Rozeolyoz sifilid diaskopiya zamanı itən , subyektiv hissiyyatsız , periferik böyüməyə və birləşməyə meylli olmayan , hamar səthli , diametri 1 sm - ə qədər olan , çəhrayı rəngli , dairəvi formalı ləkələr şəklindədir . Lokalizasiya – adətən gövdənin , ətrafların dərisi , daha da qabarıq əlamətlərlə gövdənin yan səthlərində . İkincili təzə sifilislə yanaşı , ikincili residiv sifilisdə də rast gəlinir (şəkil 21,22,23,24,39) .
Rozeolyoz sifilidlərin növləri
kəpəklənən rozeola (roseola syphilitica desquamativa) – rozeolanın səthində lay – lay qabıqlanmalar , mərkəzində çuxur qeyd edilir .
yüksələn rozeola (roseola syphilitica elevata) – rozeola normal dəri səthindən yüksələrək, köpüşüyü xatırladır .