* Yezuit (latınca) - İsa deməkdir; orden - orta əsrlərdə rahib təşkilatları belə adlanırdılar
1572-ci il 23 avqust axşamı, «Müqəddəs Varfolomey gecəsi» Parisdə və başqa yerlərdə katoliklər 30 mindən çox protestantı vəhşicəsinə öldürdülər. Protestantların bu dəhşətli qırğını «Varfolomey gecəsi» adlandırıldı. Roma Papası bu qırğınları nəinki bəyəndi, hətta qırğınlardan xatirə olaraq xüsusi medal düzəldilməsi əmrini verdi. Katolik kilsəsinin həyata keçirdiyi bu sərt tədbirlər reformasiyanın qarşısını ala bilmədi. Yalnız Polşa,İspaniya, İtaliya və Cənubi Almaniyada Papa reformasiya hərəkatına qalib gələ bildi. Avropada reformasiya nəticəsində katolik kilsəsinin qüdrəti sarsıldı.Ayrılmış protestant kilsələri daha Roma Papasına tabe olmadı.