Cyki (Cinsi yolla keçən infeksiyalar)


İkincili sifilis (syphilis secundaria)



Yüklə 132,8 Kb.
səhifə10/47
tarix10.05.2022
ölçüsü132,8 Kb.
#56971
1   ...   6   7   8   9   10   11   12   13   ...   47
1.Sifilis

İkincili sifilis (syphilis secundaria).

İkincili sifilis (A51.3- A51.4 ) birincili sifilislə yanaşı olaraq XBT – 10 təsnifatına əsasən erkən sifilisin (A51) nozoloji formalarıdır . İkincili sifilis adətən yoluxmadan 9-12 həftə sonra və ya bərk şankrın əmələ gəlməsindən 6-8 həftə keçdikdən sonra inkişaf edir . Buna görə də 25 % hallarda bərk şankr ikincili sifilisin əlamətləri ilə birgə mövcud olur . İkincili sifilisin davam etmə müddəti 2 -4 ilə qədərdir – bu , erkən sifilisin “yoluxucu” formasının son mərhələsidir.

İkincili sifilisin gedişində ayırd edilir



  • ikincili təzə sifilis (syphilis secundaria recens), diaqnozu «ikincili sifilidlər» (davam etmə müddəti 2-3 aydır) əlamətləri əmələ gəldiyi andan etibarən qoyulur

  • ikincili residiv sifilis(syphilis secundaria recidiva), ikincili sifilis müddətində müalicə olunmadıqda bir neçə dəfə təkrarlana bilər .

  • ikincili gizli sifilis (syphilis secundaria latens), diaqnozu ikincili sifilidlər arası aralıqlarda qoyulur .

İkincili sifilis adətən ikincili sifilidlərin əmələ gəlməsinə 7 – 10 gün qalmış prodromal əlamətlərlə başlayır və zamanla solğun treponemanın xəstə orqanizmində hematogen yayılması ilə üst – üstə düşür . Zəiflik , baş ağrısı , əzələlərdə , sümüklərdə , oynaqlarda gecələr artan ağrılar , temperaturun yüksəlməsi qeyd edilir . Bir qayda olaraq , ikincili sifilisin əlamətləri əmələ gəldiyi andan etibarən prodromal əlamətlər yox olur .



İkincili sifilisin kliniki əlamətləri

İkincili sifilis çox şəkilli simptomlarla , dəridə və selikli qişalarda yerləşən morfoloji elementlərlə (sifilidlərlə) , dayaq – hərəkət aparatında , sinir sistemində , daxili orqanlarda gedən dəyişikliklərlə ( aşağı dərəcədə ) xarakterizə olunur .



İkincili təzə sifilis və ikincili residiv sifilis də sifilidlər eyni zamanda müxtəlif kliniki əlamətlərə malik olurlar .

Təzə sifilidlər – kiçik , parlaq , çoxsaylı , simmetrik , birləşməyə və fiqur əmələ gətirməyə meylli olan . Adətən gövdənin və ətrafların dərisində lokalizasiya edir . Tez – tez qabarıq regionar limfadenitdə və bərk şankrın qalığının əvvəlində təzə sifilidlər əmələ gəlir . Residiv sifilidlər – böyük , solğun , azsaylı , asimmetrik , birləşməyə və fiqur əmələ gətirməyə meylli olan.Adətən sürtünən və qıcıqlanan nahiyələrdə ( qoltuq altı , qasıq nahiyəsi , ağız boşluğunun və cinsiyyət orqanının selikli qişası ) lokalizasiya edir .
İkincili sifilidlər dəri və selikli qişalarda bu şəkildə təzahür edirlər .

  • ləkə – ləkəli sifilid (syphilidum maculatum)

  • damar mənşəli ləkə - rozeolyoz sifilid (syphilidum roseolosum)

  • piqment ləkəsi – piqment sifilid sin. leykoderma (syphilidum pigmentosum, syn. leucoderma syphiliticum)

  • düyünlər – papulyoz sifilid (syphilidum papulosum)(şəkil 51)

  • irinciklər – pustulyoz sifilid (syphilidum pustulosum)

  • qovuqcuqlar (nadir) – vezikulyoz sifilid(syphilidum vesiculosum)



Yüklə 132,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin