6
Orqanoidlər kimi plazmatik membran da sitoskeletlə birləşmiş vəziyyətdədir.
Sitoskelet hüceyrənin
quruluşunu və onlarda orqanoidlərin vəziyyətinin saxlanılmasını təmin etməklə yanaşı hüceyrənin
formasının dəyişməsini və onun hərəkətliliyini müəyyən edir.
Sitozol. Sitozolun tərkibi. Sitozolun möhtəviyyatı.
Müəyyən edilmişdir ki, hüceyrə həcminin təxminən yarısını
sitozol təşkil edir. Sitozol təxminən 20% (çəki
ilə) zülaldan ibarət olduğundan, o, daha çox geli xatırladır. Kiçik molekullar, o cümlədən üzvi və qeyri-üzvi
ionlar sulu fazada həll olur. Hüceyrələrlə ətraf mühit arasında ion mübadiləsi gedir.
Hüceyrəxarici mühitdə ionların qatılığı demək olar ki, sabit səviyyədə saxlanılır. Bu ionlardan hər birinin
hüceyrə xaricindəki miqdarından
fərqli olaraq, onun hüceyrə daxilindəki miqdarı spesifik səviyyəyə
malikdir.
Hüceyrənin xarici mühitində Na+ kationu daha geniş yayılmışdır. Hüceyrə daxilində onun qatılığı
xarici
mühitə nisbətən 10 dəfə azdır. K+ kationunun qatılığı isə əksinə, hüceyrə daxilində daha çoxdur.
Hüceyrədaxili və hüceyrəxarici mühitdəki qatılıqlar arasındakı
daha böyük fərq Ca
2+
ionları üçün
xarakterkdir.
Sərbəst Ca
2+
ionlarının qatılığı hüceyrənin xaricinə nisbətən onun daxilində on min dəfə azdır. Bütün ionlar
sitozolda həll olur, onların bir hissəsi zülallarla adsorbsiya edir və ya orqanoidlərdə ehtiyat halında
toplanır. Məsələn, Ca
2+
-un misalında birləşmiş ionlar sitozolda sərbəst ionlara nisbətən daha çoxdur.
Sitozol zülallarının böyük hissəsi –
fermentlərdir, onların iştirakı ilə aralıq metabolizmin çoxlu prosesləri
həyata keçirilir: qlikoliz və qlikoneogenez, amin turşularının sintezi və parçalanması, ribosomlarda zülalın
sintezi.
Sitozolda həmçinin vacib molekulların ehtiyatı kimi lipid damlaları və qlikogen qranulaları (dənələri) vardır:
Dostları ilə paylaş: