Corc Qordon Noel Bayron


«Şərq poemaları»nda ilk dəfə işlədilən şərq sözlərinin əksəriyyəti türk sözləridir



Yüklə 47,12 Kb.
səhifə2/5
tarix16.12.2023
ölçüsü47,12 Kb.
#181847
1   2   3   4   5
Bayron ve Siller haqqında

«Şərq poemaları»nda ilk dəfə işlədilən şərq sözlərinin əksəriyyəti türk sözləridir Bunun da səbəbi bu poemalarda türk həyatı adət və ənənələrinin təsvir olunmasıdır. Bu sözlərin bəziləri xalis türk, bəziləri isə türk dilində vətəndaşlıq hüququ almış, öz ilk şəklini dəyişmiş, fars, ərəb sözləridir ki, Bayron da bu fars, ərəb sözlərini fars, ərəb dillərində olduğu kimi deyil, məhz türkləşdirmiş formada işlətmişdir. Bayron öz gündəliyində mübarizəyə qalxmış İtaliya xalqı haqqında yazırdı: «hakimlər xalqlarla vuruşmaq niyyətindədir. Qoy belə də olsun! Axırda onlar əziləcəkdir. Krallıq dövrü qurtarmaq üzrədir. Bayronun «Korinfin mühazirəsi" poeması «Şərq poemaları» içərisində ən xarakterik əsərlərdən biridir. Şair burada vətəndən didərgin düşən qəhrəmanların öz düşmənlərinə qarşı necə amansız intiqam ehtirası ilə yandığını, sevgilisi Françeskaya olan yüksək məhəbbətini, dinə münasibətini göstərir.
Osmanlı imperiyasının mövcüdluğu və türklərin Balkanlarda hökmranlığı Bayronun xoşuna gəlmir, və o, 1821-1830-cu illər baş verən yunan inqilabında türklərə qarşı cəbhədə vuruşur, 1824-cü ildə ölür. Bayron türk ordusunun müharibəsini müəyyən bir amal uğrunda gedən mübarizə kimi deyil, qarətçilik müharibəsi kimi göstərmişdir. Bayron müharibə dəhşətlərini, onun yaratdığı faciələri böyük sənətkar qələmi ilə göstərmişdir. Bu poemada kütləvi səhnələr daha çoxdur.
Bayronun digər «Şərq poemaları», – «Korsar», «Dara» və «Parizana» da öz spesifik xüsusiyyətləri ilə seçilən yüksək bədii ilhamla yazılmış əsərlərdir. Hələ 1827-ci ildə Puşkin göstərirdi ki, Lord Bayronun əsərlərindən heç birisi İngiltərədə «Korsar» qədər güclü və dərin təəssürat oyatmamışdır. Bu əsərdə protest hissi daha üstündür.
 1812-1816-cı illərdə yazdığı lirik şeirləri, məşhur “Şərq poemaları” (“Gavur”, “Abidos gəlini”, “Korsar”, “Korinfin mühasirəsi”) və başqa əsərlərində azadlıq ideyaları tərənnüm olunurdu. 1817-1823-cü illərdə Bayron Italiyada yaşamış, karbonarilər hərəkatının fəal iştirakçısı olmuş, “Beppo”, “Venesiyaya oda”, “Dan-tenin peyğəmbərliyi” və s. əsərlərini yazmışdır. Yazıçının son əsəri olan “Don Juan” (1819-1823) mənzum romanı tamamlanmamışdır. Corc Bayron ömrünün son günlərini Yunanıstanda yaşamış, yunan xalqının milli azadlıq mübarizəsində iştirak etmiş və 1824-cü il aprel ayının 19-da orada vəfat etmişdir.


Yüklə 47,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin