6) KARAVELLA – YELKƏNLİ GƏMİLƏR İDİ. ONUN KƏŞFİ UZAQ DƏNİZ SƏYAHƏTLƏRİNƏ SƏBƏB OLDU.
AMERİKA XALQLARININ BƏZİLƏRİ XV ƏSRDƏ İBTİDAİ İCMA QURULUŞUNDA YAŞAYIRDILAR. BUNLARA MAYYALAR, ASTEKLƏR, İNKLƏRİ MİSAL GÖSTƏRMƏK OLAR.
MAYYALAR
Şəhər-dövlətlər yaradır, gözəl saray və məbədlər tikirdilər.
ASTEKLƏR
Meksikada yaşayırdılar, hərb sənəti inkişaf etmişdi, paytaxtı Mexiko idi.
İNKLƏR
Peruda yaşayırdılar. Paytaxtı Kusko idi. İnklərin dövlətində hər şey müharibə tələblərinə uyğun qurulmuşdu. Ölkədə kimin əkinçiliklə, kimin hərblə məşğul olacağını dövlət müəyyən edirdi. Peru dağlıq ölkə olduğundan orada asma körpülər və tunellər var idi. Ayrı – ayrı əyalətlər arasında əlaqə yaratmaq üçün poçt rabitəsi də yaradılmışdı.