Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə18/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   14   15   16   17   18   19   20   21   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---16--- 
söyləyir. Eyni zamanda:"...Azeri halkının inkişaf-ı fikriyyesinâ büyük hizmetler yapmıştır",-deyə onun qiy-
mətini də verir. Əlbəttə, bu kimi fikirlər ona görə işlənir ki, hələ Cəlil Məmmədquluzadə ədəbi prosesdə qəbul 
olunmur, bəzi tənqidçi və araşdırmaçılar onun əsərlərinin əhəmiyyətini tam olaraq dərk etmirdilər.
Əmin Abid Azərbaycan ədəbiyatında heca cərəyanına ayrıca fəsil həsr edir və Türkiyə ədəbiyyatının milli 
poeziyaya təsiri nəticəsində heca təmayülünün güclənməsi və Əli Yusif, Cəfər Cabbarlı, Əhməd Cavad, Gülsüm 
xanım (Umgülsüm nəzərdə tutulur, çünki bir səhifə sonra Ümmi Gülsüm kimi qeyd edir-B.Ə., Ə.Ş.), Bədri Se-
yidzadə və b. yaradıcılığı təhlilə cəlb edilir. Araşdırmada ilk dəfə olaraq sovet dövrü Azərbaycan ədəbiyyatına 
da münasibət bildirilir. Cəfər Cabbarlı yaradıcılığından bəhs edərkən "Araz çayı" pyesinin adını çəkir və onun 
Hüseyin Cavidin təsiri altında yazdığını, hecadan daha çox əruzu işlətdiyini yazır.
Əli Yusifdə isə Mehmet Əmin Yurdaqulun təsiri hiss edildiyi və hissiyyata çox fikir verdiyi qənaətinə 
gəlir. Cəfər Cabbarzadə, Əli Yusif və Ümgülsümün şeirlərindən nümunələr gətirir. 
Əmin Abidin "Azəri ədəbiyyatı tarixi" əsərinin səkkizinci bölümü kommunizm dövrünün ədəbiyyatına 
həsr edilmişdir. Bu isə cəmi bir neçə ili əhatə edir. Bu dövrün ədəbiyyatının hələ yeni doğulması, hətta 
romanının belə yaranmadığına diqqət çəkir. Yazılan ilk nümunələrin satirik şeir olması ədəbiyyatşünası belə 
bir nəticəyə gəlməyə vadar edir: 
"Bu sahada şiir yazanlar Türkçenin imlasını doğru bilmeyecek derecede avam 
olmalarıdır. Avam nazımlar şüphesiz yüksek bir edebiyat yaratamaz; bunlar ancak avam seviyyesile- de bir 
takım şeyler dizebilirler. Avam ise mizahı daha çok sever"
(Əmin, 1926:242). Bu cür şeirlər Əmin Abidi ona 
görə razı salmır ki, bu tənqidlər və şeirlərin mövzusu çarizm zamanından qalmadır. Lakin bu dövrdə ən çox 
yazanlardan birinin Məmməd Səid Ordubadi olduğu, onun da satira sahəsində Sabiri "müqəllidindən başqa" 
bir şey olmadığı və kommunizm dövründə heç bir yenilik göstərmədiyi deyilir.
Əmin Abid "Azəri ədəbiyyatı tarixi" əsərinin sonuncu bölümünü "Kontrbolşevizm cərəyanları", "İstiqlal və 
mücadilə ədəbiyyatı" adlandırır. Bu bölümdə ədəbiyyatşünas əsasən Gültəkinin yaradıcılığından danışır. Məlumdur 
ki, Gültəkin elə Əmin Abidin mühacirətdəki gizli imzasıdır. Ona görə də özünün yeni bir cərəyana aid etməsi 
tamamilə təbiidir. Onun Gültəkinin şeirləri haqqında "...gerek şeklen, gerek ruhen Türkiye ve Azerbaycanda devam 
eden edebi nümunelerde tamamiyle ayrı ve yenidir. Bir defa lisan, bu vakte kadar yetişmiş Azeri şairlerininkine 
benzemeyecek derecede; bugünkü İstanbul Türkçesine hemen hemen yaklaşmıştır"(Əmin, 1926:254),- qənaəti, 
fikrimizcə, doğrudur. Bir ədəbiyyatşünas kimi, onun Gültəkin şeirləri ilə bağlı gəldiyi qənaətləri bugünkü ədə-
biyyatşünaslığımız üçün də olduqca qiymətlidir.
Əmin Abidin fikrincə, Gültəkinin şeirlərindəki yeniliklər bununla məhdudlaşmır. Azərbaycan ədəbiyyatında 
ibtidai bir şəkildə olan heca vəzni onun mühacirətdə dərc edilən şeirlərində ilk dəfə olaraq qüvvətli bir şəkil almış 
və bu cəhətdən hal-hazırda Türkiyədə heca sahəsində ən çox iləriləyən şairlərdən geri qalmaz. İkinci tərəfdən, Azər-
baycan şeirinə yeni-yeni şəkillər vermişdir. Bu vaxta qədər əgər hecanın yalnız qoşma və mürəbbe forması 
işlənilirdisə, Gültəkin ilk dəfə olaraq sərbəst və futurist şeir tərzini gətirmişdir. Üçüncüsü, ruslar tərəfindən işğal 
edilən Azərbaycan istiklalını ilk dəfə açıqdan-açığa müdafiə etmək cəsarətini göstərmişdir (Əmin, 1926:255). Onu 
da əlavə edək, olsun ki, Əmin Abid 1923-cü ildə İsmayıl Hikmətin Azərbaycanda yazdığı sərbəst şeirlərdən məlu-
matı olmamışdır. Bu barədə apardığımız araşdırmalarda sərbəst şeirin tarixini 1923-cü ilə İsmayıl Hikmətə 
bağlamışıq (Əhmədov, 2015:262-263). Belə görünür ki, İsmayıl Hiikmətlə eyni vaxtda mühacirətdə Gültəkin də 
sərbəst şeirlər yazmışdır.
Əmin Abidin bu əsərində Azərbaycan türklərinin adət-ənənələri həm hakim Sovet ideologiyasının, həm 
də osmanlıçılıq və keçmişi inkarçı düşüncə tərzinin təsiri altında xor görülmüş və həqarətə məruz qalmışdır. 
Sovetlər Birliyində və Türkiyədə baş verən dəyişikliklərin güclü təsiri altında olan araşdırıcı haqqında bəhs 
etdiyi şair və yazıçıları bəzən əsassız yerə tənqid atəşinə tutmuşdur.
Əmin Abidin "Azəri ədəbiyyatı tarixi" əsərinin ədəbiyyatşünaslığımızdakı yeri və mövqeyi müəyyən 
olunmaqla yanaşı, müəllifin ədəbiyyat tarixi konsepsiyasının cizgilərini görmək mümkündür. Əli Şamil yazır: 
"Emin Abid’in İstanbul Darülfünununda Azerbaycan Türklerinin Edebiyat Tarihi eserinin son cildini savundu-
ğunu başka kaynaklar da tasdik etmiştir. Servet-i Fünun, Türk Yurdu ve Maarif ve Medeniyet dergilerinde 
yayımlanan makaleleri ve bu makalelerin editörlerinin kayıtları da bunu ispatlar. Bu olaydan 80 yıl geçmesine 
rağmen Emin Abid’in Azerbaycan Türklerinin Edebiyatı Tarihi adlı eseri ne Türkiye’de, ne de Azerbaycan’da 
(1997 yılında Osman Fikri Sertkaya, Emin Abidin Azerbaycan Türklerinin Edebiyatı Tarihi eserini baskıya ha-
zırladığını söylemiştir) yayımlanmamıştır" 
(Hüseyinoğlu, 2012:172). 
Əmin Abidin "Azəri ədəbiyyatı tarixi" əsərinin əhəmiyyəti onun təhlillərinin müasirliyində, 
sistemliliyində, yanaşmalarının konseptuallığında, sonrakı sovet ədəbiyyatşünaslığımızda gözlənilməyən (və ya 
gözlənilməsi mümkün olmayan!) obyektivliyindədir. Əlbəttə, onun yanaşmalarında bəzi qüsurlar da yox deyil. 
Nəzərə almaq lazımdır ki, Əmin Abidin bəhs etdiyi ədəbiyyat ideoloji cərəyanlar kontekstində inkişaf edirdi, 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin