1.7. Zeytun bitkisinin ziyanvericiləri və
xəstəlikləri
Zeytunun ən çox yayılmış və əsas ziyanvericiləri:
zeytun güvəsi, zeytun milçəyi, zeytun qurdu, zeytun yarpaq
birəsidir.
Z e y t u n g ü və s i n i n tırtılları yarpaqları,
qönçələri, çiçəkləri və toxumların nüvəsini zədələyir.
Zədələnmiş yarpaq və meyvələr vaxtından əvvəl tökülür.
Mübarizə tədbiri yazda (apreldə) 0,4%- li Paris
yaşılı məhlulunu söndürülməmiş əhəngin ikiqat dozası ilə
bitkilərə çiləməkdən ibarətdir. Ağaclar çiçəkləməyə
başladıqda, hər ağaca 0,5 – 1 kq hesabı ilə DDT dustu
tozlayırlar. Çiçəklədikdən sonra (lazım gəldikdə) yazda
tətbiq olunan preparatlarla, lakin 0,35% anabazin-sulfat
ə
lavə etməklə bitkilər təkrar çilənir.
Z e y t u n m i l ç ə y i meyvələri zədələyərək
məhsula böyük ziyan vurur. O meyvənin qabığı altına
yumurta tökür və bir neçə gündən sonra həmin
yumurtalardan sürfələr çıxaraq, meyvənin əti ilə
qidalanırlar. Yoluxmuş meyvələr tökülür.
Mübarizə tədbiri – hər bir kvadrat metr sahəyə 40-
50 qram hesabı ilə ağacların gövdəətrafı dairəsinə iki dəfə
(çiçəkləmənin əvvəlində - iyunda və sentyabrda)
heksaxloran
tətbiq
etməkdən
ibarətdir.
Hər
iki
dərmanlanmanın arasında, iyul ayında ağaclara 4%- li DDT
suspenziyası çiləyirlər. Bitki qalıqlarının toplanılıb
yandırılması da yaxşı olar.
Z e y t u n q u r d u n u n sürfələri və dişicikləri
zeytunun yarpaqlarında və zoğlarında məskən salaraq
onların şirəsini sorur və bunun nəticəsində zədələnmiş
Zeytun və zeytun yağı_________________________________
44
hissələr quruyur. Onlar dəstə ilə ağaclara daraşaraq məhsula
böyük ziyan vururlar. Ziyanvericilərin ifrazatında hisli
göbələklər məskən salır.
Mübarizə tədbirləri – payızda, meyvələr
yığıldıqdan sonra bitkiləri fumiqasiya etmək çox fayda
verir. Fumiqasiya 98%- li sinil turşusu ilə çadrın altında
aparılır, çadrın hər 1 m
3
ölçüsünə 10 – 15 qr zəhər
götürülür. Ağacların çətrini zədələnmiş hissələrdən mütləq
təmizləmək və bitki qalıqlarını toplayıb yandırmaq
lazımdır.
Z e y t u n b i r ə s i və ya b a l l ı c a təhlükəli
zərərvericidir: onlar erkən yazda tumurcuqların şirəsini,
sonra isə hamaşçiçəklərin və cavan zoğların toxumalarının
ş
irəsini soraraq onları zədələyir. Nəticədə qönçələr və
çiçəklər tökülür, zoğlar quruyur. Bitkilərin zədələnmiş
hissəsində ballıca mum ifrazını şirin- yapışqanlı damcı
qarışığı ilə hörür. Uzaqdan o mahlıca bənzəyir. Zərərverici
həmin ifrazatlarla hamaşçiçəkləri hörərək, çiçəklərin
tozlanmasına mane olur. Yaşlı həşəratlar ağacda qışlayır.
Mübarizə tədbiri erkən yazda (aprelin əvvəlində)
və çiçəkləmənin əvvəlində (iyunun əvvəli) hər ağacı 0,4 – 1
kq hesabı ilə DDT dustu ilə tozlamaqdan ibarətdir. Daha
sonrakı müddətdə 0,2%- li tiofos və ya ditiofos məhlulu ilə
çiləmək yaxşı nəticə verir.
Zeytunun xəstəliklərindən ən təhlükəlisi z e y t u
n “s ə p g i s i” və m e y v ə ç ü r ü m ə s i d i r.
Zeytun “səpgisi” və ya halqavarı ləkə - göbələk
xəstəliyidir. Bu xəstəliyin xarakterik əlaməti zeytunun
cavan yarpaqlarında və meyvələrində xırda zeytunu –
qonur, məxmərə çalan ləkələrin əmələ gəlməsidir. Ləkələrin
ortası yaşılımtıl, dövrəsində isə açıq- sarı haşiyə əmələ
gəlir. Ləkə köhnəldikcə bozumtul- ağ rəng alır. Nəticədə
yarpaqlar tökülür, meyvələrin inkişafı ləngiyir, bitkilər
zəifləyir; məhsuldarlıq isə xeyli aşağı düşür.
__________________________________________Ə hmə d-Cabir Ə hmə dov
45
“C ü z a m” və ya meyvələrin çürüməsi göbələk
mənşəli xəstəlikdir. Bu xəstəlik iri meyvəli sortların zərif
ə
tini yetişmə mərhələsində zədələyir. Meyvələrin üzərində
batıq- qəhvəyi ləkələr görünür. Meyvələr tökülməyə
başlayır. Xəstəlik çox yayıldıqda yarpaqları da zədələyir.
Həmin xəstəliklərə qarşı vegetasiyanın əvvəlində və avqust
– sentyabr aylarında ağacları 1%- li Bordo mayesi ilə ikiqat
çiləyirlər. Yoluxmuş yarpaqların və meyvələrin toplanılıb
yandırılması, həmçinin hava cərəyanını yaxşılaşdırmaq və
göbələklərin əmələ gəlməsi şəraitini ləğv etmək, çətrin hər
il budanması və seyrəldilməsi səmərəli profilaktik tədbir
hesab olunur.
1.8. Zeytun meyvəsinin standart üzrə
keyfiyyə t göstə ricilə ri və saxlanılması
AZS 233 – 2006 saylı Texniki şərtlər tədarük edilən və
sənaye emalına göndərilən təzə yaşıl və qara zeytuna şamil
edilir.
Bu texniki şərtlərdə istinad edilən normativ
sənədlərin siyahısı kitabın sonunda verilir.
Təyinatından asılı olaraq yaşıl və qara zeytun iki
yerə ayrılır:
- konservləşdirmə üçün yaşıl və qara zeytun;
- zeytun yağı istehsalı üçün qara zeytun.
Konservləşdirmə üçün nəzərdə tutulan yaşıl və
qara zeytun keyfiyyətindən asılı olaraq iki əmtəə növünə
ayrılır: birinci və ikinci.
Keyfiyyət göstəricilərinə görə konservləşdirmə
üçün nəzərdə tutulan yaşıl və qara zeytun 1.5. saylı
cədvəldə göstərilən tələblərə uyğun olmalıdır.
Zeytun və zeytun yağ ı_________________________________
46
Cə dvə l 1.5. Tə zə yaş ıl və qara zeytunun
keyfiyyə t göstə ricilə ri.
Göstərici-
lərnin adı
Xarakteristikası və norması
Yaşıl zeytun
Qara zeytun
Birinci
növ
kin
ci
növ
Birinci növ
kinci növ
1
2
3
4
5
Xarici
görünüşü
Təzə, sağlam,
bütöv,
təmiz,
lətli,
ölçüləri
yetişmiş qara
zeytunun
ölçülərinə
çatmış, xəstəlik
və
ziyanvericilərlə
zədələnməmiş,
mexaniki
zədələrsiz
və
ləkələrsiz
Təzə, sağlam, bütöv, təmiz,
tam bioloji yetişmə dərəcəsinə
çatmış, xəstəlik və ziyanvericilərlə
zədələnməmiş, mexaniki zədələrsiz
ə
n çoxu
2 yerdə
çanaqlı
yastıca
tərəfində
n
sancılma
ya
yol
verilir
ə
n çoxu 2 yerdə
çanaqlı yastıca
tərəfindən sancıl-
maya yol verilir
ə
n çoxu 5 yerdə
çanaqlı yastıca
tərəfin-
dən sancıl-
maya yol verilir
Rəngi
Sarımtıl samanı
Qara
__________________________________________Ə hmə d-Cabir Ə hmə dov
47
çalarlı
açıq
yaşıl
Tünd bənövşəyi,
qonur, qırmızımtıl-
qəhvəyi çalarların
olmasına yol verilir.
Yaşıla çalar meyvə-lərin
olmasına yol verilmir
En kəsiyinin
ə
n böyük
diametri
üzrə meyvələrin
ölçüsü, mm, ən
azı: bütöv halda
konservləşdiril-
mə üçün
16
14
16
14
Zeytun
kürüsünün
istehsalı üçün
M ə h d u d l a ş d ı r ı l m ı r
Daxili
quruluşu
Ləti sıx,
yetişməmiş,
çəyirdəyi
bərkimiş
Ləti yetişmiş, sıx, zərif, mövcud
pomoloji növə məxsus rəngdə,
çəyirdəyi asanlıqla ayrılan
Q e y d. Azca əzilmiş, qabığı azacıq ölüşkəmiş
və qaralmış meyvələrin zeytun kürüsü istehsalında
istifadə edilməsinə yol verilir.
Zeytun yağı istehsalı üçün nəzərdə tutulan qara
zeytun 1.6. saylı cədvəldə göstərilən tələblərə uyğun
olmalıdır.
Yaşıl və qara zeytunun tərkibində toksiki
elementlərin, pestisidlərin və radionuklidlərin miqdarı “Ərzaq
xammalı və yeyinti məhsullarının keyfiyyətinə və
təhlükəsizliyinə olan gigiyenik tələblər” – SanPiN 2.3.2.560
Zeytun və zeytun yağ ı_________________________________
48
ilə müəyyən edilmiş və 2.4. saylı cədvəldə göstərilmiş yol
verilən hədlərdən yüksək olmamalıdır.
Yaşıl və qara zeytun QOST 10131, QOST 17812
üzrə yeşiklərə qablaşdırılır.
Qablaşdırma tarası möhkəm, təmiz, quru, kənar
iysiz olmalıdır.
Qablaşdırılacaq zeytunların səthi nəm olmamalıdır.
Hər bir nəqliyyat tarasının üzərinə aşağıdakı
məlumatlar göstərilən etiket yapışdırılmalıdır:
yük göndərən təsərrüfatın adı;
məhsulun adı, pomoloji və əmtəə növü;
məhsulun yığım və yüklənib göndərilmə tarixi;
partiyanın nömrəsi;
briqadanın və ya qablaşdırıcının nömrəsi;
sertifikatlaşdırma haqqında məlumat;
bu standartın işarəsi.
Markalanma Respublikanın dövlət dilində olmalıdır.
Yaşıl və qara zeytun partiyalarla qəbul edilir. Eyni
pomoloji və əmtəə sortuna məxsus, eyni növ, tip, ölçülərdə
olan taraya qablaşdırılan, eyni nəqliyyat vasitəsində gətirilən,
eyni keyfiyyət vəsiqəsi və “Bitkiçilik məhsullarının
tərkibində toksiki elementlərin miqdarı və pestisidlərin tətbiqi
üzrə reqlamentlərə riayət edilməsi haqqında sertifikat” ilə
rəsmiləşdirilən istənilən miqdarda yaşıl və qara zeytun
partiya hesab edilir.
__________________________________________Ə hmə d-Cabir Ə hmə dov
49
Zeytun və zeytun yağı_________________________________
50
__________________________________________Ə hmə d-Cabir Ə hmə dov
51
Zeytun və zeytun yağı_________________________________
52
__________________________________________Ə hmə d-Cabir Ə hmə dov
53
Cə dvə l 1.6. Zeytun yağ ı istehsalı üçün nə zə rdə
tutulan qara zeytunun keyfiyyə t göstə ricilə ri
Göstəricinin adı
Xarakteristikası və norması
Xarici görünüşü
Təzə, təmiz, yetişmiş meyvələr.
Ölüşkəmə
ə
lamətləri
olan
meyvələrin mövcudluğuna yol
verilir
Rəngi
Qara, qara- bənövşəyi
Partiyada 25%-ə qədər bənövşəyi-
qonur və bənövşəyi-yaşılımtıl
rəngli (meyvə səthinin 10-i qədər)
meyvələrin olmasına yol verilir
En kəsiyinin ən
böyük diametri üzrə
meyvələrin ölçüsü,
mm, ən azı
8
Partiyada 15%-ə qədər ölçüsü ən
azı 6 mm olan meyvələrin
olmasına yol verilir
Daxili quruluşu
Ləti yetişmiş , sıx və ya yumşaq,
kiçik əzilmiş yerlər, çatlar ola
bilər
Kənd təsərrüfatı
ziyanvericiləri və
xəstəliklər ilə
zədələnmə:
meyvənin səthinin
bənövşəyi çanaqlı
yastıca ilə
iynələnməsi
Məhdudlaşdırılmır
Cüzamla zədələnmə Partiyada 10% meyvədə yol
verilir
Zeytun və zeytun yağ ı_________________________________
54
Keyfiyyət vəsiqəsində aşağıdakılar göstərilir:
vəsiqənin nömrəsi və verildiyi tarix;
toksiki elementlərin miqdarı haqqında sertifikatın nömrəsi
və verildiyi
tarix;
partiyanın nömrəsi;
yük göndərən təsərrüfatın adı və ünvanı;
alıcı təşkilatın adı və ünvanı;
məhsulun adı və əmtəə növü;
pomoloji növün adı;
qablaşdırma vahidlərinin miqdarı;
xalis və tara ilə birlikdə kütləsi, kq;
məhsulun yığım, qablaşdırılma və yüklənib göndərilmə
tarixi;
nəqliyyat vasitəsinin nömrəsi və növü;
daşınma müddəti, sutka;
pestisidlərlə son işlənmə tarixi və pestisidlərin adı;
bu standartın işarəsi.
Yaşıl və qara zeytunun keyfiyyətinin bu standartın
tələblərinə uyğunluğuna nəzarət etmək üçün partiyanın müxtəlif
yerlərindən nümunələr seçilib götürülür:
100 yeşiyə qədər (sonuncu daxil olmaqla) - ən azı üç
yeşik;
100 yeşikdən yuxarı - əlavə olaraq sonrakı dolu və
yarımçıq hər 50 yeşikdən bir yeşik.
Toksiki elementlərin, pestisidlərin və radionuklidlərin
miqdarına nəzarət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
müəyyən etdiyi qaydada aparılır.
Nəzarətin nəticələri bütün partiyaya şamil edilir.
Partiyadan
secilib
götürülmüş
nümunələrin
keyfiyyəti yoxlanıldıqdan sonra onlar nəzarət olunan
partiyaya əlavə edilir.
__________________________________________Ə hmə d-Cabir Ə hmə dov
55
Zədələnmiş yeşiklərdəki yaşıl və qara zeytunun
keyfiyyəti ayrıca yoxlanılır və nəticələr ancaq bu yeşiklərdəki
məhsula şamil edilir.
Standart üzrə seçilib götürülmüş yaşıl və qara
zeytun QOST 29329 üzrə tərəzidə ± 0,1 kq xəta ilə çəkilir.
Standartda qeyd edilən göstəricilər üzrə fraksiyalara ayrılır.
Hər bir fraksiya ayrıca çəkilir.
Məhsulun xarici görünüşü, rəngi, daxili quruluşu,
xəstə və zədələnmiş meyvələrin mövcudluğu orqanoleptik
yolla, ölçüləri – QOST 166 üzrə ştangensirkulla təyin edilir.
Meyvələrin daxili quruluşunu müəyyən etmək üçün
seçilmiş nümunələrdən ən azı 10 ədəd yaşıl və ya qara zeytun
götürülərək kəsilir.
Hər fraksiyadakı meyvələrin miqdarı keyfiyyətini
müəyyən etmək üçün seçilib götürülmüş məhsulun kütləsinə
nisbətən faizlə hesablanır.
Hesablamalar ikinci onluq işarəyə kimi, sonradan
nəticəni birinci onluq işarəyə qədər yuvarlaşdırmaqla aparılır.
Toksiki elementlərin təyini üçün nümunələrin
hazırlanması QOST 26929 üzrə həyata keçirilir.
Toksiki elementlər QOST 26927, QOST 26930 –
QOST 26934, pestisidlər QOST 30349 və Səhiyyə
Nazirliyinin təsdiq etdiyi üsullar, radionuklidlər Səhiyyə
Nazirliyinin təsdiq etdiyi üsullar üzrə təyin edilir.
Toksiki elementlərin atom- absorbsiya üsulu ilə
təyini QOST 30178 üzrə təyin edilir.
Yaşıl və qara zeytun bütün növlərdən olan nəqliyyat
ilə, üstüörtülü nəqliyyat vasitələrində, mövcud nəqliyyat növü
üçün qüvvədə olan, tez xarabolan malların daşınması
qaydalarına uyğun olaraq daşınır.
Yaşıl və qara zeytun örtülü, ventilyasiya edilən
otaqlarda və ya talvarın altında 2
0
C- dən 15
0
C- dək
temperaturda saxlanılmalıdır.
Zeytun və zeytun yağ ı_________________________________
56
Yığıldığı andan emala verilənə qədər məhsulun
saxlanma müddəti, ən çoxu:
yaşıl zeytunun – 18 saat;
konservləşdirilmə üçün nəzərdə tutulan qara
zeytunun –24 saat;
zeytun yağı istehsalı üçün nəzərdə tutulan qara
zeytunun –8 sutka.
1.9. Zeytundan tibbi məqsədlər üçün
istifadə olunması
Tibbi məqsədlə Avropa zeytununun yarpaq
(Follum oleae) və yetişmiş meyvələrindən alınmış yağından
(Oleum olivarum) istifadə edilir.
Zeytun meyvəsinin tərkibində piyli yağlar (40 –
60%), enzimlər, boyaq və aşı maddələri, yarpaqlarında isə
qlikozidlər, üzvi turşular, mannit, aşı maddələr,
flavonoidlər, taninlər və s. aşkar edilmişdir.
Zeytun yağı – olein, linol, palmitin və stearin
turşularının qliseridlərindən ibarət sarımtıl rəngli, duru, zəif
xarakterli iyə və xoş yağlılıq tamına malik yağdır. Tibbi,
yeyinti və texniki zeytun yağlarına ayrılır. Tibbi zeytun yağı
ə
sasən trioleindən ibarət, rəngsiz və şəffaf yağdır. Onun
turşuluq ədədi 2- yə yaxın, yod ədədi isə 75- 88- dir. Zeytun
yağının texniki sortu sabunbişirmə sənayesində istifadə
olunur. Yeyinti zeytun yağı isə orqanizm üçün çox faydalı
olan qiymətli ərzaq məhsuludur.
Zeytunun əsas təsiri onun yağının ödqovucu,
yarpağının isə hipotenzif və antiaritmik olmasıdır. Son
zamanlar zeytun yarpaqlarından oleuropein maddəsi alınmış
və farmakoloji cəhətdən öyrənilmişdir. Heyvanlar üzərində
aparılan təcrübələrdən məlum olmuşdur ki, oleuropein qan
təzyiqini əhəmiyyətli dərəcədə aşağı salır. Onun hipotenzif
təsiretmə müddəti beş saata qədər davam edir. Bundan
__________________________________________Ə hmə d-Cabir Ə hmə dov
57
ə
lavə oleuropein ürəyin tac damarlarını genişləndirir,
ürəkdəki aritmiyanı götürür. Belə hesab olunur ki, zeytun
yarpaqlarından alınmış dəmləmə və spirtli duru ekstrakt
ürək- damar sistemi xəstəliklərinin müalicəsində istifadə
oluna bilər.
Zeytun yağı yaxşı ödqovucu maddə olmaqla
yanaşı, həmdə zəif işlədici təsirə malikdir. Mədə- bağırsaq
xəstəliklərində yaxşı effekt göstərir. Öd daşlarının
orqanizmdən kənar edilməsinə səbəb olur. Kamfora,
cinsiyyət hormonları, onların analoqlarının və digər
inyeksiya məhsullarının hazırlanmasında çox gözəl
həlledicidir.
Almaniyada
zeytun
yarpaqlarından
alınan
“Olivysat” adlanan standartlaşdırılmış ekstrakt buraxılır. O
hipotenzif maddə kimi, qan təzyiqi yüksək olanlara (gündə
3 dəfə, hər dəfə 40 damcı) məsləhət görülür.
Fransada
Avropa
zeytununun
yarpaq
tumurcuqlarından alınmış spirtli cövhər hipertoniya,
ateroskleroz və piy mübadiləsi pozğunluğuna qarşı istifadə
olunur.
Rus xalq təbabətində zeytun yağından ödqovucu,
öd daşlarını xaric etmək, həzmi yaxşılaşdırmaq, habelə
yüngül işlətmə məqsədilə istifadə edilir.
Ə
bu Əli bn Sina duza qoyulmuş zeytunun mədəni
möhkəmləndirdiyini, iştahı artırdığını, zeytun yağının
herpes və qızılyel xəstəliklərində, oturaq sinirin iltihabında
faydalı olduğunu qeyd etmişdir.
1.9.1. Ev şəraitində zeytun
yarpaqlarından və yağ ından istifadə qaydası
Zeytunun qurudulmuş yarpaqlarından 1:20
nisbətində hazırlanmış isti- sulu çıxarışdan hipotenzif,
aritmiyanı götürən və tac damarları genişləndirən maddə
Zeytun və zeytun yağ ı_________________________________
58
kimi istifadə edilir. Alınmış çıxarışdan gündə 3 dəfə, hər
dəfə ⅓ hissəsi qəbul edilir. Bu məqsədlə onun öksəotu və
digər bitkilərlə qarışığından da istifadə edilir. Mədənin və
qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə yemək
zamanı və ya ondan sonra zeytun meyvələrindən
hazırlanmış konservlərdən istifadə etmək məsləhət görülür.
Xalq təbabəti mənbələrində öd daşlarının
orqanizmdən kənar edilməsi üçün zeytun yağından
istifadənin müxtəlif qaydaları göstərilir:
1. Güclü öd ifrazına nail olmaq və öd daşlarını
orqanizmdən xaric etmək üçün bir neçə gün səhər- səhər
acqarina, hər dəfə 60 ml zeytun yağı qəbul edilir. Bu zaman
ürəkbulanma və qusmanın qarşısını almaq üçün, qəbul edən
kimi üstündən qreypfrut şirəsi içilir.
2. Öd daşlarının orqanizmdən kənar edilməsi
məqsədilə zeytun yağının miqdarı tədricən artırılır. Bunun
üçün yeməkdən 30 dəqiqə əvvəl zeytun yağı içilir. Yağın
miqdarı yarım çay qaşığından başlanır və 15 – 20 gün
ə
rzində tədricən artırılmaqla bir stəkana (200 ml) çatdırılır.
3. Başqa bir reseptə görə öd daşlarını orqanizmdən
kənar etmək üçün 24 saat ac qalmaq (bu müddətdə yalnız su
içmək olar), sonra bağırsaqları imalə etməklə təmizləmək
məsləhət görülür; imalədən bir saat sonra bir stəkan zeytun
yağı, onun üstündən isə bir stəkan qreypfrut şirəsi içib
uzanmaq lazımdır. Qusma hissi əmələ gələrsə, limon
sormaq olar (su içmək olmaz). Yağı içəndən 15 dəqiqə
sonra işlədici qəbul edilir. Aclığı davam etdirməklə,
yuxarıdakı prosedura 5 gün təkrar edilir.
Amerikanın həftəlik “Times” jurnalı zeytunu
dünyanın ən sağlam ərzaqlar qrupuna daxil etmişdir. Bu
bitki və onun yağı insan səhhəti üçün faydalıdır və qanda
xolesterolun miqdarını azaltmaq qabiliyyətinə malik
monodoymamış
turşu
yağlarının
çoxluğuna
görə
məşhurdur. Zeytun ürək və qan damarlarını aterosklerozdan
__________________________________________Ə hmə d-Cabir Ə hmə dov
59
qoruyur, o sagıam qidalanma modeli sayılan Aralıq dənizi
pəhrizinin əsas komponentidir. Bu bitkinin yarpaqları
oleuropein, oleasterol və olein turşusu; antioksidantlardan:
E vitamini və polifenollardan ibarətdir.
Son illərdə zeytun ağacının yarpaqlarından ürək-
damar sistemi xəstəliklərinin müalicəsində, xüsusən
hipertoniya xəstəliyində dəmləmə və duru spirtli ekstrakt
formada daxilə qəbul edilir.
Zeytun yağı – zeytundan əldə edilən ən önəmli
məhsuldur. Zeytun yağı dünyada ildə 1,6 – 2,6 milyon ton
həcmində istehsal edilir və bunun 75 – 80%- ə qədəri
istehsalçı ölkələr tərəfindən istehlak edilir. Geri qalan 20 –
25% qismi isə dünya bazarlarına ixrac edilir.
Zeytun yağı, zeytunun əzilib sıxılması və qara su
adlanan hissəsinin ayrılması ilə əldə edilir. Zeytun yağı
tamamilə fiziki üsullarla əldə edilir və burada heç bir
kimyəvi metoddan istifadə edilmir.
Zeytun yağının üç əsas növü var:
Dostları ilə paylaş: |