The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---105---
Həndbol şağirdlərin proqramlarına daxil edilmişdir və buna görə də bu oyunla ilkin tanışlıq
ümumtəhsil məktəblərindən başlayır. Məktəbdə təlim-tərbiyə işləri müəllimlərin, məşqçilərin və təlimatçıların
rəhbərliyi altında ibtidai hazırlıq bölmələrində və qruplarında aparılır. Bölmənin vəzifələri təkcə uşaqları
sistemli həndbol dərslərinə cəlb etmək və oyunun ilkin bacarıqlarını mənimsəməyə kömək etmək deyil, həm
də uşaq-gənclər idman məktəbləri üçün istedadlı uşaqların aşkar edilməsidir (Игнатьева, 2013: s.43).
Hazırlıq qrupuna fiziki qüsuru olmayan və bədən tərbiyəsi müəllimi tərəfindən tövsiyə olunan
şagirdlər qəbul edilir. Təlimin birinci ilinin əsas vəzifəsi - uşaqların həndbol oyununa uyğunluğunu müəyyən
edilməsidir. Təlimin ikinci ilində isə - iştirak edənlərin fərdi xüsusiyyətlərini müəyyən edilməsidir. Müəllim-
məşqçi təlimin birinci ilində uşaqların fərdi qabiliyyətlərini, tibbi müayinənin nəticələrini və tədris materialının
mənimsənilmə səviyyəsini öyrənir. Altı aylıq təlim-məşq prosesindən sonra fiziki və texniki hazırlıq
göstəricilərinin artım dinamikasını müəyyən etmək üçün normativlər götürülür. Sınaq testləri mütəmadi olaraq
– mərhələli pedaqoji nəzarət kimi hər iki-üç aydan bir aparılmalıdır (Латышкевич, 1988: s.22).
Şagirdlərin həndbola uyğun olub-olmamasına uşaq-gənclər idman məktəblərinin aparıcı
məşqçilərinin fikirləri və rəyləri daxil edilməlidir. İbtidai hazırlıq qrupuna keçmək üçün şagirdlər birinci və
ikinci hazırlıq təlim ilinin uşaq-gənclər idman məktəblərinin proqramında müəyyən edilmiş tələblərinə uyğun
olaraq keçid imtahanları verirlər.
Uşaqlarla işləyərkən onların nəinki həndbolla, həm də digər idman növləri ilə də məşğul olmaq istəyini
artırmaq lazımdır. Bu uşaqların hərtərəfli fiziki hazırlığını artırmağa kömək edəcək, həm də onlara fiziki
fəaliyyətin müxtəlif növlərində güclərini sınamağa, qabiliyyətlərini nümayiş etdirməyə və idmandakı
istiqamətini müəyyən etməyə imkan verəcəkdir.
Gənc həndbolçuların çoxillik hazırlıq prosesində (uşaqların yaşını nəzərə almaqla) düşünülmüş və
planlaşdırılmış yanaşma tələb olunur. Buna ğörə də, uşaq-gənclər idman məktəblərində müxtəlif yaşlı
uşaqlardan ibarət qruplar fəaliyyət göstərir ki, burada dərslər məşq tapşırıqlarının xüsusiyyətləri ilə xarakterizə
olunur.
Ədəbiyyat 1.
Зайцев, Ю. (2020). Подготовка юных гандболистов. - Москва: Спорт. - 192 s.
2.
Игнатьева, В. (2016). Примерная программа спортивной подготовки по виду спорта «Гандбол». - Москва: Сарма. - 152 s.
3.
Игнатьева, В. (2016). Теория и методика гандбола. - Москва: Спорт. - 328 s.
4.
Игнатьева, В. (2013). Подготовка игроков в гандбол в спортивных школах. - Москва: Советский спорт. - 288 s.
5.
Игнатьева, В. (1996). Гандбол. - Москва: Физкультура, образование и наука. - 314 s.
6.
Игнатьева, В. (2015). Средства подготовки игроков в гандбол. - Москва: Спорт. - 160 s.
7.
Кубраченко, А. (2010). Гандбол. - Киев: Полиграфкнига. - 415 s.
8.
Латышкевич, Л. (1988). Гандбол. - Киев: Выща школа. - 199 s.