D-cab r əHMƏdov



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix05.03.2017
ölçüsü1,44 Mb.
#10316
1   2   3   4   5   6   7   8   9   10   ...   14

 

Q e y d: “ çi doldurulmuş zeytun” konservində çəyirdəyi 

çıxarılmış zeytunların içərisi təzə və ya turşuya qoyulmuş qırmızı şirin 

bibər,  təmizlənmiş  şirin  badam  ləpəsi,  təzə  və  ya  turşuya  qoyulmuş 

sarımsaq, limon və yaxud birlikdə götürülmüş badam ləpəsi və qırmızı 

bibər ilə doldurulur.  

Zeytun və zeytun yağı_________________________________ 

 

72



Fiziki-  kimyəvi  göstəricilərinə  görə  konservlər 

2.2. saylı cədvəldə göstərilən normalara uyğun olmalıdır.  

 

Cədvəl 2.2. Konservləşdirilmiş zeytunun 

fiziki- kimyəvi göstəriciləri. 

 

Göstəricinin adı 

Norması 

Konservləş-

dirilmiş 

zeytun üçün 

çi doldurulmuş 

zeytun üçün 

Xloridlərin kütlə payı ,  

%- lə 


5 – 7  

5 – 7  


Titrlənən turşuların kütlə  

payı (süd turşusuna 

 görə hesablamaqla) %- lə 

 

 



0,1 – 0,6 

 

 



0,1 – 0,6 

pH 


4,5 – 5,5  

4,5 – 5,5  

Konservin etiketdə  

göstərilən 

 xalis kütləsinə görə  

komponentlərin kütlə  

payı, %- lə: meyvə, ən azı 

iç, ən azı 

duz məhlulu, ən çoxu 

 

 



 

60 


40 


 

 

 



40 

20 


40 

Mineral qatışıqlar 

Yol verilmir 

Bitki mənşəli qatışıqlar 

Yol verilmir 

 

 



2.6. Qara zeytunun quru duzlama üsulu  

ilə duzlanması 

 

Tam yetişmiş zeytun meyvələri quru duzlama üsulu 

ilə  emal  edilir.  Zeytunun  rəngi  tünd-  bənövşəyi  və  ya  qara 

rəngdə olduqda yığılır. Əsasən irimeyvəli, ətliyi nisbətən çox 

olan zeytun sortlarından istifadə olunur. Quru duzlamaq üçün 


__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



73

nəzərdə  tutulan  zeytun  zərərvericilərlə  zədələnməməlidir. 

Quru duzlanmış zeytun sərbəst qəlyanaltı kimi süfrəyə verilir, 

salatların və isti xörəklərin hazırlanmasında istifadə olunur.  

Seçilmiş  və  yuyulmuş  zeytun  meyvələri  iri  dənəli 

xörək  duzu ilə  qat-  qat duzlanmaqla  quru  çəlləklərə  tökülür. 

Zeytunun  kütləsinin  25-40%-  i  qədər  duz  götürülür.  Çəllək 

dolduqdan  sonra  qapağı  bağlanır,  lakin  zivana  (şpunt)  yeri 

açıq  qoyulur  (yəni  tıxac  vurulmur).  Çəlləklər  ağzı  aşağı 

olmaqla  anbara  yığılır  və  zeytun  meyvələrinin  hərtərəfli 

duzlanması  üçün  arabir  çəlləklər  fırladılır.  Duzun  təsirindən 

zeytunun  ətliyindəki  suyun  bir  hissəsi  ayrılır  və  onunla 

birlikdə meyvəyə spesifik acl dad verən maddələr də ayrılır. 

Çəlləkdən qəhvəyi rəngli şirə (duzluq) ayrılır. Belə şəraitdə 3 

– 4 həftə saxlanılır. Sonda zeytunlar bir qədər bürüşür, xüsusi 

xoşagələn  dad,  ətir  və  konsistensiya  kəsb  edir,  acı  dad  yox 

olur.  Süfrəyə  yığıb  həll  olmayan  artıq  duzdan  təmizləyirlər. 

Hazır  məhsul  digər  quru  və  təmiz  çəlləklərə  qablaşdırılır. 

Bəzən  məhsulun  xarici  görünüşünü  xoşagələn  etmək 

məqsədilə üzərinə 1 – 2% zeytun yağı əlavə edilir.  

Duza  qoyulmuş  zeytun  meyvələri  bir  böyüklükdə 

(kənarlaşma  uzunluğu  və  diametri  üzrə  3  mm-  dən  çox 

olmamalıdır),  qara,  parlaq,  bürüşmüş,  şirəli,  ətlikli,  spesifik 

dad və ətirli olmalıdır. Azacıq acı dadın olmasına yol verilir. 

Quru  duzlanmış  zeytunda  ətliyin  miqdarı  65%-  dən  az, 

zərərvericilərlə zədələnmişlər 10%- dən çox olmamalıdır. 

Bəzən  duza  qoyulmuş  zeytunu  təzə  zeytun  əvəzinə 

ə

vvəlcədən  duzluqda  fermentləşdirilmiş  zeytundan  da 



hazırlayırlar.  Belə  məhsul  keyfiyyətindən  asılı  olaraq  əla  və 

birinci  sorta  ayrılır.  Ətliyin  miqdarı  əla  sortda  65%-  dən  az 

olmamalıdır,  1-ci  sorta  isə  bu  göstərici  normalaşdırılmır. 

Meyvəsi zədələnmişlər əla sortda 10%- dən, 1- ci sortda 20%- 

dən  çox  olmamalıdır.  1-  ci  sortda  30%-  ə  qədər  ölçüsü 

müxtəlif  meyvələrin  olmasına  icazə  verilir.  Əla  sortda 

meyvələrin rəngi qara, tünd- bənövşəyi və ya qəhvəyi , 1- ci 

Zeytun və zeytun yağı_________________________________ 

 

74



sortda  isə  bir  qədər  açıq  çalarlı  rəngli  ola  bilər. 

Fermentləşdirilmiş  zeytundan  hazırlanan  məhsulun  səthində 

büzüşmə zəif hiss olunur. Duzun miqdarı 8 – 10%- dir. 100 

qram məhsul 220 kkal enerji verir.  

Duza qoyulmuş zeytun tutumu 100 litr olan palıd və 

ya fıstıq ağacından çəlləklərə qablaşdırılır. 15

0

C- dən yüksək 



olmayan, quru və sərin anbarlarda saxlanılır.  

Qeyd: Bu məlumatlar Товарный словарь (46), Том 

5, səh. 373- dən götürülmüşdür. 

 

2.7. Konservləşdirilmiş qara zeytunun  



keyfiyyət göstəriciləri 

 

Konservləşdirilmiş 

ə

dviyyatlı 



qara 

zeytunun 

keyfiyyəti  237  –  2006  saylı  Texniki  şərtlərə  müvafiq  olaraq 

aşağıdakı tələblərə cavab verməlidir. 

Konservləşdirilmiş ədviyyatlı qara zeytun AZS 234 

–  2006  saylı  standartın  tələblərinə  uyğun  olaraq,  sanitariya 

norma  və  qaydalarına  riayət  etməklə,  müəyyən  edilmiş 

qaydada  təsdiq  olunmuş  texnoloji  təlimat  və  reseptura  üzrə 

hazırlanmalıdır.  

Keyfiyyət 

göstəricilərindən 

asılı 


olaraq 

konservləşdirilmiş ədviyyatlı qara zeytun iki növə ayrılır: əla 

və birinci. 

Orqanoleptik göstəricilərinə görə konservləşdirilmiş 

ə

dviyyatlı qara zeytun 2.3. saylı cədvəldə göstərilən tələblərə 



uyğun olmalıdır. 

 

 



 

 

 



 

  


__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



75

Cədvəl 2.3. Konservləşdirilmiş ədviyyatlı 

qara zeytunun orqanoleptiki göstəriciləri. 

Göstəricinin 

adı 

X a r a k t e r i s t i k a s ı 



Ə

la növ 


Birinci növ 

Konserv üçün 

Xarici  

görünüşü 

Ölçüləri eyni olan, ləkəsiz, mexaniki  

zədələrsiz və saplaqsız meyvələr, en 

 kəsiyinin ən böyük diametri, mm, ən azı: 

Ölçüsü 


16 

14 


 

Ə



çoxu 

25% 


ölçüləri 

eyni 


olmayan, 

ləkəli 


meyvələrin 

olmasına 

yol 

verilir. 



Dad və iyi 

Duzlu,  meyvələrin  yağı  hiss  olunmaqla, 

ə

dviyyat ətri ilə, kənar tam və iylərsiz. Zeytuna 



məxsus cüzi acılığa yol verilir 

Rəngi 


Eyni  rəngli  meyvələr,  tünd  qəhvəyidən  açıq 

qəhvəyi rəngədək 

Konsisten-

siyası 


Elastik, möhkəm, bişirilməmiş meyvələr 

 

Kütlə  üzrə  ən  çoxu 



8% 

yumşaq 


meyvələrin 

olmasına yol verilir 

Məhlulun 

keyfiyyəti 

Şə

ffaf,  içərisində  asılı  hissəciklər  olmayan, 



bozumtul- qəhvəyi çalarlı məhlul 

 

Daha tünd çalarlara 



və  meyvə  lətinin 

cüzi  çöküntüsünə 

yol verilmir. 

Kənar 


 qatışıqlar 

Yol verilmir 

 

 

Zeytun və zeytun yağı_________________________________ 

 

76



 

Qeyd: Əla növ konservdə ən çoxu 2%, birinci növ 

konservdə  ən  çoxu 10% kənd təsərrüfatı ziyanvericiləri ilə 

zədələnmə  izləri  (iynələnmiş  şəkildə)  olan  meyvələrin 

olmasına yol verilir.  

Fiziki- 

kimyəvi 


göstəricilərinə 

görə 


konservləşdirilmiş  qara  zeytun  2.4.  saylı  cədvəldə 

göstərilən normalara uyğun olmalıdır. 

 

         Cədvəl 2.4. Konservləşdirilmiş ədviyyatlı qara 

zeytunun fiziki- kimyəvi göstəriciləri 

 

Göstəricinin adı 

Norması 

Konservin  etiketdə  göstərilən  xalis 

kütləsinə  görə  zeytunun  kütlə  payı, 

%- lə, ən azı 

 

60 


Xloridlərin kütlə payı, %- lə: 

sterilizə olunmuş məhsulda 

sterilizə olunmamış məhsulda 

 

5 – 7 



10 – 12  

Titrlənən  turşuların  kütlə  payı  (süd 

turşusuna görə hesablamaqla) %- lə 

 

0,1 – 0,6 



Mineral qatışıqlar 

Yol verilmir 

Bitki mənşəli qatışıqlar 

Yol verilmir 

 

2.8. Konservləşdirilmiş zeytun məhsullarının 

zərərlilik göstəriciləri 

 

Konservləşdirilmiş 

zeytun 

məhsullarının 



mikrobioloji  göstəriciləri  “ stehsalat  müəssisələrində, 

topdansatış bazarlarında, pərakəndə ticarətdə və ictimai iaşə 

müəssisələrində konservlərə sanitar- texniki nəzarət qaydası 

üzrə təlimat”- a uyğun olaraq müəyyənləşdirilir.  



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



77

Konservləşdirilmiş 

zeytun 

məhsullarının 



tərkibində 

toksiki 


elementlərin, 

pestisidlərin 

və 

radionuklidlərin  miqdarı  “Ərzaq  xammalı  və  yeyinti 



məhsullarının  keyfiyyətinə  və  təhlükəsizliyinə  olan 

gigiyenik  tələblər  –  SanPin  2.3.2.560  ilə  müəyyən  edilmiş 

və  2.4.  saylı  cədvəldə  göstərilmiş  yol  verilən  hədlərdən 

yüksək 


olmamalıdır. 

25 


qr 

məhsulda 

patogen 

mikroorqanizmlərin,  o  cümlədən  salmonellərin  olmasına 

yol verilmir. 

 

Cədvəl 2.4. Konservləşdirilmiş zeytunun 



zərərsizlik göstəriciləri 

 

Göstəricinin adı 

Yol verilən hədd, ən 

çoxu 


Toksiki elementlər, mq/kq: 

qurğuşun 

arsen 

kadmium 


civə 

mis 


sink 

 

0,4 



0,2 

0,03 


0,02 

5,0 


10,0 

Pestisidlər, mq/kq: 

heksaxlortsikloheksan 

(α, β, γ – izomerlər) 

 

 

0,05 



DDT və onun metabolitləri 

0,01 


Radionuklidlər, Bk/kq: 

sezium – 137  

stronsium – 90 

 

40 



50 

 

Xammalın 



tərkibində 

toksiki 


elementlərin, 

pestisidlərin və radionuklidlərin miqdarı SanPin 2.3.2.560 ilə 

müəyyən edilmiş yol verilən hədlərdən yüksək olmamalıdır. 

Zeytun və zeytun yağı_________________________________ 

 

78



Sterilizə  olunmuş  ədviyyatlı  qara  zeytunun 

mikrobioloji 

göstəriciləri 

“ stehsalat 

müəssisələrində, 

topdansatış  bazarlarında,  pərakəndə  ticarətdə  və  ictimai  iaşə 

müəssisələrində  konservlərə  sanitar-  texniki  nəzarət  qaydası 

üzrə təlimat”- a uyğun olaraq müəyyənləşdirilir.  



 

2.9. Zeytunun marinada (sirkəyə) qoyulması 

 

Zeytunu  sirkəyə  qoymaq  üçün  onu  əvvəlcə  yaş 

üsulla duza qoyurlar. Acılığı getmiş və duzlanmış zeytunları 

tərkibində  1  –  3%  duzqalana  qədər  soyuq  suda  saxlamaq 

lazımdır. Sonra zeytunu süzgəclərə töküb artıq duzluğu kənar 

etdikdən sonra şüşə bankalara (tutumu 0,2; 0,25; 0,375; 0,5; 

0,75 və s.)  yığıb üzərinə tərkibində 2% xörək duzu və 1,5% 

sirkə turşusu olan məhsul tökülür. Sirkəyə qoymada məhsula 

xoş  ətir  və  dad  vermək  məqsədilə  sarımsaq,  qırmızı  istiot, 

cirə, rozmarin, cəfəri və digər ətirli- ədviyyəli bitkilərdən də 

istifadə  olunur.  Hazır  məhsulun  tərkibində  orta  hesabla  1  – 

1,5% xörək duzu və 0,6 – 0,8% sirkə turşusu olur. Bankalara 

yığılacaq məhsulun hər 1000 kq hesabı ilə 0,15 kq qara istiot, 

0,4  kq  dəfnə  yarpağı,  3,75  kq  cəfəri,  1,6  kq  təmizlənmiş 

sarımsaq  götürülür.  Duzluğun  (sirkə  və  duz  məhlulunun) 

miqdarı ümumi kütlənin 45%- dən çox olmamalıdır. Məhsul 

yığılmış  bankalar  hermetik  bağlanır,  pasterizə  edilir  və 

yetişmək  üçün  1  –  1,5  ay  saxlanılıb  satışa  verilir.  Məhsul 

qaranlıq  və  sərin  anbarlarda  15  –  20

0

C  temperaturda 



saxlanılır.  Sənaye  üsulu  ilə  zeytun  çox  az  sirkəyə  qoyulurə 

Ə

sasən  duza  qoyulmuş  və  konservləşdirilmiş  və  quru 



duzlama üsulu ilə qara zeytun hazırlanır.  

 

        2.10. Ev şəraitində zeytunun marinada qoyulması 



 

Ev  şəraitində  əsasən  tumlu  və  tumu  çıxarılmış 

zeytun  marinada  qoyulur.  Zeytun  adi  qaydada  seçilir, 


__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



79

təmizlənir,  yuyulur  və  2  gün  5  –  7%-  li  duz  məhlulunda 

saxlanılır. Acılığı çıxdıqdan sonra zeytun banka və ya balona 

yığılır. Hər qablaşdırma vahidinə həcmindən asılı olaraq 2 – 3 

diş təmizlənmiş sarımsaq, bir neçə qənəd cəfəri göyərtisi, acı 

qırmızı istiot, 3 – 4 xörək qaşığı limon şirəsi, litrlik bankaya 1 

çay  qaşığı  duz,  1  –  2  xörək  qaşığı  zeytun  yağı  və  öz 

zövqünüzə  görə  digər  ətirli-  ədviyyəli  bitkilər  əlavə  edə 

bilərsiniz. Bankalar hermetik bağlanır və sərin yerdə saxlanır 

(11).  


Bir başqa üsulla əvvəlcədən emal edilmiş zeytunları 

bir  qədər  enli  bıçaqla  sıxıb  azacıq  əzmək  daha  yaxşıdır. 

Zeytunların üzərinə xırda doğranmış sarımsaq, xırda çərtilmiş 

göyərti,  acı  istiot,  limon  şirəsi  və  zeytun  yağı  əlavə  edib 

yaxşıca  qarışdırırıq.  Qarışığı  bankalara  yığıb  ağzını  bərk 

bağladıqdan (plastmas qapaqla) sonra 4 – 5 gün soyuducuda 

saxlayırıq.  Xoşagələn  turşməzə  dadlı  zeytunlar  süfrəyə 

sərbəst qəlyanaltı kimi verilə bilər.  

 

2.11. Konservləşdirilmiş zeytun məhsullarının 

qablaşdırılması, sınaq üsulları və saxlanılması 

 

Konservləşdirilmiş  ədviyyatlı  qara  zeytun  tutumu 

3,0 dm

3

- dək olan QOST 5717.1 üzrə şüşə bankalara, tutumu 



200  dm

3

-  dək  olan  QOST  8777  üzrə  taxta  çəlləklərə 



qablaşdırılır.  Çəlləklərin  içərisində  QOST  19360  üzrə 

polietilen içlik torbalar olmalıdır.  

Yaşıl zeytun konservlərini tutumu 3,0 dm

3

- dək olan 



QOST  5717.1  üzrə  şüşə  bankalara  və  ya  istehlakçı  ilə 

razılaşdırılmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

tərəfindən  istifadəsinə  icazə  verilən  digər  istehlak  tarasına 

qablaşdırılır. 

Məhsulun  qablaşdırılması  və  markalanması  QOST 

13799 üzrə həyata keçirilir.   



Zeytun və zeytun yağı_________________________________ 

 

80



Markalanma 

Respublikanın 

dövlət 

dilində 


aparılmalıdır.  Reklam  xarakterli  əlavə  məlumatlar  “Yeyinti 

məhsulları  haqqında”  Azərbaycan  Respublikası  Qanununa 

müvafiq olaraq göstərilmişdir.  

Qəbul  qaydaları  QOST  26313,  QOST  27853  üzrə 

heyata  keçirilir.  Keyfiyyət  haqqında  sənədin  rekvizitləri  və 

məhsulun  tərkibində  toksiki  elementlərin,  pestisidlərin  və 

radionuklidlərin 

miqdarına 

nəzarət 

“ stehsalat 

müəssisələrində, topdansatış bazarlarında, pərakəndə ticarətdə 

və  ictimai  iaşə  müəssisələrində  konservlərə  sanitar-  texniki 

nəzarət 

qaydası 


üzrə 

təlimat”- 

uyğun 


olaraq 

müəyyənləşdirilir. 

Nümunələrin  seçilib  götürülməsi  və  sınaq  üçün 

hazırlanması  QOST  26313,  QOST  26671,  QOST  26668, 

QOST  26669,  QOST  26929,  mikrobioloji  analizlər  üçün 

mikroorqanizmlərin  yetişdirilməsi  QOST  26670  üzrə  həyata 

keçirilir. 

Sınaq  üsulları  –  QOST  8756.1,  QOST  8756.18, 

QOST 26186, QOST 26188, QOST 25555.0, QOST 25555.3, 

QOST 26323 üzrə həyata keçirilir.  

Xarici görünüşünə görə qüsurlu meyvələrin miqdarı 

tərəzidə  çəkilməklə  müəyyən  edilir,  sonra  onların  miqdarı 

bankada  olan  meyvələrin  ümumi  kütləsinə  nisbətən  faizlə 

hesablanır.  

Kənar  qatışıqlar  (mineral  və  bitki  mənşəli 

qatışıqlardan başqa) vizual olaraq təyin edilir.  

Sənaye 

sterilliyinin 



ə

saslandırılması 

zərurəti 

yarandıqda  mikrobioloji  analizlər  QOST  10444.1,  QOST 

10444.11, QOST 10444.12, QOST 30425 üzrə aparılır.  

Mikrobioloji xarabolmanın əsaslandırılması zərurəti 

olduqda  xarabolma  törədicilərinin  təyini  QOST  10444.1, 

QOST  10444.11,  QOST  10444.12,  QOST  10444.15,  QOST 

30425 üzrə aparılır.  

 


__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



81

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Zeytun və zeytun yağı_________________________________ 

 

82

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



83

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Zeytun və zeytun yağı_________________________________ 

 

84

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



85

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Zeytun və zeytun yağı_________________________________ 

 

86

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



87

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Zeytun və zeytun yağı_________________________________ 

 

88

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



89

Patogen  mikroorqanizmlər  Dövlət  Sanitar  nəzarəti 

orqanlarının tələbi ilə, onlar tərəfindən müəyyən edilmiş labo- 

ratoriyalarda  QOST  10444.1,  QOST  10444.2,  QOST 

10444.7, QOST 10444.9 üzrə təyin edilir.  

               Toksiki  elementlər  QOST  26927,  QOST  26930  – 

QOST  26934,  pestisidlər  QOST  30349  və  Səhiyyə 

Nazirliyinin  təsdiq  etdiyi  üsullar,  radionuklidlər  Səhiyyə 

Nazirliyinin təsdiq etdiyi üsullar üzrə təyin edilir.  

Toksiki  elementlərin  atom-  absorbsiya  üsulu  ilə 

təyini QOST 30178 üzrə aparılır.  

Konservləşdirilmiş ədviyyatlı qara zeytunun və yaşıl 

zeytunun daşınması və saxlanması QOST 13799 üzrə həyata 

keçirilir. 

Hazırlandığı  gündən  etibarən  məhsulun  saxlanma 

müddəti sterilizə olunmuş məhsul üçün ən çoxu 1 il, sterilizə 

olunmamış məhsul üçün ən çoxu 6 aydır.  

Konservantlarla hazırlanan yaşıl zeytun konservlərin 

saxlama müddəti hazırlandığı gündən etibarən ən çoxu 3 ildir.  

 


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin