The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---106---
Demoqrafik hissəyə: respondenti xarakterizə edən suallar daxildir
Məsələn: ad, yaş, sosial vəziyyət, cinsi, ünvan və s.
Əsas hissəyə: Tədqiqatın əsas məqsədini həll etməyi mümkün edən suallar daxil edilir. Anketdəki
sualların xarakteri anketləşdirmənin növünü müəyyən edir.
Anketləşdirmənin növü aşağıdakılardır:
1.
Birbaşa və dolayı anketləşdirmə
2.
Şərtli və şərtsiz anketləşdirmə
3.
Açıq və qapalı anketləşdirmə
4.
Əyani və qiyabi anketləşdirmə
5. Fərdi və qrup halda olan anketləşdirmə
6. Şəxsi və anonim anketləşdirmə [1.səh 14].
İndi bu növləri aydınlaşdıraq.
Birbaşa anketləşdirmə - Respondentin tədqiqatların obyekti haqda birbaşa cavablarını tələb edən
sualları daxil edir. Məsələn: Siz idman etməyi xoşlayırsınızmı?
Dolayı anketləşdirmə - Respondentin seçə biləcəyi cavablarla sualları daxil edir. Məsələn: Sizin
fikrinizcə məşq yükünü artırsaq nəticəsi nə olacaq: yaxşı yoxsa pis?
Şərtli anketləşdirmə - Müəyyən şərtlə əməl etməklə respondentin cavablarını tələb edən suallardan
ibarətdir. Məsələn: Testlərdən sonra dözümlülük səviyyəsində əhəmiyyətli dəyişiklik olsa məşğələlərin
xarakterini dəyişmək lazımdırmı?
Şərtsiz anketləşdirmə - Buradakı sualların cavablarına heç bir şərt qoyulmur. Məsələn: Seçdiyiniz
peşədən razısınız?
Açıq anketləşdirmə - Buradakı sualların cavablarına heç bir məhdudiyyət qoyulmur. Məsələn: dərsin
gedişi haqda nə fikirləşirsən?
Qapalı anketləşdirmə - buradakı sualların bir neçə mümkün cavabları olur. Məsələn: İdmanla fərdi,
kollektiv yoxsa qrup halda məşğul olmağı sevirsən?
Əyani anketləşdirmə - Respondent anketi tədqiqatçının iştirakı ilə doldurur (yəni məsləhətləşib
fikrini öyrənə bilər).