Dərs Mühazirə Hüceyrə fiziologiyası



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix26.03.2023
ölçüsü1,31 Mb.
#90167
növüDərs
1   2   3   4   5   6   7   8   9
Fiziologiya

Hipotonik mühitdə - ətraf mühitdə su çox, 
daxildə isə az olduğu üçün su hüceyrənin 
içərisinə daxil olur və hüceyrələr partlayır. Bunun tipik nümunəsi böyrəklərimizdə gedən prosesdir. 
İzotonik mühitdə - normal mübadilə gedir. 
Hipertonik mühitdə - ətraf mühitdə su az olduğu üçün hüceyrə daxilindəki su xaricə çıxır, nəticədə 
hüceyrə büzüşür. 
Maddələrin hüceyrəyə daxil olması iki üsulla baş verir: passiv və aktiv.
 
Passiv daşınma - molekulların və ya ionların daha yüksək konsentrasiyadan daha aşağı konsentrasiyaya 
hərəkətidir.
 
Bu zaman heç bir enerji sərf olunmur.
Passiv daşınmanın bir çox formaları var: sadə diffuziya, asanlıqla diffuziya, filtrasiya və 
osmos
 .
 
Aktiv daşınma, natrium nasosu.
 
Aktiv isə o deməkdir ki, maddələr içəri daxil olarkən ona 
enerji lazımdır.
Aktiv daşınma - maddənin elektrokimyəvi potensialı daha 
aşağı olan yerdən daha yüksək potensialı olan yerlərə 
daşınmasıdır, yəni 
maddələr aşağı konsentrasiyadan 
yüksək konsentrasiyaya nəql olunurlar.
Aktiv daşınma membranda Gibbs enerjisinin artması ilə 
müşayiət olunur ki, bu da kortəbii olaraq davam edə 
bilməz, ancaq ATF-nin enerjisi hesabına baş verir.



İndi isə Aktiv nəqlə fikir verək burada, dediyimiz kimi, enerji sərf olunur və ya ATF- ə ehtiyac duyulur. 
Dediyimiz kimi burada aşağı konsentrasiyadan maddələr yüksək konsentrasiyaya ötürülür.
Axı nə ehtiyac var ki, bir hissədə yüksək konsentrasiya, digər hissədə isə aşağı konsentrasiya olsun?
Bizim əzələlərimiz və sinir fəaliyyətimiz üçün sinir impulslarına ehtiyac vardır. Bu ötürmə üçün də 
potensiallar fərqi və elektrik yükü yaratmaq lazımdır. Beləliklə, elektrik yükləri vasitəsi ilə impulsun 
ötürülməsi baş verir. Həmçinin bunun vasitəsi ilə hüceyrələrin kommunikasiyası baş verir.
Natrium nasosu 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin