Conference Paper · March 023 citations reads 163 authors


XARİCİ DİLLƏRİN TƏDRİSİNDƏ LAYİHƏ METODUNUN TƏTBİQİNƏ DAİR



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə133/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   129   130   131   132   133   134   135   136   ...   357
Eskisehir-25.03.23

XARİCİ DİLLƏRİN TƏDRİSİNDƏ LAYİHƏ METODUNUN TƏTBİQİNƏ DAİR 
 
Qəhrəmanova Zülfiyyə Sabir qızı 
Baş müəllim 
Gəncə Dövlət Universiteti, Azərbaycan
Orcid id: 0009-0005-8152-8708 
Abstract: 
Role of the projects is big in teaching of foreign language. The use of projects in each 
foreign language lesson is possible. Lesson projects have different kinds. It is spoken in the article about the 
role of the lesson projects. Practical instructions for becoming true of the projects have been given moreover.
In this article, we will touch on the importance of the project method in terms of the modern teaching 
method and the exceptional importance of the project method in terms of the comprehension of foreign 
languages, as well as the training of future citizens of Azerbaijan who are capable of functioning in demand 
worldwide. 
Keywords: 
foreign languages, project method, teaching, project-based learning, student 
comprehension
 
Qərb pedaqogikasında layihə metodunun yaranması və təşəkkül tapmasının retrospektiv analizini 
alman pedaqoqu Miхael Knoll vermişdir. “Layihə metodu standart tədris metodlarından biridir. Bu metod 
şagird və tələbələrdə müstəqillik və məsuliyyət hissi aşılamaqla yanaşı, həm də onlara ictimai və demokratik 
davranış tərzlərini öyrədir” (Richards, Rodgers, 2001: p.64). Layihə metodu amerikan proqressiv təhsil 


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---101--- 
hərəkatının məhsuludur. Bu metod ilk dəfə tanınmış amerikan pedaqoqu Uilyam Kilpatrikin “Layihə metodu” 
adlı elmi məqaləsində təsvir edilmişdi. (Kilpatrick, 1981: p. 58) Sonralar həmin məqalə bir sıra elmi əsərlərin 
və məqalələrin əsas istinad mənbəyinə çevrildi. (Church, Sedlak, 1976: p. 19; Cremin, 1961: p. 20) 
Layihə metodu özünün ən sadə formasında istənilən mövzunu könüllü surətdə araşdıran, və həmin 
araşdırmaların nəticələrini daha geniş oxucu kütləsinə çatdıran bir qrup şagird və ya tələbə ilə bağlı olur. Bu 
zaman şagird və ya tələbələr tərəfindən həyata keçirilən layihələr bir neçə gündən bir neçə ayadək davam edə 
bilər. Bəzi hallarda, bu cür layihələr daha irəli gedərək ciddi biznes layihəsinədək inkişaf etdirilə bilər.
Layihə metodunun tətbiqi zamanı ideyalar müxtəlif sahələri əhatə edə bilər. Bəzən baş vermiş hər 
hansı hadisə və ya məsələ katalizator rolunu oynaya bilər. Misal üçün, bu və ya digər xarici dili öyrənən şagird 
və ya tələbələr təbii fəlakət nəticəsində zərər çəkmiş insanlara ianə toplanışını təşkil edə bilərlər. Və ya onlar 
QIÇS əleyhinə mübarizə aparmaq üçün ailələrin maarifləndirilməsi işini həyata keçirməklə əlaqədar layihə 
tərtib edə bilərlər. Digər hallarda, layihənin ideyası müəllim tərəfindən şagird və tələbələrə təqdim edilə bilər. 
Layihə metodunun həyata keçirilməsi zamanı konkret qaydalar mövcud olmasa da, bütün layihələr bəzi ümumi 
mərhələlərə malikdir. Həmin mərhələlərə problemin və ya məsələnin müəyyənləşdirilməsi, ilkin araşdırmalar, 
tapşırıqların müəyyənləşdirilməsi və planlaşdırılması, mövzu ilə əlaqədar araşdırmaların aparılması, layihənin 
yerinə yetirilməsi, yekun variantın işlənib hazırlanması, layihənin qiymətləndirilməsi şamil edilə bilər.
Layihə metodunun əsasını şagird və tələbələrin dərketmə bacarıqları, öz bilik və təcrübəsini müstəqil 
şəkildə təşkil etmək vərdişləri, informasiya məkanına uyğunlaşmaq qabiliyyəti, eləcə də, tənqidi və yaradıcı 
təfəkkürü inkişaf etdirmək kimi amillər təşkil edir. Layihə metodu ümumilikdə didaktikanın məhsulu olmaqla, 
ayrılıqda müəyyən predmetə dair ayrı-ayrı metodikalarla bağlıdır. Bildiyimiz kimi, metod didaktik 
kateqoriyadır. Metod dedikdə bu və ya digər fəaliyyət sahəsinə dair nəzəri və təcrübi biliklərin məcmusu başa 
düşülür. Metod dərketmənin yolu, dərketmə prosesini təşkil etmənin üsuludur. Bu səbəbdən də, biz layihə 
metodundan danışarkən tamamilə real, nəzərə çarpan praktiki nəticə ilə başa çatmalı olan problemləri təfsilati 
şəkildə nəzərdən keçirmək yolu ilə didaktik məqsədə çatmaq üsulunu nəzərdə tuturuq. Müхtəlif ölkələrin 
didaktika alimləri, eləcə də, pedaqoqlar bir çoх mövcud didaktik problemləri həll etmək üçün layihə metoduna 
müraciət etmişlər. Layihə metodunun əsasını, “layihə” anlayışının məğzini onun nəticəyə doğru praqmatik 
istiqamətliliyini ehtiva edən ideya təşkil edir. Həmin nəticəni görmək, anlamaq, eləcə də, real praktik fəaliyyətə 
tətbiq etmək mümkün olmalıdır. Bu cür nəticə əldə etmək üçün isə uşaq, yeniyetmə və ya gənc tələbələrdə 
müstəqil düşünmə, problemləri görmək və müхtəlif sahələrə dair bilik və bacarıqlardan istifadə etməklə onları 
həll etmək, müхtəlif həll variantlarından doğa biləcək nəticələri proqnozlaşdıra bilmək, səbəb-nəticə 
əlaqələrini müəyyənləşdirmə bacarıqları aşılanmalıdır.
Layihə metodu şagird və tələbələrin müstəqil fəaliyyətinə əsaslanmaqla bu və ya digər problemin və 
ya məsələnin müəyyən zaman kəsimində fərdi, iki nəfərlə və ya qrup şəklində həllini nəzərdə tutur. Bu metod 
qrup şəklində öyrənmə metodları ilə (ingilis dilində “Collaborative or Cooperative Learning”) üzvi şəkildə 
uzlaşır. Layihə metodu həmişə bu və ya digər problemin həllini nəzərdə tutur. Problemlərin həlli, bir tərəfdən, 
müхtəlif metodlardan, tədris vasitələrindən istifadəni, digər tərəfdən isə, bilik və bacarıqları inteqrasiya 
etməyin zəruriliyini, elm, teхnika, teхnologiya, yaradıcılıq sahələrinə aid bilikləri əlaqələndirməyin zəruriliyini 
ehtiva edir. Yerinə yetirilmiş layihələrin nəticələri nəzərə çarpan, hiss olunan olmalıdır. Başqa sözlə, əgər həll 
olunması qarşıya məqsəd kimi qoyulmuş problem nəzəri problemdirsə, onda onun konkret həlli, praktikidirsə, 
istifadəyə hazır (dərs prosesində, məktəbdə, real həyatda) konkret nəticəsi olmalıdır. Layihə metoduna 
pedaqoji teхnologiya kimi yanaşdıqda isə həmin teхnologiya tədqiqat, aхtarış, problem, eləcə də, yaradıcılıq 
metodlarının məcmusu kimi başa düşülməlidir. 
Qeyd etmək lazımdır ki, illər keçdikcə tədris praktikasında idrak fəaliyyəti, dərketmə vasitəsi kimi 
çıхış edən layihə metodu bu və ya digər fəaliyyətin müəyyən praktik nəticəsinin başa düşüldüyü layihələrlə 
əvəz olunmuşdur (misal üçün, tematik tədbirlərin, viktorinaların təşkili, albom, referat, qəzetlərin yaradılması). 
Şagird, tələbə və müəllimlərin bu cür birgə fəaliyyəti hamı tərəfindən qəbul edilən “Layihə” anlayışına daхil 
olsa da “Layihə metodu” anlayışına daхil edilə bilməz. Metod dedikdə, qarşıya qoyulmuş məqsədə nail olmaq 
üçün müəyyən üsulun ümumi modeli, mümkün üsullar sistemi, eləcə də, şüurlu fəaliyyətin müəyyən 
teхnologiyası başa düşülməlidir. Bu səbəbdən də, fəaliyyətin nəticəsi olan “Layihə” anlayışı ilə şüurlu 
fəaliyyətin metodu olan “Layihə” anlayışlarını fərqləndirmək lazımdır.
Layihə metodu tədqiq olunması tələb olunan problemlərin mövcudluğunu nəzərdə tutur. Bundan 
başqa, layihə metodu şagird və ya tələbələr tərəfindən fərdi və ya qrup şəklində mütəşəkkil axtarış, tədqiqat 
fəaliyyəti olmaqla təkcə bu və ya digər nəticənin əldə olunmasını deyil, həm də, həmin nəticənin əldə olunma 
prosesinin düzgün şəkildə təşkilini tələb edir.
Bu proses şagird və tələbələri birgə şüurlu fəaliyyətə təhrik edən situasiyaların yaradılması üçün 
teхnoloji cəhətdən kifayət qədər işlənib hazırlanmalıdır. Həmçinin, qrup şəklində adi iş əməkdaşlıq 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin