The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---144---
və sosial sabitliyi kimi meyarları əlaqələndirən yanaşma olmaqla bərabər, iqtisadi inkişafın müxtəlif
ideologiyaları arasında qlobal sistemli rəqabətə cavabdır (Hinrich F., 2022, s. 2). Texno-milliyətçilik milli
maraqların təşviqi və milli təhlükəsizliyin qorunması üçün bir vasitə kimi texnologiyadan istifadəyə istinad
edir. Texno-millətçilər hesab edirlər ki, bir ölkənin dünyadakı gücü və nüfuzu üçün texnoloji qüdrət vacibdir.
Texno-milliyətçilik tərəfdarları tez-tez yerli texnoloji inkişafı və süni intellekt, 5G şəbəkələri və
kibertəhlükəsizlik kimi kritik texnologiyalar üzərində nəzarəti təşviq edən siyasətləri müdafiə edirlər.
Texnokratiya və texno-millətçilik texnologiyaya önəm verməkdə bəzi oxşar cəhətləri paylaşsa da, idarəçilik
və milli maraqlara yanaşmalarında fərqlidirlər. Texnokratiya əsas diqqəti təcrübəyə və rasional qərarların
qəbuluna yönəldir, texno-millətçilik texnologiyanın milli güc və təhlükəsizlik üçün əhəmiyyətini vurğulayır.
Bütövlükdə, həm texnokratiya, həm də texno-millətçilik siyasətin, iqtisadiyyatın və cəmiyyətin
gələcəyinin formalaşmasında texnologiyanın artan əhəmiyyətini əks etdirir. Texnologiya inkişaf etməyə və
daha təsirli olmağa davam etdikcə, çox güman ki, bu anlayışlar qlobal mənzərəni formalaşdırmağa davam
edəcək. Qloballaşma kapital istehsalında biliyi dominant edir və biliklərin axıcılığını sürətləndirir. Elmi
innovasiya və hərbi güc kimi sahələrdə ölkələrin elmi töhfə səviyyələri və hərbi texnologiyaları dövlətlər
arasında üstünlüyü müəyyən edən mühüm dəyişən kimi görülür. ABŞ-ın rəhbərlik etməsinə baxmayaraq, Çinin
elmi innovasiya və hərbi qüdrətindəki performansı texno-millətçiliklə üst-üstə düşəndə ABŞ üçün yeni təhlükə
yaradır. Bununla belə, Çinin öz daxilində bəzi problemlərinin olduğu vardır ki, məsələn, çinli alimlərin
xaricdən qayıtmaq istəməməsi, Çində fikir azadlığı və sosial hərəkətliliyin Çinin inkişaf edən siyasi
mədəniyyətindən asılılıq örnəklər kimi verilə bilər. Çindən olan tələbələrin elmi espiyonajla məğul olması da
qloballaşmanın aid edildiyi informasiya ötürülməsinə mənfi və texno-milliyətçilik aspektindən müsbət bir
xırda bir örnək kimi vurğulana bilər (Yip, 2018, s. 1-5).
Əhəmiyyətli informasiyaların qorunması xüsusilə həssas informasiyalar üçün keçərlidir, ancaq
texnologiya kopyalana biləndir və dövlətlər, şirkətlər bu texniki bilikləri kapitala çevirməkdə istəklidirlər. Bu
prosesi tərsinə mühəndislik örnəyində, demək olar ki, introversiya örnəyində texno-millətçilik yalnız milli
təhlükəsizlik məsələsi olduqda önə çıxır deyə bilərik. Bu istiqamətdə dövlətlər bəzi hallarda milliyətçi və
liberal siyasətləri qəbul edə bilirlər. Bu qeyd etdiklərim isə Atsushi Yamada tərəfindən “Neo-Texno-
Millətçilik” terminin yaranmasına gətirib çıxardı ki, Atsushi Yamada neo-texno-millətçiliyi milli texnoloji
məqsədlərə nail olmaq üçün dövlətin aktivliyi və əcnəbilərə qarşı daha açıqlığın birləşməsi kimi müəyyən edir.
Bu konsepsiya texnoloji inkişafın təşviqində və xarici təsirlərdən qorunmasında dövlətin rolunu vurğulayır,
eyni zamanda texnoloji innovasiyalarda qlobal mübadilə və əməkdaşlığın vacibliyini dərk edir. Neo-texno-
millətçilik qloballaşmanın çağırışlarına və milli təhlükəsizliklə bağlı narahatlıqları beynəlxalq əməkdaşlığın
faydaları ilə balanslaşdırmaq zərurətinə cavab kimi qiymətləndirilə bilər. Yamada məqaləsində texno-
milliyətçiliyin və texno-qloballaşmanın öncədən var olan dilemmasının yerini neo-texno-milliyətçiliyin
aldığını bildirir (Yamada, 2000). Davamında Yamada neo-texno-milliyətçiliyin inkişafını qlokallaşma ilə
açıqlayır. Buradan belə nəticəyə gələ bilirik ki, dövlətlər gərəkdiyi zaman texno-milliyətçi və texno-qlobal
siyasət yeridə bilirlər və ümumi olaraq maraqlarına uyğun olan siyasəti tətbiq edirlər. Bu aspektdən bu
harmoniyanı izah etmək üçün Yamada üç fərqli baxış bucağı təqdim edir.
Texno-milliyətçilik
Texno-
qlobalizm/qlobalizm
Neo-texno-milliyətçilik
Siyasi hədəfi: kimin
maraqlarını və necə
dəstəkləmək?
Qloballaşmayı
əngəlləyərək milli
maraqlara çatmaq
Qloballaşmadan istifadə
edərək qlobal milli
maraqlara çatmaq
Qloballaşmadan istifadə
edərək qlobal milli
maraqlara çatmaq
İnnovasiyaya kim liderlik
edir?
Hökumətin hədəfləri
Qlobal bazar qüvvələri
Özəl müəssisə və dövlət-
özəl tərəfdaşlıq
Xaricilərə qarşı açıq/qapalı Qapalı
Açıq
Müəyyən şərtlər altında
açıq
Cədvəl 1. (Erdem, 2021, s. 5)
Yamada qloballaşmanın müsbət tərəflərindən faydalanmaqla bərabər milli maraqlara çatmağı burada
əsas alır. Günümüzdə dövlətlərin gərəkdiyi zaman öz milli maraqlarına sadiq olduğu faktdır və bu istiqamətdə
yetərincə case-study (nümunələr) mövcuddur.
Texnokratiya və texno-millətçilik qlobal işlərin formalaşmasında texnologiyanın artan əhəmiyyətini
əks etdirir. Texnokratiya qərarların qəbul edilməsində texniki ekspertizanın vacibliyini vurğulayır, texno-
millətçilik isə texnoloji yeniliklər və üstünlüklər vasitəsilə milli maraqları təşviq edir. Hər iki konsepsiyanın
qlobal sabitlik və təhlükəsizliyə təsiri var, çünki texnoloji resursların qeyri-bərabər paylanması yeni
təhlükəsizlik təhdidləri yarada bilər. Siyasətçilər texnoloji tərəqqinin faydalarını sabit və təhlükəsiz beynəlxalq