1423) Sabit stenokardiyalı xəstələrdə revaskulyarizasiyaya göstəriş nədir?
A) β-blokatorlarla optimal müalicəyə baxmayaraq nəzarət olunmayan simptomlar
B) Uzun təsirli nitratlar,β-blokatorlarla kombinə olunmuş terapiyaya baxmayaraq nəzarət olunmayan simptomlar
C) Uzun təsirli nitratlar, kalsium antaqonistlər və β-blokatorlarla kombinə olunmuş terapiyaya baxmayaraq nəzarət olunmayan simptomlar
D) Uzun təsirli nitratlar, trimetazidinlə kombinə olunmuş terapiyaya baxmayaraq nəzarət olunmayan simptomlar
E) Kombinə olunmuş optimal medikamentoz müalicəyə baxmayaraq nəzarət olunmayan simptomlar
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
1424) Qaraciyərin qeyri-alkoqol steatohepatitli xəstələrdə billiar durğunluq olarsa seçim preparat hansıdır?
A) Ursodezoksixol turşusu
B) Silimarin tərkibli hepatoprotektorlar
C) Spazmolitiklər
D) Adometionin
E) Essensial fosfolipidlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Xroniki hepatitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol, 2011
Dostları ilə paylaş: |