təsviri vasitələri, onların xalqın sosial, iqtisadi, siyasi, mədəni həyatında rolu, 

həmçinin  ayn-ayrı  fərdlər  arasındakı  münasibətlər,  onların  mürəkkəb,  psixoloji  və  estetik-idrak 

fəaliyyətləri haqqında müəllifin nöqteyi nəzərini çatdırır. 

Tərkibi-konseptual  informasiya  hər  zaman  kifayət  qədər  aydın  ifadə  olunmur.  Belə informasiya 

bütün əsərin məzmunundan kənarda qalır və cəmiyyətdə baş verən və yazıçının öz xəyal dünyasında 

yaratdığı  təsəvvürlərin,  göstərilən  münasibətlərin,  faktların,  hadisələrin,  proseslərin  bədii,  obrazlı 

mənasını dinləyiciyə təqdim edir. 

Qeyd  edək  ki,  tərkibi-konseptual  informasiya  bədii  mətnin  məzmunundan  kənarda  qalır,  yəni 

əsərin  ideyası  ilə  üst-üstə  düşmür  və  bədii  mətnlərdə  konseptual  informasiyanın  aşkarlanması  üçün 

oxucudan  məntiqi  fəaliyyət  tələb  olunur.  Elmi  mətnlərdə  rast  gəlinən  tərkibi-konseptual  informasiya 

isə kifayət qədər aydın ifadə olunur.Bədii əsər yalnız informasiya daşımır, o, söz  materialının xüsusi 

təşkilinə görə oxucuya estetik təsir göstərir. Mətndə bu və ya digər elementin üzə çıxarılması mətnin 

dilində əlavə düzülüşə səbəb olur. 

Tərkibi  konseptual  informasiya  mətnaltı  informasiya  daşıyır.  Müəllif  bəzən  öz  fikrini  oxucuya 

aydın şəkildə deyil, dolayı yolla çatdırmağa cəhd edir. Bunun üçün mətnaltı informasiyadan istifadə 

edir. Bunun müxtəlif səbəbləri ola bilər - tarixi şərait, siyasi vəziyyət, üstüörtülü tənqid və s. 

Mətnaltı  informasiya  dərhal  dərk  olunmaya  bilər.  Mətnə  ötəri  nəzər  saldıqda  əldə  edilən 

konseptual  informasiya  mətni  təkrar  oxuduqda,  mətnin  ayrı-ayrı  hissələrinə  diqqət  yetirdikdə  daha 

dərin  məzmun  kəsb  edir. Tərkibi-mətnaltı informasiya  daha  çox  bədii  mətnlərdə,  xüsusilə  poeziyada 

öz əksini tapır. 

Xəbər informasiyanın bir formasıdır və dinləyiciyə baş vermiş olan, danışıq anında baş verən və 

yaxın zamanda baş verəcək hadisələri çatdırır. Öz təbiətinə görə xəbər ekzistensialdır. 

Xəbər  dinləyicini  hər  hansı  yeniliklə  tanış  edir.  Xəbər  dəqiq,  konkret.  emosionallıqdan  kənar 

olmalıdır. İnformasiyanın bu formasına qəzetlərdə, radio və televiziya vasitələrində rast gəlinir. 

Xəbər  konseptualizmdən  uzaqdır,  buna  görə  də  emosional-subyektiv  xarakter  daşımır  və  bir 

dildən başqa dib asanlıqla tərcümə olunur. 

Bütün  mətnləri  funksional  üslublara  və  informasiyanın  xarakterinə  görə  təsnif  etmək  lazımdır. 

Diplomatik mətnlər - fakt, müqavilə, memorandium, nota, ərizə, protest, ultimatum və s., bədii mətnlər 

-roman,  hekayə,  povest,  təmsil,  şeir,  dram,  poema,  oçerk,  felyeton  və  s.,  publisistik  mətnlər  isə 

qəzetlərdə, jurnallarda dərc olunan qısa məlumat, xəbər, müsahibələr və s. kimi qruplaşdırılır. 

 

 

“KOROĞLU” DASTANINDA SÖZLƏRİN TOPONİMİKASI 

 

Qəmər CƏFƏROVA 

Bakı Slavyan Universiteti

 

kerimliaysel95@inbox.ru 

AZƏRBAYCAN

 

 

Dastanda  hadisələr  bir  çox  yerlərdə  baş  verir.  Bu  yerlərdən  Tűrkməni,  Qaradağ  torpağının 



Gőyçəbel deyilən yeri, Məşhədi, Çardaxlını gőrűrűk. Dastanı oxuyanda həm də gőrűrűk ki, hadisələr 

Tűrkiyə ərazisində baş verir. Amma bu yer adlarının Azərbaycanın bəzi bőlgələrinin adları olmasını 

xűsusilə  qeyd  edərdim.  Dastanda  işlənən  Çardaxlı  yer  adı  Gedəbəy  rayonunun  xűsusi  bir  kəndinin 

adıdır  və  Çənlibel  deyilən  yer  Şəmkir  ve  Gedəbəyin  arasındakı  dağdır.  Buraya  dəqiq  nəzər  salsaq 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

920



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

gőrərik  ki,  doğrudan  da  o  dağ  çox  vaxt  çənli  olur  və  ona  gőrə  də  oranı  Çənlibel  adlandırmışlar. 

Çardaxlı isə Çənlibeldən qalxandan sonra olan bir kənddir. Daha sonra dastanda Leşker sözü qoşun 

mənasında  işlənsə  də,  biz  məhz  elə  Gedəbəydə  Leşker  kendinin  olduğunu  görürük.  Amma  onu  da 

görürük ki, dastanda ən çox Türkiyə ərazisinin adları daha çoxdur. 

Dastanda işlənən və ən çox marağa səbəb olan söz “axtarma” sözüdür. Bu söz bəzi dialektlərdə 

və  ədəbi  dildə  tam  fərqli  mənada  işlənir.  Dastanda  isə  “qənimət”  kimi  işlənmişdir.  M.P.Vaqifin 

“Dağlar”  şeirində  “Axtarma  modalın,  qaymağın”  ifadəsi  də  tam  fərqli  mənadadır.  Burada  axtarma 

modal  kimi  işlənmişdir  və  yağın,  qaymağın  xüsusi  bir  növü  kimi  işlənmişdir.  Dastanda  isə  işlənən 

qənimət  sözü  axtar  sözü  ilə  bağlıdır,  axtarıb  qənimət  əldə  etmək,  çapıb,  talayıb  qənimət  əldə  etmək 

kimi  işlənmişdir.  Daha  sonra  isə  "cılxa"  sözünə  rast  gəlirik.  Bu  söz  eyni  olaraq  hal-hazırda  qərb 

bölgələri  dialektlərində  işlənməkdədir  ve  xalis,  təmiz  mənasını  verir:  Məs:  Bu  bal  cılxa  arı  balıdır. 

“çərdək”  sözü  də  eyni  olaraq  qərb  bölgesində  işlənməkdədir  ve  qara  arıq  olan  insanlara  deyirlər. 

Dastanda işlənən “Dəm” sözü zaman mənasında həm də “Dədə Qorqud” eposunda da işlənmişdir ve 

dialektlərmizdə  işlənməkdədir.  Dəlil,  didə,  donluk  sözləri  hal  hazırda  da  işlənir.  Eposda  dəlil  sözü 

nəsihət  kimi  işlənmişdirsə,  dilimizdə  dəlil-sübut  kimi  işlənir.Donluq  sözü  əmək  haqqı  kimi 

dislektlərdə işlənməkdədir. Dida-göz mənasında dastandakı qarşılıqnı tapmışdır. “Ənam” hədiyyə kimi 

işlənməkdədir.  “Ərgən”  sözü  isə  tam  fərqli  mənada  dialektlərimizdə  işlənməkdədir.  Əgər  dastanda 

gənc bir qız və ya oğlan kimi işlənirsədə dialektlərdə şıltaq, ərkəsöyün kimi işlənir(Şəmkir dialekti). 

“Gərdiş”  zəmanə  kimi  hal-hazırda  işlənməkdədir.  “Kar”  bu  söz  dialektlərdə  dastandakı  kimi  iş 

mənasında işlənməkdədir. Qulağı  eşitməyən  insanlara  isə  başqa cür deyilir.  Qanı,  qanmaq,  qancirqa, 

qənim,  laf,  ləkə,  ləşkər  kimi  sozler  dialektlerde  oz  əksini  tapmişdır.  Burada  işlənən  Ləşkər-qoşun 

mənasında işlənsə də həm yer adı kimi işlenmişdir. Gədəbəy rayonunun Ləşkər kəndi buna sübutdur. 

“Yazı”  çöl  mənasında  arxaizm  kimi  qalmişdir,  lakin  yazı  indi  öz  mənasında  işlənməkdədir.  Ziba, 

zimistan sözləri də bəzi dialektlərdə işlənir. 

Dastanda işlənən bu sözlərdən biri də “mürdəşir” sözüdür. Dastanda ölünü yuyan adama deyilir. 

Bəzi dialektlərdə isə vulqar ifadə kimi işlənir. “Bar” sözü meyvə kimi işlənmişdir, lakin bu söz həm də 

kəf  kimi  baramaq,  qıcqırmaq  kimi  dialektlərdə  mövcuddur.  “Qubar”  qəm-qüssə  kimi  hal-hazırda 

işlənmişdir. Məs; könlüm yaman çox qubarlanır. Dastanda işlənən son övlad sözü mənim fikrimə görə 

"san"  ad  sözündən  törəmədir.  Ad-san  ifadəsi  hal-hazırda  da  işlənməkdədir  ve  o  dövrə  görə  övlad 

nəslin  adı  hesab  olunurmuş.  Dastanda  işlənən  sər  -baş  sözü  də  sər  kimi  hələ  də  işlənməkdədir  ve 

sərdar, sərkar, sərkərdə v.s kimi sözlər bu sözdən törəmədir. 

Dastanda  işlənən  sözlərdən  biri  də 

dilarə  sözüdür.  "Dilarə"  gözəl,  yaraşıqlı  sevgili  kimi  işlənmişdir.  Bu  söz  dilimizdə  də  öz  əksini 

tapmışdır.  "Dəli"  eposda  igid,  cəngavər,  qəhrəman  kimi  işlənmişdir.  Hal-hazırda  isə  dəli-ağılı 

catmayan kimi işlənir. "Didar" üz, camal, görmə, ziyarət etmə kimi işlənmişdir. M.Ə.Sabirin "Görmə 

didarıni amandı" ifadəsi bu sözün dilimizdə öz yerini tapmasından xəbər verir ve dialektlərdə də öz 

əksini  tapır.  İşlənmiş  sözlərdən  biri  də  "pir"  sözüdür.  Bu  söz  qoca  mənasında  işlənmişdir,  lakin 

dilimizdə  "pir"  sözünün  mənasi  "müqəddəs"  deməkdir.  "Seyvan"  çadır,  günlük  kimi  dastanda 

işlənmişsədə, hal -hazırda seyvana, çıxmaq kimi tam başqa məna verir. 

Dastanda  işlənən  sözlərdən  biri  də  "nar"sözüdur.Bu  söz  dastanda  od,  atəş  kimi 

işlənmişdir.Dilimizdə  isə  bitki  adıdır.Dastanda  əsas  nəzərə  çarpan  sözlərdən  biri  də  sidq  ürək 

sözüdür.sidq sözü temiz ürekdən bağlanmaq kimi indi də işlənmişdir.Daha sonra isə "Sovqun"sözünə 

rast  gəlirik.Dastanda  Alı  kişinin  dilindən  deyilən  "ati  gecə-gündüz  çamurda,meşədə,çayda  çap 

ki,sovqunu  yatsin,  buradan  görürük  ki,bu  soz  mehz  sovqunu  yatsin  ,yəni  yorulsun,  bir  az  cetinliye 

qapılsın."sovqun"sözü Qazax dialektində daha çox işlənir.Daha cox dialektlərdə işlənən sözlərdən biri 

də  "qürrələnmək"sözüdür.Dastanda  yekəxana  hərəkət  etmək  kimi  işlənmişdir.  Eynilə  dialektlərdə  də 

bu cür işlənmişdir. 

Koroğlu dastanının “Bolu bəy” qolunda "Bolu bəy fürsəti “fota” verməyib yerindən qalıxıb dedi. 

Burada  “fot”sözü  bada  vermek  kimi  işlənmişdir.  Bu  söz  dilimizde  hal-hazirda  bəzi  dialektlərdə 

işlənməkdədir. Deyirlər ki, Koroğlu nə qədər iyid, mərd idisə bir o qədər "əyyar" idi. Burada işənmiş 

əyyar  sözü  bəzən  dilimizdə  işlədirik  ki,  o,  cox  ayar  adamdi  yeni  bir  növ  coxbilmiş  mənasinda  da 

işlənmişdir.Bu  söz  indi  də  işlənir  bəzi  bölgələrdə.  Dastanda  daha  bir  sözə  rast  gəlirik;  Mərd  igidlər 

"qovğa" günü düşəndə cümlədə qovğa günü savaş günu kimi işlənmişdir.Qovğa sözü hal- hazirda da 

işlənməkdədir “lovğa” kimi, yeni lovğalanib qovğalanmaq. Dastandakı "Bolu bəy" qolunda nə yorğan 

var  nə  də  “cecim”  burada  “cecim”  sözü  kilim  kimi  işlənmişdir  ve  bu  söz  daha  cox  Şəki  dialektində 

işlənməkdədir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

921



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

FONETİKANIN TƏDRİSİNDƏ ŞAGİRDLƏRİN ORFOQRAFİK 

VƏRDİŞLƏRİNİNFORMALAŞDIRILMASI YOLLARI 

 

İlahə ABDULLAYEVA 

Bakı Slavyan Universiteti 

ilahe-abdullayeva@inbox.ru 

AZƏRBAYCAN 

 

Şagirdlər istər  sinifdə, istərsə də  evdə çalışmalar  üzərində  işləyərkən,  bu  və  ya digər  bir sözün 



yazılışı  ilə  əlaqədar  bir  sıra  çətinliklərlə  qarşılaşırlar.  Bu  çətinliklərin  bir  qismi  müəyyən  orfoqrafik 

qaydanı  bilməməkdən  irəli  gəlirsə  ,digər  qismi  unutmaqdan  irəli  gəlir.  Şagirdlərin  bir  çoxu  sözləri 

necə  tələffüz  edirsə,  o  şəkildə  də  yazıya  tətbiq  edir.  Bu  cür  səhvlər  daha  çox  imla,  inşa,  ifadə 

yazılarında  meydana  gəlir.  Məhz  buna  görə  də  müəllim  hər  bir  bölməni  tədris  edərkən,həmçinin 

şagirdlərin  orfoqrafik  vərdişlərinin  formalaşdırılmasına  da  diqqət  yetirməlidir.  Fonetikanın  tədrisi 

zamanı  şagirdlər  təkcə  fonetikaya  aid  anlayışları  öyrənmir,həm  də  fonetika  ilə  bağlı  orfoqrafik  və 

orfoepik qaydalara praktik şəkildə yiyələnirlər. Müəllim sait və samitləri tədris edərkən şagirdlərə bəzi 

orfoqrafik qaydaları mənimsətməlidir. Saitlərin tədrisi ilə əlaqədar bir sıra orfoqrafik qaydalara nəzər 

yetirək:  1.  Yalnız  incə  saitlə,yalnız  qalın  saitlə,həm  qalın,həm  incə  saitlə  yazılan  sözlərin  yazılış 

qaydaları  2.  İkinci  hecasındakı  saiti  u  bəzən  də  ü  ilə  deyilən  sözlərin  i  ilə  yazılması:ümid,  müflis, 

müdhiş, müdir və.s. 3.O saitli alınma sözlərin a və o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılması: 

poeziya, poema, laborant və.s qaydaları öyrədilməlidir. 

Azərbaycan  dilində  bir  çox  ikihecalı  sözlər  vardır  ki,onlara  saitlə  başlayan  şəkilçi  artırdıqda 

sonuncu  sait  düşür.Məs:  qəbir,  qədər,  zehin,  izin,  onur,  səbir  və.s.  Dilimizdə  eyni  formalı  milli 

sözlərimiz  vardır  ki,  onlara  ancaq  samitlə  başlayan  mənsubiyyət  şəkilçiləri  artırdıqda  sonuncu  sait 

düşür. Məs: alın, burun, boğaz, oğul, oyun və.s. Saitlərlə yanaşı samitlərin öyrədilməsində də bir neçə 

orfoqrafik qaydanı şagirdlərə mənimsətmək lazımdır. 1.Sonu q və k hərfləri ilə bitən sözlərimizə saitlə 

başlayan  şəkilçi  artırdıqda  q,  ğ-ya,  k,  g-ya,  t,  d-ya  çevrilməsi:papaq-papağın,  oxut-oxutdur  və.s. 

2.Sonu qoşa samitlə bitən iki və çoxhecalı alınma sözlərin bir samitlə yazılması: ekspres, sərhəd, metal 

və.s. 3.İki saitin arasında gələn qoşa samitlərin qoşa samitlə yazılması: kassa, kəmiyyət, nəqqaş və.s. 

4.Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlərin n ilə yazılması: anbar, zənbil, şənbə, 

günbəz.  Lakin  istisnaları  da  qeyd  etmək  lazımdır.  Bu  istisnalara  kombinat,  pambıq,  kömbə  sözlərini 

misal göstərmək olar. 

Fonetika bölməsində tədris olunan mövzulardan biri də vurğudur. Bu mövzunu nəinki şagirdlər, 

hətta bəzi müəllimlər də çətin mənimsəyirlər. Müəllim şagirdlərə Azərbaycan dilində vurğunu sözün 

son  hecasındakı  saitin  üzərinə  düşdüyünü  qeyd  etməlidir.  Məs:  dirsə`k,  qarda`ş  və.s.  Azərbaycan 

dilində vurğunun yeri sabitdir. Bir sıra alınma sözlər dilimizin fonetik normasına uyğunlaşdırılmış və 

onlarda vurğu son hecaya düşür. Məs: institu`t, telefo`n, apte`k və.s. Vurğusu sözün ilk saitin üzərinə 

düşən sözlər: o`pera, ko`mpas, A`fina, de`lta, a`mma. Belə bir sual meydana gəlir. Vurğunu nə üçün 

şagirdlərə öyrətmək lazımdır? Ona görə ki, vurğunun öyrədilməsi, sözlərdə vurğunu düzgün işlətmək 

nitq  mədəniyyəti  baxımından  əhəmiyyətlidir.  Çünki  sözlərdə  vurğunun  yerini  dəyişəndə  o  sözün 

mənası da dəyişir: gə`lin-gəli`n, s`üzmə-süzm`ə, a`lma-alm`a və.s. Şagirdlərə izah etmək lazımdır ki, 

sözdə  vurğunun  yerini  müəyyənləşdirmək  üçün  müqayisədən  geniş  istifadə  etmək  lazımdır. 

Co`ğrafiya-coğra`fiya-coğrafi`ya-coğrafiya`.  Yuxarıda  qeyd  etdiklərimdən  belə  nəticəyə  gəlmək  olur 

ki, orta məktəbdə fonetika əslində orfoqrafiya və orfoepiya ilə qarşılıqlı əlaqədə öyrənilir. Buna görə 

də fonetika təliminin orfoepik və orfoqrafik vərdişlərinin yaradılmasında böyük rolu vardır. 



 

 

 

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

922



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

DİLİN FONOLOJİ SİSTEMİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİNİN   

ƏSAS MEYARLARI 

 

Səbinə ƏLİYEVA 

Azərbaycan Dillər Universiteti 

aliyevasabina84@gmail.co

AZƏRBAYCAN 



 

Dilin  fonem  tərkibinin  müəyyənləşdirilməsində  onların  sintaqmatikada  reallaşması  nəzərə 

alınmalıdır.  Sistemdə  vahidlərin  qarşılaşması  eyni  differensial  əlamətlərə  əsaslandığı  halda, 

sintaqmatikada  qarşılıqlı  münasibət  qarşılaşma  diapazonunu  variativlik  baxımından  genişləndirir  və 

buraya differensial  əlamətlərlə yanaşı inteqral  əlamətlər də daxil olur, başqa sözlə, sistem  və danışıq 

səviyyələrində  dil  vahidləri  arasındakı  paradiqmatik  və  sintaqmatik  münasibətlər  bir-birini  qarşılıqlı 

şəkildə şərtləndirir və tamamlayır. 

Sintaqmatikada dil vahidlərinin birləşməsi dilin universal əlamətidir və buna görə də fonemlərin 

birləşmə  qaydaları  onun  sistem  və  struktur  xüsusiyyətlərinin  təsvirində  fonem  tərkibindən  az 

əhəmiyyət  kəsb  etmir.  Danışıq  aktında  fonemlərin  distribusiyasını  digər dilin faktları  ilə izah  etmək 

düzgün deyil, yəni hər bir dil öz arxitektonikası əsasında təsvir edilməlidir.  

Fonemlərin  kombinatorikasının  reallaşmasını  şərtləndirən  ierarxiklik  və  xəttilik  dilin  immanent 

xüsusiyyətidir. Sintaqmatikada fonem birləşmələri arasındakı qanunauyğunluqların öyrənilməsi dillər 

arasındakı  genetik  əlaqələrin,  həmçinin  dilin  sistemdaxili  münasibətlərinin  açılıb  göstərilməsinin 

yeganə yoludur. Qeyri-ana dilini öyrənərkən çətinlik törədən təkcə ana dili ilə öyrənilən dil arasındakı 

sistem və struktur fərqləri deyil, eyni zamanda qarşılaşan dillə ana dili vahidlərinin hər birinin əlaqəyə 

girmə imkanları arasındakı fərqlərdir.  

Danışıq  zəncirində  fonemlərin  heca  daxilində  birləşmələrində  müəyyən  qanunauyğunluqlar 

vardır.  Sistemdə  fonemlər  arasında  kombinator  münasibətləri  təyin  etmək  üçün  fonemin  digər 

fonemlərlə  əlaqəsinə,  birləşmələrdə  samitlərin  reallaşma  ardıcıllığına  və  nəhayət,  bir  heca  daxilində 

fonemlərin tərkibinin müəyyən edilməsinə diqqət yetirmək lazımdır. Fonotaktikanın təsvirində hər bir 

fonem  üçün  mövqe  (pozisiya)  və  fonemin  reallaşdığı  fonetik  əhatənin,  yəni  onun  digər  fonemlərlə 

qarşılıqlı  münasibətlərinin  öyrənilməsi  də  vacib  amillərdəndir.  İstənilən  dildə  fonem  birləşmələri 

bütün  dillər  üçün  ümumi  əlamətlərlə  yanaşı,  konkret  dil  üçün  əhəmiyyətli  olan  möhkəm  dildaxili 

qanunlara da tabedir. Hər bir dil səciyyəvi heca modellərinə və hecada müəyyən mövqelərdə bu və ya 

digər səslərin işlənməsinin xarakterik məhdudiyyətlərinə malikdir. 

Linqvistik  araşdırmalar  göstərir  ki,  mənalı  elementlərin,  yəni  morfemlərin  özləri  də  mənaya 

malik olmayan və yalnız tələffüz elementləri kimi çıxış edən fonemlərə bölünürlər ki, onların da fərqli 

kombinasiyaları dilin mənalı vahidlərini yaradırlar. Sistemdə formalaşmış bu “boş” fonemlər istənilən 

dilin təməlini təşkil edirlər. 

Dilin  fonotaktik  xüsusiyyətləri  heca  inventarına  təsir  edən  ən  mühüm  amillərdəndir,  lakin  dilin 

fonotaktikasını bilmək hələ heca sərhədini, xüsusən də danışıq dinamikasını dəqiq təyin etmək üçün 

kifayət  deyildir.  Çünki  söz  daxilində  hecalanma  məna  ilə  bağlı  deyil,  o  semantikləşməmişdir,  buna 

görə də onu tutmaq çox çətindir.  

Sintaqmatikada  fonemlərin  düzümündə  müəyyən  qanunauyğunluqlar  həm  samit+sait,  həm  də 

sait+samit  ardıcıllığında  özünü  büruzə  verir.  Bu sahədə  german  dillərinə  xas  olan  ən  ümumi  əlamət 

fonemlərin bir heca əmələ gətirərək tələffüz vahidi kimi çıxış edə bilməsidir. Heca fonemlərin realiza-

siyası üçün ən münasib fonetik sahədir. Hecaya prosodik vasitələrin köməyilə sait+samit və ya əksinə 

növbələşməsi kimi yanaşmaq olar. 

Dilin fonoloji təsviri əsas iki aspekti əks etdirir: fonemlər sisteminin təsviri və dilin quruluşunun 

təsviri.  Dilin  fonoloji  təsviri  təkcə  fonemlərin  uyğun  qaydaları  ilə  məhdudlaşmamalıdır,  ayrı-ayrı 

fonoloji  vahidlərin  tətbiqinin  intensivliyini  araşdırmaq  lazımdır:  1)  fonemlər  sistemində  2)  sözün  və 

söz birləşmələrinin qurulmasında 3) nitq axınında.  

Sintaqmatikada  fonemlərin  kombinatorikası  həm  də  morfoloji  mövqe  ilə  şərtlənir.  Burada  iki 

məqama  diqqət  yetirmək  vacibdir:  morfem  daxili  və  morfem  qovuşuqları.  Morfem  daxilində  fonem 

birləşmələrində  müəyyən  məhdudiyyətlər  müşahidə  edilir.  Məsələn,  Azərbaycan  dilində  bir  morfem 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin