Corc Qordon Noel Bayron


Corc Qordon Bayron - "Abidos gəlini" əsərinin qısa məzmunu



Yüklə 47,12 Kb.
səhifə3/5
tarix16.12.2023
ölçüsü47,12 Kb.
#181847
1   2   3   4   5
Bayron ve Siller haqqında

Corc Qordon Bayron - "Abidos gəlini" əsərinin qısa məzmunu
Əsər şəhər mənzərəsinin gözəl tərifi ilə başlayır. Əsas obrazlar hökmdar Cəfər, onun qardaşıoğlu Səlim və qızı Züleyxa. Cəfər Səlim uşaq olarkən onun atasını öldürüb hakimiyyətə keçmişdi. Ondan sonra Züleyxa ilə Səlim bacı-qardaş kimi böyümüşdülər. Amma bir-birilərini dərin məhəbbətlə sevirdilər. Buna baxmayaraq heç biri cürət edib etiraf edə bilmirdi. Bir müddət keçir Səlim atasının Cəfər tərəfindən öldürüldüyünü öyrənir. Ona nifrət hissi bəsləyir. Səlim artıq Cəfərə qarşı mübarizəyə başlamağı düşünür. Həm atasının qisasını, həm də Cəfərin Züleyxanı başqa birinə ərə verməyin qarşısını almaq məqsədilə o Cəfəri məğlub etməyə can atırdı. Züleyxa isə hər şeydən xəbərsiz halda Səlimi sevməyə davam edirdi.. Səlim Züleyxanı mağaraya aparır. Orada bütün həqiqəti Züleyxaya dedikdən sonra ona sevgisini etiraf edir. Züleyxa da bütün ömür boyu qardaş və bacı münasibəti ilə yaşamaqlarına baxmayaraq Səlimi sevdiyini deyir. Hər ikisi ürəklərini boşaldır. Lakin artıq Cəfər ordu toplamış və Səlimlə döyüşməyə hazır idi. Səlim döyüşdə həlak olur onun ardınca isə Züleyxa da özünü öldürür. Bundan sonra ölkəni qəm-qüssə bürüyür. Cəfər etdiklərinə görə peşman olur.
Əsərin sonunda Bayronun öz fikirləri qeyd olunub.

Qabil” pyesi | Bayron


Corc Qordon Bayron (1788-1824) “Qabil Pyesi” Əsər üç pərdəli pyesdir. Əsərin I pərdəsinin I səhnəsində Cənnətin yaxınlığında bir yer təsvir olunur. Günəş yenicə doğur. Əsər Adəm , Həvva , Qabil , Habil ,Ada və Sellanın ibadətlə məşğul olması ilə başlayır. Öz ibadətlərinin əsnasında Adəmlə Qabilin dialoqu başlanır. Adəm Qabildən soruşur;
-Sən niyə susub qalmısan? Niyə dua etmirsən? Qabil deyir mənim minnətdar olduğum bir qüvvət, təşəkkür edəcəyim bir şey yoxdur. Sonra Həvvə gəlir bəd xəbər gətirir. Deyir ki, qadağan olunmuş ağacın meyvəsi yetişmişdir. Adəm deyir;
-Biz də onu yenidən dadmaq məcburiyyətindəyik. Qabil deyir sən neçin həyat ağacının meyvələrindən yemədin? Bunu etmiş olsaydın, indi bilik ağacı səni bu qədər qorxutmazdı. İbadət qurtarandan sonra hərə öz işləri ilə məşğul olmağa başlayırlar.Adəm və Həvvə gedirlər. Sonra Habil ilə Ada Qabilə Allaha ibadət etməyini istəyirlər. Habil deyir;
-Yoxsa kədərlərinlə böyük Tanrını qəzəbləndirmə , qəmginlik nəticə verməz. Habil, Ada və Sella gedirlər.Və Qabil yalnız qalır özü-özünə öz həyatını danlayır. Bu zaman İblis Qabilə yaxınlaşaraq mən sizin düşündüklərini bilirəm və sizin halınıza acıyıram. Qabilə ilə İblisin dialoqundan biz İblisin öz qüdrətindən danışdığın şahidi oluruq. O, burada Qabilin Suallarını cavablandırır.Qabil bilmədiyi şeylər haqqında iblisdən soruşur. Qabil İblisə deyir ki, Habil , özu ilə birlikdə Allaha qurban kəsməyim üçün çox yalvarır, lakin mən indiyə qədər Allaha bəndəlik etmədim . Sonra İblis deyir;
-Allaha əyilməyən –mənə əyilmiş deməkdir. Qabil deyir; Yox , mən heç bir qüvvətin qarşısında əyilmək istəmirəm. İblisin sonrakı dediklərindən anlaşılır ki, Qabili öz fitnəsinə alət etmək istəyir. Qabilə deyir ki, sən mənimsən . Allaha bəndəlik etməyən –mənim bəndəmdir. Bu zaman Ada gələrək Qabili çağırır. Deyir; Mən sənin üçün gəldim , istirahət və sevinc zamanı çatmışdır, bircə sən yoxsan . Sənin meyvələrin dəymişdir, günəş kimi parlayır,gedək! Qabil deyir bunu görmursən ? Ada görurəm buda görduyumuz mələk kimidir. Qabil deyir ; yox o, Allah kimi danışır . Sən ona inanma ilanda Allah kimi danışırdı . Burada Adanın İblis ilə dialoqundan sonra İblis Qabilə deyir ki, Bilik istəyirsənsə , arxamca gəl, ən qəddar düşmənim olan Allahın sənə verməklə bütün həyat boyu səni sədətdən məhrum etdiyi yasaq edilmiş meyvəsiz belə sənin biliyə qarşı ehtiyacımı təmin edə bilərəm , dalımca gəl. Qabil ilə İblis gedir. Ada isə Qabilin arxasınca onu çağırır.

Bununla I pərədə sona çatır . Və II pərdənin başlanğıcı üçün zəmin yaranır. II pərdənin I səhnəsində sonsuz bir fəza təsvir olunur. Sonsuz fəzadə İblis və Qabilin dialoqu təşkil edir. İblis bu Sonsuz fəzadə Qabilə yeri göstərir, ondan başqa O, sonsuz fəzanın dərinliklərini görür. İblis, Qabili ölmüşlər dünyasına aparır. Qabil ölmüşlər dünyasına yaxınlaşdıqca qaranlıq sıxlaşır, zülmət onu qapalayır. Artıq ulduzlardan bir əsər qalmır. Qabil deyir; Madam ki, Adəmin işlədiyi günah bütün bizləri ölümə məhkum etmişdir, mən kimsənin yaxa qurtarmayacağı ölümü indidən görmək istəyirəm. Qabil baxır görür hər tərəf qaranlıq , zülmətdir. Onlar bu zaman buludlar içərisində yox olurlar.


Bundan sonra II pərdənin II səhnəsi başlanır.
Yüklə 47,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin