Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə134/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   130   131   132   133   134   135   136   137   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---102--- 
teхnologiyasından prinsipial şəkildə fərqləndiyi kimi, bu və ya digər layihə üzərində iş də layihə metodundan, 
başqa sözlə, müəyyən nəticələrin əldə olunması üçün şagird və tələbələrin müstəqil fəaliyyətinin təşkili 
üsullarından fərqlənir.
Layihə metodunun həyata keçirilməsinin hazırlıq mərhələsi alman pedaqoqları tərəfindən “Freie 
Arbeit” (“Sərbəst iş”) adlandırılmışdır. Sərbəst iş layihə metodunun ayrılmaz hissəsi olmaqla şagirdlərin və ya 
tələbələrin tədris proqramı çərçivəsində müstəqil fəaliyyətini özündə birləşdirir. Layihə metodu ilə sərbəst işin 
vəhdəti danılmazdır. “Müstəqil iş” və “Layihə metodu ilə tədris” məfhumlarının analizi onların üç cəhətdən 
vəhdət təşkil etdiyindən хəbər verir: məzmun, metodiki və sosial (Richards, Rodgers, 2001: p. 6-9).
Məzmun cəhətdən müstəqil iş daha çox müəllim tərəfindən qoyulan tapşırıqların yerinə yetirilməsinə 
yönəlir. Planlaşdırma və qərar qəbul etmə imkanlarının mərhələli açılışı, müvafiq bilik və bacarıqların 
mənimsənilməsi şüurlu münasibətlərin yaranmasına səbəb olur. Bununla isə layihə metodu ilə tədris 
prosesində fəal iştirak etmək imkanı yaranır. Bu zaman şagird və ya tələbədə tədqiqatçı mövqeyi formalaşır 
və o özünün müstəqil kəşfinin dərketmə subyekti rolunu oynayır.
Metodiki nöqteyi-nəzərdən müstəqil iş planlaşdırmanın fərdi keyfiyyətlərinə yiyələnmənin ilkin 
mərhələsi kimi çıxış edir. Materialların mənimsənilməsində mərhələli təlimlər, metod və vasitələrin 
rəngarəngliyi, uğurlu fəaliyyət, müəyyən müsbət nəticə əldə etdikdən sonra sevinc hissləri və digər amillər 
uzunmüddətli və şəbəkə formasında əldə olunan biliklərin əsas məğzini təşkil edir.
Sosial sahədə müstəqil iş fərdin sosial mühitdəki mövqeyini möhkəmləndirir. Şagird və ya tələbənin 
qoyulan tapşırıqla mümkün qədər daha dərindən tanış olmaq istəyi və problem yarandıqda birbaşa müəllimə 
deyil, əvvəlcə şagird və ya tələbə yoldaşına müraciət etmək arzusu layihə metodunun ayrılmaz hissəsidir.
Layihə metodundan istifadənin əsas tələblərinə bunları aid etmək olar: 
1.
Biliklərin inteqrasiyasını, yaradıcı axtarışı tələb edən problem və tapşırıqların mövcudluğu; 
2.
Güman edilən nəticələrin praktiki, nəzəri, dərketmə nöqteyi-nəzərindən əhəmiyyətliliyi; 
3.
Şagird və tələbələrin müstəqil (fərdi, iki nəfərlə, qrup şəklində) fəaliyyəti; 
4.
Layihənin məzmununun strukturlaşdırılması (nəticələri mərhələlərlə göstərməklə); 
5.
Fəaliyyətin müəyyən ardıcıllığını nəzərdə tutan tədqiqat metodlarından istifadə; 
6.
Problemin əsas məğzinin və ondan irəli gələn tədqiqat vəzifələrinin (birgə tədqiqat metodunun 
gedişində “beyin həmləsi” (brainstorming), “dəyirmi stol” metodlarından istifadənin 
müəyyənləşdirilməsi;
7.
Onların həllinə dair fərziyyənin irəli sürülməsi;
8.
Tədqiqat metodlarının müzakirə edilməsi (statistik, eksperiment, müşahidə və s.);
9.
Əldə olunan yekun nəticələrin müəyyən formaya salınması (təqdimat, müdafiə, yaradıcı hesabat, baхış 
və s.); 
10.
Əldə olunan nəticələrin toplanması, sistemləşdirilməsi və analizi;
11.
Yekun nəticələrin müəyyənləşdirilməsi, nəticələrin müəyyən formaya salınması, onların təqdimatı;
12.
Mülahizələr, yeni tədqiqat problemlərinin irəli sürülməsi. 
Məhz layihə işi çərçivəsində fənlərarası və sahələrarası perspektivlər inkişaf etdirilə bilər. Layihə-
əsaslı tədris zamanı, dil öyrənciləri praktiki cəhətdən əlaqəli məsələlərlə məşğul olurlar. Onlar nəzəri bilikləri 
konkret tapşırıqlara tətbiq etməyi öyrənirlər. Bəs, görəsən, layihə metodunun öyrənmə prosesinin keyfiyyətini 
artırmaq baxımından əhəmiyyəti nədən ibarətdir?
Bu suala cavab verərkən qeyd etmək lazımdır ki, layihə-əsaslı tədris öyrənmə və motivasiya yaratma 
baxımından bir sıra psixoloji üstünlüklərə malikdir. Belə ki, ənənəvi tədris üsullarında mövzu əsaslı məzmun 
adətən yoxlama-imtahan sistemi vasitəsilə xarici faktorlarla motivasiya yolu ilə mənimsənilir. Başqa sözlə, 
sözü gedən tədris prosesində məzmun öyrəncilərin daha təbii və daha sərbəst şəraitdə mənimsədikləri 
bacarıqlara nisbətən daha az intensivliklə emal edilir və yadda saxlanılır.
Layihə üzərində müstəqil üsullarla iş isə öyrəncilərin motivasiyasının artmasına rəvac verir. 
Müstəqil iş müvəffəqiyyət hissi aşıladığından, motivasiyanın artması öyrənmənin keyfiyyətinə müsbət təsir 
göstərə bilər. Başqa sözlə, layihə işi mürəkkəb problemlərin müstəqil şəkildə həllinə əsaslanır. Öyrəncilərin 
yaddaşında ən uzun müddətə həkk olunan məlumatlar onların birbaşa interaktiv iştirak və əməkdaşlıq 
şəraitində mənimsədikləri məlumatlardır. Bu baxımdan, layihə metodu öyrənmə intensivliyinə müsbət təsir 
göstərən könüllü fəaliyyət üsulu kimi xarakterizə edilə bilər. Bunun əksi olaraq, passiv şəkildə mənimsənilən 
məlumatlar daha tez unudulur.
Uşaqların yaş və inkişaf psixologiyası ilə məşğul olan psixoloq A. Zimnyaya biliklərin 
mənimsənilməsini inşaat fəaliyyəti ilə müqayisə edir. Onun fikrincə, bilik əldə etməyə can atan şəxs “dünya” 
üzərində iş aparmalı və öz səyləri nəticəsində onu aktiv şəkildə mənimsəməlidir (Зимняя, 2004: c. 86). 
Yuxarıda sadalananları nəzərə almaqla aşağıdakı nəticələrə gəlmək mümkündür: 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin