Xristofor Kolumb (əslən italyan idi) İspaniya kralına müraciət edir və Hindistana səfər etmək istədiyini bildirir. 1492-ci ildə Kolumb 3 karavellada İspaniyadan Atlantik okeanı vasitəsilə qərbə tərəf yola düşür. 70 gün sonra Kolumb Kuba və Haiti adalarını kəşf edir, lakin qızıl və başqa sərvətlər tapa bilmir, geri qayıdır. Uğursuz axtarışlardan sonra İspaniya höküməti Kolumbu bütün fəxri adlardan məhrum etdi. O, elə hesab edirdi ki, onun gəldiyi yerlər Hindistandır. Buna görə də həmin yeri Hindistan, əhalisini isə hindilər adlandırmışdı. Amerikanın yerli əhalisi də indi hindilər adlanır. Kolumb ömrünün sonuna qədər bilmədi ki, o yeni bir qitə kəşf edibdir. İtalyan Ameriqo de Vespuççi sonralar Kolumbun kəşf etdiyi torpaqların yeni bir qitə olduğunu müəyyən etdi və ora onun adı ilə bağlı olaraq Amerika adlandı.