7
Hüceyrəni heç bir halda statik hesab etmək olmaz, çünki müxtəlif təbiətli hüceyrədaxili komponentlərlə
xarici mühit arasında həmişə maddələr mübadiləsi gedir. Hüceyrə quruluşları dinamik tarazlıqda olur. Bu
isə onların öz aralarında və ətraf mühitlə normal qarşılıqlı təsir nisbətini təmin edir. Nəticədə orqanizmin
normal həyat fəaliyyəti üçün təminat yaranır.
Diffuziya – maddələrin daşınmasının sadə yoludur. Bir maddənin atom və molekulları
məhlullarda və
qazlarda sərbəst halda yayılır və bu mühitlərdə diffuziya hesabına qatılıq
bərabərləşir.
Diffuziya – vacib proses olub, onun köməyilə
maddə hissəcikləri sulu
məhlulda yayılır. Bir çox maddələr, xüsusilə də su və onda həll olan qazlar –
O
2
və CO
2
lipid membranından sərbəst diffuziya edə bilir. Yağda həll olan
maddələr də
membranlardan yaxşı diffuziya edir: bu etanol
və sidik cövhəri kimi kiçik
ölçülü polyar (qütblü) molekullara da aiddir, şəkərlər isə lipid qatından
çətinliklə keçirlər. Bununla yanaşı lipid qatları
yüklənmiş molekullar və
habelə qeyri-üzvi ionlar üçün demək olar ki, pis keçiricidir.
Maddələrin membrandan diffuziyası
Plazma membranı və digər membranlar yalnız lipid qatından diffuziya edən maddələr üçün deyil, həmçinin
bir
çox ionlar, şəkərli birləşmələr amin turşuları və nukleotidlər üçün də keçiricidir. Bu maddələr
membranın üzərində olan məsamələr vasitəsilə keçirlər. Məsamələri - membranın divarına
girmiş
nəqliyyat zülalları yaradırlar. Belə zülalların özünün daxilində su ilə dolmuş ±1 nm diametrli kanallar var,
onlardan kiçik molekullar diffuziya edə bilirlər. Onlar qatılıq dərəcəsinə əsasən hərəkət edirlər və əgər
onlar yüklüdürlərsə, belə halda onda onların kanallarla hərəkəti membran potensialı
sayəsində
tənzimlənir. Membran kanalları onlardan keçən molekul tiplərinə görə nisbi seçiciliyə malikdir.
Passiv diffuziyanın özünün də 3 növü vardır:
Adi diffuziya, yəni maddələr yüksək konsentrasiyadan aşağı konsentrasiyaya keçir.
Fosfolipid
təbəqəsindən keçir. Əsasən qazlar yəni oksigen və karbon qazı bu yol ilə mübadilə olunur.
Fasilitasiyalı nəql, yəni kömək vasitəsi ilə. Dediyimiz kimi, zülal qapıları vardır ki, onlar da iri molekulların
hüceyrə daxilinə ötürülməsinə kömək edirlər.
8
Osmos - bu o deməkdir ki, su çox olan hissədən qapılar vasitəsi ilə su az olan hissəyə keçir. Əgər biz osmos
prosesindən danışırıqsa, osmotik təzyiqi də
xatırlamaq lazımdır.
Osmotik təzyiq -
məhlulun saf həlledici ilə
təmasda olduğu zaman həllolan maddə və
həlledici
maye
molekullarının
qarşılıqlı
diffuziyası nəticəsində qatılığının azalmasını
xarakterizə edir.
Hansı mühitlər vardır? Hipotonik; 2. İzotonik; 3.
Hipertonik
Dostları ilə paylaş: