Papulyoz sifilid periferik böyüməyə və birləşməyə meylli olamayan , bərk – elastik konsistensiyalı , dairəvi formalı , növündən asılı olaraq 0,1– 2,0 sm ölçüdə olan , düyünlü səpgilərlə xarakterizə olunur (şəkil 25,46). İlk öncə çəhrayı rəngli , hamar səthli olan papulalar daha sonra mis – qırmızı rəngə boyanır , qabıqlanmağa başlayır . Kəpəklənmə mərkəzdən başlayır və periferiyaya nisbətdə mərkəzdə daha tez sonlanır ki , bu da kənar qabıqlanmanın əmələ gəlməsinə – “Bietta yaxalığı” səbəb olur . Zond çubuğu ilə düyünün mərkəzinə təzyiq etdikdə kəskin ağrı verir – Yadosson simptomu . Selikli qişalarda , büküşlərdə yerləşən papulanın səthi masserasiyaya uğrayır , sulanan eroziv papulalar formalaşır . Lokalizasiya – bütün bədən səthi , ağız boşluğunun və cinsi orqanların selikli qişalarında .
Papulyoz sifilid , ikincili təzə sifilisdə olduğu kimi , ikincili residiv sifilisdə də rast gəlinir .
Papulyoz sifilidin növləri :
miliar (miliare) – ≤ 0,2 sm diametrli ölçüdə papula ; bədxassəli sifilisdə müşahidə edilir
lentikulyar (lenticulare) – 0,3-0,5 sm ölçüdə papula
sikkəşəkilli (nummiforme) – > 0,5 sm diametrli papula , bədxassəli sifilisdə müşahidə olunur
ovuc – ayaqaltıл (palmarum et plantarum)(şəkil 28-35)
seboreyalı (seborrhoicus) – adətən yağlı seboreyadan əziyyət çəkənlərdə «seboreyalı bölgələrdə» rast gəlinir
Venera tacı – papulanın başın tüklü hissəsi ilə alın sərhəddində lokalizasiyası
psoriazşəkilli (psoriasiforme) – ilk vaxtlarda papulanın səthində psoriazı xatırladan gümüşü – ağ rəngdə lay – lay qabıqlanmalar olur (şəkil 26,47,48)
sulanan (madidans) – papulaların sürtünməyə məruz qalan hissələrdə (sağrıarası , qasıq – bud , qoltuqaltı , cinsi orqanlar , qadınlarda süd vəzinin altı ) yerləşməsi masserasiyaya gətirib çıxardır və buynuz qat papulanın səthindən çətinliklə ayrılır . Seroz ifrazatında külli miqdarda T. Pallidum aşkarlanan , sulanan eroziv papulalar formalaşır
enli kondiloma, sin. vegetasiyaedən papulalar (condyloma latum, syn. vegetans) – sulanan eroziv papulalardan inkişaf edir , səthində uzunmüddətli qıcıqlanma nəticəsində vegetasiya formalaşır , tərkibində külli miqdarda T pallidum olan seroz yapışqan ərplə örtülüdür (şəkil 38,39,40.41,42,53,54,55)
Dostları ilə paylaş: |