7.Dövlətin yaranma səbəbləri haqqında nəzəriyyələr
Dövlətin mahiyyətinə və yaranma səbəblərinə müxtəlif tarixi dövrlərdə və
ayrı-ayrı ölkələrdə fərqli formada yanaşılmışdır. Onlar nəzəriyyələr, konsepsiyalar
və ehtimallar yaranmış, dövlətin yaranma səbəbləri,təbiəti, əmələ gəlməsi prosesi
müxtəlif
tədqiqatçılar
tərəfindən
bir-birindən
fərqli
formada
izah
olunmuşdur.Qısaca olaraq dövlətin mahiyyəti, mənşəyi və yaranma səbəbləri
haqqında nəzəriyyələrdən ən mühümlərini ümumi formada göstərməyə çalışaq:
1.Dövləti dini və ya ilahi mənşəli hesab edən nəzəriyyə.Bu nəzəriyyə qədim
Misirdə yaranmış, feodalizm dövründə daha geniş yayılmış və sonralar dövlət
haqqında ictimai inkişafına müsbət təsir göstərmişdir. Bu nəzəriyyənin
tərəfdarlarının (Hegel,Foma,Akvinski,Mojevski və s.) fikrincə, dövlət və hüquq
Allah tərəfindən dünya ilə birlikdə yaranmışdır.Başqa sözlə, dövlət cəmiyyətin
inkişafının məhsulu deyil, o müstəqil bi ictimai varlıq kimi Allah tərəfindən
dünyanın tərkib hissəsi kimi yaranmışdır.Dövlət ilahi mənşəli bir varlıqŞ hökmdar
tanrının yer üzərindəki surətidir.
2.Dövlətin əmələ gəlməsinə patriarxal yanaşma və ya dövl\ətin əmələ gəlməsi
haqqnda patriarxal nəzəriyyə. Belə yanaşma qədim Yunanıstanda (onun banisi
Aritotel hesab olunur) əmələ gəlmiş, sonrakı əsrlərdə müxtəlifdavamçılar
(məsələn, 17-ci əsrdə İngiltərədə Filmer,19-c əsrdə Rusyada tədqiqatçı-
dövlətşünas Mixaylovski və s.) tərəfindən inkişaf etdirilmişdir.Aristotelə görə,
dövlət təkcə cəmiyyətin təbii- tarixi inkişafınınməhsulu deyil, həm də insanların
qohumluq- doğmaliq əsasında qaynayıb-qarışmasının, əhalinin məskunlaşmasıvə
insani münasibətlərin inkişafının ən yüksək məhsuludur.Patriarxal nəzəriyyəyə
görə,dövlət öz başlanğıcını ailədən götürmüş, ailənin inkişafı məhulu kimi
meydana gəlmişdir. Dövlət başçısının hakimiyyəti –patriarxal dövrdə ailə
başçısının –atanın hakimiyyətidir. Bu nəzəriyyə orta əsrlərdə feodal-monarxiya
dövlətini və hakimiyyətini qoruyub saxlamağa və inkişaf etdirməyə xidmət edirdi.
3.Digər qrup alimlərin (Volf,Russo, didro və i.a.)təsəvvürlərinə görə dövlət
ictimai qruplar,ailələr arası müqavilələrin məhsuludur. Dövlət ailələrin, qəbilələrin
yaranması dövründə (e.ə.5ci-4cü əsrlərdən başlayaraq) hamiya, hər ailəyə və hər
kəsə himayədarlıq etmək, tələbatını ödənilməsinə, azadliğin qorunmasına yardımçı
olmaq üçün yaranmış xüsusi təşkilatdır.Belə ki, ayrılıqda heç bir ailə ,heç bir kəs
təkbaşına həyat üçün zəruri olan şeyləri əldə edə, azadlığını qoruya bilməz .Bu
səbəbdən bu vəzifəni öz öhdəsinə götürən vahid təşkilat yaratmaq haqqında ailələr
(icmalar, kollektivlər) arasında razılaşmalar (müqavılələr) bağlanmış və onların
məhsulu kimi dövlət meydana gəlmişdir.Dövlətə həmçinin “onun üçün ayrılmış
ə
razidə insanların ictimai münasibətlərini təşkil və tənzim edən təkilat” kimi,
“əhalinin sosial qruplarının həmin dövlətin mənafeyinə uyğun ali hakimiyyət
altında ümumbəşəri ədalət prinsipinə əsaslanan ittifaq” kimi tərif verənlər də var.
4. Dövlət zorakılıq vasitəsi kimi. Bu nəzəriyyə öz başlanğıcını quldarlıq
quruluşundan götürmüşdür. Bir qrup alimlərin (Makiavelli, Hobbs və i.a.) fikrincə,
insanda öz təbiəti etibarı ilə müsbət keyfıyyətlərlə bərabər eqoistlik, varlanmaq,
ə
traf aləmə hakim olmaq, şöhrətpərəstlik, qorxu, paxıllıq hıssləri də var. İnsan
ə
ksər hallarda bu sahələrdə özünün şəxsi mənafe və marağının ödənilməsinə can
ataraq başqa insanların mənafeyini tapdalayır, onlara zülm edır, fiziki və mənəvi
zərər verir, həyatını,varlığını təhlükə altında qoyur. Bu vəziyyətdən
qurtarmaq,eqoizmi cilovlamaq, cəmiyyətdə siniflərin, insan qruplarının
mənafeyində və münasibətlərində müvazinəti təmin etmək üçün insanlara qarşı
zorakılıq etmək zərurəti yaranır.Məhz bu zorakılıq funksiyasını dövlət yerinə
yetirir.
19-20ci əsrlərdə alman alimi E.Dürinqin, Karl Kautskinin ,avstriyalı
Qumploviçin əsərlərində dövlətin zorakılıq vasitəsi olmasının daha geniş miqyasda
ə
saslandırılmaına cəhd göstərilmişdir.Müvafiq mənbələrə istinad edərək demək
olar ki,onların ümumi fikri belədir ki, xüsusi mülkiyyət, siniflər və dölət
cəmiyyətin bir hissəsinn o biri hissəsi üzərində daxili və xarici zorakılığının,
istilaçılığının və qarətçiliyinin inkişafı məhsulu kimi meydana gəlmişdir. Qaliblər
idarəedən sinfi, məğlublar fəhlə və kəndli sinfini təşkil etmişlər.K.Kautski dğvlətin
yaranmasında xarici zorakılığı ,müharibələri əsas vasitə hesab edir: Müharibə
nəticəsində qaliblər varlanır, yenə torpaq sahələri ələ keçirilir, məcburedici
dövlətaparatı yaranır, məğlublar qaliblər üçün işləməyə məcbur edilir və s.
5.Dövlətin cəmiyyətin üzvi tərkib hissəsi olmasını müdafiə edən nəzəriyyə. Bu
nəzəriyyənin
vətəni
qədim
Yunanıstandır(Demokrit.
Aristotel,Platon).bu
nəzəriyyəyə görə dövlət insan orqanizmində ürəyi (Platon ), cəmiyyət də canlı
insan orqanizmini (Aristotel) xatırladır. İnsan ürəksiz ola bilmədiyi kimi cəmiyyət
də dövlətsiz ola bilməz. Dövlət özünün tərkib hissələrindən (insanlardan) yaranır.
Dövlət hakimiyyəti –tamın (bütün əhailinin) özünün tərkib hissələri (ayrı-ayrı
fərdlər) üzərində ümumi rifahı təmin etmək üçün hükmranlığıdır. Bu nəzəriyyənin
19-20ci əsrlərdə ən böyük nümayəndə Qerberq Spenser olmuşdur.
6. Bir qrup alimlərin, xüsusilə marksizm banilərinin(K.Marks, f.Engels, V.İ.Lenin
və i.a.)və onların davamçılarının uzun illər hakim olmuş baxışlarına görə dövlət:
ə
vvəla, iqtisadi səbəblərdən , ictimai əmək bölgüsünün inkişafı, izafi məhsul
istehsalının artması və xüsusi mülkiyyətin yaranmasından ;ikincisi ,cəmiyyətin bir-
birinə zidd mənafelərə malik siniflərə bölünməsindən yaranmışdır.Dövlət bir sinfin
digər sinfi əzməsi üçün maşındır, hakim sinfə məxsus mülkiyyəti və siyasi
hökmranlığı təmin etmək vasitəsidir.Bu nəzəriyyə tarixə dövlət haqqında
materialist (sinfi)nəzəriyyə kimi daxil olmuşdur.
Bütün bu nəzəriyyələrin və ddövlətçiliyin inkişafında 20ci əsr müstəsna rol
oynamışdır. 20ci əsr həqiqətən dövlətçilik əsri olmuşdur.Lakin ,əvvəlki əsrlərdə
olduğu kimi 20ci əsrdə də dövlətin mahiyyətinin , rolunun dərk olunması və
dövlətçiliyin inkişafı sahəsində xeyli nailiyyətlər əldə edilsə də, hər halda bu
məsələ özünün tam həllini tapa bilməmişdir. Xüsusilə Sovetlər İttifaqı dağılandan
və sosializm süqut edəndən sonra dövlətə münasibətin bir daha nəzərdən
keçirilməsi ,elmi və praktiki mövqelərin dəqiqləşdirilməsi zərurəti yenə müəyyən
aktuallıq kəsb etməyə başlamışdır.
Əlbəttə, dövlət haqqında digər nəzəriyyə və konsepsiyalar da vardır(məs. dövlət
haqqında psixoloji nəzəriyyə,irqçilik nəzəriyyəsi). Adı çəkilən hər bir nəzəriyyənin
ayrı-ayrı tərkib hissələrində fərqli cəhətlər çoxdur.Dövlətə və dövlətin mahiyyətinə
bu növ münasibətlərin hər birinin özünəməxsus müsbət cəhətləri ilə bərabar
düzgün olmayan və mübahisə doğuran cəhətləri də vardır.
Eyni zamanda dövlət haqqında fikirlər nə qədər müxtəlif olsa da, onların
ə
ksəriyyətinin əsasında “dövlət zorakılıq vasitəsi, siyasi hakimiyyəti qoruyub
saxlamaq vasitəsi” olması durur. Alman filosofu M.Veber yazmışdır: “Dövlət-
insanların insanlar üzərində hökmranlıq münasibətiir.O,bu hökmranlıq
münasibətini təmin etmək üçün təzyiqdən, zordan əsas vasitə kimi istifadə edir”.
20-ci əsrin axırlarında və 21-cı əsrin əvvəllərində baş verən hadisələr, SSRİ-nin
dağılması və keçmiş müttəfiq respublikaların müstəqil demokratik inkişaf yolu
seçməsi, dövlətlərarası münasibətlərin inkişafı və qloballaşma müasir dövrdə
dövlətin cəmiyyətin təşkilində rolunu artırmış və ona elmi münasibətin də xeyli
təkmilləşməsinə səbəb olmuşdur. Başqa sözlə , ”Dövlət, cəmiyyətin
sosial,iqtisadi,siyasi,mənəvi proseslərin idarə olunmasını həyata keçirən,siyasi
cəhətdən suveren hakimiyyət təşkilatıdır.” Bu hakimiyyət təşkilatı ictimai
hakimiyyətdən əhalinin inzibati-ərazi təşkilindən və suverenlikdən ibarətdir.
Suverenlik dövlətçilik əlamətidir, o, dövlətin hər şeydən yüksəkdə durduğunu, asılı
olmadığını göstərir.
8.Dövlət haqqında mövqe və fikirlərin müxtəlif olma səbəbləri
Cavab: Dövlət haqqında mövqe və fikirlərin müxtəlif olmasının bir sıra
obyektiv səbəbləri var.Buna misal olaraq aşağıdakıları göstərmək olar:
1.Dövlət cəmiyyətlə birlikdə daim inkişaf edən, dəyişən bir siyasi və inzibati-
təşkilati strukturdur. Cəmiyyət inkişaf edib bir mərhələdən o birinə keçdikdə dövlət
də inkişaf edır,təkmilləşir və cəmiyyətin yeni inkişaf mərhləsinin tələblərinə
uyğunlaşdırılır. Adətən dövlət haqqında yeni nəzəriyyələrin, konsepsiya və
fikirlərin yaranması da əsasən bir mərhələdən o biri mərhələyə keçid dövrlərinə
təsadüf edir.Cəmiyyətin inkişafının ayrı-ayrl mərhələləri və həmin mərhələlərin
birindən o keçid dövrünün dövlətləri bir-birindən az-çox fərqləndiyinə görə həmin
dövrlərdə dövlət haqqında yaranmış nəzəriyyələr də bir-birindən fərqlənir.
2.Dövl\ət çox müxtəlif və mürəkkəb funksiyaları yerinə yetirir,cəmiyyət həyatının
bütün sahələrinə təşkiledici və tənzimləyici təsir göstərir. Bu təsirlərin hamısını hər
kəsin eyni dərəcədə görməsi və qiymətləndirilməsi mümkün deyil. Deməli dövlətə,
onun fəaliyyinə münasibətdə insanlar, xüsusilə mütəxəsssislər arasındafikir
ayrılığının olması təbii haldır və bu həmişə olacaqdır.
3.Hər bir insanın özünəməxsus, başqalarından az-çox fərqlənən dünyagörüşü,
həyat mövqeyi var. Bu dünya görüşündən asılı olaraq hər bitr insanın bizi əhatə
edən dünyaya, cəmiyyətə və onun institutlarına, o cümlədən dövlətə fərdi
münasibəti var. Təbiidir ki, bu dövlət haqqında nəzəriyyələrdə, elmi mövqelerdə
də, özünü göstərir.
4.Məlum həqiqətdir ki, dövlət millilik, dünyəvilik , demokratiklik və tarixiliyin
vəhdətidir. Hər bir tarixi inkişaf mərhələsində həmin dövrün xarakterindən asılı
olaraq dövlətçilikdə bu xüsusiyyətlərdən biri və ya bir neçəsi ön planda olur.Həmin
dövrdə dövlət haqqında yaranan nəzəriyyə və ya konsepsiyalarda da istər-istəməz
həmin xüsusiyyətləri əks etdirən müddəalar ön plana çəkilir.Nəticədə müxtəlif
dövrləərdə, eləcə də eyni bir tarixi dövrdə dövlət haqqında yaranan nəzəriyyə və
konsepsiyalarda az-çox fərqlər yaranır.
Müasir dövrdə dövlətin milliliyi,demokratikliyi və dünyəviliyi haqqında çox
danışılır.Azərbaycan gənc, müstəqil dövlətdir. Onun bütün bu keyfiyyətləri yenicə
formalaşır.Ümummilli Liderimiz Heydər Əliyev dövlətçilikdə milliliklə
demokratikliyin düzgün əlaqələndirilməsinin vacibliyini göstərmiş,Azərbaycanda
milli, demokratik və dünyəvi dövlət qurulduğunu dəfələrlə qeyd etmişdir.Burada
Heydər Əliyevin dövlət quruculuğu və müvafiq idarəetmə sistemi haqqında
aşağıdakı fikirləri ilə razılaşmaqla yalnız həqiqəti təsdiq etmiş oluruq:”Dövlət
quruculuğunda nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır,həm də dünya
təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir.”
Dövlətə .dövlət quruculuğuna münasibətdə millilik xüsusiyyətlərin qorunub
saxlanması və inkişafı müasir Azərbaycan dövlətçiliyində xüsusilə vacibdir. Hansı
şə
raitdə, hansı ölkədə olursa olsun dövlətlərin mənşəyi ,əmələ gəlmələrinin əsas
səbəbləri eynidir,oxşardır.Cəmiyyət inkişaf etdikcə dövlətin fəaliyyət sahələri
,funksiyaları, dünyəvilik xüsusiyyətləri dəyişə cbilər və yəqin ki, həmişə olduğu
kimi yrnə brelə olacaqdır.Lakin dövlətə millilik məsələsi, hər dövlətin ərazisində
olan xalqların tarixi inkişaf, milli və ərazi quruluş xüsusiyyətlərinin nəzərə
alınması hələ uzun müddət aktual olacaqdır.
Ölkədə baş vermiş hər hansı bir köklü dəyişiklik cəmiyyətin siyasi sistemini və
idarə olunmasının təşkilati formasını dəyişməyi tələb edir.Xalqn milli adət-
ə
nənələri, ruhu ,əxlaqı,mənəviyyatı, təbii yaşayış şəraiti isə dəyişmir və heç dəyişə
də bilməz.Bunları kənardan gətirmək olmaz.Cəmiyyəin dəyişməsindən asılı
olmayaraq xalq həmişə öz əxlaq və mənəvi həyatını tarixən yaranmış özünəməxsus
qanunlar əsasındə qurur.Odur ki,hər bir xalqın dövlətçiliyində,dövlət quruluşunda
demokratiklik, dünyəvilik başqa hər hansı bir dövlətə oxşarlıq nə qədər böyük
olursa-olsun fərqi yoxdur,millilik və xüsusiyyətləri nəzərə alan qanunçuluq və
dövlətçilik olmalıdır.Məhz buna görə ümummilli lider Heydər Əliyev dövlətçilikdə
və dövlət idarəetmə sistemində milliliyi, yerli təcrübənin nəzərə alınmasını vacib
bir vəzifə kimi qarşıya qoymuşdur.
Müstəqil dövlət xalqın yeni istiqamətdə ictimai-siyasi yaradıcılığının, təsərrüfat –
təkilat fəaliyyətinin məhsulu kimi meydana gəlir.Bu dövlət xalqın iqtisadi,milli-
ə
xlaqi keyfiyyələrini qorumaq məqsədinə xidmət edir.Məhz bu səbəbdən bütün
xalqlar tərəfindən qəbul edilən modern dövlət yoxdur. Una görə də”xalqın seçdiyi
cəmiyyət forması və dövlət quruluşu heç yerdən hazır götürülə bilməz.O ,hər
xalqın özünə məxsus olmalıdır.”
Deyilənləri ümumilləşdirsək, aşağıdakı nəticələrə gələ bilərik:Dövlət anlayışı ən
azı iki mühüm şərtlə əlaqədardır.Birincisi, dövlət insanların birgə yaşayışa
yaradıcı münasibətlərinin , mədəni, iqtisadi, siyasi,mənəvi yaradıcılığın idarəetmə
təşkilatı,institutu formasında modelləşmiş məhsldur.Həm dövlət haqqında
baxışlar,həm də dövlət özü daim dəyişir,inkişaf edir,təkmilləşir,bir formadan başqa
formaya keçir.Ailənin formalaşması,icmalar,qəbilə və tayfaların ,xüsusi
mülkiyyətin,siniflərin əmələ gəlməsi və inkişaf dövlətin formalaşmasıvə
inkişafında müstəsna rol oynamıdır.Lakin dövlət bunların ayrılıqda heç birinin
inkişafı məhsulu deyildir.İkincisi,bu idarəetmə institu cəmiyyətdə mpvcud
olanlardan əsasən onunla fərqlənir ki, onun əlindı başqalrına xas olmayan daha
güclü dövlət hakimiyyəti , orqanları və aparatı var.Üçüncüsü ,dövlətyalnız inkişaf
etmiş ziddiyyətli strukturları olan cəmiyyətdə yaranır.Dövlət olan cəmiyyət –dövlət
tərəfindən təşkil olunmuş cəmiyyətdir.Belə cəmiyyət üçün dövlət həmin
cəmiyyətin mövcudluq formasıdır.Dördüncüsü, dövlət cəmiyyətin birgə
həyat,fəaliyyət və davranış normalarını işləyib hazırlayır və həyata keçirilməsi
təşkil edir.Beşinci, dünyəvilik,demokratiklik və milliliyin düzgün əlaqələndirilməsi
gənc demokratik dövlətlərin yaşaması və normal fəaliyyətinin əsas şərtidir.Lakin
burada millilik-hər xalqın milli və tarixi inkişaf xüsusiyyətlərinin ön plana
çəkilməsi vacibdir.
9.Hakimiyyət qüvvəsinin mənbəyinə görə dövlətin tipləri
Cavab: Dövlətlər istər keçmişdə,istərsə də hazırkı dövrdə, bir-birindən
fərqlənirlər.Bu fərqlər həm prinsipial, dərin, həm də bəzən az əhəmiyyətli olsa
idarəetməyə öz təsirini göstərir.Buna görə də ayrı-ayrı tarixi dövrlərdə və hər bir
konkret tarixi şəraitdə dövlətləri bir-birindən fərqləndirən əlamətləri bilmək
lazımdır. Bu əlamətlər çoxdur.Lakin dövlətləri qruplaşdırmaq və onların təşkilati
formsına , idarəçiliyinə ən çox təsir göstərən əlamətləri müəyyənləşdirmək olar.
Hakimiyyət qüvvəsini daşıyanların hakimiyyət qüvvəsinin mənbəyinə görə
dövlətlər aşağıdakı kimi təsnifləşdirilir: Monarxiya,Aristokratik,Demokratik.
Monarxiyada mali hakimiyyət bir nəfərə məxsus olur.Hakimiyyət nəslən keçir.Ali
hakimiyyət başçısı öz fəaliyyətinin nəticələrinə görə təkcə allah qarşısında
cavabdeh olur.Bu onunla müşayiət olunur ki, monarxa ali hakimiyyət həvalə
edilməsi mərasimində dini rəhbərlər iştirak edir və ona xeyir-dua verirlər.Qədim
dövlətlərdə və orta əsrlərdə dövlətçiliyin başlıca forması monarxiya
olmuşdur.Hazırda monarxiya dövləti tarixi nailiyyətə çevrilmişdir.Keçən
yüzilliklər ərzio,əsaslı surətdə inkişaf etmiş, təkmilləşmiş, konstitusiyalı,müxtəlif
səviyyə və nisbətlərdə monarxiya ,aristokratiya və demokratiyanı özündə
birləsdirən hakimiyyət formasına çevrilmişdir.Böyük Britaniya, Belçika,
Danimarka,İspaniya, Yaponiya və digər çoxsaylı inkişaf etmiş ölkələrdə
monarxiya forması tarixi keçmışın qorunub saxlanması kimi mövcuddur.Lakin,
monarx əsasən fəxri vəzifədir ki, o, ölkənin idarə ounmasına əhəmiyyətli dərəcədə
təsir göstərmir.Monarxiya forması digər idarəetmə formaları ilə əvəz olnduqca
mütləq monarxiyanı ikili monarxiya əvəz edir.Monarxiya prinsipində monarxın
yuxarıdan aşağıyadək təkbaçına hökmranlığı və yerlərdə onun eyni səlahiyyətli
nümayəndələrinin olması ölkənin idarə olunmasının əsas prinsipidir.
Belə hesab edilir ki, aristokratik dövlətdə ali hakimiyyət cəmiyyətin elitasına və
xüsusilə onun yaxşı , ağıllı, təcrübəli, təhsilli nümayəndələrinə məxsus olur.Xüsusi
aristokratik dövlətin təşkili çətindir.Odur ki, çox hallarda elitanı monarxiya və ya
demokratiya əvəz edir.Aristokratik idarəetmə forması vaxtı ilə İtaliyada-Romada
təşkil olunmuşdur.Aristokratik dövlət idarəetməsinin əsas prinsipi elita tərəfindən
kollektiv idarəetmənin həyata keçirilməsidir.Xalis aritokratik dövlət yaratmaq
təşəbbüsü Yunanıstanda- Afinada olmuşdur.Eyni zamanda monarxiya,
demokratiya dövründə də hakimiyyət əsasən elitanın əlində olub.
Dövlətin monarxiya və demokratiya formasında da hakimiyyət tez-tez elitanın
ə
lində olmuşdur.Burdaa bilikli nəslə mənsub olanların əvəzinə “dolu pul
kisəsi”həlledici rol oynamışdır.Hakimiyyətə sahib olmaq aristokratik üstquruma
cəmiyyətdə aparıcı mövqe tutmaq imkaı verir. Lakin hakimiyyətdən getsə,
müxalifət mövqeyinə keçsə belə onun cəmiyyətdə aparıcı mövqeyə malik olması
dəyişmir.
Aristokratik elitanın hakimiyyəti o zaman qəbul edilir və möhkəm olur ki, xalq
kütləsi bu elitaın xüsusi mövqeyinə inansın, bu hakimiyyəti qəbul etsin.
Aristokratik hakimiyyətə kimin seçilməsi məsələsi aktualdır.Çünki hakimiyyətə
daxil olanların heş də hamısı öz fiziki sağlamlığına,natiqlik qabiliyyətinə, mənəvi
keyfiyyətinə görə lider olmaq tələblərinə cavab vermir. Misal olaraq, avstriyalı
Hitler ,gürcü Stalin, rus-tatar Lenin, hind İndira Qandi və başqalarını göstərmək
olar.Bunların hər birində hansı keyfiyyətsə üstünlük təşkil edirdi, hansı
keyfiyyətlərdə isə müəyyən çatışmazlıq vardı.
Demokratik cəmiyyətdə ali dövlət hakimiyyəti xalqa-həmin dövlətin bütün
vətəndaşlarına məxsus olur.20-ci əsrin axırlarında və 21-ci əsrin keçən illəri
ə
rzində demokratik inkişaf yolunu tutan dövlətlərin sayı sürətlə artmışdır.20-ci
ə
srin 90-cı illərinə qədər sosializm quruluşu hökmran olan dövlətlər hazırda
demokratik dövlətçiliyi qəbul etmişlər.Demokrayik dövlətdə xalq hakimiyyəti
qəbul edilir və qurulur. Lakin bu, hər bir ölkədə özünün həyata keçirilmə
məntiqinə malik olur.Hələ 1787-ci ildə ABŞ-ın konstitusiyasında bu haqda
yazılmışdır:”hər bir ali hakimiyyət tipi öz dövlət idarəçiliyinin təşkili və fəaliyyəti
məntiqinə malikdir.”
Ali hakimiyyətin demokratik prinsipi dövlət hakimiyyətinin və dövlət
idarəçiliyinin aaşağıdan yuxarıya doğru xalqəın nümayəndəəri və açıq dövlət
qulluğu vasitəsilə qurulur.Əksər hallarda demokratik dövlət xalqın siyasi və
hüququ cəhətdən təkili formasında olur.İnsanların hüquq bərabərliyi prinsipinə
ə
sslanaraq demək olar ki, məntiqi cəhətdən yalnız demokratik tipi azadlıq və
həməyliyitəmin etmək qabiliyətinə malikdir.
10.İdarəetmə formasına görə dövlətin tipləri
Cavab: İdarəetmə formasına görə də dövlətlər bir-birindən fərqlənirlər.İdarəetmə
forması dedikdə dövlət hakimiyyətinin bütün orqanlarının strukturu və qarşılılıqlı
münasibətlərinin, eləcə də əhali ilə onların birbaşa və dolayı əlaqələrinin təşkili
üsulları nəzərdə tutulur.İdarəetmə formasına, yaxud ümumi dövlət hakimiyyətinin
təşkili formasına görə parlament və prezident respublikaları mövcuddur.Qarışıq
formalar da var:yarım prezident respublikası və parlament monarxiyası.Burada
həlledici cəhət hakimiyyətin bölünməsi prinsipini və onun praktiki reallaşdırılması
mexanizmini qəbul etməkdir.
Parlament respublikasında həlledici dövlət hakimiyyət orqanı seçkili qanunverici
orqandır-yəni parlamentdir.Bu orqan öz tərkibinə daxil olan üzvlərdən birini
prezident seçir və prezident hakimiyyəti formalaşdırır.Yaxud parlament hökuməti
formalaşdırır və onun başçısı parlament qarşısında hesabat verir. Hakimiyyətin
belə formalaşması prinsipi və mexanizmi parlamenti monarxiyaya da aiddir. Belə
respublikalarda ali icraedici orqan və onun başçısı nazirlər soveti və onun sədri
olur.Parlament respulikası prezident respublikasına nisbətən az yayılmışdır. Son
illər Afrika qitəsinin bəzi dövlətlərində də bu forma tətbiq olunmağa
başlamışdır.Belə respublikaların əksəriyyətində prezident -əhali tərəfindən
səsvermə yolu lə seçilmir, öz hakimiyyətini parlamentə qarşı qoya
bilməz.Prezident dövlət başçısının yerini tutur və höküməti formalaşdırır.
Hökumət, parlament qarşısında hesabat verir,prezident qarşısında deyil, parlament
qarşısında məsuliyyət daşıyır.
Prezıdent respublikasında qanunverici orqan və icraedici hakimiyyətin başçısı eyni
qaydada ölkə əhalisi tərəfindən seçilir, öz funksiyalarında müstəqildirlər.Onlar
arasında əlaqələr və qarşılıqlı münasibətlər qanunçuluğu və dövlət mənafeyini
nəzərə almaqla həyata keçirilir.Bəi ölkələrdə prezident bir baş hakim və qarant
kimi bölünmüş dövlət hakimiyyətinin yaşaması və qarşılıqlı fəaliyyətini əmin
edir.Belə ölkələrdə hökumətin başçısı prezident tərəfindən təyin edilir və o, əsasən
prezident qarşıısında hesabat verir. İdarəetmənin prezident respublikası forması 20-
ci əsrin ikinci yarısından daha geniş yayılmağa başlamışdır. Konstitusiyadanəzərdə
tutulan tələblərə cavab verən ,adətən 35 yaşından yuxarı ölkə vətəndaşı əhali
vətəndaş əhali tərəfindən səsvermə yolu ilə prezident seçilə bilər. Prezident bir
qayda olaraq iki dəfə seçilə bilər. Prezident xalqdan mandat alır və parlamentdən
asılı olmur. Yarımprezident respublikasında ali hakimiyyət prezident və parlament
arasında bölünür,hökumət müəyyən məsələlər üzrə prezident və parlament
qarşısında hesabat verir.
Xalqın birbaşa iradəsi dövlət idarəçiliyinin demokratiya formasında daha geniş
ifadə olunur. Demokratiya idarəetmənin və dövlətçiliyin müxtəlif formalarında
həyata keçırılır. Bütün bu formalarda və hallarda ali dövlət hakimiyyət orqanı və
ölkənin başçısı ümumi seçki əsasında müəyyən edilir.Dövlət hakimiyyətinin belə
sistemi qanunvericilik funksiyasının yerinə yetirilməsndə və icraedici orqanın
idarəetməsində parlamentin rolunun güclənməsilə xarakterizə olunur.Lakin 21-ci
ə
srdə bir çox dövlətlə rin demokratik inkişaf yoluna keçdiyi bir şəraitdə dövlət
hakimiyyətinin prezident respublikası formasına keçməsi idarəedici hakimiyyətin
güclənməsi ilə müşayiət olunur (prezident və hökumət). Demokratik
idarəetmə
sistemi idarəetmə qərarlarının qəbuluna kollektivin geniş miqyasda cəlb
olunmasını, yaradıcı özünüidarəetməni və hakimiyyət səlahiyyətlərinin həvalə
olunmasını nəzərdə tutur. Müdrik Ksenofont bu idarəetmə formalarını belə
xarakterizə etmişdir: Əgər idarəetmə qanunu yerinə yetirən şəxsdən irəli gəlirsə -
belə quruluşu aristokratik, əgər sərvətdən irəli gəlirsə - plutokratik, əgər hamının
iradəsindən irəli gəlirsə - demokratik adlandırmaq olar.
Demokratiyanın
hamılıqla qəbul olunan əsas atributları insan və vətəndaş hüquq və azadlıqlarının,
çoxpartiyalılığın, seçkilərin demokratikliyinin, qanun qarşısında hamının və hər
kəsin bərabərliyinin və əhalinin özünüidarə prinsiplərinin reallaşmasının təmin
edilməsidir. Xalq hakimiyyətinin ən pis təzahürü – oxlokratiyadır (yunan sözüdür)
yəni kütlənin hökmranlığıdır. Belə halda kütlə heç bir qanunla hesablaşmır, hüquq
və mədəniyyət normalarına tabe olmur. Oxlokratiya ta qədimdən məlumdur, bu
“ağır xəstəliyə” bütün xalqlar müxtəlif dövrlərdə tutulmuşlar. Adətən belə kütlələr
ə
ksər hallarda qanunçuluqda yol verilməyən vasitələrdən istifadə edir, dövlət
hakimiyyətini rədd edirlər. Kütlədə bəzən məntiqə sığmayan inam olur.
Dostları ilə paylaş: |