HƏNDBOLÇULARIN ÇOXİLLİK HAZIRLIQ SİSTEMİNİN TƏŞKİLATİ STRUKTURU Əliyeva Fəridə Eynulla qızı Baş müəllim
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Orcid id: 0000-0001-7741-1279
Abstract: The effectivenes of the long-term training process of handball players depends, first of all,
on the correct distribution of time allotted for different types of training. As a rule, at the stage of preliminary
training, the main priority is given to general physical training. When planning a long-term training process, it
is very important to strictly observe the principle of gradually increasing the load and intensity. At this time,
training loads should correspond to the functional capabilities of the athlete.
Key words: handball player, orqanization, age, preparation, sport, handball, school.
Həndbolçuların çoxillik hazırlıq sistemi ardıcıl və bir-biri ilə sıx əlaqəli mərhələlərə bölünən
uzunmüddətli bir prosesdir: ibtidai hazırlıq (8-12 yaş); xüsusi hazırlığı (12-18 yaş); idman təkmilləşməsi və
yüksək idman ustalığı (19-30 yaş). Həndbolçuların çoxillik hazırlıq sisteminin təşkilati strukturu üç
mərhələdən ibarətdir:
1)
ümumtəhsil məktəblərində bədən tərbiyəsi bölmələri, şagirdləri sistemli olaraq həndbol dərslərinə cəlb
etmək, bu oyunun ilkin bacarıqlarını mənimsəməyə kömək etmək, uşaq-gənclər idman məktəbləri
üçün istedadlı uşaqları aşkar etmək;
2)
olimpiya ehtiyatlarının ixtisaslaşdırılmış uşaq-gənclər idman məktəbləri, ixtisaslaşdırılmış internat
məktəbləri, region və şəhər dövlət təşkilatlarının bədən tərbiyəsi və idman şöbələri;
3)
orta ixtisas təhsil müəssisələrinin, texnikumların, ali təhsil müəssisələrinin, yüksək idman ustalığı
məktəblərinin, idman klublarının və bədən tərbiyəsi kollektivlərinin bölmələri.
Düzgün təşkil olunmuş məşq prosesində 8-10 yaşlı uşaqlar həndbol oynamaq üçün lazım olan motor
bacarıqlarını və qabiliyyətlərini mənimsəməyə qadirdilər. Dərslər uşaqların fiziki inkişafına və onların
sağlamlığına müsbət təsir göstərir. İdmançılar 8-10 il həndbolla məşğul olandan sonra – 19-21 yaşlarında
yüksək idman nəticələri nümayiş etdirirlər. Gənc həndbolçuların yetişdirilməsi prosesində uşaqların yaş
xüsusiyyətlərini nəzərə almaq və təlim-tərbiyə işlərinin düzgün planlaşdırılması mühüm rol oynayır. Bunları
nəzərə alaraq uşaq-gənclər idman məktəblərində müxtəlif yaşda olan uşaq qrupları fəaliyyət göstərməlidir
(Игнатьева, 2016: s.209).