10
makromolekullara uyğun spesifik reseptorlar (məsələn, insulin və ya antigenə spesifik gələn reseptorlar)
olur. Belə spesifik reseptorlar əsasən insulin və ya bəzi antigenlərə uyğun gəlir. Bu molekullar öz
reseptorları ilə birləşdikdən sonra reseptoru əhatə edən membran sahəsində endositoz baş verir və
makromolekullar hüceyrəyə seçici daşınırlar.
Plazmatik membran çox da böyük olmayan sahədə invaqinasiya edir və hüceyrə xarici material dolmuş
vezikulları bağlayır.
Endositozun əsas növlər: faqositoz, pinositoz və reseptor vasitəçiliyi ilə əlaqəli endositozdur.
Hüceyrədə endo- və ekzositoz fasiləsiz baş verir.
Dostları ilə paylaş: