2
hüceyrələri qıcıqlanmaya yığılma, sinir hüceyrələri impuls keçirmə, epitelinin vəz hüceyrələri ifrazat və s.
kimi reaksiya verir. Qıcıqlanmanın ən yüksək forması oyanıqlıqdır (həyəcanlı olması). Bu sinir, əzələ və vəzi
toxumalarına xas olan xüsusiyyətdir.
Hüceyrənin komponentləri
Hüceyrə üç əsas komponentdən ibarətdir:
1) Plazmatik membran; 2) Nüvə (hüceyrə genomu ilə); 3)
Sitoplazma (
sitozol – onda strukturlaşan subhüceyrə vahidi –
orqanoidlər).
Hüceyrə - mübadilənin fizioloji prosesinin vahidi kimi
Hüceyrənin plazma membranı. Plazma membranının quruluşu. Plazma membranının funksiyaları.
Heyvan hüceyrələri
plazma membranı ilə əhatə olunmuşdur.
Heyvan hüceyrələri plazma membranı ilə əhatə olunmuşdur.
Membranın əsas matriksi lipidlərdən, əsas etibarilə fosfotidilxolindən təşkil olunmuşdur.
Bu lipidlər hidrofil qruplu başcıqdan və ona birləşən uzun hidrofob karbohidrat zəncirli quyruqcuqdan
ibarətdir.
Suda bu cür lipidlər spontan olaraq 4-5 nm qalınlıqda ikiqat təbəqə yaradırlar ki, burada da hidrofil
qruplar sulu mühitə tərəf istiqamətlənir. Hidrofob karbohidrat zəncirləri isə iki cərgədə düzülərək susuz
lipid faza yaradırlar. Hüceyrə membranları məhz bu tipli ikiqat lipiddən ibarət olub, özlərində
qlikolipidləri, xolesterolu və fosfolipidləri saxlayır.
Qlikolipidlərin hidrofil hissəsi oliqosaxaridlərdən təşkil olunmuşdur. Qlikolipidlər plazma membranının
xarici səthində yerləşirlər və molekulun oliqosaxarid hissəsi ətraf mühitə çıxmış tükcük şəklində
istiqamətlənir. Fosfolipidlər arasına səpələnmiş xolesterol molekulları isə onlarla birlikdə membranı
sabitləşdirir.