814) Stafilokok pnevmoniya üçün nə xarakterik deyil?
A) Krepitasiya
B) Residivləşən titrətmə
C) Hərarətin yüksəlməsi
D) Ağciyərlərdə destruktiv dəyişikliklər
E) Cüzi intoksikasiya əlamətləri
Ədəbiyyat: А.Н.Окороков. «Диагностика болезней внутренних органов», III том, 2001 г.
815) Əgər obstruktiv sindrom arterial hipertenziya ilə müşayət olunursa, aşağıdakılardan hansı seçim preparatıdır?
A) β - blokatorlar
B) Ca ++ antaqonistləri
C) Nitratlar
D) AÇFİ
E) Diuretiklər
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004г.
816) Qudpasçer sindromunun müalicəsinə nə daxil deyil?
A) Plazmaferez
B) Qlükokortikoidlər
C) İmmunosupressorlar
D) Hemodializ
E) Antibiotiklər
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
817) Hiperpnoe nədir?
A) Ağciyərlərin hipoventilyasiyası
B) Tezləşmiş tənəffüs
C) Tənəffüsün azalması
D) Dərinləşmiş tənəffüs
E) Tənəffüsün olmaması
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
818) Hansı kliniki vəziyyət kəskin hipoksemik tənəffüs çatışmazlığı ilə nəticələnmir?
A) İdiopatik interstisial pnevmoniyalar
B) Qudpasçer sindromu
C) Massiv hemotransfuziyalar
D) Ağciyərlərin kardiogen ödemi
E) Kəskin bronxit
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
Dostları ilə paylaş: |