Burada ölüm səltənəti təsvir olunur. Qabil özünü ölüm səltənətində sakit hiss edir. Buranın nə qədər böyük, nə qədər dərin , pərişan bir dünya , Sonsuz fəzalarda yanan parlaq ulduzlardan daha çox nüfuzu malik bir aləm , Lakin nə qədər tutqun , nə qədər pərişan bir görkəmi olduğunu söyləyir. İblis ölüm səltənətində Qabilə ölümun nə olduğunu izah edir. II pərdənin sonunda İblis Qabilə öz dünyasına qayıtmağı məsləhət verir. Və ona Allahın bəxş etdiyi səmavi sədəqələrin hamsınıdan dadmağı məsləhət verir .
-Düşün və səbr et! Zahiri boşluq və heçlikləri görməmək üçün mənliyində yüksək bir mənəviyyat yarat! Özündəki dünya duyğularını qır, ruhi əzəliyyətə qovuş! Və buradan onlar yox olurlar. III pərdənin I səhnəsi cənnətin yaxınlığında bir yer təsvir olunur, və Qabil və Adanın dialoqu ilə başlanır.Ada Qabilə deyir ki, o, nə yaxşı mələk imiş. Səni cəmi mədən 2 saat ayırdı və yenidən mənə qaytardı. Qabil soruşur necə ki, mən orada illərlə qaldığımı zənn edirəm . Demək o, doğurdan da vaxtı öz gördüklər ilə ölçür. Qabil ilə Adanın dialoqu əsnasında Habil onlara yaxınlaşır. Habil Qabilin bir ruh ilə danışdığını bilib ondan soruşur o, ruh yaxud mələk idi? Qabil deyir ;yox Habilin fikrincə bəlkə o, Allahın düşmənidir. Qabil deyir; Allahın düşməni olsa da, insanların dostudur.Bu söhbət zamanı Habil ilə Qabilin mübahisəsi düşür. Qabil,Habildən ondan əl çəkməyini istəyir. Habil isə deyir; Verəcəyimiz qurban və lazımi ibadəti yerinə yetirmədən mən səndən əl çəkməyəcəyəm.Axırda bir razılaşmağa gəlirlər. Habil söyləyir , mənim sürümün ilk quzuları , mənim qurbanlığımdır. Çünki, aciz bir çobanın qurbanı bundan artıq olmaz ki, ... Sonra Qabil buyurur , mənim sürüm yoxdur. Mən əkinçiyəm. Qurbanım da yerin zəhmətlərimə qarşı verdiyi bərəkətdən ibərət olacaqdır. Od yandırırlar. Habilin mehrabı üzərindəki od parlaq bir alov sütunu şəklində qalxaraq göyə yüksəlir. Eyni zamanda bərk bir külək əsərək Qabilin mehrabını çevirir və üzərindəki meyvələr yerə səpələnir. Qabilin duaları qəbul olunmur.Qabil istəyir ki, Habilin quzu qanına boyanmış mehrabı parçalayıb dağıtsın. Bu zaman Qabil ilə Habilin davaları düşür. Nəticədə Qabil mehrabın üzərində götürdüyü alovu odun parçasilə Habilin gicgahından vurur.Habil qalxaraq qardaşım ! Sən nə etdin?! Və deyir;
-Of, ey böyük Yaradan , mənim imanlı ruhumu qəbul et! Qatili bağışla , o bunu anlamadan, düşünmədən etdi. Qabil qardaşının öldürməyən peşman olur. Və çox təəssüflənir. Bu zaman Sella gəlir. Sella soruşur bu nə iniltidir? İnildəyən kimdir? Və sonra Habil öldüyünü görüb qışqırır buraya gəliniz,tez tələsiniz, ey vah yer üzünə ölüm gəlmişdir. Çağıra-çağıra qaçır.Sonra Ada gəlir. Və Mələk Qabili çağırır ondan qardaşı Habilin harda olduğunu soruşur.Ada Habilin meyiti üzərinə düşüb öpür. Qabil Adaya deyir; bizim yolumuz şərqə doğrudur. O ölü ölkədə yaşamaq mənə daha çox yaraşır.Əsərin sonu Qabil sual ilə qurtarır. Ümümilikdə əsər özünəməxsus süjet xətti ilə seçilirdi. “Qabil” pyesi ingilis ədəbiyyatının zəngin xəzinəsini daha da zənginləşdirmişdir.
ŞİLLER
Həyatı
Şiller 1759-cu il noyabrın 10-da Almaniyanın Marbax şəhərində hərbi feldşer İohan Qaspar Şillerin (1723–1796) ailəsində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illəri yoxsulluq içində keçmiş, bununla belə kənd məktəbində təhsil ala bilmişdir. Bilik və istedadı ilə 1783-cü ildə Vürtenberq hersoqunun diqqətini cəlb edən Şiller nüfuzlu hərbi akademiyaya daxil olmaq imkanı əldə edir. Burada özünü ilk öncə hüquqşünaslıq, daha sonra isə tibb elminə həsr edir. Şiller hələ məktəbdə oxuduğu illərdə özünün "Oğrular" adlı, sadəlövh inqilabçılar və onların faciəvi sonluqlarından bəhs edən ilk pyesini qələmə alır.
1780-ci ildə Şiller Ştutqartda hərbi alay həkimi vəzifəsinə təyin edilir.
Dostları ilə paylaş: |